Ardını oxu...
Təqribən iki ay əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.

‌Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.



Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".

Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib, canlı efirə bağlanmaq istədiyini bildirdi.

"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".



Şükür İsmayılovun bu narazılığından sonra özünün redaksiyamıza bildirdiyinə görə daha kimsədən pul yığılmadı.

Beləcə bir neçə gün də keçdi...

İndi də Şükür İsmayılov bizə zəng edib deyir ki, "pul yığımını dayandırandan bəri, işi də dayandırıblar, iş qalıb yarımçıq. Hələ də bizə su verilmir".

Şəmkirdə "tökülmüşləri öyrənən" bu məmurların əlləri biixtiyar rüşvətə qaçır - VİDEO

Özü də Şükür İsmayılovun sözlərinə görə, "Melorasiya və Su Təsərrüfatı ASC-nə rayonun millət vəkili də məktub yazıb, ona da cavab vermirlər".

Millət vəkili də kənd sakinləri ilə birlikdə aylardır məktubun cavabını gözləyir.
Belə olan halda sual yaranır, bəs bu sakinlər dərdini kimə desin?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Qaradağ rayonu Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 1 ünvanında ağaclar qanunsuz olaraq kəsilib.

Belə ki, kəsilən ağacların yerində naməlum obyekt tikilir və artıq tikintinin bir qismi tamamlanıb.

Baku TV tikinti şirkəti ilə əlaqə saxlayıb və cavab olaraq sözügedən ərazidə çəkiliş aparmağın qadağan olduğu bildirilib və heç bir ağacın kəsilmədiyi qeyd olunub.

Tikinti şirkətinin rəhbəri hətta Baku TV-yə rüşvət adlandırmadığı “hörmət” də təklif edib.(Oxu.az)

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Xırdalan 5 saylı məktəbin yoluna pilləkanları çıxan binanı Abşeronn rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin inşa etdirdiyi deyilir

Paytaxt Bakıda son illər aparılan plansız tikinti işləri şəhərin infrastruktur və ekoloji cəhətdən təhlükəsizliyini ciddi zərbə altına qoyub. Bir-birinə bitişik inşa edilən yöndəmsiz və zövqsüz binalar hər il abadlıq və müasirliyinə dövlət büdcəsindən yüz milyonlarla vəsait xərclənən Bakını daha da eybəcərləşdirir. Aidiyyatı dövlət qurumlarının illərdir ki, tikinti sahəsində olan xaosa göz yummaları vəziyyəti daha da acınacaqlı məqama gətirib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini artırması da hazırda tikinti sahəsində olan durumu normallaşdıra bilməyib.

AzFakt.com xəbər verir ki, ərazi planlaşdırmasına uyğun olmayan, infrastruktur və ekoloji cəhətdən biabırçı durumda olan tikintilərin aparıldığı rayonlardan biri də paytatın bir addımlığında, daha doğrusu paytaxta bitişik olan Abşeron rayonundadır.

Abşeronda Fərzəliyevin tikinti xaosu

Abdin Fərzəliyev cari ilin yanvar ayından Abşeron rayonunun İcra başçısı təyin edildikdən sonra Abşeron rayonunda və Xırdalan şəhərində qanunsuz tikililər geniş vüsət aldı.

Xırdalan şəhərində hər addımbaşı rast gəlinən tikintilərin böyük əksəriyyəti layihə sənədlərini aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadıb. Qeyri-qanuni, “gecəqondu proyekti”ndə tikilər bu apartmanlarda nəinki ara məsafəsi gözlənilmir, əksinə, onsuzda ensiz olan yollar da zəbt edilir.

AzFakt.com xəbər verir ki, Abdin Fərzəliyevin xüsusi himayəsi altında aparılan belə bir qanunsuz bina tikintisi Xırdalan şəhərinin V.Musibov küçəsində – 5 nömrəli tam orta məktəbə gedən küçənin kənarında inşa edilib.
Ardını oxu...
İlginc məqam budur ki, ətraf tikililərə tam bitişik olan, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17 və 22-ci maddələrinin bir sıra bəndlərinə zidd olan bu tikintinin giriş pilləkanları böyük bir yaşayış massivinə və eyni zamanda 5 saylı tam orta məktəbin istifadə etdiyi yeganə yolun ərazisini tutub.
Ardını oxu...
Baş verən bu qanunsuzluğa isə Abşeron rayon İcra Hakimiyyəti səssiz qalıb. Əlbəttə ki, bütün baş verənlərə Abşeron rayon İcra Hakimiyyətinin susqun mövqe nümayiş etdirməsinin hansısa məqsədlərdən doğduğu hər kəsə aydındır.

Abşeron rayonunda körpədən tutmuş ağsaqalladək hamı bilir ki, bu rayonda tikinti aparmaq istəyirsənsə “pulunu ver, şəklini çəkdir” prinsipinə riayət elə. Yəni İcraya dedikləri pulu ödə, istəyirsən get Xırdalanın mərkəzində – Heydər Əliyev prospektinin ortasında nə istəyirsən onu da tik.

Arxitektura Komitəsi və FHN Abşerona nəzarət edə bilmir?

Hələ bir neçə gün öncə Fövqaladə Hallar Nazirliyi Bakı şəhərinin bir neçə ünvanında aparıla tikintiləri dayandırdı. Nazirlik qeyd edilən tikintiləri dayandırmağa səbəb kimi tikinti işinin təyinatı üzrə aparılmadığını və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığını, ara məsafəsinin gözlənilmədiyinı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyini, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığını və digər ciddi qayda pozuntusunun olduğunu səbəb göstərirdi.

Maraqlıdır, respublikanın ən ucqar bir yerində inşa edilən hər hansı obyekt yaxud adi tikilinin standartlara uyğunluğunu tələb edən Fövqaladə Hallar Nazirliyi Abşeron rayonunda aparılan qyeri-qanuni tikintiləri, standartlara uyğun gəlmədiyi ilk baxışdan görünən yaşayış binalarını görmək istəmirlər.

Saytımıza verilən məlumata görə Abşeron rayonunda aparılan qanunsuz tikintilərə göz yuman dövlət qurumlarında biri də Dövlət şəhərsalma və Arxitektura Komitəsidir. Onsuzda cəmiyyətdə “dişsiz canavar” kimi ad çıxarmış bu dövlət qurumu səlahiyyətlərinin artırılmasına baxmayaraq hələ də özünü doğrultmayıb. Dövlət başçısının sərəncam imzalayaraq böyük səlahiyyətlər verdiyi, ölkədə, xüsusən də Bakıda və ona bitişik qəsəbələrdə aparılan tikinti işlərində xaosun aradan qaldırılmasını qarşısına məqsəd kimi qoyduğu Arxitektura Komitəsi demək olar ki, hazırda qeyri-işlək vəziyyətdədir.

İcra Hakimiyyətləri başçılarının əlində aciz qalan bu qurum indiyədək səlahiyyətlərindən istifadə edərək qanunsuz aparılan hər hansı tikintinin qarşısını ala bilməyib.

Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Xırdalan şəhərində aparılan standartlara və mövcud qanunverciliyə uyğun olamayan yaşayış binalarının, obyektlərin tikintisinə müdaxilə etməməsinə səbəb kimi bu qurumun rəhbərliyi iləAbşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərəliyevin dostluq münasibətlərinin olması iddia edilir.

Digər iddialara görə isə FHN-nin müvafiq təşkilatlarında çalışan şəxslərin Abdin Fərzəliyevlə həmyerli və dost olmaları da baş verən qanunsuzluğu artıran səbəblərdəndir.

Təbii ki, səslənən iddiaları Xırdalan şəhərinin V.Musibov küçəsində aparılan standartlara uyğun olamayan, pilləkanları yolu zəbt etmiş yaşayış binasının fonunda nəzərdən keçirəndə həqiqət payının nə qədər böyük olduğu aydın sezilir.

Gələcəkdə isə burada baş verəcək biləcək hər hansı faciənin səbəbkarı isə tək Abşeron rayon İcra Hakimiyyəti – Abdin Fərzəliyev yox, həm də Fövqaladə Hallar Nazirliyi və Prezidentin böyük səlahiyyət verdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Qeyd: Abşeron rayonunda qanunsuz inşa edilən bina yuxarıda qeyd etdiimiz V.Musibov küçəsindəki bina deyil. Bu rayonda standartlara uyğun olamayn saysız-hesabsız yaşayış binaları, obyektlər inşa edilməkdədir. Bu barədə növbəti saylarımızda yeni xəbərlər dərc edəcəyik.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bilindiyi kimi, bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Sənan Məhərrəmov bir çox şəxslərə qarşı dələduzluq edərək yoxa çıxıb. Əldə etdiyimiz yeni faktlara görə, Sənan Məhərrəmov baş nazir Əli Əsədovun imzası ilə saxta sənəd hazırlayaraq şəxslərə göstərməklə, bu işdə şəhər rəhbərliyinin də əlinin olduğunu bildirməklə külli miqdarda pul yığıb.

Artıq 30-dan artıq şəxsin aidiyyəti qurumlara şikayəti daxil olub. Aralarında qazi və müharibə iştirakçılarının da olduğu bir çox şəxslərdən bir milyon manatdan artıq vəsait yığıldığı ehtimal olunur.

Maraqlısı budur ki, nu proses artıq iki ilə yaxındır ki, davam edirdi. Bəs görəsən, bu iki ildə Azərbaycanın ikinci böyük şəhərini idarə edən Niyazı Bayramov və müavinləri "fil qulağı"ndamı yatıblar, yoxsa həqiqətənmi baş verənlərdə olnalın da əli olub?..

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

"Hürriyyət"
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bugünlərdə Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmədikləri ilə bağlı məlumat vermişdik. Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat vermişdi. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Hümbət Məmmədxanov isə bizimlə söhbətində deyilənlərin həqiqətə uyğun olmadığını, onun tenderlə deyil, yalnız mebel istehsalı ilə məşğul olduğunu bildirib.

Təmir işləri ilə məşğul olan və gördükləri işin pulunu Hümbət müəllimdən ala bilməyən sahibkarlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyi və əlaqədar dövlət qurumlarına şikayətlər ünvanlayıblar. Onlar saytımıza Hümbət Məmmədxanovun tenderdə iştirakını sübut edən möhtəbər dəlillər və sənədlər də təqdim ediblər. Həmin sənədlərə Hümbət Məmmədxanovun özü şəxsən imza atıbsa, onda niyə tenderdə iştirakını inkar edir? Deməli, burada qaranlıq nəsə məqam var.

Aldığımız məlumata görə, Hümbət Məmmədxanov borclu olduğu sahibkarlardan yayınmaq üçün indi də xəstə olduğunu bəhanə edir. Sumqayıtın icra başçısı Zakir Fərəcova yaxınlığı ilə seçilən bu adam görəsən kimə arxalanır ki, media vasitəsilə cəmiyyəti aldatmaqdan belə çəkinmir.

Sahibkarların haqlı iddiaları ilə bağlı H.Məmmədxanovla yenidən əlaqə saxladıq. O, zənglərimizə cavab vermədi. Amma verilməli olan əsas sual budur: Zakir Fərəcov, Hümbət Məmmədxanovla sizi nə bağlayır? Necə olur ki, bu adam bütün danışıqları aparır, sənədlərə imza atır, amma sahibkarlar haqqını tələb edəndə yoxa çıxır!?

AzToday.az Azinforum.az-a istinadən Hümbət Məmmədxanovun səs yazısını təqdim edir:

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Milli Onkolologiya Mərkəzində baş verənlərlə bağlı araşdırmanı cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

Xəstəxananın həyətində dincəlmək üçün ayrılmış yerlərdə solğun bənizli, başı şalla çəkili, analiz üçün qan götürüldüyünə və ya yenicə aldıqları kimyaterapiya prosedurlarına görə qollarında iynə yerləri hələ də qanayan qadınlar, kişilər və onların yaxınları oturub ya analizlərin cavabını gözləyir, ya da dincəlirlər.

Yaşlı bir qadınla yanaşı əyləşmiş solğun bənizli, qısa qumral saçları hələ aldığı kimyaterapiyanın təsirinə tam məruz qalmağa imkan tapmamış, 30 yaşlı Bakı sakini Gülşən də buradadır. O, adını pıçıltı ilə çəkdiyi xəstəlikdən müalicəyə görə “18 ayda, təxminən 18 min manat” vəsait xərclədiyini deyir.

“Əvvəllər əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödəyirdim. Bir ayda iki dəfə gəlirdim 700 verirdim, hər kimyaterapiya bitdikdən sonra isə MRT-yə gəlirdim. 300 manat da onun pulu, o da iki aydan bir olurdu. Qan analizinə bir dəfəyə 25 manat idi, amma o stolda oturan qızlar bizdən 38 manat alırdılar. Deyilənən görə, 25 manat idi. Bir aya ümumi xərclərim 1000 manata gəlib çıxırdı”, – Gülşən deyir.

xərçəng, xəstəlik, Azərbaycan

Gülşən özəl klinikadakı xərclərini də topladıqda indiyədək müalicələrinə “20-25 min manat pul tökdüyünü” söyləyir.

“Sağaldım. Yəni, həkimlər elə deyirdilər. Ancaq iki ay əvvəl yenə özümü narahat hiss etdim, gəldik ki, yenə başlayıb. İndi yenə pul xərcləməliyik”.

Xəstələr xidmət “pulludur”, baş onkoloq “təmənnasız”dır deyir
Bakı Onkologiya Mərkəzinin qarşısında bizə bu xəstəxanada aldıqları müalicəyə pul ödədiklərini deyən təkcə Gülşən deyil.

Mərkəzin həyətində söhbətləşdiyimiz başqa bir pasiyent deyir ki, USM üçün 50 manat ödəyib. Bir başqası “qan analizlərinə 25 manat”, digər bir şəxs isə “MRT-yə 150 manat ödədiyini” söyləyir.

Milli Onkologiya Mərkəzinin həyətində görüşdüyümüz xəstələr və xəstə yaxınlarının hamısı xidmətlərin pullu olduğunu bildirir. Söhbətləşdiyimiz şəxslərin hamısı bu xəstəxanada verilən qan analizi, kimyaterapiya, USM-rentgen, MRT xidmətləri üçün müxtəlif məbləğlər ödədiklərini iddia edirlər.

xərçəng, xəstəlik, Azərbaycan

Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə onkoloji xəstələrə göstərilən tibbi xidmətin pullu olması iddialarını rədd edib.

O bildirib ki, Azərbaycanda ikisi aparıcı olmaqla – Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası – fərqli bölgələrdə yerləşən 9 mərkəzdə onkoloji diaqnozu təsdiqlənmiş şəxslərin müayinə və müalicələri təmənnasız aparılır.

Onkoloji yardım haqqında Qanun hökm edir ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində “dövlət büdcəsi vəsaiti hesabına” həyata keçirilməlidir.

Kimyaterapiya otağının qarşısı
MOM-un müalicə korpusunun girişində böyük bir qələbəlikdir. Bütün oturacaqlar tutulub. Kişi-qadın, gənc-qoca, körpə – hər yaşdan adam var burada…

Korpusun ikinci mərtəbəsində liftdən çıxıb sola dönəndə xəstələri və onların yaxınlarının min bir ümidlə üz tutduqları kimyaterapiya şöbəsinin qarşısına çıxırsan. Şöbənin qarşısında bir neçə nəfər oturub.

Burada oturanlar yeni gələnləri salamlayır, dərhal söhbətə keçirlər. Hər gələnə ilk sualsa “Sən niyə gəlmisən?” olur.

Azərbaycanın bölgələrindən birindən gəlmiş 62 yaşlı Münəvvər xanım da (ad müsahibin istəyi ilə dəyişdirilib–red.) məni görən kimi üzümə diqqətlə baxıb, “sən niyə gəlmisən” sualını verir.

Gəlişimin səbəbini ona deyəndə tələsik ətrafa nəzər salır,onu eşidən yoxdur ki?!

Münəvvər xanım danışır ki, yanvar ayında döşünün ucu şişdiyi üçün özü evdə türkəçarə edib, lakin şişin keçmədiyini görüncə övladlarına xəbər verib və onlar da onu Milli Onkologiya Mərkəzinə gətiriblər.xərçəng, xəstəlik, Azərbaycan, qanun

“Səkkiz aydır gəlib-gedirəm. Həkim deyir ki, kimyaterapiya ilə getməsə, əməliyyat edərik. Mənim qiymətlərdən xəbərim yoxdur. Heç bu zəhrimardan da başım çıxmır. Uşaqlardan da neçə dəfə soruşmuşam nə qədər pul xərcləyirlər bura, mənə demirlər. Uşaqlarım deyir ki, sən ye, iç, müalicəni al. Nəyinə lazımdır, nə qədər xərcimiz çıxıb?” – o qayğısından məmnuniyyətlə bəhs edir.

Elə bu vaxt kimyaterapiya almaq növbəsi çatan Münəvvər xanım söhbətini elə gülə-gülə də bitirib, içəri keçir.

“USM-ə diri 50-lik, kimyaterapiyaya 350…”

Milli Onkologiya Mərkəzinin həyətində adamlar əllərində kağızlar tələm-tələsik bir korpusdan digərinə girib-çıxırlar…

Kimyaterapiya şöbəsinə getmək üçün liftə daxil oluram. Liftin qapısı bağlanarkən, təxminən 40 yaşlarında bir qadın qaçaraq içəri daxil olur. “Ordan ikinci mərtəbənin düyməsini mənim üçün bas” deyir, sonra da şikayət qarışıq söhbətə başlayır:

“İki xəstəxana arasında qalmışam. Ora qaçıram, ordan da çıxıb bura qaçıram. Bilmirəm neyləyim. Özüm də gecikmişəm”, – üz-gözünə dağılan, aralarında gümüşü zolaqlar görünən qara birçəklərini toplamağa çalışır.

Adının çəkilməsini istəməyən müsahibim yanvardan bəri hər ay anasını kimyaterapiyaya gətirdiyini deyir.

Liftin qapısı açılır, qadın “indi qayıdıram” deyib anasını yoxlamağa gedir…Milli Onkologiya Mərkəzi Azərbaycanda xərçəng xəstələri onkoloji xəstələr

Onu gözləyə-gözləyə başqalarına yaxınlaşıram. Kimyaterapiya otağının qarşısında yaşlı bir qadınla ona bənzəyən gənc bir qadın əyləşib: ana-baladırlar. Gənc qadın ağlaya-ağlaya anasına ürək-dirək verir:

“Xalxın cavan yaşda uşaqları bu andırdan tapır. Ağlama. Məni də incidir. Neyləyək?!”

Bu ailənin başçısına dördüncü mərhələdə olan “ağciyər xərçəngi” diaqnozu qoyulub. Onlar xəstəlikdən təzə xəbər tutublar. Lənkəranda müalicələrin “nəticəsi olmadığı üçün” gəliblər Bakıya.

“Birinci dəfədir gətirmişik. İndicə 350 manat ödəyib gəldim. Qan analizlərinə nə qədər verdiyimi unutdum. USM-ə diri əllilik verdim”.

“İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir”
Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, real vəziyyətin necə olduğunu dəqiq bilməsə də, onkoloji xəstələrdən pul alınması ilə bağlı “şikayətlərin gəldiyi ona da məlumdur”.

Onun fikrincə, hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bir çox xidmət icbari tibbi sığorta paketinə daxil edildiyi kimi “onkoloji xəstələr də birmənalı olaraq o paketə daxil edilməlidir”.

Adil Qeybulla hesab edir ki, “bu zaman bu sahədəki problem aradan qalxa bilər”.

Onkologiya tibbi müalicə müayinə Bakı Onkologiya Mərkəzi
“Azərbaycanda son illərdə onkologiya sahəsində irəliləyiş və inkişaf olsa da, xəstələrdən tibbi xidmətin ödənişli olması ilə bağlı şikayətlərin gəlməsi yaxşı hal deyil”, – o vurğulayır.

“Bu cür şikayətlər, narazılıqlar varsa, aidiyyatı qurumlar, şəxslər bunu araşdırmalıdır. Bu, əslində həll olunmalı məsələdir, çünki icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə onkoloji xəstələrin müalicəsi bütövlükdə o icbari tibbi sığorta paketinə daxil edilir”, – həkim əlavə edir.

Milli Onkologiya Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olub-olmaması barədə aidiyyatı qurumlardan konkret cavab almaq mümkün olmayıb.

Lakin bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilən (İcbari Tibbi Sığortaya baxan xəstəxanalar TƏBİB-in tabeliyindədir) xəstəxanalar, dispanserlərin siyahısında MOM-un adı yoxdur.

Nazirlər Kabinetinin 1 dekabr 2020-ci il tarixli sənədində isə TƏBİB-in tabeliyinə verilmiş müəssisələr arasında bir sıra tibb müəssisələri ilə yanaşı, MOM-un da adı istisnalar siyahısındadır. Belə görünür ki, indi səhhətində şikayəti olan şəxslər yalnız onkoloji diaqnozu təsdiqlənənə qədər icbari tibbi sığortadan yararlana bilər.

ONKOLOGİYA XƏSTƏLƏRİ onkologiya xəstələri onkologiya Milli Onkologiya Mərkəzi
“Burada pulsuz heç nə yoxdur”
Anasını yoxlamağa getmiş müsahibimiz qayıdıb gəlir. Yerini rahatlayıb söhbətə başlayan kimi deyir ki, hazırda bir gəlişdə kimyaterapiyaya “150 manat” ödəyir:

“Əvvəllər, lap təzə gələndə 350 manat verirdik. Sonra şikayət etdik. Prezidentə yazdıq. Prezidentdən bizə cavab gəldi ki, bu xəstəliyin müalicəsi pulsuzdur. İndi kağızımız var, onu göstəririk, 150 manat veririk bir dəfə kimya vurulmasına. Nə edək? Onu verməsən də olmur. Çox qəddardırlar. Verməsək, birdən az vurarlar, birdən anama nəsə edərlər”, – qadın deyir.

O iddia edir ki, yanvar ayından indiyədək anasının xəstəliyi ilə bağlı təkcə bu xəstəxanaya 1600 manatadək vəsait xərcləyib:

“O pulu mənim uşağım tələbə stipendiyası ilə yığmışdı. Uşaq səhər evdən çıxır dərsə, axşam da dərsdən çıxıb işə gedir. Oradan qazandığından qənaət edib yığmışdı. Nənəsinin müalicəsinə pul lazım oldu, gətirib verdi ki, “təki, nənə sağalsın””.

Xəstəxanada pul ödədiyini deyən xəstələrin hamısı bildirir ki, onlara ödədikləri pulun qarşılığında hər hansı qəbz verilməyib.

Astara Suparibag kəndi
Şəklin alt yazısı,Vəsilə Salmanova, Astaranın Suparibağ kənd sakini
“Kimyaterapiya alsaydı, bəlkə yaşamaq şansı olardı”
Bir müddət əvvəl Astaranın Suparibağ kəndinin sakini Vəsilə Salmanova bölgədə rastlaşdığı BBC müxbirlərinə Milli Onkologiya Mərkəzində ondan kimyaterapiya üçün bir həkimin “500 manat pul istəməsilə” bağlı şikayət etmişdi.

Vəsilə Salmanovanın bildirmişdi ki, qardaşı “ağciyər xərçəngindən əziyyət çəkir və pul ödəmədiyi üçün onun qardaşını həkim kimyaterapiya etməyib”.

Bu yazı hazırlanarkən əlaqə saxladıqda Vəsilə Salmanova 64 yaşlı qardaşının artıq vəfat etdiyini deyir və vurğulayırdı ki, “kimyaterapiya alsaydı, bəlkə də yaşamaq şansı olardı”.

“Baş Prokurorluğa şikayət edəcəyəm, çünki hələ də yadımdan çıxmır. Həkim bizə dedi ki, ödəniş etməmisiniz, sizi axıra saxlayacam. Bizdən sonra gələnləri qəbul etdi, bizi etmədi. Bir gün axşama kimi xəstə adamı da, məni də o qapının ağzında saxladı, gözlətdi”, – Vəsilə Salmanova vurğulayır.

Onkologiya xəstələrinin statistikası
2021-ci ilin statistikasına görə, Azərbaycanda hər 100 min nəfərə ilk dəfə qoyulmuş diaqnozla 136,2 nəfər onkoloji xəstə düşür.

2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11 595 və 13 644 nəfər olub.

Ötən ilin məlumatlarına görə, ölkədə ümumi 59 minə yaxın onkoloji xəstə var. Bu, hər yüz min nəfərə 587,3 nəfər deməkdir.

Bu ilin büdcəsindən ayrılan 47 milyon manat
Azərbaycan Səhiyyə Nazirliyindən BBC-yə bildiriblər ki, Milli Onkologiya Mərkəzinə büdcədən vəsait ayrıca verildiyi üçün bir onkoloji xəstənin illik müalicəsi üçün nə qədər vəsaitin ayrılması ilə bağlı onlarda məlumat yoxdur. MOM-dan isə bir onkoloji xəstəyə ayrılan illik vəsaitin məbləği ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycanda Milli Onkologiya Mərkəzinə birbaşa vəsait ayrılması 2007-cı ildən həyata keçirilir.

2022-ci ilin büdcəsi üçün müəssisəyə 47 milyon manata yaxın vəsait ayrılıb. Sənəddə bu məbləğin təkcə Milli Onkologiya Mərkəzinə ayrılması, yoxsa həmin vəsaitdən digər onkoloji dispanserlərin də yararlana bilib-bilməyəcəyi göstərilmir.

Xərclərin strukturu barədə məlumatlar ictimailəşdirilmədiyi üçün bu vəsaitin nə qədərinin dərmana, texniki təchizata ayrıldığı məlum deyil.

“Onkoloji yardım haqqında” Qanuna əsasən, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

MOM-un baş onkoloqu Azad Kərimov rəhbərlik etdiyi müəssisəyə ayrılmış xərclərin strukturu barədə BBC-nin sualına cavab verməyib. O, eyni zamanda bu mərkəzdə BBC-nin pasientlərin xərclərilə bağlı topladığı iddiaların “yalan olduğunu” iddia edib.

“Bu pul kiməsə az görünə bilər”
Gülşən deyir ki, müalicənin ilk mərhələlərində ona maddi yardım etmiş qohumlarının “daha kömək etməyə gücü qalmayıb”.

“Mənim qardaşlarım, qohumlarım, qaynım, qaynatam, başqa qohumlarım birinci dəfə müalicəm üçün əllərində olanı verdilər, kredit götürdülər, məni sağaltdılar. İndi ikinci dəfə baş qaldırıb. Hamı hələ də o əvvəlki kreditləri ödəyir. Bəs, mən indi hardan alım pulu? İkinci dəfə yenidən şiş tapılanda gəldik, birinci prosedura 350 manat verdik. Axı, tək o da deyil, bunun başqa dərmanları da var. Getdik danışdıq, mən buranın öz xəstəsi olduğum üçün endirim etdilər, indi bir kimyaterapiyaya 150 manat verirəm. Qeydiyyatda oturanlar da çox alır. 10 manat qan puludursa, 15 alıb 5-ni də özlərinə götürürlər. Həkimlə danışmışıq, o qan analizi götürən qızlara zəng vurur, yarı qiymət ödəyirəm. O dəfə analizlərə 12 manat verdim, bu gün də bir analizə 4 manat verdim. Bu pul kiməsə az görünə bilər. Ancaq bizim üçün az deyil axı”.

Gülşən bu dəfə neçə kimyaterapiya proseduru keçəcəyini bilmir, lakin artan müalicə xərcləri onun qayğılarını da artırmaqdadır.

“Pul-para tapılan şeydir, amma bir nəfər xəstələnirsə, bütün ailə əziyyət, zülüm çəkir. Ancaq yaşamaq da istəyirsən. Hərdən canım ağrıyanda, üstəlik maddi sıxıntılar da üstünə gələndə, bax, bir oğlum var, bununla belə hərdən yaşamaq arzum tamam yox olur. Elə istəyirəm gözümü yumum, oyanmayım”, – Gülşən deyir və analizlərinin cavabını almağa gedəcəyi üçün sağollaşır…
 //bc.com/

Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi müəlliməsindən şikayətçidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb: “Mən ADAU-da politologiya müəlliməsi Əlizadə Səbinə müəllimədən şikayətçiyəm. Tək mən yox patokun 90 faizi narazıdır.

Nə düzgün qiymətləndirmə edir, nə də normal dərs keçir. Qeyri ixtisas fənnimiz olmasına baxmayaraq hər dəfə 20, 25, 30 səhifə dərsləri verir ki, gedin əzbərləyin və gəlib danışın. Tələbələrin balını da layiq olduğundan aşağı yazır.

Çox xaiş edirəm müəlliməmizin dəyişməsində bizə köməklik edəsiniz. İmtahanlara çox az qalıb və ballarımız hədsiz dərəcədə aşağıdır”.

Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Son illər bir çox vəzifə sahibi olan şəxslər nəinki daşıdıqları vəzifələrindən “ikiəlli yapışırlar”, hətta onlar “minbir hoqqalar”a qol qoymaqla “əndazə”ni də aşırlar. Belə bir səbəblər üzündəndir ki, yerlərdə kütləvi narazılıqlar baş qaldırır, dövlət qurumlarına qarşı vətəndaş etinasızlığı özünü göstərir, eyni zamanda sosial problemlər aşıb-daşmaqda davam edir. Bütün bunların kökündə vəzifə sahibi olan şəxslərin tələb olunan qanunlara əməl etməmələri, üzərinə düşən vəzifələrini yerinə yetirməyi bacarmamaları, yaxud da yerinə yetirmək istəyində olmamalarıdır. Belə bir halların varlığı, ilk növbədə vətəndaşların dövlət qurumlarına olan inamının heçə enməsinə səbəb olur ki, bu da olduqca pis halın varlığıdır. Açıq-aşkar şəkildə qeyd edək ki, belə vəzifə sahiblərindən biri də Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Rafil İsrafil oğlu Hüseynovdur. Son bir neçə aydır ki, bu şəxsin qanunsuzluğa söykənən əməlləri haqda ölkənin aparıcı media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanır, geniş ictimaiyyəti narahat edən problemlərin varlığı hər kəsin diqqətinə çatdırır. Bütün bunlara baxmayaraq, icra başçısı Rafil Hüseynov qeyd olunan tənqidlərdən nəticə çıxarıb çoxsaylı problemləri həll etmək əvəzinə, yenə də oxşar addımlarını atmaqda davam edir. Məsələn, bugünlərdə gundemxeber.az saytının redaksiyasına Ağcabədi rayonu, Haramı düzü adı ilə tanınan ərazidə fəaliyyət göstərən “Yaşar-84” MMC kəndli fermer təsərrüfatının sahibi, hüquqi şəxs Bəxşeyiş Xasay oğlu Səfiyev tərəfindən müraciət olunub. Bəxşeyiş Səfiyev müraciətində bildirir ki, “1995-ci ildən rəhbərlik etdiyim “Yaşar-84” MMC kəndli fermer təsərrüfatına aid 50 ha torpaq sahəsində həm əkinçiliklə, həm də qoyunçuluq təsərrüfatı ilə məşğul oluram. Qeyd edim ki, dövlət fond torpağına aid olan və icarə müqaviləsi əsasında istifadə etdiyimiz bu torpaq sahələrində suvarma işlərini 3 (üç) ədəd trosfarmatordan istifadə etməklə suvarma işlərini həyata keçirirdik. Bir müddət bundan öncə icra başçısı Rafil Hüseynovun verdiyi tapşırıq əsasında, RİH-nin və “Azərişıq” ASC-nin əməkdaşları polisin təsir imkanlarından istifadə edib, icarə müqaviləsi əsasında istifadəmizdə olan 3 ədəd trosfarmatoru söküb apardılar. Belə bir səbəbdən də, payız mövsümü ilə əlaqədar əkin sahələrimizdə suvarma işlərini həyata keçirə bilmədik. Artıq vəziyyət elə bir dözülməz həddə gəlib çatıb ki, taxıl sahələrindəki gəmiricilərin qarşısını ala bilmirik. Yəni, gəmiricilər şəxsi istifadəmizdə olan sahələri olduqca yarasız vəziyyətə salıblar. Qeyd edim ki, trosfarmatorlar götürlərkən müəyyən qarşıdurma hadisəsi baş verdi və polis əməkdaşları həm məni, həm də yaşlı həyat yoldaşımı itələyib yıxdılar. Bütün bunlara əsas səbəb, 2019-cu ildən Ağcabədi rayonuna rəhbərlik edən Rafil Hüseynovun, guya ki, rəhbərlik etdiyim “Yaşar-84” MMC kəndli fermer təsərrüfatının “Azərşəkər” MMC-nin Ağcabədi təsərrüfatına məxsus 18 ha əraziyə daxil olmasını bəhanə etməsidir. Əslində RİH-nin başçısı tərəfindən atılan belə bir addım, heç bir əsası olmayan bəhanədən başqa bir şey deyil.
Qeyd edim ki, əgər bu cür qeyri-qanuni addmlarla bağlı tapşırıq verən İcra Başçısıdırsa, hərtərəfli aranı qarışdıran, vətəndaşların dövlət qurmlarından narazı düşmələrinə şərait yaradan, bir sözlə əsas baiskar, icra başçısının buyruqçusu rolunu uğurla yerinə yetirən Muxtar Bağırov adlı şəxsdir. Unutmaq olmaz ki, icra başçısı Rafil Hüseynov bu şəxsin sözü ilə oturub durur. Bu şəxslər zaman-zaman elə bir saxtakarlıqlara da qol qoyublar ki, baş verənləri görüb-eşidən hər kəs, sanki öz özlüyündə şaxsey-vaxsey deməli olur. Məsələn, xeyli vaxt bundan əvvəl RİH tərəfindən bir şirkət aldadılır və torpaq sahəmizin içindəki tikilini, üç artezianı və istifadə etdiyimiz torpaq sahəsinin müəyyən hissəsini şirkət əməkdaşlarına göstərirlər. Az sonra Mehdiyev Şöhrət Əsəd oğlunun adına sənədləşmə işlərini həyata keçirərək, şirkət tərəfdən külli miqdarda pul alırlar. Nə qədər pul alırlar, onu bilmirəm. Bundan əlavə, bu gün də şəxsi istifadəmdə olan torpaq sahəsinə aid icarə müqaviləsi olduğu halda, RİH-i tərəfindən istifadəmdə olan 20 ha sahəsinin guya ki, başqa bir şəxsə aid olması ilə bağlı şəhadətnamə verirlər. Bu addım olduqca qeyri-qanuni addımdır. Çünki, icarə müqaviləsinin müddəti başa çatmadan, məhkəmənin qərarı olmadan heç bir şəxsə heç bir halda şəhadətnamə verilə bilməz. Qeyd edim ki, RİH-i tərəfindən 20 ha sahəsinə aid başqa bir şəxsə şəhadətnamə versələr də, hal-hazırda həmin sahə bizim istifadəmizdədir.
Əlavə olaraq onu da bildirmək istəyirəm ki, 1995-ci ildən rəhbərlik etdiyim “Yaşar-84” MMC kəndli fermer təsərrüfatı, nə üçün ötən illər ərzində “Azərşəkər” MMC-nin Ağcabədi təsərrüfatına məxsus əraziyə daxil olmur, yalnız Rafil Hüseynovun bu rayona rəhbərlik etdiyi vaxtlarda daxil olur? Əslinə baxsan, ortada əksəriyyətin bilmədiyi bəzi incəliklər, müəyyən nüaslar var ki, onları da Ağcabədi RİH-nin başçısı yaxşı bilir. Onu da qeyd edim ki, “Azərşəkər” MMC-i təkcə Ağcabədi rayonu ərazisində deyil, həmçinin Bərdə və Yevlax rayonları ərazisində də fəaliyyət göstərir. Yəni, bu MMC-nin adı çəkilən bu rayonların ərazilərində geniş təsərrüfat sahələri var. İcra başçısı orda-burda belə bir təbliğat da aparır ki, guya “Azərşəkər” MMC-i Prezident ailəsinə məxsusdur. Əslində Rafil Hüseynov tərəfindən belə bir təbliğatın aparılması, məhz bu şəxsin hansısa məqsədinə nail olması üçün atdığı addımdır”.
Ağcabədi RİH-nin başçısı tərəfindən sahibkar Xasay Səfiyevə qarşı törədilən bu “terror aktı”nı təhlil edib belə qənaətə gəlmək olar ki, bu yöndə atılan addımlar təkcə “Yaşar-84” MMC-nin rəhbərinə qarşı deyil, bütövlükdə ölkədaxili iqtisadi siyasətimizə vurulan ən böyük zərbədir. Onu da bildirək ki, Prezident İlham Əliyev 24 oktyabr 2019-cu il tarixdə iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən “Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir” demişdir. Digər tərəfdən, Prezident İlham Əliyev hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə, həmin şəxsə “Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm” deyə lazımi tapşırıqlarını verir. O halda sual oluna bilər ki, görəsən Ağcabədi RİH-nin başçı Rafil Hüseynov ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları lazımınca yerinə yetirirmi? Əsla yox! Çünki, RİH-nin başçısı tərəfindən sahibkar Xasay Səfiyevə qarşı törədilən bu “terror aktı”, əslində ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqların əleyhinə çıxmaq deməkdir. Çünki, son illər möhtərəm Prezident sahibkarlıqla bağlı məsələlərə olduqca diqqət yetirir və vəzifə sahiblərinə bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı lazımi tapşırıqlarını da verir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

GundemXeber.Az

Dünyapress TV

Xəbər lenti