Ardını oxu...
- Böyrək elanı paylaşmısız?

+ Bəli, böyrəyini satan mənəm.

- Neçə yaşınız var?

+ 33. Atamı əməliyyat etdirməliyəm. 35 min pula ehtiyacım var. Buna görə çarəni böyrəyimi satmaqla tapdım. “Böyrəyimi satıram. Fikri ciddi olanlar yazsın. Başqa şəxslər narahat etməsin. Qiymət 50 min manatdır”.

Və daha neçə-neçə belə elanlar...

Bəli, müxtəlif sayt və səhifələrdə bu şəxs kimi orqanlarını satışa çıxaran çox sayda insan elanı var. Buna səbəb kimi isə pula ehtiyacları olduğunu əsas gətirirlər.

Müasir dövrdə insan orqanlarının köçürülməsi (transplantasiyası) əməliyyatları az qala adi hala çevrilib. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə ölür. Tibbin inkişaf etdiyi ölkələrdə qara və ağ ciyər, mədəaltı vəzi, dəri, sümüklər, ürək, böyrək, qol, əl, hətta sifət orqanlarının transplantasiyası həyata keçirilir.

Azərbaycanda isə insan orqanlarının transplantasiyasına 1999-cu il oktyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.

Leqal aparılan bu əməliyyatlara baxmayaraq, bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının al-verilə məşğul olan “qara bazar”lar da fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu “bazar”da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.

Çox təəssüf ki, yaxın günlərdə Azərbaycanda da daxili orqanların “qara bazar”dakı qiymətləri açıqlanıblar:

Ağ ciyər – 309 min manat, böyrək – 160 min manat, insan skleti – 8 min manat, ürək – 600 min manat, qanın yarım litri – 300 manat!

Ölkəmizdə orqan transplantasiyası ilə bağlı kiçik araşdırma etmişik.

Əvvəla, qanunsuz aparılan orqan transplantasiyasının sağlamlığa təsiri ilə bağlı danışaq. Maraqlıdır, qanunsuz orqan transplantasiyası yaşamaq üçün nə qədər təminat verir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, donor bankı yaradılmalıdır:

“Əvvəla deyim ki, orqan nəqli ilə bağlı bütün qərarlar leqal olmalıdır. Azərbaycan qanunvericiliyi bunu tələb edir. Çünki bu kriminala gedən yoldur. Heç bir böyrək satışından söhbət gedə bilməz. Böyrək satışı alt mənasında kriminal elementləri gizlədir.

İnsan niyə böyrəyini satmalıdır ki?

Donor bankı olmalıdır. Ora toplanan orqanlar siyahıda gözləyən şəxslərə nəql olunmalıdır. Böyrəyin və başqa orqanların qanunsuz satışı cinayət sayılır. Bunların qarşısını almaq üçün donor bankı yaratmalıyıq. Bütün dünya təcrübəsində belədir”.

Bəs, qanun bu məsələdə nə deyir? Pulla orqan almaq mümkündürmü? Orqan “qara bazarı” ilə məşğul olanları hansı cəza gözləyir?

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirib ki, orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycan Respublikasında qəbul olunmuş qanuna və Nazirlə Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir:

“Orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib. Amma klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Azərbaycan Respublikasının Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Orqan transplantasiyası yalnız şəxsin razılığı əsasında beyin ölümü keçirdikdən sonra baş tuta bilər. Bu proses artıq ölkəmizdə 2 ilə yaxındır ki, Səhiyyə Nazirliyinin tabeliyində olan Koordinasiya Mərkəzində həyata keçirilir.

Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova açıqlayıb ki, 5 nəfər canlı sümük iliyi donoru var:

“Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə son 1 il ərzində 32 nəfər orqan bağışlamaq üçün müraciət edib. Müraciət edənlər arasında böyrək üzrə orqan bağışlamaq istəyənlərin sayı üstünlük təşkil edir. Hazırda, ümumiyyətlə, orqan bağışlamaq üçün müraciət edən şəxslərin sayı 38 nəfər təşkil edir. Ümumilikdə, canlı olaraq sümük iliyi donoru olmaq üçün müraciət edən şəxslərin sayı 5 nəfərdir”.

Görünən odur ki, tibb inkişaf etdikcə insanın həyatda qalması üçün müxtəlif yollar kəşf edilir. Yəni bunlar hər şeyi, sağlamlığımızı belə qanuni yolla düzəltməyimizə şərait yaradır.

Bu da belə... Orqanını satmaq yox, bağışlamaq istəyənlər “Qara bazar”dan yan qaçın!
 
Ardını oxu...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox iş adamlarının namizədliklərini irəli sürəcəyi iddia edilir.
Xalqxeber.az əldə etdiyi məlumata görə parlament seçkilərinə qatılacaq iş adamlarından biri də Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatın sədr müavini olmuş və hazırda Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərən Ramin Əhmədovdur.
Məlumata görə Ramin Əhmədov bu dəfə 25 saylı 24 saylı Nizami birinci dairəsindən namizəd olmağa hazırlaşır. Bildirək ki, Yeni Azərbaycan Partiyası 24 saylı Nizami birinci dairəsindən Rüstəmov Ramil Şahsuvar oğlunun namizədliyini irəli sürüb. Ramil Rüstəmovun güclü namizəd olmadığı bildirilir.
Qeyd edək ki, Ramin Əhmədov ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin vaxt Ramin Əhmədov seçki təbliğatına ciddi şəkildə pul xərcləməsi ilə gündəmə gəlmişdi.
Xatırladaq ki, Ramin Əhmədovun adı ölkə mətbuatında Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun yaxın adamı və “ağaclara qənim kəsilən iş adamı” kimi keçir. Nizami rayonunda“Neftçilər” stansiyası yaxınlığındakı “Lady Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin və “PSS-Mühafizə” şirkətinin sahibi olduğu deyilir
Bundan başqa onun adı bir çox qalmaqallarda hallanıb. Belə ki, Ramin Əhmədov 2017-ci ildə idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “”VAZ-2107″” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu hədələmişdi.
Həmçinin Ramin Əhmədov YAP Nizami rayon sədrinin müavini olduğu dövrdə bahalı avtomobil kolleksiyalarını sosial şəbəkədə yaymaqla gündəmə gəlmişdi.
 
 
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində qanunsuz inşaat işinin aparılması barədə xəbər vermişdik. Aparılan inşaat işinin qanundankənar olduğu həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən rəsmi məlumatlarda öz təsdiqini tapıb.
Daha əvvəl FHN-dən verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü və sökülməsinə başlanıldığı bildirilmişdi.
Lakin bir qrup Masazır sakini təkrar Yeniavaz.com-a müraciət edərək, ərazidə tikinti prosesinin davam etdirildiyini bildirib.
Onlar qanunsuz tikintinin davam etdirildiyinə dair kadrları da redaksiyamıza təqdim ediblər:
Ardını oxu...
Məsələ ilə bağlı yenidən FHN-ə müraciət etdik. FHN növbəti dəfə tikinti işlərinin dayandırıldığını və ərazinin nəzarətə götürüldüyünü bəyan edib:
“FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi ərazisində qanunsuz qeyri-yaşayış obyektinin tikintisi aşkarlanmışdır. İcazəverici sənəd olmadığından, Agentlik tərəfindən tikinti işlərinin dayandırılıması barədə 24 iyun 2024-cü il tarixli 0554 nömrəli Qərar verilmişdir. Qərar tikinti ərazisinə nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinə göndərilmişdir.
Verilmiş Qərara əməl edilmədiyindən tikintidə qismən söküntü işləri aparılmışdır.
Hal-hazırda tikinti işləri dayandırılmış və ərazi nəzarətə götürülmüşdür”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.

 

Ardını oxu...
Azərbaycan Respublikası Təhsil İnstitutu ötən gün dövlət satınalmalarının vahid internet portalında bir neçə lot üzrə yekunlaşdırdığı açıq tenderlərin nəticələrini elan edib. İnstitut “Ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” üzrə “Marshall Cavendish Education” MMC ilə 550.900 manat dəyərində, “Dərsin planlaşdırılması üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə “Azərbaycan Müəllim İnkişaf Mərkəzi” MMC ilə 72.000 manat dəyərində, ““Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili və keçirilməsi” üzrə “İnnovative Bussiness Products” MMC ilə 88.597,94 manat dəyərində satınalma müqavilələri bağlayıb. İki satınalma prosedurunda maraqlı məlumatlar əldə etdiyimizdən daha ətraflı araşdırma apardıq.

Azərbaycan Respublikası Təhsil İnstitutu “Məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 16.07.2024-cü ildə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə 479.000 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi. Qeyd edək ki, o bu vəzifəyə 2018-ci iln fevralından təyin edilib.
Qeyd edək ki, Vüsal Xanlarovun təsisçisi olduğu MMC elə rəhbəri olduğu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin iyun ayında keçirdiyi bir tendetin də qalibi olub. İdarə İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri xidmətlərinin satınalması üzrə idarə rəisinə məxsus MMC ilə 1.200.201,18 manat məbləğində satınalma müqaviləsi bağladığını 06.06.2024-cü ildə açıqlayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun daha mir maraqlı tenderi də İstedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi üzrə açıqlanıb. 16.07.2024-cü ildə açıqlanan məlumata görə İnstitut “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC ilə 100.000 mamat məbləğində satınalma müqaviləsi bağlayıb. Bəs bi MMC haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEŞƏKAR TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ” ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.04.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev 64, qanuni təmsilçisi kimi isə Mehtiyev Nəcməddin Saday oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Əliyev Elnur Qəzənfər oğlu tərəfindən təsis edildiyi göstərilir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Əliyev Elnur Qəzənfər oğlu Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.
Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, Elnur Əliyevin təsisçisi olduğu MMC 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər” üzrə 1.328.633,51 manat və “21-ci əsrdə səmərəli məktəb idarəçiliyi üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə 460.800 manat dəyəri olan iki tenderinin də qalibi olub.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin bu vəzifəli şəxsləri elə həmin nazirliyə tabeli qurumların satınalmalarında özlərinə məxsus şirkətləri qalib çıxarırılar. Yəni özləri satır, özləri də alırlar.
Burada qanun nə tələb edir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə aşağıdakıları tələb edir.
Maddə 6. Satınalmalarda maraqlar toqquşması

6.1. Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; 6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Göründüyü kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun keçirdiyi tendrlərin qalibi Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun təsisçisi olduğu MMC ilə Elm və Təhsil nazirinin müşaviri, Təhsil İnstitutunda direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin təsisçisi olduğu MMC olub. Bu heç də təsadüf deyil. Və burada məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər, İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri kimi xidmətlərdən söhbət belə gedə bilməz. Olsa-olsa görk üçün bir iki təlim keçirilə bilər. Qalanı dövlət vəsaitlərinin bu adlarla silinməsindən başqa bir şey deyildir.

Aktualinfo.org
 

Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində qanunsuz inşaat işinin aparılması barədə xəbər vermişdik. Aparılan inşaat işinin qanundankənar olduğu həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən rəsmi məlumatlarda öz təsdiqini tapıb.
Daha əvvəl FHN-dən verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü və sökülməsinə başlanıldığı bildirilmişdi.
Lakin bir qrup Masazır sakini təkrar Yeniavaz.com-a müraciət edərək, ərazidə tikinti prosesinin davam etdirildiyini bildirib.
Onlar qanunsuz tikintinin davam etdirildiyinə dair kadrları da redaksiyamıza təqdim ediblər:

Ardını oxu...

Məsələ ilə bağlı yenidən FHN-ə müraciət etdik. FHN növbəti dəfə tikinti işlərinin dayandırıldığını və ərazinin nəzarətə götürüldüyünü bəyan edib:
“FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi ərazisində qanunsuz qeyri-yaşayış obyektinin tikintisi aşkarlanmışdır. İcazəverici sənəd olmadığından, Agentlik tərəfindən tikinti işlərinin dayandırılıması barədə 24 iyun 2024-cü il tarixli 0554 nömrəli Qərar verilmişdir. Qərar tikinti ərazisinə nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinə göndərilmişdir.
Verilmiş Qərara əməl edilmədiyindən tikintidə qismən söküntü işləri aparılmışdır.
Hal-hazırda tikinti işləri dayandırılmış və ərazi nəzarətə götürülmüşdür”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.

VİDEO
BURADA


[flash=425,264]https://www.facebook.com/watch/?ref=embed_video&v=819335280262789[/flash]
Ardını oxu...
Taleh Qaraşovun yerlərdəki nümayəndələri "qoçuluq" etməyə başlayıblar.

Bunu biz yox, Lənkəran rayonunun bəzi kəndlərinin sakinləri deyir.

"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Lənkəran rayon İcra Hakimiyyətinin qəribə qərarı barəsində məlumat daxil olub.

Mənbənin redaksiyamıza bildirdiyinə görə, İcra başçısı Məhərrəm ayında evlərdə təziyə məclislərinin keçirilməsini qadağan edib. Səbəbi barədə isə yerli sakinlər onlara heç bir məlumat verilmədiyini deyirlər.

Daxil olan məlumatda bildirilir ki, bir neçə gün əvvəl Lənkəran rayon Girdəni kənd sakini Dilrubə Quliyeva özü sahədə çiyələk yığımında olarkən, gündüz saat təqribən 15:00 - 16:00 radələrində kənd icra nümayəndəsi Ülkər İsmayılova, onun müavini Təhmasib Məmmədov və yerli bələdiyyə sədri ondan xəbərsiz evinə gedib, hətta evdə azyaşlı uşağın tək olmasına baxmayaraq, icazəsiz evə daxil olub, evdə axtarış aparıblar.

Dilrubə Quliyeva evə gəldiyində övladının qorxmuş halda olduğunu və özünün dediyinə görə evində saxladığı 500 manat pulunun yerində olmadığını görüb.

O, övladını da götürüb, ərazi icra nümayəndəliyinin inzibati binasına gedib, evindən yoxa çıxmış pulunu geri tələb edib. Belə olan halda, icra nümayəndəsi və müavini xanıma qarşı şiddət göstərməyə təşəbbüs göstəriblər.

Qeyd edək ki, bütün bu hallar audio səs yazısı formatında redaksiyamıza göndərilib. Göndərilən səs yazısında azyaşlı uşağın Təhmasib Məmmədovun yüksək səslə danışmasından, anasını hədələməsindən qorxduğu və qorxudan qışqırdığı da əks olunur.

Qeyd edək ki, məlumatla əlaqədar adıçəkilən icra nümayəndəsi Ülkər İsmayılova və onun müavini Təhmasib Məmmədovun da mövqeyini öyrənmək üçün telefon əlaqəsi saxladıq. Ülkər xanım əvvəl susdu, ardından isə gün ərzində özü bizimlə əlaqə saxlayacağını deyib, tələsik sağollaşdı.

Təhmasib Məmmədov isə dolayısıyla mudirini qorumaq üçün etdiyini deməklə özünə haqq qazandırmağa çalışdı. Dediyinə görə, Dilrubə Quliyeva Ülkər İsmayılovanı təhqir edib deyə, o, özündən çıxıb, səsini qaldırıb.

"Buna dair faktınız varmı" sualına isə verəcək cavabı olmadı. Yuxarıda təqdim etdiyimiz videoda da gördüyünüz kimi Təhmasib Məmmədovdan fərqli olaraq, Dilrubə Quliyevanın ən azından dediklərini təsdiq edən səs yazısı var.

Bundan əlavə, tutaq ki, bu qışqırmaq, şiddət göstərməyə təşəbbüs etmək, eləcə də təhdid etməyi qoyduq kənara, maraqlıdır adıçəkilən şəxslər hansı əsasla, hansı ixtiyarla vətəndaşı özü evdə olmadan, onun xəbəri, yaxud icazəsi olmadan evinə girib, axtarış aparır?

Hüquq-mühafizə orqanları belə əlində orderi olmadan, hər hansı bir vətəndaşın evinə daxil olub, axtarış aparmırlar.

İcra nümayəndəsi, bələdiyyə sədri kim olaraq axtarış aparır və ümumiyyətlə nə axtarır?

Onlara bu səlahiyyəti kim verib?

Qeyd edək ki, xanımın şikayət edəcəyindən ehtiyat edən icra nümayəndəliyi hadisə baş verən gün deyil, ertəsi günü "qara məni basınca, mən qaranı basım" düşüncəsilə Dilrubə Quliyeva barəsində polis orqanlarına şikayət edib.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində ağaclar kütləvi şəkildə məhv edilərək, yerində obyekt tikilir.

Bu barədə video və foto görüntülər redaksiyaya oxucular tərəfindən göngərilib.

Həmin görüntülərdə ərazidə ağacların qırılması açıq şəkildə əks olunur. Buyurun, izləyin.

P.S. Mövzu ilə bağlı araşdırma aparacağıq. Yasamal Rayon İcra Hakimiyyətinin, eləcə də digər aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...

hurruyet
 
 
 
Ardını oxu...
Ölkədə adı bir çox qalmaqallarda hallanmış, dərman monopolisti kimi tanınan deputat Kamaləddin Qafarov yenidən mandat sahibi olmaq üçün qollarını çırmayıb.

Tribunainfo.az xəbər verir ki, o, elə əvvəlki seçki dairəsindən namizəd olmaq istəyir. Seçildiyi dairədə tanımadıqları halda, üstəlik, seçildikdən sonra seçiciləri ilə görüşməyi belə özünə rəva bilməyən bu deputatın dərdi təkcə mandat deyil. Onun məqsədi uzun illərdən bəri qurduğu bizneslərini təminat altına almaqdır.

Söhbət o biznesdən gedir ki, onun bir ucu Bakıdan başlayıb, bir ucu da Cənubi Kiprdə boy verir. Həmin biznes şəbəkəsi ilə bağlı Tribunainfo.az-ın əsasən araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatlardan və internet resurslarından istifadə etməklə apardığı araşdırmada deputatın çox böyük biznesə malik olduğu üzə çıxıb. Onları sıralama ilə oxuculara təqdim edirik:
9 saylı Binəqədi II seçki dairəsindən deputat, Milli Onkologiya Mərkəzinin baş direktor müavini olan bu şəxsin dərman imperiyasına "AZƏRİ MED” MMC başçılıq edir. Maraqlı məqam odur ki, Qafarov onkoloji xəstələrin üzərində biznes quraraq, böyük sərvətlərə sahiblənib.

Çünki Milli Onkologiya Mərkəzi hər il on milyonlarla manat pulu məhz onun şirkətlərinə yönəldir. Təkcə 2019-cu ilim fevralın 19-da MOM və "AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib.

Deputat ola bilsin ki, bu rəqəmləri inkar etsin, hətta şirkətin ona məxsus olmadığını bildirsin. Düzdür, Vergilər Nazirliyinin saytında "Azəri Med”in qanuni təmsilçisi kimi Famil Rəhimli Vəli oğlu göstərilir. Amma Qafarov şirkətin ünvanında "quyruğu ələ verib”. Çünki "Azəri Med”in qeydiyyatda olduğu ünvanda, yəni Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də elə deputat və və uşaqları rəsmi qeydiyyatdadır.

Amma Qafarovun biznesi bununla yekunlaşmır. Onun ayrıca Əhməd Rəcəbli küçəsindəki "AzeriMed Tibbi Market”i də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. Bundan başqa, o, "ZƏFƏRAN” apteklər şəbəkəsi və "ZƏFƏRAN HOSPİTAL”ı da idarə edir.
Onun daha bir ailə şirkəti – "AZƏRİ MED-MNK” MMC deputatın qeydiyyatda olduğu evi hüquqi ünvan kimi göstərib. 2008-ci idə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi isə elə Kəmaləddin Qafarovun yaxın qohumu Caniliya Rəhim qızı Qafarovadır.

Jurnalist Cavanşir Həsənlinin araşdırmasına istinadən bildirək ki, Kəmaləddin Qafarovun digər obyekt və biznesləri aşağıdakılardan ibarətdir:

– VERSAL PALACE şadlıq evi. Orani Cəlaləddin Qafarovun adına keçirib..

– "VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – Qanuni nümayəndəsi Elmira Paşa qızı Məmmədovadır.

– "KANON” MMC. Aptek şəbəkəsidir. 2008-ci ildə yaradılıb və Səbuhi Abbasov Füqar oğlunun adına sənədləşdirilib.

– "SHAFRAN” MMC 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Şəmsəddin oğlu Qafarovdur.

– "AVESTAFARM” MMC 2009-cu ildə yaradılıb və qanuni təmsilçisi Elçin İsmayıl oğlu İbrahimovdur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – "Azəri Med” MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir.

– "MEGA PHARMACY” MMC. Onun da qanuni nümayəndəsi Caniliya Qafarovadır.

– "NATURALİST” FƏRDİ FİRMASI. Əczaçılıq sahəsində fəaliyyət göstərən və ayrıca aptekləri olan bu şirkət də deputatın qardaşına aiddir.

Amma Kəmaləddin Qafarovun biznesi təkcə Azərbaycana sığmır. O həm də ölkə hüdudlarından kənara çıxıb. Məsələn, "HELİOS PHARMA LTD” Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun adına olub. Lakin 2018-ci ildə şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib.

Xaricdəki ikinci şirkət isə "SALİDONT LTD”dir ki, 2019-cu idə Cənubi Kiprdə təsis edilib. Şirkətin idarə olunması Patricia Stilianoya həvalə edilib.

P.S. Bu qədər böyük bir biznesi olan şəxsin mandat davası etməsinin əsl səbəbinin nə olduğunu görməmək mümkün deyil. Onu sıravi vətəndaş, adi seçici maraqlandırmır. Əgər belə bir niyyəti olsaydı rəhbəri olduğu Milli Onkologiya Mərkəzində onkoloji dərman biznesiylə məşğul olmazdı. Halbuki məhz onun fəaliyyəti nəticəsində xərçəng xəstələri ucuz dərman tapa bilməməklə yanaşı, həm də ucuz müalicə imkanlarından məhrum olunublar. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Masazır qəsəbəsində qonşuları ilə yaranmış kanalizasiya problemi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi direktorunu hədəfə gətirib

Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun dəbdəbəli villa tikdirməsi və qonşularla yaranmış kanalizasiya probleminin mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi Gülarə Quluzadəni çətin vəziyyətə sala bilər.

AzFakt.com-un əldə etdiyi məlumata görə Gülarə Quluzadənin tikdirməkdə oldğu 4 mərtəbəli villası və ortaya çıxan narazılıq, şikayətlə bağlı Elm və Təhsil Nazirliyində də müzakirə aparılıb. Mərkəz direktorunun 3 mərtəbəli villa tikdirməsi həm cəmiyyətdə həmdə Elm və Təhsil Nazirliyində birmənalı qarşılanmayıb.
Ardını oxu...
Bildirək ki, Gülarə Quluzadə tikilməkdə olan villasını 10 ilə yaxındır inşa etdiyini desədə, sosial şəbəkədə çoxsaylı rəylərdə onun bu villanı hansı pulla təmir etdirməsi əsas mövzu olub. Çünki 4 mərtəbəli villanı tam təmirli halına gətirilməsi üçün ən azı 200 min manata yaxın vəsait lazımdır. Bu qədər vəsaiti isə Gülarə Quluzadənin aldığı əmək haqqı ilə heç cür üst-üstə düşmür.
Ardını oxu...

Məlumata görə Gülarə Quluzadənin 4 mərtəbəli villasının gündəmə gəlməsindən sonra Elm və Təhsil Nazirliyi tərəfindən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi təftiş ediləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Səhiyyə Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyəti 12.07.2024-cü ildə 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi (II mərhələ) üzrə keçirdiyi tender müsabiqəsini yekunlaşdırdığını və “FƏRİD-İNŞAAT” Firması ilə 21.424.487,74 manat məbləğində satınaılma müqaviləsi bağladığını elan edib.

Qeyd edək ki, Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisinin 1-ci mərhələsi hələ 15.12.2022- ci ildə yekunlaşdığını və “FƏRİD-İNŞAAT Firması ilə 40.808.274,66 manat məbləğində satınaılma müqaviləsi bağladığını Səhiyyə Nazirliyi 28.12.2022-ci ildə elan etmişdi. Göründüyü kimi Səhiyyə Nazirliyi Şuşa şəhərində 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ümumi olaraq 62 232 761 manat dövlət vəsaiti ayırıb.

Qeyd edək ki, “FƏRİD-İNŞAAT Firması bundan əvvəl də Səhiyyə Nazirliyinin bir neçə sifarişlərini yerinə yetirib. MMC Səhiyyə Nazirliyin Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (I-ci mərhələ) üzrə keçirdiyi birinci tender müsabiqəsində 6.852.838,88 manat məbləğində 26.11.2019-cu ildə, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tikintinin davamı) üzrə isə 6.944.597,49 manat məbləğində 10.09.2021-ci ildə iki satınalma müqaviləsi bağlayıb. Göründüyü kimi Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinə isə üç il ərzində ümumi olaraq 13 797 435 manat dövlət vəsaiti ayırıb. Prezident İlham Əliyevin 2019-cu ildə “Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən ayrılmış 1 milyon manatı, 2020-ci ildə isə 2 milyon manatı bunların üzərinə gəlsək Samux Mərkəzi Xəstəxanasının tikintisinin 15-16 milyon manata başa gəldiyini söyləmək olar.

Samux rayon icra Hakimiyyətinin 11 noyabr 2022-ci ildə yaydığı məlumatda bildirilir ki, tikintisinə 2019-cu il tarixdə başlanılan 90 çarpayılıq olan Samux Mərkəzi Rayon Xəstəxanasına bu gün Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev, Nazirliyin nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyətinin direktoru Elşad Hacıyev və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən baxış keçirildi, yeni binanın tikintisi ilə tanış oldular. Tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Prezidenti İlham Əliyev 2023-cü ilin avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi işləri (2-ci mərhələ, tikintinin davamı) üzrə keçirdiyi tenderin qalibi də “FƏRİD-İNŞAAT Firması olub. Bu məqsədlə 12.05.2019-cu ildə tərəflər arasında 18.220.461,03 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Xəstəxananın tikintisi işlərinin 1-ci mərhələsinə ayrılan dövlət vəsaitinin məbləği barədə məlumat əldə edə bilmədik. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi işləri (birinci mərhələ üzrə) tender müsabiqəsinə 29.03.2018-ci il başlanılıb. Lakin tenderin qalibi və sifarişin məbləği barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməyib.

Prezidenti İlham Əliyevin 2024-cü ilin aprelin 9-da 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı zamanı Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib. Bildirib ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.

Göründüyü kimi “FƏRİD-İNŞAAT Firması 160 çarpayılıq Qəbələ Mərkəzi Xəstəxanasının tikintisini 7 ilə başa çatdırıb. Burada diqqət çəkən məqam nədir? “FƏRİD-İNŞAAT Firması 2019-cu ildə başlanılan 90 çarpayılıq Samux Mərkəzi Rayon Xəstəxanasını 2023-cü ildə 15-16 milyon manata, 160 çarpayılıq Qəbələ Mərkəzi Xəstəxanasının tikintisini ikinci mərhələsini 18 milyon manata 2024-cü ildə tamamlayıb. Bəs necə olur ki, 90 çarpayılıq Samux Xəstəxanasına 16 milyon, 90 çarpayılıq Şuşa Xəstəxanasının tikintisinə isə 60 milyon manatdan çox vəsait ayrılır?

Gəlin indi son illərin Azərbaycanda tikinti materiallarının qiymətinə nəzər salaq. 2023-cü ilin noyabrında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun mətbuata açıqlamasında bildirilir ki, oktyabr ayında Azərbaycanda tikinti materiallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 %, ilin əvvəli ilə müqayisədə isə 3,9 % ucuzlaşıb. O qeyd edib ki, bu il (yəni, ötən il-red ) ölkədə inşaat materialları bazarında qiymətlər 2021-2022-ci illərə nisbətən aşağı olub.

2024-cü ilin mart ayında daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə də mediaya açıqlamasında bildirir ki, “Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik olub”.

Belə olan təqdirdə Səhiyyə Nazirliyinin 1-2 il fərqi ilə 90 çarpayılıq iki xəstəxananın tikintisinə ayırdığı fərqli məbləğlər şübhə doğurmurmu?

Səhiyyə Nazirliyinin milyonlarla manat dəyərində tenderlərini udan “FƏRİD-İNŞAAT Firmasına gəlincə.Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “FƏRİD-İNŞAAT Firmasının 22.01.1998-ci il tarixdə Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 6/33, qanuni təmsilçisinin isə Həsənov Sübhan Ələsgər oğlu olduğu göstərilir.

Firmanın rəsmi elektron portalına yeləşdirilmiş məlumatlara görə tikinti layihələrinin işlənib hazırlanması və inşaat üzrə bütün növ xidmətlər göstərən bir şirkətdir və Azərbaycan Respublikasının bir sıra ən nüfuzlu layihələrinin yerinə yetirilməsi üçün təsis edilmişdir. Fərid-inşaat firması 1998-ci ildə fəaliyyətə başlayıb və yarandığı vaxtdan fenomenal inkişafa nail olmuşdur.

Firma 2013-2019-cu illərdə 22 428 080 manat dəyəri olan Qazax rayon Mərkəzi Xəstəxanasının, 2009-2011-ci illərdə 12 544 770 manat dəyəri olan Şəki rayon Mərkəzi Xəstəxanasının, 2015-2018-ci illərdə 9 708 934 manat dəyəri olan Naftalan şəhər Xəstəxanasının, 2009-2011-ci illərdə 13 360 413 azn dəyəri olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının, 2016-cı ildə 25 554 181 manat dəyəri olan Şəmkir rayon Mərkəzi Xəstəxanasının, 2011-2013-cü illərdə 27 397 000 manat dəyəri olan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, 2011-2013-cü illərdə 18 230 000 manat dəyəri olan Yevlax rayon Mərkəzi Xəstəxanasının, 2012-2016-cı illərdə 20 570 400 manat dəyəri olan Ağsu rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərini həyata keçirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevdir. Onun bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunması barədə məlumatlar var. Elektron mediada həmçinin onun bu vəzifəyə təyin olunmasından sonra Səhiyyə Nazirliyində narazılıqların artığı, dövlət büdcəsinin talanması, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulması barədə kifayər qədər geniş materiallar var.

Aktualinfo.org
 
 

 


Dünyapress TV

Xəbər lenti