Qərb bölgəsinin mədəniyyət müəssisələrində aparılan qərəzli maliyyə yoxlaması qohumbazlığa xidmət edir

b_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_08_IMG_20240805_183856-1.jpg

Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları şikayət məktubunu “Dəryaz” qəzeti redaksiyasına da göndəriblər və ictimailəşdiriməsini xahiş ediblər,

Müraciətnamədə bildirilir:

“Möhtərəm cənab Prezident İlham Əliyev,

Hörmətli Azərbaycanın birinci Xanımı, El Anası Mehriban xanım Əliyeva

Sizə Qərb bölgəsindən, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin bir qrup mədəniyyət işçiləri adından müraciət edirik. Onu qeyd edək ki, Regional İdarə özündə beş rayonu birləşdirir — Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy. Bildiyiniz kimi, biz mənfur ermənilərlə sərhəd bölgədə yaşayırıq. Ölkəmizin ən çətin zamanlarında biz düşmənlə üz – üzə dayanaraq öz torpağımızdan heç bir yerə getmədik. Çünki ölkə rəhbərimizə inanırdıq. Bilirdik ki, Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan, nəyi neçə və nə vaxt etməyi yaxşı bilir. Budur, Sizin sayənizdə biz qalib xalq olduq. Biz mədəniyyət işçiləri Prezident seçkilərində fəal iştirak etdik. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” — deyən İlham Əliyevə səs verdik.

Möhtərəm cənab Prezident!

Bu gün biz üzləşdiyimiz problemlə bağlı Sizə müraciət edirik. Üç aydır bizdə Malliyə Nazirliyi yoxlama aparır. Yoxlamanın bu qədər uzun çəkməsi bizi narahat edir. Düzdür, iş olan yerdə nöqsan da olur. Lakin bu qədər uzun çəkməsi yoxlamanın qərəzli olması barədə bizdə şübhə yaradırdı. Bu yaxınlarda biz bunun şahidi olduq. Bir nəfər (qadın olduğu üçün adını çəkmək istəmədiyimiz) şəxs məlumat verdi ki, yoxlama ona görə bu qədər uzun çəkir ki, bizim sahədə güclü ixtisar gözlənilir. Kim ixtisara düşüb işini itirmək isrəmirsə, Şəmkir rayon uşaq musuqi məktəbinin keçmiş direktoru Rizvan Məmmədovu “görməlidir”. Onun oğlu Muxtar Məmmədov Gəncə Regional Malliyə Nəzarət İdarəsində rəis müavini vəzifəsində çalışır. Hal – hazırda maliyyə yoxlamasının başında duran odur. Bütün yoxlama sənədləri onun tapşırığı ilə imzalanır. Bundan başqa, Rizvan Məmmədovun bacısının yoldaşı Cavanşir Yusifov Maliyyə Nazırliyində aparat rəhbəridir. Məmmədovun vasitəsiylə bunlar bizim işdə qalmağımıza köməklik edə bilərlər…

Biz — bir neçə nəfər mədəniyyət işçiləri deyilənlərin doğru olduğunu araşdırmaq üçün Şəmkir rayonuna yollandıq. Öyrəndik ki, bəli, Rizvan Məmmədov həqiqətən arxalı adamdır. Belə ki, 65 yaşı olmağına və dövlət qulluqcusu olmadığına baxmayaraq, Düyərli kənd icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. Onu da öyrəndik ki, bacısının həyat yoldaşı Cavanşir Yusifovun köməyi ilə bizim zonada çox adamlara iş düzəldir. Maliyyə yoxlaması mədəniyyət sahəsində bütün müəssisələri əhatə etməsinə baxmayaraq, Rizvan Məmmədovun musiqi məktəbinə direktorluq etdiyi dövrü yoxlamayıb, onun fəaliyyəti dövründə guya heç bir catışmamazlıq olmayıb. Bu, onu sübut edir ki, həqiqətən Rizvan Məmmədovun qohumları ona himayədarlıq edirlər.

Möhtərəm cənab Prezident!

Biz işimizi itirmək istəmirik. Cünki bir çoxlarımız tək ailə başçısıyıq, himayəmizdə övladlarımız var, həmçinin elə bir yaşdayıq ki, ixtisara düşsək, iş tapmağımız çətin olacaq. Biz Sizdən kömək istəyirik. Xahiş edirik, Maliyyə Nazirliyində aidiyyatı şəxslərə tapşırıq verəsiz, ixtisarlara yol verilməsin. Biz nəyə görə Rizvan Məmmədovdan kömək istəməliyik? Hal — hazırda biz parlament seçkilərinə hazırlaşırıq. Bizə seçki məntəqələrində müxtəlif vəzifələr həvalə olunub. Biz daima ölkə Prezidentini, onun siyasətini dəstəkləmişik.

Hörmətli Mehriban xanım! Siz bütün Azərbaycan qadınlarının himayədarı, Bizim Mehribansınız. Məktubumuzu oxuyub bizə dəstək olmağınızı xahiş edirik.

Qazax – Tovuz Regional Mədəniyyət idarəsini əhatə edən müəssisələrin əməkdaşları”.

Redaksiyadan: Əlavə olaraq maraqlanıb öyrənmişik ki, Cavanşir Yusifov Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin hamısında fəaliyyətin son beş ilini yoxlatdırsa da, Rizvan Məmmədovun rəhbərlik etmiş olduğu məktəbin son dörd aylıq fəaliyyətini yoxlatdırır. Hansı ki, yoxlamanın əhatə etdiyi həmin dövrdə Rizvan müəllim artıq direktor vəzifəsini tərk etnişdi. İctimai qınağın təsiri ilə Cavanşir Yusifov yoxlamanın əhatə dövrünü son dörd ilə qədər artıracağını vəd etsə də, sonradan bu məsələ unuduldu. Hazırki yoxlama isə Rizvan Məmmədovu əvəzləyən Samirə xanımın fəaliyyətini araşdırıb və guya hansısa uyğunsuzluqlar, maliyyə pozuntuları aşkar edib.
Bölgənin mədəniyyət işçiləri belə qərəzli araşdırma işini həm də onunla əlaqələndirirlər ki, Cavanşir Yusifovun niyyəti Rizvan Məmmədovun qızı Şəlalə xanımı atasının yerinə — Şəmkir Musiqi Məktəbinə direktor təyin etdirməkdir. Özü də Rizvanın maliyyəçi oğlunun əli ilə. Məlumatlarda həmçinin xatırladılır ki, Şəmkir Musiqi Məktəbində müəllimə işləyən Şəlalə xanım iki dəfə direktorluq imtahanına qatılıb, lakin cəhdləri uğursuz alınıb. Cavanşır Yusifov Təhsil Nazirliyin rəhbər şəxslərinə xabım qohumu üçün ağız açsa da, sözü yerə düşüb. Ona görə də acığa düşüb, mədəniyyət müəssisələrində qərəzli yoxlamalar təşkil edib.

Növbəti sayımızda, Rizvan Məmmədovun işlədiyi dövrdə «ölücanların» kartından pulları kim çıxardıb. Bu və digər məsələlərlə bağlı növbəti sayımızda.

Deryaz.az

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti