Ardını oxu...
Abşeron rayonunun Masazır kəndində tikilən obyektin sahibi yol kənarındakı ağacların “soyqırımı”nı həyata keçirib.

Oxu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Yayılan görüntülərdə obyektin tikintisi zamanı binanın qarşısında ağaclar müşahidə edilsə də, bir müddət sonra çəkilmiş videoda həmin ağaclar gözə dəymir.

Videonu təqdim edirik:

 
 
Ardını oxu...
Uzun müddətdir ki, ölkənin maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) barəsində ilginc məlumatlar yayılıb.

İddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğullar” MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi nədənsə məhz Ramazan Mirzəyevin şirkətləri olub. Bu tenderlər barəsində yerli mediada onlarla yazılar dərc edilib. Hacıbala Abutalıbovla Hacının ortaqlığı, milyonlarla gəliri olan tenderləri birlikdə idarə etmələri barəsində yetərincə yazılar yazılıb.

Bu böyük tenderlərdə qalib olub, milyonlar qazanan Ramazan Mirzəyevlə yeni iddialar isə onun Şəbnəm Tovuzlu ilə olan münasibəti ilə bağlıdır. Belə ki, məlumata görə, Ramazan Mirzəyev Şəbnəm Tovuzlu ilə qeyri-rəsmi həyat yaşayır. Mirzəyev özü rəsmən boşanmış olsa da, Tovuzlu ilə rəsmi ailə həyatı qurmayıb.

Onları bir-birinə qanunla tanınmayan dini nikah bağlayır. Bu münasibətdən onların Əli adında övladları da var. Ramazan Mirzəyev Şəbnəmə yetərincə pul xərcləyir. O, Ş.Əsədovaya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 min manat dəyəri olan avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və onunla dini kəbin kəsdirib. Məsələn, Ş.Tovuzlunun bu məsələ ilə bağlı verdiyi açıqlamalardan biri belədir:

“Sosial şəbəkədə yazırlar ki, “Şəbnəm xanım ailə dağıdır”. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var”.
Mənbə: Minval.info
 
Ardını oxu...

DogruXeber.az: - Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin biznesinin siyahısı yayılıb.

Civilazerbaijan.com bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Həmin siyahını təqdim edirik:

Tikdirdiyi yaşyiş binaları:

- BAKIXANOV REZİDENS A
- BAKIXANOV REZİDENS B
- BAKIXANOV REZİDENS 1
- BAKIXANOV REZİDENS 2
- BAKIXANOV REZİDENS 3
- FİRELAND
- FİRELAND2
- RAMANA REZİDENS
- BRİLLİANS REZİDENS 1
- BRİLLİANS REZİDENS 2

Yeni yaşayış binaları layihələri:

- BAKIXANOV ZƏFƏR1
- KOROĞLU REZİDENS

Avtomobil satış mərkəzləri:

- PORSHE BAKI MƏRKƏZİ
- AUDİ BAKI MƏRKƏZİ
- CHERY BAKI MƏRKƏZİ
- GEELY BAKI MƏRKƏZİ

Şirkətlər:

- ƏFƏNDİLƏR GROUP
- ƏFƏNDİLƏR MMC
- EURO STYLE LTD. MMC
- "YENİ SABUNÇU" MƏNZİL TİKİNTİ KOOPERATİVİ
- "YAŞIL CONSTRUCTİON" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ
- "BƏRGÜŞAD-Ş" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ
- AVTOMOBİL TƏMİRİ MƏRKƏZİ

"Volkswagen AG"nin Azərbaycanda rəsmi dileri (Nizami r-nu, Babək prosp. 35 A Bakı)

- CAFE CAYENNE (57 Üzeyir Hacıbəyov, Bakı).//civilazerbaijan.com

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...


Ardını oxu...
"Mən bilirəm ki, mənim maaşımdan 80 manat kəsilməlidir. Bunu özüm bilirəm, amma mənim maaşım bu ay hamısı kəsilib. Burda Hafiz müəllim, mənim rəisim Rövşən müəllim dedi ki, sənin artizanın xarab olub, ona görə bu ay maaşımın hamısı kəsilib."

"DogruXeber.az" bildirir ki, bu sözləri redaksiyamıza göndərilən videomüraciətdə Ağdam rayon sakini Rüstəmov İxtiyar Böyükkişi oğlu deyib.

O, bildirir ki, Ağdam Mexaniki suvarma idarəsində işləyir. Hər dəfə artizanlarda nasazlıq yarandığında təmiri üçün 80 manat onun, 124 manat sahə rəisi Rövşən adlı şəxsin maaşından tutulur. Bu dəfə isə "sənin artizanın xarab olub" deyərək, onun bütövlükdə maaşı kəsilib.

İnsanın öz hüquqlarını bilməməsinin yaranan ən böyük fəsadlardan biri də məhz Ağdam rayonunun bu sadəlövh, zəhmətkeş sakini İxtiyar Rüstəmov kimi haqqının əlindən alınmasıdır. Sahə rəisinin də maaşından "onunkundan daha çox tutulması" nağılına o, qədər ürəkdən inanıb ki, fürsət tapmışkən, öz dərdi ilə bərabər, onun da "dərd"ini ictimailəşdirməyi özünə borc bilib.

Amma, bu saf insanın "dili bu dəfə başına bəla olub". Redaksiyamıza deyilən məlumata görə, onu gileyləndiyi üçün işindən azad etməklə təhdid ediblər.

Belə çıxır ki, Ağdam Mexaniki suvarma idarəsinin rəisi - eyni zamanda rayonun Xındırıstan kənd sakini Hafiz Əzimzadə səlahiyyətindən Sui-istifadə edərək, həmyerlisini həm ələ salır, həm də onun hər dəfə müxtəlif bəhanələrlə, sözün əsl mənasında "çörəyini əlindən alır"mış.

Yəqin, yayılan görüntülər isə bu "çörəyin əldən çıxması təhlükəsi"ni yaratdığı üçün, vətəndaşın "gözünü qorxutmaq fürsəti"ni də yoxlamaq istəyiblər. Hər halda, əldə etdiyimiz məlumata görə, vətəndaş özü bu barədə görüntüləri bizə göndərən şəxsə bildirib.

Görünür Zaur Mikayılovun istər Bakı və Sumqayıt şəhərləri ərazisində, istərsə də bölgələrdə fəaliyyət göstərən əməkdaşları vəzifə səlahiyyətlərinin hər detalından "səmərəli" istifadə etməkdə mahirdirlər. Amma, Hafiz Əzimzadə daha da irəli gedərək, işin "ağını çıxarıb.



Redaksiyamıza edilən müraciətlərdən, göndərilən məlumatlardan, eləcə də müxtəlif saytlarda dərc olunan vətəndaş şikayətlərindən və sair bəlli olur ki, Zaur Mikayılov rəhbərlik etdiyi "Melorasiya və Su Təsərrüfatı" ASC -ni - Dövlət Su Ehtiyatları Agentliyini şəbəkə biznesi kimi idarə edir.

Onsuzda Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Xəlilov nümunəsi, tutduqları vəzifədən necə istifadə etməyin, hansı yollarla yüksək gəlir əldə etməyin, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyev və onun işçisi Kənan bəy nümunəsi vətəndaşlarla kobud davranışların, onları təhdid və təhqir etməyin aşkar sübutudur sanırdıq, amma, sən demə onlardan da irəli getməyə cəsarət edən daha bir "qəhrəman" - Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə var imiş.

Yəqin, bu cəsarəti Hafiz Əzimzadəyə verən, illərdir korrupsioner əməlləri ilə mətbuatda gündəm olan Əhliman Kərimovu, Dövlət əmlaklarına ziyan vurmaq və digər vasitələrlə gəlir əldə edən Tahir Xəlilovu, Vətəndaşlarla məmur adına yaraşmayan şəkildə rəftar edən Etibar Nəbiyevi edilən şikayətlərə, yayımlanan faktlara rəğmən prokurorluq və aidiyyatı qurumun rəhbəri Zaur Mikayılovun hələ də qanunla cəzalandırmaması verir.

Adı çəkilən idarələrdən - Zərdab və Kürdəmir rayonunda təmirə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi yüz minlərlə qiyməti olan texnikaların yararsız vəziyyətdə qalmasına, lazımi işlərin (suvarma arxları və kollektorların təmizlənməsi) vaxtında aparılmamasına səbəb olur. Hafiz Əzimzadə isə bu barədə daha "geniş düşünərək", həm təmir üçün ayrılan vəsaiti "çırpışdırmağ"ın, həm də yerli sakinlər bundan duyuq düşüb, sikayətçi olmasın deyə, problemi aradan qaldırmağın yolunu tapıb - hüququnu bilməyən əməkdaşların əmək haqqından kəsmək.

Yeri gəlmişkən, Şəmkir rayon Sarıtəpə kənd sakini Abbasəli İbrahimovun redaksiyamıza göndərdiyi videoda bu rayonda da uzun illərdir su görməyən və artıq dolmaq üzrə olan kollektorların, ərazi üzrə mexaniki suvarma idarəsinin təmirinə 60.000 (altmış min) manat vəsait xərcləndiyi deyilən (ən azından rəsmi sənədlərdə bu cür qeyd edilən) emalatxananın və bu emalatxananın ətrafında susuzluqdan məhv olmuş əkin sahələrinin görüntüləri öz əksini tapıb.

Vətəndaş dövlət büdcəsindən külli miqdarda vəsait xərclənərək alınan su nasoslarının istifadə olunmadığını deyir.

Maraqlıdır ki, bütün bunlara və rəhbərlik etdiyi idarənin Kənan adlı məsul əməkdaşının vətəndaş Abbasəli İbrahimovu telefonda təhqir etməsinə çox sərbəst reaksiya verən Şəmkir Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyevin mövqeyini öyrənmək üçün zəng etdiyimizdə, həmçinin ona, dediklərimizə dair görüntülərin və səs yazısının mövcud olduğunu bildirdiyimizdə birdən qanunları xatırladı. Səs yazmağın qanunsuz olduğunu deyib, bundan özünə haqq qazandırmaq üçün ipucu kimi istifadə etməyə çalışdı.

Demək ki, Etibar müəllim qanunları da, qanunda vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlətə ziyan vurmağın cinayət əməli olduğunu da gözəl bilir.

O, zaman sual yaranır, bu arxayın, sərbəst "fəaliyyət"in arxasında dayanan səbəb nədir?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tibb məntəqəsi acınacaqlı vəziyyətdədir.
21 saylı birləşmiş şəhər xəstəxanasının nəznində olan tibb məntəqəsi hazlrda 2 saylı uşaq poliklinikasi kimi fəaliyyət göstərir.
Maraqlısı isə odur ki, binanın birinci mərtəbsi Mənzil İstismar Sahəsinindir, 2-ci mərtəbəsi isə poliklinikanın…
Bizimlə danışan tibb işçisi bu sınıq-tökük məntəqədə 7000 xəstəyə baxıldığını deyir.
TƏBİB-dən isə əksi bildirildi. Yəni, hazırda 21 saylı birləşmiş şəhər xəstəxanasının nəzdində olan tibb məntəqəsi fəaliyyət göstərmir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu tibb məntəqəsi uzun illərdir bu vəziyyətdə fəaliyyət göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “Mətbəə məhsulları” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “CBS-PP” MMC olub. Qalib şirkətə 294 901 manat ödəniləcək.

Dia-az.info-nun məlumatına görə, tender müsabiqəsinin qalibi olan "CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Qeyd edək ki, "CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Hikmət İsmayılov eyni zamanda "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.

Yəni görünəni odur ki, QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... Yəni Heydərov cənabları "öz əlim, öz başım" deyib dövlət büdcəsinin üstünə rəsmən çöküb...
 
 
 
Ardını oxu...
Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub
Son vaxtlar mediada Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən bir çox rəhbər vəzifəli şəxslərin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair cinayət işinin başlanılması barədə məlumatlar yayılmaqdadır.

Bu məlumatlarda daha çox Regional Mədəniyyət İdarələrinin tabeliyində olan gözdən uzaq musiqi məktəblərində, mədəniyyət evlərində, kitabxanalarda, muzeylərdə vəzifəli şəxslərin mənimsəmə və israf etmə, rüşvət alma kimi qanuna zidd əməllər törətdikləri qeyd olunur.

Elektron mediada yayılan məlumatlarda son vaxtlar Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bir çox mədəniyyət müəssisələrində də narazılıqların çoxaldığı bildirilir. Belə ki, müəmmalı şəkildə Mədəniyyət naziri postundan atımış Anar Kərimovun Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə gətirdiyi, birinci dərəcəli müşavir diplomatik rütbəsinə malik Qalib Həsənov indi regionun kənd müsiqi məktəblərində naraqzılıqlar yaradır. Yeni mədəniyyət naziri Adil Kərimlinin əmri ilə yeni yaradılmış Qarabağ regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilən Qalib Həsənov mediada yayılan məlumatlara görə artıq heç kimi saymır və mədəniyyət müəssisələrində istədiyi vaxt xoşu gəlməyənləri işdən çıxarır, istədiyi şəxslərə də himayədarlıq edir.

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyindəki klub, kitabxana, incəsənət və musiqi məktəblərindəki neqativ halların, özbaşınalıqların baş verdiyi bir mədəniyyət müəssisəsi də Bərdə şəhərində fəaliyyət göstərən 3 nömrəli Uşaq Musiqi Məktəbidir. Bu barədə Aktualinfo.org redaksiyasına verilən məlumatda bildirilir

Məlumatda qeyd edilir ki, məktəbin direktoru Fəqani Əliyev sözügedən vəzifəyə Vidadi İsayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra gətirilib. Artıq 12 ildən çoxdur ki, məktəbə rəhbərlik edir. Odur ki, Musiqi Məktəbinin fəaliyyətinə ciddi nəzarət etmir, istədiyi vaxt gəlir, gedir. Burada çalışan müəllimlərin əksəriyyəti də Fəqani Əliyevə yaxınlığı ilə tanınır. Elə ona görə də direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi kimi hallara ciddi nəzarət etmir. Bu da Musiqi Məktəbində müəllimlərin dərslərini keyfiyyətli şəkildə keçməmələrinə səbəb olur. Direktorun məktəbdə dərs saatlarının bölüşdürülməsində də ayrıseçkiliyə yol verdiyi, ona yaxın olan müəllimlərə 30 dərs saatı yazdığı halda, bəzilərinə 8-10 dərs saatı yazaraq kifayətləndiyi bildirilir. Qeyd edilir ki, direktor hər ay müxtəlif bəhanələrlə bir çox müəllimlərin əmək haqlarından qanunsuz pul tutulmaları da aparır.

Hətta qeyd olunur ki, Bərdə 3 nömrəli Uşaq Musiqi Məktəbində araşdırma aparılarsa adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazıldığı, uşaqların sayını artırmaqla siniflərin yaradılması və bununla da külli miqdarda dövlət vəsaitinin mənimsəməsi halları da aşkarlana bilər.

Məlumatlara görə direktor Fəqani Əliyev Uşaq Musiqi Məktəbində təhsil alan şagirdlərin də sayının süni şəkildə şişirdir. Bəzi ixtisaslar üzrə qəbul zamanı uşaqların valideynlərindən pul da alır. Yoxlama aparılarsa məktəbdə heç zaman görsənməyən şagirdlər üzə çıxa bilər. Bu isə məlum məsələdir ki, siniflərin sayını artırmaqla direktor dövlət büdcəsindən artıq vəsait əldə etmiş olur.

Direktor Fəqani Əliyevin hətta vəzifəsindən sui-istifadə edərək Qarabağ Reginoal Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla əlbir olub rəhbərlik etdiyi məktəbdə işə qəbullar etdirdiyi, onlarla şəxsin adını məktəbdə müəllim kimi qeyd edərək, həmin müəllimlər işə gəlmədikləri halda onlara yüksək əmək haqqı yazdıraraq külli miqdarda dövlət vəsaitlərini mənimsədiyi də deyilir ki, bütün bunların hüquq mühafizə orqanları tərəfindən araşdırılmasına ciddi ehtiyyac olduğu da məlumatlarda yer alıb.

Həmçinin qeyd edilir ki, direktor rayonda olan havadarlarına və rəisi Qalib Həsənova arxayın olaraq ciddi qanun pozuntularına yol verir, müəllimlərin etirazlarına heç bir əhəmiyyət vermir, açıq şəkildə bildirir ki, mən heç kimdən qorxmuram. Bir sözlə direktor Fəqani Əliyev Bərdə rayonundakı 3 nömrəli Uşaq Musiqi Məktəbini 13 ildir ki, öz şəxsi mülkü kimi idarə etdiyi söylənilir.

Qeyd edək ki, Bərdə rayon 3 nömrəli uşaq musiqi məktəbi 1993 – cü ildən fəaliyyət göstərir. Məktəbdə 190 nəfər müəllim 396 şagirdə fortepiano, tar, qarmon, kamança, səs, skripka kimi ixtisaslar üzrə dərs keçirlər. Məktəbdə 3 şöbə fəaliyyət göstərir, xalq çalğı alətləri şöbəsi, fortepiano şöbəsi, nəzəriyyə şöbəsi.Bunlar rəsmi məlumatlardır. amma qeyri rəsmi məlumatlara şgirdlərin sayı göstəriləndən iki dəfə çox olduğu bildirilir. Bir sözlə Musiqi Məktəbinin həm müəllim heyətinin həm də şagirdlərin sayının dəqiq sayını bilən yoxdu.

Direktor Fəqani Əliyevə gəlincə. Rəsmi məlumatlara görə 1993-cü ildə Q.Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Texnikomunun Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisasını bitirmişdir. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Musiqişünaslıq ixtisası üzrə təhsil alıb. 1995-2006-cı illərdə Bərdə 3 nömrəli uşaq musiqi məktəbində qarmon müəllimi işləmişdir. 2006-cı ilin dekabr ayından 2011-ci ilə qədər Divanlı kənd uşaq musiqi məktəbində direktor, 2011-ci ildən hal-hazıra kimi Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbində direktor vəzifəsində işləyir.

Aktualinfo.org
 

Ardını oxu...

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət Evinin Metodisti, İctimai-fəal,  Mubarizciler.az xəbər portalının baş redaktoru, Goranboyda Şəhidlərimizi tanıyaq və tanıdaq adlı layihənin rəhbəri Elçin Məhəmməd oğlu Tağıyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Goranboy rayon Komitəsinin sədri Nizami Məhəmmədəli oğlu Abdullayevin rəhbərliyi ilə Mədəniyyət işçilərinin səs vermə yolu ilə keçirilən sçkidə Elçin Tağıyev Goranboy rayon Mədəniyyət Mərkəzi işçilərinin ilk  Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Mubarizciler.az xəbər verir ki, Elçin Tağıyev 2006-cı ildən Mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışmış, rayonun ictimai-siyasi həyatında keçirilən bütün tədbirlərdə fəal iştirak etmiş, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin və Naftalan Şəhər İcraHakimiyyətinin başçısı cənab Vüqar Novruzovun imzası ilə səmərəli fəaliyyətinə görə "Fəxri Fərman" lara təltif edilib.

Ardını oxu...

Ardını oxu...

 Eyni zamanda Şəhid ailələri və Qazilərə keçirdiyi görüşlərə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyyətinin sədri Polkovnik Mehti Mehtyevin imzası ilə 14 N-li 11.10.2021-ci il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə Görə" 28 N-li 10.01.2023-cü il tarixliqərarı ilə "Vətən Naminə" medalları ilə təltif edilmişdir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Elçin Tağıyev ümumilikdə ölkənin 17 rayon və şəhərində Şəhid, Milli Qəhrəman və Qazi ailələri ilə görüşlər keçirərək öz sosial şəbəkəsində ictimailəşdirmişdir. Elçin Tağıyev üzərinə düşən vəzifəsini şərəflə icra edən Mədəniyyət işçisi və ictimai-fəaldır.

Elçin Tağıyev 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ardını oxu...
“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur”.
Bu barədə, ölkənin digər media vasitələri kimi, araz.az-a da göndərilən şikayətçi yazısında deyilir. “Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.
Tikinti üçün icazə almaq istəyənlərə sual: “Mənə neçə mənzil verə bilərsən?” Artıq xeyli müddətdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bina tikintisi üçün nəzərdə tutulan dövlət standartlarının siyahısına yeni və bütün digər standartlardan daha önəmli olan bir standart gətirib. Bu da bina inşası üçün icazə almaq istəyən hər kəsin tikəcəyi binadan Ramin Abdullayevə bir neçə mənzil peşəkəş etmək məcburiyyəti ilə bağlıdır. Nə qədər inanılmaz görünsə də, Ramin Abdullayev bina tikintisi üçün ona müraciət edən şəxslər qarşısında sadəcə bir tələb qoyur: Tikiləcək hər binadan ona bir neçə mənzil verilməlidir!”

Davamı var…

araz.az
Ardını oxu...

Korrupsiya.az informasiya agentliyinə, etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasına yeni təyin olunan müdirəsi Məhərrəmova Fəranə, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə dövlət müəssisəsində rəsmən at oynadır.

Redaksiyamıza daxil olan vətəndaş şikayətin də bildirilir ki, bağça müdirəsi bağçaya təyin olunduğu gündən, tabeliyində olan 26 tərbiyəçi müəlliməni təhdid edərək, hədə-qorxu gəlir.Səs yazısında bağça müdirəsi çəkinmədən dəbdəbəli həyat tərzini nümayişkərcasına pedaqoji kollektivə nümayiş etdirir, hətta çəkinmədən son model avtomobilinin olduğunu fəxrlə etiraf edir.

Mənbə bildirir ki, müdirə Məhərrəmova Fəranə, “fond pulu” ilə bağlı müəllimlərdən məcburi pul yığını tələb edir. Bu pul yığımında adı isə “fond pulu” hesab edilir.

Düşünürük ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu özbaşınalıqın aradan qaldırılması ilə bağlı tapşırıqlarını verərək, ictimaiyyətə ətraflı məlumat veriləcək.Ətraflı faktlar səs yazısında….

Mövzunu diqqətimizdə saxlayacağıq.

 
 

Dünyapress TV

Xəbər lenti