Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.Bu barədə Anadolu Agentliyi məlumat yayıb.Qeyd edilib ki, tərəflər İsrail-İran münaqişəsini, regional və qlobal məsələləri müzakirə edib.Məlumata görə, Ərdoğan İsrailin İrana qarşı hücumlarını ən sərt şəkildə qınadığını və həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.