Ardını oxu...
"SOCAR Nəqliyyat idarəsinin 2 saylı Departamentinin işçisi aprel ayında 22 gün xəstə olub. Və bunun üçün ona həkim tərəfindən xəstəlik vərəqəsi verilib. Həmin günlərin müəyyən hissəsi (7 gün) Departament tərəfindən ödənilib. Üç aydan sonra 23.07.24 tarixində idarə hüquqşünası onu çağırıb və deyib ki, bülletenin "saxta" çıxıb, ya özün ərizə yazıb işdən çıx, yaxud da ki "statya" ilə işdən azad olunursan. Departament rəisi cənab Rövşən Əhmədov işçiyə deyib ki,tapşırıq Baş idarədəndir..." Dia-az.İnfo bildirir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Daha sonra tanınmış hüquq müdafiəçisi belə bildirir: "Bu halda cənab hüquqşünas və ona bu tapşırığı verən Departament rəisi sualları cavablandıra bilsəniz şad olaram:
-Həmin xəstəlik vərəqəsini işçi saxta yolla hazırlayıb?
-Həmin xəstəlik vərəqəsinin qeydiyyatına, işçi cavabdehdir?
-Xəstəlik vərəqəsi dövlət sənədidir,o saxta sayıla bilməz.
-Həmin xəstəlik vərəqəsi "saxta" idisə rəhbərlik etdiyiniz Departamentin müvafiq şöbələri niyə ödəniş edib? Niyə yoxlamayıb? Bu halda onlar da işdən azad edilməlidirlər?
Sonda:
- İşçilərə xəstəlik vərəqəsinin verilməsi hüququ - Azərbaycan qanunvericiliyinə görə tibbi orqanların səlahiyyətlərinə aiddir, idarə, müəssisə və təşkilatlar tərəfindən müdaxilə isə yolverilməz və qanunsuzdur. Buna görə işçiyə təzyiq etmə,onu işdən azad etmə qeyri qanunidir!
- İşçilərə verilmiş xəstəlik vərəqələri - tibb müəssisələrinin deyil, yalnız məhkəmə qərarları əsasında ləğv edilə bilər.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi olaraq etdiyiniz hərəkət və təzyiqi, əsassız və qanunsuz hesab edirik..."
 
Ardını oxu...
Nəhayət, əmanətçi-müştərilərinin daim tənqidinə məruz qalan “Muğan Bank” ASC-nin lisenziyası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilidi…Tezadlar.az ADIF-a istinadla bildirir ki, hazırda bankın əmlakının satılması üçün müştəri axtarılır, lakin hələki bu əmlaklara sahib olmaq istəyən yoxdur…

Onu da deyək ki, bankın fəaliyyətinin dayandırılmasının bir səbəbi var: buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır. Odur ki, “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank”ın lisenziyası ləğv olunub, Banka müvəqqəti inzibatçı təyin edilib və kredit təşkilatının müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. “Muğan Bank”ın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. “Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, sektorun öhdəliklərində isə 1,3 % təşkil edir. Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. “Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.

“Muğan Bank” 1992-ci ildə yaradılıb və uzun illər deputat olmuş Əhməd Vəliyevin ailəsinə məxsus olub. O, həm də “Odlar yurdu” Universitetinin sahibidir. Bankın nizamnamə kapitalı hazırda 162,5 milyon manatdır. Bankın səhmlərinin 40 %-i Munir Vəliyevə, 33,85 %-i Samir Vəliyevə, 16,27 %-i Vəfa Vəliyevaya, 9,22 %-i Fəridə Mehdiyevaya, 0,66 %-i isə Elmir Mehdiyevə məxsusdur.

Beləliklə, ailə bankı idarəçilikdə yol verilən nöqsanların qurbanı oldu.tezadlar.az
 
Ardını oxu...
“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ona müraciət edən işçilərin hüquqlarını müdafiə etmək əvəzinə başqa işlərlə məşğuldur. Ona görə işçilər hüquqlarının müdafiəsi üçün daha çox bizə müraciət edir”.

Bu fikirləri “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi, prezidentliyə sabiq namizəd Fuad Əliyev Tribunainfo.az-a deyib. QHT rəhbərinin sözlərinə görə, AHİK sədri Səttar Möhbalıyevin son iki ildə çıxışları da sosial mövzulara aid deyil.

F. Əliyev qeyd edib ki, AHİK sədri Ukrayna münaqişəsindən, İsrail- Ərəb konfliktdən, BMT və digər beynəlxalq mövzulardan danışır, amma Azərbaycan hüquqları pozulan işçilərin haqlarının müdafiəsi haqda danışmır: “Ona görə də bizim təşkilata son dövrlər müraciətlər çoxalıb. Vətəndaşlar deyirlər ki, onların bu quruma müraciətləri araşdırılmır, baxılmır. Halbuki, Həmkarlar İttifaqı Konfederasiyasının səlahiyyəti, işi vətəndaşların sosial hüquqlarının bərpası istiqamətində addım atmaq olmalıdır”.

Hüquq müdafiəçisi onu vurğulayıb ki, şikayətlər arasında “putyovka” ilə bağlı müraciətlər də az deyil. Onun sözlərinə görə, Səttar Möhbalıyev bu sahəni ailə biznesinə çevirib: “Bu barədə mətbuat geniş faktlar yayır. Sözügedən qurumun sədri putyovkanı şəxsi biznes, gəlir mənbəyi kimi istifadə edir. 1993-cü ildən bu quruma rəhbərlik edir. Düz 31 ildir ki, eyni vəzifəni tutur. Bir məmur 30 ildən artıq eyni postu tutursa, təbii ki, o sahə inkişaf etməz, korrupsiya, yeyinti ocağına çevrilər. Bu 31 il ərzində əksər sahələrdə kadr dəyişiklikləri olub, idarəetmədə yeni yanaşmalar tətbiq olunub, amma Səttar Möhbalıyev o dövrdən kreslosundan tərpənmir. Ona görə də 31 il ərzində həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafı, vətəndaşların hüquqlarının qorunması, “putyovka” və digər təminatlar sahəsində heç bir ciddi iş görülməyib”.

İB həmtəsisçisi hesab edir ki, “putyovka”ların satılması, tanışlara, yaxın adamlara verilməsi haqda məlumatlar daxil olur, şikayətlər mətbuatda dərc olunur: “Fikrimcə, bu qurumda ciddi kadr dəyişikliyinə və işə, yanaşmada şəffaflığın təmin olunmasına ehtiyac var. Bu gedişlə, çapıb-talamaqla kimlərsə varlanır, insanların hüquqları isə tapdanır. Biz hazırda Həmkarları İttifaqı Konfederasiyasından daha faydalı işlər görürük, vətəndaşların şikayətlərini müvafiq orqanlara yönəldirik, hüquqlarının bərpası üçün əlimizdən gələni etməyə çalışırıq”.
 
Ardını oxu...
Sumqayıtda yerləşən Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədovun əmri ilə hər uşaqdan 15 manat təmir pulu yığılır.
Bu barədə AFN.az-a gimnaziyada təhsil alan şagirdlərin valideynləri bildiriblər. Şikayətçilər deyirlər ki, məktəbin yenicə təmirdən çıxdığını və pulun nəyə lazım olduğunu deyəndə sinif rəhbərləri “Tapşırıq direktor tərəfindən verilib” cavabını verirlər.

“Uğurları ilə Dəyanət liseyi ilə rəqabət aparan müəssisə bu il şagirdlərinin uğursuz nəticəsi ilə yadda qalıb. Buna səbəb isə əvvəlki illərdən fərqli olaraq müəllimlərin repetitor fəaliyyətinə üstünlük verməsidir” – deyə valideynlərin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir.

Qeyd edək ki, Nizami Əhmədov isə 1952-ci ildə yaradılmış təhsil ocağı ilə həmyaşıddır. 1993-cü il aprelin 15-dən Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktor vəzifəsinə təyin olunub.

Valideynlər bildirirlər ki, 72 yaşlı direktorun əlindən daha bir “yağlı tikə” çıxıb: “Söhbət hər il gimnaziyanın özünün keçirdiyi qəbul imtahanlarından gedir. Qəbul imtahanında ancaq Nizami Əhmədovun “qəbul”undan keçə bilənlər məktəbə daxil olurdu. Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisə Nizami Əhmədovun qanunları ilə idarə olunur. Hər il şagirdlər səbəbsiz sinif dəyişdirir, direktor bəzən 5-6 üçü olan şagirdi deyil, bir üçü olan fağır məktəblini gimnaziyadan uzaqlaşdırır. Nizami Əhmədovun qoyduğu “qanun”a görə 3 ədəd 3 alan şagird bu təhsil ocağında oxuya bilməz. Bu kimi əndrəbadi qərarlarla və bütün Sumqayıtın qorxulu röyasına çevrilən bu direktora hətta millət vəkilləri belə söz deyə bilmir”.

Qeyd edilənlərlə bağlı liseyin tabe olduğu Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe almaq istəsək də, mümkün olmadı. İdarənin mətbuat xidmətinə göndərilən sorğumuz cavabsız qaldı.

Mövzunu diqqətdə saxlayacağıq.

Ardını oxu...
Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisində söküntülərə başlayıb.

Rayonun “Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov küçəsində sahibkarların obyektlərinə vurulan reklam lövhələri sökülür.

Bu işin icra başçısı Coşqun Cəbrayılovun tapşırığı əsasında aparıldığı bildirilir.

Sahibkarlar AzToday.az-a deyiblər ki, icra hakimiyyəti söküntünü COP29-la əlaqələndirir. Guya həmin reklam lövhələri standartlara cavab vermir, yanğına həssasdır və tez alışıb-yanan materiallardır.

Amma onlar icra hakimiyyətinin qərarına şübhə edirlər. Çünki dəmirdən olan reklam lövhələri də sökülür, yenilərinin vurulması üçünsə qeyri-leqal ödəniş tələb edilir.

“Maraqlıdır ki, bu reklam lövhələri elə icra hakimiyyətinin razılığı ilə vurulmuşdu. Əgər COP29 olmasaydı, bu məntiqlə sökülməyəcəkdi? Əgər təhlükəli materiallardırsa, bəs niyə vaxtında buna icazə verdilər? Məsələ ondadır ki, sahibkarlardan pul qoparmağa hesablanıb bu addımlar”, – məlumatda qeyd olunur.

Sahibkarlar deyirlər ki, əslində, Azərbaycan Dövlət Reklam Agentliyinin nəzarətində olan məsələlərdir və “Reklam haqqında” Qanunla tənzimlənir, amma Nizami Rayon İcra Hakimiyyəti Dövlət Agentliyinin də işinə “əl qoyub”.

Rayon sakinlərinin dediyinə görə, həmin ərazidə cavan ağaclar da kəsilib, amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər hansı bir qərarı olmayıb: “Ümumiyyətlə, Nizami rayonu Bakıda ən çox yaşıl terror”un baş verdiyi rayonlardan sayılır, sanki bu rayona gələn icra başçıları ağac və yaşıllıqların qənimidir”.

AzToday.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün əraziyə baş çəkib. Məlum olub ki, həmin ərazidə üç ağac kəsilib və onların üstü torpaqla suvanıb ki, gənc ağaclar olduğu hiss edilməsin.

Bundan başqa, həmin ərazidə yeni dönərxana və kafelərin də açılmasına icazə verilib.

Maraqlıdır, COP29-a hazırlaşan ölkədə ağacların kəsilməsi iqlim dəyişikliyinə töhfədirmi? Yəqin, Nizami rayon İcra Hakimiyyəti analoqu olmayan belə bir kəşfə imza atıb, ölkə rəhbərliyinin isə bundan xəbəri yoxdur.

AzToday.az məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.

Ərazidən çəkilən fotogörüntüləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...



Ardını oxu...
Qarabağ müharibəsi veteranı, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Bildirirəm ki, mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin
tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət
etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində
Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə
iştirak etmiş, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.
Şuşadan ordu sıralarından xidmət müddətimin başa çatması ilə əlaqədar tərxis
olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı
təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək
Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü
kimi əmək fəaliyyətinə başladım. İşə başlayarkən işlə təmin olunmağıma sevinsəm də
bu sevincim uzun çəkmədi və “qara günlər”imin məhz bundan sonra başladığını
anladım.
Belə ki, İdarənin əməkdaşlarını iş saatlarında xidməti zərurətlə bağlı DOST 5 və
digər inzibati binalara aparıb-gətirmək üçün istifadəmə idarənin balansında olan
Mersedes E class 90-AO-790 dövlət nömrə nişanlı avtomobil təhkim edilsə də, Milli
Observatoriyanın (əslində antiMilli) İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov
məni sözün həqiqi mənasında qul kimi işlətməyə, dövlətin avtomobilini və yanacağını,
habelə məni şəxsi məqsədləri üçün istismar etməyə başladı. Belə ki, əmək
müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və
melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4
radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu
götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən
barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə, idarənin
avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai
nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib
“şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən,
yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi
halda əsassız olaraq 10 min manata yaxın maaş alan Hasil Abbasov ən azından
cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də
restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə
zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə,
gündüzüm gecəyə qarışmışdı. İdarəyə, dövlətə can yandırmaqdan ağız dolusu
populistcəsinə danışan Hasil Abbasov dövlət idarəsinin sürücüsünü, dövlətin
avtomobilini, yanacağını şəxsi əyyaş məqsədləri üçün istismar edirdi. Gecələrlə yanaşı,
gündüzlər də Hasil Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından
sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək,
uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi.
Bütün bunlarla kifayətlənməyən Hasil Abbasov qeyri-iş günlərində, şənbə, bazar
günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi
onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o
qədər pozulmuşdu ki, bir gün şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi
işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza
törətdim və H.Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc
çəkərək avtomobili təmir etdirdim. Danışanda vicdandan pafoslu cümlələr quran
H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-
məişət şəraitim (daha doğrusu şəraitsizliyimin) acınacaqlı olmasına və kirayədə
yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum.
Təbii ki, bütün bunları Hasil Abbasov Milli Observatoriyanın İdarə Heyətinin sədri
Səfərli Elnur Novruz oğlunun və onun himayəçisi Nazirliyin Strateji planlaşdırma
şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin müdiri Əliyev Sadiq
Cabir oğlunun himayəsi ilə edirdi. Çünki, idarənin digər sürücüsü də idarənin işlərindən
daha çox Rəşad Zalovun uşağını məktəbə aparıb gətirməklə məşğul idi.
Hətta bir dəfə avtomobillə DOST-5 ə idarənin işi üçün xidməti zərurətlə bağlı
qurumun əməkdaşlarını aparanda, H.Abbasov məni buna görə danlamışdı.
Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, H.Abbasovun da bu əməllərinin
bir gün aşkar olacağını, bu zaman mənim də başımın ağraya biləcəyini ona bildirdikdə
mənə əminliklə demişdi ki, “Narahat olma, burada bu məsələni bilib səsini çıxara biləsi
3-4 nəfər var – Faiq Musayev (Keyfiyyətə nəzarət), Kamran Rəhimov (İqtisadiyyat
şöbəsinin müdiri), Qaya Əliyev (Hüquq və daxili nəzarət departamentinin müdiri) və b.
Onları da burdan hərəsini bir cür vedrə qoşub uzaqlaşdıracağıq, sən sadəcə onlarla
ünsiyyətdə olma, onlardan uzaq ol”.
Bütün bu baş verənlərin meydana çıxmaması, ört-basdır olunması, “isti izlərin
itirilməsi” üçün Hasil Abbasovun təşəbbüsü ilə Elnur Səfərli mənim əmək müqaviləmə
müdddətinin başa çatması əsası ilə xitam verdi.
Hal-hazırda aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin
himayəsində çıxılmaz vəziyyətdə yaşamaqdayam. Məruz qaldığım bu istismar,
haqsızlıq və qanunsuzluqlar nəticəsində həyata, yaşamağa bütün ümidlərimi itirdim.
Başa düşdüm ki, bu uğrunda canımı, qanımı fəda etməyə hazır olduğum, dəfələrlə
uğrunda ön cəbhədə ölümlə üz-üzə gəldiyim bu vətən sən demə bizim yox, Hasil
Abbasov, Elnur Səfərli kimilərin imiş, onlar bu vətəndə ağa, biz isə kölə imişik.
Başa düşürəm ki, vətən qarşısında 1 illik icbari hərbi xidmətini belə etməkdən
yayınmış, “dezertir” Elnur Səfərli hardan biləcəkdi oddan-alovdan keçmiş, həyatını
təhlükəyə atmış bir vətən fədaisinin, müharibə veteranının dəyərini?
Görün bir məmurun qudurğanlığına, harınlığına və acgözlüyünə baxın ki, aylarla
işçini, özü də müharibə veteranını onun maddi vəziyyətinin ağır olmasından və işə
möhtac olmasından sui-istifadə edib aylarla gec-gündüz şəxsi keyfin, zövqün və əyyaş
həyat tərzin üçün istifadə edəsən, bununla yanaşı dövlətin avtomobilini, dövlət
büdcəsinin vəsaiti hesabına alınan yanacağı bu məqsədlə istismar edəsən və bütün
bunlar ifşa olunarkən özünü sudan quru çıxarmaq üçün bir vətəndaşın çörəyinə, iş
yerinə bais olasan.
Sizdən bir keçmiş hərbi qulluqçu, bir müharibə veteranı, bir vətəndaş kimi xahiş
edirəm ki, şikayətimdə göstərilən halları şəxsi nəzarətinizə götürəsiniz və mənim işə
bərpa olunmağıma, işlə təmin edilməyimə köməklik göstərəsiniz.
Biz döyüş anında, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “həqiqət
anında” vətəni, dövləti canımızla, qanımızla xarici düşmənlərdən qoruduq, sinəmizi
sipər etdik, indi növbə dövlətimizindir, ümid edirəm ki, dövlətimiz bizi belə daxili
düşmənlərdən qoruyacaq.
Ümid edirəm ki, uğrunda canımızı fəda etdiyimiz bu dövlət bizi haqsızlıq,
ədalətsizlik, harın məmur özbaşınalığı, yoxsulluq, işsizlik qarşısında aciz
buraxmayacaq..."
Ardını oxu...
Son günlər Kənd Təsərrüfatı Nazirliyində bir neçə kadr dəyişikliyi ondan xəbər verir ki, Məcnun Məmmədov islahatlara başlamağa qərar verib.

AzFakt.com-un əldə etdiyi məlumata görə, KTN-də işdən çıxarılacaq şəxslərdən biri də nazirliyin nəzdində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovdur.

Kənd təsərrüfatı elmləri doktoru, professor və AMEA-nın müxbir üzvü olan 68 yaşlı İbrahim Cəfərovun adı işdən çıxarılacaq şəxslərin arasında hallanır.

Məlumata görə, 70 yaşına qədər direktor vəzifəsində qalacağına əmin olan İbrahim Cəfərov işdən çıxarılacağını xəbərini eşidəndən sonra hərəkətə keçib. Onun hökumətdəki yüksək vəzifəli şəxslərdən direktorluqda qalması üçün xahiş etdiyi deyilir.

Qeyd edək ki, İbrahim Cəfərovun adı ölkə mətbuatına yad isim deyil. Belə ki, onun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru işlədiyi dövrdə rəhbərlik etdiyi qurum haqqında xeyli mənfi məlumatlar, şikayətlər dərc olunub.

Son aylar isə İbrahim Cəfərovun həm Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyi dönəmdə aparılan təmir-tikinti zamanı ciddi maliyyə israfçılığı və mənimsəməsi , həmdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda tender məsələləri ilə bağlı ilginc məlumatlar mətbuatda yayılmışdı.

Məsələ ilə bağlı Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu mövqe bildirmədi.
Ardını oxu...
2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. Tribunainfo.az xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermirlər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

Tribunainfo.az xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığı bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.
 
Ardını oxu...
Azərbaycanda ENİGENT şirkətinə məxsus olan BİRlink internet provayderi abonentlərin başına bəla olub. Öz xidmətini telekommunikasiya sahəsində əsl inqilab adlandıran şirkətin deyəsən xəbəri yoxdur ki, göstərdikləri fəaliyyət inqilab deyil, fəlakətdir, rüsvayçılıqdır, abonentlərin əsəblərini tarıma çəkməkdir. İndi hansı dövrdür ki, internet verilişində günlərlə, saatlarla fasilə yaransın? İndi Avropada, qonşu ölkələrdə, hətta bəyənmədiyimiz İranda belə internet sürətli, keyfiyyətli və azad zonalarda vətəndaşlara paylanan bir şəbəkədir. Amma BİRlink xidməti internetin, texnologiyanın hər saniyə sürətlə inkişaf etdiyi bir vaxtda sürünür, abonentlərə normal xidmət göstərmir. Əgər araşdırsaq, Əfqanıstanın Qəndahar bölgəsində belə internetin yayımı sürətlidir, lakin Bakının Xətai rayonu, İnqilab İsmayılov 50 ünvanında Birlinkin bərbad xidməti ucbatından mənzillərdə normal internet verilmir.

Nazir müavininə məxsus BİRlink internet provayderi fəlakət yaşadır

Anaxeber.info-ya müraciət edən vətəndaşlar bildirirlər ki, BİRlink provayderinin üzündən internetə istədikləri formada qoşula bilmirlər. Son 1 ay ərzində isə ümumiyyətlə, böyük bir fəlakət yaşanmaqdadır. İnqilab İsmayılov 59 ünvanında yaşayan sakinlərin sözlərinə görə, dəfələrlə şirkətə zəng edilir, amma telefonda olan operator şablon cavab verir: ərazidə problem var. Əgər ərazidə problem varsa, xidmətin əməkdaşları yaxınlaşıb həlli ilə məşğul olmalıdırlar. Axı ərazidə nə problem ola bilər? Problem ərazidə deyil, Birlinkin saymazlığındadır. Sakinlərin bildirdiyinə görə, ödəniş vaxtı çatan kimi dərhal BİRlink internet verilişini dayandırır və ödəniş olunanda bərpa edir, amma günlərdir ki, internet gah kəsilir, gah saatlarla olmur, amma bunun məsuliyyətini daşımaq istəmirlər. Bəs, abonentin hər gün üçün ödədiyi vəsaiti necə kompensasiya edəcəklər?
Sakinlər bildirirlər ki, BİRlink provayderindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Elektron Təhlükəsizlik Xidmətinə şikayət edəcəklər. Dövlət qurumlarından BİRlink internet provayderi ilə bağlı araşdırma aparılmasını xahiş edən şikayətçilərin sözlərinə görə, şirkətə müraciətlər artıq heç bir effekt vermir. Ona görə də dövlət orqanlarının hərəkətə keçməsinə zərurət var. İ. İsmayılov 50 ünvanında yaşayanlar onu da qeyd edirlər ki, vəziyyət belə davam etsə, o zaman Birlink xidmətindən imtina edəcəklər. Bunu isə bu əmtəə nişanına sahib olan ENGİNET firması özü düşünməlidir ki, müştərilərini itirir. Xüsusən də şirkətin təsisçisi Elnur Məlikov, direktoru Anar Nağıyev, marketinq şöbəsinin rəhbəri Elmira Abbasova, BİRlink müştəri xidməti departamentinin rəhbəri Elnarə Əfəndiyev bu haqda daha çox "baş sındırmalıdırlar".
Qeyd edək ki, Enginet” MMC-nin təsisçisi Məlikov Elnur Yadigar oğlu, direktoru isə Nağıyev Anar Xəlil oğludur.
Elnur Məlikov Emil Məmmədovun qaynıdır. Bəs, deyə bilərsiniz ki, Emil Məmmədov kimdir... O,
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun əmisi oğludur. Mediada xəbərlərə görə, BİRlink/ENGINET” əslində birbaşa nazir müavini Samir Məmmədova məxsusdur.
 
Ardını oxu...
Kürdəmir sakini Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşlarını da saxta akt tərtib etməkdə günahlandırır

Kürdəmir rayonu, Şüşün kənd sakini İbrahimli Pərviz Tahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Ölkəmizdə 4-cü hakimiyyət olaraq, Sizin dəstəyinizə ehtiyacım var. Səsim cənab Prezidentimizə çatmır. İnanıram ki, ucqar bir kənddə baş vermiş qanunsuzluqlar sizin sayənizdə aradan qaldırılacaq. Kəndimizin barbar Bələdiyə başçısı və onun özlərini qanundan üstün hesab edən havadarları axır ki, qanunlarımızın məngənəsindən canını qurtara bilməyəcək.

Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevin özbaşınalıqları barəsində lazimi qurumlara məlumat vermişdim. Bildirmişdim ki, Köhünlü Bələdiyyəsinin elə üzvləri var ki, illərdir iclaslarda iştrak etmir və özləri də kənddə yaşamır.

Həmçinin bildirmişdim ki, Azər Ağayev Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununun tələbinə əməl etmir və seçicilərə hesabat vermir. O, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırmır.

Bununla yanaşı, bələdiyyəyə məxsus 100 hektarlarla torpaq sahəsi nəyinsə müqabilində qanunsuz olaraq, hərrac nəticələri və icarə müqavilələri olmadan istifadəyə verilib. Məktub ünvanlayaraq aşağıdakıları xahiş etmişdim.

1. Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilin.

2. Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində seçicilərə məlumat verilsin.

3. Köhünlü Bələdiyyəsinin ərazisində qanunsuz istismar olunan 100 hektarlarla torpaq sahəsinin qanunsuz istismar olunmasına dair Cinayət Məcəlləsinin 188-ci maddəsinə uyğun hüqquqi addım atılsın.

4. Qeyri-qanuni istismar olunan torpaqlar dövriyyəyə qaytarılaraq hərraca çıxarılsın.

5. Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə korrupsiya faktı araşdırılsın.

10.07.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək, akt tərtib ediblər. Qeyd edim ki, baxış zamanı torpaqlara dair heç bir sənəd təqdim edilmədi. Həmçinin, ölçülər aparılan zaman əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə akt təqdim edilərkən tərtib edilən aktın tam qanunsuz və saxta faktlarla dolu olduğunu gördüm. Qarşı tərəf akta imza atmayacağım təqdirdə aktın surətini əldə edə bilməyəcəyimi dedi. Bu faktı əmlak mütəxəsissinin üzərindəki video müşahidə cihazından da təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım və qarşı tərəfə tərtib edilən aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş aktda olan qanunsuzluqları bir-bir qeyd etmək istərdim.

1. Aktda 15 hektar torpaq sahəsinin 26 avqust 2007-ci ildə Bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib. Burdan belə çıxır ki, şəxsin icarə müqaviləsi 2032-ci ildə bitir. Halbuki, qeyd edilən ərazinin 22 hektarı 906012001114 nömrəli çıxarışla 1 avqust 2024-ci il tarixində hərraca çıxarılıb. Bu fakt tərtib edilən aktın saxta olmas barəsində əsaslı dəlildir.

2. Aktda qeyd edilib ki, 19.30 hektar torpaq sahəsi Zülfiqarov Hüseyn Ədalət oğlunun icarəsindədir. Halbuki, 906012001064 nömrəli torpaq sahəsi 11 oktyabr 2023-cü tarixində hərraca çıxarılıb və ölçüsü aparılan yerdə yerləşmir və tamamilə başqa adama məxsusdur.

3. Yuxarıda göstrilən faktlar Alıyev Etibar Alı oğlunun və Şahverdiyev Həsrəd Murad oğlunun istifadəsində olan torpaq sahələrinə də aiddir.

4. Ölçülən torpaq sahəsinin ümumi ölçüsü 120 hektar olduğu halda yuxarıda qeyd edilən sənədlərdə 68.34 hektar sahə barəsində məlumat var. Qalan torpaq sahələri barəsində heç bir məlumat yoxdur.

5. Mənim təqdim etdiyim digər sahələr haqqında mılumat akta daxil edilməyib.

Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət prinsiplərini unudub. Qeyd edim ki, ölçü aparan zaman Bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək, “konsert” verdi. Səsini başına ataraq məni “provikasiya”ya çəkməyə cəhd etdi. Bu səbəbdən də qanunsuz istismar olunan digər torpaq sahələrini əmlak mütəxəssislərinə təqdim edə bilmədim. Bunu nəzərə alaraq, aşağıdakıları xahiş edirəm:

1. Xahiş edirəm ki, ədalətin bərpası üçün əraziyə Bakıdan əmlak mütəxəssisləri göndərilsin.

2. Bələdiyyəyə məxsus bütün torpaq sahələrinin sənədləri yoxlanılsın.

3. Təkrar ölçü aparılan zaman Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün polis dəvət edilsin.

4. Tərəfimdən təqdim edilmiş koordinatlarla ölçü zamanı təqdim edilmiş 906013033032, 906013033033, 906013033034, 906012000745, 906012000746, 906012001064 çıxarışlardakı koordinatların uyğunluğu yoxlanılsın.

5. Media qurumları bütün ölçü prosesində iştrak etsinlər.

Həmçinin, aktda qeyd edilib ki, Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinə rəsmi müraciət ünvanlamalıyam.

Hörmətli Ucar Ərazi Şöbəsinin rəhbərliyi!

Sizdən rəsmi şəkildə xahiş edirəm ki, yuxarıda qeyd edilən torpaqarın sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat verilməsi üçün rəsmi tələbimi icra edəsiniz.

Bununla yanaşı aktda qeyd edilib ki, Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində məlumat verməsi üçün Köhünlü bələdiyyəsinə rəsmi müraciət etməliyəm.

Hörmətli Azər Ağayev!

Sizdən xahiş edirəm ki, Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində mənə rəsmi məlumat verəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti