Ardını oxu...
DİA.AZ: - "Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov dövlətin ayırdığı vəsaiti özünü təriflətməyə xərcləyir.
Belə ki, 3 ay əvvəl Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icrasını Orxan Mahmudova həvalə ediblər. Orxan Mahmudov əvvəllər bankda işləyib yol verdiyi nöqsana görə işindən qovulub.İxtisası meliorasiya və suvarma sahəsinə aid deyil bu sahədən heç bir anlayışıda yoxdur. O, işinin öhdəsindən gələ bilmədiyi üçün rayonda ciddi narazılıqlar yaradıb deyə barəsində çoxlu şikayətlər var.Orxan Mahmudov bunun qarşısını alıb mərkəzi orqanları aldatmaq üçün yeni üsula əl atıb küllü miqdarda pul xərcləyir". Bu barədə DİA.AZ-a Göyçaydan göndərilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Belə ki, Orxan Mahmudov idarəyə məxsus bir neçə texnikanı eyni kanalın təmizlənməsində istifadə edib video və foto şəkillər çəkdirib muzdlu torllar vasitəsi ilə sosial şəbəkələrdə və oxucusu olmayan reket saytlarda yaydırmaqla məşğul olur. Buna isə kifayət qədər vəsait xərclənir.Həttda idarəyə məxsus texnikaları onu tərifləyənlərin şəxsi təsərrüfatlarında, həyətyanı sahələrində şəxsi işlərə cəlb edir. Göyçay rayon Suvarma Sistemləri İdarəsində əməlli başlı özbaınalıq baş alıb gedir.
Hansı ki, özünü təriflətmək üçün trollara, yaltaqlara xərclənən vəsait hesabına çoxlu sayda su kanallarını təmizləmək olardı. Göyçay rayonunun Çərəkə, Müskürlü, Malllı-Şıxlı, Qaraman və digər kəndlərində kanallar təmizlənmədiyi üçün kənd sakinləri suszluqdan əziyyət çəkirlər.

Orxan Mahmudov yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə müdir təyin olunmaq üçün belə saxtakarlıqlara əl ataraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovu aldadır.Hər şey isə göz önündədir Göyçay rayon Suvarma Sistemləri İdarəsində hərc-mərclik baş alıb gedir. Orxan Mahmudov bu vəzifənin icrası həvalə edilən kimi qohum-dost və tanışlarını vızifəyə gətirdi. Hansı ki, həmin adamlar bu sahənin kadrları deyil bu sahədən anlayışları qətiyyən yoxdur. Təcrübəli kadrlar işdən çıxmağa məcbur edilir, bəziləri isə qanunsuz olaraq nöqsanla işdən çıxarılıblar.
Orxan Mahmudov məclislərin birində deyib ki, danışılıb pul çatdırılıb yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə özüm müdir təyin ediləcəm.Meliorasiya və suvarma sahəsindən heç bir anlayışı olmayan Orxan Mahmudovu düşündürən ancaq nəyin bahasına olur-olsun dövlət vəsaitini talayaraq kapital əldə etməkdir.Bu isə ağır nəticələrə gətirib çıxaracaq.Qeyd edək ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin bundan əvvəl müdiri Şakir Əhmədov olub.Əslində camaat gözləyirdi ki, Şakir Əhmədov törətdiyi cinayət əməllərinə görə həbs edilib cəzalansın ancaq işdən çıxarılmaqla canını qurtardılar.Necə deyərlər biri itdi biri bitdi bir korrupsioneri digəri ilə əvəz etdilər.Yenə köhnə hamam köhnə tas.Orxan Mahmudov yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə müdir vəzifəsinə təyin edilmək üçün bir iki saxta işlər görüb özünü hələ ki reklam edir.Vəzifəyə təyinat alandan sonra veridyi pulları çıxarmağa çalışacaq.
Ümüd edirik ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov onun bu bəd niyyətinin kerçəkləşməsinə imkan verilməyəcək".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Xarici işlər naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Aparat rəhbəri, daha sonra nazir müavini təyin olunanda o, həm də özəl hüquqi şirkəti olan "OMNİ" QSC-də direktor vəzifəsində çalışırdı.

Qanunvericiliyə görə, dövlət məmuru vəzifəsinin icrasına başlayanda biznesi ilə xudahafizləşməlidir. Amma C. Bayramov yalnız 2013-cü ilin sentyabrında özəl şirkətdə tutduğu vəzifəsini tərk edib. Amma səhmlərini 2017-ci ilin mayın 10-dək qoruyub saxlayıb. Daha sonra isə səhmlərini həyat yoldaşı Aygün Bayramovaya bağışlayıb.

"OMNİ" şirkətinin yolları Söyüdlü kəndində qızıl çıxaran “R.V. İnvestment Group Services” şirkəti ilə də kəsişib. İqtisadiyyat Nazirliyi 2019-cu ildə “R.V. İnvestment Group Services” şirkətinə məxsus payların alqı-satqı üsulunun həyata keçirilməsi ilə bağlı “OMNİ” şirkətindən məsləhət xidmətinin alınması üçün müqavilə bağlayıb.

Hüquq şirkətinə bundan ötrü 265.000 manat ödənilib. Müqaviləyə görə OMNİ şirkəti qızıl yatağının alqı-satqısı ilə bağlı hüquqi məsləhət verməli olsa da, Azərbaycan dövləti ABŞ şirkətinin istismarına verdiyi bu yataqları ondan geri almayıb. Əksinə, 2022-ci ildə hökumət daha üç yatağı –“Qaradağ”, “Xarxar” və “Dəmirli” əlvan metal yataqlarını onun müqavilə sahəsinə daxil edib.

/abzas.org/
 
Ardını oxu...
Azərbaycanda çıxarışı olan torpaq başqasına satılıb.

“Xezerxeber.az” xəbər verir ki, belə bir iddia ilə Lənkəran rayon Parakənd kənd sakini İlham Nuriyev çıxış edib.

Onun sözlərinə görə, ailəsinə 1998-ci ildə verilən 93 sot kənd təsərrüfatı təyinatlı pay torpağının 40 sotu əmisi oğlu tərəfindən zəbt olunub. Pay torpağa 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən reyestır çıxarışı da verilib.

İ. Nuriyev iddia edir ki, reyestr çıxarışı verilən gündən torpağın yarısını onun əmisi oğlu Bayram Nuriyev qanunsuz çəpərə alaraq orada sitrus ağacları əkib.

Vətəndaş təkcə əmisi oğlundan şikayətçi deyil, o, kəndin bələdiyyə sədri Ələmşah Məmmədovdan da şikayətçidir. Onun torpağının bələdiyyə tərəfindən satıldığını iddia edir.
Torpağın hansı əsaslarla zəbt olunduğunu öyrənmək üçün qarşı tərəflə Bayram Nuriyevlə görüşdük. Bayram Nuriyev səslənən iddiaları qəbul etmədiyini, 40 sot torpağın 1995-ci ildən ona məxsus olduğunu bildirdi.

Hirkan Bələdiyyəsinin sədri Ələmşah Məmmədov isə bildirdi ki, İ. Nuriyevin torpağının bir hissəsinin bələdiyyə tərəfindən satılması əsassızdır və ona məxsus olan 93 sot torpaq yerindədir.

Mübahisəli torpaq məsələsinə baxılması üçün iş hazırda Şirvan İnzibati Məhkəməsindədir. Məhkəmənin qərarı növbəti ayda məlum olacaq və onda torpağın kimə məxsus olduğu bilinəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Hələ ötən əsrdə Nizami rayon Bəkir Çobanzadə 220 ünvanında salınan yaşıllıq həm insanların asudə vaxtlarının səmərəli təşkilinə ,həm də havanın çirklənməsinin qarşısının alinmasına xidmət edirdi.

Lakin illər keçdikcə, Nizami rayon icra başçısının görməzdən gəlməsi nəticəsində böyük bir ərazini əhatə edən park fərdi şəxslər tərəfindən hasarlanıb, ağaclarin böyük hissəsi məhv edilib. Qalan ağaclar isə süni müdaxilə ilə qurudulur. Bunu ağacların gövdəsində olan neft və his izlərindən açıq -aydin görmək olar. Yaşıllığın böyük hissəsinin məhvi nəticəsində mənimsənilmiş ərazinin tikinti kralı Şərurlu İsfəndiya məxsus olduğu iddia olunur. Çəkiliş zamanı ərazidə olan tanimadığımız şəxslər peşə fəaliyyətimizə mane olmağa çalışsalar da buna Nail ola bilmədilər. Ərazidə yaşayan sakinlərin istifadə etdikləri yolun zəbt olunması bir başqa dərddir. Buna səbəb isə Azəriqaz -ın ərazidən keçən xətləridir. Daha da faciəli mənzərə isə həmin xətlərinin üzərində ərazidə olan yaşayış evlərinin hasarlarının altından keçirilməsidir. Həmin xətlər vasitəsi ilə ərazidə olan möhtəsəm restoran və şadlıq evləri qazla təmin olunur. Qaz xətlərinin yaşayış evlərinin bu qədər yaxınlığından keçməsi ,fərdi yaşayış evlərinə və iaşə obyektlərinə xustar usulla qaz xətlərinin çəkilməsi burada dəhşətli faciənin gözlə qaş arasında olmasından xəbər verir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.AzTimes.az

 
Ardını oxu...
Ötən yazımızda Elvin Abbasovun saxta diplomla Beyləqan təhsilində at oynatmağından bəhs etmişdik və bu yazımız Elm və Təhsil naziri Emin Əmrullayevə bir müraciət kimi də qəbul edilə bilər. Çünki bu sahədə pis nə baş verirsə, buna görə daha çox qınanılan, tənqid edilən də məhz cənab Əmrullayevdir. Bu gün Azərbaycan təhsil sistemində bütün baş verən proseslərin məsuliyyətini Emin Əmrullayev bir nazir olaraq öz üzərinə götürüb. Ona görə də o verdiyi qərarlarda, imzaladığı sənədlərdə, hətta əmr verərkən belə diqqətli olmalı, adi bir səhvə belə yol verməməlidir.

Məlum məsələdir ki, təhsil hər bir dövləti, xalqı aydınlığa, inkişafa aparan tərəqqi yoludur. Buna görə də təhsil strategiyasına uyğun şəkildə mütərəqqi islahatlara imza atılmalı, təhsilin keyfiyyətinə təsir edən mühüm amillər üzərində qərarlar qəbul edilməlidir. Bunun üçün də ilk növbədə kadrların təyinatı məsələsində diqqətli olmaq vacibdir. Əlbəttə ki, təhsilə yad və kənar şəxsləri gətirib strateji-ideoloji sahəyə, yumşaq ifadə ilə desək, yerləşdirəndə söz yox ki, təhsili öz əlimizlə mənəvi terrora sürükləyirik. Buna görə də həm Elm və Təhsil Nazirliyi, həm də dövlətin ayrı-ayrı qurumları kadr təyinatı məsələlərində mütləq diqqətli olmalıdır. Ölkənin tərəqqisi də, tənəzzülü də məhz həmin kadrlardan asılıdır.

Xatırlayırsınızsa, ötən yazımızda Elvin Abbasovun özbaşınalığı haqqında yazmışdıq.

Mənbə: Realmedia.az
“Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov necə və hansı tələblərlə sektora müdir təyin edilib? Və yaxud Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?

Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Yəni, Beyləqan təhsili tarixən çörəkli yer olub. Amma onu deyək ki, Elvin Abbasov əvvəlki təhsil müdirlərindən çox fərqlənir. Biz inanmırıq ki, o bu sahəyə qazanmaq, varlanmaq, qaz vurub-qazan doldurmaq üçün gəlib. Amma onun əvvəlki sələflərindən bir fərqi var. Nədir o fərq? Məsələn, əvvəlki təhsil müdirlərinin diplomu ilə bağlı ictimaiyyətdə hər hansı bir dolaşıq söz-söhbətlərə rast gəlməmişəm. Ancaq bu gün, Beyləqanda onu tanıyanlar Elvin Abbasovun diplomunun dövlət sənədi olmamasını danışırlar. Hətta Elvin bəyi yaxından tanıyanlar onun necə və nə vaxt, harda oxuduğuna da “mat-məəttəl”qalıblar.
Onu tanıyanlar bildirir ki, Elvin Abbasov taksi sürücüsü kimi fəaliyyət göstərib. Sonradan isə sələmçiliklə, yəni faizə pul verməklə məşğul olurdu. Məhz o, bu yolla, haram (sələmçiliklə) pul qazanmaqla varlandı. Yəni, hazırda Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri ilə Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunan Abbasov Elvin Sevdimalı oğlu rayonda müəllim kimi yox, “sələmçı Elvin” kimi tanınıb. Belə bir şəxsin birdən-birə bir rayonun təhsil sektoruna müdir təyin edilməsi olduqca qəribə görünür. İnsanlar haqlı olaraq sual edirlər ki, sələmçi hara, təhsil müdiri hara. Əslində bu insanların haqlı mövqeyidir. Əslində biz Elvin Abbasovun faizə (sələmə) pul verməsini, sələmçiliklə pul qazanmasını qəbul edirik. Olsun! Zatən ölkənin ən iri məmurları bunu edirlər. Görün, ölkədə nə qədər mərc oyunlarından pullar qazanılır. “Azərlotereya” ASC bütün bölgələrdə qumarxanalarla açıq-aşkar ciblərə girirlər “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Bu səbəbdən də Elvin Abbasovu qınamırıq. Və hesab etmirik də ki, onun sələmçi kimi ad çıxarması“ karyera yüksəlişi” yolunda onun üçün ciddi əngələ çevrilə bilər.

Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlərdir. Əldə etdiyimiz məlumata görə, Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edib. Başqa bir mənbənin bilgisinə görə isə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Bəs yaxşı, onda belədirsə, Elvin Abbasov bu diplomu necə əldə edib? Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni, bu qədərmi bəsitdir hər şey, cənab nazir?
Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün TN-ə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor, az müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit bir şey!
Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub. Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.

Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb.
Bundan əlavə şəkillərdən göründüyü kimi, bir çox insanlar yaltaqlıq edərək Elvin Abbasovu tərif yağışına tutublar. həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən yaltaq insanlar Elvin Abbasovu elə müdafiə edirlər ki, sanki ovsunlanıblar. Bu yaltaqlığı edənlərin haqq-ədalət, vicdan, insanlıq yadlarına düşmür.
Azərbaycanda demokratik imic daşıyan şəxslərin əksəriyyəti bu yaltaqlıq virusunun daşıyıcısıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Elə xalqı aldatmağın özü də bir yaltaqlıqdır. Saxta diplomla təhsil sahəsinin inkişafı üçün çalışdığını söyləyən sektor müdirinin olması da böyük qanunsuzluqdur.
İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?

Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq, Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul olub - olmamasını, olubsa, neçə balla qəbul olmasını, eləcə də Müəllimlər İnstitutunun Zaqatala filialında tarix-coğrafiya fənni üzrə ixtisasın olub - olmamasını aydınlaşdıracaqlar.
Mənbə: Realmedia.az
https://tehsilmedia.az/sikayetler/3490-saxta-diplomla-gediln-ks-yol-beylqanin-cokmkd-olan-thsili.html?fbclid=IwAR1QjwFTynTr9ynPAMwe30k5sCHVxErD0eGrT_U_JSit1_wkbrASrRXupiw
 
Ardını oxu...
Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının redaksiyamıza növbəti müraciəti daxil olub.

Əvvəlki iki müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi. Biz bu müraciətlər əsasında "Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür" və "Qoşqar Təhməzli kadrlarına nəzarət edə bilmir - AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində Rəzalət -DE-FAKTO" sərlövhəli yazılar dərc etmişdik.

***

Bu müraciətində də Validə xanım ona və oğluna qarşı AQTA səlahiyyətliləri tərəfindən haqsızlığın, qanunsuzluğun davam etdiyini yazır. "Yenixeber.org" olaraq bu dəfə də yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzlişlərlə dərc edirik:
"Mən “Yenixebe.orgr” saytının redaktoru cənab İlqar Salmanova iki dəfə müraciət edərək AQTA-nın Quba – Xaçmaz Regional Bölməsində oğlumun iş otağında sektor müdiri tərəfindən döyülməsi hadisəsini açıqlamışdım. AQTA-nın rəhbərliyinə dəfələrlə etdiyim yazılı ərizələr nəticəsiz qaldığı üçün son ümid kimi dərdimi internet vasitəsi ilə bildirmək istəmişəm. Lakin mənim bu açıq müraciətimə də, AQTA-nın rəhbərliyi səssiz qalıb. İnternet saytlarında AQTA-nın rəhbərinin – Qoşqar Təhməzlinin insanın əl və ayaq barmaqlarının sayı çatmayacaq qədər çox olan şəxsi müəssisələrinin siyahısını gördüm. Bu zamana qədər AQTA-nın rəhbərinin oğlumun iş yerində döyülməsinə münasibət bildirməməsi, tədbir gösməməsi mənim ürəyimi ağrıdır və təəccübləndirirdi.
İndi təəccüb hissim yoxdur. O qədər şəxsi “obyektləri” olan AQTA-nın rəhbərinin mənim oğlumun döyülməsinə diqqət yetirməyə vaxtı ola bilərmi? Bu qədər çoxlu “obyektlərin” gəlir-çıxarına nəzarət etmək, onların problemlərini nizama salmaqdan AQTA-nın rəhbərinin vaxtı varmı ki, bir də oğlumun döyülməsi ilə məşğul olsun?!
Çox böyük işmiş! Hansısa kiçik bir işçini onun rəhbərlik etdiyi orqanın yerli şöbəsində sektor müdiri döyüb!!! Nə olacaq ki? Buna onun vaxtı varmı ki, diqqət yetirsin?! Heç bu da işdi? Hansısa kiçik işçini əvəzolunmaz hesab etdiyi sektor müdiri cavab qaytardığı üçün döyüb. Buna görə də həmin kiçik işçinin ahıl anası onu – AQTA-nın rəhbərini narahat edib, günahkarın – buna yol vermiş AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisinin və oğlumu döyən işçinin cəzalandırılmasını tələb edir!!! AQTA özününkü hesab etdiyi işçilərini o qədər əvəzolunmaz hesab edir ki, hətta Quba-Xaçmaz Regional Bölməsindəki bəzi işçilərə əlavə güzəştlər tətbir edir. Belə ki, oradakı bəzi işçilər – (Əgər AQTA-da bununla maraqlanmaq istəsələr adlarını verə bilərəm) AQTA-nın müxtəlif strukturlarında eyni vaxtda 2 ayrı vəzifə tutub, hər vəzifəyə görə də aylıq əmək haqqı alırlar. Maraqlıdır, işçi vəzifəsindən aslı olmayaraq təyin olunduğu vəzifədə 8 saatlıq iş günü normasında çalışdığına görə əmək haqqı alır. (Bu mövcud əmək qanunvericiliyinə əsaslanmış normadır) Lakin bu işçilər eyni vaxtda necə olur ki, ayrı-ayrı iş yerlərində çalışıb, əmək haqqı alırlar?! Bu necə sehirbazlıqdır belə? Bəlkə həmin işçilər özlərini klonlaşdırıblar, eyni vaxtda ayrı strukturlarda müxtəlif vəzifələrdə çalışa bilirlər? Nə qədər ixtisaslı kadrın iş ilə təmin olunmaq üçün müraciətləri illərlə məhz bu tərəf tutan rəhbərlər tərəfindən təmin olunmur. AQTA-da isə bəzi “imtiyazlı” işçilər 2 işlə təmin oluna bilirlər. AQTA-nın rəhbərliyinə bir sual vermək istərdim: Görəsən rəhbərlik yerlərdəki qurumlara rəhbərlik etmək üçün vəzifəli şəxsləri təyin edərkən onlardan hansı tapşırıq və öhdəlikləri tələb edir? Sözsüz ki, kollektivə vicdanla rəhbərlik etmələrini, işçilər arasında əmək nizam-intizamının olmasını, vəzifəcə aşağı işçilərin hüquqlarının müdafiəsini, müvafiq sahə üzrə dövlətimizin, hörmətli Prezidentimizin Qanun, Fərman və normativ aktlara riayət olunmasını təmin etmələrini tələb etməlidir.
Bəs Sizin – AQTA-nın rəhbərinin Quba – Xaçmaz Regional Bölməsinin rəisi nə edir? Bütün bunların tam əksinə - üstün işçiyə kiçik işçini döydürür. Oğlumu döyən sektor müdirini bütün bu işlə əlaqəli orqanlarda müdafiə edən sənədlər göndərir, həmin sektor müdirini müdafiə edir. Necə olur ki, Oğlumun 28.12.2022-ci il tarixdə AQTA-nın QUBA – Xaçmaz Regional Bölməsinin inzibati binasında, iş otğında döyüldüyü günə aid inzibati binanın daxilində və həyətində quraşdırılmış təhlükəsizlik kamerasının videogörüntüləri yoxa çıxır?
Həmin videogörüntülər olduğu halda niyə görə sektor müdirinin tabeliyində işləyən işçilərin ifadəsi əsas götürüldü?
Mənim sektor müdirini döydüyüm yalanını uyduran sektor müdirinin ifadələri niyə videokameralarla yoxlanılmadı? 62 yaşlı, II qrup əlil qadın cavan oğlanı döyə bilərmi? Məntiq haradadır?
Əgər mən və oğlum bölmənin iş otağında bu qədər ictimai qayda-qanunu pozmuşuqsa, niyə həmin gün, sonrakı günlərdə bölmənin rəisi Zaur Fərzəliyev hüquq-mühafizə orqanlarına xəbər vermədi?!
Niyə həmin gün bu hadisənin baş verməsi haqda akt və ya həmkarlar təşkilatının iclas protokolu tərtib olunub, məhz həmin gün AQTA-nın internet saytına göndərilmədi?!
Hər bir halda rəis Zaur Fəzrəliyev baş verən hadisədə məsuliyyət daşımırmı?
AQTA hətta mənim göndərdiyim ərizədən sonra belə bu şəxslərin – Zaur Fərzəliyevin və sektor müdirinin AQTA-nın strukturlarında hal-hazırda da işləməsinə şərait yaradır. Bildirirəm ki, bu şəxslər adi işçilər deyil, məsul vəzifəli şəxslərdir. Kollektivin nizam-intizamına birbaşa cavabdeh olan bu şəxslər haqqında heç bir cəza
tədbiri görülmədi!!! Hətta hadisəni AQTA-ya xəbər verdikdə bizi – oğlumu və məni Agentliyə çağırıb bu hadisənin araşdırılmasına məsul olan Elgiz adlı işçi tərəfindən hədə-qorxuya məruz qaldıq. Həmin işçi bizi dövlət işçisinə böhtan atmaqla şantaj etdi. Dəflərlə sübut olaraq “Müşahidə kamerası görüntülərinə baxın” tələbimizə əhəmiyyət verilmədi.
Bütün bu hadisələrdən sonra gəldiyim nəticə budur:
- Oğlumun qəsdən, bilərəkdən sektor müdiri tərəfindən aylarla təhqir olunmasına göz yumulub. Kollektiv də bu sektor müdirindən nədənsə qorxub, çəkinirlər. Rəis Zaur Fərzəliyev həmişə bu şəxsə havadarlıq edib. Bunun sübutu da Z.Fərzəliyevin işçini döyən bu sektor müdiri haqda çox-çox müsbət xarakterizə edən
sənəd verməsidir!
Maraqlıdır tabeliyində olan 10-15 işçisinə rəhbərlik edə bilməyən, kollektivdə nizam-intizam qurmağı bacarmayan, hətta bəzi işçilərə torpil yaradan AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev böyük bir rayon əhalisinin qida təhlükəsizliyinə necə nəzarət edə bilər?
Hörmətli Qoşqar müəllim, bəlkə bundan sonra vaxt tapıb oğlumun Sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında döyülməsində günahkar olan, məsuliyyət daşıyan rəhbər işçiləriniz haqqında tədbir görəsiniz". //yenixeber.org//
 
Ardını oxu...
"Türkan Sahil"- "Qızıl qum" istirahət mərkəzi sadə insanların üz tutduğu çimərliyi zəbt edib. Çimərliyə pulsuz daxil olmaq mümkün deyil. Çünki, dənizin çimmək üçün əlverişli olan ərazisi hasarlanaraq “Türkan Sahil- Qızıl qum” istirahət mərkəzi tərəfindən zəbt edilib və çimərliyə açılan darvazalar vətəndaşların üzünə bağlanıb. Girişdə isə şlaqbaum qoyulub.

İddialara görə çimərliyə daxil olmaq üçün obyektin sahibi Hacı Mirzə Zeynalovun tapşırığı ilə vətəndaşlardan 15 manat pul tələb edilir. Bu isə ciddi narazılığa səbəb olub.

TEREF.AZ bildirir ki, bu iddia ilə Bizim.Media-ya Yeni Baxış İctimai Nəzarətin mətbuat katibi Vüqar Əmirov çıxış edib.

Onun sözlərinə görə, ərazidə əməlli başlı “pulunu ödə və keç” prinsipi işləyir. Sadə adamların milli sərvətimizi və öz doğma dənizini pulsuz görmək imkanı yoxdur:

“Xalqın sərvətini zəbt etməyə və hasarlamağa kim ixtiyar verib? İstirahət Mərkəzinin girişində şlaqbaum qoyulub və vətəndaşlar içəri pul müqabilində buraxılır. Mirzə müəllim təxminən 75 yaşlarındadır və Türkan qəsəbəsinin ağsaqqalıdır. Vaxtilə Elmar Mirzəyev adına 6 saylı İnternat məktəbinin (sağlamlıq imkanları məhdud uşaqlar üçün) direktoru olub. Rəhbəri olduğu “Türkan Sahil-Qızıl qum” istirahət mərkəzi o vaxtdan fəaliyyətdədir.

Dəfələrlə çimərliyə gedən yolun şlaqbaumla bağlanması və ərazinin hasarlanması ilə bağlı məsələ aktuallaşsa da, ölçü götürülməyib. Bu özbaşınalığa son qoyulmalıdır”, - deyə Vüqar Əmirov duruma etiraz edib.

Məsələ ilə bağlı sözügedən istirahət mərkəzinin sahibi Mirzə Zeynalovla əlaqə saxladıq. Mirzə Zeynalov Bizim.Media-ya açıqlamasında obyektin 3 qapısının hamısının açıq olduğunu və vətəndaşlara dənizə getmək üçün heç bir maneə yaratmadıqlarını bildirib:

“Bu obyekt Xəzər Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 15 ildir fəaliyyət göstərir. Vətəndaşların dənizə girişi sərbəstdir. Hələ nəzarətolunmaz giriş də var. Gəlin, özüm sizə ərazini göstərim. Üstəlik 6 metrə yol da var. Şlaqbaum isə ona görə qoyulub ki, əraziyə gündə 20-30 heyvan girir. İnəkləri, qoyunları və itləri buraxırlar.

Girişdə adam oturub. Xidmət göstərilirsə, pul alır, xidmət yoxdursa, pulsuz dənizə gedib çimib çıxırlar.

Mən 14 il buranı abadlaşdırmışam. Heç bir ağıllı adam buranı belə bir səviyyədə düzəltməz. Görünür, o vaxt səhvə yol vermişəm. Vətəndaşlar 5, 10, hətta 15 manat da verə bilər. Gedib təmiz qumda oturub, istirahət edirlər. İstirahət edən şəxsə bir otağın ləvazimatı və çətir verilir. Amma pul yalnız xidmət haqqına görə alınır. Dənizə isə hər yandan qapılar açıqdır və vətəndaşlar istədikləri vaxt çimərliyə rahat gedib gələ-bilirlər”, - deyə Mirzə Zeynalov əlavə edib.

 
 
 
Ardını oxu...
Əgər bir yerdə, narazılıq yarandı mütləq o yerdə bu narazılığı doğuran səbəblər araşdırılmalı, ciddi tədbir görülməlidir.
Son vaxtlar, bu ticarət mərkəzindən bir - birindən maraqlı xəbərlər, aidiyyatı qurum rəhbərlərinə müraciətlər, deyəsən bu narazılığı aradan qaldırmaq əvəzinə, alovlanan ocağın üstünə benzin tökülən kimi daha da alovlandırılmasıdı.
Dərdlərin bizimlə bölüşüb, narazılıqlarını doğuran səbəbləri çılpaqlığına qədər aidiyyatı qurumlara çatdırılmasın istəyən insanları çağırıb bir dinləyən olacaqmı...?
Narazı tərəfin nümayəndəsi danışdıqca beynimizdə o qədər cavabsız suallar yaranır.
Narazı tərəfin nümayəndəsi iddia edir ki, bu məsələlər "Pandemiya" dövründə, mərkəz alış-verişə dayandırılandan sonra başladı. Din-nin, cəmiyyətə də açıq olan, hər kəsin bildiyi, işə götürülmədə qoyduğu kriteriyalara uyğun gəlməyən mühafizə polisinin manqa komandiri serjant Mais Piriyevin daha geniş fəaliyyət səlahiyyəti alması ilə başladı. Yaş həddinə görə polis sıralarından təxris olunaraq, yenidən unvermağın mülki mühafizəsi tapşırılan, hələ polis sıralarında olarkən qazandığı ləqəbi üstündə olan bu adamın, mərkəz rəhbərlərinin tapşırıqlarının üstünə şəxsi maraqlarında gəlib fironluq etməsi, hər bir səhmdarı və icarədarı buradakı vəziyyətdən narazı salır. Nəsimi Rayon Mühafizə İdarə rəhbərliyinin də bu işə göz yumması, olanlara reaksiya verməməsi Mais Piriyevin əl-qolunu daha geniş açıb. Özünə bənzər, əməlləri ilə ayama qazanmış adamları ətrafına toplaması və unvermaq rəhbərliyinin heç bir əndəzanəyə sığmayan əməlləri daha geniş vüsat alır. Mövlud, Mübariz, Şaiq kimi tərəfdaşları ilə etdikləri fironluğun dairəsi günbəgün genişlənir. Artıq bunların əməlləri dözülməz həddə çatıb. Qeyri-qanuni seçilmiş mərkəz rəhbərliyinin qeyri - qanunu tapşırıqların ica edən bu ləqəblilər deyəsən bu ticarət mərkəzinin qəsdinə, dağıdılmasına durublar.
Axı, insanlar ailələrin saxlamaq üçün buranı daimi iş yeri edib, ailəsinə bir tikə çörək pulu apara bilir. Bunu, burada çalışan insanlara çox görüb, bu imkanları da onların əlindən pis əməlləri, qanuna-zidd davranışları , ürək bulandıran bu ləqəb sahibləri əməllərindən əl çəkəcəklərmi...?
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq. //azerinfo.media//
 
Ardını oxu...
2013-cü ildən etibarən, Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən Türkiyənin “BIN GROUP” şirkəti ilə yerli kompaniyalar arasında sonu görünməyən ziddiyyətlərlə bağlı məlumatlar yayılmaqdadır.

Sözügedən narazılıqların pik nöqtəsi isə “BIN GROUP”un “Park Çinar” Mənzil-Tikinti Kooperativi tərəfindən 2019-cu ildə məhkəməyə verilməsi oldu. Kooperativin belə bir addım atmaq məcburiyyətin isə “BIN GROUP”un müqavilə öhdəliklərini yerinə yetirməməsi olub. Hesab edilə bilərdi ki, hüquq müstəvisinə çıxarılan bu məsələ tezliklə öz həllini tapacaq və qarşıdurmaya son qoyulacaq. Ancaq görünür, bu proses “BIN GROUP” şirkəti tərəfindən özünü “zərərçəkmiş” qismində tanıtmaq üçün sadəcə, bir vasitə imiş. Belə olmasaydı, şirkətin rəhbəri Barış Dəmir üzərinə götürdüyü öhdəlikləri vaxtinda və keyfiyyətlə yerinə yetirmək əvəzinə, xanımı Zəhra Dəmiri irəli verərək, şantaj və təhrikçiliyə əl atmazdı.

İstənilən ziddiyyətin həlli üçün ən münasib platformanın hüquq müstəvisi olduğunu nəzərə alsaq, “Park Çinar” Mənzil-Tikinti Kooperativinin “BIN GROUP” şirkətini məhkəməyə verməsi tam normal addımdır. Ancaq türkiyəli iş adamının xanımının nəzərində vəziyyət tamamilə başqadır.

Zəhra Dəmir “BIN GROUP” şirkəti məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə, xüsusən də, müxalif kanallara çıxaraq həyat yoldaşı və özünü “aydan arı, sudan duru” elan etməklə, Azərbaycanın müvafiq dövlət qurumlarına yönəlik hədyanlar səsləndirməkdən də çəkinmir. Şantaj cəhdləri nəticəsiz qaldıqda isə qaldırıcı krana çıxaraq intihar imitasiyasiyasına əl atacaq qədər irəli gedir.

Əslində, nə baş verib və bu qarşıdurmanın kökündə nə dayanır?

Əldə edilən məlumatlara əsasən, sözügedən məhkəmə iddiasının təməlində “BIN GROUP” şirkətinin imzaladığı podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi dayanır. Buna görə iddiaçı tərəfi nədəsə suçlamaq mümkün deyil.

Ancaq çox maraqlıdır ki, “BIN GROUP” şirkəti müqavilə öhdəliklərinə əməl etməsə də, Dəmir ailəsi öz sərvətini və komfortunu inanılmaz dərəcədə artırmağa nail olub. Soruşula bilər, nəyin hesabına? İddialara əsasən, Azərbaycandan fəaliyyətə başladıqdan bir müddət sonra gözəl həyat quran Dəmir ailəsi bahalı avtomobilləri artıq sıraya düzüb. Bu komfortun şirkətdə çalışan işçilərin haqqının yeyilməsi hesabına yaradıldğı da dolaşan iddialar sırasındadır.

Paradoksa baxın, “BIN GROUP”un sahibi müqavilə ilə aldığı sifarişin pullarını talayır, hesab vermək vaxtı gələndə isə xanımını irəli çəkərək şantaja əl atır.

Yeri gəlmişkən, “BIN GROUP”un problem yaratdığı şirkət sadəcə, “Park Çinar” deyil. Dəmir ailəsi “Colin”, “Kalyon”, “Cengiz İnşaat” şirkətlərinə də analoji problemlər yaradaraq onlarla imzalanan müqavilə öhdəliklərinə əməl etməməklə həmin qurumları çətin vəziyyətə salıb.

Lakin özünü haqlı çıxarmağa çalışan “BIN GROUP”un rəhbərliyi fəaliyyətindəki çatışmazlıqları aradan qaldırmaqdansa, çətin duruma saldığı şirkətləri məhkəməyə verir. Təbii ki hər dəfə də uduzur. Dəmir ailəsinin çıxardığı “komediya” da bundan sonra başlayır.

Ancaq bu “komediya”nın davamında və finalında gülən tərəf heç bir halda türkiyəli iş adamı və onun xanımı olmayacaq. (qaynarinfo.az)

Ardını oxu...
Əlbəttə, mürəkkəb dekorativ quruluşlu görkəmi göz oxşayan “Yasmin” binasıyla əlaqəsi olan hər kəsə, indi onun belə kökə düşməsi olmazın üzüntülər yaşatmaya bilməz

Bakı Kommersiya və Apellyasiya məhkəmələrində, “XalqBank” adıyla, cavabdeh kimi çoxdandır incidilən mülk – aptek sahibi Qalib Məmmədovun əleyhinə qaldırılan iddialara: “Yox!” – deyən Qərardad və Qətnamə çıxarılsa da!..

…”Yasmin” Biznes Mərkəzindəki ona məxsus sonuncu obyektin qapısına belə, “XalqBank”in başında duranların adlarıyla, qanunsuz olaraq qıfıl vuruldu və bu mülk sahibi də, sərt təhdidlərlə öz mülkündən uzaqlaşdırıldı


Bəli, “Araz” Media Qrupundakı araz.az xəbər portalının bu yazısının başlıqlarından irəli gələn məntiq sonluğu kimi, ortadakı çoxsaylı həqiqət və reallıqlara da əsaslanıb, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, “Yasmin” Biznes Mərkəzi ətrafında uzun müddətdir səngimək bilməyən, 22 nəfər sahibkara qarşı törədilən və mülkü təcavüz xarakteri daşıyan səs-küylü qalmaqalın dəhşət dolu nəticələri, birbaşa, müstəqil dövlətimizin yürütdüyü iqtisadi siyasətin əksi olan daha bir səhifədə silinməz “qara ləkələrə” çevrilməkdədir. Konkret desək, Bakı Kommersiya və Apellyasiya məhkəmələrində, “XalqBank”ın iddiasıyla, cavabdeh kimi çoxdandır incidilən sonuncu mülk – aptek sahibi Qalib Məmmədovun əleyhinə, bu dəfə, gülüş doğuran tərzdə qaldırılan absurd iddialara: “Yox!” – deyən Qərardad və Qətnamə çıxarılsa da, “Yasmin” Biznes Mərkəzindəki bu iş adamına məxsus sonuncu obyektin qapısına belə, bu bank adıyla, bu yaxınlarda qıfıl vuruldu. Və o da, digər 21 nəfər mülk sahibi – iş adamı kimi, sərt təhdidlərlə, qanunsuz olaraq, öz halal mülkündən uzaqlaşdırıldı. Bundan dərhal sonra isə, qara rəngli dəmir konstruksiyalarla hasara alınan qara bəxtli “Yasmin”in taleyinə qara ləkələr vurulmasının davam etdirildiyinə bir daha şahidlik etdik.

Halbuki, səs-küylü “Yasmin” olayları başlayan gündən, kölgədəki əsas bank sahibləri tərəfindən, “ağına-bozuna baxmadan” qanunsuz təşkil edilən “razborka dəstəsinin qoluzorlularını” öz anasına məxsus şəxsi mülklərinin — aptekinin qapısına belə yaxın buraxmayan yeganə sahibkar Qalib Məmmədov olub. Bu, o demək deyil ki, “Yasmin” qalmaqalının getdikcə böyüməsi nəticəsində, bu Biznes Mərkəzində mülkləri olan digər iş adamları kimi, Qalib Məmmədov da incidilməyib: Yox, bu, belə deyil, o, tanınmış vəkil Əkrəm Həsənovun hüquqlarını müdafiə etdiyi digər 21 nəfər iş adamı arasında, bu qalmaqal baş verən gündən indiyədək daha çox incidilən və maddi ziyana düşən mülk sahibidir.

Yeri gəlmişkən, onu da qeyd etməyi lazım bildik ki, o, bu obyektinə yeri, bu Biznes Mərkəzinin binasından anası Təranə xanım Ağayevanın adına olduqca baha qiymətə – 350 mın manata alıb. Və çox keçmədən bu şəxsi mülkündə, ölkədə yaxşı yöndən tanınan “Buta Farm” Apteklər Şəbəkəsi tərkibindəki öz aptekini açıb. Bundan az müddət keçdikdən sonra – hələ olduqca baha qiymətə aldığı mülkünün xeyrini görmədiyi maddi sıxıntılı bir vaxtında isə, burada mülk sahibi olan digər iş adamları kimi, onun özü də, dəfələrlə, olduqca sərt təzyiq və təhdidlərlə üzləşib. Elə, həmin vaxt, həmin “qoluzorlular”, digər 21 nəfər iş adamını olduqca baha qiymətə aldıqları şəxsi mülklərindən – ofis və biznes obyektlərindən uzaqlaşdıra biliblər. Onların arasındakı yeganə mülk sahibi – Qalib Məmmədov isə, həmişə, şəxsi mülkünü qorumaqda israrlı olub. Di gəl ki, ötən yaxın günlərin birində isə, bu şəxsi obyektinin açarını uzun müddət təhvil verməkdə inadkarlıq göstərən aptek sahibi daha sərt təhdid və hədə-qorxularla üzləşib. Və o da, “Yasmin”dəki durumu yüksək səviyyədə olan özünün baha qiymətli halal mülkündən uzaqlaşmaq məcburiyyətində qalıb.

Bu yerdə, xüsusi olaraq, bir daha qeyd etmək istəyirik ki, bu Biznes Mərkəzində ofis və obyekt kimi şəxsi mülkləri olan 22 nəfər iş adamından sonuncusuna məxsus obyektin qapısına da, uzun çəkən və mövcud qanunlarımızın tələbləri çərçivəsinə sığmayan bu münaqişədən sonra, qanunsuz qıfıl vuruldu. Bundan dərhal sonra isə, “Yasmin”in binası qara rəngli metal konstruksiyalarla dövrləndi. Artıq, neçə gündür ki, digər mülk sahibləri kimi, Qalıb Məmmədovun da, öz şəxsi obyektinə – aptekinə girişi tam yasaqlanıb.

Bu yerdə, araz.az-ın dəyərli oxucularının diqqətinə onu da çatdırırıq ki, bu Biznes Mərkəzinin adıyla bağlı baş verən, camaat arasında “Yasmin” qalmaqalı kimi yaddaşlara köçərək, hətta ictimai qınağa çevrilən, “Mars – M” və “XalqBank” rəhbərlərinin adlarına yazılan, 2015-ci ildən başlayaraq, günü bu günədək səngimək bilməyən, gündəmdə olduğuna görə, yüzlərlə səs-küylü yazılarla ölkə mətbuatının səhifələrindən də düşməyən bu qalmaqalla bağlı, araz.az xəbər portalı da, 30-dan çox özəl araşdırma və təhlil yazısı dərc edib. Bu yazıları oxuyarkən, münaqişəli “Yasmin” qalmaqalında adları keçən, buradakı halal mülklərinə “od qoyulan” 22 nəfər mülk sahibinin dəhşət dolu acınacaqlı durumları adama bambaşqa təsir bağışlayır, onlara yazığın gəlməyə bilmir. Həmin yazılarda da qeyd edildiyi kimi, bu Biznes Mərkəzində durumun belə acınacaqlı kökə düşməsinin əsas baiskarlarının isə, dünya heç veclərinə də deyil. Onlar, “Burada mənəm, Bağdadda kor xəlifə!” prinsipini üstün tutmaqla, istədiklərini etməkdən heç vaxt çəkinmirlər. Özü də, istədiklərini çox fərasətsiz şəkildə həyata keçirirlər və bu səbəbdən, çox keçməmiş, törətdikləri belə qanunsuzluqlar təsiredici ictimai qınağa və ölkə mətbuatının manşet yazılarında əsas mövzuya çevrilir.

Uzunçuluq olmasın və dəyərli vaxtlarını itirməsinlər deyə, oxucularımıza məsləhət görürük ki, “Yasmin” adıyla 2015-ci ildən başlayan və indiyədək gündəmdən düşməyən olaylarla bağlı əsl həqiqət və reallıqları, bu səs küylü qalmaqalın əsl mahiyyətini bilmələri üçün, “Araz Media Qrupundakı araz.az xəbər portalının dərc etdiyi həmin oxunaqlı 30-dan çox müxtəlif səpgili silsilə yazılar içərisindən, saytın Facebook səhifəsində də paylaşılan və linki aşağıdakı olan yazısını oxumaları kifayətdir: https://araz.az/?p=31318

Bu yerdə, onu da xüsusi olaraq qeyd etmək istəyirik ki, həmin yazımızda əsl həqiqət və reallıqlar göz qabağına gətirildiyindən, hiss edib, bir daha anlamaq olur ki, indiyədək, bu Biznes Mərkəzində törədilən qanunsuzluqlar halal mülk sahibi iş adamlarına olduqca təsirli və üzücü anlar yaşadıb. Çünki ortadakı məlum həqiqət və reallıq görüntüləri, bu iş adamlarının illərin əzab-əziyyətləri hesabına topladıqları bir ətək halal pulları müqabilində “Yasmin”dən aldıqları ofis və obyektlərinin, artıq, onların əllərindən çıxdığının sübut işarələridir. Halbuki, bu mülklərini almaları üçün, onlar, hətta, 2008-ci ilin sonlarından başlayaraq, 2014-cü ilin may ayınadək, 5 milyon manatdan çox ümumi dəyər qiymətlərini tam ödəməklə, öz halal pullarıyla öz adlarına rəsmi sənəd-sübutlarla, olduqca yüksək qiymətə alıblar. Onların əksəriyyəti, bu arzularına çatmaları üçün, hətta dədə-baba mirası digər halal mülklərini belə sataraq, Mərhəmət Bəşirovla alqı-satqı etməyə görə, əllərində olan, obyekt almağa çatışmayan pullarının üstünü düzəldiblər də.

Bu danılması mümkünsüz bir həqiqətdir ki, doğrudan da, bir vaxtlar, bir yandan olduqca cəlbedici mürəkkəb tikinti quruluşlu görkəmi göz oxşayan 7 mərtəbəli binasının olması, bir yandan da, paytaxt Bakının ən elitar ərazilərindən birində — Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşməsi, ölkənin çoxsaylı iş adamlarını, “Yasmin” Biznes Mərkəzindən, qiymətləri çox baha olsa belə, özlərinə obyekt və ofislər almağa cəlb edirdi. Bu arzuda olan həmin sahibkarlar içərisindən, yalnız bu 22 nəfər bu istəklərinə qovuşmağı, külli miqdarda pullarını xərcləyib, arzularına çatmaqla reallaşdıra bildilər. Yəni, qalanları üçün, görkəmi olduqca cəlbedici bu yaraşıqlı binada satılası və alınası heç nə qalmadı.

Di gəl ki, ölkəmizdə mülk sahibi iş adamlarına qarşı mülkü təcavüz törətməyi adi hala çevirənlər, müstəqil dövlətimizin yürütdüyü iqtisadi siyasətin əksinə getməkdən günü bu günədək çəkinməyənlər, bu 22 nəfər sahibkarın da arzularının çiçəklənməsinə imkan vermədilər. Onlar tərəfindən, “Yasmin” ətrafında “XalqBank” adıyla 2015-ci ildən başladılan səs-küylü qalmaqalla, incidilən bu sahibkarların bu Biznes Mərkəzindəki baxımlı halal mülklərinə “od qoyulur”. Bir sözlə, onlar tərəfindən başladılan və günü bu günədək davam edən bu çəkişmədə, bu halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirilir. Konkret desək, sahibkarların başlarına oyun açmaqdan çəkinməyənlər, hətta zərərçəkən bu iş adamlarının müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira… dolu iyrənc planlı oyunlardan çıxmaqla əl də qoya biliblər. Onların göstərişləri ilə, sahibkarlar binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan obyekt və ofislərinə belə yaxın buraxılmırlar.

Bu qalmaqalda əsas günahkarların – bankı kölgədən idarə edənlərin, Biznes Mərkəzinin özünün binasını tikən “Mars – M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun əvvəlcədən planlaşdırdıqları belə bəd əməlləri nəticəsində, törədilən qanqaraldıcı qanunsuzluqlar, artıq çoxdandır ki, açıq-aşkar göz qabağına qoyulub. Onlar getdikcə daha da böyüyən “Yasmin” qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə dəfələrlə dumanlandırıblar. Bir sözlə, “Xalq Bank”ı kölgədən idarə edən, halal mülk sahiblərinə qarşı düşmən mövqedə olan nüfuz sahibləri, əvvəlcədən göz dikdikləri “Yasmin”in baxımlı binasını, “ağına-bozuna baxmadan” ələ keçirməkdə israrlıdırlar. Elə, buna görədir ki, heç bir qanun çərçivəsinə sığmayan istədikləri hərəkətləri etməkdən indiyədək çəkinməyiblər.

Bir də ki, əvvəlki yazılarımızda xüsusi olaraq vurğuladığımız kimi, bu səs-küylü qalmaqalda, baş verən qanunsuzluqların əksi olan epizodlardan ən dəhşətlisi isə, bu Biznes Mərkəzinin binasının hərraca çıxarılması ilə bağlı oldu. Belə ki, adları yuxarılarla bağlı olduğundan, “Xalq Bank”ın başında duranlar, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli “Yasmin”i, vur-tut, 22 milyona öz banklarının adına almağa müvəffəq oldular. Elə, bundan sonra da, mülk sahiblərinə qarşı, “ağına-bozuna baxmadan”, istədikləri hərəkət etməyi daha da şiddətləndirdilər.

Göründüyü kimi, ölkədə mülkü təcavüzə məruz qalaraq, olduqca pis duruma düşən saysız-hesabsız sahibkarlardan olan bu 22 nəfər iş adamının hər biri, öz kiçik bizneslərini inkişaf etdirmək arzusuyla, bu mülklərini, bu Biznes Mərkəzini tikdirən şirkət rəhbərinin – “Mars – M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru, Azərbaycan Texniki Universitetinin prorektoru Bəşir Bəşirovun oğlu Mərhəmət Bəşirovun şirin vədlərinə aldanaraq alıblar. Buradakı əmlaklarına təcavüzün nəticəsidir ki, bu mülkiyyətçi sahibkarlar, tənəzzül dövrü yaşayan bizneslərinə qoyduqları sərmayəyə görə, hədsiz dərəcədə narahatdırlar. Çünki onlar buradakı mülklərini, əvvəlcədən qeyd etdiyimiz kimi, 2008-ci ilin sonlarından başlayaraq, 2014-cü ilin may ayınadək, ümumi dəyər qiymətlərini tam ödəməklə, öz halal pullarıyla öz adlarına rəsmi sənəd-sübutlarla, olduqca yüksək qiymətə alıblar. Elə, “Yasmin”də adlarına aldıqları obyektlərini özlərinin bizneslərinə uyğunlaşdıraraq, işə başlayandan bir qədər sonra isə, mülk sahibi bu iş adamlarına məlum olub ki, Mərhəmət Bəşirov, ümumilikdə, Biznes Mərkəzinin yenicə tikdirdiyi gözəgəlimli binasını, onlara rəsmi olaraq satdığı əmlakları ilə bərabər, özlərinə adi xəbərdarlıq belə etmədən, girov qoyması müqabilində, iki dəfəyə üst-üstə külli miqdarda – 17 milyon dollar həcmində kreditlər götürüb və bu kredit pullarını banka geri qaytarmayıb. Bank isə, məhkəməyə müraciət etməklə, krediti almaq üçün, girov təminatı Biznes Mərkəzin binasının satılması barədə iddia qaldırıb və əldə olunacaq vəsaitin, kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. “XalqBank”ı kölgədən idarə edən və mövcud hakimiyyətin yuxarı eşalonunda nüfuz sahibi olan yüksək səlahiyyətli vəzifəlilərin təkidli tələb və göstəriş tapşırıqlarıyla, məhkəmə bankın iddiasını təmin edib. Elə, bundan sonra da, bankı kölgədən idarə edən nüfuz sahibləri, mülkiyyətçi iş adamlarına qarşı, getdikcə, daha da qızışaraq, aqressivləşib, günü bu günədək səngimək bilməyən dəhşət dolu mülkü təcavüzdən əl çəkməyiblər. Bundan dərhal sonra isə, məhkəmə Qərarının icrası vaxtı, qanunlarımızın tələbələrinə uyğun prosedur qaydalarına əməl etməyən, adları yuxarılarla bağlı olan “XalqBank”ı kölgədən idarə edənlərin əlləri altında saxladıqları qoluzorlular dəstəsi, “ağına-bozuna baxmadan”, zorla da olsa, sahiblərini öz obyektlərindən çıxararaq, qapılarına qıfıl vurublar. Elə, o vaxtdan da, mülk sahiblərinin hamısının Biznes Mərkəzinə daxil olmaları tam yasaqlanıb.

Obyektindən çıxmayan Qalib Məmmədov isə, həmişə, “Yasmin” Biznes Mərkəzində qanuni halal mülkləri olan və uzun müddətdir: “XalqBank” bizə zülm edir!” – deyə, haqqlarını tələb etmək, hüquqlarını pozanlara, haqlarını tapdalayanlara kəskin etirazlarını çatdırıb, kömək üçün, aidiyyatı dövlət qurumları bir yana, ölkə başçısına belə saysız-hesabsız şikayət xarakterli yüzlərlə Müraciət ünvanlayan digər 21 nəfər sahibkar mülkiyyətçi ilə, həmişə bir yerdə olub. Əlacsız və çarəsiz qaldıqları üçün, bu mülk sahibləri, bir yerə toplaşıb, bu insidentdən irəli gələn dərd-sərlərini bölüşmələri üçün, heç vaxt yer axtarmayıblar da. Elə, onların kütləvi şəkildə etirazlarını bildirmələri üçün, tez-tez toplaşdıqları yer, Qalib Məmmədovun bu obyekti olub. Onlar, hər dəfə, ölkə başçısına, Birinci vitse-prezidentə, Baş nazirə və digər dövlət qurumlarının rəhbərlərinə, hətta ölkənin media vasitələrinə elə buradan üz tutub, şikayət xarakterli yüzlərlə Müraciət ünvanlayıblar. “Yasmin”i xüsusi bir amansızlıqla ələ keçirmək istəyənlərin etirazlarına baxmayaraq, mətbuat əməkdaşları ilə çoxsaylı görüşlərin və televiziyalar üçün çəkilişlərin əksəriyyəti də, burada baş tutub.

Qeyd olunanlar bir daha onu sübut edir ki, özlərinə bu Biznes Mərkəzindən olduqca baha qiymətə obyekt və ofislər alan 22 nəfər iş adamı ilə, “Xalq Bank”ı kölgədən idarə edənlər arasındakı qalmaqal, getdikcə, daha da şiddətlənib. Bunun nəticəsidir ki, Qalib Məmmədov da, öz halal mülkündən uzaqlaşdırılıb.

Bu günlərdə, bizimlə bir daha həmsöhbət olan Qalib Məmmədov dediklərinə görə, ona qarşı yenidən qızışan təhdid və hədə-qorxular özünün pik həddinə çatsa da, aptek sahibi yenə öz halal və qanunlarımız çərçivəsində olan mübarizəsindən əl çəkmək istəmir. Konkret desək, Qalib Məmmədovun, yenə, öz mülkiyyət hüquqlarını qorumaqda israrlı olduğuna bir daha şahidlik etdik: “Baş verən son hadisə o demək deyil ki, artıq, mənim mülküm də əlimdən alındı, Mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, “XalqBank”ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməzlər. İnşallah, mənim, bir mülk sahibi olaraq, özümə aid sahədə qanuni fəaliyyət göstərməyi tezliklə gerçəkləşdirəcəm – buna, tam əminəm!

Axı, niyə, belə də olmamalıdır?! Çünki mənim kimi, digər 21 nəfər iş adamı da, buradakı halal mülklərini halal pullarını verib, bu yöndən olan mövcud qanunlarımızın tələbələri çərçivəsində, buradan, sənəd-sübutlarla rəsmən öz adlarına alıblar. Buna baxmayaraq, bank rəhbərliyi tərəfindən, bu Biznes Mərkəzini tikən “Mars – M” MMC-nin həbsdəki sahibi və direktoru Mərhəmət Bəşirova, mövcud qanunlarımızın tələbələrindən kənar, iki dəfə, külli miqdarda kredit ayırılıb. Hələ “XalqBank”ın ayırdığı milyonlardan ibarət birinci kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, bu reallaşmayıb. Kredit təyinatı üzrə xərclənməyib, ödənişlərdə dərhal problemlər yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda, “Xalq Bank”, “Mars – M” MMC-yə, əvvəlkindən xeyli çox, yeni daha bir kredit də ayırıb. Bu kreditin verilməsində əsas məqsəd isə, ölkədə baş verən devalvasiyaya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın qalan mürəkkəb tikintisini və təmir işlərini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bu bankın müvafiq filialı həmin kreditin verilməsinə etiraz etsə də, bankın Müşahidə Şurası kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kreditin açıq-aşkar qanunsuz ayrıldığını gizlətmək mümkün olmayıb. Amma “krışa”sı yuxarılarda olduğundan, “Yasmin”dəki mülk sahibləri birləşsələr də, “XalqBank” adıyla törədilən qanunsuz əməllərin qarşısını almaqda aciz qalaraq, öhdəsindən gələ bilməyiblər. Elə, bunun acınacaqlı nəticəsidir ki, “XalqBank”ı kölgədən idarə edənlər isə, çoxdankı istəklərinə nail olduqdan sonra, heç nədən çəkinmədən, özlərinə dəyərləri olduqca bahalı ofis və obyektlər alan bu iş adamlarının “başlarına oyunlar açıb”, olmazın müsibətlər gətirməklə, bizneslərinə də, günü bu günədək, ciddi formada tənəzzül dövrü yaşatmaqdan çəkinmirlər.

Bir daha qəti şəkildə deyirəm ki, “Xalq Bankı”n başında duranlar, mülk sahiblərinin xəbəri olmadan, Biznes Mərkəzinin binasını girov götürməklə, iki dəfə Mərhəmət Bəşirova, qanunsuz yolla, külli miqdarda saxta kreditlər verməklə, qatı cinayətə imza atıblar. Bu da, belə bir təsirli sorğu yaradır ki, niyə, Mərhəmət Bəşirov türmədə tək yatmalıdır?! Axı, onun törətdiyi bu qatı cinayətdə ortaqları da olub və türmədə onlarla bərabər yatmalıdırlar!

Onu da qeyd etmək istəyirəm ki, indiyədək, ölkə başçısına, Birinci vitse-prezidentə, Baş nazirə və digər dövlət qurumlarının rəhbərlərinə üz tutub, başıma gətirilənlərlə, 22 nəfərin pozulan mülkiyyət hüquqları ilə bağlı daha ətraflı şikayət xarakterli müraciətlərimi ünvanlamışam. Bu günlərdə, məcburiyyətdən, dövlət başçısı möhtərəm İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, ölkənin Baş naziri cənab Əli Əsədova, eləcə də digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə daha bir kəskin şikayət xarakterli Müraciətim də olacaq. Ümidvaram ki, belə müraciətlərimə geci-tezi bir reaksiya olacaq. Çünki mülkiyyətçi hüquqlarımı kobud şəkildə pozanların heç nə veclərinə deyil. Onlar, “Yasmin”dəki bu qalmaqal və intriqaların getdikcə böyüməsi hesabına, vaxtilə, Biznes Mərkəzinin baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan iş adamlarına – halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirir, başlarına oyun açmaqdan çəkinmir, sanki bundan ləzzət alırlar. Nəticədə, “Yasmin” ətrafındakı xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilir”.

Qalib Məmmədovun dediyi kimi, dəhşət ondadır ki, mülklərinə uzun zamandır “od qoyulan” mülk sahibi iş adamları, artıq, neçə ildir ki, öz şəxsi halal mülklərindən istifadə etmələri üçün, əvvəlcədən qeyd etdiyimiz kimi, içəri buraxılmır, hətta bağlı qalan qapılarına belə yaxınlaşa bilmirlər. Bu da, bu gözəgəlimli binanın içindən olduqca baha və içində olub, qapıları bayıra açıldığı üçün, daha yüksək qiymətlərə aldıqları halal mülklərinin, artıq, mülk sahibi iş adamlarının əllərindən tam olaraq çıxmaq təhlükəsi ilə üz-üzə olduğuna daha bir işarədir: “Doğrudan da, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə hər şeyə nail olanlar, mənim, sahibi olduğum 70 kvadratmetrlik mülkümün – aptekimin də işləməsinə imkan vermədilər. Halbuki Biznes Mərkəzinin binasını tikən qurumla alqı-satqıya dair bütün qanuni müqavilə və maliyyə arayışlarım olduğu üçün, bu sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. 2013-cü ildən isə, burada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlətmişəm və mövcud çətin şəraitdə belə, öz işçilərimlə bu xidməti davam etdirmişik. Bu barədə, müvafiq vergi kodum və Səhiyyə Nazirliyindən alınmış lisenziyam da mövcuddur. Sahə, “Azsığorta” ASC tərəfindən, hər il icbari sığorta və DİN-in Mühafizə Xidməti tərəfindən mühafizə olunurdu. Bu barədə də, əlimdə müvafiq qanuni müqavilələr və digər rəsmi sənədlər var.

Məhz əvvəlcədən də qeyd etdiklərimə və mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, “XalqBank”ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməz. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərmişəm. Mülkümü ələ keçirməyi tezləşdirmələri üçün, bank əməkdaşları isə, mənə hədə-qorxu gəlməkdən, əsl terrorçuluq kimi əməllər törətməkdən çəkinmədilər. Hətta illərdi ki, obyektimə gələn su, işıq və qaz da onlar tərəfindən kəsildi. Bu, əsl şeytan əməliydi və vicdan çərçivəsində buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu şeytan əməli nəticəsində, mənim vaxtilə daha baha qiymətə aldığım olduqca qiymətli və az tapılan dərman preparatları, üstəlik tibbi ləvazimatlar aptekdəki belə bir şəraitsizlikdə getdikcə daha sürətlə xarab olmağa başladı. Bu səbəbdəndir ki, bir sahibkar kimi mənə və bu tapılmayan qiymətli dərmanları xarab etməklə, xəstə vətəndaşlara dəyən hərtərəfli ziyanın miqdarı, artıq, ölçüyəgəlməz həddə çatıb.

Bəli, bu sirr deyil ki, inandımı görənlər, mülkümü ələ keçirmək üçün, son vaxtlar, mənə hədsiz hədə-qorxu gəlməklə, terrorçuluq etməkdən belə çəkinmirdilər. Mənsə, öz mülkümdə qanuni fəaliyyət göstərirdim. Məni mülkümdən zorla çıxarmaq istəyənlər, sonda, cinayətkar və terrorçu kimi hərəkətlər etməklə, öz istəklərinə nail oldular.

Məni və işçilərimi incidənlərə, ailəmi narahat edənlərə – hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara qəti şəkildə bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə və sındra da bilməzlər — mən öz haqq mübarizəmi sonadək davam etdirəcəm! Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır, inşallah! Çünki Böyük Allah da hər şeyi görəndir və bu müqəddəs varlıq tərəfindən, günah işlədənlər gec-tez öz layiqli cəzalarını alırlar. Bir də ki, illərdi əziyyət çəkərək, bir sahibkar kimi, yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, açıq-aşkar namərdlikdir! Haqq nazilər, üzülməz, öz yerini tapar, inşallah!”.

Qalib Məmmədovun özünün dediklərinə görə, bu Biznes Mərkəzinin özü, elə, “Yasmin” münaqişəsi başlayan gündən indiyədək, ölkənin müxtəlif instansiya məhkəmələrində mübahisələr obyektinə çevrilib və buradan özlərinə mülk alan iş adamları Mərhəmət Bəşirovdan şikayətçi düşüblər. Qalmaqal və intriqaların başladığı ilk vaxtlar, aşağı instansiya məhkəmələrinə müraciət edən narazı mülk sahiblərinin mülkiyyət hüquqları məhkəmə qərarları ilə tanınsa da, “Xalq Bank”ı idarə edənlərin digər məhkəmə proseslərinə müdaxilələrındən sonra, daha dəqiq desək, onların təkid və təzyiqləri nəticəsində, az sonra, “təkər tərsinə fırlanıb”: “Mərhəmət Bəşirovun götürdüyü kreditlərin ödənilməməsi bəhanəsiylə, bank, müxtəlif instansiya məhkəmələrinə müraciətlər etməyə başladı və həmin “kölgədəki söz və nüfuz sahiblərinin” köməyi ilə, Biznes Mərkəzinin binası üzərinə həbs qoydurmağa da nail oldu. Beləcə, pul verib obyekt alan sahibkarlar, bundan sonra, mənim kimi, olduqca pis duruma düşdülər: Ən dəhşətlisi odur ki, müxtəlif instansiya məhkəmələri kimi, hətta Konstitusiya Məhkəməsi də, öz qərarları ilə, “Yasmin”dəki mülk sahiblərinin hüquqlarını alt-üst etdi.

Ədalətli açıq məhkəmə proseslərinin təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars – M” MMC-nin və “Xalq Bank”ın fırıldağına məruz qalan mülk sahibi iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutdular. Burada isə, onların xeyrinə köklənən məhkəmə qərarları verilməyə başladı.

Axı, ölkəmizdə belə qərarları, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilərlər! Əfsuslar ki, bizim ölkə məhkəmələri də, haqq-ədaləti yox, qorxudan belə “nüfuz və söz sahiblərinin” dediklərini müdafiə etməyə məcburdurlar. Elə, bu səbəbdən, əlacsızlıqdan və məcburiyyətdən, incidilən sahibkarlar, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmağa başladılar. Bu məhkəmə, burada incidilən sahibkarların iddialarını müdafiə edərək, bu yöndən bir-neçə Qətnamə və Qərar da verdi. Hələ bu yöndən, Avropa Məhkəməsində bir-neçə məhkəmə prosesi də gedir. Doğrusu, bu hal, mənim özüm üçün belə xeyirli olsa da, bunu, mən, dövlətimizin adına və getdikcə artan beynəlxalq nüfuzuna layiq hal kimi qəbul etmirəm!

Məhkəmələr demişkən, onu da qeyd etmək istəyirəm ki, bu intriqa və qalmaqalla bağlı, paytaxt məhkəmələrindəki son məhkəmə prosesləri isə, birdən-birə, hamımız üçün gözlənilməz oldu. Uca Yaradan hər şeyi gördüyündən, necə deyərlər, “nazilən haqqı, üzülməyə qoymadı”. Bu bankı kölgədən idarə edən hegemon xarakterlilər, nəhayət, bu yaxınlarda, özlərinin təhdid-təpkiləri ilə, əvvəllər “XalqBank” adıyla müxtəlif instansiya məhkəmələrində öz xeyirlərinə verdirtdikləri və heç bir qanunlarımızın tələbləri çərçivəsinə sığmayan çoxsaylı məhkəmə iddialarına, özlərinin təkid, təhdid və təpkilərinə uyğun verdirə bildikləri qərar, qərardad və qətnamələrin qarşısında, onların əksi olan Bakı Kommersiya Məhkəməsinin Qərardadını və Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsini gördülər. Konkret desək, əvvəllər istəklərinə uyğun çıxarılan məhkəmələrin qərardad, qətnamə və qərarlarından şirnikləşən həmin hegemon xarakterli “nüfuz və söz sahiblərinin” özlərinin və ətraf yaxınlarının “arzuları gözlərində qaldı”: Heç bir qanunlarımızın tələbləri çərçivəsinə sığmayan, təəssüf və gülüş doğuran iddiaları, bu yaxınlarda, həmin paytaxt məhkəmələri tərəfindən, necə deyərlər, açıq-aşkar “baykot edildi”!

Bu məhkəmə prosesləri “Yasmin”dəki bir nəfər mülk sahibi – mənim özümlə bağlı olsa da, nə olsun, mənim xeyrimə çıxarılan Qərardad və Qətnamə bir daha onu sübut etdi ki, doğrudan, məndən başqa digər 21 nəfər iş adamı belə, bu Biznes Mərkəzində öz pulları hesabına aldıqları halal mülklərinin sahibləridirlər.

Qeyd edim ki, Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçən məhkəmə prosesində 9 dekabr, 2022-ci il tarixli Qərardad, bu Biznes Mərkəzində mülk sahibi olan anamla bərabər, uzun zamandır incidilən iş adamı kimi, mənim xeyrimə çıxarıldı. Bəli, kommersiya mübahisəsi üzrə işə aid bu məhkəmə prosesində verilən həmin Qərardad, “Yasmin” qalmaqalı ilə maraqlanan çoxları üçün inandırıcı olmadı. Axı, bu vaxtadək, obyekt sahibi iş adamlarının mənafeləri əleyhinə, çoxsaylı məhkəmə proseslərində, “XalqBank” rəhbərliyinin təkid və təzyiqləri ilə, “ağına-bozuna baxmadan” hakimlərin verdikləri qərar, qərardad və qətnamələrdən sonra, hansısa bir mülk sahibinin xeyrinə, Bakı Kommersiya Məhkəməsində Qərardad verilməsinə inanmaq da olmurdu. Nəhayətdə, bu oldu və hakim, iddiaçı “XalqBank”ın özünün iddialarında cavabdeh kimi göstərdiyi “Yasmin”dəki mülk sahibi anama – Təranə Razim qızı Ağayevaya qarşı, “borcun ödənilməsi və s.” tələblərini təmin etmədi. Bir sözlə, bu Qərardada əsasən, iddiaçının, iş üzrə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər, geri, onun özünə qaytarıldı.

Çoxları isə, bu məhkəmə prosesində hakim tərəfindən həqiqətin müdafiəsini, ölkədə yüksək vəzifə sahiblərinin səs-küylü həbslərinin təsirindən yaranan son durumla əlaqələndirirlər. Doğrudan da, ağlabatandır! Hamı üçün gözlənilməz olan bu xəbər, həm də ona bir işarədir ki, ölkədəki mövcud durum bütün vəzifə sahiblərini həqiqət naminə işləməyə səsləyir.

Nəhayət, Bakı Apellyasiya Məhkəməsi də, anamın — mülk sahibinin xeyrinə “addım atmağa” qərar verdi. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02.05.2023-cü il tarixli Qətnaməsi də, cavabdeh mülk sahibinə qarşı, iddiaçı “Xalq Bank”ın qaldırdığı iddiası əleyhinə verildi. Konkret desək, Azərbaycan Respublikası adından iddiaçı “Xalq Bank” ASC-nin cavabdeh Təranə Razim qızı Ağayevaya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə prosesi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Raqib Ələddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə düzgün addım atdı.
Bu məhkəmə işlərindən də görünürdü ki, guya, «Buta Farm» MMC iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsindən İcarə Müqaviləsi əsasında, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edir. Buna görə də, iddiaçının «Buta Farm» MMC-yə qarşı tələbinin kommersiya mübahisəsi olmadığına dair dəlili əsassız hesab edildi. Bir sözlə, qeyd olunanlara əsasən, həmin məhkəmələr də hesab etdilər ki, verilən şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Beləcə, bu məhkəmə, iddiaçı “Xalq Bank” tərəfindən verilmiş apellyasiya şikayətini təmin etmədi və Bakı Kommersiya Məhkəməsinin kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.02.2023-cü il tarixli Qətnaməsini dəyişdirilmədən saxladı”.

Bu yerdə, xüsusi olaraq, bir daha qeyd etmək istəyirik ki, hər şey göz qabağında olduğundan, hiss edib, anlamaq olur ki, xeyli müddətdir olduqca təsirli və üzücü anlar yaşayan halal mülk sahibinin oğlu Qalib Məmmədov, öz səbrinin möhkəmliyi müqabilində, hüquq-mühafizə orqanlarında və məhkəmələrdə çoxdan başlatdığı öz mübarizəsini, mövcud qanunlarımızın tələbləri çərçivəsində, indiyədək davam etdirə bilib. Özünün də dediyi kimi, qanun qarşısında hamı bərabər olduğundan və hər kəsin əmlak hüququ danılmaz olsa da, halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməz. “Yasmin” Biznes Mərkəzi ətrafında baş verən xoşagəlməz olaylar isə, ona bir işarədir ki, “Xalq Bank”ın başında duranlar üçün, bu, adi bir şeydir. Məhz buna görədir ki, illər öncə baş verən bu hadisələr indiyədək həqiqi qiymətini ala bilməyib. Halbuki, bu boyda qalmaqalın əsas səbəbi olan hər iki kreditin, “XalqBank”dan Mərhəmət Bəşirova, açıq-aşkar, qanunsuz və başqa məqsədlər üçün verildiyi danılmazdır. Amma “krışa”sı elə yüksəkdədir ki, sahibkarlar birləşsələr də, bu bankda törədilən qanunsuz əməllərinin öhdəsindən gələ bilmirlər. Çox təəssüf ki, dövlət rəhbərinin çıxışlarındakı olduqca ciddi xəbərdarlıqlara belə baxmayaraq, iş adamlarının milyonlarla manat vəsaitlərinin havaya sovrulması anlamına gətirən, maddi maraqlar uğrunda gedən səs-küylü intriqaları özündə ehtiva edən “Yasmin” qalmaqalının əsas günahkarlarının – adı yuxarılarla bağlı olan və “XalqBank”ın başında duranların xətirələrinə dəyən tapılmır ki, tapılmır! Elə, buna görədir ki, onlar, hələ də, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqla, istədiklərini etməkdən çəkinmirlər. Elə, götürək, Biznes Mərkəzi binasının birinci mərtəbəsində özlərinə qapısı bayıra açılan daha bahalı obyekt və ofis alanlar üçün, daha üzücü və təsirli olan bir gündə onların törətdiklərini.

Onda, Nərimanov rayonunun məhkəmə icraçıları, Dövlət Reklam Agentliyinin işçiləri ilə birlikdə, onların görkəmləri olduqca baxımlı mülklərinin ad və reklam göstəriciləri yazılan, obyekt və ofislərinə xüsusi yaraşıq verən dizayn lövhələrini, “ağına, bozuna baxmadan” söküb, yerə, ayaqlar altına atdılar. Beləcə, olduqca baxımlı və cəlbedici görkəmdə olan mülkləri, qısa bir müddət ərzində, olduqca pis duruma düşdü. Əsas günahkarların diqtəsiylə törədilən bu dəfəki olay da, “Yasmin”də illərdi baş verən və sonu görünməyən qanunsuzluqların, obyekt sahibi olan bu qədər iş adamını pis günə salan saxtakarlıqların və yalanların daha bir təsdiqiydi.

Məhz belə xoşagəlməzliklərə görə, biz də, media nümayəndələri – araz.az xəbər portalının əməkdaşları olaraq, haqqın tezliklə öz yerini tapacağı ümidiylə hazırladığımız belə yazılarımızla, zərərçəkən iş adamlarının dərd-sərlərinə şərik olmaq istəyirik. Həm bu səbəbdən, həm də “Yasmin” ətrafında baş verən qanunsuzluqlarla bağlı fakt və dəlillərin, araşdırmalarımız zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi, yazılarımızın davamlı olacağını bir daha bildiririk.

araz.az

Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti