Ardını oxu...
Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

"DogruXeber.az" xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayacaqlar.

Onlar 1/32 finalda müvafiq olaraq, kiprli Sofiya Asvesta və braziliyalı Ronald Liman ilə üz-üzə gələcəklər.

Ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.
Ardını oxu...
İrlandiya təmsilçisi "Droqeda Yunayted" UEFA-nın qərarı ilə 2025/2026 mövsümündə Konfrans Liqasından kənarlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Droqeda Yunayted" Danimarkanın “Silkeborq” kollektivi ilə eyni yarışda mübarizə aparmağı planlaşdırır. Lakin hər iki klub eyni şirkət tərəfindən maliyyələşdiyi üçün qurum İrlandiya komandasının Konfrans Liqasında iştirakının əlehinədir.

Qeyd edək ki, "Droqeda Yunayted" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.
Ardını oxu...
Klub İsmayıl İbrahimli ilə də yollarını ayırıb. Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib

***

Klub Marko Veşoviçin də müqaviləsinin yenilənmədiyini açıqlayıb və futbolçu ilə vidalaşıb.

***

Bundan başqa Patrik Andrade də komanda ilə yolları ayırıb.

***

Yasin Benzia “Qarabağ”dan ayrılıb.

Sherg.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.

Onunla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.
Ardını oxu...
Həyatda bəzi anlar var, adam fikirləşir ki, nəsə demək, yazmaq, etmək artıq mənasızdı. Sevgilin səndən ayrılmağı beyninə qoyubsa, ayrılacaq. Müdir səni işdən çıxarmağa qərar veribsə, çıxaracaq. Bir adam eyni səhvi 10 dəfə edibsə, yenə edəcək. Həmin anlarda nəsə deməyin mənasız olduğunu müdrik şəkildə dərk etmək lazımdır. Bu əlacsızlığı, çarəsizliyi bir idman jurnalisti kimi son periodda yaşadığımı hiss edirəm. Məni bu fikrə sürükləyən şey isə futbol üzrə milli komandamızdır.

Millimiz vəziyyəti artıq elə həddə gətirib çatdırıb ki, bütün dediyim, deyəcəyim, yazdığım, yazacağım sözlərin mənasız olduğunu qəbul etmək ərəfəsindəyəm. Özümü gücsüz hiss edirəm. Gücsüzlük də bəzən qarşındakının üzsüzlüyündən yaranır. Məsələn, bir adam gəlir, sənə dəfələrlə yalan danışır, illərlə səni aldadır, üzsüzlük edir. Ona bir şey edə bilmirsən, inanmasan da, naəlac yalanlarına qulaq asırsan, əlindən bir şey gəlmir və onun bu xasiyyətini dəyişməyə gücün çatmır. İndi futbol üzrə milli komandamızda da eyni halətdir, futbolumuzu idarə edənlərdən, məşqçisindən, rəhbərliyindən, futbolçusuna qədər hamısında bu üzsüzlüyü görmək mümkündür.

Yəqin fikir vermisiz, bəzən elə adamlar da olur ki, bir yalanı dəfələrlə təkrarlayır. Sənə danışır, gedir məhəllədə dükanda satıcıya danışır, iş yoldaşlarına danışır, çayxanada oturub danışır. Bir də görürsən ki, həmin yalana artıq özü də inanmağa başlayır, danışdığının gerçək olduğunu düşünür. Oxuduqca sizin də gözünüzdə AFFA canlanmır? Başbilənlərinin 2-3 ayda bir kamera qarşısına çıxıb, qalaq-qalaq planlar, təkliflər, strategiyalar asıb-kəsdiyini, milləti ələ saldığı görüntülər canlanmır? Görünür, AFFA rəhbərliyi də bu xəstəlikdən əziyyət çəkir. 3-4 nəfər çıxıb yazsın, desin ki, Macarıstana 1 qol vurduq, böyük uğurdur. Bunlar da səhər çıxıb deyəcək ki, hə də, nədi, Macarıstanı udmalıydıq? Vəssalam.

Mənə maraqlıdır, bu adamlar özlərini ağıllı, Azərbaycan xalqını axmaq hesab edir? Ya millətin dünyadan xəbəri yoxdur, futbolun nə olduğunu bilmir?! Bilsinlər ki, futbolun nə olduğunu millətimiz lap əla da başa düşür. Yüz minlərlə “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Mançester Yunayted”, “Liverpul”, “Real Madrid”, “Barselona”, “Yuventus”, “Milan”, “Arsenal” və s. xarici klubun azarkeşi var bu ölkədə. Hər beynəlxalq çempionatda Türkiyə, Braziliya, İtaliya, İngiltərə, Portuqaliya, Argentinaya azarkeşlik edir camaat. Publar dolu, monitorlarda futbol matçları. Sizin üzsüzlüyünüz, qonşuların vicdanlı işgüzarlığı fonunda keçən ili də Gürcüstana azarkeşlik etməklə keçirdik. Hələ gələn il də Özbəkistanı dəstəkləyəcəyik. Özbəkistan ee... Utanın da.

Məsələ burasındadır ki, biz onsuz əvvəl də milli komandaya inanmırdıq. Amma stadiona gedirdik, Getməyəndə, televizoru açıb, baxırdıq. Hələ bir ara həştəq də açmışdıq ki, #NiyəDəYox?! Çünki, yığma komandamıza sevgimiz var idi, veteran futbolçularımız stadiona çıxanda ən azından tribunadakı azarkeşlərdən, qohum-əqrəbalarından utanıb, can qoyurdular. 0:5 də uduzurdular, 0:8 də. Hələ bəzən araya salıb Finlandiyanı da udurdular, İrlandiyanı da, Türkiyəni də. Bəli, bəlkə inamımız yox idi, amma sevgimiz var idi. Hörmətli, AFFA rəhbərliyi, siz bu qısa zaman ərzində ən vacib şeyi də məhv etdiniz, milli komandamıza sevgimizi öldürdünüz. Sayənizdə, futbolçularımızın da formaya sevgisi qalmadı, azarkeşlərimizin də.

Yenə deyirəm, bu milləti axmaq yerinə qoymayın. Bu ölkənin futbol üzrə milli komandası heç birinizin atasının malı deyil ki, gedib kimlərinsə “otxod”unu baş məşqçi gətirəsiniz. “Beşiktaş” Fernandu Santuşu qovursa, təzminatını versin, göndərsin. Day eyni maaşa üstümüzə niyə göndərir? Necə qəbul etmək olar bunu? Azərbaycan millisi sizin üçün nədi? Bir nəfər başıpapaqlı adam yoxdur ki, bu qədər rəzillikdən sonra o kişinin çamadanını qoltuğuna verib, göndərsin?! Yoxsa hər biabırçılıqdan sonra mətbuat konfransında çıxıb bizi ələ salmağa davam edəcək? Getdiyi hər yerdən qovulan qoca deyəsən elə bilir ki, bundan qabaq Azərbaycan xalqı top görəndə elə bilirdi bombadı, gəlib, bu öyrədib futbolu.

Rövşən Nəcəf, Cahangir Fərəcullayev, çıxın, danışın, bir üzünüzü görək. Bir bizə deyin, bu işin axırı hara gedir? Nə fikirləşirsiz, nə gözləyirsiz? Səbir kasamızda dodaqyeri də qalmayıb. Yaxşı, ilk işi mən deyim, Santuşu göndərin, yerli məşqçi gətirin, 2 il vaxt verin. Bu adamlıq deyil də, ay qardaşlar, bunu başa düşmək bu qədər çətindir? Vallah, billah Santuşluq deyil. Bank kartı paylaşın sosial şəbəkələrdə, hərəmiz 1-2 manatdan atışaq, təzminatını yığaq, verin, yola salın. Bəsdir də.
apasport.az
Ardını oxu...
  

Komandamızın bütün üzvləri meydanda mübarizə apardılar. Hamımız yaxşı nəticə üçün can qoyduq, amma alınmadı.

Bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, nəticənin oyuna görə olmadığını bildirib: "Macarıstan yaxşı komandadır. Qələbə qazana bilmədik. Amma düşünürəm ki, bugünkü oyun gələcək görüşlərdə bir çoxumuza motivasiya ola bilər".

Qeyd edək ki, millimiz iyunun 7-də keçirilən ilk yoldaşlıq görüşündə Latviya yığması ilə Riqada 0:0 hesablı heç-heçə edib. (Unikal)


Ardını oxu...
Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” heyətini yeni oyunçu ilə gücləndirib.

"DogruXeber.az" xəbər verir ki, “dəmiryolçular” Cənubi Koreyadan olan Sol Koonu transfer edib.

Onunla 1 illik müqavilə imzalanıb.

24 yaşlı voleybolçu son olaraq Fransanın "Entend Sen Şamon" kollektivində oynayıb.
Ardını oxu...
"Barselona"nın futbolçusu Lamin Yamal dünyanın ən dəyərli futbolçusu olub.

Demokrat.az xəbər verir ki, son yenilənmələrə əsasən, 17 yaşlı oyunçunun bazar dəyəri 200 milyon avroya yüksəlib.

Yamal bu göstərici ilə Cud Bellinqem ("Real"), Kilian Mbappe (PSJ) və Erlinq Haalandı ("Mançester Siti") geridə qoyub. Həmin futbolçuların hər birinin dəyəri 180 milyon avro olaraq göstərilib.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 25 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. (qol.az)
Ardını oxu...
Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Axar.az-a verilən məlumata görə, bu gün idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb.

Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.

Bakıdakı UFC gecəsinin əsas qarşılaşması yarım ağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə Çilidən olan İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnirdə həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
 
 
Ardını oxu...
Bu gün UEFA Millətlər Liqasında üçüncü yer uğrunda görüş keçirilib.

Demokrat.az xəbər verir ki, oyun Almaniyada baş tutub.

Bürünc medal uğrunda Almaniya və Fransa yığmaları üz-üzə gəlib. Fransa Almaniyanı 2:0 məğlub edib.

UEFA Millətlər Liqası

III yer uğrunda görüş

Almaniya – Fransa 0:2

Final görüşündə isə İspaniya ilə Portuqaliya qarşılaşacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Ardını oxu...
Bu gün Millətlər Liqasının bürünc mükafatçısı müəyyənləşib.

QOL.az xəbər verir ki, həm üçüncü yer uğrunda görüşdə Almaniya millisi Fransa ilə qarşılaşıb. Matç Almaniyada oynanılıb.

Görüş fransalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turnirin həlledici görüşündə isə İspaniya Portuqaliya ilə üz-üzə gələcək.

Millətlər Liqası

3-cü yer uğrunda görüş

17:00. Almaniya – Fransa - 0:2

Qollar: K.Mbappe, 45; M.Olise, 84

Final

23:00. İspaniya – Portuqaliya
 

Dünyapress TV

Xəbər lenti