Ardını oxu...
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Sumqayıt şəhərində “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov hər il təkcə bu obyektdə - “Əli-94”də həyata keçirdiyi saxtakarlıq nəticəsində 1,5 milyon, “Səda Store”də sənədlərin saxtlaşdırılması nəticəsində isə 1,9 milyon manat dövlət əmlakını mənimsəyir.
Bu adam bütün mənəvi sərhədləri keçərək hətta öz dogma anasının, həyat yoldaşının adına saxta sənədlər tərtib edərək milyonları mənimsəyib. Vüqar Qələndərov dövlətdən mənimsədiyi milyonlar hesabına Sumqayıtda bir çox marketlər və ticarət mərkəzləri açıb. Həmin ticarət mərkəzlərində dövlət vergisindən küllü miqdarda yayınmalar baş verib.
Qısa məlumat üçün onu qeyd edək ki, uzun illərdir Sumqayıtda “Ən Ucuz” marketlər şəbəkəsi adı altında qanunsuz fəaliyyət quran Vüqar Qələndərovun sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun qohumları ilə sıx münasibətdə olması səbəbindən külli miqdarda vergidən yayına bilib.
Yeri gəlmişkən, bu obyektlərin daha böyüyündə - “Hiper Market”də aparılan saxtakarlıq zamanı isə hər il dövlətə milyonlarla zərər vurulub.
Təkcə onu qeyd edə bilərik ki, mediada yayılan və qarşı tərəfin təkzib etmədiyi məlumata görə, Vüqar Qələndərova məxsus “Əli-94” və “Səda Store” ticarət mərkəzlərinin hər birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat manat oğurlanır, yəni vergidən yayındırılır.
Təsəvvür edirsiniz, mediada yayılan məlumatlardan bəlli olur ki, Vüqar Qələndərova məxsus binanın birinci və ikinci mərtəbəsinin sahəsi 2100 kv.metr və buradakı “Ən Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı isə 145 nəfərdir. Lakin Vüqar Qələndərov dövləti aldadaraq rəsmi sənədlərdə işçilərin sayını 20 nəfər göstərir. Yəni Vüqar Qələndərov sahibi olduğu sözügedən “Ən Ucuz” marketdə 125 nəfərin adını Vergilər Nazirliyindən və DSMF-dən gizlətməklə, külli miqdarda vergidən yayınır. Bunun özü böyük cinayət əməlidir. İndi isə Vüqar Qələndərovun “maaş” əməliyyatına nəzər salaq.
Deməli, Vüqar Qələndərov “qara mahasibatlıq” yolu ilə işçilərə verilən əmək haqqının 18 faizini vergidən, 25 faizini isə DSMF-dən gizlədir. Bunu aylara, illərə vuranda bəlli olacaq ki, Vüqar Qələndərov dövlətə neçə milyonlarla ziyan vurub. Bunlardan başqa Vüqar Qələndərov “qara mühasibatlıq” ilə hər ay neçə milyon manatı dövriyyədən çıxarır. Biz hələ ƏDV və digər vergilərdən necə yayınmağı demirik.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların əsası sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun dövründə qoyulub və bu gün də davam edir. Bu dediklərimiz Vüqar Qələndərovun əməllərinin cüzi bir hissəsidir.
Təkcə onu qeyd edək ki, sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzinin 3 mərtəbəli binasının zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir və bunların heç birinə görə də dövlətə vergi verilmir. Bütün bunlar azmış kimi Vüqar Qələndərovun marketləri vətəndaşlara vaxtı keçmiş, keyfiyyətsiz qida və ərzaq məhsullarını satır.
Sözün qısası, Vüqar Qələndərovun cinayətkər şəbəkəsinə son qoymağın zamanı çoxdan çatıb. Söz hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarınındır.
 //gundelik-baku.com//
Ardını oxu...
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyi (MKTİB) abadlıq işləri və yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, abadlıq işləri ilə bağlı tenderin qalibi “Qara Qaya” MMC olub. Qurumla şirkətin arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 571 962,2 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 2 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə nə Aydın Əliyarov, nə də şirkət haqqında məlumatlar var.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Qara Qaya” MMC əsasən Qaradağ Rayon İcra Hakimiyyəti bə ona tabeli qurumların tenderlərinin qalibi olur.Yeri gəlmişkən, Qaradağ MKTİB-i ötən il də “Qara Qaya” MMC ilə maliyyə dəyəri 397 804, 32 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə yolların əsaslı təmiri, abadlıq işləri və mal-materialların alınması nəzərdə tutulur.

Yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderin qalibi isə “Təmir-Təchizat 4” MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720 131,46 AZN-dir.

“Təmir-Təchizat 4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Həsənov Elbrus Məmməd oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.

Araşdırmalarımız zamanı məlum olub ki, “Təmir-Təchizat 4” MMC də Qaradağ Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindəndir. İcra hakimiyyəti və ona tabeli qurumlar vaxtaşırı bu şirkətə sifarişlər verir.

Görünür elə bu səbəbdəndir ki, “Təmir-Təchizat 4” MMC üçün qanunlar işləmir. Söhbət ondan gedir ki, şirkətin hazırda 6 750 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
 
Ardını oxu...
Qardaşlara məxsus “6-cı Mərtəbə”, “Hünər-İnşaat” tikinti şirkətləri vətəndaşların pulunu vermir... Sözün düzü, bu yazını yazmağa nə xüsusi həvəsimiz, nə də marağımız var idi. Amma təsəvvür edirsiniz, eyni gündə ölkə mediasında iki tikinti şirkətinin adı qalmaqalda hallanır, hər ikisinin fəhlələrə, şirkətə, dövlətə külli miqdarda borcu var və ən əsası....
Bəli, ən əsası şirkətlərdən biri- “6-cı Mərtəbə” tikinti şirkəti Atəş Təhməzova, o biri “Hünər-İnşaat” tikinti Firması isə Fərhad Təhməzova məxsusdur. Yəqin ki, söhbətin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşlarından getdiyi aydın oldu.
Məlumat üçün qeyd edək ki, Atəş Təhməzov vaxtilə Prezident Aparatında Akif Muradverdiyevin işçisi olub, sonradan Akif Muradverdiyev dövlət çevrilişində ittiham olunanda Atəş Təhməzov hansı yollasa aradan çıxa bilib. O biri qardaş Fərhad Təhməzov isə uzun illər Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olub və 2016-cı ildən isə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub. Fərhad Təhməzov Fondun direktoru olanda məcburi köçkünlərin hesabına qazandığı milyonları qardaşları Ataş Təhməzov və QİDA-nın indiki rəhbəri Qoşqar Təhməzli vasitəsilə biznes sahəsinə yönəltdi. Qoşqar Təhməzli isə qardaşı Fərhadın milyonlarını Azərbaycanda açılan özəl klinikalar üçün xarici ölkələrdən tibbi aparatura və avadanlıqlar alınması və satılması biznesinə yatırdı. Hələ bu harasıdır..?
Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov da Rusiya və Türkiyədə tikinti materiallarının biznesi ilə məşğul olur. Və dəfələrlə vergidən külli miqdarda yayınmaya görə, məhkəməyə verilib. Hələ bu da harasıdır..?
Fərhad Təhməzov və qızı Fidan Təhməzlinin Türkiyədə “İlahi inşaat” adında ortaq biznesləri var. Yeri gəlmişkən, İLAHİ kişi Təhməzov qardaşlarının atasının adıdır. Fərhad Təhməzovun Fondan sonra MİDA-da etdiyi korrupsiya əməlləri, 442 mənzili fokus-mokus oyunu ilə 5-10 dəqiqəyə hərracda satması barədə ölkə mediasında kifayət qədər yazılıb. Ona görə də həmin məsələlərin üstündən keçərək, gələk bu günümüzə.
Bəli, bir müddət öncə mediada yayılan xəbərdən bəlli oldu ki, Atəş Təhməzova məxsus olan “ 6-cı Mərtəbə” tikinti şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında iştirak edən subpodratçıların pulunu ödəmir. Və subpodratçı şirkətlər mətbuat konfransı keçirərək kömək üçün ölkə başçısına müraciət ediblər.
Təsəvvür edirsiniz, bazarın açılışından 11 ay keçib, amma Atəş Təhməzov şirkətlərin 1 milyona yaxın pulunu vermir.
İndi isə keçək, o biri qardaşın, Fərhad Təhməzovun "Hünər-İnşaat” Firmasına. Yenə bir müddət öncə yayılan xəbərdən bəlli olur ki, Hövsan Yaşayış Kompleksinin tikintisi ilə bağlı qalmaqal yaranıb. Kompleksin inşasında podratçı şirkət olan "Hünər-İnşaat” Firması müqavilə öhdəliklərinə əməl etmir.
Məlumata görə, “Hünər-İnşaat” firması subpodratçı şirkətə olan yüz minlərlə borcunu vermək istəmir. Məlumat üçün qeyd edək ki, “Hünər-İnşaat” 14 oktyabr 1997-ci ildə qeydiyyata alınıb. "Hünər-İnşaat” Fırması əsasən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) layihələrində podratçı şirkət kimi iştirak edir.
İndi gördünüzmü, Təhməzov qardaşları ata-ata gedirlər. Yəqin ki, bir gün bu qardaşlar da qanun qarşısında cavab verməli olacaqlar.
P.S. Firmanın adını istər İlahi qoyaq, istər Spartak qoyaq, istərsə də Təyyubə qoyaq heç bir dəxli yoxdur, əsas xalqımıza ədalətlə xidmət etməkdir. //gundelik-baku.com//
 
Ardını oxu...
Sabirabad bu gün rəsmən xaraba günə qalıb.

"İcra başçısı Siraqəddin Cabbarov Sabirabada təyin olunana qədər rayonumuz nəyi ilə olmasa da, təmiz küçələri ilə diqqət cəlb edirdi. İndi isə..." Bunu DİA.AZ-a yazan sabirabadlılar bildirirlər ki, dəfələrlə Sabirabad rayon mərkəzindəki natəmizliklə bağlı əlaqədar qurumlara şikayət etsələr də, xeyri olmayıb.

"İndi qarşıdan isti günlər gəlir. Natəmizlik səbəbindən xəstəliklər də yaranacaq. Siraqəddin Cabbarov Sabirabada can yandırmırsa, onu çıxarsınlar, yerinə iş görəni təyin etsinlər..."

Qeyd edək ki, sakinlər Sabirabadın natəmizliyini sübutlayan fotoları da DİA.AZ-a təqdim ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məsələ diqqətimizdədir... Mövzu ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
 

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

İlham Sofiyev: “Sənin ağlın hara gedib? Məgər, sən bilmirsənmi ki, Ağstafa MRX-na Səhiyyə Nazirliyi şəkər ölçən aparat vermir? Nazirlik bizə vermir, biz də nə sənə, nə də ki, digər xəstələrə xidmət göstərə bilmirik”

Son vaxtlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasında baş alıb gedən biabırçılıqların, çoxsaylı qanunsuzluqların, süründürməçilik hallarının və s. varlığı “pik nöqtə”yə çatdığından, artıq bu səhiyyə müəsisəsinin adı hər yanda dillər əzbəri olub. Qeyd edək ki, media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Ağstafa MRX-sı Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevlə bağlı verilmiş təyinatı, keçmiş döyüşçü Alik Muradov da sərt tənqid edib. Hətta bu şəxs bir qədər irəli gedərək baş həkimin təyinatını, bir qədər yumşaq desək ağstafalıların təhqir olunması kimi də dəyərləndirib. Bir sözlə, İlham Sofiyevin fəaliyyətinin daha çox tənqid olunmasına, Ağstafa MRX-da müayinə və müalicə olunan xəstələrə dərman preparatlarının verilməməsi, göstərilən xidmətlərin pullu olması, bir çox şəxslərə ögey münasibətin bəslənməsi və s. səbəb olur. Bir-neçə gün bundan öncə isə Ağstafa rayonu, Xılxına kənd sakini Bəhlul Əliyev adlı şəxs Dəryaz qəzetinin redaksiyasına ünvanladığı müraciətində qeyd edir ki, “Mən bir neçə ildir ki, şəkər xəstəsiyəm, amma səhhətimdə əmələ gələn şəkər xəstəliyinin neçə faiz olduğunu bilmirəm. Düzdür, bir neçə ay bundan öncə Ağstafa MRX-da oldum və həmin vaxt özümü bir qədər gümrah hiss edirdim. Belə bir səbəbdən də, bu səhiyyə müəssisəsində çalışan həkim “resept” yazıb bir neçə dərman almağımı və müəyyən müalicə işlərinin həyata keçirilməsini məsləhət gördü. Düzdür, həmin həkimin məsləhətlərinə əməl etdim və bir müddət səhhətimdəki problemlər aradan qalxsa da, son günlər özümü narahat hiss etməyə başladım. Belə bir səbəbdən də 04 may 2023-cü il tarixdə bir daha Ağstafa MRX-na müraciət etməli oldum. Təəssüf və təəccüb doğuran hal o oldu ki, müayinə həkimi şəkər xəstəsi olmağımla bağlı mənə “resept” yazıb versə də, səhhətimdəki şəkərin dərəcəsini müəyyən edə bilmədi. Elə ki, həkimdən bunun səbəbini soruşdum, o halda o, “Bilirsənmi, mənim də çalışdığım Ağstafa MRX-da bir dənə də olsun belə, şəkər xəstəliyinin dərəcəsini müəyyən edən aparat yoxdur” dedi. Həkimdən belə bir cavabı eşidərkən şok oldum. Yəni, öz-özümə sual etdim ki, bu qədər də biabırçılıq olar? MRX-da şəkər xəstəliyinin dərəcəsini müəyyən edən aparat olmasın? Elə ki, bu məsələ ilə bağlı baş həkim İlham Sofiyevin qəbulunda oldum və ona bu məsələ ilə bağlı kəskin narazılığımı bildirdim, o halda o, “Sənin ağlın hara gedib? Məgər, sən bilmirsənmi ki, Ağstafa MRX-na Səhiyyə Nazirliyi şəkər ölçən aparat vermir? Nazirlik bizə vermir, biz də nə sənə, nə də ki, digər xəstələrə xidmət göstərə bilmirik” deyə cavab verdi. Düzdür, baş həkim vəzifəsini daşıyan bu şəxsin verdiyi cavaba heç cür inanmadım. Eyni zamanda ona bu məsələ ilə bağlı aidiyyatı orqanlara, o cümlədən Səhiyyə Nazirliyinə Baş Prokurorluğa şikayət edəcəyəm dedikdə, İlham Sofiyev mənə “Get, kimə istəyirsən şikayət et” dedi. O halda dərk edib başa düşdüm ki, deməli ya Səhiyyə Naziri yalan danışır, yaxud da ki, bu şəxs yaşadığımız Azərbaycan Respublikasında bir kimsəni saya salmır, ölkə qanunlarının əhəmiyyətinə məhəl qoymur. Bəli, baş həkimin bu cür cavabı bir anlığa olsa belə hər kəsi düşünməyə sövq edir. Necə ola bilər ki, bir kimsə bu ölkədə əhəmiyyətli vəzifə sahibi olsun, amma həmin şəxs ölkə qanunlarına məhəl qoymasın?” Deməli, Ağstafa MRX-da yaşananlarla bağlı dolaşan söz-söhbətlərin, müəyyən giley-güzarların, baş alıb gedən vətəndaş narazılıqlarının və sairələrin həqiqət olmasını baş həkim İlham Sofiyev həm danışığı, həm də davranışı ilə sübuta yetirir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Səhiyyə Nazirliyinin TƏBİB-in rəhbərliyi qeyd olunan problemlərin varlığı ilə bağlı lazımi araşdırmalar aparacaq və 2020-ci ildən Ağstafa səhiyyəsinə rəhbərlik edən bu şəxsin əməlləri ilə bağlı lazımi ölçü götürüləcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

P.S. Faktları dəqiqləşdirmək üçün baş həkim, İlham Sofiyevlə telefon əlaqəsi saxladıq. O, ilk dəfə Bəhlul Əliyevin ona müraciət etmədiyini və elə bir söz işlətmədiyini dedikdə biz yenidən Bəhlul Əliyevə zəng vurub baş həkimin mövqeyini ona bildirdik. Bəhlul Əliyev dediyi fikirlərinin üstündə durduğunu, və baş həkimin bu özbaşınalığı barədə baş prokurorluğa müraciət edəcəyini dilə gətirdi. Biz yenidən cənab baş həkimə zəng etdikdə bu dəfə onun dili topuq çalıb, mən elə demədim, dedim ki, şəkər ölçən aparatımız hələ gəlib çıxmayıb, yoldadır»

Mövzuya qayıdacağıq.

Deryaz.az

Tovuz MTKİB-nin rəisi Zöhrab Əhmədov qanunsuz işlərini icra başçısının adından həyata keçirir

Ardını oxu...

Tovuz şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədovun öz vəzifəsi ilə bir araya sığmayan kommersiya fəaliyyəti barədə, əhali və qeyri — əhali qrupu ilə heç bir qarşılıqlı müqavilə bağlanmadan özbaşına pul yığımlarını davam etdirməsi, əhalidən 3 manat, qeyri — əhali qrupu üzrə isə 15 — 20 manat toplanması haqda tənqidi məqalələrimiz yəqin ki, daimi oxucularımızın yadındadır. Onu da qeyd etmişdik ki, işləri yarıtmaz, keyfiyyətsiz və başdansovdu aparılan MTKİB-nin tənqidə tuş gələn rəisi Zöhrab Əhmədov fəaliyyətində müsbət dönüş etməyə çalışmaq əvəzinə, işçilərindən şübhələnərək, onların sırasından özünə yaxın olmayanları gözümçıxdıya salaraq onları qorxudur, işdən qovacağı ilə hədələyir.

Bu günlərdə yenidən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, Tovuz şəhərinin Xətai küçəsində budama adı ilə çoxillik ağacların kütləvi qırımı həyata keçirilir. Təqdim olunan şəkillərdən də açıq məlum olur ki, işlərə rəhbərlik Zöhrab Əhmədovun şəxsən özü tərəfindən həyata keçirilir. Belə ki, mayın 4-də səhər saat 11:00 — 13:00 radələrində Tovuz şəhər Xətai küçəsində,  Tovuz Rayon Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədov rəhbərliyi altında ağacların kütləvi qırımı aparılmışdır. Küçə sakunləri buna etiraz edərkən isə Zöhrab Əhmədov bildirib ki, bu, icra başçısının tapşırığıdır,  heç kim mane ola bilməz.

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

Xətai küçəsində yaşayan sakinlərin sözlərinə görə, edilən bütün narazılığa baxmayaraq, Zöhrab müəllim çoxillik ağacların kəsilməsinə və dərhal ərazidən daşınmasına göstəriş verib.

Məsələ ilə bağlı araşdırmamız davam edir

Deryaz.az

Ardını oxu...
Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında fövqəladə vəziyyətin bitdiyini açıqlayıb.

Amma buna baxmayaraq, Azərbaycanda müayinə üçün xəstəxanalara müraciət edən xəstələrdən koronavirus infeksiyasına qarşı testin verilməsi tələb olunur.

Mərkəzi Gömrük Hospitalına müraciət edən ürək xəstəsi "Qaynarinfo"ya açıqlamasında bildirib ki, ondan xəstəxanada məcburi qaydada COVID testindən keçirilməsi tələb olunub:

"Ürəyimdə problem var, bu məqsədlə xəstəxanaya müraciət etdim. Orada məndən analiz nümunələri götürülərkən koronavirus infeksiyasına qarşı testdən keçməyimi tələb etdilər. Dedim ki, bütün dünyada pandemiya bitib, koronavirus testi kimə və nəyə lazımdır? Onlar yenə də bu testdən keçməyimi istədilər. Mən də məcbur olub koronavirus testi verdim və buna görə xəstəxananın hesabına 30 manat pul köçürdüm. Ürəyimin koronavirusla nə əlaqəsi var? Testi verəndə həmin otağın qarşısında 30-dan çox xəstə növbəyə dayanmışdı, hamısı da deyinirdi və bu testdən keçmək istəmədiklərini bildirirdilər”.

Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxladıq. Oradan Qaynarinfo-ya bu gün xəstələrdən koronavirus testinin götürüldüyü bildirilib:

"Portala qeydiyyata düşmək üçün götürülən yaxma nümunəsinin testi 65, ekspers analiz isə 37 manatdır. Ekspress testi portala düşmür, COVID olub-olmadığını göstərir. Müayinəyə gələn xəstələrdən test tələb olunmur, xəstə özü istəyirsə, bu analizdən keçə bilər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qaynarinfo-ya bildirllib ki, Mərkəzi Gömrük Hospitalı bu quruma tabe deyil.

Qlobal.az
Ardını oxu...
Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən şikayətçi 2017-ci ildən tanıdığı, “EVROSTROY-S.S” MMC-nin və SİPARK yaşayış kompleksinin sahibi Taleh Abbasov tərəfindən aldadıldığını bildirib.

Belə ki, A.Ağayev T.Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə külli miqdarda pul aldığını deyib: “Taleh tikdiyi binaların yaxşı yerlərdə olmasını, qısa müddətə tikintini qurtaracağını, bu binalardakı mənzillərin qiymətinin daha da bahalaşacağını deyərək məni şirnikləndirdi. Onun təkliflərindən sonra 19.03.2018-ci il tarixdə müqavilə ilə həyat yoldaşım N.Ağayevanın adına “EVROSTROY-S.S” MMC-nin Nərimanov rayonu, M.Sənani küçəsində tikdiyi binadan 313 kv.m sahəli 5 otaqlı, 23.01.2019-cu il tarixdə isə Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən binadan 93.75 kv.m sahəli 2 otaqlı mənzili öz adıma, dəyərini tam ödəməklə aldım. Bundan sonra, yəni 02.04.2019-cu il tarixdə isə həmin binadan daha bir mənzili tam ödənişlə aldım”.

A.Ağayev bildirib ki, 2020-ci ildə binaların tikintisinin dayandırıldığını görüb və problemlər də bundan sonra yaranıb. O, üzləşdiyi vəziyyətlə bağlı Baş Prokurorluğa müraciət edib: “Mən 2020-ci ildə Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu ilə görüşərək onlara Təbriz küçəsində tikilməli olan binanın inşasının dayandığına görə irad bildirdim. Dedilər ki, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “EVROSTROY-S” MMC-də hazır mənzillər var. Oraya gedib birgə mənzillərə baxdıq və onlarla razılaşdım. Razılaşmamıza görə, mən Təbriz küçəsindəki iki evi və əlavə 73 min dollar ödəniş edərək Yasamal rayonunda H.Cavid prospektində yerləşən tikintisi başa çatmış “EVROSTROY-S” MMC-nin balansında olan binadan mənzil götürməli idim. Bundan sonra Talehə 38 min dollar verdim. Xaricdən gətizdirdiyim və 35 min dollar dəyəri olan “Toyota” markalı avtomobili də onlara verdim. Lakin sonradan mənzillərin dəyişdirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə başladılar, hazırda mənə nə yeni, nə də köhnə mənzillər təhvil verilib”.

A.Ağayev əlavə edib ki, bir ay əvvəl isə MMC-yə müraciət edərək M.Sənani küçəsində inşası başa çatmış binada olan 313 kv m sahəli mənzilini təmir etdirmək istəyib, lakin şirkət əməkdaşları tərəfindən mənzilinə buraxılmayıb: “Binanın həyətində Talehlə görüşdüm, ona müqavilələrimin əslini göstərdim. Lakin o, etiraz edərək digər binadakı iki mənzilimin verilməməsinə görə etdiyim şikayəti xatırlatdı və həmin məsələyə görə 150 min manat xərcinin çıxdığını dedi. Mənə bildirdi ki, şikayətimə görə xərclədiyi 150 min manatı ona verim, əks halda M.Sənani küçəsindəki binadan aldığım 5 otaqlı mənzilimi mənə verməyəcək. Mən bundan sonra ondan şikayət edəcəyimi bildirdim və mənzillərimi yenidən tələb etdim. Taleh isə mənə bildirdi ki, onun adamları var, “hara istəyirənsə, şikayət et”, dedi”.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, eləcə də Baş prokuror Kamran Əliyevə müraciət edib. O, müraciətində “EVROSTROY-S.S” MMC-nin rəhbəri Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu barəsində qanuni tədbir görülməsini, qeyd etdiyi fakt üzrə cinayət işinin başlanmasına və ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Ardını oxu...
Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynovun Salyanda “Samir 3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus torpaq sahəsini zəbt etdiyi bildirilir.

DİA.AZ bildirir ki, bu barədə Pravda.az-a MMC-nin rəhbəri Əlövsət Həsənov məlumat verib.

Qeyd olunub ki, Salyan rayon icra hakimiyyəti başçısının 14.12.1996-cı il 382-S və 05.03.1998-ci il 71-S saylı sərəncamı daimi istifadə üçün 70 hektar, uzunmüddətli (Müddət qeyd edilməyib. Torpaq Məcəlləsinə uyğun olaraq müddət qeyd edilmədikdə 99 il hesab olunur) istifadə üçün isə 103 hektar torpaq sahəsi ayrılıb. Daimi istifadə üçün torpaq aktı, uzunmuddətli istifadə üçün şəhadətnamə alınıb. Vəsaitim hesabına Salyan Rayon İcra Hakimiyyəti baçşısının müvafiq sərəncamı əsasında Kür çayından bu ərazilərə uzunluğu 8500 metr, diametri 530 millimetr olan su borusu çəkilib, Kür çayının sahilində nasos stansiyası inşa edilib. Su xəttindən bu günə kimi rayonun Yuxarı Noxudlu kəndi yeganə su xətti kimi istifadə edir. Kənddəki 120 ev, və kənd əhalisi üçün ayrılmış pay torpaqlar bu xəttdən təmənnasız olaraq suvarılır. İnşa etdirdiyim su xətti və nasosxananı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aktla təhvil vermişəm ki, su xəttindən digər ərazilər də səmərəli istifadə etsin. Bələdiyələr yaradıldıqdan sonra, bu torpaq sahələri öncə 3 bələdiyyənin, sonda isə 2 bələdiyyənin ərazisində əksini tapıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda hüquqi və fiziki şəxslərə verilmiş torpaqlar qeyd olunub. 2000-ci ildə, Prezidentin 17.01.1997-ci il 544 saylı fərmanına əsasən, müəssisənin fəaliyyəti yoxlanılmış və torpaq sahələri müəssisənin balansında saxlanılıb. 2015-ci ildən 103 hektar uzunmüddətli istifadəyə verilmiş torpaq sahələri sabiq deputat, general-leytenant Əliağa Hüseynovun adamları tərəfindən zəbt olunur. Bələdiyyəyə müraciət edildikdə “İcra Hakimiyyətinin göstərişidir”, “Bir illikdir, məhsulunu götürüb çıxacaq” kimi bəhanələr gətirirlər, çarəsizlikdən susub gözləmişəm. 2020-ci ildə Arbatan və Noxudlu bələdiyyələrinə məktubla müraciət etdim ki, torpaq sahələrinin kimin istifadəsində olduğu barədə məlumat verilsin. Bələdiyyələrdən rəsmi cavab gəldi ki, torpaq sahələri heç kimə verilməyib və “Samir 3” MMC-yə məxsusdur. Narazılıq artanda Əliağa Hüseynovun adamları ortaya ümumi sahəsi 97 hektar olan şəhadətnamə çıxardılar. Şəhadətnaməyə əsasən, 2014-cü ildə Arbatan və Noxudlu bələdiyyələri “Samir 3” MMC-yə icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və şəhadətnaməni ləğv edib, heç bir yerdə adı keçməyən hərrac yolu ilə Əliağa Hüseynovun oğlu Nizami Hüseynova satıblar. 2020-ci ildə aidiyyatı üzrə məhkəməyə müraciət etsək də, 3 il ərzində ədaləti bərpa edə bilməmişik, müxtəlif təhdidlər almışıq. Əliağa Hüseynov şəxsən mənə “Nə qədər lazımdırsa, xərcləyəcəyəm, o torpaqları sənə verməyəcəm” deyib. İş məhkəmədə olduğundan 103 hektar sahənin davamı olan 70 hektar torpaq sahəsinin suvarılmasına imkan verilmədiyi üçün istifadə mümkünsüz olub, torpaqlar yararsız hala düşüb. Bələdiyyələr bildirir ki, torpaq 15 illik verilib, müddət bitib və torpaq hərraca çıxarılıb. Birincisi elə deyil, sərəncamda müddət qeyd edilməyib. İkincisi, elədirsə, müddət 2013-cü ildə bitirdi, 2012-ci ildə qanunvericiliyə uyğun olaraq, ilk növbədə torpağın hazırki istifadəçisinə təklif olunmalıdır. Üçüncüsü, 2013-cü ildə də ləğv olunmamış şəhadətnamə və sərəncam 2014 də ləğv edilə bilməz, müddət keçmiş və ən azı yenə 15 illik şəhadətnamənin hüququ tanınıb. Şəhadətnamə 2014-cü ildə ləğv olunmuşdusa, hansı səbəbdən 2022-ci ildə bələdiyyə “Samir 3” MMC-yə verilmiş sərəncam və şəhadətnamənin ləğvi üçün vəsatət qaldırıb? Deməli ki, sərəncam və şəhadətnamənin faktiki olaraq qüvvədə olduğunu qəbul edirlər. Əliağa Hüseynovun güc hesabına bir çox kəndli və sahibkarın torpaqlarınına yiyələnib ki, sadəcə olaraq, camaat qorxusundan susur”.

Məsələ ilə bağlı Əliağa Hüseynovun mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmayıb.
 
Ardını oxu...
 
 

Mart ayının 30-da yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Füzuli Suvarma Sistemləri İdarəsi Aşağı Seyidəhmədli kənd 30/414, Bala Bəhmənli Kəndində 30/427, Böyük Haramı ərazisində 30/428, Horadiz şəhər park ərazisində 30/256, Kürdmahmudlu kəndində 30/7 TD, Mahmudlu-2 kəndində 30/255, Alxanlı-Kollu kəndində 30/051 və Kürdmahmudlu kəndində 30/238 reper nömrəli subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirmiş olduğu açıq tenderə yekun vurub və 10.05.2023-cü il tarixdə “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 268.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

 

Sözügedən portalda Füzuli Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası açıq tenderin başlanma tarixini göstərməsə də tenderin bir mənbədən satınalma metodu ilə həyata keçirildiyini açıqlayıb. Bəs “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bir mənbədən satınalma metodunu hansı hallarda keçirməyi tələb edir?

Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri: 21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

Qeyd edək ki, 268.000 manat məbləğində qiymətləndirilmiş açıq tenderdə yol verilən qanunsuzluqlar elə bu maddədən görsənir. Belə ki, apardığımız kiçik bir araşdırma zamanı Füzuli Suvarma Sistemləri İdarəsinin satınalma müqaviləsi bağladığı “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunun bu tələblərinə cavab verirmədiyi məlum oldu. Bu da konkret dəlillər.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ŞİRVAN ŞƏHƏRİ, 20 YANVAR, ev 2/7, qanuni təmsilçisi kimi isə Musazadə Ziya Vaqif oğlu qeyd olunub.

Göründüyü kimi, MMC açıq tender müsabiqəsi başlamazdan bir-iki ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu MMC-nin bir mənbədən satınalma metodunda iştirakına necə yol verilib? Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir mənbədən satınalma metodun keçirilməsinin hansı hallarda yol verildiyini yuxarıda qeyd etmişik. Tenderin də subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirildiyi elanda açıqlanıb. Yəni burada malların alınmasından söhbət getmir. Qalır subartezan quyularının təmiri. Təmir işlərinin aparılması üçün (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik çox MMC tapmaq olar. Yəni bu işləri görmək üçün əvəzedici, alternativi olan saysız hesabsış şirkət var. Maraqlıdır, Füzuli Suvarma Sistemləri İdarəsi nə üçün daha peşəkarlaşmış bir şirkəti deyil, məhz bir-iki ay əvvəl yaradılmış “OSKAR-AR” MMC -ni seçib? Axı Bu MMC-nin bir mənbədən satınalma metodu ilə tenderdə iştirakı ilə qanunun tələbləri qəti üst-üstə düşmür.

Qanunda göstərilir ki, mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda da bir mənbə satınalma metodundan istifadə etmək olar. Amma iki ayın MMC-si belə təcili tələbatı yerinə yetirə bilmək iqtidarındadımı? Digər tərəfdən, təmir xidməti nə vaxtdan əvəzedicisi və alternativi olmayan iş hesab olunur? MMC-nin hansı sahə üzrə ixtisaslaşması da məlum deyilsə.

Qanuna görə sifarişçi təşkilat hər hansı malları bir podratçıdan əvvəllər alıbsa, sonradan bir mənbədən satınalma metodundan istifadə edə bilər. Füzuli Suvarma Sistemləri İdarəsi “OSKAR-AR” MMC ilə əvvəllər hər hansı bir iş görə bilməzlər. Çünki MMC cəmi iki ay əvvəl yaradılmışdır. Bəs necə olur ki, Füzuli Suvarma Sistemləri İdarəsi satınalmadan iki ay əvvəl yaradılmış “OSKAR-AR” MMC ilə 268.000 manat məbləğində müqavilə bağlayıb?

Göründüyü kimi Füzuli Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası bir satınalmada ciddi qanun pozuntularına yol verib. Hansı ki, bu qanun pozuntusunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti görməyə bilməzdi.

Hələ üst qurum olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətlilərini demirik. Onlar bu qanun pozuntuntusuna necə yol veriblər? Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC-nin qanuni təmsilçisi isə Samir Teymur oğlu Məmmədovdur. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki idarələrdə satınalmaları hər kəs istədiyi metodlarla keçirirsə, yəni satınalmaların təşkilinə nəzarət yoxdusa bu MMC nə üçün yaradılıb? Amma çox maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti belə bir MMC-nin hansı zərurətdən yaradılması barədə heç bir məlumat verməyib. Məlumatı 27 aprel 2022-ci ildə elektron media vasitələri “Vergilər” qəzetinə istinadən yayıblar.

Əldə etdiyimiz məlumatlara görə Səhmdar Cəmiyyətinin tabeliyində xəlvət yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin sədri Samir Məmmədov hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsini daşıyan Zaur Mikayılovun ən yaxın adamlarından biridir. Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsinin rəisi isə Əhməd Əsgərovdur. O, bu vəzifənin başına 2011-ci ildə, yəni Suvarma İdarəsinin keçmiş rəisi Alı Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra gətirilib. Məlumatlara görə Əhməd Əsgərov həm də rayon İcra Hakimiyyətinin başçısının qohumudu. Artıq 75 yaşı olan Əhməd Əsgərovun hələ də vəzifə başında qalmasının səbəbkarı da köhnə korrupsioner Alı Alıyevlə gənc kadr Zaur Mikayılovdur.

Aktualinfo.org

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti