Ardını oxu...
Rusiyanın tanınmış oliqarxı, milyarder Oleq Deripaska neft qiymətlərindəki azalma fonunda dolların rubla nisbətdə məzənnəsinin 115-125 rubla qədər yüksələcəyini proqnozlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, iş adamı bu fikirlərini özünün “Telegram” kanalında “Financial Times” nəşrinin məqaləsini şərh edərkən səsləndirib.
Aprel ayından etibarən neftin qiymətində müşahidə olunan ucuzlaşma OPEC+ ölkələrinin hasilatı artırmaq qərarını tezləşdirib. Artıq “Brent” markalı neftin bir barelinin qiyməti 60 dollardan da aşağı enib. Deripaska isə bildirir ki, bu tendensiya davam edərsə, qiymət bir barel üçün 45 dollara qədər düşə bilər.
Qeyd edək ki, Deripaskanın sərvəti 2024-cü ildə 46% artaraq 4,1 milyard dollara çatıb, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Bununla da o, 2024-cü ildə Rusiyanın ən zəngin 10 milyarderi sırasına daxil olub

Ardını oxu...
Dövlət qurumlarının tender keçirməsi qanunla müəyyən edilmiş haldır. Daha dəqiq desək, bu qurumlar ehtiyacları olan şeyləri almaq üçün tender keçirmək məcburiyyətindədirlər.

"DogruXeber.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, bəzən bu tenderlərdə eyni şirkətin elə eyni qurumların tenderlərini udduğunun şahidi oluruq.

Eyni zamanda, bir çox şirkətlərdən fərqli olaraq, bəzi şirkətlərə daha çox imkanlar yaradılır. Bu yöndə apardığımız araşdırmalardan biri “VNM Servis” MMC ilə bağlıdır. Bu şirkət son 5 ayda 3 tenderin qalibi olub. Həmin tenderlər üzrə bağlanan müqavilələrin ümumi dəyəri isə 1 milyon 55 min 599 manat təşkil edib.

Qeyd edək ki, “VNM Servis”in son qatıldığı tender bu günlərdə qeydə alınıb. Mayın 5-də baş tutmuş tenderin nəticəsinə görə, şirkət Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyatı İdarəsinə 69.880 manatlıq avtomobil ve mexanizmlərin ehtiyyat hissələri ve sürtkü yağları satacaq.

Bundan iki gün öncə isə sözügedən şirkət Gəncə MKTB ilə anlaşıb. Gəncə İcra Hakimiyyətini tabeliyində olan qurumla nəqliyyat vasitələrinə sürtgü yağlarının, təkərlərin, akkumulyatorların və ehtiyat hissələrinin satınalınmasına dair müqavilənin dəyəri isə 348 min 931 manat olub.

Tribunainfo.az xəbər verir ki, şirkət mayın 5-də daha bir tenderin qalibi olub. Bu dəfə “VNM Servis” Dövlət Sərhəd Xidməti ilə anlaşıb. MAZ-531605 markalı yük avtomobilləri üçün ehtiyat hissələri almağı əhatə edən bu anlaşmanın dəyəri isə 636 min 788 manat olub.

Bildirək ki, araşdırmalar zamanı “VNM Servis” şirkətinin 2024-cü ildə hər hansı tenderə qatıldığı barədə məlumat əldə etmək mümkün olmayıb. Lakin 2023-cü ildə bu şirkət Meliorasiya Və Su Təsərrüfatı QSC-nin 45 gün ərzində 33 tenderinin qalibi olub. Həmin il qurumun bütün yerli şöbələrinin keçirdiyi tenderi udan şirkət bundan 1 milyon manatdan çox pul qazanıb.

Dövlət Vergi Xidmətinin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VNM SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, SUMQAYIT ŞOSSESİ (BİLƏCƏRİ QƏS.), ev 5, MOSKVA PR. qanuni təmsilçisi kimi isə Nağıyev Vüqar Məhəmməd oğlu qeyd olunub.

MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğlunun barəsində də açıq mənbələrdə məlumatlar yoxdur.
Ardını oxu...
Aprel ayı inflyasiya məlumatlarının açıqlanması ilə milyonlarla məmurun alacağı artım tempi bəlli olub.

Tribunainfo.az xəbər verir ki, açıqlanan 4 aylıq məlumata görə, dövlət qulluqçularının maaşlarına 12,29 faiz artım tətbiq olunacaq.

Türkiyə Statistika Təşkilatının (TÜİK) aprel ayı inflyasiya məlumatlarının açıqlanması ilə təqaüdçülər və məmurlar üçün 4 aylıq maaş artımı nisbətləri də bəlli olub.

Buna görə, SSK və BAĞ-KUR təqaüdçüləri yanvar-aprel dövründə meydana gələn yüzdə 13,36 inflyasiya fərqinə bərabər zam alma hüququna malikdirlər. Dövlət qulluqçuları üçün isə eyni dövrdə inflyasiya fərqi yüzdə 6,94 olaraq hesablanıb.
 
 
 
Ardını oxu...
Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib.
Qeyd edək ki, ötən il sərnişin daşınmasından əldə olunan gəlir 2 milyard 99 milyon 1,4 min manat olub. Bu gəlirin 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.
Məlumat üçün bildirək ki, 2020-ci ilin aprel ayında Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirlər kəskin şəkildə artıb.
Cədvəldə son 5 ildə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirlər qeyd olunub:
Ardını oxu...
 
Ardını oxu...
Bakının Nərimanov rayonu istiqamətində, “premium” statusu ilə təqdim olunan “Şəhər Bağları” yaşayış kompleksində satışa çıxarılan mənzil sosial şəbəkələrdə və ictimaiyyətdə tənqidlərə səbəb olub. Belə ki, 720 kvadratmetrlik dubleks mənzil 4 milyon 500 min manat qiymətinə təklif olunur. Amma bu qədər yüksək məbləğin sadəcə bina mənzilinə verilməsi ciddi suallar doğurur.

Yenisabah.az xəbər verir ki, mənzil yüksək mərtəbədə yerləşir, Avropa brendli mebellərlə təchiz olunub, tam təmirli və şəhər panoraması ilə təqdim edilir. Lakin bu təfərrüatlar belə, 4,5 milyon manatlıq qiymətin əsaslandırılması üçün yetərli görünmür. Tikili bina şəraitində olan bir mənzilə, o da Nərimanov istiqamətində, bu cür qiymət qoyulması qeyri-real və süni şəkildə şişirdilmiş bazar göstəricilərinə işarə edir.

Qeyd edək ki, “Şəhər Bağları” kompleksi paytaxtın ən elit sayılan mərkəzi hissələrində deyil, Nərimanov rayonu ətrafında yerləşir. Bəzi təbəqələrdə prestijli kimi qəbul olunsa da, bu ərazinin nə tarixi dəyəri, nə də infrastrukturu 4 milyonluq daşınmaz əmlak üçün əsaslı arqument sayılmır.

Digər tərəfdən, bu mənzilin hələ də “bina evi” formatında təqdim olunması – yəni torpaq payı olmayan, fərdi həyəti və mülkiyyət müstəqilliyi olmayan bir daşınmaz əmlak olması – onun bu qiymətə satışını daha da şübhəli edir. Ekspertlər qeyd edirlər ki, bu cür mənzillərin dəyəri daha çox imitasiyaya və görünüşə əsaslanır.

Sosial şəbəkələrdə isə bəzi istifadəçilər bu elanı istehza ilə qarşılayıblar: “Nərimanovda bina evi üçün 4,5 milyon? Həyətyanı torpaq da verirlər, yoxsa sadəcə liftlə panoramaya baxmaq haqqı üçündür?”

Belə görünür ki, şəhər mənzərəsi, brend mebellər və “dünya səviyyəli dizayn” kimi ifadələrlə bəzədilən bu satış elanı əslində Bakıda daşınmaz əmlak bazarındakı süni qiymət strategiyalarının bir parçasıdır.
 
Ardını oxu...
2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat, xərcləri 10 milyard 961,9 milyon manat, büdcə artıqlığı 3 milyard 3 milyon manat təşkil edib.

“Yeni Sabah” bildirir ki, 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 64,9 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.

2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 3 milyard 3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Ardını oxu...
Azərbaycanın rayonlarında və kəndlərində fəaliyyət göstərən "Al" Marketlər şəbəkəsinin dükanları bağlanır. Bu barədə GUNDEM.İNFO.AZ-a daxil olan məlumatda deyilir ki, son günlər Saatlı, İmişli və Sabirabad rayonlardakı "Al" Marketlər bağlanır. Redaksiyamıza digəər rayonlardan daxil olan məlumata əsasən kütləvi olaraq "Al" Marketlərin bağlanması haqqında qərar verilib. Buna səbəb kimi isə bu şəbəkə marketləriniun yetərincə rentabelli olmaması göstərilib.

Mövzu ilə bağlı Marketlər Şəbəkəsindən cavab ala bilmədik.

Qeyd edək ki, "Al" Marketlər şəbəkəsinin sahibi Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. “Al Market” MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adem Tansel Tuzcudur.

AL MARKET supermarketləri müvafiq olaraq “Bazarstore” MMC və “Al Market” MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir.

Ardını oxu...
  

ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını, çünki bu addım olmadan Vaşinqton və Pekinin bir-biri ilə biznes apara bilməyəcəklərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində danışıb.

“Hansısa məqamda mən onları (rüsumları – red.) azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – o, müvafiq suala cavabında bildirib, lakin belə bir qərar qəbul edə biləcəyi zaman çərçivəsini göstərməyib.

Trampın sözlərinə görə, Çin ABŞ ilə sahibkarlıq fəaliyyəti aparmağı “son dərəcə çox” istəyir, çünki ÇXR-in iqtisadiyyatı hazırda “özünü çox pis hiss edir”.

Ardını oxu...
"Tesla"nın model sırası köhnə və çox bahalıdır, avtomobilləri isə olduqca bahalıdır..."

İlon Maskın siyasətə qısamüddətli marağı ona milyardlarla dollarlıq ziyana başa gəlib. Amerikanın elektrik avtomobilləri istehsal edən "Tesla" şirkətinin əsas ixrac bazarı olan Avropada satışlar mart ayında təxminən 29 faiz azalıb, bu gün isə dünya iqtisadi nəşrləri artıq 50 faizlik geriləmədən yazır.

Moderator.az xəbər verir ki, bu barədə " The Wall Street Journal" nəşri yazıb.

Nəşr yazır ki, "Tesla"nın satışları Avropada ciddi şəkildə azalıb: Fransa, Danimarka və Almaniyada 60 faizədək geriləmə qeydə alınıb. İqtisadçılar bu meylin
davam edəcəyini bildirir.

Səbəblər arasında Maskın siyasətə müdaxiləsi, bahalı və köhnəlmiş model çeşidi, rəqabətli Çin elektromobilləri və Avropada yeni modellərə satış icazəsinin olmaması göstərilir. Qazanc və mənfəət kəskin düşüb. Nəşr İlon Maskın vəzifədən uzaqlaşdırıla biləcəyini yazsa da, bu iddialar rəsmi olaraq təkzib olunub.

Aprel ayında Fransada cəmi 863 ədəd “Tesla” avtomobili satılıb ki, bu da ötən ilin həmin ayına nisbətən 59,4 faiz azdır. Yanvar-aprel ayları arasında isə satışlar 43,9 faiz düşüb. Danimarkada apreldə 180 ədəd "Tesla" alınıb, bu da keçən ilə görə 67 faizlik bir eniş deməkdir. Almaniyada isə ilin ilk üç ayında, Maskın seçki kampaniyasına kobud müdaxiləsindən sonra satışlar 62 faiz azalıb.

İqtisadçılar düşünür ki, bu hələ satışların tam çökməsinin başlanğıcıdır: bir çox ölkələrin məlumatları hələ dərc edilməyib və onların da Mask üçün məyusedici olacağı gözlənilir. Qeyd olunur ki, məsələ təkcə şirkət rəhbərinin siyasi baxışlarına qarşı antipatiyada deyil. "Tesla"nın model sırası köhnə və çox məhduddur, avtomobilləri isə olduqca bahalıdır.

Rəqiblər, xüsusilə Çinin BYF şirkəti heç də geri qalmayan, amma daha ucuz elektromobillər təqdim edir. Digər bir məsələ də ondan ibarətdir ki, Avropa ölkələri hələ "Tesla"nın avtopilot funksiyaları olan yeni qabaqcıl modelinin satışına icazə verməyib. Halbuki bu model Şimali Amerikada uğur qazanıb. Nəticədə şirkətin birinci rübdəki gəliri 20 faiz, xalis mənfəəti isə 71 faiz azalıb.

Ötən həftə İlon Mask Hökumətin Effektivliyi Departamentinə ayırdığı vaxtı azaldacağını və "Tesla" işlərinə daha çox diqqət yetirəcəyini bildirib. Çərşənbə günü "The Wall Street Journal" yazıb ki, "Tesla"nın Direktorlar Şurası Maskın Tramp administrasiyası ilə sıx əməkdaşlığına görə onu baş direktor vəzifəsindən çıxarmaq üçün alternativ namizədlər axtarır.

İddialara görə, onlar artıq bir neçə iri şirkətin rəhbərləri ilə əlaqə saxlayıb. Lakin ertəsi gün Direktorlar Şurasının sədri bu məlumatı təkzib edib. Onun sözlərinə görə, şura Maskın şirkəti böhrandan çıxarmağa qadir olduğuna inanır. Mask isə məqaləni "açıq-aşkar saxtakarlıq" adlandırıb.
 

Ardını oxu...
  160  03.05.2025 04:18  Dünya A  A 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, 2025-ci il aprel ayında ümumdünya ərzaq qiymətlərinin ümumi göstəricisi mart ayı ilə müqayisədə 1% artıb.

Oxu.Az xəbər verir ki, FAO Ərzaq Qiymətləri İndeksinin (ƏQİ) orta dəyəri 128.3 bal olub, bu da əvvəlki aya nisbətən 1.2 bal yüksəkdir.

Şəkər və bitki yağları üzrə qiymət indekslərinin azalmasına baxmayaraq, ƏQİ-nin ümumi artımı dənli məhsullar, süd məhsulları və ət qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.

Dünya üzrə ət qiymətləri əhəmiyyətli artım göstərib. Aprel ayında müvafiq indeks 3.7 bal (3.2%) artaraq 121.6 bal olub.

Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi ərzaq məhsulları səbətinə daxil olan beynəlxalq qiymətlərin aylıq dəyişikliyini göstərən göstəricidir. O 5 məhsul qrupu üzrə qiymət indekslərinin orta dəyərlərini əhatə edir: Dənli məhsullar, bitki yağları, süd məhsulları, ət və şəkər.

Dünyapress TV

Xəbər lenti