Ardını oxu...

Unudulmaz dahi rəssam Rəşid Şerif bir karikatura çəkmişdi və adını belə qoymuşdu: "Əcəb epoxaya düşmüşük!"


"Rahatlığın məkanı" MMC Yasamalda tikdiyi yaşayış kompleksinə kanalizasiya çəkir və yolları dağıdıb, töküb. Şəkildəki açıq kanalizasiya quyusunu görəndə Rəşid Şerifin o məşhur karikaturası düşür. Şəhərimiz onsuz da yarımadada yerləşir; giriş-çıxışlar azdır. Şimal və şimal-qərb tərəflərdən gələn yolun bir qolu da burdan keçir: 1 saylı Vərəm Əleyhinə Dispanserin qarşısından. Yəni Müzəffər Həsənov küçəsindən.

Onsuz da dünyanın düz vaxtı bu küçədə tıxac olur; indi bayramdır deyə seyrəklik var. Adi vaxtlarda buralardan keçib getmək əsl məşəqqətdir. Üstəgəl "Rahatlığın məkanı" MMC adlı tikinti şirkəti burda söküntü işləri ilə məşğul olub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun "mübarək" imzası ilə icazəni alıb ki, camaata zülm eləsin. Yolu dağıdıb, kanalizasiya xətti çəkiblər. Mübarək imza sahibləri, kim bilir, bu kanalizasiya icazəsindən nə qədər "bəhrələnib" və özünü də, özgələri də Şerifin dediyi həmin o "epoxa"ya salıb. Hansı məmur bu kanalizasiya olayından nə qazanıb, nə yeyib, nə səfa sürüb, məlum. Ancaq naməlum olan budur ki, o yol söküntüsü nə vaxt düzələcək? Bu tıxaclı küçənin başına açılan bu oyun nə vaxt bitəcək?!

Adı tikinti, özü, deyəsən, söküntü şirkəti olan o MMC-nin adını təsisçiləri "Rahatlığın məkanı" qoyublar. Rahatlığın məkanı budursa, gör, indi bu şirkət sahiblərinin düşüncəsinə görə narahatlığın məkanı nə olar! MMC - məhdud məsuliyyətli cəmiyyət deməkdir. Bu şirkətin məsuliyyət anlayışı və hissi nəinki məhdud ölçüdədir, hətta belə görünür ki sıfırın altındadır. Bir neçə saata, lap uzağı bircə günə söküb-çəkib-tikib gedə biləcəyi işdir, günlərlə acı bağırsaq kimi uzadır. Qazdığı yeri yüngülcə torpaqlayıb çıxıb gedib. Sürücülər açıq kanalizasiya quyusundan və şinləri doğraya biləcək dərəcədə sərt asfalt kəsiklərindən yan qaçmaq üçün öz avtomobillərini o yana-bu yana səyridir. Təbii ki, qəza vəziyyətləri yaradırlar. Səkilərdə yeriyən piyadaların həyatına və sağlamlığına təhdid sovururlar. Bunu edən şirkət isə heç nə olmamış kimi öz rahatlığının məkanında dincəlir. Asdığı reklam lövhəsində hələ yarımçıq tikintisində aşağı kredit faizləri ilə rahat mənzillər vəd edir. Yolların halına baxın: bir kanalizasiya xəttini bu cür "məhdud məsuliyyətlə" çəkən - küçəni söküb qoyub gedən, gör indi o binaları necə məsuliyyətsizcəsinə "tikib" qoyub gedəcək! "Mübarək" imzalı, aşağı ayarlı məmurları, "başsız" başçıları "yuxarı" "faiz"lərlə yemləyərək...

Millət bu cür şəhər quldurlarından, görəsən, nə vaxt canını qurtaracaq?! Kim bilirsə, desin.

Qara şəhərli, 
//Bizimyol.info//
 
Ardını oxu...
Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.

“Xezerxeber.az”ın məlumatına görə, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.

Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsindən qeyd ediblər ki, ərazidən çıxarılan atraksionlar başqa yerdə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsini müşahidə etmədik. Övladlarını bulvarda istirahətə gətirən valideynlər isə bildirdilər ki, bulvarda uşaqların istirahət edəcəyi məkanların ləğv edilməsini yox, saylarının artırılmasını istəyirlər.

Məsələ ilə bağlı “Xəzər Xəbər”in sorğusuna cavab verən Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.
“Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”, - deyə o vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
""Azəriqaz" İB RQİİ-nin fəaliyyət göstərdiyi regionlardan aldığım məlumatı sizinlə bölüşürəm". DİA.AZ bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

"Problem eyni, deməli, tapşırıq da eynidir? Yazmaq bizdən, yerində araşdırmaq da sizlərdən" deyə əlaqədar şəxs və qurumlara xitab edən M.Qəhrəmanlının müraciətini dia.az olaraq təqdim edirik:

" "Azəriqaz" İB-də qaz itgisinin “aşağı salınması” məqsədilə Metrologiya və Nəzarət şöbəsinin tapşırığı ilə regionlarda qaz sayğaclarının yoxlanılması başlanılır. Bunun üçün regionlara müəyyən "qruplar" göndərilib. Üzərlərinə müəyyən “öhdəlik” ( sayğaca müdaxilə, cərimələr, uçotdan kənar qaz vəs) də qoyulub. : Bayram günlərində(niyə Ramazan bayramında?) işə cəlb olunduqları üçün “qrupun” hər üzvünə124 man. ikiqat əmək haqqı və 52 man.ezamiyyə xərci ödəniləcək.(yəqin ki,adı da olacaq istehsalat zəruriyyəti ilə) Düşünürəm ki, cərimə və müdaxilə tapıntıları üçün də əlavə “mükafat” da olar

Narahatçılıq: -qeyri qanuni cərimələrin tədbiqi (sayğaca müdaxilə,uçotu pozulmuş qazlar və s).saxta sənədlərin tərtibi ,saxta akt , mühəndis və abonentin əvəzinə imzaların olmasıdır. Uçotsuz qazlarda labarotiriya rəyinin olmaması ,bu işlərin hamısının saxta imzalarla həyata keçirilməsi və s. !?
Bunula əlaqadar ekspertimizin təklifini və mövcud qaydaları diqqətinizə çatdırıram.

Belə ki:
-Mülkü geyimdə olan şəxslər sayğac yoxlaya,ona toxuna ,müvafiq sənədləşdirmə apara bilməzlər. Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır.
-Sayğac istehlakçının(abonentin) iştirkı ilə yoxlanmalı,bütün qüsurlar(əgər varsa) abonentə göstərilməlidir.Tərtib olunan hər hansı sənədə abonentin qolu olmalıdır".

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı qurum və şəxsləri dinləməyə hazırıq...

Ardını oxu...
Bura Nəsimi rayonunda yerləşən Mirəsədulla Mirqasımov küçəsidir. Bina sakini Lyudmila Ağayeva deyir, “İnvestor” MMC Tikinti Şirkəti onun yaşadığı binanı sökməyə hazırlaşər. Lakin, o, ş irkətin təklif etdiyi şərtlərlə razı deyil.

Şikayətçinin sözlərinə görə “İnvestor” MMC ona sahəsi hazırkı evinin sahəsindən daha kiçik mənzil təklif edib.

Lyudmila Ağayevanən yaşadığı evə sağ və soldakı mənzillər sökülərkən evinin dam örtüyü zədələnib. Buna görə də evinin divarlarında artan rütubət şikayətçiyə maddi zərər vurub. Həmçinin şikayətçi deyir ki, tikinti şirkətinin Ədalət adlı əməkdaşı ona xəsarət yetirib.

Lyudmila Aağayeva məsələ ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə şikayət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Toplum Tv-yə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Şikayətçi deyir, onu evdən çıxarmaq üçün tez-tez evə gələn kommunal xidmətləri kəsirlər.

“İnvestor” MMC-nin sözçüsü Zaur Rəsulzadə deyir ki, şikayətçinin evində işığın, qazın kəsilməsindən xəbərdardır:

“Bilirəm kəsirlər, amma bunlar böyük pul istəyirlər axı. Bu şirkətin də təqsiri yoxdur axı. Yüz əlli ailədən, orada iyirmi ailə qalıb. Qalan hamısı razılaşıb. O biri ailə də, bax bu Lyudmilagildir, nə bilim orada birisi vardı, onlar deyirlər ki, bizə bir milyon pul verin. Yaxşı, bunlar milyoner olmaq istəyirlər şirkətin hesabına, bəs şirkət? Şirkət onsuz da dayandırmaq istəyir işlərini neçə vaxtdır. Sadəcə götürdüyü öhdəliyə görə, o yüz iyirmi ailəyə görə bu tikintini tikir. “

Hüquqşünas Ramil Süleymanov deyir, istənilən halda vətəndaş kommunal xidmətlərdən məhrum edilə bilməz. Bu özü də məhkəmə predmeti yaradır.

Lyudmila Ağayeva bu ittihamın absurd olduğunu, evinin qarşılığında elə öz evi dəyərində mənzil istədiyini bildirib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon məhkəməsində prosesə baxılır. Bununla belə şikayətçi məhkəmənin şirkətin əleyhinə qərar çıxaracağına inanmadığını bildirir.

Toplum TV

 
Ardını oxu...






Balakən rayon sakini Mamedov Qüdrət Həmid oğlu redaksiyamıza müraciət edərək bildirir ki, özünü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dostu kimi təqdim edən Abbasov Elburus Hüseyn oğlu tərəfindən dələduzluğa məruz qalıb.
Qüdrət Mamedov 17 sentyabr 2022-ci il tarixində "Hüseyn Kəndli Fermer Təsərrüfatı" MMC ilə "birgə fəaliyyətə dair müqavilə" imzalayıb. Belə ki, Qüdrət Mamedov sözügedən MMC-nin rəhbəri Elburus Abbasova məxsus 100 ha torpaq sahəsini 97 min manat müqabilində 1 illik icarəyə götürüb. O daha sonra həmin torpaq sahəsində qarğıdalı əkmək məqsədilə 78 min manat məbləğində pulu qış gübrəsi (amafoz) alınması, texniki xərclər, torpağın əkinə hazırlanması, və s. üçün xərcləyib:
"Elburus Abbasov mənimlə tez-tez görüşdü. Bir neçə dəfə onunla razılaşmaq istəmədim. Mənə nazir dostlarının olduğunu, bu işə köməklik edəcəklərini dedi. Bundan sonra onunla müqavilə imzalamaq qərarına gəldim."
Lakin şikayətçi deyir ki, "Hüseyn Kəndli Fermer Təsərrüfatı" MMC-nin sahibi Elburus Abbasov və sözügedən MMC-nin əməkdaşları tərəfindən səpinin aparılmasına imkan verilmir. Qüdrət Mamedov bildirir ki, buna səbəb kimi Elburus Abbasovun başqa bir pambıq zavodu ilə ötən ilin dekabr ayında müqavilə bağlamasıdır.
Aprelin 22-də yenidən səpin işlərinin aparılması üçün sahəyə gedən Qüdrət Mamedovun qarşısını sözügedən MMC-nin rəhbəri Elburus Abbasov və onun əməkdaşları kəsib. Bu dəfə isə Elburus Abbasov müqavilə şərtlərinin pozulmasına səbəb kimi "2 ayda 3 nazirin dəyişməsi"ni göstərib.
Qüdrət Mamedov probleminin həlli üçün ölkə başçısından kömək istəyir. Deyir ki, 175 min manat pulu dələduzluqla mənimsənilib:
"Mən istədim ki, iş görəm, dövlətə faydam dəysin, mən də qazanım, burada işləyənlər də, dövlət də. Bu gün çıxılmaz vəziyyətdəyəm. Borc-xərc götürüb iş qurmaq istədim, daha da ziyana düşdüm. Ölkə başçısı tez-tez çıxışlarında fermerlərə dövlətin dəstəyindən danışır. Mən də bu dəstəkdən istəyirəm ki, aidiyyatı dövlət qurumları bu işdə mənə kömək eləsin."
 
Ardını oxu...
DİA.AZ: - "Sabiq nazir İnam Kərimov Ali Məhkəməyə sədr təyinatından sonra rektor əvəzi Zəfər Qurbanov rektor keçmək üçün başqa alternativ variantlar axdarmağa başlayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

ƏVVƏLİ BURADA: NAZİRİN NƏZƏRİNƏ: ADAU bir təhsil ocağıdırmı? - ŞOK FAKTLAR AÇIQLANIR...

Məqalənin davamında deyilir: "Bəşir Bağırzadə hansı qanuni işdən danışır ki, üç müəllim Bakıda öz işləri məşğul olur, amma eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində adlarına dərs yükü var?

Ardını oxu...

Zəfər Qurbanov hansı üzlə deyir ki," mən olan yerdə rüşvət ola bilməz"? Cənab rektor, sənin idarəçiliyin altında dekan Famil Nəsibov HƏBS OLUNDU... Məhkəmə qərarı ilə işindən azad edildi... Və ya hazırda "işi xod gedən", hər tələbədən 2 min manat alaraq elmi işlərini yazdıran kafedra müdürü Zahir Ələsgərovun əməllərindən kimə deyəsən?

Hələ fakültələrdə qiyabi şöbəni ayırıb ayrıca şöbə yaratmaq istəyən Zəfər Qurbanov şöbəni ayırmamış qiyabi şöbəyə dekan axtarır. Qiyabi şöbəyə dekanı isə Bəşir Bağırzadə axtarır. Sanki şöbə dekanlığı Bəşir Bağırzadə tərəfindən hərraca çıxarılıb... Dekan olmaq istəyənlərin təkliflərini öyrənib Zəfər Qurbanova çatdırır...

Yəqin ki burdada kim çox pul versə, həmin şəxs dekan olacaq.

Universitetdə rəsmən özbaşınalıq höküm sürür..."

Yazının davamı MÜTLƏQ OLACAQ...

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Bakıda neçə müddətdir ki, Xəzərin sahillərinin sıravi vətəndaşlara açılması uğrunda az qala bir XALQ HƏRƏKATI müşahidə olundu ki, bu proses nəhayətdə öz nəticəsini verdi. Belə ki, ayrı-ayrı məmurlar, imkanlı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunan və sıravı vətəndaşa bağlı tutulan Xəzər sahillərinin özbaşına hasarlanmasının həm qarşısı alındı, həm qanunları pozaraq inşa edilmiş, hasarlar, obyektlər müvafiq dövlət qurumlarının müdaxiləsi ilə yerlə-yeksan olundu.

İndi isə anoloji problemin Mingəçevir şəhərində də yaşandığı bildirilir. Burada isə vətəndaşların havasına, suyuna həsrət qaldığı Kür çayı və onun sahilləridir. DİA.AZ bildirir ki, bunun bağlı həyəcan təbili çalan ictimai fəal Elman Nəbiyev artıq məsələ ilə əlaqədar Prezident İlham Əliyevə də müraciət etdiyini bildirir.

Narazı vətəndaşın açıqlamasını dia.az olaraq olduğu kimi təqdim edirik: "Hörmətli Mingəçevir şəhər sakinləri, mən Cənab prezidentə elektron qaydada müraciət yazmışam.

"Qonaq evi"nin qarşı tərəfi, kür çayının (keşmiş kümbəz restoranı olan ərazi) sağ sahilinin bağlı saxlanılmasını, əhalinin isə o əraziyə ehtiyacı olmasını qeyd etmişəm.

Bəzən illərlə qonaq evinin boş qalmasına baxmayaraq qarşı tərəf bağlı saxlanılır, hamımız yaxşı bilirik ki, Göygöldə tikilən hotellər də sakinlərin üzünə illərlə bağlı saxlanıldı və Cənab prezident onu bildi, açılması üçün göstəriş verdi, inanıram ki, buranın da bağlı saxlanılmasından Prezidentin xəbəri yoxdur.

Yay aylarında insanlar kür qırağında gəzinti üçün sakit bir ərazi tapa bilmirlər, Ağsaray hotel sahibi təxminən 1km-rə yaxın ərazini zəbt edib, otelin xidmətindən istifadə etməyənləri çay sahilinə buraxmır,sahil parkında isə kür çayının içini zəbt etməklə məşğuldur.

Bütün bunları Cənab prezidentin diqqətinə çatdırmaq hamımızın vətəndaşlıq borcudur".

Məsələ diqqətimizdədir. Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
Masallı Dövlət Yol Polis idarəsində qara kassa kimi tanınan Turqut kimdir?

Sosial şəbəkədə canlı yayım ərəfəsində "TT 444"adlı istifadəçinin @brendd_444 yaratdığı profildə görüntü maraqlara səbəb olub. Bir çox verilən sualları cavablandıran istifadəçi əsil adını qeyd etmədən yayımına davam edib. Görüntüdə Prezident İlham Əliyevin şəkili olan masa görüntüsü və eyni zamanda kompyuterinin qarşısında qandal olması yayımçının kimliyini dahada maraqlı edib. Əvvəl hamı bu şəxsin kriminal aləmdən olduğunu düşünmüş, lakin həqiqət də bu belə deyildi. Cəmiyyət hər zaman kriminal aləmin hər şeyi əldə edə bildiyi anlayışı ilə bu şəxsin üzünü göstərməməsindən kriminal aləmdən olduğunun düşüncəsini tam olaraq izləyicilərə çatıra bilmişdi.

Lakin media olaraq biz bu yayımı gördükdə bunun kriminal yox hansısa orqana məxsus otaq və həmin orqanın əməkdaşı ola biləcəyi şübhəsi araşdırmağa rəvac verdi. Aparılan araşdırmamızdan məsələnin əsli isə bundan ibarət idi. Tiktok səhifəsi Turqut adlı şəxsə məxsusdur. Bu Turqut kimdir və yayımda görsətdiyi qandal onda hardandır...?

Məsələnin məhs masallı rayonunda yaşayan və dayısının yanında əli cibində qara kassa rolunu oynadığı iddia edilən Turqut adlı şəxs olması müəyyən edilib. Görüntülərdə siması düşdüyüündən kimliyini müəyyən edə bildiyimiz şəxs rayon Dövlət Yol Polisində qeyi qanuni işçi amma söz sahibi olduğu məlumatı aldıq. Masallı sakinlərindən əldə etdiyimiz digər məlumatlarda isə Tiktokda yayım açan şəxsin Masallı DYP rəisi Asəf Mustafayevin bacısı oğlu Turqut olduğu bildirilib. O tiktokda nəyinki yayım açmaq hətta dayısına məxsus -- -- 444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinidə öz portalında yayımlamaqdan çəkinməyib. Asəf Mustafayevə məxsus işlərində bacısı oğlu tərəfindən idarə edildiyi bilinməkdədir. Etdiyi yayımlarda Asəf Mustafayevə məxsus Tayota markalı avtomobilin bir hissəsi paylaşılmaqla ona müsiqidə əlavə edən bacı oğlu imkanlarının hansı həddə olduğunu cəmiyyətə nümayiş etdirməkdədir. DYP rəisi rayonda həmdə maşın alveri etməklədə məşurlaşdığından əsas hesab edilən 444 nömrələrini yalnız öz ailə üzvlərinin avtomobillərinə taxılması göstərişidə verdiyi deyilir. Maşın alverindən yüksək gəlir əldə etdiyi bildirilən A.Mustafayev başı elə biznesə qarışıb ki, Bacısı oğlunun idarənin daxilini sosial şəbəkələrə reklam etməsinədə diqqət edə bilməyib. Polisə məxsus qandaların sosial səhifələrdə açdığı canlı yayımda bayraq edən Turqut idarənin sanki rəisi olduğu imicini yaratmaqdadır.

DYP RƏİSİ ASƏF MUSTAFAYEV yaxınlarına məxsus bu dövlət nişanlı avtomobil'rin rayonun sahibi kimi hərksə durduq yerdə problem yaratması da rayon sakinləri arasında keçirdiyimiz sorğudan çəlum olub. 50-DC-444 ağ priora, 99-NJ- 350 ağ Hunday, 59-BG-999 ağ Mercedes bu serialı nəqliyyat vasitələrinin Asəf Mustafayevin yaxın ətrafına məxsus olduğu kimi sakinlərə ciddi problemlərində əsas səbəbkarları kimi ehtiyat edilməkdədi bu şəxslərdən.
Ardını oxu...
Son əldə etdiyimiz məlumata görə, Asəf Mustafayevin bacısı oğlu Turqut məsələnin medianın araşdırmasından xəbər tutub və dərhal səhifəni tamamilə Tiktok portalından silib. Lakin şəxs unudur ki, araşdırma aparan tərəf bütün materyaları arxivləşdirdikdən sonra araşdırmasına başlayır. Maddi subutların təhrif edilməsi mümükün olmayan informasiyaya söykənir .

Məsələ ilə bağlı yəqin ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətidə öz mövqeyn bildirəcək.
Qarşı tərəfin mövqeyn dərc etməyə hazırıq.

Elnurə Tağıyeva
UluTv.info
Ardını oxu...
“Tovuz Konyak” klubunun sabiq direktoru Hümmətov Coşqun Vaqif oğlu Prezident İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına müraciət edib.
O, bildirir ki, “Azəri-Tikinti” MTK ona məxsus əmlakı ələ keçirib. Sahibkar deyir: “2018-ci ilin oktyabrında “Tovuz-Konyak” klubuna “Azəri-Tikinti” MTK-nın adından, keçmiş deputat Əsabil Qasımovun ən yaxın adamı kimi Azər Məmmədov adlı şəxs gəldi. (İndi Azər Məmmədov Nərimanov rayonu İcra Hakimiyyətində böyük məsləhətçi vəzifəsində işləyir.) Bildirdi ki, Nazirlər Kabinetinin göstərişinə əsasən Azadlıq prospekti və Mirəli Qaşqay küçəsi dairəsində bütün tikililər söküləcək. Onların yerində müasir çoxmərtəbəli binalar tikiləcək. Bunun dövlət layihəsi olduğunu bildirərək, müqavilə bağlamağı təklif etdi. Biz də tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb Azər adlı şəxsin təklifi ilə razılaşdıq. “Tovuz-Konyak” klubunun birinci mərtəbəsində eyni yaşayış sahəsində “Tovuz Mağara” restoranı fəaliyyət göstərirdi. “Azəri -Tikinti” MTK restoranın (85+70,7+22,3) onlara satılmasını istədi”.
İş adamı qeyd edir ki, restoranın iki çıxarışı olub: “Biri 85 kv.m-lik, digər 70,7 kv.m-lik sahə üçün. 85 kv.m-lik sahə üçün olan “kupça” “Bank Standart”ın girovunda olduğu üçün alqı-satqısını həyata keçirə bilmədim. Ona görə də digər hissəsini 328 min manata satdım”.
Sahibkar bundan sonra digər hissəni girovluqdan çıxarıb. Lakin məlum olub ki, “Azəri-Tikinti” artıq obyekti söküb: “Həmin hissənin “kupçası”nı “Azəri-Tikinti”yə təqdim edəndə obyektin qeyri-qanunu uçurulduğunu gördüm. Onlar isə iddia edirlər ki, belə bir yer ümumiyyətlə olmayıb və guya “kupça” da saxtadır”.
C.Hümmətov məhkəməyə üz tutub. O, Nəsimi rayon Məhkəməsinə “Azəri-Tikinti” MTK-nın qanunsuz əməllərindən iddia ərizəsi verib: “Nəsimi rayon məhkəməsinin 01.06 2022 ci il tarixli iş N 2(006) – 332/2022 saylı hakim Natəvan Tağıyeva əsaslı və köklü araşdırmadan sonra iddiaçının 394342 manat məbləğində vəsaiti cavabdeh “Azərtikinti” şirkətinin hesabından tutularaq iddiaçıya verilməsi barədə ədalətli qətnamə çıxarmışdır. Rayon məhkəməsi iddiaçının iddiasini təmin etsə də, son anda Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışınski Fuad Şəmsəddin oğlu “Azərtikinti” MTK-dan 3 otaqlı mənzili bonus alaraq heç bir hüquqi əsas olmadan 10.04.2023 cü il tarixdə Nəsimi rayon Məhkəməsinin ədalətli qətnaməsini ləğv edib. Vətəndaş şirkətdən mütəmadi olaraq bununla bağlı cavab tələb etdikdə isə “Azərtikinti” MTK məsələni üzərindən atır və hər bir sənədi qanunu şəkildə olan belə bir obyektin mövcüd olmasını təkzib edir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışinski adıçəkilən tikinti firmasından üçotaqlı mənzil hədiyyə almaqla onların xeyrinə qanunsuz qərar çıxarıb”.
Sahibkar Prezidentdən dəstək istəyərək qeyd edib ki, Ulu Öndərin şərabçılığın inkişafı ilə bağlı verdiyi 29.01.2002-ci il tarixli 667 saylı Fərmanından ruhlanaraq Tovuzda Fransadan texniki üzüm sortları gətirərək yeni üzüm bağları salıb, şərab və konyak məhsulları istehsal edib. Bu məqsədlə Bakının Azadlıq prospekti 41-42 ünvanında (Mənim ailəmə və özümə məxsus) “Tovuz-Konyak” klubu kimi fəaliyyətə başlayıb: “Bu “Konyak Klubu” qısa zaman içərisində xaricdən gələn turistlərin də, səfirlik və diplomatik korpusların, xarici iş adamlarının yerli Nazirlik və Komitələrin ən maraq göstərdikləri bir şəbəkəyə çevrilib. Ancaq göründüyü kimi, yuxarıda adı keçən şirkət və onun adından çıxış edən Azər adlı şəxs dövlətin tapşırığı olmasını bildirərək 2 il müddətinə 20% əlavə genişləndirməsi şərti ilə evimizi eyni yerdə tikib təhvil verəcəklərini və iki il ərzində də razılaşılmış qiymətlə icarə haqqımızı ödəməyi də öhdələrinə götürəcəklərini söylədilər, tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb razılaşdıq, nəticəsi də budur… Cənab Prezident, siz həmişə sahibkarlara, vətəndaşlara dəstək olmusunuz, qanunsuzluqlara qarşı çıxmısınız. Mən inanıram ki, bu dəfə də bir sahibkarın səsinə səs verəcəksiniz”.

Yazıda adı keçən bütün tərəflərin bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq. //aktualxeber.az//
Ardını oxu...
Sosial mediada Ləman Əhmədova adlı istifadəçi “Mərcan” adı altında istehsal olunan toyuqları almamağı məsləhət görüb. İstehlakçı iddia edir ki, çəkini artırmaq üçün adıçəkilən toyuğun içindən özü boyda buz çıxır.

“Buz parçası paketin içindən çıxıb. Yəni aldığım mağazalıq da deyil, sırf “Mərcan” şirkəti ilə bağlıdır. Paylaşdım ki, hər kəsin xəbəri olsun, bu toyuqlardan almayın”, - deyə şikayətçi bildirib.

Yayılan məlumatın əsasını öyrənmək üçün “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC) ilə əlaqə saxladıq.

TEREF.AZ bildirir ki, şirkətin marketinq şöbəsinin rəhbəri Günay Əkbər Teleqraf.com-a açıqlamasında səslənən iddiaların əsassız olduğunu deyib.

O bildirib ki, istehsal olunan məhsulların hamısı hava ilə soyudulur: “Su ilə kontakt olmadığına görə dondurulmuş toyuğun içərisindən buz çıxma ehtimalı yoxdur. İstəyən gəlib istehsalat prosesini izləyə bilər. Ola bilsin, ya mağazada, ya da istehlakçının özünün hansısa bir yanlışı olub.

Sosial mediada paylaşılan şəkil bizim soyudulmuş məhsuldur, müsbət 5 dərəcə temperaturunda saxlanılır. Orada buzun ola biləcəyi ehtimal sıfıra bərabərdir və real deyil. Müştəri səhvi ya özündə tapmalı, ya da problemin kökünü mağazada axtarmalıdır”.

Mağazada səhvin necə baş verməsinə gəlincə, şirkət rəsmisi heç bir iddia irəli sürməyib: “Demirik ki, mağaza məhsulun içərisinə su yığır. Sadəcə səbəbi tapmaq lazımdır. Bizim müəssisədə o şəkildə toyuğun içindən buz çıxa bilməz. Bu, mümkün deyil. Yenə də deyirəm, bizim toyuqlar hava ilə soyudulur. Saytımızda məhsulların soyudulma prosesinin necə keçdiyinə dair məlumatlara hər kəs baxa bilər.

“Azerbaijan Poultry Company” MMC günahı müştəridə görür, amma...

Məhsullara 24 saat kamera nəzarəti olunur. Biz adına və işinə hörmət edən bir markayıq. Belə bir yanlışa yol verə bilmərik. Biz keyfiyyətli və bahalı məhsul istehsal edirik”.

İstehsalçı şirkətin təmsilçisi əslində "bizdə ola bilməz" arqumentilə konkret faktdan yaxa qurtarmağa və iradları, şikayətləri kənara yönəltməyə çalışır. Məhsulun içindən buz çıxıbsa, müştəri bunu təqdim edibsə, istehsalçı müəssisə yaxasını necə kənara çəkə, "Müştəri səhvi ya özündə tapmalı, ya da problemin kökünü mağazada axtarmalıdır” deyə bilər?..
ƏLAQƏDAR YAZI:https://teref.az/sosial/278935-mercan-toyuqlarini-alanda-100-olcun-1000-bicin-.html
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti