Ardını oxu...
Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Lakin hazırda Brent markalı neftin qiyməti 64 dollar, Azərlight markalı neftin bir bareli isə 67 dollar civarındadır. Bu da proqnozlaşdırılan səviyyədən aşağıdır. Hazırki durum Azərbaycana hansı çətinliklər yaradır? Manatın məzənnəsinə risklər varmı?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, iki rüb üzrə orta statistik qiymət büdcə proqnozuna uyğundur:

"Neftin qiyməti 70 dollardan götürüb hazırda 64 dollara satılsa da, bu ilin birinci rübündə neftin qiyməti 77,5 dollar satış qiyməti olmuşdur. Yəni bu ilin birinci rübündə Azərbaycan neftinin beynəlxalq bazarlarda orta statistik satış qiyməti büdcədə nəzərdə tutulan qiymətdən hər barel üçün 7,5 dollar daha baha satılıb. Ona görə də ikinci rübdə bir qədər ucuzlaşıb orta statistik qiymət 62,5 dollar olmuş olsa belə, yenə də büdcədə nəzərdə tutulmuş tələblərə cavab verir. Buna görə də hər hansısa bir riskin olduğunu düşünmürəm".

E.Əmirov vurğulayıb ki, büdcədə nəzərdə tutulan qiymət orta statistik qiymətdir: "Axı neftin 80 dolların üzərində satıldığı kifayət qədər məqamlar da olub. Həm ölkənin valyuta ehtiyatlarını, həm dollara olan tələbi nəzərə alsaq, bu durum manata ciddi təzyiq yaratmayacaq. Eyni zamanda mövcud makroiqtisadi vəziyyət manata olan təzyiqi qarşılamağa imkan verəcək. Ona görə də 2025-ci il ərzində hər hansısa bir riskin olacağını düşünmürəm".
 
Ardını oxu...
Azərbaycan manatının əsas ticarət tərəfdaşı ölkələrin valyutalarına qarşı real məzənnəsi açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin aprel ayında manatın ABŞ dolları qarşısındakı real məzənnəsi 132,4 olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 127,3 olub.
Manatın Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı real məzənnəsi 2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayınadək aşağıdakı kimi dəyişib:
ABŞ dolları – 127,3-dən 132,4-ə;
Çin yuanı – 126,7-dən 136-ya;
Qazaxıstan tengəsi – 102,5-dən 113,3-ə;
Gürcüstan larisi – 99,9-dan 105,6-ya;
Rusiya rublu – 99,1-dən 85,8-ə;
Türkiyə lirəsi – 209,2-dən 190,2-yə;
Ukrayna qrivnası – 129,2-dən 125,7-yə;
Belarus rublu – 154,3-dən 147,8-ə;
İngiltərə funtu – 154,1-dən 151,2-yə;
Avro – 118,5-dən 118-ə.

Qeyd edək ki, bu göstərici ölkədaxili və xarici qiymət səviyyələri (inflyasiya) nəzərə alınmaqla manatın real gücünü, yəni əmtəə və xidmət alma qabiliyyətini əks etdirir. Yəni, real məzənnə yalnız nominal valyuta kursu deyil, həm də hər iki ölkədəki qiymət səviyyəsini (inflyasiyanı) nəzərə alaraq hesablanan göstəricidir.
Onu da bildirək ki, bu indeks Azərbaycan məhsullarının xaricdə nə qədər bahalı və ya ucuz olduğunu da göstərir. Əgər indeks artarsa, manat bahalaşır. Belə vəziyyətdə Azərbaycan məhsulları xaricdə də bahalaşır ki, bu da ixracı çətinləşdirir.
İndeks azalan zaman isə bunun əksi olur. Məsələn, manatın real məzənnəsinin son bir ildə Türkiyə lirəsi qarşısında 209,2-dən 190,2-yə düşməsi, o deməkdir ki, Türkiyədən idxal olunan məhsullar əvvəlki ilə nisbətən bahalaşıb, buna qarşılıq olaraq Azərbaycan məhsulları Türkiyə bazarında daha ucuz və rəqabətədavamlı hala gəlib.
 
Ardını oxu...
Son illərdə təkcə mənzil və avtomobil deyil, gündəlik ehtiyaclar, xüsusilə mobil telefon almaq və səyahət etmək üçün də kredit götürənlərin sayı artır. Bu meyl xüsusilə gənclər arasında daha geniş yayılıb. Əksəriyyət “istədiyimi indi alım, sonra ödəyərəm” prinsipi ilə hərəkət edir.

Bu tendensiya hansı problemlərə yol aça bilər?

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, bu, sosial və iqtisadi baxımdan ciddi risklər yarada bilər:

“Gənclər sosial şəbəkələrdə gördükləri rahat həyat tərzini tez bir zamanda əldə etmək istəyirlər. Banklar və maliyyə təşkilatları kredit şərtlərini asanlaşdıraraq bu prosesi daha da sürətləndirirlər. Digər tərəfdən, maliyyə savadlılığının aşağı səviyyədə olması, gənclərin uzunmüddətli planlama vərdişlərinin formalaşmaması, gəlir və xərclər arasında balansın qurulmaması bu meyli dərinləşdirir”.

İqtisadçı bildirib ki, əksəriyyət kreditin geri qaytarılması prosesində qarşılaşa biləcəkləri riskləri əvvəlcədən hesablaya bilmir:

“Görünüşdə zərərsiz olan bu davranış tərzi zamanla borc bataqlığına çevrilə bilər. Bir kreditin öhdəsindən gəlməkdə çətinlik çəkən fərd, tez-tez ikinci və ya üçüncü kreditə müraciət edir. Bu, gələcək gəlirlərin hələ formalaşmadan xərclənməsi deməkdir. Geri qaytarılmayan kreditlər həm də bank sektorunda risklərin artmasına, kredit şərtlərinin sərtləşməsinə səbəb ola bilər”.

Kənan Quluzadə qeyd edib ki, sözügedən tendensiya davam edərsə, gələcəkdə gənclər ev almaq, ailə qurmaq, biznesə başlamaq kimi əsas məqsədlərindən uzaq qala bilərlər:

“Cəmiyyət səviyyəsində isə maliyyə baxımından asılı, qeyri-sabit gəlirli və borca bağlı bir nəslin formalaşması riski var. Çıxış yolu ilk növbədə maarifləndirmədir. Gənclərin maliyyə savadlılığı artırılmalı, məktəblərdə və universitetlərdə şəxsi büdcə planlaması, kreditin idarə olunması və uzunmüddətli maliyyə qərarları mövzusunda təlimlər keçirilməlidir. Banklar isə sosial məsuliyyət çərçivəsində gənclərə kredit təqdim edərkən onların maliyyə qabiliyyətini real şəkildə qiymətləndirməli, ehtiyac halında məsləhətçi xidmətlər göstərməlidirlər”.
 

Ardını oxu...
  

Slovakiya hakimiyyəti ovlanmış ayıların ətini istehlak üçün restoranlara və pərakəndə satış şəbəkələrinə təhvil verəcək.

Oxu.Az "Euractiv"ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Filip Kuffa bildirib.

Ölkənin hakimiyyət orqanları qonur ayıların insanlara hücumu hallarına görə onları güllələməyə başlayıb. Bu heyvanların sayının təxminən 1300-dən 1000-ə qədər azaldılması planlaşdırılır.

"Biz sanitar normalara cavab verən hər bir tutulan ayını (istehlak üçün) təhvil verəcəyik", - Kuffa qeyd edib.

O əlavə edib ki, ayı ətini yemək olar".

Slovakiyanın müxalifətdən olan Avropa Parlamentinin deputatı Martin Hoysik Ekologiya Nazirliyinin qəssab dükanına çevrildiyini bildirərək qərarı tənqid edib.

"Bu, həm faciəli, həm də utancvericidir", - o bildirib.

Xatırladaq ki, ayı ətində insanlar üçün təhlükəli olan trixinella sürfələri ola bilər. Məlumatlara görə, insanlarda trixinellyoz ağır və uzun müddət davam edir və bəzi hallarda ölümlə nəticələnə bilər.

Ardını oxu...
   

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə söyləyib.

“Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Ardını oxu...
Dollar yen və İsveçrə frankı qarşısında dəyər itirir.

Bazar ertəsi, 26 may tarixində avro dollar qarşısında son bir ayın maksimum səviyyəsinə qalxıb. Bu, ABŞ Prezidenti Donald Trampın 1 iyundan etibarən Avropa İttifaqından idxal olunan məhsullara 50 faizlik gömrük rüsumları tətbiq etmək planından imtina etməsindən sonra baş verib.

Reuters xəbər verir ki, Trampın bu siyasətdən geri çəkilməsi və eyni zamanda hazırda üzərində işlənilən xərclərin azaldılması və vergi islahatlarına dair genişmiqyaslı qanun layihəsi investorların ABŞ aktivlərindən uzaqlaşmasına səbəb olub.

Bunun fonunda avro 0,55% bahalaşaraq 1,1418 dollara yüksəlib — bu, 29 apreldən bəri qeydə alınan ən yüksək göstəricidir. Funt sterlinq isə 0,39% qalxaraq 2022-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Bazar əhvalının yaxşılaşmasına baxmayaraq, yen və İsveçrə frankı dollar qarşısında müəyyən dərəcədə güclənib. Belə ki, dollar yen qarşısında 0,24% ucuzlaşaraq 142,23 yenə düşüb — bu da son bir ayın minimumudur. Frankın məzənnəsi isə 0,8193 səviyyəsində qərarlaşıb, bu isə son 1,5-2 həftənin ən aşağı göstəricisidir.

Dollar indeksi — dolların altı əsas valyutaya qarşı məzənnəsini ölçən göstərici — 0,15% azalaraq 98,93-ə düşüb. Bu, ötən həftə qeydə alınan 1,9%-lik enişin davamıdır.

Digər tərəfdən, qlobal səhm bazarlarını əks etdirən MSCI indeksi 0,2% artıb. Pan-Avropa indeksində isə 1%-lik artım müşahidə olunub ki, bu da Trampın Avropa məhsullarına qarşı rüsum təhdidlərindən öncəki səviyyəyə uyğun gəlir.

Trampın gömrük rüsumları qərarı niyə təxirə salındı?

Prezident Tramp gömrük rüsumlarının tətbiqini 9 iyul tarixinə qədər təxirə saldığını elan edib. Bu qərar, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə apardığı telefon danışığından sonra verilib. Lyayen razılaşma əldə olunması üçün əlavə vaxt istəyib.

Qeyd edək ki, bu, Trampın 2 aprel tarixində elan etdiyi 90 günlük rüsum fasiləsinin son gününə təsadüf edir.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Safarı” MMC (VÖEN – 1505208751) olub.
Tenderin qalibi olan şirkət FHN-in sifarişi əsasında Nəvahi qəsəbəsində 11 ədəd 2 otaqlı fərdi yaşayış evi tikəcək və qarşılığında 715 min manat alacaq.
Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikitisinə 65 min manat xərcləyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Safarı” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsliçisi İsazadə İqbal Mirbaba oğludur.
 
Ardını oxu...
2025-ci ilin sentyabrından etibarən 1 sent nominallı avro sikkələrin istehsalı və tədavülü dayandırılacaq.

Bu barədə xarici KİV məlumat yayıb.

Avropa Mərkəzi Bankının (AMB) məlumatına görə, bu qərar sikkənin maya dəyərinin nominal dəyərini üstələməsi ilə bağlıdır.
 
Ardını oxu...
Dünyada adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə ilk sırada Lüksemburq dayanır.
Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən xəbər verir ki, Lüksemburqda adambaşına düşən ÜDM 141 min dollara bərabərdir.
Adambaşına düşən ÜDM-nin ən az olduğu ölkə isə Cənubi Sudan hesab olunur. Bu ölkədə adambaşına düşən ÜDM Lüksemburqla müqayisədə 562 dəfə az – 251 dollar təşkil edir.
Qeyd edək ki, BVF-nin məlumatına görə Azərbaycanda adambaşına düşən ÜDM 7 600 dollara bərabər olub.
Azərbaycanda adambaşına düşən ÜDM Lüksemburqla müqayisədə 18 dəfə az, Cənubi Sudanla müqayisədə isə 30 dəfə çoxdur.
Onu da qeyd edək ki, adambaşına düşən ÜDM-nin həcmi keçmiş SSRİ və qonşu ölkələrdə aşağıdakı kimi olub:
Estoniya – 32 760 dollar
Litva – 30 835 dollar
Latviya – 24 375 dollar
Türkiyə – 16 700 dollar
Qazaxıstan – 15 100 dollar
Rusiya – 14 260 dollar
Türkmənistan – 13 340 dollar
Gürcüstan – 9 570 dollar
Ermənistan – 8 860 dollar
Moldova – 8 260 dollar
Belarus – 7 875 dollar
Azərbaycan – 7 600 dollar
Ukrayna – 6 260 dollar
İran – 5 300 dollar
Özbəkistan – 3 515 dollar
Qırğızıstan – 2 750 dollar
Tacikistan – 1 430 dollar
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə Azərbaycanda 2024-cü ildə 126 milyard 337 milyon manat (74 milyard 316 milyon dollar) ÜDM qeydə alınıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 12 min 382,5 manat (7 min 284 dollar) olub.
 
Ardını oxu...
Yerli mağazaların piştaxtalarında kərə yağı ilə bağlı vəziyyət getdikcə dramatikləşir. Əhalinin istehlak səbətində əsas ərzaq məhsullarının qiymətləri günü-gündən artır, keyfiyyət isə arzuolunandan çox uzaq səviyyədə qalır. Həqiqətən, təbii kərə yağı tapmaq əsl şans vuruşuna çevrilir.

Bu arada xarici məhsulların idxalı da sürətlənməkdə davam edir. Son statistik məlumatlara görə, bu ilin yanvar-fevral aylarında Belarusdan respublikamıza 1 milyon 700 min dollar dəyərində 233 ton kərə yağı idxal edilib. Eyni zamanda, ilin eyni dövründə bu məhsulun ümumi idxalı 2,9 min ton və 15,4 milyon dollar təşkil edib. Rəsmi məlumata görə, kərə yağı İran, Yeni Zelandiya və Belarusdan alınır.

Mahiyyət etibarilə, idxal edilən ölkələrin məhsulları yüksək keyfiyyətli olsa da, yerli piştaxtalarda müştərilərə yalnız kərə yağına oxşayan məhsul təklif olunur. Müştərilərin fikrincə, dadı və keyfiyyətinə görə, o, yalnız süd məhsullarına bənzəyir. Pərakəndə ticarətdə saxta məhsulların payı təkcə yüksək deyil - mənşəyi, tərkibi və xassələri məlum olmayan məhsullar təbii kərə yağı rəflərdən praktiki olaraq sıxışdırıb çıxarıb.

Vəziyyət geniş yayılmış olsa da, ixtisaslaşmış qurumların iddiaları yalnız fərdi istehsalçılara aiddir. Belə hallar genişmiqyaslı aldatma və istehlakçı hüquqlarının geniş şəkildə pozulmasının kiçik bir hissəsidir. Məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) son hesabatlarına görə, bu qurumun səyləri nəticəsində bəzi istehsalçıların məhsullarında uyğunsuzluqlar aşkarlanıb.

AQTA-nın laboratoriya müayinələri nəticəsində, təbii kərə yağı adı altında satılan “Allbuy” MMC və “Şamaxı Süd Farm” MMC-nin məhsullarının partiyalarında bitki mənşəli yağların olduğu müəyyən edilib. Adətən olduğu kimi, məhsulun qablaşdırmasının üzərindəki məlumatda onun istehsalında təbii inək südü və pasterizə olunmuş qaymaqdan istifadə edildiyi göstərilir. Ancaq praktikada hər şey fərqlidir.
Odur ki, Agentlik tərəfindən keyfiyyətsiz malların partiyalarının dövriyyədən çıxarılması barədə qərar qəbul edilib və vicdansız istehsalçılara qarşı inzibati tədbirlər görülüb, pozuntuların aradan qaldırılması üçün göstərişlər verilib. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu cür hallar ayrı-ayrı halların müəyyənləşdirilməsi modelinə uyğun gəlir, əksər hallarda isə tərkibi və xassələri qeyri-müəyyən olan mallar qondarma “yağ” adı altında satılır.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov mövzuya dair AYNA.AZ-a açıqlamasında deyib ki, məhsulların etiketlənməsi ilə bağlı problem ciddidir: “Orada məhsulun tərkibi haqqında doğru məlumatlar olmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər zəruri olsa da, kifayət deyil. Ona görə də biz kərə yağı da daxil olmaqla, geniş çeşiddə məhsulların etiketindəki məlumatlarla tərkibi arasında uyğunsuzluğu qeyd etməliyik. Lakin əksər hallarda belə mallar satışdan çıxarılmır. Belə məhsulların geri götürülməsi və ləğv edilməsi, məhv edilməsi ilə bağlı ictimaiyyətdə heç bir sübut yoxdur”.

“Kərə yağına gəlincə, bu bazar seqmentində çoxlu uyğunsuzluqlar var, məhsula bitki mənşəli yağlar əlavə olunur, lakin bu, etiketdə göstərilmir. Üstəlik, bu, yalnız kərə yağı ilə deyil, digər süd məhsulları ilə də baş verir. Məsələn, pendirlərə bitki mənşəli yağlar əlavə edilir. Bütün bu bolluq, kənd mənzərələrinin təsvirləri, inəklər və kompozisiyaya uyğun gələn adla rəngarəng qablaşdırma altında təqdim olunur ki, bu da alıcıları çaşdırır”, - deyə həmsöhbətimiz bildirib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı AYNA.AZ-a şərhində söyləyib ki, qiymət artımı gözlənilən idi: “Azərbaycanda mal-qaranın sayı getdikcə azalır və bu səbəbdən də kərə yağı istehsalı azalır. Ona görə də əhalinin heyvandarlıq məhsullarına olan tələbatı əsasən idxal hesabına ödənilir. Təəssüf ki, dünya bazarında davam edən inflyasiya yerli bazara da təsir edir ki, bu da rəqabətin zəif olması ilə xarakterizə olunur”.

“Yeri gəlmişkən, qiymət artımının digər səbəbi Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinqdir. Agentlik zaman-zaman vicdansız istehsalçıları müəyyən edir, tonlarla saxta məhsulu dövriyyədən çıxarır və bu da qiymətlərə təsir edir. Ümumiyyətlə, artım davam edəcək, çünki indiki vəziyyətdə hər şey buna işarə edir”, - deyə mütəxəssis vurğulayıb.
Digər bir məsələ pərakəndə satış və alış qiymətləri arasında əhəmiyyətli fərqdir. İqtisadçı ekspert Natiq Cəfərli rəsmi statistikaya istinadən qeyd edib ki, ölkəyə kərə yağının kiloqramı 5,3 dollardan gətirilsə də, mağazalarda onun orta qiyməti xeyli yüksəkdir. Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, hətta vergilər, nəqliyyat xərcləri və pərakəndə satış qiymətləri şəklində üst-üstə düşmələri nəzərə alsaq belə, istehlakçı üçün son qiymət yalnız 50% arta bilər və piştaxtada orta qiymət etiketi 15-16 manatdan çox olmamalıdır.

Lakin “xarici” məhsul, xüsusən də idxal seqmentində rəqabətli bazarın olmaması səbəbindən alıcılara xeyli baha başa gəlir. Ancaq ən maraqlısı statistika ilə təqdim olunur: İndoneziya və Malayziyadan palma yağı idxalı nəzərəçarpacaq dərəcədə artıb. Təkcə ötən il bu cənub-şərq ölkələrindən Azərbaycana 65 min ton tropik məhsul idxal edilib. Eyni zamanda onun harada və necə istifadə olunduğu da məlum deyil.

AYNA.AZ
 
 
 

Dünyapress TV

Xəbər lenti