Kəmaləddin Qafarovun yeni mandat planı: dərman monopolistinin biznes – SİYAHISI
Ölkədə adı bir çox qalmaqallarda hallanmış, dərman monopolisti kimi tanınan deputat Kamaləddin Qafarov yenidən mandat sahibi olmaq üçün qollarını çırmayıb.

Tribunainfo.az xəbər verir ki, o, elə əvvəlki seçki dairəsindən namizəd olmaq istəyir. Seçildiyi dairədə tanımadıqları halda, üstəlik, seçildikdən sonra seçiciləri ilə görüşməyi belə özünə rəva bilməyən bu deputatın dərdi təkcə mandat deyil. Onun məqsədi uzun illərdən bəri qurduğu bizneslərini təminat altına almaqdır.

Söhbət o biznesdən gedir ki, onun bir ucu Bakıdan başlayıb, bir ucu da Cənubi Kiprdə boy verir. Həmin biznes şəbəkəsi ilə bağlı Tribunainfo.az-ın əsasən araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatlardan və internet resurslarından istifadə etməklə apardığı araşdırmada deputatın çox böyük biznesə malik olduğu üzə çıxıb. Onları sıralama ilə oxuculara təqdim edirik:
9 saylı Binəqədi II seçki dairəsindən deputat, Milli Onkologiya Mərkəzinin baş direktor müavini olan bu şəxsin dərman imperiyasına "AZƏRİ MED” MMC başçılıq edir. Maraqlı məqam odur ki, Qafarov onkoloji xəstələrin üzərində biznes quraraq, böyük sərvətlərə sahiblənib.

Çünki Milli Onkologiya Mərkəzi hər il on milyonlarla manat pulu məhz onun şirkətlərinə yönəldir. Təkcə 2019-cu ilim fevralın 19-da MOM və "AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib.

Deputat ola bilsin ki, bu rəqəmləri inkar etsin, hətta şirkətin ona məxsus olmadığını bildirsin. Düzdür, Vergilər Nazirliyinin saytında "Azəri Med”in qanuni təmsilçisi kimi Famil Rəhimli Vəli oğlu göstərilir. Amma Qafarov şirkətin ünvanında "quyruğu ələ verib”. Çünki "Azəri Med”in qeydiyyatda olduğu ünvanda, yəni Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də elə deputat və və uşaqları rəsmi qeydiyyatdadır.

Amma Qafarovun biznesi bununla yekunlaşmır. Onun ayrıca Əhməd Rəcəbli küçəsindəki "AzeriMed Tibbi Market”i də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. Bundan başqa, o, "ZƏFƏRAN” apteklər şəbəkəsi və "ZƏFƏRAN HOSPİTAL”ı da idarə edir.
Onun daha bir ailə şirkəti – "AZƏRİ MED-MNK” MMC deputatın qeydiyyatda olduğu evi hüquqi ünvan kimi göstərib. 2008-ci idə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi isə elə Kəmaləddin Qafarovun yaxın qohumu Caniliya Rəhim qızı Qafarovadır.

Jurnalist Cavanşir Həsənlinin araşdırmasına istinadən bildirək ki, Kəmaləddin Qafarovun digər obyekt və biznesləri aşağıdakılardan ibarətdir:

– VERSAL PALACE şadlıq evi. Orani Cəlaləddin Qafarovun adına keçirib..

– "VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – Qanuni nümayəndəsi Elmira Paşa qızı Məmmədovadır.

– "KANON” MMC. Aptek şəbəkəsidir. 2008-ci ildə yaradılıb və Səbuhi Abbasov Füqar oğlunun adına sənədləşdirilib.

– "SHAFRAN” MMC 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Şəmsəddin oğlu Qafarovdur.

– "AVESTAFARM” MMC 2009-cu ildə yaradılıb və qanuni təmsilçisi Elçin İsmayıl oğlu İbrahimovdur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – "Azəri Med” MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir.

– "MEGA PHARMACY” MMC. Onun da qanuni nümayəndəsi Caniliya Qafarovadır.

– "NATURALİST” FƏRDİ FİRMASI. Əczaçılıq sahəsində fəaliyyət göstərən və ayrıca aptekləri olan bu şirkət də deputatın qardaşına aiddir.

Amma Kəmaləddin Qafarovun biznesi təkcə Azərbaycana sığmır. O həm də ölkə hüdudlarından kənara çıxıb. Məsələn, "HELİOS PHARMA LTD” Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun adına olub. Lakin 2018-ci ildə şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib.

Xaricdəki ikinci şirkət isə "SALİDONT LTD”dir ki, 2019-cu idə Cənubi Kiprdə təsis edilib. Şirkətin idarə olunması Patricia Stilianoya həvalə edilib.

P.S. Bu qədər böyük bir biznesi olan şəxsin mandat davası etməsinin əsl səbəbinin nə olduğunu görməmək mümkün deyil. Onu sıravi vətəndaş, adi seçici maraqlandırmır. Əgər belə bir niyyəti olsaydı rəhbəri olduğu Milli Onkologiya Mərkəzində onkoloji dərman biznesiylə məşğul olmazdı. Halbuki məhz onun fəaliyyəti nəticəsində xərçəng xəstələri ucuz dərman tapa bilməməklə yanaşı, həm də ucuz müalicə imkanlarından məhrum olunublar. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti