Ardını oxu...
Dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda əməliyyat keçirdiyi barədə məlumat yayıldı. Bu gün açıqlanan rəsmi məlumatda göstərilir ki, əməliyyat nəticəsində saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların hansı sübutlar əsasında həbs edildiyi istintaqın işidir.
Amma bu şəxslərlə bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov həbs edilsəydi, korrupsiya və rüşvətə qarşı həyata keçirilən bu əməliyyatı daha uğurlu hesab etmək olardı. Nə üçün?
BİRİNCİSİ, ölkə üzrə bütün ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin icra başçılarının tapşırıqlarını icra etdiyi, “kassa” rolu oynadığı heç kəsə sirr deyil. Eləcə də Ə.Süleymanov və C.Surxayev rayonun icra başçısı N.Bağırova yaxınlıqları ilə seçiliblər və onun əmrlərini icra ediblər. Heç şübhəsiz ki, bu amil barələrində həbs qətimkan tədbiri seçilən Ə.Süleymanovu və C.Surxayevi cinayət məsuliyyətindən azad etmir.
Əslində Nahid Bağırov da həbs edilməli idi... Faktlara keçək...
O, qəsbkarlıqla məşğldur. Belə ki, N.Bağırovun “İvanovka” təsərrüfatına etdiyi qanunsuz müdaxilələr nəticəsində kolxoz külli miqdarda borclandırılıb. İcra başçısının əsas məqsədi təsərrüfatı borclandırıb daha sonra islahat olarsa, həmin kolxozun mülklərinə yiyələnmək, təsərrüfatı qəsb etməkdir.
Əldə etdiyim məlumatlardan görünür ki, kolxozun torpaq sahələri 60/40 nisbətində bölgü əsasında əkilir. İvanovka kəndinin sakinləri də bilir və etiraf edirlər ki, icra başçısı N.Bağırov da bu bölgüyə şərikdir.
Amma məsələ bununla da bitmir.
Rayonda fəaliyyət göstərən sahibkarlar N.Bağırovun qanunsuz müdaxilələri ilə üz-üzə qalıblar. İcra başçısı tərəfindən irəli sürülən qanunsuz tələblər və sahibkarlara qarşı həyata keçirilən total hücumlar rayondakı narazılıqları pik həddə çatdırıb.
MƏSƏLƏN, N.Bağırov sahibkar Samir Babayevə məxsus torpağı müxtəlif qanunsuz üsullarla ələ keçirmək istəyir. Niyə? Çünki S.Babayevin İsmayıllı şəhərinin mərkəzində icarə müqaviləsi ilə götürdüyü torpaq daha yaxşı yerdədir, səmərəli və münbitdir, başçının da həmin torpağa gözü düşüb.
İKİNCİSİ, icra başçısı N.Bağırovun məsuliyyətə cəlb edilməsi üçün saysız-hesabsız faktlar, iddialar və səbəblər var.
Digər rayonlarda olduğu kimi, İsmayıllı rayonunda yolların əsaslı təmiri işləri aparılır. Bəs, sual olunur, İsmayıllı Rayon İcra Hakimiyyəti nə üçün hər ilin sonunda tender keçirir?
Belə ki, İsmayıllı rayonunda yolların təmiri üçün ayrılmış vəsaitlər hər ilin sonunda sənədləşdirilir, yollarda asfakt örtüyünün çəkilməsi prosesi isə yay aylarında həyata keçirilir. Bəs, bu necə olur, asfalt ilin ortasında çəkilir, tender isə ilin sonunda keçirilir? Təkcə bu amil İsmayıllı rayonunda dövlət büdcəsinə külli miqdarda zərərin vurulduğunu deməyə əsas verir. Vəsaitlər təyinatı üzrə xərclənmir, talanır.
İndi gələk, əsas məsələyə… Barəsində təkrar və klli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılan Əlişir Süleymanovun kimliyinə…
Bu adamın İsmayıllı rayonunda vəzifədə işlədiyini həbs olunandan sonra bilmişəm. Əgər əvvəldən bilsəydim, onun haqqında yenə yazardım. Çox yaxşı tanıyıram. Onun külli miqdarda rüşvət aldığına, rayonu taladığına, hətta daha böyük cinayətlər törətdiyinə inanıram.
Əlişir Süleymanov mənim 2008-2009-cu illərdə xidmət etdiyim 702 saylı hərbi hissənin (Füzuli rayonu) komandiri idi. Həmin vaxt rütbəsi mayor idi. Qərargahdan çölə çıxmırdı, döyüş bölgəsində yerləşən bir hərbi hissənin komandirinin kreslodan ayağa qalxmaması zabit şərəfinə yaraşmayan tərz idi. Ağ rəngdə “Prado” sürürdü.
Post əsgərlərinin ərzaqını xüsusi maşınlarla hərbi hissədən daşıdıb Beyləqan rayonunda marketlərdə satırdı. Hətta döyüş postundan briqadaya düşəndə əsgər ərzaqlarının onun şəxsi maşınına - “Prado”ya yükləndiyinin dəfələrlə şahidi olmuşduq. Briqadanın ərazisində yerləşən taborun əsgərləri (onlar pulla, yaxud zənglə ora salınmış əsgərlər idi) pis-yaxşı yeyirdilər, amma post əsgərlərinə - bizə it yeməyi yedirirdilər. Düşmənlə bir neçə metr məsafədə yerləşən postlarımızda xidmət etmək hər əsgərin işi deyildi, “katyol”un tabordan gətirdiyi yeməkləri (iy verən perlova, qreçka) itin qabağına tökürdük, o da yemirdi. Qreçka ilə düşmən qabağında durmaq olardı?!
Sağ olsun, postdakı bölük komandarimiz (həmin vaxt baş leytenant) Pərviz Quliyevin sayəsində azacıq da olsa, adam cildində qalmağı, ölməməyi bacardıq.
Müxtəlif postlarda xidmət etdiyim 1 il ərzində Ə.Süleymanov bircə dəfə də olsun posta gəlmədi, əsgərlərin durumu ilə maraqlanmadı.
Daha sonra nə baş verdi?
Bir müddət olardı ki, xidmətimi başa vurmuşdum. Ə.Süleymanovun səriştəsiz və məsuliyyətsiz hərəkətləri nəticəsində hərbi hissədə biabırçı bir olay yaşandı. Elə bir olay ki, yazmaq olmur. Müdafiə naziri məcbur olub hərbi hissənin yerini dəyişdi. Ə.Süleymanov təxris olundu və onun həbsi məsələdə gündəmdə idi.
Amma sonda nə baş verdi?
Bakıdan hansısa “güclü əl” onu həbsdən azad etmək üçün dəlixanaya saldırdı, guya dəlidir. Daha sonra xəstəliklərlə onu məsuliyyətdən azad etdilər.
İndi məlum olur ki, bu adam uzun illərdir İsmayıllı rayonunda yüksək vəzifədə işləyirmiş. Yəqin ki, əsgərlərin haqqı damağında qalıb. Amma bu dəfə çox yeyə bilmədi. Videolarını mənə göndərirlər, türkçülükdən, vətənpərvərlikdə dəm vurur, sosial şəbəkələrdə özünü reklam edirmiş. Vətənpərvərlik libası geyinmiş nə qədər belə rüşvətxor, talançı və cinayətkar var. Hələ mən onun haqqında nəyi yazmaq mümkündürsə, onları yazdım.
Əsgər-zabitləri ağır söyüşlərlə təhqir edən, yanına xahiş üçün gələn gənc əsgərlərin valideynlərinə göz dikən (belə məlumatlar var idi) Əlişir Süleymanov layiq olduğu cəzanı almalıdır. Biz, postda bütün bu çirkin xəbərləri eşidirdik. Erməni ilə döyüşə göndərilən əsgərin anasına, bacısına, yaxın qohumlarına qarşı əxlaqsız təkliflər edən belələri zindanda da vicdan əzabı çəkən deyil.
Və ən nəhayət, axıska türkü olduğunu deyirdilər. Sadəcə buna da inanmıram.
Müəllif: Samir Feyruzov
 
 
 
Ardını oxu...
Abşeron İcra Hakimiyyəti başçısının Xırdalan şəhər üzrə Nümayəndəliyi sözügedən şəhərdə mənzil fondunun təmiri işlərinin satın alınması üzrə tender keçirib. Tribunainfo.az xəbər verir ki, 627.583 manatlıq satınalma müqaviləsi adı bir çox qalmaqallarda hallanan “PROQRESS İNŞAAT EN” MMC ilə bağlanılıb.
Qeyd edək ki, bu şirkət 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Pivə zavodu, ev 24/6 ünvanında yerləşir. Qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğludur.
Lakin internet resursları üzərindən aparılan araşdırma zamanı məlum olub ki, şirkətin yaradıcısı Şirinov Eldar Bəhlul oğludur. Bu şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir.
Qeyd edək ki, Eldar Şirinov təkcə “Proqress-EN” MMC-nin rəhbəri deyil. O, qaynatası sayəsində “ENS İnşaat” MMC və “ENS İnşaat-E”MMC-nin də direktorudur. Açıq mənbələrdən məlum olur ki, həmin şirkətlər tez-tez Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi olublar.
Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun təsisçisi olduğu “ENS İnşaat-E” MMC onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: “N Qardaşları” MMC (24.09.2004) və Müstəqil “Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. “Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.
Tribunainfo.az bildirir ki, Rəfail Mehralıyev öz yeznəsinin “ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. “Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqaviləyə da sahiblənib.
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Xatırladaq ki, “Proqres İnşaat EN” avqustun 31-də daha bir tenderin qalibi olub. Belə ki, şirkət Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında küçə, prospekt və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün, eyni zamanda yaşayış binalarının fasad və girişlərinin əsaslı təmirini reallaşdıracaq. Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti küçə, prospekt və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün təmirinə görə şirkətə 1 149 564,97 manat, yaşayış binalarının fasad və girişlərinin əsaslı təmirinə görə isə 718 547,03 manat ödəyəcək.
Ardını oxu...
""Şərur Regional Tibb Mərkəzində özbaşınalıq baş alıb gedir. Dövlət müəssisəsinə işçilər rüşvət əsasında alınır. Bununla bağlı ali orqanlara dəfələrlə məktub ünvanlamışıq, işlərə baxılmır. Təsərüfat işçiləri 4-5 min, tibb işçiləri 10 min, təcili tibbi yardima isə 12 min rüşvət verməklə işə daxil olmaq olur. Regional məkəzin direktoru Bayram Mikayılov qaranlıq keçmişi olan, dəfələrlə cinayət məsuliyətinə cəlb edilən kriminal şəxs olmağına baxmayaraq bu vəzifəyə təyin edilib..."

Daha ətraflı aşağıdakı yazıda:

Bayram Mikayılovu KİM GÖRƏVƏ GƏTİRİB? - Gücü ilə meydan sulayan məmurla bağlı ŞOK FAKT

Dia-az.İnfo-ya göndərilən məqalənin davamında deyilir:

"Bayram Mikayılov Azərbaycanın digər regionlarında işə yaramayan, az qala "əldə-ayaqda qalmış", əlində diplomu olan, amma tanınmayan... işləyə bilməyən harda yararsiz kadr varsa, hamısını Naxçıvana daşıyıb gətirib.

Dərd orasıdır ki, həm də yüksək əməkhaqqı ilə cəlb edirlər onları işlərə.

Bu gün isə (dünən nəzərdə tutulur -red.) Adətin yaxın qohumu olan şəxs fantastik maaşla Şərur Uşaq Xəstəxanasına baş həkim təyin edilib.

Başa düşdük ki, Naxçıvanın səhiyyə naziri postunu məşğul edən Samiq Sadıxovun şəxsi də bu özbaşınalıqdan, qanunsuzluqlardan bəhrələnir. Bəs digər aidiyyatı dıvlət qurumları niyə bu baş verənləri yalnızca seyr edirlər?

Şərur Tibb Mərkəzi bu gün faktiki olaraq korrupsiya yuvasına çevrilib..."

DAVAMI MÜTLƏQ VAR...
 
Ardını oxu...
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev son günlərin qabarıq fiqurlarından biridir. Adam qısa müddət ərzindəciddi maddi resurslar əldə etdiyindən artıq yeni dönəmin OLİQARX-MƏMURU HESAB OLUNA BİLƏR..." Bu barədə Dia-az.İnfo-ya daxil olan məlumatda deyilir.

Məqalə müəllifi daha sonra bildirir: "Ramin Abdullayev eynən özünü köhnə komandanın peşəkar korrupsionerləri kimi aparır. Gərək ünvanları susdurur, gərəkən dairələrin haqqını ödəyir və beləcə YOLA DAVAM...

Halbuki bu prosesin bəlasını uzun müddət çəkə bilərik. Çünki Ramin Abdullkayevin pul qazanma ehtirası nəhayətdə dövlətə vurulan zərbə ilə nəticələnir".

Xatırladaq ki, keçən günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzində xüsusi əməliyyat keçirilə biləcəyi haqda informasiya vermişdik. Bu barədə Dia-az.İnfo-nu məlumatlandıran hüquq mühafizə orqanlarındakı mənbə iddia edirdi ki, söhbət böyük miqdarda korrupsiya və rüşvət faktlarından gedir.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir.

28.12.2021-ci il tarixindən Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə Ramin Abdullayev təyin olunub. Buna qədər o 12.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müvafiq əmrinə əsasən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunmuş, 05.06.2020-ci il tarixdən Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir.

Elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Onun öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər geniş məlumatlar mövcuddur.

Son olaraq isə Ramin Abdullayevin adı müəmmalı alış-verişdə hallandı. Aydın oldu ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Mitsubishi Pajero Sport” markalı avtomobili satın almaq istəyir və olduqca baha qiymətə olan bu avtomobil də çox güman ki, sədr Ramin Abdullayev üçün alınır. Amma burada maraqlı bir nüans var. Adətən dövlət məmurları sedan tipli lüks avtomobillərə üstünlük verirlər. Görsənən odur ki, Ramin Abdullayev “Mitsubishi Pajero Sport”u Bakı şəhərinin düz yolları üçün deyil, dağlarda səyahət etməyə, ov ovlamağa, quş quşlamağa alır.

Hər halda özünə belə bir şəraiti qurmağa müvəffəq olmuş Ramin Abdullayevin əsas gəlir ünvanının isə Azərbaycanın DÖVLƏT BÜDCƏSİ və vətəndaşlardan alınan "şirinliklər" olduğu bir faktdır... BU FAKT İSƏ... araşdırmaya götürlərsə, Ramin Abdullayev cənablarını başı ağrıya bilər...

Dia-az.İnfo-ya daxil olan son məlumatda qeyd olunur ki, məhz "yuxarıların" şirinlik payını verdiyindən Ramin Abdullayev özünü təhlükəsiz hiss edir: "Amma vəziyyət belə çox davam edə bilməz. O xeyli müddətdir ki, "radarlara" düşüb..."

DAVAMI OLACAQ...
 

Qərb bölgəsinin mədəniyyət müəssisələrində aparılan qərəzli maliyyə yoxlaması qohumbazlığa xidmət edir

Ardını oxu...

Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları şikayət məktubunu “Dəryaz” qəzeti redaksiyasına da göndəriblər və ictimailəşdiriməsini xahiş ediblər,

Müraciətnamədə bildirilir:

“Möhtərəm cənab Prezident İlham Əliyev,

Hörmətli Azərbaycanın birinci Xanımı, El Anası Mehriban xanım Əliyeva

Sizə Qərb bölgəsindən, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin bir qrup mədəniyyət işçiləri adından müraciət edirik. Onu qeyd edək ki, Regional İdarə özündə beş rayonu birləşdirir — Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy. Bildiyiniz kimi, biz mənfur ermənilərlə sərhəd bölgədə yaşayırıq. Ölkəmizin ən çətin zamanlarında biz düşmənlə üz – üzə dayanaraq öz torpağımızdan heç bir yerə getmədik. Çünki ölkə rəhbərimizə inanırdıq. Bilirdik ki, Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan, nəyi neçə və nə vaxt etməyi yaxşı bilir. Budur, Sizin sayənizdə biz qalib xalq olduq. Biz mədəniyyət işçiləri Prezident seçkilərində fəal iştirak etdik. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” — deyən İlham Əliyevə səs verdik.

Möhtərəm cənab Prezident!

Bu gün biz üzləşdiyimiz problemlə bağlı Sizə müraciət edirik. Üç aydır bizdə Malliyə Nazirliyi yoxlama aparır. Yoxlamanın bu qədər uzun çəkməsi bizi narahat edir. Düzdür, iş olan yerdə nöqsan da olur. Lakin bu qədər uzun çəkməsi yoxlamanın qərəzli olması barədə bizdə şübhə yaradırdı. Bu yaxınlarda biz bunun şahidi olduq. Bir nəfər (qadın olduğu üçün adını çəkmək istəmədiyimiz) şəxs məlumat verdi ki, yoxlama ona görə bu qədər uzun çəkir ki, bizim sahədə güclü ixtisar gözlənilir. Kim ixtisara düşüb işini itirmək isrəmirsə, Şəmkir rayon uşaq musuqi məktəbinin keçmiş direktoru Rizvan Məmmədovu “görməlidir”. Onun oğlu Muxtar Məmmədov Gəncə Regional Malliyə Nəzarət İdarəsində rəis müavini vəzifəsində çalışır. Hal – hazırda maliyyə yoxlamasının başında duran odur. Bütün yoxlama sənədləri onun tapşırığı ilə imzalanır. Bundan başqa, Rizvan Məmmədovun bacısının yoldaşı Cavanşir Yusifov Maliyyə Nazırliyində aparat rəhbəridir. Məmmədovun vasitəsiylə bunlar bizim işdə qalmağımıza köməklik edə bilərlər…

Biz — bir neçə nəfər mədəniyyət işçiləri deyilənlərin doğru olduğunu araşdırmaq üçün Şəmkir rayonuna yollandıq. Öyrəndik ki, bəli, Rizvan Məmmədov həqiqətən arxalı adamdır. Belə ki, 65 yaşı olmağına və dövlət qulluqcusu olmadığına baxmayaraq, Düyərli kənd icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. Onu da öyrəndik ki, bacısının həyat yoldaşı Cavanşir Yusifovun köməyi ilə bizim zonada çox adamlara iş düzəldir. Maliyyə yoxlaması mədəniyyət sahəsində bütün müəssisələri əhatə etməsinə baxmayaraq, Rizvan Məmmədovun musiqi məktəbinə direktorluq etdiyi dövrü yoxlamayıb, onun fəaliyyəti dövründə guya heç bir catışmamazlıq olmayıb. Bu, onu sübut edir ki, həqiqətən Rizvan Məmmədovun qohumları ona himayədarlıq edirlər.

Möhtərəm cənab Prezident!

Biz işimizi itirmək istəmirik. Cünki bir çoxlarımız tək ailə başçısıyıq, himayəmizdə övladlarımız var, həmçinin elə bir yaşdayıq ki, ixtisara düşsək, iş tapmağımız çətin olacaq. Biz Sizdən kömək istəyirik. Xahiş edirik, Maliyyə Nazirliyində aidiyyatı şəxslərə tapşırıq verəsiz, ixtisarlara yol verilməsin. Biz nəyə görə Rizvan Məmmədovdan kömək istəməliyik? Hal — hazırda biz parlament seçkilərinə hazırlaşırıq. Bizə seçki məntəqələrində müxtəlif vəzifələr həvalə olunub. Biz daima ölkə Prezidentini, onun siyasətini dəstəkləmişik.

Hörmətli Mehriban xanım! Siz bütün Azərbaycan qadınlarının himayədarı, Bizim Mehribansınız. Məktubumuzu oxuyub bizə dəstək olmağınızı xahiş edirik.

Qazax – Tovuz Regional Mədəniyyət idarəsini əhatə edən müəssisələrin əməkdaşları”.

Redaksiyadan: Əlavə olaraq maraqlanıb öyrənmişik ki, Cavanşir Yusifov Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin hamısında fəaliyyətin son beş ilini yoxlatdırsa da, Rizvan Məmmədovun rəhbərlik etmiş olduğu məktəbin son dörd aylıq fəaliyyətini yoxlatdırır. Hansı ki, yoxlamanın əhatə etdiyi həmin dövrdə Rizvan müəllim artıq direktor vəzifəsini tərk etnişdi. İctimai qınağın təsiri ilə Cavanşir Yusifov yoxlamanın əhatə dövrünü son dörd ilə qədər artıracağını vəd etsə də, sonradan bu məsələ unuduldu. Hazırki yoxlama isə Rizvan Məmmədovu əvəzləyən Samirə xanımın fəaliyyətini araşdırıb və guya hansısa uyğunsuzluqlar, maliyyə pozuntuları aşkar edib.
Bölgənin mədəniyyət işçiləri belə qərəzli araşdırma işini həm də onunla əlaqələndirirlər ki, Cavanşir Yusifovun niyyəti Rizvan Məmmədovun qızı Şəlalə xanımı atasının yerinə — Şəmkir Musiqi Məktəbinə direktor təyin etdirməkdir. Özü də Rizvanın maliyyəçi oğlunun əli ilə. Məlumatlarda həmçinin xatırladılır ki, Şəmkir Musiqi Məktəbində müəllimə işləyən Şəlalə xanım iki dəfə direktorluq imtahanına qatılıb, lakin cəhdləri uğursuz alınıb. Cavanşır Yusifov Təhsil Nazirliyin rəhbər şəxslərinə xabım qohumu üçün ağız açsa da, sözü yerə düşüb. Ona görə də acığa düşüb, mədəniyyət müəssisələrində qərəzli yoxlamalar təşkil edib.

Növbəti sayımızda, Rizvan Məmmədovun işlədiyi dövrdə «ölücanların» kartından pulları kim çıxardıb. Bu və digər məsələlərlə bağlı növbəti sayımızda.

Deryaz.az


Ardını oxu...
“Azərbaycan Müəllifləri” İctimai Birliyinin keçmiş sədri (10.03.2015-10.03.2017) İsmayıl Məmmədkərimov “Caspian Audit Company” MMC (Direktor: Məhərrəmzadə Əlibala S. oğlu) ilə qanunsuz müqavilə bağlamaqda ittiham olunur. Bu barədə Dia-az.İnfo-ya “Azərbaycan Müəllifləri” İctimai Birliyinin İdarə Heyətinin sədri Muradov Vilayəddin məlumat verib.

Onun adından göndərilən məlumatda daha sonra qeyd olunur: "Müqavilə bağlamış, müqaviləyə əsasən aylıq 1100 azn İcarə haqqı olmaqla 2018-2022-ci illər üçün 51000 azn ödənilmişdir. Əlavə olaraq 2015-2022-ci il tarixlərdə güya müxtəlif xidmətlər üçün “Caspian Audit Company” MMC-yə 31.064 azn vəsait ödənilmişdir. Bu ödənişlər Birliyin “Bank Respublika” hesabından qanunsuz olaraq ödənilmişdir.

Bağlanmış müqavilə və bank ödənişləri həyata keçirilən zaman hakim sorğusuna Ədliyyə Nazirliyi tərəfindən verilən cavab məktubundan görünür ki, İ.Məmmədkərimovun səlahiyyət müddəti 10 mart 2017-ci il tarixdə bitmişdir. Birliyin hesabından isə 82064 azn vəsait keçmiş sədr İsmayıl Məmmədkərimov, “Caspian Audit Company” MMC və “Bank Respublika” tərəfindən müəllif qonorarları mənimsənilmişdir".

Diua-az.İnfo bildirir ki, bu iddianı səsləndirən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin İdarə Heyətinin sədri Muradov Vilayəddin eyni zamanda “Azərbaycan Müəllifləri” İctimai Birliyinin keçmiş sədri İsmayıl Məmmədkərimovan qarşı əlavə ittihamlarının da olduğunu qeyd edib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kütləvi informasiya vasitələri paytaxtın Sabunçu rayonunda COP29-a hazırlıq adı altında qanunsuzluğa start verildiyi barədə məlumatlar dolaşır. Bildirilir ki, rayon ərazisində fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahiblərinə konstruksiya və betafon tipli materiallarla öz obyektlərinin sahələrini artırmağa “yaşıl işıq” verilib. Soruşan olanda da deyirlər ki, “COP29-a hazırlıq işləri çərçivəsində yolqırağı (əsasən Bakı-Maştağa yolunun hər iki tərəfində) obyektlər təmir olunur. Səhih məlumata görə, Sabunçu rayonunda aparılan, ələlxüsus da Zabrat qəsəbəsində və Maştağa icra nümayəndəliyinin 5 metrliyində yeni inşa olunan obyektin və bu sayaq inşa olunan digər vüsət alan bu sayaq tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan aparılsa da, proses Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Memarlıq və Arxitektura İdarəsinin vəzifəli şəxslərinin göz yumması hesabına baş verir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

VİDEO BURADA: baxmaq üçün bura tıkla...

Xatırladaq ki, bir neçə gün öncə — avqust ayının 21-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilmişdir. Həmin müşavirədə Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizovun qanunsuz tikililərlə bağlı xəbərdarlıq etdiyi hamıya məlumkən, Sabunçu rayonunda baş verən özbaşınalıqlara göz yummaq rayon rəhbərliyinin edilən xəbərdarlıqları nə qədər ciddiyə almadığının göstəricisidir.

Mövzuya qayıdacağıq

Deryaz.az
 

Ardını oxu...
"Bir neçə həftə əvvəl ölkə gündəmini sirkələyən bir xəbər yayılmışdı. Belə ki, iyul aýının 19-da Beyləqan rayon sakini, 44 günlük Vətən müharibəinin iştirakçısı olan Nəsirov Tufan Yasif oğlu intensiv qıcolmalarla Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən göndərişlə Təcili Tibbi Yardım maşını vasitəsilə Təcili Yardım briqadasının müşayiəti altında Yeni Klinikaya gətirilib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yeni Klinikada saat 15.00-dan 17-00-a qədər Beylaqandan gələn Təcili Tibbi Yardım briqadası veteranı xərəkdə xəstəxananın müxtəlif bölmələrində gəzdirməli olub. İki saatdan sonra isə xəstəxananın nevroloqu Ülkər Mirzəzadə rəy verib ki, xəstənin problemi nevroloji deyil, psixolojidir, xəstəxanada isə psixiatriya şöbəsi yoxdur. Bu münvalla veterana verilmiş göndərişdən imtina edilib. Həmin gecə intensiv qıcolmalarla veteran qohumlarının evində qalmağa məcbur olub. Səhəri gün psixiatriya yoxlamaları zamanı bildirilib ki, T.Nəsirovun, ola bilsin ki, psixiatrik problemləri var, amma hazırkı qıcolmalar nevroloji problemlərdən qaynaqlanır. Pasiyent 10 gün digər xəstəxananın nevroloji şöbəsində müalicə aldıqdan sonra normal duruma gətirilərək evə buraxılıb. Hazırda veteranın qıcolmaları yoxdur, amma hər ehtimala qarşı psixiatr müainəsindən keçməyi də planlaşdırır, özünü yaxşı hiss edir. Bu deyilənlərdən nəticə çıxarsaq, görürük ki, Yeni Klinika həmin gün veteranı başından etmək - göndərişinə imtina vermək üçün nevroloqun sözügedən rəyini bəhanə kimi ortaya atıb.

Dünən əldə etdiyimiz məlumata görə isə. yenə göndərişlə Yeni Klinikaya gətirilən, ölümündən sonra "Qarabağ Qəhrəmanı" və digər onlarla medalla təltif edilmiş şəhid Siyahım Dəmirovun atasının (ehtiyat üçün adının çəkilməsini istəmədi) xəstəxanaya qəbulundan imtina edilib.

Qeyd edim ki, şəhid atasının sistem xəstəliyi və bir neçə yanaşı xəstəlikləri var. Necə olur ki, Yeni Klinikada bu 5-6 xəstəliyin birinin müalicəsi yoxdur? Əlbəttə var, bu klinika paytaxtın ən öndə gedən xəstəxanasıdir, təcrübəli və savadlı həkinlərə malikdir. Həm də klinika sığorta ilə əhatə edilib. Amma görünür, Yeni Klinikada çalışan həkimləri və xəstəxananın direktoru Barat Yusubovu sığortadan gələn ödənişlər qane etmir, xəstələrdən müalicə və əməliyyat üçün əlavə ödənişlər istəyirlər. Xəstəxanada hər bir əməliyyətın və ya müalicənin sığortadan əlavə, nağd şəkildə ödənilməli olan öz qiyməti var. Ona görə də xəstəxananın həkimləri güzəştli qrupa daxil olan qaziləri, şəhid ailələrini və veteranları müalicəyə qəbul etmir, hərəsinə bir bəhanə uyduraraq müalicəsindən imtina edirlər. Son 20 gün ərzində bu qəbildən olan 5 pasiyent bizə müraciət edib. Lakin bizim də səylərimiz nəticəsində onların müalicəsi başqa xəstəxanada təşkil olunduğundan, adlarının çəkilməsini istəməyiblər. Müalicəsindən imtina edilən pasiyentlərin çoxu adının çəkilməsindən belə qorxur. Düşünürlər, Yeni Klinika arxasını "dağa" söykəyib ki, bu cür addımlar atmağa cəsarət edir.

Maraqlıdır, Yeni Klinikaya bu imtiyazları kim verib, onlar kimə arxayındır ki, başımızın tacı olan qazilərimizin, veteranlarımızın və vətən yolunda şirin canıni qurban verən şəhidlərimizin valideyinlərinin müalicəsindən imtina edirlər? Belə bir atalar misalı var, hayıma-harayıma gəlməyən oğulun vayına oturum. İndi hamının müalicə keyfiyyətinə görə təriflədiyi xəstəxana əhalinin ən həssas və sosial müdafiəyə ehtiyacı olan qrupunun müalicəsindən imtina edirsə, o kimin nəyinə gərəkdir? Onsuz da pulu ilə müalicə olunanlar özəl klinikada ödənişini edib, daha keyfiyyətli müalicə ala bilər. Bir daha aidiyyəti qurumlardan öyrənmək istəyirik ki, Yeni Klinikaya bu səlahiyyəti kim verib?"

Ardını oxu...
Tovuz-Qazax Regional Təhsil İdarəsinin, Ağstafa təhsil sektorunun və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə razılaşdırılmış hərəkətləri ilə, Ağstafanın təhsil müəssisələrinin rəhbər vəzifələrini təmənna qarşılığında “pay-püşk” etmələri, yaxud, məktəb direktorlarına, direktor müavinlərinə kreslolarını qorumaq üçün müəyyən şərtlər irəli sürmələri barədə indiyədək çox demişik, çox yazmışıq. Söz yox, haqqa, ədalətə, qanunun aliliyinə, öz savadlarına və qüsursuz işləmələrinə güvənib “Triada”nın şərtlərinə boyun əyməyən istisna şəxslər də tapılırdı. Məsələn, Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva kimi.

Bu yerdə qeyd etməyə dəyər ki, sözügedən məktəb rayonun ən qabaqcıl, müəllim və şagird sayına görə ən böyük kontingentli təhsil müəssisələrindən biri olduğuna və az-çox imkanlı valideynlərin yaşadığı şəhər inzibati ərazi vahidində yerləşdiyinə görə, hər zaman rəhbərliyin “xüsusi diqqət” mərkəzində olub və məktəbdə təyinatlara “həssas” yanaşılıb. “Triada” Vəfa Tağıyeva kimi mübariz təhsil içilərini gözdən salmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmədilər. Elə “Triada”nın ən ucuz əlaltıları kimi önə verdikləri, daha “yağlı” vəzifə vəd edib baş redaktorumuza qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açmağa təhrik etdikləri Afaq Mustafayeva — Bayram Bayramov cütlüyünün məhkəmədə israrlarından biridə o olur ki, Ağstafa təhsil sistemindəki qanunsuzluqlar barədə məlumatları redaksiyamıza ötürən mənbənin, məhz Vəfa Tağıyeva olduğunu təsdiq edək. Hətta, məhkəmə zalından kənarda, dəhlizlərdə hər iki şəxs israr edir ki, əgər biz məhkəmədə rəsmi qaydada desək ki, faktları Vəfa Tağıyeva verib, o halda iddalarından vaz keçəcəklər. Görünür, hər iki iddiaçı öz qənaətlərinə görə hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin baxış bucağında təhsil işçilərinin korruptiv əməllərinin ictimailəşdirilməsi elə də qəbahət deyil, amma bu əməllər barədə infomasiyanın, məhz təhsil işçisi tərəfindən mətbuata ötürülməsi bağışlanmazdır. Təbii ki, biz belə çirkin sövdələşməyə gedə bilməzdik, hətta informasiyanı verən əsl mənbənin də kim olduğunu açıqladıq. Məhkəmənin çıxardığı qərara da hörmətlə yanaşdıq.

2 saylı məktəbə son 9 ay ərzində 10 dəfə yoxlama komissiyası göndərib Vəfa Tağıyevanı ləkələyəcək heç nə tapmasalar da, nəhayət, onu vəzifədən kənarlaşdırmağa, yerinə isə “qollarına qolay” adam təyin etdirməyə nail oldular. Bu azmış kimi, Afaq Mustafayevaya 2 saylı məktəbin təşkilati məsələlər üzrə direktor müavini vəzifəsini “peşkəş etdilər”. Özü də heç bir imtahan götürmədən. Həmin vəzifənin əvvəlki sahibi ilə necə rəftar edildiyi barədə isə həmin şəxsin qardaşı sosial şəbəkədə müfəssəl yazmışdı. Söz gəzir ki, iddiaçı olan bu xanımın həyat yoldaşı Bayram Bayramov da Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsindən 2 saylı şəhər məktəbinə “transfer” edilməklə mükafatlandırılacaq.



Yəqin ki, sadiq oxucularımız xatırlayarlar, söhbət o Afaq Mustafayevadan gedir ki, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Zeynalovun yanında “hüdudsuz xətir-hörmətindən” istifadə edərək, həyat yoldaşı Bayram Bayramovu, Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat işləri üzrə müdir vəzifəsinə düzəldilməsinə nail olub. O Afaq Mustafayeva ki, heç də quru maaş hesabına toplamadığı pullarını anası Fazilə xanımın əli ilə zinət əşyaları girov götürmək hesabına faizlə borc verir və onların sələm tələsinə düşənlərdən biri olan Siranuş Eyyubova da, hüquq-mühafizə orqanlarında həlli düyünə düşən şikayətini xeyli müddət bundan əvvəl “Dəryaz” qəzetinin səhifələrinə çıxarmışdı.



O Afaq Mustafayeva ki, “Dəryaz” qəzetinin redaksiyasına etdiyi telefon zəngi zamanı o, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı deyə təqdim edərək, redaksiya rəhbərini təhdid etmişdi, az sonra isə özünü “aydan arı, sudan duru” hesab edən bu xanımın “bic” əməllərinin üstü açılmışdı.

Əlbəttə, yazdığımız tənqidi məqalələrin tam təsirsiz ötüşdüyünü də demək olmaz. Çünki, rəhbərlik tərəfindən Mədət Zeynalova da, Afaq Mustafayevaya da töhmət verilmişdi. Bu fakt Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlının etirafedici səs yazıları ilə təsdiqlənib. Lakin ictimai rəyin tənbehin elə də sərt olmayan bu növü ilə qane olmayacağını görüb “qara məni basınca, qoy qaranı mən basım” taktikasını seçdilər. İddiaçıların ifadələrini əhəmiyyətli hesab etdiyimiz bəzi şəxslərin şahid qismində iştirakını istəmədikləri məhkəmədə qazandıqları müvəqqəti, “Pirr qələbəsi” onları arxayınlaşdırmasın. Ataların belə bir zərb məsəli var: “Haqq nazilər, amma üzülməz!”. Bayram Bayramovun həyat yoldaşının öz ərinin heç də fəxarət doğurmayan ləqəbinin nə olduğunu məhkəmə zalında dilə gətirməsi də faktdır. Afaq Mustafayeva və Bayram Bayramovun ikincinin qardaşı qəzada dünyasını dəyişib morqda olarkən cibindən seyf açarlarını götürüb mərhumun həyat yoldaşından xəlvətcə saxlancdakı 50 min manata qədər olan pul vəsaitini və zinət əşyalarını mənimsəmələri barədə şikayət, bu gün də hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır.

Bütün bunlardan sonra ortaya bir çox düşündürücü suallar çıxır. Bəyəm, əsassız olsa belə normal adam barəsində bu qədər fərqli-fərqli ittihamlar səsləndirilməlidirmi? Yaxud da, təsdiqini tapmasa belə normal adam barəsində bu qədər şikayət olmalıdırmı? Normal adamın işi bunca məhkəmə müstəvisinə çıxmalıdırmı, çəkişməni udsa belə? Sən kim olasısan ki, hamı səni şərləmək, üstünə böhtan atmaq istəyir? Bütün bu sualların cavabı budur ki, od olmayan yerdən tüstü çıxmaz.

Və sonda Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş etmək istəyirik ki, Afaq Mustafayevanın nə vaxt, necə imtahan və müsahibə verdiyini əks etdirən görüntülər çıxarılıb incələnsin.

Mövzunu davam etdirəcəyik.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti