![]() |
![]() ![]() ![]() |
|
Adana, Türkiyə - Türkiyənin mühüm kənd təsərrüfatı bölgələrindən olan Adanada erkən soğan yığımına başlanılıb.
Ötən illə müqayisədə bu il soğanın həm məhsuldarlığı artıb, həm də qiymətləri ciddi şəkildə ucuzlaşıb. Hazırda tarlada soğanın kiloqramı cəmi 7-8 TL (0.3094 AZN) civarındadır.
Yüreğir Ziraat Odası rəhbəri Mehmet Akın Doğan İHA-ya verdiyi açıqlamada bildirib ki, məhsuldarlıq yüksək olsa da, qiymətlərin aşağı düşməsi səbəbindən fermerlər gözlədikləri gəliri əldə edə bilməyib:
"Soğanın tarladan çıxarılması, qablaşdırılması və nəqliyyatı 1 kiloqram üçün 3-3.5 TL təşkil edir. Hazırda 8 TL-ə satılan soğandan fermerin əlində yalnız 4.5-5 TL qalır. Bir dönüm sahənin xərci isə 30-35 min TL-dir. Bu vəziyyətdə qazanc əldə etmək çox çətindir", - deyə Doğan vurğulayıb.
Soğanın xaricə ixracı ilə bağlı da çətinliklər mövcuddur. Misirin ucuz qiymətə soğan satması səbəbilə Rusiya və Avropa ölkələri daha çox Misir məhsullarına üstünlük verir. Eyni zamanda, Türkiyədə analiz müddətinin uzunluğu (təxminən 1 həftə) məhsulun xarici bazara çıxışını çətinləşdirir.
Buna baxmayaraq, bu vəziyyət istehlakçılar üçün əlverişlidir. Qiymətlərin aşağı düşməsi səbəbindən vətəndaşlar keyfiyyətli və faydalı soğanı daha ucuz qiymətə əldə edə bilirlər.
Soğanın sağlamlığa faydaları
Mətbəximizin ayrılmaz hissəsi olan soğan təkcə yeməklərə dad qatmaqla kifayətlənmir, həm də sağlamlıq baxımından əvəzolunmaz faydalar təqdim edir. Bol C vitamini, flavonoidlər və kükürd birləşmələri ilə zəngin olan bu tərəvəz orqanizmin immun sistemini gücləndirir, mikroblarla mübarizə aparır və damarları qoruyur.
Damarları qoruyur, xolesterolu azaldır
Qan şəkərini tənzimləyir, diabet riskini azaldır
Antibakterial təsiri ilə mikroblara qarşı təbii müdafiədir
Bağırsaq fəaliyyətini tənzimləyir və həzmi asanlaşdırır
Saç və dəriyə faydalıdır, saç tökülməsinin qarşısını ala bilər
Antioksidant təsiri ilə bəzi xərçəng növlərinə qarşı qoruyucudur
Soğan - həm mətbəxin, həm də sağlam həyatın əvəzolunmaz sirdaşıdır. Qiymətlərin düşməsi ilə bu şəfalı tərəvəzə daha çox insanın asanlıqla əli çata bilir.**milli.az
Səhərlər qəhvə içməyin uzunömürlülük və ürək sağlamlığına töhfə verdiyi ortaya çıxıb. Mütəxəssislərin fikrincə, səhərlər istehlak edilən qəhvə vaxtından əvvəl ölüm riskini azalda bilər.
Musavat.com xəbər verir ki, İspaniyada çalışan məşhur kardioloq Aurelio Rojas səhər saatlarında istehlak edilən qəhvənin insan sağlamlığına müsbət təsir etdiyini bildirib. 35 yaşlı həkim elmi araşdırmalara əsaslanaraq səhər qəhvəsinin ömrü uzatdığını və infarkt riskini azalda biləcəyini qeyd edib.
Rojasın etibar etdiyi ən diqqətəlayiq tədqiqatlardan biri ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin Obezite Araşdırma Mərkəzi tərəfindən aparılıb. Araşdırmada 20 il ərzində qəhvə istehlakı vərdişləri izlənilən 20.000 insan araşdırılıb. Müşahidəyə görə, səhərlər qəhvə içən fərdlərin ölüm riski 16%, ürək xəstəliyindən ölmə ehtimalı isə 30% azalıb.
Lakin bu faydanın yalnız səhərlər qəhvə qəbul edənlər üçün keçərli olduğu vurğulanıb. Oxşar sağlamlıq faydaları gün ərzində daha çox qəhvə içən insanlarda tapılmayıb.
Həkim Rojas günorta 12-dən sonra istehlak edilən kofeinin bədənin təbii sirkadiyalı ritmini pozduğunu, bunun melatonin və kortizol hormonlarının tarazlığına təsir göstərə biləcəyini və stress səviyyələrini artıra biləcəyini ifadə edib.
Qəhvənin faydaları təkcə ürək sağlamlığı ilə məhdudlaşmır. Qəhvə dənələri B2 və B5 vitaminləri, həmçinin kalium və maqnezium kimi mühüm qidalarla zəngindir. Bu mineralların qan təzyiqi və qan şəkərinin tənzimlənməsində həyati rol oynayır. Maqnezium çatışmazlığının infarkt və insult riskini artırdığı elmi şəkildə sübut edilib.
Digər tərəfdən, American Journal of Clinical Nutrition-da dərc edilən başqa bir araşdırma qəhvədə olan bitki birləşmələrinin 2-ci tip diabet riskini 10%-ə qədər azalda biləcəyini ortaya qoyub. Kardioloq əlavə edib ki, qəhvə çəkiyə nəzarət və ürək-damar sağlamlığına da müsbət töhfə verir.
Qəhvə ilə bağlı müsbət tapıntılar təkcə ABŞ və Avropa ilə məhdudlaşmır. 2023-cü ildə Sinqapurda aparılan genişmiqyaslı araşdırmada 50 yaşdan yuxarı 12500 insan 20 il ərzində izlənilib. Nəticələr göstərib ki, gündə 4 və ya daha çox fincan qəhvə içən insanlar 70 yaşlarında daha az fiziki qüsur yaşadılar. Eynilə, müntəzəm olaraq qara və ya yaşıl çay istehlak edənlərin daha yaşlı yaşlarda daha sağlam qaldığı aşkar edilib.
Tədqiqatçılar hesab edirlər ki, kofein çay və qəhvənin tərkibində olan antioksidant birləşmələrlə birlikdə hüceyrə zədələnməsini ləngidir, bu da ürək xəstəliyi və bəzi xərçəng növləri kimi ciddi xəstəliklərin qarşısını ala bilər.
Mütəxəssislər bütün bu tapıntılar işığında qəhvəni səhərlər balanslı və orta dərəcədə istehlak etməyi məsləhət görürlər.
Musavat.com
"Zehni performansı artırmağın qızıl üçlüyü balıq, qoz və yumurtadır"
Milli.Az xəbər verir ki, bunu Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran bildirib.
O, balanslı qəbul edildikdə neyro-qidaların yaddaşı gücləndirdiyini, diqqəti artırdığını və beyin sağlamlığını qoruduğunu söyləyib.
Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran izah edib ki, sinir sistemi sağlamlığını qoruyan və zehni funksiyaları dəstəkləyən bəzi qidalar "neyro-qidalar" adlanır. Onun sözlərinə görə, selen, sink, Omega-3 yağ turşuları və kofein bu qidaların başında gəlir. Bu maddələr diqqət, yaddaş və reaksiya sürətini artırır. Əksinə, neyro-qida çatışmazlığı yorğunluq, diqqət pozğunluğu, narahatlıq və depressiyaya səbəb ola bilər. Dr. Başaran xəbərdarlıq edib ki, bu qidaların həddindən artıq qəbulu da zərərlidir və balanslı şəkildə, həkim nəzarətində alınmalıdır.
Mütəxəssis selenin beynin oksidləşmə stresini azaltdığını və immunitet sistemini gücləndirdiyini bildirib. Aşağı səviyyəli selenin narahatlıq, depressiya və zehni geriləmə ilə əlaqəli olduğunu vurğulayıb. Sinkin də yaddaş və öyrənmə prosesində mühüm rol oynadığını qeyd edib. Sink azlığı diqqət pozğunluğu və Alzheimer riskini artıra bilər.
Kofeinin diqqəti topladığını və oyanıqlığı artırdığını bildirən Dr. Başaran əlavə edib ki, orta miqdarda qəhvə və yaşıl çay içmək demans riskini azalda bilər, lakin çox qəbul edildikdə yuxu pozuntuları və narahatlıq yarada bilər.
O, neyro-qidaların içində Omega-3 yağ turşularını ən güclü hesab edir. Balıq, qoz, kətan və çia toxumu, həmçinin Omega-3 ilə zənginləşdirilmiş yumurtalar bu maddənin əsas mənbəyidir. Həftədə bir neçə dəfə yumurta yeyənlərin Alzheimer riskinin daha aşağı olduğunu deyən Başaran, bu təsiri yumurta sarısındakı xolinin yaratdığını bildirib. O, həmçinin neyro-qidaların nə az, nə çox, balanslı qəbulunun zehni sağlamlığın açarı olduğunu vurğulayıb.
Bel ağrısı adətən onurğa sütununun pozulması, düzgün olmayan hərəkət, ağır iş və ya yanlış yuxu mövqeləri nəticəsində yaranır.
Ancaq bel ağrısından şikayət edənlər üçün təbii üsullarla tez və təsirli həll yolları var.
Lavanda yağı, zəncəfil-zərdəçal çayı, nanə məlhəmi və isti-soyuq kompreslər kimi sadə üsullarla dəqiqələrdə ağrılardan qurtulmağın vaxtıdır.
Lavanda yağı ilə masaj edin
Lavanda yağı rahatlaşdırıcı və əzələ yumşaldıcı xüsusiyyətləri ilə tanınır. Arxa bölgədəki ağrıları aradan qaldırmaq üçün zeytun yağı ilə lavanda yağını qarışdıraraq kürəyinizi masaj edə bilərsiniz. Bu tətbiq əzələlərdə gərginliyi aradan qaldıraraq ağrıları azaltmağa kömək edir.
Zəncəfil və zərdəçal
Zəncəfil və zərdəçal iltihab əleyhinə xüsusiyyətləri ilə bel ağrılarını aradan qaldırmaq üçün əla təbii vasitələr yaradır. Hər iki ədviyyatı birləşdirərək hazırladığınız bitki çayı gündə bir və ya iki fincan içdiyiniz zaman ağrıları azaltmağa kömək edə bilər.
Nanə və acı bibər məlhəmləri
Nanə yağı və acı bibərdə olan kapsaisin ağrı siqnallarını müvəqqəti olaraq blok edə bilər. Nanə yağı soyuducu təsiri ilə ağrıları aradan qaldırarkən, acı bibər məlhəmi də ağrıya qarşı təsirli bir həll təklif edir. Bu məlhəmlər bel nahiyəsində ağrıları tez aradan qaldırır.
İsti və soyuq kompres tətbiqi
Bel ağrısı ilk başladığı zaman ilk 48 saat soyuq kompres tətbiq etmək şişkinliyi azaldacaq. Sonra bölgəni qızdırılan dəsmal ilə sarmaq əzələləri rahatlamağa və qan axını artırmağa kömək edir, ağrıları aradan qaldırmağa kömək edir.
Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.//E-saglam.az
Həkim-kadrların kurs keçməsi yerli qurumun icazəsi ilə olacaq - iki rəy
Azərbaycanda həkimlik və əczaçılıq fəaliyyəti üçün yeni tələblər müəyyənləşir. Bu, aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Qüvvədə olan qanunda isə fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olurdular.
Yeni tələblərin əhəmiyyəti nədir? Bu, tibbi xidmətin keyfiyyətinə necə təsir edəcək?
Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Səhiyyə sistemində digər sahələrdə olduğu kimi, davamlı olaraq kadrların peşəkarlığı məsələsi əsas problem olaraq qalır. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur. Bu baxımdan son dövrlər sertifikasiya prosedurlarını yenilik kimi ortaya qoymaq olar. Mütəmadi olaraq kadrların imtahanlara cəlb olunması, kurslara cəlb olunması öz üzərlərində davamlı olaraq işləməsinə hesablanmış addımlardır.
Burada bir məsələ də var ki, kadrların peşəkarlığının çox aydın şəkildə ölçülmə düsturu və ya vahidi təəssüf ki, ortada yoxdur. Bütün dünyada bu işlər müxtəlif üsullarla həyata keçirilir. Bunlardan biri əlbəttə ki, sertifikasiya imtahanlarının mütəmadi keçirilməsidir. İkincisi, mütəmadi olaraq müəyyən kursların keçirilməsidir. Xüsusən bu günlərdə aktual olan və müzakirələrdə də xüsusi diqqət yetirilən məsələlərdən biri odur ki, kadrların mütəmadi olaraq səhiyyə nazirlərinin təsdiq etdiyi müxtəlif konfranslarda, vorkshoplarda iştirakının vacib olmasıdır. Sadəcə, düşünülür ki, bu kimi tədbirlərdə həkimlər iştirak etdikdə, onlar daha çox yeniliklərlə tanış olma imkanı əldə edirlər. Yenilikləri mənimsəmək üçün müəyyən kurslarda, vorkshoplarda da onların daha aydın şəkildə imkanları yaranır.
Belə bir təklif də var ki, hansısa bir kadr həmin 5 il ərzində bal yığarsa, yəni konfranslarda, simpoziumlarda, elmi tədbirlərdə iştirak etməklə hətta onun sertifikasiya imkanı adekvat qiymətləndirilə bilər. Çünki bu, həmin kadrın bu illər ərzində mütəmadi olaraq öz peşə səviyyəsini artırdığını və inkişaf etdirdiyini göstərir.
5 il ərzində tamamilə işləməmiş kadrların isə həm kurslara cəlb olunması, həm də sertifikasiyaya yönləndirilməsi doğru bir tələbdir. Çünki 5 il az müddət deyil və bugünkü sürətli inkişaf dövründə tibbdə baş verən dəyişiklikləri izləmək, yenilikləri mənimsəmək və ya itirilən bilik, bacarıqları bərpa etmək baxımından belə kadrların müəyyən kurslara ehtiyacı var".
Həkim əlavə edib ki, sertifikasiya imtahanı ilə fəaliyyət adekvatlığının təsdiqlənməsinə ehtiyac var: “Burada vacib olan detallardan biri hansı kursların, imtahanların olması deyil. Çox vacib olan məsələ xüsusən kursların keçirilmə səviyyəsi, kursların hansı şəkildə keçirilməsi və sertifikasiya imkanlarının daha da təkmilləşdirilməsidir. Çünki sertifikasiya imkanları təkmilləşərsə, sadəcə, müəyyən bilgiləri yox, həkim kadrların müasir təbabətin tələblərinə uyğun yiyələndiyi bilikləri optimal şəkildə dəyərləndirmək imkanı verərdi”.
Tibb Universitettinin farmokologiya kafedrasının dosenti, farmokoloq Aydın Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu və ya digər səbəbdən işləyə bilməyən insanlar, işləmək istəyirsə, qanunda da düzgün olaraq göstərilir ki, müvafiq orqanın müəssisəsində hazırlıq keçməlidir, bundan sonra sertifikasiyadan keçməlidir. Yəni o, qarşıya qoyulan elmi və praktik məsələlərin cavablarını mənimsəməlidir, sertifikasiyadan keçməlidir, bundan sonra işləməsinə şərait yaradılır. Buna çox normal yanaşılmalıdır. Bu və ya digər səbəblərdən olur ki, hansısa səbəbdən işləyə bilmir. Amma sonra özündə güc tapır və işləmək istəyir. Bu mənada qanun iki üsulla icazə verir, müvafiq tibb müəssisəsində praktikanı keçməlidir və sertifikasiyadan keçməlidir. Bu mənada müsbət yanaşıram. Bir şəxsin əczaçılıq hüququnun bərpa olunması üçün qanun imkan verir və belə vəziyyətdə olan insanlara da yol açıq olduğunu göstərir. Təki sən bu sənətin elmi praktiki əhəmiyyətini dərk edəsən”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Dünyada “Erməni xəstəliyi” adı verilmiş qızdırmadan müalicə ilə bağlı məqamlar açıqlanıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, “Ailəvi Aralıq dənizi qızdırması” və ya “Erməni xəstəliyi”nin etnik mənşəli olması artıq ötən əsrin 50-ci illərində aydın olub. 1954-cü ildə Livanda tədqiqat aparan ABŞ-nin tibb professoru Hobart A.Reymann yazırdı: "Livan bu xəstəliyin tədqiqi üçün qeyri-adi imkanlar yaradır. Təxminən 1,3 milyon nəfər olan ərəb əhalisi olan ölkədə həmçinin yüz minə yaxın erməni var. Xəstəlik beş il ərzində 72 nəfərdə qeydə alınıb. Xəstələrdən 49-u erməni, 23-ü ərəbdir. Burada xəstəliyin adına “erməni” deyirlər”.
Maraqlıdır ki, Ermənistanın özündə xəstəliyə “İrəvan xəstəliyi” adı verilib.
Hazırda Ermənistanda da sakinlər arasında “Ailəvi Aralıq dənizi qızdırması” geniş yayılıb. Bununla yanaşı, cəmiyyətdə hələ də bu mövzuda müəyyən qadağa var. Hər üç və ya dörd ermənidən biri mutasiyaya uğramış genin daşıyıcısıdır. Bir genetik mutasiya ilə isə heç bir əlamət müşahidə olunmur (ailəvi Aralıq dənizi qızdırmasının simptomları iki mutasiya zamanı özünü göstərir), lakin bu, ermənilər arasında xəstəliyin yayılmasını təsəvvür etmək üçün kifayətdir.
Bununla belə, cəmiyyətdə hələ də bu xəstəliklə bağlı miflər mövcuddur. "Çox vaxt onlar xəstəliyi gizlətməyə çalışırlar; bir çoxları çəkinir, evlənə bilməyəcəklərindən qorxurlar, bu arada yalnız vaxtında aparılan müalicə nəticələrin qarşısını almağa kömək edəcək", - revmatoloq, “Nairi” Tibb Mərkəzinin Revmatoloji-İmmunologiya Xidmətinin rəhbəri Vaan Mukuçyan yerli mətbuata müsahibəsində bildirib.
Xəstəliyin son dərəcə ağır fəsadı həm qadınlarda, həm də kişilərdə sonsuzluqdur. Bu baxımdan Mukuçyan vurğulayıb ki, əgər xəstəlik vaxtında aşkar edilsə və dərman qəbul edilsə, mutasiyaya uğramış genlərin daşıyıcıları üçün uşaq dünyaya gətirmək şansı adi insanlarda olduğu kimidir.
“Erməni xəstəliyi” və ya “Aralıq dənizi qızdırması” səhhətin kəskin pisləşməsi ilə müşayiət olunur. Xəstəlik ümumiyyətlə, müxtəlif simptomlarla xarakterizə edilir. Xəstəliyin əsas əlamətləri qarın və ya döş qəfəsində ağrı ilə birlikdə temperaturun 38-40 dərəcəyə qədər artmasıdır.
Bu, müalicə edilmədikdə böyrək amiloidozuna (sümük iliyi zülalının orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasına səbəb olan nadir xəstəlik) səbəb ola biləcək ciddi xəstəlikdir. Buna görə həkimlər xəstəliklə bağlı kiçik şübhə olduqda israrla genetik testdən keçməyi tövsiyə edirlər. Xəstəliyin əlamətləri müşahidə olunduqda ilk növbədə, genetik qan testi vermək lazımdır. Xəstəlik təsdiqlənərsə, həkim dərmanı və onun dozasını təyin edəcək. Müalicənin ixtisaslı mütəxəssis tərəfindən təyin edilməsi çox vacibdir, xəstə heç vaxt özünü müalicə etməməlidir. Həkim həmçinin əlavə testlərin keçib-keçilməməsini müəyyənləşdirəcək.