Ardını oxu...
Kulis.az Anatoli Nağıyev haqqında Qızıldiş Mamedin xatirələrini təqdim edir.

Ye­ni­cə İrkutsk vilayətindəki 17 saylı zondan Komidəki peresılkaya gətirilmişdim. Məni sumqayıtlı Tahirlə iki gəncəli oğlan qarşıladı. “Taxo” (Tahirin ayaması) paylama məntəqəsində artıq dörd aya yaxın idi bit əzir, yatab gözləyirdi. Dörd ay müddətində özünə blat qazanmış Tahirin ətrafında bir neçə otrisala, sportsmen cəmləşmişdi. Çifirdən qurtumlayaraq sakitcə söhbət edirdik.

- Ana­to­li Na­ğı­yev haqqında bir şey eşitmisən?- Tahir “Zolotoye runo” siqaretinin qutusunu mənə uzadaraq soruşdu və başının işarəsi ilə bizə süfrə hazırlayan oğlanı göstərərək: - Bunun atası bərk xəstədir. O da Nağıyev kimi pobeq etməyi planlaşdırıb, – pıçıldadı.

Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
"Prens"in ulduzu premyeraya gəlmədi
Möminə Xatun türbəsi bərpa edilir
- Məsləhət görmürəm, - dedim. - Tolikin iki nadzoru qət­lə ye­ti­rib zon­dan po­beq et­di­yi­ni təfərrüatı ilə bilirəm.
Onu güclü idmançı kimi hələ Bakıdan tanıyırdım. Orta mək­təb­lə­rin­dən bi­rin­də bə­dən tər­bi­yə­si mü­əl­li­mi iş­lə­yirdi. Sonra isə ta­nış­la­rı va­si­tə­si­lə o vaxtlar Ba­kı­da ye­ni­cə ya­ran­ma­ğa baş­la­yan giz­li sex­lər­dən bi­rin­də eks­pe­rt ki­mi çalışırdı. Çoxları onun qısa müddətdə irəli getdiyinə, velosipedi “Moskviç-412”yə dəyişdiyinə həsədlə baxırdı. Əsas vəzifəsi giz­li yol­la is­teh­sal edilən mal­la­rı ittifaqın iri şə­hər­lə­ri­nə apar­maq, la­zı­mi yer­lə­rə çatdırmaq, pul­la­rı­ yığ­maq­dan iba­rət idi.

Xruşşovun hakimiyyətinin sonlarında “qanuni oğru” anlayışı həbsxanalardan fərqli olaraq azadlıqda demək olar ki, unudulmaqda idi. Brejnevin hakimiyyətə gəlişi ilə başlayan durğunluq, iqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi. İstehsalla tələbatın uyğunsuzluğu təşəbbüskar, işgüzar adamları fəaliyyət göstərməyə həvəsləndirdi. Baltikyanı respublikalarda, Gürcüstan, Azərbaycan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra göbələk kimi artdı. Sexovşiklər, alverçilər, möhtəkirlər yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, qısa müddətdə varlanmağa nail oldular.

Qara pulların sexovşiklər, qanuni oğrular və rüşvətxor məmurlar arasında bölüşdürülməsi öz axarı ilə, problemsiz keçdi. Qara pulların tüğyan etdiyi həmin dövrdə ittifaq məkanında daha qətiyyətli “oğru” nəsli meydana gəldi. Pula münasibət büsbütün dəyişdi. “Monqol” Rafik “Savo”, Paşa “Tsirul”, İvankov “Yaponçik”, “Ded Xasan” və sair kimi oğruların birləşdiyi bu yeni nəsil “klassik oğru qanunları”nın çoxuna sahib çıxdı. Əgər əllinci illərin sonlarında “qanuni oğru” adına sırf oğrular, cibgirlər, aferistlər layiq görülürdüsə, yeni nəsil, əsasən, reket və quldurluqla məşğul olanlardan ibarət idi.

Tolik Nağıyev də həmin zümrənin nümayəndələrinə xidmət edirdi.

Tolikin çalışdığı sex­də nə is­teh­sal olun­du­ğu­nu de­yə bil­mə­rəm, amma Nağıyevin əsas mal apardığı şə­hərlər Odessa, Kişinyov və Vo­ro­nej idi. Bu işin ar­xa­sın­da şüb­hə­siz ki, həm Bakıda, həm də həmin şəhərlərdə çox yük­sək vəzi­fə­li adam­lar da­ya­nır­dı. 60-cı illərin ortalarında "se­xov­şik­lər əmə­liy­ya­tı" ilə əla­qə­dar bö­yük bir dəs­tə­nin həbs edil­mə­si­ni çox­la­rı yax­şıca xa­tır­la­yır.
Ardını oxu...
Ana­to­li Na­ğı­yev

Tolikin bu işə cəlb edil­mə­si və ən məsuliy­yət­li və­zi­fə­lər­dən bi­ri­nin ona tapşırılma­sı heç də tə­sa­dü­fi de­yil­di. Hə­va­lə edil­miş is­tə­ni­lən mə­sə­lə­ni şüb­hə­siz ye­ri­nə yeti­rə bil­mək ba­ca­rı­ğın­dan baş­qa, o, həm də fi­zi­ki cə­hət­dən qüv­vət­li olma­sı ilə diq­qə­ti cəlb et­miş­di. Az vaxt­da Tolik mü­əl­lim­li­yi ata­raq bu yol­la özü üçün yax­şı şə­ra­it ya­ra­da bil­miş­di. Lakin bu hal uzun çəkmir, giz­li sex­də is­teh­sal olu­nan mal­lar Odessa və Kişinyovda tu­tu­lur. İstintaq zamanı ağır işgəncələrə baxmayaraq Tolik bütün cinayəti öz boynuna götürür. Amma çox çəkmədən iş­ti­ra­kçıların ha­mı­sı məsuliy­yə­tə cəlb edi­lir. Son­da və­ziy­yət be­lə alınır ki, əsas təş­ki­lat­çı­lar küllü miqdarda rüşvət sayəsində su­dan qu­ru çıx­ma­ğı bacarırlar. Nə­ti­cə­də məh­kə­mə qar­şı­sın­da tək­ba­şı­na ca­vab ver­ən Tolik “pol çervon” həbs cə­za­sı­na məh­kum edi­lir.

Onun ci­na­yət­kar­lıq yo­lu­nu tut­ma­sına ai­lə­də maddi çatışmazlıqdan ya­ra­nan na­ra­zı­lıq­la­r səbəb olmuşdu. Dəb­də­bə­li hə­yat tər­zi ya­şa­ma­ğa adət et­miş, milliyyət­cə rus olan zövcəsinin dai­mi tələb və tənə­lə­ri Toliki se­xov­şik­lə­rə qoşulma­ğa va­dar etmişdi.

Həbs cə­za­sı mü­əy­yən edil­dik­dən son­ra onu Sibirə, deyəsən Omsk guşələrindən bi­ri­nə etap göndərirlər. Cəza müddətinin üç ili­ni ba­şa vur­duq­dan son­ra ona məlu­mat çat­dı­rı­lır ki, arvadı baş­qa yo­la dü­şüb, özü də həmin sexovşiklərlə...

Xə­bər ça­tan andan onun ən iztirablı məhbəs həyatı başlayır. İstintaq zamanı verilən işgəncələrdən yaranan ağrılara dözmək, beynini cırmaqlayan indiki iztirablardan daha yüngül idi. Həmin andan düşərgədən qaçış planı cızan Tolik Ba­kı­ya qa­yı­dıb övrətinin cə­za­sı­nı ver­mək fik­ri­nə dü­şür. Nə­ha­yət ki, buna nail olur - zon­da iki za­bi­ti qət­lə ye­ti­rə­rək, qaç­ma­ğa im­kan tapır.

To­lik zon­dan qaç­dıq­dan son­ra gə­lib Ba­kı­ya çı­xa bi­lsə də, mentlər Nataşkanı bu barədə xə­bər­dar edə­rək, qaç­ma­ğı­na şə­ra­it ya­ra­dır­lar. Bir müd­dət Ba­kı­da gizlənə­rək, onun izi­nə düş­mək üçün xey­li kəş­fiy­yat apa­rsa da, burada qalmağın təh­lü­kə­li ol­du­ğu­nu an­la­yıb ge­ri­yə, Ru­si­ya­ya qa­yıt­maq qə­ra­rı­na gə­lir. Barəsində ümumittifaq ax­ta­rı­şı elan olun­du­ğun­dan To­likə giz­lən­mək üçün eti­bar­lı sı­ğı­na­caq la­zım idi. Beləcə, o bir vaxtlar “qastrol”lara gəldiyi Vo­ro­nej şəhə­rini seçir.

Ax­ta­rış­da ol­ma­sı­na bax­ma­ya­raq, Ana­to­li bü­tün “vahiməli azad­lığı” dövrün­də ar­dı­cıl ci­na­yət­lər tö­rə­dir. Nataşkanın ona qar­şı et­di­yi xə­ya­nətdən son­ra To­lya bü­tün qa­dın­la­ra qar­şı sonsuz nif­rət his­siy­lə ya­na­şır. Yaraşıqlı, boy-buxunlu, qüvvətli, dilli-dilavər olduğu üçün qadınlarla asanlıqla ünsiyyət qurur, bir gecə yaşadıqdan sonra onları öldürür, mənzili şmon eləyib aradan çıxırdı.

Tolikin həbsi öz səhvi ucbatından baş verir… Bü­tün İttifaqı - Mosk­va­dan tut­muş Si­bi­rin uc­qar şə­hər­lə­ri­nə­dək - vəl­və­lə­yə sal­mış bir ada­mı qa­dın hiy­lə­siy­lə ələ ke­çi­rmişdi­lər...

Hər hə­rə­kətin­də son də­rə­cə ehtiyatlı, diq­qət­li olan Na­ğı­yev “qa­dın­ düşkünlüyü” sayəsində sa­yıq­lı­ğı­nı iti­rir. Uzun iz­lə­mə­lər­dən son­ra, nə­ha­yət ki, onun koordi­nat­la­rı­nı mü­əy­yən­ləş­di­rir­lər.

Gənc qızla onun gu­ya tə­sa­dü­fən görüşünü təş­kil edir­lər. Mi­lis ley­te­nan­tı olan gö­zəlçə, şüb­hə­siz ki, onun görüşünə mül­ki pal­tar­da gəl­miş­di. Bü­tün tə­fər­rü­at­lar də­fə­lər­lə diq­qət­dən keçiril­dik­dən son­ra Tolikin həbs pla­nı təşkil edi­lir.
Uzun müd­dət ax­ta­rış­da olan təhlü­kə­li ca­ni­nin tu­tul­ma­sı ağ­la­sığ­maz də­rə­cə­də rahat hə­ya­ta ke­çi­ri­lir. Qızın şəraba qatdığı yu­xu dər­ma­nı öz işini görür. Mür­gü­lə­yən Nağıyevin kirpikləri qovuşan ki­mi qa­pı­nın ar­xa­sın­da göz­lə­yən mentlər otağa soxulurlar.

Vo­ro­nejdən Ros­to­va gə­ti­ri­lər­kən onu mü­şa­yi­ət edən kon­voy­la­rın əlin­dən çıxma­ğa im­kan tap­mır. La­kin elə Ros­tov­da tür­mə­yə sa­lın­dıq­dan son­ra haqqında ölüm hök­mü çı­xa­rı­la­ca­ğı­nı yəqinləşdirən Na­ğı­yev son də­rə­cə ümidsiz qaçış cəh­di edir. Bu­nu gö­rən kon­voy­lar xə­bər­dar­lı­ğa mə­həl qoy­ma­dı­ğı­nı gö­rüb, onu gül­ləylə tutur­, lakin öldürmürlər. Tapşırıq beləydi. O ayağından, qolundan yaralanır.

Xeyli müddət xəs­tə­xa­na­da ya­tdıqdan sonra Na­ğı­ye­v ye­ni­dən mü­ha­ki­mə edilir və ölüm hök­mü­ çıxarılır.

Hökm az müd­dət sonra ic­ra olu­nur…
Bəhram Çələbi
S.S Amma mən bilni və bu günlərə qədər gedən məlumatlara görə Tolik zondan yox, etap zamanı "stolıpin" vaqonundan qaçmışdı.Onun öldürülməsidə burda verilən kimi təsvir olunmayıb.
TEREF
 
Ardını oxu...
Kamran Nizami oğlu Salayev adlı vətəndaş uzun müddət dostluq etdiyi şəxsin - "Bir dənə çay verərsən?" sualı ilə tanınan Elnur Xəlilovun ona ümumilikdə 180 min manat maddi ziyan vurduğunu bildirib.

O, bu barədə Oxu.az-a şikayətində qeyd edib.

Vətəndaşın sözlərinə görə, E.Xəlilov özünü ona "təcrübəli investor" kimi təqdim edib:

"Təxminən dörd-beş ildir, onunla tanışıq. Mənə dedi ki, "Forex" bazarı ilə məşğuldur və yatırım edərək birgə gəlir əldə edə bilərik. Evimi satmışdım, ilk olaraq ona 70 min manat verdim. Daha sonra fərqli vaxtlarda əlavə pullar da verdim. Ümumilikdə, 180 min manat vəsaitimi mənimsədi".

Kamran Salayev qeyd edib ki, Elnur Xəlilov hər ay ona 3 500 - 4 000 manat gəlir vəd edib, lakin vədin əksinə olaraq, ayda 800 manat olmaqla, 10 ay ərzində cəmi 8 min manat ödəyib:

"Mən kapitalı artırmaq üçün gəliri götürməyib pulumu sistemdə saxlayırdım. 2025-ci ilin yanvar ayının 9-dan bu günə qədər Elnur Xəlilovla heç bir əlaqə qura bilmirəm. Nə zənglərə cavab verir, nə də ortada görünür".

Şikayətçi bu məsələdə tək olmadığını, Elnur Xəlilovun eyni metodla başqa vətəndaşlardan da pul topladığını bildirib:

"Mənimlə birlikdə bir neçə dostum da Elnura pul verib. Bizim verdiyimiz ümumi məbləğ 1 milyon 300 min manat civarındadır. Amma mənim məlumatıma görə, Elnur Xəlilov ümumilikdə 5-6 milyon manat civarında vəsait toplayıb".

Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini və şikayətinin Bakı Şəhər Baş Polis İdarəsi vasitəsilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə yönləndirildiyini qeyd edib:

"İndiyə qədər heç bir nəticə yoxdur. Heç kim suallarıma cavab vermir".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov abildirib ki, vətəndaşların şikayətləri əsasında ərazi polis orqanında araşdırma aparılır.
 
 
 
Ardını oxu...
“Sualları bu qədər çətin etməkdə məqsəd abituriyentləri 2-ci şans imtahanında iştiraka məcbur etməkdir”.
Yeniavaz.com xəbər verir ki, bunu pedaqoq, müəllim Ceyhun Əhədov öz sosial şəbəkə hesabında ötən gün – mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı barədə yazıb.
“Yaxşı biznesdi, hər adama 70 manat. İndi necə edək? DİM və MİQ qruplarını qarışdırıb dərs keçək?”, - C. Əhədov bildirib.
Xatırladaq ki, ötən gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
 
Ardını oxu...
“Buraxılış və qəbul imtahanlarına hazırlıq əsasən dərsliklər deyil, test kitabçaları və əlavə tədris resursları əsasında aparılır. Məhz bunun nəticəsidir ki, dərs ilinin başa çatmasına iki-üç həftə qalmış əksər məktəblərdə dərsliklərin yığılıması artıq bir növ ənənə halını alıb. Baxmayaraq ki, ölkədə tədris ili iyunun 15-də başa çatır. Bu da cəmiyyətdə belə fikir yaradır ki, məktəblərdə dərsliklər yığılırsa, şagirdlər 1 aya yaxın boşuna məktəbə gedirlər”.

Bunu Bizim.Media-ya müsahibəsində təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O qeyd edib ki, bu məsələ bir sıra suallar doğurur:

“Bütün bu kimi anlaşılmazlıqlar əsasən tədris ilinin 1 sentyabr - 31 may tarixlərinin 15 sentyabr - 15 iyun tarixləri ilə əvəz olunmasından sonra başladı. O ki qaldı dərsliklərin hansı vaxtda yığılmasına, şagirdlərin sinifdən-sinfə keçməsi ilə bağlı 1 may 2014-cü ildə 522 saylı əmr təsdiq edilib. Həmin əmrdə göstərilir ki, qiymətləndirmə tədris ilinə 2 gün qalmış başa çatmalıdır. Yəni Böyük Summativ Qiymətləndirmə (BSQ) iyunun 11-də keçirilməlidir. Bu məntiqlə dərsliklər iyunun 12-13-də yığılmalıdır.

Burada problemin kökü ondan ibarətdir ki, heç kəsə gizli deyil ki, Dövlət İmtahan Mərkəzi bütün məktəblərdə aparıcı sinif olan buraxılış siniflərinin imtahanlarını öz qrafikinə uyğun, tədris ilinin başa çatmasına 10-12 həftə qalmış həyata keçirir. Problemin kökü də məhz ondadır ki, imtahanlardan sonra buraxılış siniflərinin şagirdlərinin məktəbə gəlmələrinə həvəs və maraqları azalır ki, bu da digər siniflərin də davamiyyətinə təsirsiz ötüşmür”.

Dərsliklərin yığılması o deməkdir ki, artıq həmin fənlər tədris olunmur...

Müsahibimiz hesab edir ki, əgər dərsliklər yığılırsa, bu o deməkdir ki, formal olaraq dərslərin tədrisi də dayandırılır:

“Bir çox şagirdlərin dərsə gəlməməsindən, dərslikləri məktəbə təhvil verməmələrindən ehtiyatlanaraq bir çox məktəblərdə “erkən dərslik yığımına” başlanılır. Lakin nizam-intizamı güclü olan məktəblərdə dərsliklər tədris ilinin son günlərində yığılır.

Əlbəttə, bu kimi halların bütün məktəblərdə baş verdiyini israrla bildirmək ədalətsizlik olardı. Bununla belə hesab edirəm ki, məktəblərdə nizam-intizam məsələlərinə, xüsusilə də dərsə davamiyyətə nəzarət gücləndirilməli, dərs ili uzun sınaqlardan çıxmış əvəlki qaydada – sentyabrın 1-də başlamalı, mayın 24-də başa çatdırılmalı, buraxılış imtahanı ilə qəbul imtahanları birləşdirilərək təkpilləli imtahan modelinə keçilməlidir.

Bu, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında uzun illərdən bəri davam edən qarşılıqlı ittihamlara son qoymaqla yanaşı, həm də məzunlarımızı əlavə yükdən, vaxt itkisindən, psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər”.
Ardını oxu...
Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materialların emalına başlanılacaq.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Ardını oxu...
Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası törədən sürücü həbs edilib.

TEREF Musavat.com-a istinadla xəbər verir ki, hadisə rayonun Kiçik Qaramurad kəndində baş verib.

2024-cü ilin mart ayının 21-də "KIA” markalı minik avtomobili yol kənarında dostu ilə hərəkətdə olan 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. 7-ci sinf şagirdi olan Elmir xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən 38 yaşlı Amil olub. Amil hadisə günü tanışları ilə kafedən gəlirmişlər. Sürücü içkili olmayıb.

Elmir dostu Hüseynəli ilə kənddə Novruz bayramı günü qalanılan tonqala baxmaqdan gəlirmiş. Elmir evlərinə çatmağa bir neçə metr qalmış maşınla vurulub.

Sürücü hadisə yerindən qaçıb. Maşını 400-500 metr aralıda saxlayıb. Sərnişinlər maşından düşüb hadisə yerinə qayıdıblar. Lakin Amil qorxduğu üçün oradan qaçıb. Amil geri qayıdaraq hadisə yerindən təkrar keçib. Bu zaman Elmirin anası və digər şəxslər ondan maşını saxlamasını, uşağı xəstəxanaya aparmalarını istəyiblər. Lakin Amil oradan qaçıb.

Amil məhkəmədə dindirilən zaman şokda olduğu üçün nə etdiyini bilmədiyini söyləyib. Əlavə edib ki, hadisə yerindən gedəndən sonra polisə təslim olub.

Mərhumun anası Amili bağışlamayıb. Deyib ki, övladını vuran sürücü hadisə yerində onları qoyub qaçdığı üçün heç zaman onu bağışlamayacaq.

Məhkəməni hökmü ilə Amil 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Amil məhkəmə zalında qandallanıb.

 
Ardını oxu...
Paytaxtın müxtəlif ərazilərində eyvanı özündən böyük olan mənzillər var.

Belə ki, bu tip evlərə şəhərin Xətai, Nizami, Yasamal, Nərimanov rayonlarında rast gəlmək olar.

Məhz həmin binalardan biri də Xətai rayonu Rahim Məmmədov küçəsində yerləşir.

“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 
Ardını oxu...
"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə yandıran şəxs məhkəmə zalında həbs edilib.

Texnika sahibinə 210 min manat ziyan dəyib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.

Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.

Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.

Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.

Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, "vurun onu" deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.

Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.
Ardını oxu...
Son zamanlar ard-arda məktəb direktorlarının işdən çıxarılması gündəm mövzudur.

Bəs bu proseslərin hazırda həyata keçirilməsi əsasən hansı faktorlarla bağlıdır?

Mövzu ilə bvağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, belə hallar hər zaman baş verib:

"Düzdür, belə kütləvi formada işdən çıxarmalar və bunun sosial şəbəkələrdə, mətbuatda hallanması kimi məsələlər o qədər deyildi. Problem zamanı töhmət cəzası verilirdi və yaxud işdən xaric olunurdu. Amma bu qədər piar olmurdu. Çox qəribədir, bu gün cəmiyyətimizdə aqressiya artıb. Çox pis tendensiya yaranıb. Hər kəs artıq kimdənsə qisas almaq məqsədilə fəaliyyət göstərir. Mən demirəm ki, bütün direktorlar ideal, səviyyəli, yaxşı qaydalara uyğun işləyirlər. Sözsüz ki, qayda pozanlar da var".

Təhsil eksperti bildirdi ki, ümumilikdə direktorların, məktəbin ictimaiyyətdə bu qədər müzakirə olunması, adlarının hallanması nüfuza ziyan gətirir.

"Heç arzuolunan deyil ki, bu kimi məsələlər geniş müzakirəyə səbəb olur. Çox qəribədir ki, hər zaman birtərəfli qərarlar qəbul olunur. Hansı ki, rüşvəti vermək də, almaq da cinayət sayılır. Gizli səs yazısı şantaj sayılır, qanunvericilikdə də bu barədə məhdudiyyətlər var. Bütün hallarda belə məsələlərin qarşısı alınmalıdır. Günahı olanlarla bağlı aidiyyəti orqanlara müraciət olunsun. Amma şantaj, ajiotaj çox pis tendensiya yaradır. Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, kiminsə səsini yazsın. Bu, çox ürəkaçmayan mənzərə yaradır", - deyə Məzahir Məmmədli fikrini yekunlaşdırdı.
 
Ardını oxu...
Bu gün sizə Azərbaycanın strateji cəhətdən ən önəmli rayonlarından biri olan Sədərək bölgəsindən danışmaq istəyirik. Tarixi baxımdan əhəmiyyətli olan bu bölgə Ermənistanla sərhəddə yerləşir və illər boyu müxtəlif münaqişələrə şahidlik edib. Sədərək eyni zamanda Azərbaycanın həm Türkiyə, həm də İranla birbaşa sərhədi olan yeganə yaşayış məskənidir.

Buradan başlayan yollar təkcə ticarət yolları deyil, həm də birliyin, gücün və gələcəyin yollarıdır. Sədərəyin Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan strateji əhəmiyyətini ümumilli lider Heydər Əliyev zamanında yüksək qiymətləndirmişdir:

“Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək, Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm.”

Zaman irəlilədikcə, Azərbaycan inkişaf etdikcə, qüdrətləndikcə isə Sədərəyin önəmi daha da artır. Prezident İlham Əliyevin müvafiq sərəncamla təsdiq etdiyi Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramına əsasən, Sədərək rayonu azad iqtisadi zonaya çevriləcək. Bu Dövlət Proqramı təkcə iqtisadi layihə deyil, həm də gələcək naminə verilmiş strateji qərardır. Beləliklə, bu gün Sədərək yeni bir dövrə qədəm qoymağa hazırdır: bu, azad iqtisadi zona (AİZ) dövrüdür. Bəs azad iqtisadi zona nə deməkdir?

Azad zona, başqa adla desək, “franko zona” dedikdə ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə həmin məhsullar gömrük nəzarətindən keçirilmir – vergiyə cəlb edilmir.

İqtisad üzrə fəlsəfə doktoru Cəbrayıl Vəliyevin fikrincə, AİZ yerləşdiyi ərazinin sosial-iqtisadi inkişafına böyük töhvə verir:

"Belə ki, AİZ olan bölgədə biznes üçün daha münbit şərait yaradılır ki, bu da xarici investorların həmin bölgəyə cəlbediciliyini artırır”.

Bu gün blokada şəraitində olan Naxçıvan MR üçün belə bir şəraitin yaradılması çox vacibdir. Əgər Sədərək azad iqtisadi zonaya çevrilərsə, bu bölgə nəinki Azərbaycanın, həm də türk dünyasının və İpək yolu marşrutunun iqtisadi mərkəzlərindən birinə çevrilə bilər.

Qeyd edək ki, Sədərək hələ orta əsrlərdə ticarət yollarının kəsişdiyi bir məntəqə olmuşdur. Ərazidə "Divhörən" adlı siklop tikili qalıqları və "Sədərək qalası" kimi tarixi abidələr yerləşir .

Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov qeyd edir ki, çoxumuz üçün Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb edilən bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir. Qeyd edək ki, sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır”.

Sədərək rayonu Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında birbaşa quru sərhədi olan yeganə Azərbaycan ərazisidir. Bu sərhəd Ümid körpüsü vasitəsilə İqdir vilayəti ilə birləşir. Sədərək rayonu həmçinin Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə yanaşı, İranla da həmsərhəddir. Geostrateji mövqeyi, dəmir yolu infrastrukturu və Zəngəzur dəhlizinin son nöqtəsi kimi çıxış etməsi onu ölkənin Qərb qapısı halına gətirir.

İqtisad üzrə fəlsəfə doktoru Fuad İbrahimov bildirir ki, əgər Zəngəzur dəhlizi hərəkətə gələrsə, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən kommunikasiya dəhlizlərinin paralel diversifikasiya olunmuş variantı məhz Sədərək üzərindən keçməlidir”.

Ürək ağrısıyala deməliyik ki, müharibə illərindəki təhlükələr və iqtisadi perspektivlərin məhdudluğu səbəbindən bölgədən əhəmiyyətli sayda əhali köç etmişdir. Əgər burada azad iqtisadi zona yaradılarsa, bu həm də fabrik və zavodların, logistika mərkəzlərinin, emal müəssisələrinin və digər iş yerlərinin açılması deməkdir. Ki, bu da yerli əhalinin öz dədə-baba torpaqlarına geri dönməsini sürətləndirəcək. Sərhədin yaşayan və işləyən əhali ilə güclənməsi orada dövlətin daimi varlığını möhkəmləndirəcək.

Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə: “Sədərəkdə AİZ yaradılması həm də bölgə üçün sülhün və sabitliyin qarantı olacaq. Ona görə ki, uzunmüddətli sülh üçün ünsiyyətin olması vacib şərtdir. Xalqlar arasında ünsiyyətin ən vacib şərtlərindən biri isə ticarətdir”.

Sədərəyin AİZ-ə çevrilməsi təkcə iqtisadi deyil, həm də geosiyasi mövqeyimizi gücləndirəcək. Belə ki, İran və Türkiyə ilə paralel iqtisadi əlaqələrin gücləndirilməsi bölgədə diplomatik balans yaradacaq. Türkiyə və İranla sərhəd buranı iki regional bazara birbaşa çıxış nöqtəsinə çevirir. Belə zona yaradılarsa, Sədərək də Ələt kimi beynəlxalq status ala bilər. Bu zonanın güclü iqtisadi baza ilə dəstəklənməsi, təkcə sərhədin yox, həm də dövlətçiliyin qorunmasıdır. Türk dövlətlərini birləşdirən Orta dəhliz Bakıdan İstanbula, oradan Mərkəzi Asiyaya qədər uzanacaq ki, burada da əsas mərkəz rolunu Sədərək təşkil edəcək. Unutmayaq ki, burada dəmir yolu, Türkiyə ilə logistik bağ və İranla ticarət körpüsü var. Bu səbəbdən Sədərəyin azad iqtisadi zonaya çevrilməsi milli strateji zərurətdir.

Sədərək hüquqi və tarixi baxımdan Azərbaycanın yalnız sərhədi deyil, onun Qərbə çıxış nöqtəsidir. Bu status bu gün yenidən aktuallaşır. Sədərək Zəngəzur dəhlizinin nəfəsi, türk dünyasının yeni iqtisadi bağıdır.

Sitat.info
 

Dünyapress TV

Xəbər lenti