Ardını oxu...
"Hörmətli, ElmvəTəhsilNazirliyi !
02.09.2023-cü il tarixdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyevə rəsmi ərizə ilə müraciət etdim. 2023-2024-cü tədris ili üçün şagird sayı 15 nəfərə qədər olan siniflərdə həftədə bir gün olmaqla ingilis dili fənnindən 6 saat dərs yükü verilməsini xahiş etdim. Lakin, iki gün sonra mənə cavab verildi ki, bu ilki tədris ilindən ikinci xarici dil (rus dili) müəlliminin gəlişi ilə əlaqədar ingilis dili dərslərinizi həftədə bir günə salmaq mümkün deyil. Həftədə ən azı 3 gün olmaqla 17 saat, ən çoxu beş gün olmaqla 25 saat dərs yükü verə bilərik. Nəticəsi olaraq, 1-ci sinifdə şagird sayı az olduğundan 1-ci siniflə 4-cü sinif birləşdirildi və mənə 2-ci, 3-cü, 4-cü siniflərdə olmaqla həftəlik 3 (üç) saat dərs yükü verildi. Yerdə qalan 22 saatdan yuxarı dərs yükünü tədris etmək üçün isə məktəbə ali təhsilə malik ikinci ingilis dili müəllimi göndərilmədi. Dərslər həmişəki kimi məktəbin sabiq direktoru Bəşir Cəfərovun orta ixtisas təhsilli və heç vaxta da Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak etməyən gəlini Natavan Cəfərovaya həvalə olundu. O Natavan Cəfərovaya ki, uzun illər məhz onun ucbatından bu məktəbə Təhsil Nazirliyi tərəfindən göndərilən ingilis dili müəllimləri insanlığa yaraşmayan təzyiqlərə məruz qalaraq məktəbdən uzaqlaşdırılıb.

Mənə qəribə gələn də odur ki, bu məktəbdə işlədiyim düz beş il müddətində həftədə 3-4 gün arası gəldiyim vaxtlarda əsas xarici dil fənnindən demək olar ki, bütün siniflərdə qoşa dərslər aparmışam. Tam beş il ərzində eyni bir gündə eyni sinifdə əsas xarici dil fənnini iki qoşa saat ard-arda tədris etmişəm. Eyni gündə eyni sinfin jurnalının əsas xarici dil səhifəsinə iki qoşa dərs saatı yazmışam. Bu necə ola bilər ki, beş il müddətində eyni bir sinfə eyni gün ərzində qoşa dərs keçmək mümkün oldu. Ancaq dərslərimin sayını azaltmaq istəyəndə qoşa dərs keçmək mümkün olmadı ?
Bu regionalın məktəblərinin demək olar ki, çoxusunda, xüsusilə də, Şamaxı və İsmayıllı rayon məktəblərində yüzlərlə müəllim qeyri-ixtisas fənlərindən dərs deyir, yüzlərlə vakansiyalar illərdir ki, gizlədilir. Nə qədər müəllimin adı gedir, özü gəlmir. Əgər qanunilik nümayiş elətdirmək istəyirlərsə, o zaman nəyə görə bu qədər saxtakarlıqlara yol verirlər ?
Xahiş edirəm, mənə həftədə bir gün olmaqla 6 saat dərs yükü verilməsini təmin edin. Yerdə qalan ingilis dili dərslərini tədris etmək üçün isə məktəbə ali təhsilli ikinci ingilis dili müəllimini göndərin.
İmza: Əliyeva Aygün"

Ardını oxu...
Ardını oxu...

"DogruXeber.az" xəbər verir ki, Aygün Əliyeva tərəfindən yazılmış bu müraciət Facebook sosial şəbəkəsində, "təhsil şikayətləri" qrupunda dərc olunub. Gördüyünüz kimi xanım özü də təhsil işçisidir və çalışdığı təhsil müəssisəsində baş verən qanunsuzluq hallarından bəhs edir. Yəni təhsil sistemindən narazı olan təkcə valideynlər deyil. Ümumiyyətlə sözügedən şikayət qrupunda öz narazılıqlarını bildirən təhsil işçilərinin sayı yüzlərlədir.

"Təhsil tənqidçisi mütəxəssisi" adlı daha bir istifadəçi yazır:
"Bir millətin təhsilini məhv etmək üçün topa, tüfəngə ehtiyac yoxdur. Yetər ki , onun İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov olsun.
Google və sosial mediada axtarış vermək kifayət edir ki, bu cənabdan böyük bir toplumun şikayətçi olduğu ortaya çıxır. Qoy onlardan 5-i, 15-i qərəzli və haqsız olsun. Daha 100-lərlə vətəndaş dəli olmayıb ki, E.Bağırovun məmur fəaliyyətindən şikayətçi olsun."

Ardını oxu...

Səbinə Ramazanova yazır:

Ardını oxu...

Anonim istifadəçi yazır:

Ardını oxu...

Svetlana Hüseynova yazır:
"201 NÖMRƏLİ MƏKTƏBDƏ BÜDCƏ VƏSAİTİNİN MƏNİMSƏNİLMƏSİ
2020 ilin oktyabr ayında attestatını alaraq valideynləri ilə birlikdə Azərbaycan respublikasını tərk etmiş Muradov Həbib İsgəndər oğlunun adını
2020-2021ci tədris ilində direktor Nəriman Vəliyev
2021-2022 tədris ilində direktor Rahilə Məmmədova və Afaq Əliyeva 10r jurnalında 20 ci şagird sayı ilə qeyd edərək dərslərin qanunsuz bölünməsi hesabına 10 000 manatadək büdcə vəsaitini mənimsəmişlər.
Məlumatı aidiyyəti qurumların diqqət yetirməsini xahiş edirəm."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Vasif İsmayılov yazır:

Ardını oxu...

Daha bir istifadəçinin sualının özündə korrupsiya faktı eksini tapır.

Ardını oxu...

Goranboydan "Şəhid ailələrinə dəstək" adlı istifadəçi yazır:

Ardını oxu...

Qeyd edək ki, son günlər Gəncə Təhsil İdarəsi barəsində şikayətlər və tənqidi yazılar müxtəlif saytlarda davamlı olaraq yayımlanmaqdadır.

Ümumiyyətlə, bu qədər şikayət və narazılıqlara rəğmən dəyişən yalnız məktəblərdə pul yığmaq üçün bəhanələrin növləri və məbləğlərdir.

Qeyd edək ki, bu dəfə əlavə şərhə gərək duymadığımız üçün qeyd olunan narazılıqları fotoşəkillərlə diqqətinizə çatdırdıq. Lakin, növbəti günlərdə şikayətlərdə adları çəkilən məktəblər barəsində ayrı-ayrılıqda məlumatlar dərc edəcəyik.

Mövzuya təkrar qayıdacağıq, diqqətiniz bizdə olsun.

DogruXeber.az
 
Ardını oxu...
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Ölkə ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili və dövlət sifarişinin formalaşdırılması, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi və bu sahədə nəzarətin həyata keçirməsi, rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunması Agentliyin fəaliyyətinə aiddir.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi üzərinə düşən öhdəlikləri necə yerinə yetirməsi elə Bakı şəhər sakinlərinə göstərdikləri sərnişindaşıma xidmətindən görsənir. Qeyri müəyyən marşrutlar, saatlarla tıxaclar və saymaqla bitib tükənməyən problemlər. Bu baxımdan bölgələrdə vəziyyət daha açınacaqlıdır. İstər rayonlarda kəndlər arası sərnişindaşımanın, istərsə də rayonlarası sərnişindaşımanın bərbad bir vəziyyətdə olduğunu kimsə inkar bilməz.

Götürək elə respublikamızın ikinci böyük şəhəri olan Gəncəni. Bu gün Gəncə sakinlərinin üzləşdiyi çətinliklərdən biri və bəlkə də birincisi sərnişindaşıma problemidir. Sərnişindaşıma problemi bu şəhərdə daim olub. Dar küçəli qədim şəhərdə avtomobillərin sıxlığı ictimai nəqliyyatın hərəkətinə mane olur. Bu ictimai nəqliyyatdan istifadə edən çoxsaylı şəhər sakinlərinin narahatçılığına və narazılığına gətirib çıxarır.

Sakinlərin sözlərinə görə, avtobuslar qrafiklərə uyğun işləmir, oturacaqlar çirkli və yararsızdır. İctimai nəqliyyat vasitələrinin sürücüləri isə bəzi hallarda sükan arxasında siqaret çəkir, ya da telefonla danışırlar. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi sakinlərin narazılığı ilə bağlı mətbuata bildirib ki, lazımi tədbirlər görülür. Sürücülərə və xətt sahiblərinə xəbərdarlıq edilir. Son aylarda qanunsuz sərnişindaşıma ilə bağlı 100-dən artıq protokol tərtib edilib. İdarədən bildirilib ki, yaxın bir neçə ay ərzində dörd xətt üzrə avtobusların yenilənməsi və marşrutların optimallaşdırılması nəzərdə tutulub. Həmçinin Gəncə şəhəri daxilində bir neçə nəqliyyat qovşağı yaradılacaq.

Gəncədə ictimai nəqliyyatın fəaliyyətinə kim cavabdehdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi yoxsa, Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti?

Apardığımız araşdırmalara görə Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə yaradılmış cəmiyyətin öz vəzifə və funksiyaları var. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları var. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir.

Maraqlıdır Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış “Gəncə Nəqliyyat” MMC bu müddət ərzində şəhərdə sərnişin daşınması prosesinə kimləri və hansı mülkiyyət hüququ sahiblərinin cəlb olunmasını təşkil edib? Hazırda Gəncədə sərnişindaşıma ilə məşğul olmaq imkanı əldə etmiş nə qədər hüquqi və fiziki şəxs var? Onların istifadəsində nə qədər avtomobil nəqliyyatı mövcuddur? Onların hər biri “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinə nə dərəcədə riayyət edir? Qanunlara uyğun olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə fərqlənmə nişanı hansı formada verilməlidir və proses “Gəncə Nəqliyyat” MMC vasitəsi ilə necə həyata keçirilir?

Bütün bunlar geniş ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır. Belə ki, “Gəncə Nəqliyyat” MMC yarandığı gündən gizli bir təşkilat kimi fəaliyyət göstərib. MMC-də tez-tez kadr dəyişiklərinin aparılmasının, MMC-nin illik maliyyə hesabatlarının dövrü mətbuat və internet vasitələri ilə ictimaiyyətə açıqlanmamasının səbəbləri bəlli olmadığından bu qənaətə gəlmək olar.

Bu gün Gəncədə sərnişindaşıma qaydalarını pozan, eləcə də marşrut cədvəli üzrə hərəkət etməyən xeyli sayda sürücü calışır. Şəhərin küçə və prospektlərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün “Gəncə Nəqliyyat” MMC tərəfindən isə heç bir tədbir görülmür. Şəhərin rayonlararası avtovağzallarında sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkət cədvəlii qeyri müəyyən haldadır. Şəhərdə fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanlarının verilməsində də nöqsanlar kifayət qədərdir.

Maraqlıdır Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi hara baxır? Qurum ölkə başçısının Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıbsa Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış “Gəncə Nəqliyyat” MMC fəaliyyətini niyə dayandırmayıb? Dövlət Vergi xidmətinin məlumatlarında Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 saylı Ərazi Vergilər Baş İdarəsində 24.11.2016-cı ildə yaradıldığı göstərilir. MMC-nin 50.00 manat, hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, H.ƏLİYEV MEYDANI, ev İNZİBATİ BİNA, qanuni təmsilçisi isə Əsgərov Elşad Nazim oğludur.

Yəni “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti hələ də iş başındadı. Şəhərdə isə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin şəhərdaxili marşrut avtobus dayanacaqlardan istifadəsinin təşkili demək olar ki, bərbad vəziyyətdədir. Avtobuslar dayanacaqlardan kənarda istənilən yerdə sərnişin götürur və yaxud düşürür ki, bu da sakinlərin narazılığına səbəb olur. Yeni marşrutların açılması prosesi marşrut xəttinə daxil olmaq istəyənlər üçün baha başa gəlir. Paralel marşrutların ləğv edilməsi və mövcud marşrutların bağlanması üzrə olunan təkliflərə isə heç baxılmır və kim necə gəldi marşrut xətti ilə hərəkət edir. Bütün bunların hamısına isə Gəncə şəhər İcra Hakimiyyətində göz yumulur.

“Gəncə Nəqliyyat” MMC-nin keçirdiyi satınalmalar isə bir başqa mövzudur. Yəni başdan -ayağa qanunsuzluqlarla doludu. Qanunla Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. İndi gəlin “Gəncə Nəqliyyat” MMC-nin son iki ildə hazırlayaraq təsdiq etdiyi satınalma planlarına nəzər salaq.

Apardığımız araşdırmada 06.08.2020- ci il tarixində dövlət satınalmalarının vahid internet portalında “Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası tərəfindən 2021-ci ilin satınalma planları açıqlanmışdır. Satınalma planlarına E-tendrdə keçirilməsi nəzərdə tutulan 9 kotirovka (e-kotirovka) sorğusu daxil edilmişdir.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, tikili və avadanlıqların cari təmir xərcləri, icarə və muzdlu xidmətlər, mühafizə xərcləri, sanitariya gigiyena və s xidmətlər, maşın və avadanlıqlar, avtomobil nəqliyyat vasitələri, sair torpaq və tikililər, nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə satınalma planlarına daxil edilmiş kotirovkalardan yalnız birinin nəticəsi barədə ictimaiyyətə açıqlama verilib.

Icarə xidmətinin satınalıması üzrə fərdi sahibkar -Əliyeva Tamara Çobandar qızı ilə 23.500 manat satınalma müqaviləsi 30.03.2021-ci ildə bağlanılıb.

Göründüyü kimi 2021-il ərzində “Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası satınalma planlarına daxil edilmiş 9 kotirovka sorğusundan yalnız 1 satınalmanın nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirmişdir. Digər 8 kotirovka sorğusunun keçirilib keçirilməməsi barədə heç bir məlumt yoxdu.

O cümlədən də, “Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası tərəfindən 12.06.2021-ci il tarixdə açıqlanmış, 2022-cü il üçün satınalma planlarına daxil edilmiş icarə və muzdlu xidmətlər, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, tikili və avadanlıqların cari təmir xərcləri, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, sair torpaq və tikililər, nəqliyyat vasitələrinin əsaslı təmiri kimi satın alınması nəzərdə tutulmuş 7 kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında ictimaiyyətə qanunla müəyyən olunmuş qaydada heç bir açıqlama verilməmişdir.

Yalnız icarə xidmətinin satınalıması üzrə fərdi sahibkar -Əliyeva Tamara Çobandar qızı ilə 23.500 manat satınalma müqaviləsi 04.02.2022-ci ildə bağlanılıb.

Bütün bu rəsmi və qeyri rəsmi məlumatlardan da göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində özbaşınalıqlar və korrüpsiya əməlləri baş alıb gedir. Bütün bunların başında isə təbii ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dayanır. Yaradıldığdan üzü bu yana Niyazi Bayramov MMC-yə bir neçə rəhbər təyin edib. MMC-nin fəaliyyətini günün tələbləri səviyyəsində qura bilmirdilərsə İcra başçısı Murad Səttarovu, Anar Kazımovu, Araz Rəfibəylini bu vəzifəyə nə üçün təyin etmişdi. Onlar görünür “Gəncə Nəqliyyat” MMC-nin fəaliyyətini təşkil etməyə deyil, dövlətin ayırdığı milyonları talamaq üçün təyin ediliblərmiş. Onların rəhbərliyi altında Cəmiyyətin maliyyə təsərüfat işlərində ciddi nöqsanlara yol verildiyi bildirilir. Bunun üçün bir audit yoxlaması kifayət edər ki, MMC-nin illik maliyyə hesabatları ciddi şəkildə araşdırılsın.

Umumiyyətlə Respublika Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Gəncə Nəqliyyat” MMC-nin fəaliyyətindəki bu qədər özbaşınalıqları, qanunsuzluqları görmürlərmi? Bu qurum kimə və nəyə xidmət edir? Niyazi Bayramova yoxsa, dövlətə…

Aktualinfo.org
 

Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Suraxanı rayon, Qumadası ərazisində yerləşən bunker SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İsgəndər Şirəli tərəfindən dağıdılıb.

AzToday.az-a daxil olan məlumatlarda, səbəb gülməli görünsə də, əslində reallığı əks etdirir. Bunker İsgəndər Şirəlinin oturduğu idarənin qarşısında dəniz mənzərəsinə mane olduğu üçün idarə rəisi qarara gəlib ki, bunkeri yerlə-yeksan etsin. Nəzərə alaq ki, sözügedən bunker 120 metrlik dərinlikdə olub. Bunker ölkədə baş verə biləcək təhlükələrdən siğınacaq yeri kimi istifadə edilməsi üçün nəzərdə tutulubmuş. Lakin İsgəndər Şirəli isə bunun fərqində olmayıb. O dəniz havasından və eləcədə mənzərədən məhrum olmamaq üçün bu cür addım atdığını sadə şəkildə FHN rəsmilərinə bildirib. Bir sözlə İsgəndər Şirəli FHN şefi Kəmaləddin Heydərovun artıq “dişsiz” bir nazirə çevrilidiyindən rahatlıqla istifadə edərək onun “bunkerini” dağıtdırıb. Hazırda FHN-lə SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi arasında qalmaqal yaşanır. Deyilənə görə, İsgəndər Şirəli əraziyə baxış keçirmək üçün gələn FHN əməkdaşlarını qovaraq onları hədələyib.

Qeyd edək ki, mediada İsgəndər Şirəlinin korrupsiya əməlləri barədə kifayət qədər faktlar açıqlanıb.

Bunkerin dağıdılmış görüntülərini təqdim edirik:
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazilərində Azərbaycan Respublikasının Meşə Məcəlləsində kobud şəkildə pozulması halları kütləvi hal alıb.

AzToday.az-a daxil olan məlumata görə, Masallı rayonun Qəriblər Meşəbəyliyinin ərazində fəaliyyət göstərən Dostluq İstirahət Mərkəzi qüvvədə olan normativləri pozaraq meşə ərazisində əsaslı tikinti işləri aparıb. Həmçinin, istirahət mərkəzinin yolunu asfaltlayıb. Bütün bunlara isə şəraiti 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinin yaratdığı bildirilir. Əks halda istirahət mərkəzinin qanunvericiliyin tələblərini pozmasını və meşə fonduna vurduğu ziyanla bağlı tədbirlər görməliydi.

Qeyd edək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazində fəaliyyət göstərən yüzlərlə biznes subyekti ekologiya işçiləri ilə əlbir olaraq Meşə Məcəlləsinin tələblərini kobud şəkildə pozur. Səthi aparılacaq yoxlamalar belə minlərlə qanunsuz faktın tapılmasını şərtləndirə bilər. Ümid edirik, Muxtar Babayev yerli ekologiya idarələrinin rəhbərlərinin merkantil maraqlarına xidmət edən bu cür halların qarşısının alınması üçün tədbirlər görəcək…

Ardını oxu...
Dəfələrlə səhiyyədə baş alıb gedən özbaşınalıqlardan və korrupsiya faktlarından yazmışıq. Bu dəfə isə vətənimizin gecə-günüdüz keşiyində duran, torpaqlarımızı göz bəbəyi kimi qoruyan hərbiçimizin körpə balasını həkimlərimizin səhlənkarlığı eləcə də məsuliyyətsizi ücbatından 16 gündür ki, komaya salmasını sizə təqdim edəcəyik.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon sakini Məmişova Urqiyyə Etibar qızı tərəfindən video-şikayət göndərilib.
Şikayətçinin bildirdiyinə görə bir yaş 5 aylıq olan qızı Məmişli Nuray mahmud qızının boyun nahiyəsində limfa vəz olduğundan Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına mürüciət ediblər.Uşağı xəstəxanaın cərrah həkimi Rahat və Səbuhi adlı həkimləri müayinə ediblər.Müayinədən sonra adların qeyd etdiyimiz həkimlər körpənin anasına bildirblər ki, sizin uşağınızda “ağ qan qırmızı qanı yeyir” kimi tanınan – Leykoz sümük iliyi xəstəliyinin daşıcısıdır.Onun üçündə sizə göndəriş veririk paytaxtda yerləşən Ə.F.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına.Şarəsiz durmda qalan ana körpəsi ilə paytaxt Bakıya üz tutaraq sözügedən xəstəxanın İnfeksiya şöbəsinə gəlib çıxır.Burda isə Vüsalə adlı infeksionist isə anaya bahalı dərmanlar aldıraraq körpə qızcığazı komaya salır.Buraya kimi anası ilə danışıb deyib-gülən körpə birdən-birə əzrayilin ağzına düşür.Bu durumla barışmayan Goranboylu ana Vüsalə həkimlə dava-dalaş etdikdən sonra onu yenidən paytaxtda yerləşən 4 nömrəli Vərəm Əleyhinə Dispanserə köçürürlər.Burada isə balaca körpəmiz Məmişli Nuraya vərəm meningiti diaqnozu qoyulur.Hazırda xəstə yəni 16 gündür ki, ölümlə çarpşmaqdadır.Amma bir vicdanlı həkim nə də ki,ölkə səhiyyəsini bərbad günə qoyan TƏBİB-in başbilənləri həkimlərdən soruşmurlar ki, ay Hipokratın andı belinizi qırsın niyə bu balaca fidan balanı bu günə salmısınız.

Ardını oxu...

Sonda körpə uşağı üçün fəryad qoparan ana mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyev cənablarına , 1-ci Vitse- Prezident Mehriban xanım Əliyevaya eləcə də Baş prokuror Cənab Kamran Əliyevdən bir hərbiçi ailəsi olaraq ona köməkdarlıq etmələrini xahiş edir.
Redaksiya olaraq inanırıq ki,Gəncədən-Qarayevə oradan isə vərəm disponserinə qədər uzanan bu tragikomik həm də cinayət xarakterli səhnənin senari müəliflərinin səhlənkarlıq hərəkətləri mütləq hüquq mühavizə orqanları tərəfindən araşdırılaraq günahkarlar cinayət məsuliyyətinə cəlb olunacaqdır.
Məlumat çün qeyd edək i, Məmişli Nuray mahmud qızının atası hazırda vətənimizn keşiyində duran hərbiçidir.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.

Hərbçi ailəsinin video-şikayətini təqdim edirik:

Ardını oxu...
Gəncə şəhər 1 sayli məktəbin direktoru Dubaya getdiyi üçün işdən azad edildi, lakin Samux rayonu o böyüklükdəTəhsil Sektorunun müdiri Nurlana Həsənova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini aldadaraq Samux rayon metodkabinetin işçisi Ismayılova Məsumə Arzuman qızı xaricdə ola – ola onun adina May ayında ərizə yazılaraq Samux rayon Təhsil Sektorunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə köçürülüb. Nurlana Həsənova isə ona May, Iyun ve s. 2023cu il tarixlərində iş tabeli verərək əməkhaqqı yazıbdır.Və bu işin üstü açılanda isə onun adına yenidən saxta ərizə yazılaraq işdən azad ediblər.
Burdan belə bir sual qaynaqlanır görəsən Məsumə xaricde ola-ola necə ərizə yazıb həm də əməkhaqqı alıb?
Bundan başqa Əhmədbəyli məktəbində 2021-ci il tarixədə azyaşlı şagird Bayramova Jalə necə ailə quraraq Şəmkir rayonuna köçüb?
Buna baxmayaraq sektor müdiri həmin şagirdə qiymət yazdıraraq ona Şəhadətnamə verdirib.Ən maraqlısı isə odur ki, şagird şəhadətnamə alan ay həm də övlad dünyaya gətirib.
Bu boyda həngamədən sonra belə qənatə gəlirsən ki, görəsən bu əjdaha sektor müdirinin arxasında kim durur ki, bu cür qanunsuzluqlara imza atır.
Hətta rayonda deyirlər ki, ona rayonun icra başçısı Alı Qocayevin də gücü çatmır Samux rayon məktəblərinin təhsil səviyyəsinin aşağı düşməsində Alı Qocayev ilk bilik günündə şagird və valideyinlərin qarşısında çıxış edərəkən Sektor müdirəsi Nurlana Həsənovun yatrıtmaz fəaliyyətini də tənqid etmişdir.Cənab başçı həm də ictimaiyyət qarşısnda çıxışı zamanı bildirmişdir ki, onu bu təhsil sektorundan uzaqlaşdıracaqdır.Amma nə olsun Alı müəllimin də ona gücü çatmadı.



Nurlana Həsənova bəzi məktəblərdən başqa (Cobanabdalli, Istixana, Ehmedbeyli, Weher 3, Weher 1, Qarayeri 1 sayli mekteblerinden bawqa ) digər məktəblərin direktorlarını özü təyin etdirib.Ən əsas da işləyən məktəb direktorları xanım sektor müdirəsi tərəfindən tənqid olunmaqla yanaşı həm də onları töhmət verəcəyi ilə hədələyir.
Bu Nurlana Həsənovanın birinci əməli deyil. Indidə işçilərin işə götürülməyini ona tapşırıblar deyə kimi istəyir işə goturur, kimi istəyir götürmür. Şəhid ailəsi neçə il gozlemededir ki, onu işə qəbul etsinlər.Faktlara əsaslansaq Tagiyev Elgün Fikrət oglu şəhid övladı 2 ildən artıqdır ki,işsizdir.
Beləki,Nurlana Həsənovanın kimdən xoşu gəlmirsə dərhal onu işdən azad edir yerinə də yenisin qoyur.Bu hal samux təhsilində dəfələrlə baş versədə əksəriyyəti məhkəmələr vasitəsi ilə öz işinə qayıda bilib.
Amma nə olsun ki, Samux Təhsilində nə qədər ki, “Dərə xəlvət , tülkü bəydir”sə bu təhsil ocağıda o batlıqdan çıxa bilməyəcək.
Səsləndirlən iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik.
 
Ardını oxu...
Qaynarxett.az-ın elektron poctuna Dövlət Xəzinədarlığı Agentliyinin Gəncə 20 saylı Regional Xəzinədarlıq idarəsinin rəisi Rəşid Yusifov barədə gondərilmiş məqalədə ilginc məlumatlar yer alır:

"Niyazı Bayramovun Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilməsi artıq 5 ildən çoxdur. 2018-ci ilin avqustundan sözügedən şəhərə rəhbər təyin olunan Niyazi Bayramov işə başlar başlamaz Gəncənin ağsaqqalları ilə görüşdü, şəhərin ümumi problemləri ilə maraqlandı və sakinlərin təkliflərinn həll olunmasına söz verdi. Lakin bu bir illər ərzində Niyazi Bayramovun gördüyü işlər, sakinlərə verdiyi sözlərlə üst-üstə düşmür. Ancaq onun rəhbərliyi barədə zamam-zaman yeni xəbərlər yayılır. İcra başçısı barədə növbəti yenilik isə bu günlərdə dövrü mətbuatın gündəminə çevrilmiş Gəncə şəhər İcra Hakimiyyətini elan etdiyi tender və katirovka sorgularının qalibi olan firmalara ayrılmış vəsaitlərin açıqlanmasında oldu.

Bəli, tender işlərində icra başçısına Gəncə şəhər Maliyyə İdarəsinin müdiri Rəşid Yusifov köməklik göstərir."

Məqalədə qeyd olunur ki, Rəşid Yusifov İcra başçısı Niyazı Bayramovun Gəncədə təyin etdiyi ilk kadrlardandır. Ondan əvvəl Şəmkir rayon Maliyyə İdarəsinin rəisi olmuş Rəşid Yusifov Niyazi Bayramovun Gəncə şəhərinə rəhbər təyin olunmasından cəmi 15 gün sonra Gəncə şəhərinin maliyyə sektorunun başına gətirilib. Bu təyinatın baş tutmasına səbəb isə məlumatlara görə onların köhnədən olan dostluqları səbəb olub. Hazırda isə onlar dostluqlarını Gəncə şəhərində təmir tikintiyə ayrılmış vəsaitləri tender yolu ilə mənimsəmsəməklə davam etdirirlər. Rəşid Yusifov vəzifə yüksəlişini bir pillə də qalxaraq artıq Dövlət Xəzinədarlığı Agentliyinin Gəncə 20 saylı Regional Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini tutur.

Məqalədə daha sonra bildirilir ki, Rəşid Yusifov bölgədə YAP funksionerlərindən sayılır. Hələ Şəmkir rayon Maliyyə İdarəsinin rəisi işləyərkən YAP-ın ərazi ərazi təşkilatının sədri olmaqla Şura üzvü secilib. İndi partiya fəaliyyətini Gəncədə davam etdirir.

Məqalənin sonunda bildirilir ki, Rəşid Yusifov öz yaxın qohumu dosent Aydın İsayevi rüşvət qarşılıgında Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir təyin etdirib:

"Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir vəzifəsini tutmaq üçün müsabiqə qaydalara uyğun olaraq həmin kafedranın professoru, texnika elmləri doktoru Qabil Məmmədov və “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası üzrə dosent Aydın İsayev müsabiqədə iştirak ediblər.

İddialara görə, reformist bir şəxs olduğuna görə rektorluq tərəfindən Q.Məmmədova qarşı qısqanclıq var. Ona görə hansısa elmi şuraların üzvü olmasına həmişə maneçilik törədilib. İkinci namizəd A.İsayev isə elmdən uzaq bir şəxs kimi tanınır. Onun əsas məşğuliyyəti ticarət olub. Məlumata görə, bazarlarda ayaqqabı satan kimi tanınır.

A.İsayev ekspert şurasında orta məktəb səviyyəsində olan elementar suallara cavab verə bilmədiyinə və işində olan nöqsanlara görə Ali Attestasiya Komissiyasının kollegiyasının 20.02.2007-ci il tarixli (protokol № 07-K) qərarı ilə ona texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. Lakin İsayevə məlum olmayan səbəbdən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Kafedranın 10.11.2021- ci tarixli iclasında professor Q.Məmmədov kafedra əməkdaşlarının müsbət səs çoxluğunu qazanıb. Lakin sonra iclas təşkil edən kecmiş rektor İbrahim Cəfərov A.İsayevi təyin etdirib.

Ortalıqda 17 000 manatlıq rüşvət alınması var. iddia edilir ki, rüşvətin verilməsində Aydın İsayevin yaxın qohumu, Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov iştirak edib. Bu infomasiya ADAU-nun Mühəndislik fakültəsinin professor-müəllimi heyəti adından mətbuatda yayımlanıb."

Yazıda adı keçən tərəflərin ittihamlarla bağlı mövqeyini işıqlandırmağa hazırıq.


Qaynarxett.az
Ardını oxu...




Ağsu rayonu Ərəbuşağı kənd sakini, sahibkar Mürsəlov Azər Xandadaş oğlu Qaynarxett.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya mürəciət edib. Video-müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının I Vitse Prezidenti Zat-Aliləri Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili( Ombudsman) çox hörmətli Səbinə xanım Əliyevaya.

Mən Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu yazaraq sizlərə bildirmək istəyirəm ki, mənim 22 ildir icarə əsasında istifadə etdiyim Şamaxı Rayon Dəmirçi kəndi ərazisində yerləşən yaylaq otlaq sahəsi müxtəlif bəhanələrlə mənə verilmir. İlk öncə mən evdə olmayan zaman gəlib heyvan sayımı düz saymadılar. Sonra mən ərizə ilə müraciət etdim gəlib heyvan sayımı yenidən sayaraq sənəd verdilər ki, həqiqətən də mənim 367 baş qoyunum var. Mən həmin sənədi götürərək İsmayıllı Rayon İcra Hakimiyyətinə getdim, orada İcra başçısı Nahid Bağırovla görüşdüm. O, mənə bildirdi ki, bu məsələdə haqlıyam və həmin ərazi mənə veriləcək. Mən də heyvanlarımı götürüb həmin yay otlaq sahəsinə getdim. 3 gündən sonra olduğum əraziyə Ədalət Göyüşov adlı iş adamının qardaşı, polsi kapitanı Rəhim Bədəlov, 1 polis serjantı, İcra Hakimiyyəti başçısının müavini Şahin müəllim və tanımadığım 2 nəfər şəxs gələrək mənə bildirdilər ki, bu ərazini Nahid Bağırov Ədalət Göyüşova söz verib, sən buranı tərk etməlisən. Bu ərazini tərk etməsən, səni ya 8000 manat cərimə edəcəyik, ya da 4 il azadlıqdan məhrum olacaqsan.

Mən də kəndli adamam, deyilənlərdən qorxaraq ərazini tərk etməyə məcbur oldum. Geri qayıdan zaman çox sayda heyvanım tələf oldu. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etdim. Lakin onlar Ədalət Göyüşovun nüfuzundan qorxaraq mənə həmin ərazini verməkdən boyun qaçırdılar. Səbəb olaraq bildirdilər ki, mənim heyvan sayım azdır. Heyvan sayımın 367 baş olmasını təsdiq edən sənədi tanımadılar. Halbuki həmin ərazidə 50 baş keçi 60 baş qaramal saxlanılır. Bundan sonra mən dəfələrlə Cənab Prezidentə, Məhriban xanıma, Kamran Əliyevə müraciətlər etdim. Etdiyim bütün müraciətlər həll edilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərildi. Onlar isə məsələni ört-basdır edərək mənə kömək etmədilər.

Mən daha sonra Prezident Aparatında Ağaəli Əhmədovun qəbulunda oldum. Ağaəli müəllim məsələ ilə tanış olduqdan sonra mənim haqlı olduğumu əsas gətirərək, elə yanımdaca İsmayıllı Rayon İcra Hakimiyyətinə zəng edərək, haqqım olan yerin mənə verilməsinə kömək etmələrinin lazım olduğunu bildirdi. Ağaəli müəllimin də tövsiyyəsi və göstərişi işə yaramadı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə müavinləri Mahmud müəllim, Şahin müəllim və Eyyub müəllim müxtəlif bəhanələrlə məni fikrimdən döndərməyə çalışdılar. Mənə dedilər ki, sənin müqavilənin vaxtı bitib. Mən onlara bildirdim ki, müqaviləmin artırılması üçün dəfələrlə müraciət etmişəm. Hətta Qəbələ Rayonundan Katastr idərəsindən gəlib yerimin koordinatlarını da qeydiyyata alıblar. Mənə bildirdilər ki, sənədlər hazır olanda sənlə əlaqə saxlayacağıq. Mənlə əlaqə saxlanılmayıbsa burda mənim günahım nədir? Bundan əlavə onlara dedim ki, həmin ərazidə vətəndaşlar var ki, onlarında müqaviləsi yoxdur. Onlar sizələrə haqq verir deyə onların yerinə dəyə bilmirsiniz? Fikrimdə qəti olduğumu, məsələni ictimailəşdirdiyimi, dəfələrlə Cənab Prezidentə məktublar yazdığımı bilib mənlə Ədalət Göyüşovu bir masa arxasında oturtmağa çalışdılar. Ədalət Göyüşov edilən təklifi qəbul etmədi. O, həmin əraziyə xərc çəkdiyini bildirərək yalnız onun çəkilən xərci geri qaytarılacağı təqdirdə ərazidən çıxacağını bildirdi. Mən ona veriləcək pulumun olmadığını, mənə ondan da çox ziyan dəydiyini bildirdim. Bundan əsəbiləşən Ədalət Göyüşov açıq aşkar bildirdi ki, o yerdən nə olursa olsun çıxmayacaq. Dediyinə görə o yerdə heç heyvanda saxlamayacaq, amma o yeri mənə verməyəcək. Biz onsuz da bilirik ki, o yerdə Ədalət Göyüşovun 1 dənə də olsun heyvanı yoxdur. Daha sonra o, bizə bildirdi ki, bizneslərindən əldə etdiyi pullarından, yaxın dostlarından istifadə edərək mənə hər cür ziyan vuracaq. O, məni artıq neçənci dəfədir ki, şərləməklə, ailə üzvlərimə ziyan vurmaqla, hətta məni öldürməklə hədələyir.

Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Kamran Əliyev, hörmətli Səbinə xanım Əliyeva, Sizlərdən xahiş edirəm mənə köməklik edin. Ədalət Göyüşovdan sizlərin təyin etdiyiniz İcra Başçısı Nahid Bağırov, onun müavinləri həddindən çox qorxurlar. Özlərinin dediyinə görə Ədalət Göyüşov özündə hətta onların üzərinə qışqırmaq cəsarəti də tapır. Dövlətin məmurlarının bu dərəcə- də çəkindiyi Ədalət Göyüşovdan mən qorxmuram. Ailəmə, övladlarıma ziyan verəcək deyə qorxuram. Sizlərdən xahiş edirəm öz danışığında dəfələrlə "Mən Azərbaycanda heç kimdən qorxmuram, kimə istəyirsiz yazın, mənim hər yerdə etibarlı adamlarım var" deyən Ədalət Göyüşovdan məni və ailəmi qoruyun."

Qaynarxett.az


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


Ardını oxu...
DİA.AZ: - Bərdə rayon Qazqurdalı kənd sakini şəhid anası Təzəgül Qarayeva bildirir ki, onun oğlu Eltun Qarayev 44 günü Vətən müharibəsində döyüşərək şəhid olub. DİA.AZ bildirir ki, şəhid ailəsi mənzil-məişət şəraitləri bərbad olduğundan evlə təmin olunmaları ilə bağlı Bərdə rayon icra Hakimiyyətinə müraciət edib.

İcra hakimiyyəti bundan öncə şəhidin 40 mərasiminə qədər evi tikəcəyinə söz versə də, sonradan bu vədə əməl olunmayıb və bu işlərin növbəlilik əsasında aparılırdığı vaxtı gəldikdə tikiləcəyi bildirilib. Şəhid anası isə evin qəzalı vəziyyətdə olduğunu və yaşamaq üçün yarasız halda olmasından gileylənir.

O, qeyd edir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq onunla maraqlanan və yardım edən yoxdur. Şikayətçi ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək ona köməklik göstərilməsini xahis edir.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti