Avtobus zolaqlarının statusu dəyişir? -
Ekspertlərə görə, xüsusi yerlərin ayrılması müsbət haldır, amma bəzi təhlükələr yaradır
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlərin ayrılması müsbət haldır. A.Nəbiyev vurğuladı ki, bu qərar çoxdan verilməli idi: “Çox yerdə qırıq-qırıq xətt çəkilməyib, bu cür xətləmə döngəyə çatmamış edilir. İkinci zolaqda dönmə həm təhlükəlidir, həm də qayda pozuntusudur. Çox yerdə bu nişanlanma edilməyib. Bu isə yolverilməz haldır. Hələ ki, bu istiqamətdə iş görülmür. Digər tərəfdən minik avtomobilləri avtobus zolağına girə bilmirlər, dərhal cərimələnirlər, avtobuslar isə minik avtomobillərinin zolağına rahat şəkildə daxil ola bilirlər, amma cərimə olunmurlar. Dayanma-durma nişanları ilə bağlı vəziyyət də ürəkaçan deyil, hər yerdə quraşdırılıb, amma məhəl qoyan yoxdur. Əslində bayram günlərində dayanmağa icazə var, lakin reallıqda yoxdur. Həftənin tək və cüt günləri üçün dayanma-durma nişanlarını tətbiq etmək lazımdır ki, dayanma-durma problemi həllini tapsın. Bir məsələyə də diqqət çəkmək istəyirəm ki, şəhərin bəzi hissələrində saatlar qoyulmayıb. Bəzi prospektlərdə tıxac olmur, odur ki, avtobus zolağının çəkilməsi, minik avtomobillərinə məhdudiyyət qoyulmasının əhəmiyyəti yoxdur. Düşünürəm ki, şəhərin hər yerində yalnız pik saatlarda-səhər saat 07:00-dan-10:00-a qədər, axşamlar isə 17:00-dan 20:00-a qədər olan müddətdə məhdudiyyət tətbiq olunmalıdır. Pik saatlarda monitorinq aparılmasına ehtiyac var. Axının tənzimlənməsi üçün bu məqsədəuyğun olar. Eyni zamanda tıxacların qarşısını almaq üçün reversiv işıqforlara ehtiyac var. Qanunvericilikdə nəzərdə tutulsa da, tələb olsa da, təəssüf ki, reallıqda tətbiq olunmur. Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılmasının tıxaca heç bir xeyri olmayacaq. Sərnişinləri mindirib-düşürənə qədər avtobuslar gözləməyə məcbur olacaqlar. Ümid edək ki, qəzalar olmayacaq. Məsələn, yolda 3 zolaq varsa, avtomobillər tıxacda dayanan zaman avtobuslar sürətlə keçib gedir. Halbuki, belə olmamalıdır. Bu, piyadalar üçün risk yaradır”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:

“Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir. Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir. Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var - xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir”.

Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:

“Taksi sürücüləri zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil. Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb”.
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb
13 İyun 2025 DİQQƏT: yeni cəzalar gəlir!
13 İyun 2025 Bank kartlarından talamanın qarşısını alacaq qanun təsdiqləndi – PUL OĞRULARINI BELƏ TUTACAQLAR
13 İyun 2025 "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA
12 İyun 2025 İmtahanda tədris proqramından kənar suallar verilir? – Məleykə Abbaszadə onları “meydan”a çağırdı/ VİDEO
12 İyun 2025 Bakıda əcnəbilərin şok əməlləri: İki nəfəri öldürmək istədilər...
12 İyun 2025 Badamdar Hotel"in baş xəzinadarı "vergül"lə pul mənimsədi - Sevgilisinə xərclədi
12 İyun 2025  Putin yoxdursa... DOSTU DA YOXDUR... - GÖRÜNƏNİ BUDUR...
12 İyun 2025 TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı FOTO
11 İyun 2025 Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir işləri niyə ləng gedir? VİDEO
11 İyun 2025 Azərbaycanla Gürcüstan arasında dəmiryolu ilə sərnişindaşıma niyə bərpa olunmadı? - ÖZƏL
11 İyun 2025 Azərbaycanda 1 ildə 10 min tələbə qovulub: Dəhşətli statistikanın şok səbəbləri
11 İyun 2025 Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb

Dünyapress TV

Xəbər lenti