![]() |
![]() ![]() ![]() |
|
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
Musavat.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.
Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus "Nissan Maxima", "BMW 525I", "Chevrolet Niva" (4 ədəd), "Mercedes Benz E240" və "Hyundai Sonata", Mərkəzi Seçki Komissiyasına məxsus "Nissan Sunny", "Volkswagen Jetta", "Toyota Camry" və "Chrysler", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus "Chevrolet Niva" (13 ədəd), "VAZ 2106" və "QAZ-31105-801" markalı minik avtomobilləridir.
Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 - 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Gəncədə 11-ci sinif sinif şagirdinin ağlasığmaz bədən xəsarətləri alaraq ölməsi faktı ilə bağlı müxtəlif fikirlər var. Hadisə Gəncə və ölkə ərazisində sözün həqiqi mənasında şok effekti yaradıb. Hər kəs bu hadisənin əslində necə baş verdiyini bilmək istəyir. Sosial şəbəkələrdə, həmçinin, bir sıra media qurumlarında Elgünün ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. Əsas ehtimallar sırasında intihar faktı da var. Onu deyək ki, Elgün İbvarhimovun yaxınları 11-ci sinif şagirdinin intihar edə biləcəyi ehtimalını qəbul etmir. Oların sözlərinə görə, Elgün İbarhimov döyülüb və bu cinayəti törədən şəxs və ya şəxslər var
Günlər keçdikcə bu hadisə ətrafında mülahizələr də artır.Hüquq-mühafizə orqanı əməkdaşları cəmiyyətə rəsmi müraciət də edib. Məlumatlı olan şəxslər istintaqa kömək edə bilər. Hələlik isə istintaq tədbirləri davam edir. Kimsə istintaqa cəlb edilməyib. Hüquq mühafizə orqanı əməkdaşları araşdırmaları davam etdirir. Məlumat üçün bildirək ki, Elgün İbrahimov yaşadığı müddətdə risk qrupuna aid yeniyetmələrin özəlliyini də daşımayıb. Buraxlış imtahanlarında aldığı yüksək qiymətlər, həmçinin məktəbdə normal oxumağı ilə seçilməsi də deyilənləri sübut edir.
Xatırladaq ki, bir neçə gün öncə Elgün İbrahimov gecə saatlarında ağır vəziyyətdə Azərbaycan Texnalogiya Universitetinin istifadə edilməyən yataqxanasında tapılıb. Onun iniltisini yaxınlıqda olan gözətçi eşidib. Bundan sonra hüquq mühafizə orqanı əməkdaşları əraziyə gəlib Elgün xəstəxanaya aparılıb və ertəsi gün vəfat edib.
TV Müsavat
Xalq artisti Emin Ağalarov paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, avtomobillərə olan marağı ilə tanınan Ağalarov “Panda mini” avtomobilini test edib.
O, “avtoş”luq etdiyi görüntüləri sosial media hesabında paylaşıb.
Musavat.com Emin Ağalarovun avtomobillərə olan sevgisi haqqında bəzi məqamları təqdim edir:
Lüks avtomobil kolleksiyası
Eminin fərdi avtomobil kolleksiyasında bir sıra yüksək səviyyəli, lüks markalar yer alır. Onun sürücülük etdiyi və sahibi olduğu avtomobillər arasında aşağıdakı markalar qeyd olunur:
“Bentley”
“Rolls-Royce”
“Mercedes-Benz G-Class” (Gelandewagen)
“Ferrari” və ya “Lamborghini” kimi idman avtomobilləri (bəzi sosial media paylaşımlarında görünür)
Avtomobil mədəniyyətinə bağlılıq
Emin Ağalarov yalnız avtomobillərə sahib olmaqla kifayətlənmir, eyni zamanda avtomobil sürməyə və onları texniki baxımdan təkmilləşdirməyə də maraq göstərir. Onun sosial media hesablarında tez-tez avtomobillərlə bağlı fotolar, videolar və ya sürət həvəskarlarına xas məqamlar paylaşılır.
“Crocus Group” və avtomobil sərgiləri
Eminin ailəsinə məxsus “Crocus Group”un təşkil etdiyi müxtəlif beynəlxalq sərgilər arasında avtomobil sərgiləri də yer alır. Bu, onun avtomobil dünyası ilə daha yaxından əlaqədə olduğunu göstərir.
Sosial mediada avtomobil paylaşımları
Eminin “Instagram” və digər sosial media hesablarında tez-tez avtomobillərlə olan fotolarına rast gəlmək olur. Bu, həm onun zövqünü, həm də avtomobillərə olan emosional bağlılığını nümayiş etdirir.
Könül
Musavat.com
Tacikistan vətəndaşı Tağaymurod Emomov Azərbaycanda saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, o, Rusiya ərazisinə yüzlərlə kiloqram heroinin daşınmasında ittiham olunur. Hazırda onun Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir.
“Emomov Tağaymurod xüsusilə böyük miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq 11 ildən artıq müddətdə axtarışda olub. Hazırda onun Rusiya ərazisinə ekstradisiyası gözlənilir”, – hüquq-mühafizə orqanlarından bildirilib.
İttiham tərəfinin versiyasına görə, Emomov narkotiklərin qanunsuz dövriyyəsi sahəsində xüsusilə ağır cinayətlərin təşkilatçısıdır. O, kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroin daşıyıb. Bu iş üzrə bir çox şəxslər artıq cinayət məsuliyyətinə cəlb olunub. Onlar istintaqda Emomovu təşkilatçı kimi tanıyaraq ifadə veriblər. Həmin şəxslərin bəziləri artıq azadlığa buraxılıb.
İqbal RZAYEV,
Musavat.com
Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Oxu24.com-a bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
Milli.Az xəbər verir ki, Bakıda dilənçiliklə məşğul olan gənc qazandığı pulları nümayiş etdirib.
Belə ki, onun bir günə qazandığı pulların məbləği bəlli olub.
Onun ciblərindəki pulları saydıqca bitmək bilməyib.
Müzakirələrə səbəb olan həmin görüntünü təqdim edirik: