Ardını oxu...
Ekspertlərə görə, xüsusi yerlərin ayrılması müsbət haldır, amma bəzi təhlükələr yaradır
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlərin ayrılması müsbət haldır. A.Nəbiyev vurğuladı ki, bu qərar çoxdan verilməli idi: “Çox yerdə qırıq-qırıq xətt çəkilməyib, bu cür xətləmə döngəyə çatmamış edilir. İkinci zolaqda dönmə həm təhlükəlidir, həm də qayda pozuntusudur. Çox yerdə bu nişanlanma edilməyib. Bu isə yolverilməz haldır. Hələ ki, bu istiqamətdə iş görülmür. Digər tərəfdən minik avtomobilləri avtobus zolağına girə bilmirlər, dərhal cərimələnirlər, avtobuslar isə minik avtomobillərinin zolağına rahat şəkildə daxil ola bilirlər, amma cərimə olunmurlar. Dayanma-durma nişanları ilə bağlı vəziyyət də ürəkaçan deyil, hər yerdə quraşdırılıb, amma məhəl qoyan yoxdur. Əslində bayram günlərində dayanmağa icazə var, lakin reallıqda yoxdur. Həftənin tək və cüt günləri üçün dayanma-durma nişanlarını tətbiq etmək lazımdır ki, dayanma-durma problemi həllini tapsın. Bir məsələyə də diqqət çəkmək istəyirəm ki, şəhərin bəzi hissələrində saatlar qoyulmayıb. Bəzi prospektlərdə tıxac olmur, odur ki, avtobus zolağının çəkilməsi, minik avtomobillərinə məhdudiyyət qoyulmasının əhəmiyyəti yoxdur. Düşünürəm ki, şəhərin hər yerində yalnız pik saatlarda-səhər saat 07:00-dan-10:00-a qədər, axşamlar isə 17:00-dan 20:00-a qədər olan müddətdə məhdudiyyət tətbiq olunmalıdır. Pik saatlarda monitorinq aparılmasına ehtiyac var. Axının tənzimlənməsi üçün bu məqsədəuyğun olar. Eyni zamanda tıxacların qarşısını almaq üçün reversiv işıqforlara ehtiyac var. Qanunvericilikdə nəzərdə tutulsa da, tələb olsa da, təəssüf ki, reallıqda tətbiq olunmur. Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılmasının tıxaca heç bir xeyri olmayacaq. Sərnişinləri mindirib-düşürənə qədər avtobuslar gözləməyə məcbur olacaqlar. Ümid edək ki, qəzalar olmayacaq. Məsələn, yolda 3 zolaq varsa, avtomobillər tıxacda dayanan zaman avtobuslar sürətlə keçib gedir. Halbuki, belə olmamalıdır. Bu, piyadalar üçün risk yaradır”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:

“Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir. Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir. Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var - xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir”.

Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:

“Taksi sürücüləri zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil. Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb”.
 

Ardını oxu...

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Gununsesi.info xəbər verir ki, məzunlar arasında şəhid övladları da var. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi onların siyahısını hazırlayıb.

Məzun olan şəhid övladlarını təqdim edirik:

Şəhid polkovnik Şükür Həmidovun oğlu – Nurlan Həmidli

Şəhid polkovnik Şahin Mirzəyevin oğlu – Əli Mirzəyev

Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı – Nigar Əliyeva

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin oğlu – Fuad Tağızadə

Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun qızı – Səbinə Məmmədzadə

Şəhid mayor Sübhi Mürsəliyevin qızı – Aişə Mürsəliyeva

Şəhid mayor Asəf Maşıyevin oğlu – Əliheydər Maşıyev

Şəhid mayor Ramil Ağayevin qızı – Zəhra Ağazadə

Şəhid mayor Əhməd Abdullayevin oğlu – Nihad Abdullayev

Şəhid mayor Təbriz Musazadənin oğlu – Onur Musazadə

Şəhid mayor Abakar Hacıyevin oğlu – Hacı Hacıyev

Şəhid mayor Urfan Vəlizadənin qızı – Zəhra Vəlizadə

Şəhid mayor Vaqif Bayramovun qızı – Zeynəb Bayramlı

Şəhid mayor Emin Süleymanovun qızı – Emiliya Süleymanzadə

Şəhid kapitan Nahid Abbasovun oğlu – Natiq Abbasov

Şəhid baş leytenant Elvin Zakirovun qızı – Yağmur Zakirova

Şəhid baş leytenant Vüsal Məhərrəmovun oğlu – Nihad Məhərrəmov

Şəhid baş leytenant Əsəd Əsədovun oğlu – Cəmaləddin Əsədov

Şəhid baş leytenant Zülfüqar Qubatovun oğlu – Ömər Qubatov

Şəhid baş leytenant Əvdil Quliyevin oğlu – Ülvü Quluzadə

Şəhid leytenant Elmar İbayevin oğlu – Səid İbayev

Şəhid baş gizir Sübhan Cəbrayılovun oğlu – Rahim Cəbrayılov

Şəhid baş gizir Oqtay Bədəlovun oğlu – Pərvin Bədəlov

Şəhid baş gizir Paşa Mehdiyevin qızı – Aytac Mehdiyeva

Şəhid gizir Mais Səmədovun oğlu – Süleyman Səmədov

Şəhid gizir Nadir Xəlilovun oğlu – Ağadadaş Xəlilov

Şəhid gizir Cəlal Ağayevin oğlu – Sadiq Ağayev

Şəhid gizir Hasil Abdullayevin qızı – Səhər Abdullayeva

Şəhid gizir Səbuhi Əliyevin qızı – Teyyub Əliyev

Şəhid gizir Nahid Mikayılovun oğlu – Nihad Mikayılov

Şəhid baş çavuş Zamiq Hacıyevin oğlu – Sənan Hacılı

Şəhid çavuş Ruslan Rəhimovun oğlu – Elmir Rəhimzadə

Şəhid çavuş Anar Hüseynovun oğlu – Nurlan Hüseynov

Şəhid kiçik çavuş Seymur Allahverdiyevin qızı – Asudə Allahverdiyeva

Şəhid kiçik çavuş Rüstəm Əhmədovun oğlu – Fərda Əhmədov

Şəhid MAXE Bəxtiyar Bəkirovun oğlu – Məhəmməd Bəkirli

Şəhid MAXE Şahmar Məmmədovun qızı – Tamella Məmmədzadə

Şəhid MAXE Sakit İsmayılovun oğlu – Xəyal İsmayılov

Şəhid MAXE Yalçın Cavadovun qızı – Zərifə Cavadova

Şəhid MAXE Saleh Əsədovun oğlu – Səməd Əsədov

Şəhid MAXE Qoşqar Qurbanovun oğlu – Elmir Qurbanov

Şəhid MAXE Yunis Abbasovun qızı – Nazlı Abbasova

Şəhid MAXE Əlibəy Əlibəyovun qızı – Sevgi Əlibəyova

Şəhid MAXE Xaliddin Veyislinin qızı – Jalə Veyisli

Şəhid MAXE Pərviz Ələsgərovun oğlu – Eşqin Ələsgərov

Şəhid MAXE Ruslan Quliyevin qızı – Şəhanə Quliyeva

Şəhid MAXE Zahir Vəlişovun qızı – Xatirə Vəlişova

Şəhid MAXE Azər Həsənovun oğlu – Akşin Həsənov

Şəhid MAXE Nazir Xurşudovun oğlu – Şahin Xurşudov

Şəhid MAXE Cavid Qarayevin oğlu – Sənan Qarayev

Şəhid MAXE Mətləb Zamanovun qızı – Pəri Zamanova

Şəhid MAXE Asif Tağıyevin oğlu – Hüseyn Tağıyev

Şəhid MAXE Elçin Mirzəyevin qızı – Gülay Mirzəyeva

Şəhid MAXE Şamo Rəhimovun qızı – Rəfiqə Rəhimova

Şəhid əsgər Vasif Abiyevin oğlu – Vüsal Abiyev

Şəhid əsgər Elmir Əliyevin qızı – Nurgül Əlizadə

Mülki şəhid Yasin Əhmədovun qızı – Sevinc Əhmədova

Mülki şəhid Arif Əliyevin oğlu – Rəvan Əliyev

Mülki şəhid Sabit Əsədovun qızı – Nurcan Əsədova

Mülki şəhid Anar Quliyevin oğlu – Elnar Quliyev

Mülki şəhid Yalçın İsgəndərovun oğlu – Ümid İsgəndərli

Ardını oxu...

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu...
  

Rəsmi qurumlar valideynlərə çağırış etdi

Bu gün - iyunun 14-də Azərbaycanın bütün orta məktəblərində “Son zəng” çalınır. Bu, təkcə bir dərs ilinin başa çatması deyil, minlərlə gəncin həyat yolunun yeni mərhələsinə qədəm qoyması deməkdir. 11 illik məktəb xatirələrinə vida deyən şagirdlər üçün bu gün həm kövrək, həm də ümid doludur.

Rəsmi rəqəmlərə əsasən, bu il ölkə üzrə 116 min 222 şagird məktəblə vidalaşaraq məzun olur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, “Son zəng” tədbirləri ilə bağlı bütün təhsil müəssisələrinə nümunəvi təlimat göndərilib. Bu tədbirlərin əsas məqsədi təmtəraqdan uzaq, sadə, mənalı və səmimi ab-hava yaratmaqdır.

“Biz istəyirik ki, valideynlərin üzərinə əlavə maliyyə yükü düşməsin, məktəbdə isə yaradıcı çıxışlar, şagirdlərin özlərinin hazırladığı maraqlı hissələr ön planda olsun. Əsas odur ki, tədbir məktəbin daxilində və yaddaqalan şəkildə keçsin”, - deyə Eşqi Bağırov vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə də tədbirlərin forma və mahiyyəti ilə bağlı maraqlı təklif irəli sürüb. O bildirib ki, “Son zəng” mərasimi rəsmi çıxışlardan çox, xatirələr, musiqilər və şagirdlərin özlərini ifadə etdiyi səhnələrlə yadda qalmalıdır:

“Şagird məktəbdən gülümsəyərək ayrılmalıdır. O hiss etməlidir ki, məktəb onun həyatında yaddan çıxmaz bir mərhələdir. Gələcəkdə qarşılaşacağı çətinliklərdə yenə məktəbə - onu anlayan müəllimlərinə dönə biləcəyini bilməlidir”.

2024-2025-ci tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

“Son zəng” tədbirlərinin təhlükəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyi də hərəkətə keçib. Nazirliyin yaydığı məlumata görə, iyunun 14-də məktəblərin ətrafında asayişin qorunması üçün əlavə polis naryadları yerləşdirilib. Həmçinin məzunların avtomobillərlə hərəkəti zamanı yol hərəkəti qaydalarına nəzarət gücləndiriləcək, dayanma-durma və parklanma məsələlərinə xüsusi diqqət yetiriləcək.

Daxili İşlər Nazirliyi valideynlərə bir daha xəbərdarlıq edir: “Sürücülük vəsiqəsi olmayan övladlarını sükan arxasına əyləşdirməyin. Məzunlara isə çağırış olunur: sevincli gününüzü məsuliyyətlə keçirin, nə özünüzü, nə də başqalarını təhlükəyə atmayın”.

Bu gün məktəbin həyətində bir-birinə sarılan müəllimlə şagirdin baxışlarında yalnız vida yox, minnətdarlıq da var. Bu gün gənclərin gözündəki parıltı - arzuların, ideyaların, ümidlərin parıltısıdır. “Son zəng” - sadəcə bir simvol deyil. Bu, qapının bağlanması yox, yeni bir üfüqə doğru addımlamaq deməkdir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

Ardını oxu...
  

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

“Report”un Cənub bürosu xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

 
 
 

Ardını oxu...

Bir müddət əvvəl lisenziyası ləğv edilmiş "MuğanBank" Açıq Səhmdar Cəmiyyəti (ASC) jurnalist Fikrət Fəraməzoğlunu intihar həddinə çatdırıb.

Bu barədə Qaynarinfo-ya jurnalistin özü bildirib.

Fikrət Fəraməzoğlunun sözlərinə görə, bir neçə il əvvəl həyat yoldaşının səhhətində ciddi problem yaranıb. "Elə bir problem ki, tam 5 ildir ailəlikcə mübarizə aparırıq" deyən jurnalist əlavə edib ki, müalicə xərclərini qarşılamaq maddi imkanı yetərli olmadığına görə evini girova qoyaraq "MuğanBank" ASC-dən kredit götürüb.

"Birinci mərhələdə götürdüyüm krediti çətinliklə də olsa ödədim. Lakin yoldaşımın əməliyyatı üçün - indiyə qədər 4 dəfə əməliyyat keçirib, hələ qarşıda daha bir ağır proses var - yenidən kredit götürmək məcburiyyətində qaldım. Kreditin bir hissəsini ödəsəm də, müəyyən gecikmə yaranıb. Amma mümkün qədər əlimə düşən qədərini ödəyirdim ki, problem yaranmasın. 25 min manat kreditin 11 min manatını ödədikdən sonra yaranan yubanmaları aradan qaldırmaq üçün banka baş vurdum", deyə jurnalist bildirib.

Fikrət Fəraməzoğlu banka getdikdə kreditin azalmaqdansa artdığının şahidi olub:

"Mənə uzun hesab-kitabdan sonra 28 min 200 manat ödəməli olduğumu bildirdilər. Üstəlik, ödədiyim 11 min manatın 7 manatını faizlərə çıxdıqlarını dedilər. Bu azmış kimi, gecikmə səbəbini "əsas gətirib” faizləri 46 faizlə hesablayıblar. Onların məntiqi ilə mən "MuğanBank”a 25 min manatın müqabilində 39 min manat ödəməliyəm. Bir müddətdir banka təklif edirəm ki, həmin 46 faiz məsələsini ləğv etsinlər. Bu oratalama 6-7 min manat az vəsait deməkdir ki, onu da hissə-hissə ödəyim. Lakin heç bir şəkildə qəbul etmirlər".

Jurnalist qeyd edib ki, dünyanın heç bir ölkəsində 25 min manata görə 39 min manat ödəmək qaydası yoxdur. "Bağlanmış bir bankın öz ağlıyla istədiyi faiz dərəcəsi müəyyən etməsi kimi bir qaydada mövcud deyil. Bunu sələmçilər belə etmirlər", deyə Fikrət Fəraməzoğlu vurğulayıb.

Onun sözlərinə görə, indi bir tərəfdən həyat yoldaşının sağalması üçün xərcləri qarşılamalı, digər tərəfdən bu xərcləri qarşılamaq üçün lomabrdan götürdüyü pulu geri ödəməlidir:

"Əlimdəki 5-10 qram qızılı lombardlara qoyub, götürməkdən artıq bezmişəm. "MuğanBank" məni intihar həddinə çatdırıb. Kimə şikayət edim, kimə deyim? Məgər şikayət edilsə belə, hər hansı tədbir görüləcəkmi?".

Fikrət Fəraməzoğlu sonda problemin aradan qalxmasına yardımçı ola biləcək qurum və şəxslərin məsələyə diqqət yönəldəcəyinə ümid edir.

Qeyd edək ki, hazırda ləğv prosesində olan "MuğanBank” ASC keçmiş deputat, "Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin bankı kimi tanınır. Bankın səhm paketinin əhəmiyyətli hissəsi Əhməd Vəliyevin övladlarının əlindədir. Bankın lisenziyası 2023-cü ildə ləğv edilib.

Jurnalistin problemi ilə əlaqədar bankın mövqeyini öyrənmək mümkün olmayıb.

Ardını oxu...
Son illər paytaxt rayonlarında qanunsuz tikililərin sayı atmaqdadır. Buna səbəb isə yerli icra hakimiyyətlərinin iş adamları və maklerlərlə gizli anlaşaraq, qanunsuz tikililərə icazə verirlər.

Xalq-ın əldə etdiyi məlumata görə son aylar qanunsuz tikililərin çoxaldığı ərazilərdən biri də Nərmanov rayonudur.

Məlumata görə icra başçısı Elgin Həbibullayev Nərimanov rayonunda qanunsuz tikililərə nəzarəti bir neçə məmur arasında bölüb.

Bu məmurlarlardan biri də Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafovdur Bildirilir ki, icra başçısı Elgin Həbibullayevlə Manafov Manafla münasibətləri heçdə yaxşı olmayıb.

Gənc icra başçısının hansısa səbəbdən Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisindən xoşlanmadığı bildirilirdi.

Ancaq müyyən vəzifəli şəxslərin müdaxiləsindən sonra Elgin Həbibullayevin Manafova qarşı münasibəti müsbətə doğru dəyişib.

Məlumata görə qanunsuz tikililərin bir hissəsinin Manaf Manafovun nəzarətinə verilməsi onun icra başçısının yanında özünü doğrultması üçündür. Bildirilir ki, icra başçısı ilə yaranmış yeni münasibətləri qorumağa çalışan Manaf Manafov ona tapşırılan işi yüksək səviyyədə görür.

Rayon ərazisində aparılan qanunsuz tikintilər bağlı və müəyyən obyektlərin səkiləri zəbt edilməsinə bağlı müyyən araşdırmalar aparılır.
Ardını oxu...
Bakıda yol çöküb.

TEREF Oxu.Az-a istinadla xəbər verir ki, paytaxtın mərkəzində yerləşən Qış Parkının yaxınlığında yolda çökmə baş verib.

Yolun bir hissəsinin çökməsi səbəbindən əraziyə xüsusi texnika cəlb olunub.

Hazırda ərazidə müvafiq qurumlar tərəfindən bərpa işləri aparılır.
Ardını oxu...
Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.
Mayın əvvəlindən barəsində itkin kimi axtarış elan olunan 1990-cı il təvəllüdlü Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, itkin kimi axtarılan Rahib Bayramovun müğənni Əlikram Bayramovun qardaşı oğlu olduğu bildirilib.

Onun itkin düşməsi barədə ARB kanalında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Onun atası Qafar Bayramov verilişə müraciət edərək bildirib ki, oğlu mayın 8-də Biləsuvar rayonundan Bakıya gəlib və bundan sonra ondan xəbər almayıblar.
 
Ardını oxu...
Yardım və humanitar xidmətlərin göstərilməsi üçün ayrılan büdcənin azaldılması ilə eyni vaxtda, dünyada müharibələr nəticəsində didərgin düşmüş insanların sayı rekord həddə - 122 milyona çatıb.
İqtisadiyyata.z xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, narahatedici səviyyədir və son on ilin ən yüksək səviyyəsidir.

Məlumata görə, dünyada müharibə, zorakılıq və təqiblər nəticəsində öz yurd-yuvasından didərgin düşmüş insanların sayı kəskin şəkildə artıb və xüsusilə humanitar yardımların azaldılmasını nəzərə alaraq, bu, qorxulu səviyyəyə çatıb.

Hesabata əsasən, 2024-cü ildə dünyada 120 milyondan çox, 2025-ci ilin aprel ayının sonunadək isə 122,1 milyon insan köçkün vəziyyətinə düşüb.

Ardını oxu...
  

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir.

Musavat.com bildirir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Cinayət Məcəlləsinin 142-ci maddəsinin (Xəstəyə kömək göstərməmə) adının dəyişdirilərək “Tibbi xidmətin göstərilməsi qaydalarını pozma” kimi qeyd olunması təklif edilir.

Həmçinin layihəyə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.

Həmçinin layihəyə əsasən yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Dünyapress TV

Xəbər lenti