Ardını oxu...
Kürdəmir şəhər 9 illik orta məktəbdə “Zərdab yolu” kommersiya kursu fəaliyyət göstərir.
Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.
Onlar iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını qeyd edir:
“9 illik məktəbdə 11 sinif fəaliyyət göstərir. Məktəb tam təmirlidir. İstilik sistemi və sanitar qovşağı var. Amma bir böyük problemimiz var ki, “Zərdab yolu” kommersiya təhsil kursu bu məktəbdə fəaliyyət göstərir. Kurs kiminsə himayəsi altında məktəbdə qeyri-qanuni olaraq yerləşdirilib. Valideynlər, müəllim və şagird kontingenti kursun məktəbdə yerləşməsindən narahatdır və buna görə rayonda səfərdə olan Mərkəzi Aran Region Təhsil İdarəsinin müdiri Elçin Kərimovla görüşmək istəyiblər. Lakin görüşə getmək istəyən müəllimlərə məktəb drektoru Nüsrət Kərimov təzyiq göstərib, onları təhdid edib”.
Məsələ ilə əlaqədar Kürdəmir şəhər 9 illik orta məktəbin direktoru Nüsrət Kərimovla əlaqə saxladıq. Direktor “Zərdab yolu” kommersiya kursunun rəhbərini tanımadığını bildirib:
“Biz Mərkəzi Aran Region Təhsil İdarəsinin tabeliyindəyik. Kursun rəhbəri ilə müqaviləni region təhsil idarəsi bağlayır. Yəni məktəbin bütün tabeçiliyi onlara aiddir. Mənim müqavilə bağlamağa nə hüququm çatır, nə də səlahiyyətim çatır. Kursun mənə heç bir aidiyyatı yoxdur. Mən kiməm ki? Kursun rəhbərini tanımıram, heç adını da bilmirəm. Cavan bir oğlandır, saat 3-ə kimi bizim məktəbdəki dərslər yekunlaşır. Saat 3-dən sonra isə onlar burada tədrisə başlayır. Burada mənlik heç nə yoxdur”.
Kürdəmir Rayon Təhsil İdarəsinin müdiri Rəfael Məmmədov isə Qaynarinfo-ya bildirib ki, “Təhsil haqqında qanun”da büdcədənkənar fəaliyyət üçün məktəbin digər məqsədlər üçün istifadəsi üçün nəzərdə tutula bilər:

Ardını oxu...
“Orada kurs tədrisə heç bir maneçilik törətmir. Kursla qanuni şəkildə müqavilə bağlanılıb”.
 
Ardını oxu...
Göyçay rayonu, Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi kənd məktəbinin təmirinə ayrılan vəsaitin rəsmi şəxslər tərədindən “yeyildiyini” iddia edir:

“Bildirirəm ki, bəzi vəzifəli şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində dövlətin vəsaiti əyri yollarla talan edilir.

Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbin binasının təmir edilməsi üçün dəfələrlə prezident İlham Əliyevə müraciətlər etmişəm. Bundan sonra cənab prezidentin göstərişi ilə nümayəndələr yerdə olub, baxış keçirdilər.

Məktəbin əsaslı təmir edilməsi başlanıldı və son tamamlama işləri gedəndə məlum oldu ki, əsaslı təmir olunmuş məktəbdə kombi qızdırıcı sistemi yox, odun peçindən istifadə ediləcək. Bu isə açıq-açkar qanunsuzluq və biabırçılıqdr ki, vəzifəli şəxslər həyata keçirirlər.

Çünki hər bir yerdə orta məktəb binası inşa ediləndə və ya əsaslı təmir olunanda ora kombi istilik sistemi quraşdırılır. Çərəcə kənd tam orta məktəbinin təmirinə ayrılmış vəsaiti, düzgün istifadə edilmədən, mənimsəyiblər. Bunun isə ağrı-acısını müəllim və şagirdlər çəkəcəklər.

Təsəffür edin, yeni təmir edilmiş məktəbin siniflərində soyuqda odun peçinin hisi-tüstüsü otaqları yararsız hala salacaq, normal tempratur əldə etmək mümkün olmayacaq.

Mən Prezident İlham Əliyevdən xahiş edirəm, Göyçay rayon Çərəcə kənd tam orta məktəbinin əsaslı təmirinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini obyektiv araşdırıb, qanuni tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun adı 5 milyon manatlıq dələduzluq hadisəsinin ardından restoran biznesinə qarışıb.

Belə məlum olur ki, Elman Rüstəmov baş bankir postunu tutan günlərdə Bakının Nizami rayonu ərazisində özünə dəbdəbəli, nataraz şadlıq sarayı, restoran inşa etdirib, adını da “Planet” şadlıq sarayı qoydurub. Bu günlərdə isə Elman Rüstəmovun “Planet”inin ətrafında yaşayan sakinlər müxtəlif dövlət qurumlarına şikayət yazıblar. Bildirirlər ki, gecə yarısına qədər davam edən dəbdəbəli şənlik mərasimlərinin səsi onları narahat edir, yatmağa qoymur. Bu cür tədbirlər qış aylarında restoranın içərisində keçirildiyindən yüksək səs ətrafda yaşayanları bir o qədər də narahat etmir. Lakin yay aylarında açıq havada keçirilən tədbirlərin səsi insanları “səs terroru”na məruz qoyur. Məhsəti küçəsinin sakinləri restoranın səsindən gecələr gözlərinə yuxu getmədiyini deyirlər.

Digər bir problem isə baş bankirin “Planet”inin yolda tıxac yaratmasıdır. Şadlıq evi yolun düz kənarında yerləşdiyindən burada avtomobillərin hərəkətinə ciddi problem yaranır. Şadlıq evinin idarəçiliyini Elman Rüstəmovun yaxınları həyata keçirir.

Maraqldır ki, Elman Rüstəmov baş bankir postunda olduğu günlərdə Azərbaycan vətəndaşı Nizami Kərimova qarşı cinayətə bərabər addım atıb. Özünün dəbdəbəli restoranı ola-ola vətəndaş Nizami Kərimovun restoranını girov qoydurub, Mərkəzi Bankdan 2 banka olduqca aşağı faizlə istehlak krediti ötürüb. 5 milyon manatlıq kreditin tən yarısı “Deka bank”a, digər hissəsi isə “Premium Bank”a ötürülüb.

Vətəndaş Nizami Kərimov restoranının Elman Rüstəmovun göstərişinə əsasən ondan xəbərsiz girov qoyulmasından xəbər tutandan dərhal sonra məhkəməyə müraciət edib.

Elman Rüstəmov özünü bu işdən xəbərsiz aparıb, ortada Azad Nağıyev çox pis vəziyyətdə qalıb. Nizami Kərimov bu gün də məhkəmələrdə özünə məxsus olan restoranın tam qanunsuz olaraq, ən əsası isə ondan xəbərsiz girov qoyulmasını isbatlamağa çalışır. Elman Rüstəmovun şəriki olmuş Azad Nağıyev bu fırıldaqçılıq üzündən bu gün həbs həyatı yaşayır. Nizami Kərimovun başlatdığı məhkəmədə 5 milyonluq kredit maxinasiyasının arxasında Elman Rüstəmovun durmasını təsdiqləyən faktlar üzə çıxıb, buna baxmayaraq sabiq baş bankir şərikini qabağa, yaxasını kənar çəkir.

Nizami Kərimov öz restoranını Elman Rüstəmovun kredit-yeyinti maxinasiyalarına yem etmək fikrində deyil, halal gəliri ilə əldə etdiyi restoranını girovluqdan çıxarmaq üçün Azərbaycan məhkəmələrində illərdir ki, əzmlə çalışır. Bu haqda “Elman Rüstəmova qarşı ittiham- 5 milyonluq dələduzluq sxemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?” sərlöhvəli yazı dərc etmişdik.

Həmin yazıda (https://musavat.com/news/elman-rustemova-qarsi-ittiham-5-milyonluq-deleduzluq-sxemi-merkezi-bankdan-milyonlar-bele-cixarilib_1096997.html) sabiq baş bankirin qanunsuzluğu barədə ətraflı məlumat verildiyindən mahiyyətinə çox da varmırıq.

Nizami Kərimov məhkəmələrdə Elman Rüstəmova dava açdığı bir vaxtda sabiq baş bankirin özünün restoranı üzə çıxıb. Bəlkə Azərbaycan məhkəməsi ədalətli mövqe sərgiləyib Nizami Kərimovun restoranını girovdan çıxarıb Elman Rüstəmovun “Planet”ini 5 milyonun təminatı kimi girov götürməsinə qərar versin? Bu, daha ədalətli olmazmı?

E.MƏMMƏDƏLİYEV,
 
Ardını oxu...
Bugünlərdə Bahadır və İkram Qasımovlar qardaşları ilə bağlı keçirilən məhkəmə prosesi bütün cəmyyətdə ciddi marağa səbəb olub. Buna səbəb bir neçə maddə ilə təqsirlndirilən qardaşların cəmiyyətdə kifayət qədər popuyarlığa malik olması, habelə, onlarla yanaşı, bir çox məşhur şəxslərin də isimlərinin bu prosesdə hallanmasıdır.

Qasımov qardaşları ilə Əmrah Bank arasında çirkli əməkdaşlıq

Hər şeydən öncə qeyd edək ki, Bahadır və İdrak Qasımov qardaşları ilə ötən dövrün ən məşhur banklarından biri olan Əmrah Bank arasında dərin və uzunmüddətli əməkdaşlıq əlaqəsi olub. Qasımov qardaşları bütün pul köçürmələrini məhz Əmrah Bank üzərindən həyata keçirib. Ciddi qanun pozuntuları ilə müşahidə edilən məlum əməkdaşlıqdan həm Qasımov qardaşları, həm də Əmrah Bank böyük qazanc əldə edib. Qeyri-leqal pul köçürmələri bu əməkdaşlığın əsasını təşkil edib. Lakin Qasımov qardaşlarının biznes fəaliyyətində daha iki məşhur isim yer alıb ki, bunlardan biri Naxçıvvanın sabiq xanı Vasif Talıbovun oğlu Rza Talıbovdur.

Rza Talıbovun əli ilə sərhədlər aşan milyonluq zinət əşyaları

Bahadır və İkram Qasımov qardaşları ilə Rza Talıbov arasındakı əməkdaşlıq respublika miqyası ilə məhdudlaşmamış, beynəlxalq xarakter almışdır. Bu əməkdaşlıq münasibətində Rza Talıbovun öhdəsinə düşən əsas missiya Qasımov qardaşlarına məxsus olan qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə digər ölkələrə, xüsusilə də İrana keçirilməsini təmin etmək olub. Rza Talıbov atasının imkan və səlahiyyətlərindən yararlanaraq bütün gərəkli adamları bu prosesə cəlb edə bilib. Binə hava limanının Naxçıvan yük bölməsinin rəisi Rövşən adlı şəxs də bu kateqoriyadandır.

Milyonlar olsun, amma Ramiz Mehdiyev klanı orada olmasın? –Bu ki, mümkünsüzdür...

Bahadır və İkram Qaslmov qardaşlarının nəhəng biznes imperiyasında yer alan fiqurlardan biri də Prezident Administrasiyasının sabiq aparat rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham olub. Bu şəxs Qasımov qardaşlarının ölkə daxilindəki bizneslərinin təhlükəsizliyinə cavabdeh olan əsas fiqur olmaqla yanaşı, həm də məlum biznesin daha da çiçəklənməsi üçün yeni əlaqələri təmin edib. Buna nümunə olaraq İlhamın Qasımov qardaşlarını Hacıağa adlı iranlı ilə tanış etməsini göstərmək olar. İran banklarının təmsilçisi olan Hacıağa, Qasımov qardaşlarına məxsus qızıl-briliantın İrana ixracında, bu satışdan əldə edilən vəsaitin İran banklarına yatırılmasında mühüm rol oynayıb.

“Dağlı ittifaqı”, yaxud region təəssübkeşliyi...

Bahadır və İkram qardaşları ilə İlham arasında münasibətləri biznes tərəfdaşlığı ilə yanaşı, həm də şəxsi dostluğa çevirən əsas məqamlardan biri də onların “yerli” olmasıdır. Qasımov qardaşları Xızıdan, İlham isə Maştağadan olduqları üçün bir-birlərinə “yerli” deyə xitab edir, qarşılıqlı münasibətlərdə əsl təəssübkeşlik nümayiş etdirirdilər. Qasımov qardaşları ilə Ramiz Mehdiyevin kürəkəni arasındakı bu dostluq ətrafdakılar tərəfindən “dağlı ittifaqı” adlandırılır, əksəriyyət bu ittifaqla konfiliktdən uzaq olmağa çalışırdı.

Yuxarıda sadalananlardan aydın olduğu kimi, bu gün Qasımov qardaşları ilə yanaşı, Rza Talıbov, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də məsuliyyətə cəlb edilməsi gərəkən şəxslərdir. Qasımovların çirkli biznes əməliyyatlarında iştirak edən digər şəxslər də də var ki, onlar haqqında gələn yazılarımızda ətraflı məlumat verəcəyik.
Sabir Məmmədov
TEREF
Ardını oxu...
Abşeron rayonunun Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbin ziyalıları adından yazaraq sizə bildirmək istəyirik ki, Məktəbin Direktoru Şərəf Qasımovadır. İşlədiyimiz təhsil müəssisəsində hüquqlarımız kobudcasına pozulur və qeyri-qanuni proseslər gedir. Bizlər təhsildə baş verən problemləri işıqlandıramağımızın əsas səbəbi odur ki, artıq bizləri müəllim olaraq işləməkdən iyrəndiriblər.
İşıqlandıracağımız bir çox məsələlər var, korrupsiya, təhsil konustusiyasının qanunlarına hörmətsizlik (yəni qanunlara riayət edilməməsi), müəllimə rəhbərlik tərəfindən yuxardan aşağı baxılması, Sertifikasiya və MİQ nəticəsi yüksək olan müəllimlərə Pedoqoji Şurada hörmətsizlik, Dərs bölgüsünün bağlı qapılar ardında keçirilməsi (yəni 1 saat dərsi 100-120 manata satılması yəni hər tədris ilinin əvvəlində hər müəllimdən 30-36 saat dərs vermək üçün 1000-1700 manat arası pul alır dərs saatına görə ), məktəbdə fond pulu yığılması (hər ay hər müəllimdən 20 manat), müəllimləri hər il dərs saatlarını vakansiyaya çıxarmaqla hədələməsi hər bir halda bu bir cinayətdir, çünki müəllimlər pul verməyə məcbur olur, əgər verməsə növbəti tədris ili dərs saatı azalacaq və az maaş alacaq. Bu maaşla ailə saxlamaq olmur, (xüsusilə barmaqla sayılacaq qədər az olan kişi müəllimlərimiz üçün daha faciəvidir), 10-11 siniflərdən məktəbə gəlməmək müqablinda hər bir şagirdin valideynindən hər 2-3 aydan bir 100 manat pul yığılması, xəstə uşaqların dərs pulunun mənimsənilməsi, fakültətiv dərsləri müəllimlərin adına yazaraq mənimsənilməsi (dərs keçirilmir), Zəfər tarixi dərsini məktəbin Labarantların keçməsi (yəni direktorun hədəsi altında), hər il məktəbin təmiri adıyla müəllimlərdən pul yığılması, ən önəmlisi isə Vətənimizin azadlığı uğrunda savaşan məktəbimizin veteran müəllimlərinə dərs saatlarının pulla satılmasıdır. Bu dövlətə və Azərbaycan xalqına qarşı cinayətdir və xəyanətdir. Yığılan küllü miqdarda pullar regionalda bildirdiklərinə görə arxasında duran şəxslərə göndərilir. Həmdə karrupsiya yolu ilə əldə etdiyi qazanc sayəsində Bakının mərkəzində özünə 3 bina evi alıbdır. Bütün bunlar bir məktəbdə iyrəncilik yaradır, təhsil sistemin ləkəliyir, hər bir halda bu proseslərlə bağlı qəti tədbir görülməlidir.
Ən şərəfli peşə müəllimlik olsada zamanəmizdə bu peşəni çox ucuza satanlar, aşağı görənlər var.
Ancaq artıq müəllimlik peşəsini bu məktəbdə ən ucuz alverçi peşəsinə çeviriblər. Direktor heç bir hüquq qaydalarına riayət etmədən, müəllimlərin dərs saatlarını vakansiyaya çıxarır, halbuki müəllimlərin dərs saatı ilə bağlı imtinası yoxdur. Bu isə müəllimin əmək hüquqlarının kobutcasına pozulmasıdır.
Bu cür xoşagəlməz halların olmaması üçün yazıb Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı müvafiq tədbirlər görülməsinə köməklik edəsiniz.

Aytən Bəxtiyarqızı
BakuNews.az
 

Ardını oxu...
Yeni təhsil ilinin başlanması ilə məkəblərimizdə uzun illərdir ənənəvi problemə çevrilən şagirdlər müxtəlif adlar altında pul toplamaq prosesinə də "start" verilib. şagirdlərdən pul yığılan məktəblərdən biri də Xırdalan şəhərinin 3 saylı məktəb-liseyidir.

Bu barədə Qlobal.az-a verilən məlumatda qeyd edilir.

Məlumata görə məktəb-liseyin yuxarı siniflərində müəllimlərə hədiyyə adı alında şagirdlərdən 40 manat yığılır.

Vəsaitin "valideyn komitələri" tərəfindən toplandığı bildirilir.

Məktəb rəhbərliyinin şagirdlərdən pul yığılması barədə xəbərlərinin olub-olması barədə dəqiq məlumat yoxdur.

Qlobal.az məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənə bilməyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Xırdalanda 3 saylı məktəb-liseyin açılışında iştirak ediblər.

Xatırladaq ki, Xırdalan şəhərinin 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevadır.

Ardını oxu...
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Birlik təsərrüfat həsablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.

Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

Yerli mediada zaman-zaman istər Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, istərsə də Birliyə tabeli müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı geniş tənqidi məqalələr yayılır. Məsələn, mətbuat (faktinfo) yazır ki, son bir neçə ildə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ( YTB) rəhbərləri dəfələrlə dəyişdirilib.Belə ki, Eldar Əzizov Bakı ŞİH-nin başçısı olandan sonra uzun illər, daha dəqiq desək, 2001-ci ildən YTB-nin baş direktoru professor Vaqif Novruzova töhmət verərək onu vəzifəsindən azad elədi və Elşən Məmmədzadəni onun yerinə təyin etdi. Amma heç nə dəyişmədi, köhnə rüşvət və korrupsiya halları davam etdi və bir az da çoxaldı.

Elşən Məmmədzadə işə çıxan gündən portfelini götürüb, sahələrə çıxdı və qarşısına çıxan işçilərə deyirdi ki, uşaqlar nə olur olsun pul qazanmaq lazımdır. BŞİH Elşən Məmmədzadənin işləyə bilmədiyini görüb, mənzil kommunal idarəsində işləyən, ixtisasca kimya müəllimi, uxun müddət Nizami rayonunda hərbi komissar işləmiş, Mirdamət Seyidovu YTB-yə müavin təyin etdi və bütün səlahiyyətləri ona verdi. O gündən, Elşənin baş direktorluğu formal xarakter daşıdı və YTB-nin qara günləri M.Seyidov gələndən başladı. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürdülər. Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər.

Aktualinfo.org verilən ən son məlumatlarda isə Birliyin Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsində baş alıb gedən yeyintilərdən bəhs edilir. Qeyd edək ki, Xidməti İdarəsi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri ərazisindəki yaşıllıqların su ilə təmini, yeni su xətlərinin çəkilməsi və artezian quyularının qazılmasını həyata keçirir. Xidməti İdarəsinin yeni su xəttlərini və artezian quyularını harada çəkməsi,harada qazması barədə heç kim səhih məlumat bilmir. Bunun üçün burada nə qədər dövlət vəsaitinin talandığını təxmin belə etmək olmur. Amma yaşıllıqların su ilə təmini işlərində talanan pullardan xəbəri olanlar var.

Redaksiyamıza verilən məlumatda bildirilir ki, Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin balansında 14-15 su daşıyan avtomobil var. Bu avtomobillərlə şəhərin bəzi küçə və prospektlərində suvarma xətti olmayan yaşıllıqların suvarılması üçün nəzərdə tutulub. Məlumata görə son 3 aydır sözügedən su daşıyan avtomobillər naməlum səbəblərdən şəhərə buraxılmır. Yəni, avtomobillər qarajda işsiz dayanır. Amma Xidmət İdarəsinin rəisi Yaşar Salahov hər gün bu avtomobillərə güya işə çıxır adı ilə yol vərəqi (putyovka) yazıb 30 litr benzin silir. Təxmini hesablamalarımıza görə bu 15 avtomobilə hər gün hardasa 400 litrdən çox benzin yazılır. Bunu pula çevirdikdə isə gündə 400-450 manat edir. Bunu aya vurduqda isə 10-12 min manata gəlib çıxır.

Bunlardan əlavə, verilən məlumatlara görə Yaşar Salahov həm də sözügedən 15 avtomobilin sürücüsünün maaşlarına da əl qoyub. Məlumata görə sürücülər hər ayın sonu işə gəlib, 490 manata qol çəkib çıxıb gedirlər. Maaşlar isə Yaşar Salahova qalır.

Məlumatlarda həmçinin bildirilir ki, Yaşar Salahovu son vaxtlar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Mirdamət Seyidovun kabinetində tez tez görmək olur. Hətta deyilənlərlərə görə Yaşar Salahov Birliyin rəisinin rəsmi, qeyri rəsmi sifarişlərini həyata keçirir.

Qeyd edək ki, məlumatları dəqiqləşdirmək istəyimiz alınmadı. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən nə də Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsindən telefonlarımıza cavab verən olmadı. Mövzuya bir daha qayıdacağıq.

Aktualinfo.org
Ardını oxu...
Sosial şəbəkədə gündəmə çevrilən bu video görənləri dəhşətə saldı.

Tribunainfo.az xəbər verir ki, “Saville” makaron markasının içində canlı siçan balaları aşkarlanıb.

Qeyd edək ki, makaronun paçkası bağlı halda olduğuna baxmayaraq siçan balaları diri görünür.

Videonu təqdim edirik:

 
 
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 5-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində Əli İsazadə küçəsində tikilən mağazanın yolun daralmasına səbəb olması ilə bağlı məlumat yaymışdıq. Məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi reaksiya verdi. Bildirildi ki, Baş İdarə Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə 9 sentyabr 2024-cü il tarixində özbaşına tikintinin sökülməsini təmin edib, nəticədə ərazidə nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti bərpa olunub. Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğu da eyni qaydada cavablandırıldı.

Həmin yoldan istifadə edən şəxslər Pravda.az-a yenidən müraciət edərək bildiriblər ki, taxta konstruksiyadan ibarət qanunsuz tikili söküldüyü zaman nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti təmin edilsə də, bu, çox çəkməyib. Həmin ərazi yenidən zəbt olunub, bu dəfə isə alver açıq formada həyata keçirilir, paltar vitrinləri yolun kənarına düzülüb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işini görüb, qanunsuz tikilini söküb, əraziyə nəzarəti isə Xəzər RİH həyata keçirməlidir. Görünür ki, həmin taxta konstruksiyanın quraşdırılmasına da rayon rəhbərliyi göz yumub. Belə olmasaydı, yol kənarı yenidən zəbt edilməzdi. Hər kəsə bəllidir ki, müvafiq qurumların, o cümlədən icra hakimiyyətlərinin razılığı olmadan Bakıda daşı-daş üstünə qoymaq olmaz. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd: Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən bu vəzifədədir.

VİDEO 1: https://www.youtube.com/shorts/dDkP_cSGGyg

VİDEO 2: https://www.youtube.com/shorts/_X7NGgwuVi4

VİDEO 3: https://www.youtube.com/shorts/sLDH4J3ipiA
 
Ardını oxu...
Bakıda bir gecənin içində parkın ərazisində bina tikildiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər bu ərazidə qanunsuz tikililərin inşa edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, burada mənzil alarkən ərazinin həyət-park kimi təqdim edildiyini göstərən plan mövcuddur. Sakinlərin fikrincə, yeni tikililər həyətin sahəsini azaldır və hərəkəti çətinləşdirir.

Sakinlər ərazidəki tikintinin qanunsuz aparıldığını və bu səbəbdən narahat olduqlarını bildirirlər.

Binanı tikən "Maşınqayıran" MTK-dan isə bildirilib ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır.

"Maşınqayıran" MTK-nın sədr müavini Xanlar Ağayev bildirib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçiləri üçün nəzərdə tutulub. O əlavə edib ki, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.

Qeyd edək ki, binanın tikintisi hal-hazırda dayandırılıb.

Mövzu ilə bağlı videomaterial təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti