Ardını oxu...
KATV1 (“AG Telekom” MMC) ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, KATV1 İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“AG Telekom” MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Murad Məmmədovun sədrliyi ilə işə baxılacaq.

İXM-nin 430.4-cü maddəsinin tələbinə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov Tribunainfo.az-a bildirib ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var”.

Ə.Həsənov deyib ki, iki il ərzində həmin mal ölkəyə gəlməlidir: “Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib”.

Ə.Həsənov bildirib ki, qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var: “Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “AG Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biridir. Şirkətin rəhbəri Samir Qurbanovdur.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
  

Vüqar Əhməd: “Mənzər xanımın ləqəbi var: ”3", “5", açması budur ki... ”

Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə sənətçilər arasında qalmaqala görə araşdırma başlayıb. Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.

Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub. Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.

İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildiriblər.

Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb: “Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə, hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir”.

Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib: “Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla, lazımi yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırma aparılmalıdır”.

Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib: “Hələ ki məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq. Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə, iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə, mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah, haqq-ədalət öz yerini tapar”.

Ardını oxu...

 Vüqar Əhməd

Almaxanım Əhmədlinin atası şair Vüqar Əhməd “Yeni Müsavat”a açıqlamasında deyib: “Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi məni, Almaxanımı və 20-yə yaxın şəxsi çağırıb, şikayətlərini dinləyib. Mən inanıram ki, bu məsələyə obyektiv baxılacaq. Ölkə sahibsiz deyil. Mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Bu günə qədər mədəniyyət nazirləri arasında bir ondan, bir də Polad Bülbüloğlundan razı olmuşam. Amma hesab edirəm ki, nazirin belə Mənzər xanıma gücü çatmır. Çünki onun arxası çox güclüdür. Özünü Brejnev kimi aparır, hamı ondan qorxur. Bir ildir ki, onun əməlləri barədə məlumat verirəm, heç bir nəticə yoxdur.  Onun ləqəbi var  - "3", "5"... "3" - respublika tədbirləri, “5" - xarici qastrollar.

Onun hikkəsi ilə Özbəkistanda Almaxanım üçün hoteldə yer verilməyib, məşqə getmək üçün maşın ayrılmayıb. Təsəvvür edin, əgər orada tanış adam olmasa idi mənim qızım gecə küçədə qalmalı idi?

Zalda ölkə rəhbərliyi əyləşib, Mənzər xanım isə səhnə arxasında “yeməyinizi vaxtında yeyin” deyib xalq artistlərinin üstünə qışqırır, onları təhqir edir. Hamısı da başını aşağı salıb, qorxularından bir kəlmə də deməyiblər. Belə bir xəstə təfəkkürlü insan necə nazirlikdə məmur işləyə bilər?

Almaxanımın 2017-ci ildə 16 yaşı olanda VI Muğam Televiziya Müsabiqəsinin qalibi olub, elə həmin ildən etibarən AzTV-nin solisti kimi fəaliyyət göstərir, 4 dəfə Amerikada, eləcə də Avropanın bir çox şəhərlərində konsertlər verib. Bir dəfə Özbəkistana getdi, orada da başına bu cür iş gəldi... Bundan başqa, Almaxanımın adını səbəbsiz yerə iki dəfə mükafat siyahısından sildirib. Bilmirəm biz ona nə pislik etmişik... Qadın olduğu üçün heç istəmərəm ki, həbsə düşsün, amma etdiyi əməlləri bağışlamaq olmaz. Bu adam mədəniyyətimizə böyük zərbə vurur".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, tezliklə açıqlama veriləcək.

Xalidə GƏRAY,
“Yeni Müsavat”


Ardını oxu...
  

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, zəhərlənənlər Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovadır. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalar aparılır./Lent.az


VİDEO

Ardını oxu...
 

Bakıdakı 212 nömrəli tam orta məktəbdə beşinci sinif şagirdinin tənəffüs zamanı sinif yoldaşını itələdiyi bildirilir.

Valideynin iddialarına görə, hadisə zamanı yerə yıxılan övladı baş nahiyəsindən xəsarət alıb.

Şagirdin valideyni Xatirə Nəsirova bildirib ki, övladını məktəbə göndərməyə qorxur. Çünki orada övladının təhlükəsizliyindən əmin deyil.

Sözügedən şagirdlərin sinif rəhbəri Elnarə Teyyublunun sözlərinə görə, hadisəni törətdiyi iddia edilən məktəblinin özünü aqressiv apardığını hamı bilir.

Valideyn Xatirə Nəsirova məsələ ilə bağlı polisə şikayət ədib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə qeyd edilib ki, məktəb rəhbərliyi hər iki valideynlə görüş keçirib. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Bakının əsas çörək zavodlarından olan "Bakıxanov-Çörək" ASC ilə bağlı cərimə protokolu tərtib edilib.

TEREF xəbər verir ki, çörək zavodu ilə bağlı aparılan araşdırma zamanı müəssisənin bəzi nöqsanlara yol verdiyi məlum olub. Belə ki, çörək zavodunun İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 578.1-ci maddəsini pozduğu müəyyən edilib. Tələbi pozulan maddəyə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

"Bakıxanov-Çörək"lə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Anar Rzayevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, "Bakıxanov-Çörək" zavodunun ("Sərham" MMC) direktoru Hicri Nəbiyev Rasim oğludur. Zavodun bundan əvvəlki direktoru isə Rasim Nəbiyev Cəfər oğlu idi. MMC 2008-ci ildə təsis edilib. Nizamnamə kapitalı cəmi 20 manatdır.

Qarşı tərəfi dinləməyə hazırıq./XALQ.AZ/
 
 
 
Ardını oxu...
Xəzər rayonu Türkan qəsəbəsində iki şəhid ailəsinin yaşadığı küçə 30 ildən çoxdur asfaltlanmır. Söhbət qəsəbənin Qasim İsmayılov küçəsiylə Poçt küçəsinin kəsişməsindəki yoldan gedir. Asfaltı olmayan yolda payız, qış aylarında hərəkət etmək çətinləşir. Yağış suları yolda palçıq və gölməçələr yaradır. İllərdir bununla bağlı yerli bələdiyyə, icra nümayəndəsinə Xəzər rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, problem həll edilmmiş qalır.

Bəs icra nümayəndəsinin yaşadığı küçə?

Maraqlısı isə budur ki, sözügedən qəsəbənin başqa bir küçəsində yaşayan Türkan qəsəbə ərazi nümayəndəsi Əli Quliyevin ikimərtəbəli evinin qarşısındakı yol asfaltlanıb.

Uzağı 3 ay ərzində...

Məsələ ilə bağlı icra nümayəndəsi Əli Quliyevlə əlaqə yaratdıq. Bizim.Media-ya açıqlama verən qurum rəsmisi şəhid ailələlərinin evinin yerləşdiyi küçənin 3 ay ərzində asfaltlanacağına söz verib:

“Bu yaxınlarda da özüm şəxsən məsafəni ölçüb aidiyyəti quruma məlumat vermişəm. Uzağı 3 aya küçəyə asfalt yol çəkiləcək”.

“Bəs 30 ildir niyə asfaltlanmırdı” sualına gəlincə, Əli Quliyev bunları deyib:

“Həmin küçə dövlət layihəsinə salınıb. Bu günə qədər çəkilməməsi bizim yox, yolun problemidir”, -deyib.

O zaman icra nümayəndəsinin yaşadığı küçə niyə asfaltlanır?

Əli Quliyevin buna da maraqlı cavabı olub. O, deyib ki, yaşadığı küçənin asfaltlanması özü üçün deyil:

“Mənim yaşadığım küçədə əlil var, ona görə asfaltlanıb. Digər küçədə şəhid ailələrinin olduğunu bilirəm. Ora da asfaltlanacaq”, - deyə fikrini sonlandırıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkəmizə idxal edilən bir çox məhsullar bazara çıxarılarkən gömrük rəsmiləşdirilməsindən 2-3 dəfə baha qiymətə satılır. Həmin məhsullardan biri də əridilmiş pendirdir. Nəzərə alaq ki, bu ilin yanvar-iyul aylar ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 702 min dollar dəyərində 578,5 ton əridilmiş pendir idxal olunub.

Xaricdən idxal olunan əridilmiş pendirin bir kiloqramının orta gömrük dəyəri 4,7 dollar (7,9 manat) olub.

Əridilmiş pendir ən çox Rusiyadan gətirilib. Bu ilin ilk 7 ayında Rusiyadan ölkəmizə 316,7 ton əridilmiş pendir idxal edilib. Rusiydan gətirilən əridilmiş pendirin bir kiloqramının orta gömrük dəyəri 4,2 dollar (7,1 manat) olub. Rusiyadan sonra ən çox (89,3 ton) əridilmiş pendir Ukraynadan idxal olunub ki, bu ölkədən gətirilən pendirin də bir kiloqramının orta gömrük dəyəri 4,5 dollar (7,6 manat) olub.

Qeyd edək ki, idxal olunan əridilmiş pendirin marketlərdəki pərakəndə satış qiyməti isə 22,3 manat təşkil edib. Açıqlanan rəsmi məlumatlardan da göründyü kimi, xaricdən gətirilən əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır.

Bu qədər böyük fərqin olmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu gün təkcə pendirin yox, bir çox ərzaq məhsullarının gömrük rəsmiləşdirilməsi ilə bazar qiymətləri arasında kəskin fərqlər mövcuddur:

“Bu fərqin səbəblərini söyləmək üçün geniş araşdırmaya ehtiyac var. Çünki gömrük rəsmiləşdirilməsi zamanı və bazara çıxarılan məhsulların gömrükdən sonra keçdiyi yolda müəyyən xərclər olur. Bura daşınma xərcləri, əlavə dəyər vergisi, digər vergi ödəmələri və s. daxildir.

Bununla belə gömrükdəki qiymətlərlə bazardakı qiymətlər arasındakı böyük qiymət fərqi suallar yaradır. Belə vəziyyətdə iki ehtimal ortaya çıxır. Ya gömrük rəsmiləşdirilməsində qiymətlər qəsdən aşağı göstərilir ki, daha az gömrük rüsumu ödənilsin, ya da bazara çıxarılan məhsulun üzərinə qoyulan marja çox yüksəkdir. Bu da bütün hallarda rəqabətin zəif olmasından qaynaqlanır. Yəqin ki, bazarda daha çox oyunçu olsa, heç kim gətirdiyi malı 2-3 dəfə baha qiymətə sata bilməz”.
 

Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilovla bağlı ilginc iddialar yayılıb. Dia-az.Media xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz özünün növbəti paylaşımında qeyd edib.

Ardını oxu...

Jurnalist yazır: "Etibarlı mənbələrimdən aldığım məlumata görə, Naxçıvanın Baş naziri Ceyhun Cəlilov öz yaxın ətrafına deyirmiş ki, Heydər Oğuz kimi adamlar nə qədər qüsurlarımı ifşa edir etsin, heç kim məni kreslomdan tərpədə bilməz, çünki mən Azərbaycanın Əmək və Sosial Müdafiə naziri Sahil Babayevin adamıyam. Sahil müəllim icazə verməz ki, yanımdan yel keçə.
Doğrusu, Sahil Babayevin bu qədər əjdaha nazir olduğuna inanmamışdım. Mənə ən maraqlı gələn isə “canişin” əfəndinin Ceyhun Cəlilovun ağası ilə bağlantısı idi. Çünki bildiyim qədərilə “canişin” əfəndi özünü daha böyük və təsirli dairələrin adamı kimi təqdim edirdi. Yeri gələndə Sahil Babayev onun aid olduğu dairələrin yanında toz dənəsi də ola bilməzdi. Elədirsə, “canişin”i Sahilin “işyarıtmaz” adamının yanında gözükölgəli edən nə idi ki, Naxçıvanın Baş naziri kimi mühüm postunu ona peşkəş çəkmişdi?
Üstəlik, 1 il 1 ay 10 günlük nazirlik postunda keçirdiyi bütün tenderlərdə ciddi qanun pozuntularına yol verdiyi halda, Ceyhun Cəlilova “gözün üstə qaşın var” deyilməmişdi, əksinə, onun nazir postundan Baş nazir postuna “hoppanmasına” şərait yaradılmışdı.
Az əvvəl digər etibarlı mənbələrdən aldığım məlumat “canişin”lə Ceyhun Babayev arasındakı əlaqələrə kifayət qədər aydınlıq gətirir. Məlumata görə, “canişin”lə Sahil Babayev tələbə yoldaşı olublar. Onun tələbə yoldaşları dairəsin bununla da tamamlanmır. “Canişin”in Prezident üçün üçaylıq hesabatlarını hazırladığı iddia olan Anar Həsənov (5-ci kolonun aparıcı siması Əli Həsənovun qardaşı oğlu) və Hikmət adlı çox mühüm postlardan birini tutan şəxs də bu tələbə yoldaşları qrupuna daxildir.
Yəni “canişin”in də, Sahil Babayevin də, Ceyhun Cəlilovun da arxaları kifayət qədər möhkəm imiş və onlar bu səbəbdən ölkəni və Muxtar Respublikanı hərrac bazarına çeviriblər..."
 
Ardını oxu...
Azintelekom” MMC-nin tender layihəsi ləğv olunub.

XALQ.AZ məlumat verir ki, şirkət məhsul və xidmətlərin təhlükəsizlik yoxlanışının keçirilməsi (Pentest) xidmətlərinin satın alınması üçün müsabiqəyə müraciət edib. Layihənin dəyəri 100 min manat olub.
Dövlət Satınalmaları haqqında qanunun 36.1.1-ci bəndinə əsasən, yetərsay olmadığı üçün tender ləğv olunur.
Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Qeyd edək ki, şirkətin İdarə Heyətinin sədri Elxan Əzizovdur.
 

Dünyapress TV

Xəbər lenti