![]() |
![]() ![]() ![]() |
|
Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib ki, Yaxın Şərqdəki Hörmüz və Bab-əl-Məndəb boğazlarının İran və Yəməndəki husilər tərəfindən bloklanması halında dünya bazarında neftin qiyməti kəskin artaraq 110-130 dollar/barel səviyyəsinə çata bilər.
Musavat.com xəbər verir ki, bu fikrini senator öz “Telegram” kanalında paylaşıb. O qeyd edib ki, regionda gərginliyin artması yalnız hərbi deyil, həm də iqtisadi fəsadlara yol aça bilər:
“Əgər İran və husilər Hörmüz və Bab-əl-Məndəb boğazlarını bağlamağa çalışsalar, dünya enerji bazarında böyük silkələnmə olacaq. Neftin qiyməti 110-130 dollara qədər yüksələ bilər”, – deyə senator vurğulayıb.
Musavat.com
Milli Məclisin iclasında “Qaz təchizatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, çıxış edən deputat Razi Nurullayev bildirib ki, layihədə xeyli maraqlı və əhəmiyyətli maddələr var:
“Ümumi götürsək, görünən budur ki, əsasən kasıb təbəqəyə o qədər də təsir etməyəcək. Amma məsələ kasıbçılıq və varlılıqda deyil, qanunun ədalətli olmasındadır. Vətəndaş qaz çəkilişi zamanı mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. İndi onlar sabit tarif də ödəməlidir”.
R.Nurullayev layihədən narazılığını ardınca bu şəkildə ifadə edib:
“Yəni istəyirsən qazı işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Bu, mənə ədalətli yanaşma kimi görünmür.
Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq”.
E.Paşasoy,
Musavat.com