“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs (MEDİA Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “RG GROUP COMPANY” MMC (VÖEN – 1007663201) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, MEDİA Agentliyi media sahəsinin inkişafı prosesində gənclərin fəal iştirakının təmin edilməsi, onların bu sahəyə dair biliklərə yiyələnməsi, həmçinin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi istiqamətində təşkil ediləcək tədbirlər üçün “RG GROUP COMPANY” MMC-yə 142 min 903 manat 90 qəpik ödəyəcək.

Qeyd olunan tədbirlərin təşkili məqsədilə “RG GROUP COMPANY” MMC müxtəlif məhsullar (bloknot, çanta, qələm, rozet, kepka, gödəkçə və s.) hazırlayacaq, həmçinin müxtəlif xidmətlər ( foto-video çəkiliş, çay-qəhvə, icarə və s.) göstərəcək.

Məlumat üçün qeyd edək ki, “RG GROUP COMPANY” MMC tender elanından 6 ay əvvəl – 30.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mirmahmud Kazımovski ev 56, m. 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mehrəliyev Rəşid Əfqan oğludur.

“RG GROUP COMPANY” MMC ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, açıq internet resurslarında bu adda şirkətin avtomobillər üçün motor yağları satdığı qeyd olunub. Məsələn, “Facebook”da “RG Group Company” adlı səhifə var və həmin səhifədə “rggroup.az” saytına keçid qoyulub. Qeyd olunan veb-saytda da şirkətin adı “RG Group” olaraq göstərilib.

Özünü “RG Group” kimi təqdim edən şirkətlə əlaqə saxladıq və məlum oldu ki, bu şirkətin rəsmi adı “ARG Group” MMC-dir (VÖEN – 1406279661). Şirkətdən bildirdilər ki, “Facebook”dakı səhifə və veb-sayt MMC dövlət qeydiyyatına alınmazdan əvvəl açılıb. Lakin dövlət qeydiyyatına alınan (20.12.2022-ci il) zaman məlum olub ki, “RG Group” adlı MMC artıq mövcuddur. Belə olan halda MMC-nin adını “ARG Group” olaraq dəyişdiriblər. “ARG Group” MMC-nin direktoru bizimlə söhbətdə onu da qeyd etdi ki, yaxın zamanda müvafiq dəyişikliklər ediləcək.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:28

MEDİA Agentliyindən 145 min manatlıq tender müsabiqəsini udan “RG GROUP COMPANY” MMC barəsində isə açıq internet resurslarda heç bir məlumat yoxdur. Belə görünür ki, bu addan başqa bir şirkətin (ARG Group-un) istifadə etməsi də MMC rəhbərliyini narahat etmir.

Rəsmi saytı, sosial şəbəkə hesabları olmadığı üçün tender elanından cəmi 6 ay əvvəl yaranan “RG GROUP COMPANY” MMC-nin daha əvvəl analoji sahədə hansı fəaliyyətinin olduğu barədə də məlumat almaq mümkün deyil.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır…

Ardını oxu...
Samux rayonunun Alabaşlı qəsəbə sakini Rəcəbov Madər Rəcəb oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun qızının diplomu olmasına baxmayaraq, Təhsil Şöbəsi onu işlə təmin etmir:

“Mən, Rəcəbov Madər Rəcəb oğlu, 2-ci qrup əliləm. İki qardaşım 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Oğlum Rəcəbov Rəcəb 2-ci Qarabağ müharibəsində iştirak edib, Şuşanın azad olunması medalı ilə təltif olunub.

Cənab Prezidentimizin sərəncamına əsasən, Samux rayon Təhsil Şöbəsi və regional təhsil idarəsinin müdiri təyin olunan Anar Qədiməliyev işini düzgün yerinə yetirmir. Belə ki, dəfələrlə qızım üçün iş yerləri tapıb məlumat vermişəm ki, bu şöbədə iş yeri var, xahiş edirəm qızımı ora işə qəbul edin. Hər dəfəsində rədd cavabı almışam.

Hal-hazırda Samux rayonu 1 saylı körpələr evində aşbaz vəzifəsi boşdur, amma mənim qızımı ora işə qəbul etmirlər. Verdiyim sənədləri itirirlər və yaxud da ərizələri cırıb atırlar.

Özümə görə ailəmi dolandıran insanam. Mənim əlavə pulum yoxdur ki, kimlərəsə verim. Aşbaz işinə görə də pul verməliyəm? Qızımın diplomu var, amma iş tapa bilmirəm.

Bu məsələ ilə bağlı Emin Əmrullayevə də müraciət etmişik. Oxuyan da iş tapmır, oxumayan da. Amma pulu olan savadsız belə olsa, işlə təmin olunur”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 //Hurriyyet.az//

Azərbaycanda vəzifəli şəxslərin falçılara, cadugərlərə inanması, onların “köməklərindən” yararlanması barədə mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı məlumatlar yayımlanır.

Amma bu məlumatların dəqiqliyi heç vaxt sübut olunmayıb, onların şayiə olmasına inananlar daha çox olub.

Bu dəfə yayılan görüntülər isə deyilənlərin heç də şayiə olmadığını ortaya çıxarır.

7NEWS.az xəbər verir ki, bu günlərdə “Tik-tok” və “Facebook” platformalarında “Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar ortaya çıxıb.

Kadrlardan görünür ki, dini qiyafədə olan bir şəxs şam yandıraraq, Baba Rzayevin qəbul otağının qarşısında dualar oxuyur, sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
 
 
 
 
 
 
 

 


Ardını oxu...
DİA.AZ: - "Geofizika və Geologiya İdarəsindən açıqlanan faktı təqdim edirəm. Əgər yazılanlar həqiqəti əks etdirirsə, bu halda Korrupsiya haqqında Qanunun 7-ci maddəsi kobud şəkildə pozulur". DİA.AZ bildirir ki, bunu tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Daha sonra qanundan sitat gətirən hüquq-müdafiəçisi qeyd edir:

Maddə 7.Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər".

İndi isə keçək olayın mahiyyətinə DİA.AZ-ın məlumatına görə, M.Qəhrəmanlı işçilərdən birinin təqdim etdiyi məlumatlara söykənərək çox ciddi və müdaxilə zərurəti olan faktları təqdim edib. Hər halda gərəkən qurumların Geofizika və Geologiya İdarəsində nələrin baş verdiyini araşdırması zərurəti yaranır. Beləliklə, işçilərdən biri yazır:

"Salam hörmətli Mirvari xanım! Sizdən xahiş edirəm, Geofizika və Geologiya İdarəsində gedən özbaşınalıqların araşdırılmasına köməklik göstərəsiniz... Belə ki GGİ-də İdarə rəisi tərəfindən öz qohum-əqrəbası istənilən vəzifəyə keçirilib:
- Bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi,
- Orxan İsmayılov, digər bacisi oğlu Qravimetriyanın rəisi,
- Qardaşı Mübariz sınaq quyusunun rəisi,
- Qayni Elvin energetik
- Mövsümi fəhlələrdən əmisi oğlu Elburus xalası uşqları və digərləri...
hegemonluq edirlər.
Yerdəyişmələr isə imtahansız gedir, necə istəyirlər elə də edirlər..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
“Rayonumuzun 15 min əhalisi vardı, indi 3 min nəfər qalıb, bu gedişlə yaxın vaxtlarda insansız yaşayış məntəqəsinə çevriləcək”.

Ovqat.com-a SOS siqnalına bənzəyən bu şikayət məktubu Sədərəkdən göndərilib.

Qeyd edək ki, Sədərək Azərbaycanı Türkiyəyə birləşdirən nöqtədə yerləşir. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Bu baxımdan olduqca geosiyasi əhəmiyyətə malikdir. Onun bu geosiyasi əhəmiyyətini nəzərə alan Azərbaycan SSR Ali Soveti hələ 1990-cı ilin avqustun 28-də Sədərəyə rayon statusu vermişdi. Gözlənilirdi ki, Sədərək rayona çevrildikdən sonra böyüyəcək, ölkəmizin ən önəmli iqtisadi bölgəsinə və istehkam qalasına çevriləcək. Təəssüf ki, Sədərək rayona çevrildikdən sonra gözlənilənin tam əksinə proseslər getdi. Naxçıvan Muxtar Respublikası və yerli hakimiyyət başçılarının diqqətsizliyi nəticəsində rayon əhalisi getdikcə öz yurd-yuvalarını tərk edib başqa ölkələrə qaçdı. Beləcə, 15 min nəfərlik Sədərək rayonunda hazırda, iddialara görə, cəmi 3 min adam qalıb. Kənd sakini Vidadi Rzayevin redaksiyamıza göndərdiyi məktubda bildirdiyinə görə, xüsusilə yerli rəhbərliyin qohumbazlığına və korrupsionerliyinə son qoyulmasa, yaxın zamanlarda Sədərək ümumiyyətlə insansız yaşayış məntəqəsinə çevriləcək.

Sədərəyin strateji əhəmiyyətini nəzərə alıb şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.

Salam, Heydər bəy!

Mən Rzazadə Vidadi Zeynal oğlu, Sədərək rayon sakini kimi kəndimizin problemlərini sizin vasitənizlə paylasmaq istəyirəm. Ulu öndər rəhmətlik Heydər Əliyev Sədərək haqqında belə demişdir: “Sədərək Naxçıvanın qeyrət qalasıdır”.

Amma hazırda Sədərək rayon icra başçıları o qalanı dağıdırlar. İstər bugünkü, istər bundan əvvəlki icra başçıları qohum-əqrabalarını başlarına toplayıb savadlı-savadsız işlə təmin edırlər. Rayonun imkanlarından oz dədələrinin malı kimi istifadə edirlər. Bu amansız istismarın nəticəsində Sədərək kəndində 15 min əhalidən 3 min qalmayıb, hamı kəndi tərk edib və edir. Bu gedişlə yaxın zamanlarda Sədərək tamamilə tərk edilmiş kəndə çevrilə bilər.

Halbuki Sədərək Azərbaycanımızın ən strateji bölgəsidir, Turan Yolu bu kənddən başlayır. Bu qədər strateji əhəmiyyətinə və Naxçıvanın ən böyük kəndlərindən biri olmasına baxmayaraq, Sədərəkdə yerli rəhbərliyin səhv, bəlkə də məqsədyönümlü siyasəti nəticəsində həyat şəraiti günü-gündən pisləşir. Kəndimzə 10 ildir içməli su çəkilir, amma hələ də yarımçıq qalıb, yollar bərbad gündədir. Əkin-biçin sahələrindən isə heç danışmağa dəyməz. Martın 10-dur suvarma suyumuzu indiyədək verməyiblər. İcra başçısı ancaq pul yığır, 480 hektar bələdiyyə torpağını verib oz qohum-əqrabası əkir .

Sədərək balaca yer olmasına baxmayaraq rayon statusu daşıyır. Burada çoxlu idarə və təşkilatlar var, orda olan iş yerlərində işləyə bilmək üçün gərək ya icrada adamın, ya da pulun ola.

Hörmətli Ali baş komandan Cənab İlham Əliyevin Naxcıvanımıza təyin etdiyi xüsusi Nümayəndə Fuad Nəcəfli rayonumuza gəlmişdi, hamını bir-bir qəbul edib dinləyirdi, biz də dərdinizi deyirdik. Amma icra başçısı bizim Fuad Nəcəfliyə dediyimizin əksini bildirir, bizi yalançı çıxartmağa çalışırdı. Buna nə ad vermək olar, bilmirəm. Amma Ali baş komandan həmişə çıxışlarında icra başçılarına həmişə xəbərdarlıq edib tapşırır ki, insanların qeydinə qalın, dərdlərini dinləyin, vəzifənizdən sui-istfadə etməyin. Sizi vəzıfəyə mən təyin edirəm mən də cıxardıram. Sədərəyin icra hakimiyyəti isə Cənab Prezidentin tapşırıqlarının əksinə gedərək, öz bildiklərini edir.

Hörmətli Heydər Oğuz bəy, sizdən artıq dərəcə xahiş edirəm, mənim yazdıqlarımı işıqlandırasınız. Telefon nömrəmi də paylaşasınız ki, iradı, sözü olan sizi narahat etməsin, birbaşa mənə zəng vursun: 077 545 79 43.
Hörmətlə, Vidadi Rzazadə.

HEYDƏR OĞUZ - OVQAT.COM
Ardını oxu...
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib. TEREF.AZ yazır ki, bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.

Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.

Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.

Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab verilməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Teref.az olaraq sosial şəbəkə istifadəçisi Latafat Malikova Kürdəmir şəhər təhsilində baş verən özbaşınalıqlardan yazdığı şikyəti saytımılzda işıqlandırmışdıq.
https://teref.az/manset/274264-kurdemir-seher-1-sayli-tam-orta-mektebde-sagirdlerden-mecburi-qayda-6-manat-pul-yigilir-nazirlik-buna-son-qoyacaq.html
Şikayətə rekasiya gözlənilmədən bir az qəribə olub. Daha doğrusu bunu Kürdəmir sayağı reaksiyada adlandırmaq olar. Qanunsuzluqlara yol verənləri cəzalandırmaq əvəzinə bu qanusuzluğu ifşa edən xanımın yaxınlarına təzyiqlər göstərirlər. Yaxınlarına edilən təzyiqlərlə bağlı Lətafət xanım yazır:
"Sizə xəbərdarlıq edirəm.
Nə qədər nöqsan var yazacağam.
Məktəbin ucan binasından yazıram bacımı cağırırlar.
Məktəblərdə yığılan rüşvətdən yazıram,bacımı dərsdən cıxarıb təziq edirlər.
Ondan tələb edirlər statusumu silim.
Ömründə bir hədiyyə , bir dəstə gül almayan,yüksək səviyyədə dərs kecən bacımın həmin məmurlara bir sözü var." Mənim bacım müstəqildir, azaddır."
.
Məktəblər haqqında yazdığım statuslarımı məktəbin və rayonun qiymətləndirmədə yüksək bal yığan müəllim bacıma dəxli yoxdur.
Bacımı müəllimlərə tərifnamə , medal verəndə, dərs bölgüsü olanda axtarın.Axı o əsil müəllimdir.
Biz atamıza oxşamışıq. Savadlı, düz, əxlaqlı.
Nöqsanı düzəltməkdən məktəblərə bir bir zəng edirsiniz.
Bir də mənim ailəmi narahat edənləri məhkəməyə verəcəm .
Sabir demişkən yoxsa bu ayinədə özünüzü əyri gördünüz.
Lətafət Məlikova
Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri,
Bakı İnsan hüquqları klubunun idarə heyətinin üzvü."
Teref.az olraq aidiyyətli qurumların reaksiya verəcəyinə ümid edərək, səhifəmizin onların mövqeləri üçün acıq olduğunu xəbər veririk!
Teref.az
 
Ardını oxu...
Elnur Rəhimli Göyçay rayon sakinidir. O deyir, Göyçay rayon İcra Hakimiyyətinə kiçik sahibkarlıqla məşğul olmaq istəyilə müraciət edib və nəticədə Heydər Əliyev prospektində köşk tikib, işləmək üçün icazə alıb. Amma...

“29 dekabr günündən rayonun baş memarı Ayaz Səfərəliyev məni məcbur edir ki, köşkü sök, çıx buradan. Səbəb nədir bilmirəm. Məni məcbur edir. Cəmi 16 gün mən orada alver eləmişəm. Işığı da kəsiblər. Məni qoymurlar, məcbur edirlər ki, sök oranı.” – E.Rəhimli deyir.

Göyçay rayonicra başçısının birinci müavini İkram Vəliyev Toplum Tv-yə bildirib ki, vətəndaş sözügedən köşkdə fəaliyyət göstərməsinə icazəni uzağı şifahi verə bilər:

“İcra Hakimiyyəti icazə vermir. İcazə verən təşkilat şəhər nümayəndəsidir, bələdiyyədir. İcra Hakimiyyəti sözlə deyə bilər ki, mənim etirazım yoxdur.”

E.Rəhimli isə bildirir ki, onun bələdiyyə ilə müqaviləsi var və bununla İcra Hakimiyyətinin onun fəaliyyətinə müdaxiləsini qanunsuz hesab edir.

İ.Vəliyev ilə yenidən əlaqə saxladıqda deyib ki, sözügedən müqavilədən xəbərsizdir, amma rəsmi sənəd varsa, vətəndaş sərbəst fəaliyyət göstərə bilər.

E.Rəhimli isə iddia edir ki, müqavilə sənəndlərini İH-nə təhvil versə də, onun sahibkarlıq fəaliyyətinə mane olmağa davam ediblər.

Hüquqşünas Abil Bayamov bu kimi hallarla rastlaşan vətəndaşların məhkəməyə müraciət etməli olduğunu bildirir.

E.Rəhimli tezliklə məhkəmədə Göyçay rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıracağını bildirir.

Toplum TV
 
Ardını oxu...
Yevlax rayon məhkəməsinin hakimləri sırasında 2022-ci ildə Əliyev Kamil Çingiz oğlunun yer almasının prezident fərmanı ilə gerçəkləşdiyini biləndə eyni ad, soyad, ata adlı başqa şəxsin olduğunu güman etdim. Nə qədər bu Kamil Əliyev Çingiz oğlu haqqında bilgi toplamağa çaba göstərsəm də, e-məhkəmə portalından, Ədliyyə Nazirliyindən, Məhkəmə-Hüquq Şurasından heç bir informasiya əldə etmək mümkün olmadı. Bu həmin Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin icra məmurudursa, bunun saxta məhkəmə qətnaməsi tərtib edib, vətəndaşların toxunulmaz əmlakına yiyələnməsi, sığorta dələduzları ilə birlikdə avtomobillərə yol polisi araçılığı ilə həbs qoydurması faktı ədliyyə nazirinə, məhkəmə hüquq şurasının sədrinə də bəllidir, hazırda onun müavini olan, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Eldar Nuriyevə də! Hələ üstəlik baş prokurorun , yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin, birinci instansiyadan tutmuş ali instansiyaya kimi bütün məhkəmə-hüquq sisteminin bu mütəşəkkil cinayətdən, icra, məhkəmə, sığorta dələduzluğundan xəbəri var! Ona görə də 2022-ci ildən hakim təyin olunan Əliyev Kamil Çingiz oğlunun həmin dələduz , məhkəmənin səlahiyyətlərini mənimsəyib, saxta məhkəmə qətnaməsi ilə icraçılıq edən eyni ad, soyad, ata adlı şəxs olmadığını güman edirdim. Gümanımda yanılmışammış, e-məhkəmə portalında Yevlax rayon məhkəməsinin yeni hakimi Əliyev Kamil Çingiz oğlu haqqındakı bilgi keçmiş icra məmurunun hakim təyin edilməsini doğrulayır.
İndiki hakim, keçmiş icra məmuru Kamil Çingiz oğlu Əliyevin icra dələduzluğu dosyesindən bir fakt: Azərbaycan Respublikasının vətəndaşı Bədəlov Zahid Xanmalı oğlunun “ATA sığorta” şirkətində icbari sığortası olan 90-MG-843 dövlət nömrə nişanlı “Volkswagen” avtomobili 2011-ci ilin 13 noyabrında Yasamal rayonu ərazisində yol qəzasının iştirakçısı olub və yol polisinin 100 manatlıq cəriməsi ilə başa çatıb. Bir ara sonra Xətai icra məmuru Kamil Əliyev olduğunu deyən şəxs Zahid Bədəlova zəng edərək Xətai məhkəməsinin 2012-ci il tarixli icra sənədinə əsasən digər avtomobilin Kasko sığortaçısı “Atəşgah” sığorta şirkətinə 3100 manat borclu olduğunu bildirib və məbləği azalda biləcəyini deyərək, görüşməyi təklif edib. Təbii ki, “borclu” məhkəmədən xəbərsiz olduğunu, 3100 manatlıq ziyan məbləğinin şişirdildiyini, lap olsa da, qanunvericiliyə görə ziyan məbləğinin 5000 manata qədər olan hissəsinin avtomobilini icbari sığorta etdirdiyi “ATA” sığorta şirkətinin ödəməli olduğunu bildirib. Məhkəmənin olayın baş verdiyi Yasamalda yox, Xətaidə keçirilməsini avtomobil yiyəsinin qeydiyyat ünvanı ilə “əsaslandıran” icra məmuru, gələcəyin hakimi məhkəmənin niyə cavabdehdən xəbərsiz keçirilməsinə cavab verə bilməyib.
Dələduzluq faktı ilə üzləşən vətəndaş Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət edib, Prezident Administrasiyası Ali Məhkəməyə, Ali Məhkəmə isə Xətai rayon məhkəməsinə . Xətai rayon məhkəməsi 07.12.2012 tarixli məktubla bildirib :”..Bədəlov Zahid Xanmalı oğlu cavabdeh olmaqla ona qarşı hər hansı mülki iddia ərizəsi 2012-ci ildə Xətai rayon məhkəməsinə daxil olmamışdır.” Xətai məhkəməsinin sədrinin böyük məsləhətçisi Vaqif Xələfbəylinin imzaladığı məktubu Ombudsmana, PA -ya, NK-ya göndərib, icra məmuru Kamil Əliyevin avtomobilinə qoyduğu həbsin götürülməsini tələb edən vətəndaşın müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinə göndərilib və oradan da olmayan iddia üzrə saxta məhkəmə qətnaməsininin icrasının məcburiliyi bildirilib. PA-nın şöbə müdiri Eldar Nuriyev 28.02.2014 tarixli məktubla vətəndaşın ərizəsini ədliyyə naziri Fikrət Məmmədova baxılması üçün göndərib. 9 il keçib, hələ də nazir PA-nın şöbə müdirinin müraciətinə cavab verməyib. Hazırda ədliyyə nazirinin müavini olan Eldar Nuriyev yəqin 9 il qabaqkı məktubunu özü araşdırar.
PA-dan, NK Aparatından, Ali Məhkəmədən, Ombudsmandan daxil olan müraciətlərə cavab olaraq, icra baş idarəsinin ovaxtkı rəisi Xanlar Zeynalov 11.03.2014 tarixli, icra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev 16.04.2014 tarixli Ədliyyə Nazirliyinin Xətai rayonu icra şöbəsinin rəis müavini Fuad Nəbiyev 03.03.2014 və 05.05.2014 tarixli məktublarla bildiriblər : “Xətai rayon məhkəməsinin 2 (011)-1529 saylı 08.04.2012 tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən “Atəşgah” sığorta şirkətinin hesabına 3076 manat və 20 manat dövlət rüsumu ödənilməlidir. Özbaşınalığa baxın, məhkəməyə 2012-ci ildə iddia ərizəsi daxil olmadığı halda, vətəndaşdan 08 APREL 2012 TARİXLİ QƏTNAMƏ ƏSASINDA BORC TƏLƏB EDİLİR! Bu icra, ədliyyə, məhkəmə dələduzlarının birinin də vecinə deyil və ağıllrarına gəlmir ki, birincisi, Xətai məhkəməsinin rəsmi məktubu ilə 2012-ci ildə məhkəməyə “borclu” barəsində iddia daxil olmaması bildirilib ; ikincisi, bunların birinin də “ağlına gəlməyib” təqvimə baxsınlar ki, 08 aprel 2012-ci il bazar gününə düşür. Bazar günü qətnamə qəbul oluna bilər? Heç demə, Xətai rayon məhkəməsində bazar günü də iş günü imiş! Hakim Raziya Ataşovanın bazar günü -08.04.2012 tarixli qətnamə qəbul etməkdən əmək haqqına nə qədər “paket” alması bu yazının mövzusu deyil , mövzumuz saxtalığı şübhə doğurmayan, özlərinin rəsmi məktubları, qərarları ilə doğrulanan məhkəmə aktları qəbul edən, bu saxta aktlarla əmlaka da, vətəndaşın özünə də həbs qoyan Əliyev Kamil Çingiz oğlunun necə hakim təyin olunmasındandır. Keçmiş icra məmuru onu da bilmir ki, icra məmurunun həbs seçmək hüququ yoxdur! “İcra haqqında” qanunun 50 -ci maddəsinə əsasən, əmlaka həbsi yalnız məhkəmə qoya bilər. İcra məmuru isə nəinki əmlaka, vətəndaşın özünə də həbs seçib! (?) Yaxşı ki, baş prokurorluq anında bu ikiqat həbsin yolverilməz olduğunu hazırkı hakimə və havadarlarına anlada bilib.
Belə məhkəmə hüquq sistemi ilə nə insan hüquqları qorunar, nə dövlət maraqları. Qorunan yalnız dələduzluqla doldurulan ciblər olar. Bu fakt açıq – aşkar Azərbaycanda məhkəmə hakimiyyətinin icra, ədliyyə, məhkəmə məmurlarının inhisarında dələduzluq, rüşvət , korrupsiya meydanına çevrildiyini göstərir. Belə göstərici isə heç kəsə başucalığı gətirməz.
Məğrur Bədəlsoy
P.S. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin bu özbaşınalığa qiyməti ilgincdir. Öncə 09.12.2013 tarixli məktubla məhkəməyə iddia ərizəsinin daxil olmadığı halda, əmlakın üzərinə həbs qoyulmasının aydınlaşdırılmasını istəyən Ombudsman , aldığı cavab haqqından elə ”müdafiə qurub” ki, 30. 12.2013 tarixli məktubla barəsində məhkəməyə iddia daxil olmayan şəxsin bazar günü -08.04.2012 tarixli qətnamə ilə 3096 manat borc ödəməli olduğunu bildirib. (??)
Teref.az olaraq yazıda adları çəkilən bütün qurum və şəxsləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti