Ardını oxu...
Göygöldə torpaq üstündə kütləvi dava olub.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib.

İlkin məlumata görə, bir neçə nəfər kənd sakini 1993-cü il təvəllüdlü Müşfiq Nurməmmədov və onun qardaşı Hüseyn Nurməmmədova küt alətlə ağır xəsarət yetiriblər.

Adıçəkilən şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Onların vəziyyəti kafi qiymətləndirilir. İddiaya görə, mübahisə torpaq üstündə düşüb.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Martin Ryan Azərbaycanda casusluq fəliyyəti ilə məşğul olmaqda, topladığı məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, Ryan hakim qarşısına tək çıxarılmayıb.

O, müttəhim kürsüsünü dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədli ilə bölüşür.

Hər iki şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunub. Prosesdə təqsirləndirilən Azad Məmmədli dövlət ittihamçısı, vəkillərin və hakimlərin suallarını cavablandırıb.

O bildirib ki, Loran Lödi ilə Martin Ryanın vasitəsilə bir neçə dəfə görüşüb: "Məndən Rusiya ilə əlaqəm barədə soruşdular. Fransa səfirliyinin əməkdaşlarının mənə verdiyi suallar müəyyən qədər şübhə yaratmışdı. Həm Loran Lödinin, həm də Frederik Devosun fikirləri məndə müəyyən təəssürat yaratdı. Mənə əməkdaşlıqla bağlı təkliflər etdilər. Mən isə onların təkliflərini qəti olaraq qəbul etmədim. Onların təkliflərinə rədd cavabı verdim. Amma təəssüf hissi keçirirəm ki, bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına məlumat verməmişəm. Həmin dövrdə dövlət üçün hər hansı bir təhlükə görmədim. Buna görə də bu məsələyə çox ciddi yanaşmadım".

Azad Məmmədli qeyd edib ki, həmçinin Loran Lödi ona Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verib: "Mən isə bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Bununla bağlı da heç bir müvafiq quruma müraciət etmədim. Çünki bu tədbirin Azərbaycanla bağlı əlaqəsi olmayıb, başqa bir ölkənin ərazisində keçirilib. Tədbirlə bağlı açıq məlumatlar var idi. Hər bir kəs də həmin məlumatlarla tanış ola bilərdi".

Azad Məmmədlinin ifadəsinə görə, daha sonra Fransaya aid olmayan başqa bir ölkəyə gedib.

Onun sözlərinə görə, Loranı cəmi bir dəfə tədbirdə görüb: "Onunla məni Martin Ryan tanış edib. Martin mənə dedi ki, Loran keçmiş polis əməkdaşı olub və hazırda Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar məndən siyasi məsələlərlə bağlı geopolitik təhlil istəyirdilər. Mən isə bundan imtina etmişəm. Mən hər hansı dövlət sirri və yaxud heç bir məlumat ötürməmişəm. Onlar mənim Rusiyada təhsil aldığımı bilirdilər, əlaqələrim olduğu üçün əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, Fransa səfirliyinin əməkdaşları ilə münasibətinin yaranmasının səbəbi Martin Ryan olub. Martin Ryan ilə çox yaxın dostluq etdiyini deyən Azad Məmmədli bildirib ki, Fransa səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə tanış olub və bu tanışlıq Martinin vasitəsilə olub: "Martin onlarla səmimi söhbətlər edirdi. Bu zaman sanki psixoloji cəhətdən məni onlarla yaxınlaşdırdı, səfirliyinin işçiləri ilə aramda bir üçbucaq yaratdı. Bəlkə də Martinlə səfirliyinin işçiləri tərəfindən bu məqsədyönlü olub".

Sualları cavablandıran təqsirləndirilən şəxs Fransa səfirliyinin əməkdaşları tərəfindən ona kitab hədiyyə olunması məsələsinə də aydınlıq gətirib: "Bir dəfə Böyük Britaniya gedən zaman mənə Fransa səfirliyinin əməkdaşları tərəfindən kitab hədiyyə edildi. Həmin kitab Britaniyanın gəzməli, görməli yerləri ilə bağlı idi. Bu kitabın da bir dəyəri var idi. Çünki kitabda həmin ölkəni gəzmək üçün xeyli məlumatlar var idi. Bu məsələnin ittihama mahiyyətcə bir aidiyyəti olmayıb. Mən ümumiyyətlə dövlət və məhkəmə qarşısında Martin Ryanla bağlı faktlar açıqlayacam. On minlərlə pulu o qazanıb. Mən Fransa səfirliyi ilə bağlı hər hansı bir maddi xeyr, imtiyaz qazanmamışam. Martinin hərəkətləri ilə bağlı bəyanat yayacam. Martin mənə oyunlar qurub və tələyə salıb. Casusluq oyununu bunlar yaxşı qurub. Mən Fransa səfirliyi ilə bütün əlaqələri kəsmişdim. Çox təəssüf ki, həmin vaxt Martinlə əlaqələrimi kəsmədim".

Təqsirləndirlilən şəxs qeyd edib ki, Frederik Devos ilə birbaşa əlaqəsi olmayıb. Onun sözlərinə görə, ona bir dəfə işə qəbulla bağlı CV göndərib, onunla başqa heç bir yazışması olmayıb.

Daha sonra digər təqsirləndirilən Martin Ryan Azad Məmmədlinin verdiyi ifadəyə münasibət bildirib. O bildirib ki, Azad Məmmədlini agent kimi heç kimlə tanış etməyib:

"2021-ci ildə Devos Rusiyanı yaxşı tanıyan bilikli, rus dilində bilən adam axtarırdı. Həmin vaxt Azad da iş axtarırdı. Mən onların ikisini bir-biri ilə tanış elədim. 2022-ci ilin oktyabrın ayında görüşlərdə artıq təhlükə hiss elədim. Lakin vəziyyət o qədər pis deyildi. Devos heç zaman mənə deməyib ki, Azadı agent kimi cəlb etmək istəyir. Aramızda görüşlər olub, həmin görüşləri mən təşkil etmişəm. Devosun məqsədi Azərbaycanda Fransa dilini yaxşı bilən, Rusiyanın geosiyasi politikasını izləyən adamlarla tanış olmaq idi. Azad Məmmədli onlarla söhbət edəndə suallardan bildi ki, qarşısındakılar agentdirlər. Lakin o sonradan əlaqələrini davam etdirdi. Mənsiz də Devosla görüşüb. Hətta Azad Məmmədli mənə səfirlikdən maddi gəlir qazana biləcəyi ilə bağlı sual verib. Mən isə bunun çox təhlükəli olduğunu demişəm. O da mənimlə razılaşıb. Əgər mən agent olsaydım, Azadı cəlb etməyə cəhd etsəydim, ona heç vaxt bu işlərin təhlükəli olmasını deməzdim".

Azad Məmmədli qeyd edib ki, Martin Ryan Vətən müharibəsi dövründə Azərbaycanla bağlı Fransa səfirliyinə onlarla cinayət tərkibli məlumat verib, tapşırıqların çoxu hərbi təyinatlı məlumat olub: "Martinin özü də etiraf edib ki, bu cür tapşırıqları icra edib. Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib. İlqar adlı iş adamı ilə bağlı məlumatları Fransa kəşfiyyatına verib. Əslində Martinin şərab biznesi ilə məşğul olması, şahmat müəllimi kimi dərs keçməsi pərdələnməkdən başqa bir şey deyildi. O, potensial agent olub, müəyyən işlərlə də məşğul olubdur. İlqarın övladına şahmat dərsi keçməsi də bu əməlinin tərkib hissəsidir".

Azad Məmmədli əlavə edib ki, Martin Ryan əvvəllər hərbçi olmuş şəxs barədə də məlumatları Fransa səfirliyinə ötürüb: "Martin bu əməlləri dostluq münasibətləri adı altında edib. Azərbaycanlı biznesmenlərlə dostluq edərək tora salıb və onlarla bağlı məlumatları toplayaraq Fransa kəşfiyyatına verib. Bu hərəkətləri ilə onlarla vətəndaşımızı tora salıb. Martin ən son qurbanı mən olmuşam".

Təqsirləndirilən şəxs bildirib ki, Fransa kəşfiyyat orqanının əməkdaşları ilə "Siqnal" tətbiqi vasitəsilə yazışmalar aparıb: "Mənə səfirlikdən həmin tətbiq vasitəsilə yazırdılar ki, tədbirlərə falan dəvəti buradan edəcəklər. Mən əlaqələri kəsəndən cəmi bir dəfə yazıblar, həmin mesaja cavab verməmişəm. İstintaq dövründə məlumatları oxuyan zaman dəhşətə gəldim. Məlum oldu ki, Fransa kəşfiyyatı Martin Ryana birbaşa pul verməyib. Onlar Azərbaycanda yaşayan İsveç vətəndaşı ilə Martini tanış ediblər. Həmin şəxsin əli ilə böyük məbləğdə pul ödənilib. Həmin İsveç vətəndaşı milyonerdir. Devos tərəfindən həmin adam Martini maliyyələşdirib. Martinin Bakıda biznes fəaliyyəti elə də pullu olmayıb. Amma qısa bir müddətdə Bakının mərkəzi yerlərindən birində iki otaqlı ev alıb. Özündən bu pulu haradan tapdığını soruşanda dedi ki, Fransadan atası və anası pul göndərib. Bu da məndə başqa bir şübhə yaradıb".

Azad Məmmədli qeyd edib ki, bu cinayət işi təkcə onlardan, Fransa səfirliyindən və həmin dövlətin agentlərindən ibarət deyil, bu daha qlobal olub. Onun sözlərinə görə, Martin Azərbaycanla bağlı 50-yə yaxın hərbi təyinatlı məlumatları öz ölkəsinin kəşfiyyat orqanlarına götürüb: "İndi burada deyir ki, agent deyiləm. O, birbaşa agent olub. Birbaşa və ya dolayı yolla maliyyələşib. Martin tapşırıqları icra edib. Bunu da bilə-bilə edib".

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.



Növbəti proses iyunun 23-də davam edəcək.
 
 
 
Ardını oxu...
Bakı şəhərinin mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.

Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.

Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.

Digər xəbərə əsasən, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.

Bəs həmin ərazilərdəki tarixi abidələrin taleyi necə olacaq?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki tarixi abidələr qorunacaq. Məlumata görə, Mərkəzi Parkın genişləndirilməsi zamanı həmin əraziyə düşəcək tarixi və mədəniyyət abidələrinin siyahısı tutulub.

"Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasında çoxlu sayda (72) tarix və mədəniyyət abidələri yerləşir.

Sözügedən məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən də müraciətlər daxil olub. Məsələ aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırılıb, müzakirələr aparılıb. Dövlət Xidməti tərəfindən tarixi abidələrlə bağlı müvafiq məlumatlar aidiyyəti üzrə təqdim olunub. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur", - qurumdan qeyd olunub.
 
Ardını oxu...
Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.

Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması Təfəkkür Universitetinin vergi borcu ilə əlaqəlidir.

İş materiallarından aydın olur ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tututaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə "stop" qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda "Təfəkkür"ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilədək ölkədən çıxa bilməyəcək.

Rahim Hüseynov 1992-1993-cü illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, Rahim Hüseynov universitetin əsas təsisçilərindən biridir.

Təfəkkür Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.
 
Ardını oxu...
Neftçala rayonunda şəhid anası qohumları tərəfindən döyülüb.

Hadisə rayonun Xol Qarabucaq kəndində baş verib. Kənd sakini Şəfiqə Səmədovanın oğlu Camal Vüqar oğlu Səmədov öz dayısı qızı ilə ailə qurub. C.Səmədov Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olandan sonra ailədə şəhidin pensiyası və veriləcək əmlakla bağlı mübahisələr başlayıb.

Belə ki, şəhidin atası Vüqar Səmədov oğlunun pensiyası və əmlakın Camal Səmədovun həyat yoldaşı Həcər Səmədovaya qalmasına narazılıq edib və bu barədə ailədə söz-söhbətlər başlayıb. Nəticədə söz söhbətə son qoymaq üçün Həcər 1 il sonra, yəni şəhidin il mərasimindən sonra iki azyaşlı uşağı ilə birlikdə atasının evinə köçüb və həmin vaxtdan etibarən uşaqları Şəfiqə Səmədovaya göstərməyiblər.

Şəhid anası dəfələrlə nəvələrini görmək üçün qardaşı evinə zəng vursa da, xeyri olmayıb. Məcburiyyət qarşısında qalan Ş.Səmədova uşaqları görmək üçün qardaşının evinə gedib. O, evə daxil olarkən qardaşı oğlu İlqar Səfərov şəhid anasını yumruqla vuraraq yıxıb. İlqar Səfərovun atası Şahmar Səmədov bacısı Şəfiqə Səmədovanı tutaraq evdən çölə atıb.

Hadisə nəticəsində Şəfiqə Səfərova baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Hadisə yerinə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları gediblər və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmədə şəhid ailəsi təqsirləndirilən şəxsi bağışlayıb və ondan şikayətçi olmayıb.

Məhkəmə şəhid anasının xahişini nəzərə alaraq cinayət işinə xitam verib və İ.Səfərovu məsuliyyətdən azad edib.
 
Ardını oxu...
Pirşağıdan Koroğlu metrosuna gedən əsas nəqliyyat vasitəsi 173 saylı avtobusdur. O da “həftə səkkiz, mən doqquz” xarab olur, yolda qalır...
Artıq hamıya məlumdur ki, şəhər daxili avtobusların çoxu kart sisteminə keçib. Bəzən olur ki, sərnişinlər son pulunu karta vurub mənzil başına çatmağa çalışırlar. Avtobus yolda qalanda yenə əziyyəti çəkən son pulunu avtobusa xərcləmiş vətəndaş olur. Sürücüyə irad bildirəndə belə deyir: “Burada mənlik bir şey yoxdur, pulu mən yığmıram ki, mən qaytarım”. Bu hal dəfələrlə baş versə də, nə yazıq ki, bu halın qarşısını ala bilən tapılmır. Çünki biçarə sərnişin bilmir ki, dərdini kimə desin və yaxud itirdiyi 50 qəpik üçün kimə ağız açsın. Düzü, insan bir az utanır. Axı, 50 qəpik böyük pul deyil. Təbii ki, ehtiyacı olan insan üçün az da deyil. Xərclənən bu 50 qəpiklər sahibkarların cibinə axır. Hansı ki, avtobusların saz və təmiz vəziyyətinə də məsul olan şəxslər elə həmin sahibkarlardır.

Həqiqətən də bu vəziyyətdə minimum əmək haqqına işləyən sürücü neyləsin ki? Sahibkara bu məsələdə "gözün üstündə qaşın var" deyən yoxdur. 173 saylı avtobusun xarab şəkildə yollarda qalmayan günü yoxdur, elə bu problemi həll edən də yoxdur. Bu acınacaqlı vəziyyət həm sərnişinlərin cibinə zərərdir, həm də sağlamlığına. Axı saz vəziyyətdə olmadan yola çıxmaq həm də potensial qəza deməkdir? Kimə başa salasan durumu, özün də bilmirsən...

Bizdən demək. Deyirik ki, sonra "demədiniz" deməyəsəniz...

 
Ardını oxu...
Bakının Nizami küçəsinə “Toyota Prius” markalı avtomobil daxil olub.

Görüntülər sosial şəbəkələrdə yayılıb. İnsanların hərəkəti üçün nəzərdə tutulan əraziyə maşınların daxil olması birmənalı qarşılanmayıb..

TEREF modern.az-a istinadla məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 may 2025-ci il tarixində Fəvvarələr meydanında keçiriləcək “V Autizm Festivalı” ilə bağlı əraziyə gecə saatlarında mülki nəqliyyat vasitələrinin girişinə icazə verilib.

Qeyd olunub ki, festivalın təşkili üçün tələb olunan texniki avadanlıqların əraziyə çatdırılması məqsədilə nəqliyyat vasitələri “Bakı Abadlıq Xidməti” MMC-nin rəsmi icazəsi ilə sözügedən əraziyə buraxılıb.
 
Ardını oxu...
  

İlk yayım saatı: 16.05.2025, saat 14:25

8-ci kilometr bazarı təkcə alış-veriş məkanı deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının bir parçasıdır. Burada həyat günün erkən saatlarından başlayır. Bazarın bir tərəfində süd və süd məhsulları satan qadınlar məhsullarını düzür, digər tərəfində isə ət və ət məhsulları kəsilir, çəkilir. Tərəvəz bölməsində göyərtinin hər çeşidinə rast gəlmək olar. Fərqli bölgələrdən gətirilmiş pomidor, xiyar, badımcan, kartof, soğan və digər məhsullar piştaxtaları bəzəyir. Yay fəsli hələ başlamasa da, meyvə piştaxtalarında yay mövsümünün meyvələri artıq yerini alıb.

Bazarın içi çölündən ciddi fərqlənmir. Ərzaq məhsullarının qiymətlərində gündəlik baş verən dəyişikliklərdən alıcılar qədər də satıcılar narazıdır.

Ardını oxu...

“Bu aralar badımcanın qiyməti neftin qiyməti kimi oynaqdır. Bir həftə əvvəl 3 manata satırdıq, indi 2 manatadır. Dolmalıq badımcanın qiyməti “ətli” badımcanın qiymətindən az fərqlənir. Alan da var, almayan da, amma şükür, dolanırıq. Pomidorlar Salyandan, Ucardan, Xaçmazdan tutmuş ölkənin hər yanından gəlir. Qiyməti 1 manat 70 qəpikdən başlayır. 2 manat 50 qəpiyə lap əlası, dadlısıdır”, - satıcı qadın belə deyir. 

Satıcılardan fərqli alıcıların üzü gülmür. Ucuz məhsul axtaran, piştaxtalardakı qiymətləri incələyənlər çoxluqdadır.

Ardını oxu...

Onlardan biri deyir: “Bütün bazarı gəzirik ki, ən ucuz malı tapaq. Kim harada bir az ucuz satır, oradan alırıq. İndi hər şey bahalaşıb. Əvvəl 10 manata 5 kilo məhsul alırdıq, indi o pulla çətinliklə 2 kilo ala bilirik. Hər şeyə qənaət etməyə çalışırıq”.

Bazarda gəzdikcə bu sözlərin təsdiqini görmək mümkündür. Kimisi almağa tərəddüd edir, kimisi qiymət endirimi üçün satıcı ilə qiymətləşir, bəziləri isə sadəcə qiymətə baxıb ötüb keçir. Tərəvəzlər kimi meyvələr də “əl yandırır”.

Satıcıların əksəri satdığı malı tərifləyir.

Ardını oxu...

“Gəl ay müştəri, Azərbaycan bananından qalmadı”, -çağırışı da təəccüb doğurur.

Necə yəni Azərbaycan bananı? Öyrənirik ki, piştaxtalarda satılan banan daha Afrikanın hansısa banan ölkəsinin məhsulu deyil. Azərbaycanda yetişdirilən banandır. Satıcılar deyir ki, hələlik Azərbaycan bananının Afrika bananına “meydan oxuya” bilmir. Çünki bazara o qədər də yerli banan gəlib çıxmır.

“Qutuların üstündəki Azərbaycan bayrağının şəkilindən bilinir ki, yerli maldır. Afrika bananı piştaxtada 3 gün qalmamış qaralır.  Azərbaycan bananı günlərlə qalsa da, xarab olmur”, satıcı belə deyir. 

“Ay bala, təqaüdlər, maaşlar bir az qalxan kimi bizim də qiymətlər qalxır. Supermarketdə nə bahadırsa, gəlib bizim bazarda da onun havası əsir. Hamı deyir niyə ucuz deyil – bəs biz necə kirayə verək? 250-300 manat arası kirayə pulu ödəyirik ayda, özü də hər il artır. Biz də məcburuq e, ailəmizi dolandıraq, bizə də bir şey qalsın. Necə aşağı salaq qiyməti? Onsuz da qazancımız güc-bəla yetir” - piştaxtada meyvə seçən xanımın səsi bazarın səs-küyündən seçilir.

“Hər şey bahadır. 2-3 alma, yarım kilo da çiyələk almışam, bir ətək pulumu aldın”, - orta yaşlı xanım satıcıya gileyini bildirir.

8-ci kilometr bazarında giley-güzara baxmayaraq, həm satıcıların, həm də alıcıların dilində eyni söz səslənir: “Şükür, dolanırıq”.

Mənzər Novruzlu,
İnarə Hünbət,
Fotolar müəlliflərindir
Musavat.com

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
"Hazırda ən çox tələbat olan turlar xarici qrup turlarıdır. Tayland, Misir, Qətər, Dubay istiqamətində turlara böyük istək var. Yaxın gələcəkdə Çinə də qrup turları təşkil olunacaq. Qrup turlarına tələbatın olmasına bir çox səbəblər var. İnsanların çoxunun dil biliyinin olmaması, həmin ölkələri tanımaması, oğurluq və.s kimi halların qrup olan zaman minimuma enməsi, qiymət məsələsi turistləri qrup halına getməyə vadar edən səbəblərdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

"Qiymət məsələsi ən əsas məsələdir. Çünki turlar otellər götürən zaman çox münasib qiymətə başa gəlir. Avropada qiymətlər bizim pula nəzərən baha başa gəldiyinə görə çox sayda insanlar turlara üstünlük verirlər. İnsanlara gəzmək olsun. Passiv istirahət sevən insanlar onsuz da Avropaya getmirlər. Passiv istirahət istəyənlər Antalyaya, Şarm-əl-Şeyxə, Montenegroya üstünlük verirlər. Aktiv istirahət istəyənlər üçün gəzinti önəmlidir. Nə qədər şəhər gəzsələr, o qədər yaxşıdır. Ona görə də Avropaya səfər etmək onlar üçün daha zövqlü olur".
 
Ardını oxu...
İranlı “agentlərin” tapşırıqlarını yerinə yetirən yeniyetmə İsraildə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrail polisi və Şin Bet Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyat nəticəsində ölkənin qərbindəki Şefela bölgəsinin 16 yaşlı sakini saxlanılıb. O, pul müqabilində iranlı iş adamlarına tapşırıqlar verməkdə şübhəli bilinir.

Məlum olub ki, o, bir neçə aydır ki, sonuncunun göstərişi ilə yanğınlar törədir, qızışdıran vərəqələr paylayır, strateji obyektləri lentə alırmış.

O da qeyd olunur ki, saxlanılan şəxs bu əlaqələr barədə səlahiyyətli orqanlara məlumat versə də, onlarla əməkdaşlığı davam etdirib.

Dünyapress TV

Xəbər lenti