Ardını oxu...
Almaniyanın "Nox" adlı startapı Avropa üzrə 100 şəhəri birləşdirəcək yeni gecə qatarları şəbəkəsinin yaradılacağını elan edib. Sərnişinlərə bir və ya iki nəfərlik fərdi yataq kupelərində səyahət imkanı təklif olunacaq. Layihənin ilk reysləri 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Qayanrinfo xəbər verir ki, şirkətin məlumatına görə, bu kupelərlə təchiz olunmuş yeni tipli vaqonlar, həm konfort, həm də əlçatan qiymətlərlə gecə qatarlarına marağı artırmağı hədəfləyir. Bildirilir ki, bu tip biletlərin qiyməti təyyarə reyslərindən baha olmayacaq.

"Nox"un təsisçilərindən biri olan Tibo Konstan bildirib: "İnsanların Avropada yuxuda ikən səyahət etməsi əla ideyadır. Lakin hazırda sərnişinlər kupeləri tanımadıqları şəxslərlə bölüşməli olur, çarpayılar dar olur və bəzən bu, aviareyslərdən də baha başa gəlir. Biz bu vəziyyəti dəyişmək istəyirik".

Konstanın şəxsi təcrübəsi – dünyanın müxtəlif yerlərində etdiyi 400-dən çox gecə qatarı səyahəti – yeni vaqonların dizaynına birbaşa təsir edib.

Qatar kupelərinin kateqoriyaları və imkanlar

Yeni qatarların kupeləri üç əsas kateqoriyaya bölünəcək:

* Bir nəfərlik "loft" – yuxarı yataq, oturacaq və masa;
* İki nəfərlik "loft" – iki nəfərlik yuxarı yataq, iki oturacaq və masa;
* İki nəfərlik kupelər – biri oturacağa çevrilə bilən iki ayrıca yataq.

Bütün kateqoriyalarda iki metrlik çarpayılar, sərbəst hərəkət etmək və baqaj yerləşdirmək üçün kifayət qədər yer olacaq. Bəzi kupelərdə panoramik mənzərəli pəncərələr də nəzərdə tutulub.

Şirkətin digər təsisçisi Yanek Smolla qeyd edib ki, yeni dizaynlar qatarlarda ənənəvi sistemlərlə müqayisədə daha çox sərnişin yerləşdirməyə imkan verir. Bu isə "standartlaşdırma və əməliyyat mükəmməlliyi" ilə birlikdə 35-dən çox Avropa marşrutunda daha əlverişli tariflər təklif etməyə şərait yaradacaq.
Ardını oxu...
Planlaşdırılan marşrut və qiymətlər

Şəbəkə 2035-ci ilə qədər Paris, Barselona, Amsterdam, Kopenhagen, Varşava, Budapeşt və Roma kimi böyük şəhərləri əhatə edəcək. Məqsəd – bu xidmətin qısa məsafəli aviareyslərə rəqabətli alternativə çevrilməsidir.

Qiymətlərə gəlincə, bir nəfərlik kupelərin qiyməti 79 avrodan, iki nəfərlik kupelərin isə 149 avrodan başlayacaq. Qatarın daxilində yemək-içmək xidməti, velosiped və əlil arabası üçün yer də olacaq.

Səyahətə marağı olan şəxslər artıq "Nox"un rəsmi saytında planlaşdırılmış marşrutlar və qiymətlərlə tanış ola və "Early Bird" adlı pulsuz üzvlük klubuna qoşularaq yeniliklər, endirimlər və erkən rezervasiya imkanları əldə edə bilərlər.
Ardını oxu...
Dünyanın əksər xəbər saytları son dövrlərdə oxucu itkisilə üzləşir.

Qaynarinfo "The Wall Street Journal"a istinadən xəbər verirki, bu azalmaya səbəb "Google" tərəfindən tətbiq edilən süni intellekt (Al) texnologiyalarıdır.

Trafikdə kəskin azalma

Süni intellekt əsaslı çat-botlar, artıq bir çox istifadəçi üçün klassik "Google" axtarışlarının yerini alır. İstifadəçilər əvvəlki kimi özləri link axtarmır, cavabları birbaşa çat-botlardan əldə edirlər.

Rəqəmsal bazar analizləri aparan "Similarweb" şirkətinin məlumatına görə, son üç ildə "HuffPost" və "The Washington Post" qrupuna daxil olan saytların masaüstü və mobil versiyalarına olan orqanik axtarış trafiki 50%-dən çox azalıb.

"Business Insider" isə trafik itkisi səbəbilə əməkdaşlarının təxminən 21%-ni ixtisar etməyə məcbur olub. "Similarweb"in məlumatına əsasən, 2022-ci ilin aprelindən 2025-ci ilin aprelinə qədər bu şirkətin saytlarına orqanik axtarış trafiki 55% azalıb. Belə dəyişikliklər bir çox böyük xəbər saytını öz biznes strategiyasını tamamilə yenidən qurmağa vadar edir.

"Google"un "AI Overviews" funksiyası

2024-cü ildə "Google" axtarış sisteminə süni intellekt tərəfindən yaradılmış "AI Overviews" funksiyasını əlavə edib. Bu funksiya axtarış sorğusuna cavab olaraq əsas məlumatları xülasə şəklində axtarış nəticələrinin yuxarısında təqdim edir. Bu isə xüsusilə səyahət məlumatları, sağlamlıq tövsiyələri və məhsul rəyləri kimi mövzularda yazılar paylaşan saytların trafikinə ciddi təsir göstərib.

Qeyd olunur ki, may ayında ABŞ-da işə salınan yeni "AI Mode" funksiyası isə xəbər saytlarına daha da böyük zərbə vura bilər. Bu funksiya çat-bot formatında cavab verir və istifadəçiyə cəmi bir neçə kənar link təqdim edir.

"The Atlantic" jurnalının icraçı direktoru Nikolas Tompson bildirib: "Google" artıq bir axtarış sistemi deyil, cavab sistemi olmağa başlayıb. Biz yeni strategiyalar işləməliyik".

Jurnalistika üçün təhdid

"The Washington Post"un nəşriyyatçısı və baş direktoru Uilyam Lyuis də çat-bot texnologiyalarının axtarış sistemlərinə inteqrasiyasını jurnalistika üçün ciddi təhlükə kimi dəyərləndirib. O bildirib ki, redaksiyası bu dəyişikliklərə cavab olaraq daha əvvəl diqqət göstərmədiyi auditoriyalarla əlaqə qurmağa və yeni gəlir mənbələri tapmağa çalışır.

"Dow Jones" və "The Wall Street Journal" nəşrlərinin marketinq direktoru Şerri Vays isə qeyd edib ki, dəyişən axtarış mühiti qarşısında şirkətlər istifadəçi etibarını möhkəmləndirməyə və sabit trafik yaratmağa yönəlməlidirlər. Onun fikrincə, auditoriyanı qorumağın ən effektiv yolu, istifadəçiləri sayta birbaşa gətirəcək unikal məzmun hazırlamaqdır.

"Google" rəhbərliyi isə bildirib ki, şirkət hələ də saytların trafiklə təmin olunmasına sadiqdir. Onların sözlərinə görə, "AI Overviews" funksiyası göstərildikdən sonra belə istifadəçilər çox vaxt əlavə məlumat üçün linklərə klikləyirlər.

Texnologiya internet istifadəsini dəyişir

Məqalədə qeyd olunur ki, süni intellekt texnologiyaları internetin istifadəsinə yanaşmanı tamamilə dəyişir. Müəlliflər bildirirlər ki, buna bənzər dəyişikliklər daha əvvəl də baş verib – məsələn, internet media orqanları çap qəzet və jurnalları demək olar ki, sıradan çıxarmışdı. İndi isə rəqəmsal nəşrlər qarşısında yeni çağırışlar dayanır.
 
Ardını oxu...
Rusiya hökuməti texnologiyanın ölkədə tətbiqini sistemləşdirmək üçün Süni İntellektin (AI) İnkişaf Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini və Hökumət Aparatının rəhbəri Dmitri Qriqorenko bəyan edib.

Onun sözlərinə görə, Mərkəz standart həlləri seçib yayacaq, dövlət orqanlarının, regionların və biznes qurumlarının işini əlaqələndirəcək.

Mərkəzin koordinatoru təyin edilən Qriqorenko qeyd edib:

"Bizim vəzifəmiz süni intellektin tətbiqinin nəticələrinin bütün ruslar üçün əlçatan olmasını və müasir texnologiyaların inkişafı vasitəsilə ölkəmizin dünya bazarlarında rəqabət qabiliyyətini artırmasını təmin etməkdir".

Mərkəzin Rusiyada süni intellekt sahəsində qabaqcıl təcrübələri yayması gözlənilir.

Qurum süni intellekt təhlükəsizliyinin tənzimlənməsi və beynəlxalq əməkdaşlığın təşkili üçün normativ hüquqi aktlar da hazırlayacaq.
 
Ardını oxu...
Laboratoriya şəraitində yetişdirilən ət son illərin ən böyük qida yeniliklərindən biri sayılır. Foodinfo.az bildirir ki, bu ət növü ətraf mühitə daha az zərər verdiyi və heyvan kəsiminin qarşısını aldığı üçün təşviq olunur. Lakin bəzi mütəxəssislər laboratoriya ətinin sağlamlığa təsiri barədə hələ də ciddi suallar qaldırır.Araşdırmalar göstərir ki, bu məhsulların istehsalında istifadə olunan bəzi hüceyrə inkişaf etdirici maddələr insan orqanizmində iltihabi reaksiyaları artırmaq riski daşıyır. Bundan əlavə, məhsulun tam steril şəraitdə hazırlanması belə, uzunmüddətli istehlak zamanı potensial sağlamlıq problemlərini tam aradan qaldırmır. Laboratoriya ətində bəzi sintetik komponentlər immun sistemini zəiflədə və allergik reaksiyalara səbəb ola bilər.Üstəlik, bu məhsulların qidalandırıcı dəyəri təbii ətlə tam eyni səviyyədə olmaya bilər. Qida sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar laboratoriya ətinin təhlükəsizliyini təsdiqləmək üçün hələ də genişmiqyaslı testlər aparır. Hazırda bu ət növləri bəzi ölkələrdə məhdud miqdarda satışa çıxarılsa da, kütləvi istehlaka tam hazır olduğu qənaəti yoxdur. Mütəxəssislər istehlakçıları bu cür məhsulları seçərkən etibarlı mənbələrə diqqət yetirməyə çağırır.Nəticə olaraq, laboratoriya ətinin ətraf mühit üçün faydalı olsa da, sağlamlıq baxımından bütün suallarına cavab tapmadan gündəlik qida rasionuna daxil edilməsi tövsiyə edilmir.
 
 
 
Ardını oxu...
Çinli Gen Şuei adlı şəxs müxtəlif orijinal şeylər icad etməsi ilə tanınır. AzPost bildirir ki, çinli eyni zamanda, sosial şəbəkələrdə vloqlar çəkir. Bir müddət əvvəl o, abunəçilərinə unikal enerji təchizatı nümayiş etdirib. Cihazın unikal xüsusiyyəti ondan ibarətdir ki, o, eyni vaxtda minlərlə telefonu, həmçinin elektriklə işləyən avtomobilləri və digər məişət cihazlarını enerji ilə doldurmaq qabiliyyətinə malikdir. Lakin onun əhəmiyyətli bir çatışmazlığı var – böyük ölçüləri.

Nəhəng akkumulyatorun tutumu təxminən min klassik enerji bankının tutumlarının cəminə bərabərdir. Gündəlik istifadə üçün belə bir cihaz isə əlverişli deyil.

Gen öz power bankını təkmillşdirməyi planlaşdırır. “Bu fikir məni o qədər həyəcanlandırdı ki, bir neçə gün yata bilmədim. Sonra qərara gəldim ki, evdə elektrik kəsilməsindən xilas edəcək nəhəng enerji bankı yaradım”, – deyə Gen bildirib.
 
Ardını oxu...
Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifadəyə verilib. Tribunainfo.az Milli.Az-a istinadən xəbər verir ki, “ASELSAN” tərəfindən hazırlanan bu yüksək texnologiyalı radarlar artıq yolların təhlükəsizliyinə nəzarətdə yeni dövrün başlanğıcı sayılır.

Yeni nəsil radar sistemləri insan müdaxiləsi olmadan, 6 zolaqlı yollarda eyni anda bütün nəqliyyat vasitələrini, o cümlədən motosikletləri dəqiq şəkildə izləyə bilir. Süni intellekt texnologiyası vasitəsilə radar avtomobili, onun növünü və dövlət nömrə nişanını analiz edir, marşrut üzrə sürət həddini avtomatik müəyyən edir.

Yeni radar sistemi:

Avtomobilin texniki vəziyyətini (sığorta, texniki baxış) yoxlayır;

Axtarışda olan nəqliyyat vasitələrini müəyyən edir;

Qanun pozuntusunu 3 fərqli rakursdan qeydə alır;

Avtomatik cərimə tətbiq edir.

Bütün bu proseslər tam avtomatlaşdırılmış şəkildə aparılır.

Radarların yerləşdiyi məkanlar və əhatə dairəsi barədə məlumatlar rəsmi tətbiq üzərindən ictimaiyyətə təqdim olunacaq. Beləliklə, vətəndaşlar real vaxtda radarların yerləşdiyi əraziləri görə biləcəklər.

Pilot layihə çərçivəsində yalnız bir magistralda quraşdırılan süni intellekt dəstəkli radar cəmi 4 gün ərzində 526 min TL (təxminən 22 727 AZN) məbləğində cərimə qeydə alıb. Bu, sistemin effektivliyini açıq şəkildə ortaya qoyur.

Yüksək dəqiqlik, avtomatlaşdırma və şəffaflıq prinsipləri ilə çalışan süni intellekt əsaslı radarların yaxın gələcəkdə Türkiyənin bir çox bölgəsində tətbiq olunacağı gözlənilir.

P.S.: Sürəti sevirsənsə, oyun konsolu al, bu radar zarafat etmir. Süni intellekt üçün “bağışlayın, görmədim” artıq keçmir.
 

Ardını oxu...
 

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta "QR"-lara qarşı diqqətli olmağa çağırıb.

Qurumdan bildirlib ki, vətəndaşlardan əsasən bir necə məlumat tələb olunur ki, bununlada lşəxsş hesabları ələ keçirilir.

Əgər vətəndaşlar hansısa şübhəli hallarla rastlaşarlarsa bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

Videomaterialı təqdim edirik.

 
 
 
Ardını oxu...
Çin inqilabi hipersəs mühərriki təqdim edib. Bu mühərrik təyyarələrin saatda təqribən 20 000 kilometr sürətə çatmasına imkan verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə “Farmingdale Observer” məlumat yayıb.
Yeni mühərrikin əsas sirri onun iki müxtəlif rejimdə işləyə bilməsindədir. Saatda 8575 km-ə (təqribən 7 Max sürət) qədər mühərrik fırlanmalı detonasiya üsulu ilə fəaliyyət göstərir. Bu proses enerjidən maksimum dərəcədə səmərəli istifadəni təmin edir. Bu sürətdən sonra isə mühərrik maili detonasiya rejiminə keçir – bu isə daha yüksək sabitlik və səmərəlilik verir.
Nəşr qeyd edir ki, bu texnologiya sayəsində təyyarə Parisdən Nyu-Yorka cəmi iki saata uça bilər. Üstəlik, bu mühərrik həm mülki aviasiyada, həm də hərbi təyyarələrdə tətbiq oluna bilər.
Lakin jurnalistlər vurğulayır ki, Çin tərəfindən təqdim olunan bu hipersəs mühərrikinin real tətbiq qabiliyyəti hələ sübuta yetirilməyib. Layihə həm texniki, həm də iqtisadi çətinliklərlə qarşılaşa bilər.
Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, bu tip inkişaflar yaxın illərdə aviasiyanın yeni mərhələyə keçidini təmin edə bilər və sözügedən mühərrik texnoloji baxımdan ciddi bir sıçrayışdır.
Xatırladaq ki, qısa müddət əvvəl “Global 8000” adlı ilk seriyalı biznes jet ilk dəfə sınaq uçuşuna çıxıb. Bu təyyarə maksimum 0,94 Max (təqribən 1150 km/saat) sürətə çata bilir. “Global 8000” səsə yaxın sürətlə uça bilir, 19 sərnişin daşımaq imkanına malikdir və 8000 dəniz mili (14 816 km) məsafə qət edə bilir.
Ardını oxu...
Sovet kosmonavtı Vladimir Komarov 24 aprel 1967-ci ildə “Soyuz 1” kosmik gəmisindən enərkən Yer səthinə çırpılaraq həlak olub.
AzPost bildirir ki, SSRİ rəhbərliyinin kosmos yarışında birinciliyi əldə saxlamaq naminə atdığı radikal addımlar kosmonavtın ölümü ilə nəticələnib.
Belə ki, sovet rəhbərliyi “Soyuz 1” kosmik gəmisini tələm-tələsik, heç bir sınaq uçuşu olmadan birbaşa kosmosa göndərmişdi.
Əvvəlcə hər şey qaydasında idi: Qalxma zamanı heç bir problem olmadan gəmi asanlıqla orbitə girmişdi. Amma o andan etibarən hər şey pisləşir. Gəminin enerji sistemini dəstəkləməli olan Günəş panelləri açılarkən tıxanma baş verir və panelin biri açılmır. Bu böyük problem gəminin enerji ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Gəmidə simmetriya, radar və istilik nəzarəti sistemi çiddi şəkildə çətinləşir. Oriyentasiya sistemi işləmir və gəmi öz oxu ətrafında fırlanmağa başlayır.
Komarov problemi həll etmək üçün 5 saat çalışır, hətta Günəş panelini yeniləmək üçün təcili bir sistem də sınaqdan keçirir. Amma təəssüf ki, heç nə alınmır.
Son olaraq Soyuz 1 gəmisini ən qısa müddətdə Yerə qaytarmaq üçün qərar qəbul edilir. Mövcud batareya kosmik gəminin Yer ətrafında daha iki dövrə vurmasına kifayət edəcək və birincisi tükəndiyi təqdirdə xüsusi ehtiyat enerjidən istifadə olunacaqdı.
Tərslikdən gəminin enmə prosesi zamanı qəfildən enerju tükənir, naviqasiya sistemi və mühərriklər qapanır. Bu həyat və ya ölüm demək idi. Beləcə gəmi ballistik rejimdə yer atmosferinə girir.
Komarov gəminin paraşütlərini açsa da təəssüf ki, paraşüt yuvası sürətli enmə zamanı istiliyə məruz qalaraq zədələndiyi üçün açılmır. Əsas paraşütün (eyni zamanda dizayn nöqsanları olan) düzgün yerləşdirilməməsi əvəzedici paraşütün dolaşmasına səbəb olur və yararsız vəziyyətə düşür. Son olaraq gəmi 200 km/saat sürətlə Yer səthinə çırpılır…
Dəhşətli qəza nəticəsində kosmonavtın kapsul içərisində yanıb kömürə dönmüş bədəni Kremlin divarları önündə torpağa basdırılır.
Komarovun enişə başlayarkən Yerə göndərdiyi son sözləri: “Mən kreslodayam, kəmərlərlə bağlıyam. Özümü əla hiss edirəm, hər şey yaxşıdır” olur.
Komarovun şərəfinə müxtəlif astronomik cisimlərə, o, cümlədən (1836) asteroidinə və Ay səthindəki kraterlərdən birinə adı verilib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sovet aviasiya əfsanəsi olan "Antonov An-225 Mriya" 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı məhv edildikdən sonra dünyanın ən böyük təyyarəsi tituluna yeni bir iddiaçı meydana çıxıb.

Valyuta.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatında fəaliyyət göstərən "Radia" şirkəti tərəfindən hazırlanan "WindRunner" adlı nəhəng təyyarə, yalnız ölçüləri ilə deyil, daşıma qabiliyyəti və məqsədi ilə də aviasiya tarixində yeni bir mərhələnin başlanğıcı ola bilər.

Məqsəd: Nəhəng külək turbini qanadlarını daşımaq

Hazırda istehsalat mərhələsində olmayan bu təyyarənin texniki göstəricilərinə görə, "WindRunner" 108 metr uzunluğa və 80 metr qanad açıqlığına sahib olacaq. Bu göstəricilərlə layihə gerçəkləşdikdə "Antonov An-225"i geridə qoyaraq tarixdə istehsal edilən ən böyük təyyarəyə çevrilə bilər.

Ancaq "WindRunner"ın ən mühüm özəlliyi sadəcə fiziki ölçüləri deyil. Bildirilir ki, bu təyyarə "Boeing 747" modelinin daşıya biləcəyi yükün tam 12 qatını daşıya biləcək. Bu isə onu yolçu daşınmasından tamamilə fərqli məqsədlərə - xüsusilə külək turbinlərinin nəhəng qanadlarının daşınmasına yönəldir.

Müasir dövrdə külək turbinlərinin uzun qanadlarını istehsal sahələrindən uzaq bölgələrə daşımaq böyük logistika problemləri yaradır. Yol şəbəkələrindəki dar döngələr, aşağı tavanlı tunellər və körpülər bu nəqliyyat işini çətinləşdirir. "WindRunner" bu problemləri aradan qaldırmaq üçün xüsusi dizayn edilib. Təyyarənin yuxarıya doğru açılan burnu sayəsində 100 metrədək uzunluqdakı qanadların daxil edilməsi mümkün olur. Üstəlik, qısa və asfaltlanmamış uçuş zolaqlarına enə bilmək qabiliyyəti sayəsində, bu təyyarə turbinlərin quraşdırılacağı ucqar və çətin çatılan ərazilərə birbaşa çatma imkanı yaradır.
Ardını oxu...
Enerji və müdafiə sektorlarında inqilabi potensial

"Radia" şirkətinin baş direktoru Mark Lundstromun sözlərinə görə, "WindRunner" bu yönü ilə külək enerjisi layihələrində inqilab edə bilər. Onun fikrincə, bu nəhəng təyyarə, bərpa olunan enerji layihələrinin xərclərini azaltmaqla yanaşı, mənfəətliliyini də artıracaq. Bu isə daha çox yaşıl enerji layihəsinin həyata keçirilməsi və enerji qiymətlərinin aşağı düşməsi demək olacaq.

Təyyarənin potensialı bununla bitmir. "Radia" bu ay ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsində "WindRunner"ın hərbi sahədə, xüsusilə iri həcmli yüklərin daşınması sahəsində istifadə potensialı araşdırılacaq. Bu da təyyarənin müdafiə sənayesi kimi strateji sahələrdə də əhəmiyyətli rol oynaya biləcəyini göstərir.

İstehsal 2027-ci ilin sonlarında başlayacaq

"Radia" şirkəti təyyarənin istehsalına 2027-ci ilin sonlarına doğru başlamayı planlaşdırır. "WindRunner" reallaşdıqda yalnız yeni "səma nəhəngi" olmaqla kifayətlənməyəcək, eyni zamanda davamlı enerji və logistika sahəsində yeni bir dövrün başlanğıcını da təmsil edəcək.

Qaynarinfo.az
 

Dünyapress TV

Xəbər lenti