Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək."DogruXeber.az" xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayacaqlar.Onlar 1/32 finalda müvafiq olaraq, kiprli Sofiya Asvesta və braziliyalı Ronald Liman ilə üz-üzə gələcəklər.Ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.