Ardını oxu...
DİA.AZ: - Azərbaycan Dövlət Aqrar Universitetində cərəyan edən qanun pozuntuları ilə bağlı DİA.AZ-a yeni məlumatlar göndərilib. Məqalədə deyilirdi: "Universitetdə fermaların və heyvanların sataraq ləğv etməyin ixtisaslı tələbənin yetişməsində maneə yaradacaq dedikdə Zəfər Qurbanov universitetin maddi imkanı fermada iri buynuzlu və xırda buynuzlu heyvanların saxlamasına imkanı yoxdur ona görə də heyvanların hamısın sataraq ferma təsərrüfatını Zəfər Qurbanov dayandırdı..."

Məqalənin əvvəli burada: Zəfər Qurbanov ADAU-ya aid traktorları NECƏ YOXA ÇIXARIB... - İLGİNC

Məqalənin davamında bildirilir: "Sayın Zəfər Qurbanov, sən verdiyin əmrlərlə Azərbaycan Dövlət Aqrar Universitetini məhvə apardığını anlamırsanmı?

Rektor əvəzi az qala bir ildi təyin olmusan haranın təmir edib yenidən qurmusan? Sən niyə anlamırsan ki, indi çivinlər uçan fermaların yaranması min bir əziyyətlə ərsəyə gəlib... Nə südçülük, nə də heyvandarlıq komplekslərini saxladın, nə də qarajlarda heç kimə zərəri olmayan traktorları saxladın....

Çünki sayın Zəfər Qurbanov, sən nə tədrisdən anlayırdın, nə də idarəçilikdən... Müəllim autoriyada tələbəyə nəzəri dərsini keçir, bəs əyani tələbə şəklə və maketə niyə baxmalıdı, canlı texnika ola-ola? Olan traktor və kombayınlarıda işçi və saxlama xərci deyib hamısın silərək satırsan Zəfər Qurbanov. İclas keçirəndə də 4-5 saat ancaq özünü tərifləyirsən. Təyinatından bu yana nə düzgün kadr islahatı apardın, nə də tədrisdə yenilik gətirdin. Yenilik cəhənnəm... heç olmasa sənə təhvil verilən kimi saxlayardın.

Prezident sərəncam verdi, əməkhaqqı artırılsın... sən əksinə, azaltdın! İndi hansı inkişafdan danışırsan? Sabiq rektor İbrahim Cəfərov tələbə sayının artması və ixtisasların sayının artması üçün əlindən gələni edirdi, amma sən gəlməyinlə azaltdın. Özü də danışanda demokratiyadan və fikir birliyindən danışırsan... İxtisasları bağlayanda hansı müəllim kollektiviynən məsləhətləşdin? Təbii ki yalnız qara kassan olan Bəşir Bağırzadə ilə..."

Bu gün aqrar sahədən və idarəçilikdən bixəbər Zəfər Qurbanovun idarəçiliyi ilə aqrar təhsil ocağı tənəzzül dövrünü yaşayır. Əgər bu idarəçilik davam edərsə, respublikada aqrar mütəxəssis kadr qıtlığı yaranacaq".

Sonda məqalə müəllifləri ölkə başçısına müraciət edərək ADAU ilə bağlı tədbirin görülməsini xahiş edirlər.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Ucar rayonu N.Nərimanov küçəsi ev 19-da yaşayan jurnalist Fuad Oktay oölu Hüseynov tərəfindən ünvanlanan müraciətdə deyilir:

"Mən Fuad Hüseynov regionda jurnalist fəaliyyəti ilə məşğul oluram. Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun 18 may 2023-cü il tarixdə Salyan rayonunda keçirəcəyi qəbula yazılmışam. Buna görə Daxili İşlər Nazirliyindən mənə iki dəfə zəng edilib qəbulun səbəbini soruşdular.
Mən izah etdim ki, Ucar Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının barəsində təxminən 6 aydan çoxdur ki, yutubda, sosial şəbəkələrdə və saytlarda vətəndaşların şikayətləri yayılır və dərc edilir. Zeynal Bayramlı buna görə məni həbs etdirmək üçün müxtəlif yollara əl atıb ki, bu barədə mən özüm vide və yazılı şikayətlər etmişəm. 05 aprel 2023-cü il tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məni çağırıb izahatımı aldılar. Mən izah etdim ki, Zeynal Bayramlı barədə vətəndaşlar video şikayətlər edirlər ki, onların kimliyi məlumdur.
İzahat verib gəldikdən təxminən 20 gün sonra Ucar xəstəxanasında 3 nəfərin ölməsi barədə mətbuatda şikayətlər dərc edildi. Bundan sonra xəstəxananın direktoru Zeynal Bayramlı mənim dostum Nurulla Adıgözəlova zəng edib onun vasitəsi ilə mənə söz göndərib məni həbs etdirəcəyi ilə hədələyib. Bundan bir gün sonra isə məni yenidən banditizm idarəsinə dəvət etdilər. Mən artıq işin nə yerdə olmasını bilib nazir cənab Vilayət Eyvazovun qəbuluna yazıldım.
10 may 2023-cü il tarixdə 055 215-36-00 nömrəli telefondan mənə zəng edən şəxs Ucar Rayon Polis Şöbəsinin rəis müavini Elnur olmasını bildirdi və dedi ki, “Siz bir dənə məktub vermişdiniz bizə Hüseynov Fuad Oktay oğlu barəsində onunla əlaqədar rəis dedi danışın onu sabağa inşallah təmin edəcəyik, onun barəsində biz nazir müavininə arayış vermişdik məxfi arayış dedim sizədə bir göndərərdim ki, sizdə məlumatlı olardınız şəxsiyyəti barədə fəaliyyəti barədə bu nömrədə vatsap var onun telefonu məktubda göstərilməyib rəis dedi ki, telefonu ilə gətirilsin. İndi arayışı verəcəm sonra nə tapşırıq versəniz təmin edərik”.
Elnur Məmmədov Ucar RPŞ-nin rəis müavinidir.Telefon danışığı olan səs yazısın əlavə edirəm.
Bunların məqsədi məni şərləyib həbs etməkdir ki, nazir Vilayət Eyvazovun qəbuluna gedə bilməyim.
Bu açıq-aşkar qanunsuzluqdur.Çünki mən heç bir inzibati xəta və cinayət əməli törətməmişəm.Ucar rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının fəaliyyəti barədə çoxlu sayda Ucar sakinləri video şikayətlər edirlər.Zeynal Bayramlı hansı imtiyaz sahibidir ki, onun barəsində şikayət etmək qanuna ziddir.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Baş Prokuror cənab Kamran Əliyevə müraciət edirəm.Xahiş edirəm bu qanunsuzluğun qarşısını alın mənim şərlənərək həbsə atılmağıma imkan verməyin.

Əlaqə telefonu; (051) 496-47-82,

İmza; Fuad Oktay oğlu Hüseynov

 
Ardını oxu...
Ötən ilin ortalarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbs edildi. Həbs olunan şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yalnız Dövlət Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun və sektorun baş məsləhətçisi Əsəd Nəsibovun həbs olunması bəzi qaranlıq müəmmalara yol açır. Çünki Dövlət Əmlak Xidmətində korrupsiyaya bulaşanlar və saxtakarlıq edənlər sektor müdiri İldırım Məmmədovla, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovla bitə bilməz.

Deyə bilərik ki, qurumun sektor müdiri və yerli şöbələrin rəhbərləri tərəfindən həyata keçirilən saxta işlərdən Dövlət Xidmətində işləyən bəzi yüksək vəzifəli şəxslərin xəbərsiz olması heçdə inandırıcı deyil. Məsələn, sektor müdiri İldırım Məmmədovun müxtəlif şəxslərlə əlbir olaraq, həyata keçirdiyi saxtakarlıqlardan Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbərsiz olmasına heç kəs inanmaz. Ona görə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə cavabdeh qurumlardan birincisi məhz Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə şöbə müdiri vəzivəsini icra edən Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər. Saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur.

Qeyd edək ki, Eldəniz Qafarovun adı bundan əvvəl də saxta işlərdə hallanıb. Nümunə kimi Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızının mediada yayılmış müraciətini göstərmək olar. Həmin müraciətdə vətəndaş Göyçayın icra başçısından şikayətlənir. Bildirir ki, icra başçısı onların istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsini ələ keçirmək istəyir. Eldəniz Qafarov isə bu işdə ona faktiki olaraq yardımçı olub. Belə ki, şöbə müdiri vətəndaşın ona ünvanladığı məktuba cavabında həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığını iddia edib: "Hətta iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir”, deyə vətəndaşın müraciətində qeyd edilir.

Beləliklə, aydın olur ki, Eldəniz Qafarov bələdiyyə mülkiyyətində olan torpaq sahəsini şəxsi mülkiyyət kimi təqdim etməklə, saxtakarlığa yol verib və həmin ərazinin ələ keçirilməsinə dəstək olub. Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis müavini Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov İldırım Məmmədov həbs olunmayanadək hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir.

Şəmkirdən olan sakinlərin sözlərinə əsasən cumhuriyyet.az bildirir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və kiməsə 1 saxta sənəd vermək üçün az qala 1 "meşok” rüşvət alır. Eldəniz Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Onun Şəmkirdə bazarı da var. Elçin Yusubovun şəriklərindən biri də Talehdir. Söhbət Xidmətdə "Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdan gedir. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib.
qlobal.az
 

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) paytaxt ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt ortüyünün təmirinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Xezer-Construction” MMC olub. Qurumla şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 508 631,35 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

20 aprel 2023-cü il tarixdə reystr məlumatlarına dəyişiklik edilib. Bu dəyişikliklə MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. Bundan əvvəl “Xezer-Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Şirkətin qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

Açıq mənbələrdə “Xezer-Construction” MMC barədə hər hansı məlumata rast gəlinmir. Rəmzi Binnətova gəlincə, o, Vətən müharibəsi iştirakçısıdır. 2021-ci ildə Yevlax Gənclər Evinin “Facebook” səhifəsində paylaşılan məlumatda bildirilir ki, “Post-travmatik stress pozuntusu” mövzusunda sosial-psixoloq Yusifli Əhməd Murad oğlunun təqdimatında Rəmzi Binnətova “Zoom” proqramı vasitəsi ilə psixoloji yardım göstərilib.

“Xezer-Construction” MMC ötən il də “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin iri məbləğli satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 2 510 704,15 AZN olan həmin müqavilədə də Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması nəzərdə tutulub.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2021-ci ildə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə ehtiyac duyub və yenə “Xezer-Construction” MMC ilə maliyyə dəyəri 2.539.163,77 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

Beləliklə, aydın olur ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC hər il məhəllədaxili yolların təmir edir. Məsələnin maraqlı tərəfi budur ki, tenderin şərtlərində təmir işlərinin konkret hansı ərazilərdə aparıldığı qeyd edilməyib. Bu da keçirilən tenderlərlə bağlı müəyyən şübhələrə səbəb olur.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 18 fevral 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur.

MMC-nin yaradılması Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonrakı dövrə təsadüf edir. Eldar Əzizov bu vəzifəyə 15 noyabr 2018-ci il tarixdə təyinat alıb.

Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışarkən də Abit Əliyev onun yanında olub.

Ardını oxu...
Qərar ictimai rəyindir: DYP rəsinin təbrikini çərçivələdib binadan asan məhkəmə sədri həmin qurumla bağlı ədalətli rəy verə bilərmi?..

DogruXeber.az: - Azərbaycanda məhkəmə sahəsində hərtərəfli islahatlaırn aparılmasına baxmayaraq, bu sistemdə xidmət edən hüquq insanlarının şəxsi mənafelərini güdərək atdıqları addımlar ölkə rəhbərliyinin ədalətli dövlət quruculuğu siyasətini zərbə alıtna almaqla yanaşı, vətəndaşların hüquq sisteminə güvənini də sarsmaqdadır.

Təsadüfi deyil ki, hər il işində yol verdiyi nöqsanlara görə bir çox hakimin vəzifəsinə vaxtından əvvəl xitam verilir, onlar haqqında müəyyən tədbirlər görülür.

"DogruXeber.az" poliqon.az-a istiandən bildirir ki, cəmiyyət tərəfindən fəaliyyəti müsbət qiymətləndirilməyən hakimlərdən biri də Binəqədi Rayon Məhkəmsinin sədri Araz Kazımovdur. Bu günə qədər Araz Kazımov haqqında mətbuatda çoxsaylı vətəndaş şikayətləri işıqlandırılıb, barəsində müxtəlif iddialar səsləndirilib. Lakin redaksiyamıza daxil olan foto Araz Kazımovun məhkəmə sədri kimi tərəfsizliyinə və ədalətinə qeyd etdiyimiz iddialar işığında kölgə salır.

Ardını oxu...

Belə ki, fotoda Bakı Şəhər Dövlət Yol Polsi İdarəsinin rəisi Rəşid Piriyevin Araz Kazımovu təbrik etdiyi mətn yer almaqdadır. Maraqlısı isə budur ki, Araz Kazımov həmin təbriki çərçivələdib məhkəmə binasından asdırıb. Belə olan halda, DYP ilə bağlı şikayətlərə ən çox baxılan məhkəmə olan Binəqədi Rayon Məhkəməsindən mövcud şikayətlərə tərəfsiz baxılması və qərar verilməsi məsələsi gündəmə gəlir.

 
Ardını oxu...
 Füzuli rayon Təhsil Şöbəsi ilə bağlı  daxil olan neqativ materiallar bitib tükənmək bilmir.
Qısa məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. 
İndi təsəvvürünüzə gətirin ki, 2 mindən artıq sayı olan pedoqoji kollektivə Ramella Şaumyan qızı rəhbərlik  edir. Ramella Şaumyan qızı ilə bağlı bizim bir media olaraq heç bir şəxsi  problemimiz yoxdur. Sadəcə, Ramella Şaumyan qızının Gəncə Dövlət Universitetini bitirməsi ilə bağlı  diplomun saxta olub-olmadığı  və  diplomda Ramellanın atasının adının nə olduğu barədə dəfələrlə sual etsək də, sualımıza  cavab almamışıq. 
Görəsən, Ramella Şaumyan qızı niyə atasının adını gizlədir..? Biz bir media olaraq  Ramella Şaumyan qızının diplomunda və nikah sənədində atasının adının ŞAUMYAN olduğunu qeyd edirik. 
Əgər belə deyilsə, qoy, Ramella Şaumyan qızı sənədlərini ortaya qoysun. Əslində bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı, Şaumyan adının necə dəyişib Şahin olmasına aydınlıq gətirməli idilər. Axı, bu cinayət əməlidir. Həm də axı, Ramella Şaumyan qızı sıradan biri deyil e,  2 min nəfərlik pedoqoji kollektivə rəhbərlik edir. Necə rəhbərlik etməsi barədə də çox yazılıb. Biz bu barədə uzun-uzadı yazmaq istəmirik. 
Sözün qısası, Füzuli Təhsil şöbəsində  baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay  5 min manat pul tələb edilməsi  və s. barədə mediada kifayət qədər yazılıb. 
Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat... Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin... Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin... 
Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini  mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd  yarı idi... Ramella Şaumyan qızı öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına  bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. Təsəvvür edirsiniz, hər məktəb direktorundan 5 min manat. 
Deməli,  70 məktəbdən  ayda ( 5 min x 70 )  350 min manat rüşvət. Bu hələ harasıdır..? Məktəblərin cari təmiri adı ilə saxta tenderlər  keçirilir və Təhsil şöbəsinin müdirinə  xeyli  miqdarda  “otkat”  verilir. Burada  bir  STOP. 
Belə ki, möhtəbər mənbədən daxil olan məlumata görə, Füzuli Təhsil Şöbəsinin tabeçiliyindəki  70-dən artıq  məktəblə bağlı  rüşvətin alınmasına, bölünməsi məsələsinə Ramella Şaumyan qızının həyat yoldaşı  Tofiq Hüseynov rəhbərlik edir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları  Tofiq Hüseynovu sorğu-sual edərək bu məsələyə aydınlıq gətirsinlər. Sonda  məlumat üçün onu da qeyd edək ki, Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin 19 ünvanda pasport qeydiyyatındadır. 
Ramella  Şaumyan qızı 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nikaha girib. Bütün sənədlərdə, o cümlədən nikah sənədində və diplomunda Ramellanın atasının adı Şaumyan göstərilib.  2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının Şaumyan adını Şahin edib.

 
Ardını oxu...
 
Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”( Ali-İmran, 3/169-171.)


Tanrı şəhidi bu cür qiymətləndirdiyi halda, onun məmur bəndələrinin şəhidlərə, şəhid ailələrinə, qazilərə etdiyi hörmətsizliklərinə, saymazlıqlarına qoymağa ad tapmaq mümkünsüz olur.

Uzun danışmayacam.

Fotoya diqqət !

Ardını oxu...

"DogruXeber.az" bildirir ki, bu foto sosial şəbəkələrdə yayılıb.

Yəqin ki, məzarın üstü dağılsa da cırılmış parçanın kənarlarına diqqətlə baxdıqda yağışdan, günəşdən rəngi solmuş bayrağımız olduğunu anladınız. Hansı ki, o məzarda uyuyan oğlan, ikinci vətən müharibəsində o bayrağı daha ucaltmaq, 30 ildir həsrət qaldığımız torpaqlarımızda asmaq üçün qəhrəmancasına döyüşdü, canını fəda etdi.

Amma, bu gün onun bu vəziyyətdə olan məzarı kənd sakinləri tərəfindən çəkilib, sosial şəbəkələrdə paylaşılır və aşağısında da bu sözlər yazılır:

"Bu gördüyünüz məzar heç bilirsiniz kimin məzarıdır?
Bu məzarda yatan oğlan, mənfur ermənilərlə döyüşüb şəhid olan Azərbaycan oğludur.
Bu günkü kimi yadımdadır. Həmin bu şəhidimizin anası bu məsələ ilə bağlı dəfələrlə DSMF-yə, sonra isə Prezident aparatına gəlmişdir. Müraciətdə şəhidin anası bildirirdi ki, oğluma şəhidlik statusu verin və birdə mən kasıbam mənə və oğluma hörmətiniz varsa gəlin balamın qəbrinin üstünü götürün.
Amma bu şəhid anasına hələ ki, heç bir yardım edilməyibdir.
Ünvan.Masallı rayonu. Mollaiba kəndi .Babayeva Sürəyya müəllimə.Şəhidin anasıdır."

Bəli, bu birinci növbədə Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun, ikinci növbədə Araz Əhmədovun sayəsində bütün Azərbaycanın məsuliyyətsizliyi və utancıdır.

Yeri gəlmişkən, Araz Əhmədovun özünün də birinci Qarabağ savaşının iştirakçısı olduğu deyilir.

O döyüşün, o qanın-qadanın içindən çıxmış bir insanın - icra başçısının şəhid məzarına və Azərbaycan Bayrağına qarşı bu biganəliyi, "ögey" münasibəti sosial şəbəkələrdə çox böyük səs-küyə səbəb olub.

Torpaq uğrunda oğul vermiş ananın o məzara dikilmiş məzəmmətedici baxışları ürəkləri dağladığı qədər, üzləri də qızardır. Təbii ki, bunu dərk edənlər üçün.

Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək üçün aparat strukturunun rəsmi internet səhifəsində qeyd edilən nömrələrinin demək olar hamısına zəng etsək heç bir dəstəyi qaldıran olmadı.

Biz, sosial şəbəkələrdə "populyar" olan bu görüntülərlə bağlı Masallı rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Ekspert: “Layihələndirmə ilə bağlı 1 ildə 2 müqavilə imzalanıb”

"Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramında Gəncə şəhərində İdman sarayının tikilməsi də yer alıb. Ancaq 2023-cü ilə qədər tikilməli olan saray hələ ki, hazır deyil.

Bu barədə məlumatı iqtisadçı ekspert Toğrul Vəliyev öz Telegram kanalında yazıb.

İdman sarayının tikintisinin həyata keçirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

“Yalnız 2020-ci ilin aprel ayında “Başak Proje və Dizayn” MMC şirkəti ilə İdman sarayının layihələndirilməsinə dair müqavilə imzalanıb. 2020-ci ilin iyununda prezident İlham Əliyev İdman sarayının tikintisinin davam etdirilməsi üçün İcra Hakimiyyətinə 3.8 milyon manat vəsait ayırdı. Sentyabrda isə şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə Gəncə İdman sarayının tikintisinə dair dəyəri 1.8 milyon manat olan ilk müqaviləni imzaladı”.

İqtisadçı deyir ki, bütün bunlardan sonra, 2021-ci ilin aprelində eyni şirkətlə layihələndirməyə dair ikinci müqavilə imzalanıb.

Rəsmi məlumatlardan aydın olur ki, Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Başak Proje və Dizayn” MMC arasında layihələndirmə işlərinə görə ümumilikdə 818 milyon 400 manatlıq müqavilə imzalanıb.

Bu iş üzrə “Rövşən Oğuz Qrup” MMC ilə dəyəri 70 milyon 863 min manat olan 7 müqavilə imzalanıb.

“Müqavilə imzalanarkən istifadə olunan satınalma üsulu isə “Bir mənbədən satınalma” idi. Ya bu şirkət həmin xidmətlər üzərində xüsusi hüquqlara malik idi, ya da tələbat təcili idi. İdman sarayının tikintisi xüsusi bacarıq və spesifikasiya tələb edirmi? Hər bir halda layihənin başlamasından 6 il və 70 milyon manat keçsə də, İdman sarayının tikintisi hələ də davam edir” - Toğrul Vəliyev bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Abzas Media-ya bildiriblər ki, məsələ ilə bağlı məlumatlı şəxslər Heydər Əliyevin ildönümü ilə bağlı tədbirdə olduqlarına görə, hazırda sualları cavablandıra bilmirlər.
Ardını oxu...
Nurlana Əliyeva Bakı Slavyan Universitetini məhv edəndən sonra yeni təyin olunan rektor vaxtilə Azərbaycan Dillər Universitetində dekan kimi işləyən, tələbələrin “dərisini soymaq” üzrə püxtələşən, keçmiş rektorlardan birinin “pul yığanı” kimi tanınan, adı rüşvət hallarında tez-tez hallanan və ən əsası Elm və Təhsil naziri Emin Əmrullayevə arxalanan Anar Nağıyev Bakı Slavyan Universitetini viran qoymaq istiqamətində mətin addımlarla irəliləməkdədir.
Adının çəkilməsini istəməyən mənbəmizin redaksiyamıza verdiyi məlumata görə Anar Nağıyev rektor təyin olunduğu gündən bu günə qədər Azərbaycan Dillər Universitetindən BSU-ya xeyli sayda bacarıqsız və səriştəsiz kadrları toplamaqdadır. Belə kadrlardan biri də, Magistr dərəcəsi olmayan, insanlarla kommunikasiya qura bilməyən, Elçin adlı şəxsi özünə müşavir təyin edib. Qeyd olunan şəxsin heç bir xarici dil biliyi olmaması və xəritədə slavyan ölkələrini göstərə bilməməsinə baxmayaraq müəyyən şirinlik qarşılığında bu vəzifəyə təyin edildiyi deyilir. Onun daha geniş fəaliyyəti barədə Dillər Universitetindən kifayət qədər məlumat əldə etmək mümkündür.
Rektorun daha bir “uğurlu” təyinatı isə yenicə BSU-nun Həmkarlar ittifaqı təşkilatının sədri təyin olunan Əzim adlı şəxs olduğu deyilir.
Əzim müəllim kimdir?
Əzim müəllimin BSU-da prorektorlarla bir cəbhəyə qoyulması heç də təsadüfi deyil. Rektorla olan dostluğuna görə illər boyu görmədiyi günləri görən bu şəxs həm də rektorun qara kassası adını aldığı bildirilir. Universitetdə müxtəlif vəzifələrə təyin olunmaq üçün mütləq Əzimlə nahar yeməyi yemək labüddür.
Özünü Psixoloq kimi kollektivə sırıyan bu şəxsin vaxtilə ADU-da idman müəllimi kimi işlədiyi və ona BSU-da iki xidməti otaq və limitsiz səlahiyyət verildiyi deyilir. Belə ki, o istədiyi auditoriyaya daxil olub müəyyən “çatışmazlıq və nöqsanları aşkar etməklə” məşğuldur. Rektoru bir an belə tək buraxmadığı, rektorla işə gəlib onunla işdən getdiyini, səhərlər koridorun başlanğıcında onu gözlədiyi deyilir.
Əzim müəllimin nöqsan aşkar etməkdən əlavə kadr axtarışı aparma funksiyaları da mövcuddur. Bir müddət əvvəl ADU-nun sonuncu kurs tələbələri arasında müəyyən məbləğ müqabilində BSU rektorunun köməkçisi vəzifəsinə namizəd axtarışında olduğu da bildirilir. Amma bu axtarış hələki heç bir nəticə verməyib.
Adının çəkilməsini istəməyən mənbəəmizin redaksiyamıza verdiyi məlumata görə Anar Nağıyev sanki rektor yox yüksək ranqlı bir məmur kimi fəaliyyət göstərməkdədir. Dövlət başçısının məmurların qarşısında qoyduğu tələb və tapşırıqları heçə sayan rektor nəyinki heç bir universitet əməkdaşını, hətta vətəndaşları belə qəbul etmir. Qəbula gələn valideynlər saatlarla universitetin foyesində gözləyib daha sonra narazı şəkildə universitetin binasını tərk etdiyini bildirirlər.
Hələ problemlər bununla bitmir. Rektorun qəbul otağında hərgün sıxlıq müşahidə olunur. Qəbul otağının qarşısında illərini bu universitetə vermiş professorlar, müəllimlər və şöbə müdirləri saatlarla növbədə gözləyir. Professor və yaşlı müəllim heyəti onlara bu rəhbərlik tərəfindən hörmət edilməməsindən narazılıq edirlər. Onlar qeyd edirki, hazırki “rektorat” bizə keçmiş rektor Nurlana Əliyevanın qəbul otağını xatırladır. Dəyişən heçnə yoxdur .Yəqin içəridə daha “vacib işlərlə məşğuldur” deyə qeyd edirlər.
Universitet əməkdaşlarının verdiyi məlumata görə rektorun işə gəlməsi və koridorlarda gəzməsi də ayrı bir dastanı xatırladır. O dastanı ki, sanki hansısa ölkənin şahı koridorda hərəkət edir, hələ koridorla hərəkət edən əməkdaşların onu görüb kənara çəkilib başlarını aşağı dikməsi ayrı bir fəlakətdir. Rektorun bundan zövq alırmış kimi heç üzlərinə də baxmadan otağına çəkilməsi təəssüf hissi doğurur. Maraqlıdır ölkə prezidenti cənab İlham Əliyev prezident olmasına baxmayaraq daima vətəndaşların arasında sadəliyi ilə göz önündə,xalqın içində yer alır.
Bəs kiçik bir universitetin rektoru olan Anar Nağıyev özünü niyə belə böyük vəzifəli şəxs kimi aparır?
Təbii ki, suallar çoxdur, amma bunlar cavab tapmaq olduqca müşkül məsələdir.
Əməkdaşlar qeyd edir ki rektor eyni zamanda onları aldadıb. Onların sözlərinə görə hələ 2021-ci ildə universitet elmi şurasında maaşların artırılması ilə bağlı qərar verdiyini elan etməsinə, bununla mətbuatda özünü reklam etdirməsinə baxmayaraq hələ də maaş artımından söhbət belə getmir. Maliyyə şöbəsindən, baş mühasibin istəmədən dediyi sözlərə görə rektor yalnız özünün, yaxın ətrafının, işə yeni qəbul etdiklərinin, dekan və şöbə müdirlərinin maaşını artırması bildirilir.Dövlət başçısının imzaladığı sərəncamların eləcə də tapşırıqların BSU-ya aid edilməməsindən narazı olduqlarını bildirirlər.
Daha sonra qeyd edirlər ki, hal-hazırda Anar müəllimin başı biznesə o qədər qarışıb ki, təhsil yaddan çıxıb. Magistr təhsili olmayan əməkdaşlara dərs saatı paylayır, qocaman müəllimləri isə ya əmək məzuniyyətinə yola salır, ya da ştatını azaldır, bir sözlə professor-müəllim heyətini “cavanlaşdırmaqla” yanaşı həm də “ağdamlaşdırır”. Belə ki, BSU-da hər hansı vəzifəyə təyin olunmaq üçün Ağdamlı olmaq əsas faktor kimi götürülür. İstər işə qəbul, istər vəzifəyə qəbul olmaq üçün Ağdamlı olmaq üstünlük hesab olunur.
Mənbə:”AzerTaym.az”
 
Ardını oxu...
Sözün düzü, uzun illər sabiq səhiyyə nazirləri işləmiş Əli İnsanovun və Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsini bərbad günə qoyduğu hamıya bəllidir. Cəmiyyət üzvləri düşünürdü ki, bəlkə səhiyyə sahəsində islahatlar aparılar, müsbət dəyişikliklər baş verər. Amma..
Əmması odur ki, min təəssüf ki, Səhiyyə Nazirliyinə alternativ yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun tabeçiliyindəki “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs (TƏBİB) olub-qalan səhiyyə ocaqlarını da sıradan çıxardılar.
Bu azmış kimi təcrübəli, peşəkar tibb işçiləri yaş həddi və digər səbəblərdən vəzifələrindən uzaqlaşdırıldı və onları səriştəsiz şəxslər əvəz elədi.
Bir soruşan yoxdur ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nədir, yaxud əksinə..? Vətəndaşlar bu iki qurumun arasında qalıblar. İslahat adı altında TƏBİB-in çıxardığı oyunlar səhiyyə sferasını xaraba günə qoyub.
Təsəvvür edirsiniz, doğum evi ilə diş poliklinikası birləşdirilib eyni şəxsə tabe edilib. Yəni rayonlardakı onlarla səhiyyə müəssisəsi birləşdirilərək Tibbi Mərkəzlər yaradılıb. Belə yeni qurumlardan biri də Sabunçu Tibb Mərkəzidir.
Qısa məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzi 3 saylı Şəhər Klinik Xəstəxanasının əsasında yaradılıb.
Onu da qeyd edək ki, 3 saylı Klinik Xəstəxananın təməli 1893-cü ildə qoyulmuşdur. Çarpayı sayı-586, işçi sayı -1164 və 24 şöbə fəaliyyət göstərir.
İndi təsəvvür edin ki, bu boyda xəstəxanaya Sabunçu rayonu ərazisindəki doğum evlərini, uşaq poliklinikalarını və s birləşdirib Tibbi Mərkəz yaradıblar. Və bir ay öncə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.
Sabunçu Tibb Mərkəzində baş verən qanunsuz əməllər, saxta əlillik sənədləri, hərbi xidmətdən azad olmaq üçün “neqodnu” arayışları və daha nələr barədə ölkə mediasında kifayət qədər yazılıb. Vaxtilə 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri olan İlgar Qaracayev Mərkəzdə at oynatması, qohum-əqrəbasını başına toplayaraq ailə biznesi qurması barədə də kifayət qədər yazılıb.
İndiki yazının personajları isə o qədər də “tanınmayıb”, məqsədimiz onlar barəsində müfəssəl məlumat verməkdir. Deməli, Sabunçu Tibb Mərkəzinin Baş tibb bacısı olan Roza Məmmədova mərkəzdə əsas fiqurlardan biridir. 53 yaşlı Roza Məmmədova hər yerdə deyir ki, indiyədək 7 baş həkimi yola salmışam, mənə kimsə heç nə edə bilməz.
Ümumiyyətlə, Tibbi Mərkəzdə bütün qara işləri Roza-Mürsəl-Gəray üçlüyü həyata keçirir. Şua-diaqnostika şöbəsinin müdiri olan Mürsəl Əliyev pulu olmayan xəstələrdən lazımsız arayışlar, sənədlər tələb edir. Mürsəlin ən yaxın qohumu olan Gəray isə Tibbi Mərkəzdə Mühafizənin rəisidir. Gəray öz əsas işi olan mühafizədən başqa xəstəxanada olan bütün işləri görür. Mürsəl Əliyev Rozanın vasitəsilə işə düzəlib. Hələ sabiq baş həkim Fikrət Zeynalovun dövründə xəstəxanaya 3 dopler Uzi rentgen aparatı verilib. Mürsəl və Roza dövlətin puluna alınan tibbi avadanlıqları özəl xəstəxanalara satıblar.
Təsəvvür edirsiniz, dövlətin xəstələrə ayırdığı ərzaq və qida məhsulları hər gün Rozanın, Mürsəlin, Gərayın evinə daşınır. Kimsə onlara irad bildirəndə deyirlər ki, bizə kimsə toxuna bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, Mürsəl Əliyev rentgen şöbəsini sanki bazara çevirib. Və qazandığı pulların hesabına ağ rəngli son model Range Rover avtomobili alıb.
Oğlu isə qəbul şöbəsində həkim işləyir. Roza-Mürsəl-Gəray üçlüyünün yaxınlarından olan Heyran Quliyeva, Məmməd Mövsümzadə də az qazanmırlar. Belə ki, Heyran Quliyeva da, Mövsümzadə Məmməd də xəstəxanada skopiya rentgen işinə baxırlar və 1 dəqiqəlik işə görə, 10-15 manat tələb edirlər.
Yeri gəlmişkən, Mövsümzadə Məmmədin 65 yaşı tamam olsa da, onu kimsə işdən çıxarmır. Mərkəzin şöbə müdiri İlqar Qaracayev barəsində mediada kifayət qədər yazıldığı üçün onun barəsində qısa informasiya ilə kifayətlənirik.
Belə ki, İlqar Qaracayev Qaradağ rayon Hərbi Çağırış xidmətinin çağırışçısı olan Nihad adlı şəxsdən Nöfəlin vasitəçiliyi ilə 600 manat pul almışdı. Bir həftə sonra Nihad pulunu tələb etdikdə İlqar demişdi ki, mən Nihada pul verə bilmərəm, mən pulu Nöfəldən almışam, Nofəl gəlsin pulu götürsün. Nofəl də gəlib pulu götürüb. İlqar Qaracayev yenə köhnə əməllərini davam etdirir, əlillik dərəcəsi satmaqla məşğuldur. Və işi çətinə düşən kimi qaçır məzuniyyətə. Amma deyirlər axşamlar gəlib sənədləri yoxlayır. İlqar Qaracayevin şöbəsində 2 palata var ki, gününü 10 manata satırlar. Və satmaq işinə İlqar Qaracayev şəxsən özü baxır. Sabunçu Tibb Mərkəzi ilə bağlı daha bir maraqlı məlumat var. Məlumata görə, hazırda Suraxanıda 12 saylı poliklinikanın baş həkimi Günel xanımı Mərkəzə baş həkim gətirmək istəyirlər.
Amma nə qədər böyük əziyyət çəkilsədə bu məsələnin baş tutması qeyri mümkündür. Çünki, xəstəxananın həyətində baş vermiş mitinqlə bağlı Günel xanımın adı çox yerdə hallandı. Bu başqa bir yazının mövzusudur. Onu da bildirək ki, Günel xanımın həyat yoldaşı hüquq-mühafizə orqanlarında işləyir. //gundelik-baku.com//
 

Dünyapress TV

Xəbər lenti