Ardını oxu...
Baxıram ki, son 2 gündə Azercell yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar verib.
Yeni açıqlamalarından da görsənir ki, nömrənin aktivliyi üçün "1 manat- 1 gün" sistemindən imtina ediblər.
Yəni nömrənin AKTİV qalma müddətini məcburi olaraq BALANS ARTIRMA MƏBLƏĞİ ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görsənir.
Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunub.
İstənilən halda, Azercelli-in son bir aydakı tarif dəyişikliklərinə, ümumiyyətlə son aylardakı qiymət siyasətinə nəzər salanda görmək olur ki, bu dövlət şirkəti müştərilərə məcburi davranış dəyişikliyi təklif edir, seçimlər məhdudlaşdırılır, abonentləri daha çox xərcləməyə təşviq edir . Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir.
Ümumiyyətlə , düşünürəm ki bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyatı qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili da faydalı olardı.
Özləri açıqlamasa da, beynəlxalq hesabatlara baxanda görmək olur ki, Azercell-də ARPU (hər abonent üzrə aylıq orta gəlir) təxminən 5-10 manat civarında dəyişir. Bəlkə də xərcləri hədsiz çoxdur.
Belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq, xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil.
Ümid edirəm Azercell son tarif dəyişikliklərinə, aparılan qiymət siyasətinə aydınlıq gətirən ağlabatan açıqlamalar verəcək.
Osman Gunduz
TEREF
Ardını oxu...
Cəmiyyətdə kazino biznesinə münasibət birmənalı deyil. Bəziləri bunun ölkəyə, insanlara yaxşı heç nə gətirmədiyinə inanır, bəziləri isə mənfi cəhətlərdən çox üstünlüklər görür. Dünya təcrübəsi təsdiq edir ki, ciddi dövlət tənzimlənməsi ilə bu sənaye büdcəyə əhəmiyyətli gəlir gətirmək, investisiyalar cəlb etmək, əlaqəli biznes sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq iqtidarındadır. Gəlir sosial sahələrin inkişafına və infrastrukturun yaxşılaşdırılmasına sərf oluna bilər. Təbii ki, bütün bunlar o zaman mümkündür ki, bu biznes qanuni və şəffaf olsun.

ABŞ, Monako, Malta, Sinqapur və bir çox başqa ölkələrdə kazino mühüm gəlir mənbəyinə çevrilib. Azərbaycanda bu cür əyləncələr ötən əsrin 90-cı illərinin sonlarından qadağan edilib. İstisna qanunvericiliyə uyğun olaraq həyata keçirilən dövlət lotereyası və idman mərc oyunlarıdır. Amma xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və turizmin inkişafı zərurətini nəzərə alsaq, bu yüksək gəlirli sektora maraq hələ də itməyib. Bu yaxınlarda ölkədə kazino fəaliyyətinin bərpasının məqsədəuyğunluğu məsələsi yenidən gündəmə gəlib.

Bu perspektivlə bağlı fikirlər müxtəlifdir. Bir tərəfdən Azərbaycanda kazinoya gedə bilməyən vətəndaşların çoxu bu məqsədlə xaricə səfər edir və ölkədən xeyli valyuta axır. Xaricə getmədən oynamaq imkanı bu xaricə axının qarşısını alardı. Bundan əlavə, xarici turistləri cəlb edəcək, bu da daxili iqtisadiyyatı stimullaşdıracaq. Bəzi məlumatlara görə, qumar oyunlarına icazə verilən ölkələr turizmdən, xüsusən də otel biznesi, restoran və xidmət sahələrindən əlavə gəlir əldə edirlər.

Nümunələri uzaqda axtarmaq lazım deyil - qonşu Gürcüstanın uğurlu təcrübəsini xatırlamaq kifayətdir. Dövlət yüksək vergilər tutaraq bu bazara nəzarət edir. Xüsusilə, bir çox insan Batumiyə təkcə Qara dənizdə çimmək və çimərlikdə günəş vannası qəbul etmək üçün deyil, həm də kazinolarda oynamaq üçün gedir ki, onların da sayı çoxdur. Qazaxıstanda kazinolar var, lakin onlara yalnız xüsusi ayrılmış yerlərdə icazə verilir.

Digər tərəfdən, bunun özünəməxsus riskləri var - yerli əhali, xüsusən də gənclər arasında qumar oynayanların sayının artması ehtimalı. İqtisadçı ekspert Rauf Qarayev AYNA.AZ-a açıqlamasında deyib ki, ölkəmizdə kazinonun açılması imkanları müzakirə edilərkən bütün amillər nəzərə alınmalıdır:

“Məsələn, azyaşlıların belə oyunlara girişi olmamalıdır. Əsas məqsəd turizmi inkişaf etdirməkdirsə, o zaman bəlkə də, xarici vətəndaşlara kazinoda oynamağa icazə vermək, amma Azərbaycan vətəndaşlarının qumarda iştirakını qadağan etmək olar. Bu sahə həqiqətən də başqa ölkələrdən çoxlu istirahət edənləri cəlb edə bilər və müvafiq olaraq ölkəmizin büdcəsinə daha çox vəsait daxil olmağa başlayacaq”.

“Bundan əlavə, bu, yeni sahibkarlıq formalarının inkişafına gətirib çıxaracaq. Bununla belə, ilk növbədə, turistləri cəlb etmək üçün bütün zəruri sahələr – sərhədlər açılmalı, təyyarə biletləri daha əlçatan qiymətə olmalıdır. Əks halda heç bir kazino qumar həvəskarlarını Azərbaycana cəlb edə bilməyəcək”, - deyə o bildirib.

Bununla yanaşı, həmsöhbətimiz yerli vətəndaşları da unutmamağa çağırıb: “Çünki qumar aludəliyi cəmiyyət üçün böyük problemə çevrilə bilər. Kazinolarda insanların pul xərcləməsi üçün hər şey edilir - xüsusi atmosfer yaradılır, cəlbedici təkliflər edilir. Bəziləri böyük borclara girir, oynamaq üçün əllərində olan hər şeyi satırlar. Oyuna olan həvəs bəzən fəlakətə çevrilir, oyunçuların özlərinin və yaxınlarının həyatını məhv edir. Kazino ziyarətçilərini bir neçə kateqoriyaya bölmək olar: sadəcə əyləncə həvəskarı olan varlı insanlar, varlanmaq arzusunda olanlar və psixoloji cəhətdən oyundan asılı olanlar”.

Qarayevin sözlərinə görə, ölkədə kazino fəaliyyətinin bərpasına qərar verilərsə, bu biznesin çirkli pulların yuyulmasında istifadəsinin qarşısını almaq lazımdır: “Tamamilə qanuni və nəzarət altında olmalıdır. Hazırda kazinonun hansı şərtlərlə işləyəcəyi bəlli olmadığından hansı gəlir əldə edəcəyini söyləmək mümkün deyil”.

İqtisadçı ekspert Eldəniz Əmirov da mövzuya dair AYNA.AZ-a şərhində qeyd edib ki, kazinolarda çirkli pulların yuyulmasının qarşısının alınması üçün yaxşı işləyən mexanizm yaradılmalıdır:

“Bu, qumar obyektlərindən cinayət məqsədilə istifadənin qarşısını alacaq. Kazinolar dünyada ən populyar əyləncə növlərindən biridir. Böyük gəlir gətirir. Düşünürəm ki, gec-tez ölkəmizdə də onların fəaliyyətinə icazə veriləcək”.

Azərbaycan üçün mümkün həll yolu kazinoların eksklüziv olaraq turist klasterlərində - əcnəbi axınının çox olduğu bölgələrdə açılması ola bilər. Bu, sosial riskləri minimuma endirəcək və eyni zamanda iqtisadiyyatı stimullaşdıracaq.

Azərbaycanda kazinoların leqallaşdırılması məsələsi düşünülmüş kompleks yanaşma tələb edir. Beynəlxalq təcrübə göstərir ki, düzgün tənzimləmə ilə qumar biznesi iqtisadiyyatın mühüm elementinə çevrilə bilər. Lakin qərar qəbul etməzdən əvvəl geniş ictimai müzakirəyə və aydın qanunvericilik bazasının hazırlanmasına ehtiyac var.
 
Ardını oxu...
İyunun 2-də regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusa malik olduğunu təsdiqləyir.
Azərbaycan 30 ildən çoxdur ki, Beynəlxalq Neft və Qaz Sərgisinə ev sahibliyi edir. Əsas məqam hər il iştirakçı dövlətlərin say tərkibində artım, eyni zamanda, Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurları ilə diqqətdə olmasıdır. Bakı Enerji Həftəsi həm tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin, həm də Azərbaycanın enerji resurslarının təqdimatında öz sözünü deyən ilk Beynəlxalq Neft və qaz Sərgisinin 31 ilinin tamam olmasına təsadüf edir. Ötən 31 il Azərbaycanın enerji sektorunda hansı uğurlarla yadda qaldığını bugünümüzün reallıqları təsdiqləyir. Çünki artıq Azərbaycan yaşıl enerjiyə keçiddən bəhs edir, özünün bərpaolunan enerji resurslarını dünyaya təqdim edir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”. “Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkətin iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.
Bakı Enerji Həftəsi keçilən yola nəzər salaraq Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini nümayiş etdirib. Yaşıl dünya naminə həmrəylik ilində birliyimiz, həmrəyliyimiz daha da möhkəmləndiriləcək, qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdiriləcək.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

 
Ardını oxu...
Bu ilin aprel ayı ərzində xarici ölkələrdən Azərbaycana gələn 162 min 974 turist ölkəmizdə ümumilikdə 302 milyon 439 min manat pul xərcləyiblər.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda ən çox pul xərcləyənlər ABŞ və Qətərdən gələn turistlər olub. ABŞ-dən gələn bir turist bu ilin aprel ayında orta hesabla 2 469 manat, Qətərdən gələn turist isə 2 374 manat xərcləyib.

Azərbaycanda ən az pul xərcləyən turstlər isə Türkmənistandan gələnlər olub. Türkmənistandan gələn 1 426 nəfər turistin hər biri orta hesabla 1 217 manat xərcləyiblər.

Aprel ayında Azərbaycana gələn turistlərin ölkələr üzrə sayı, burada xərclənən ümumi vəsait və bir nəfərə düşən xərci (mötərizədə) təqdim edirik:
ABŞ – 1 491 nəfər – 3 680,7 min manat (bir turist orta hesabla 2 468,6 manat xərcləyib);
Qətər – 303 nəfər – 719,6 min manat (2 373,6 manat);
Kanada – 407 nəfər – 910,1 min manat (2 236,6 manat);
Küveyt – 1 679 nəfər – 3 735,4 min manat (2 224,3 manat);
Yaponiya – 268 nəfər – 589,9 min manat (2 201,1 manat);
Hindistan – 24 193 nəfər – 52 520,6 min manat (2 170,7 manat);
Bəhreyn – 334 nəfər – 712,0 min manat (2 131,7 manat);
İspaniya – 561 nəfər – 1 192,5 min manat (2 125,7 manat);
İsrail – 5 516 nəfər – 11 575,3 min manat (2 099,7 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 5 812 nəfər – 12 182,0 min manat (2 096,4 manat);
Avstriya – 264 nəfər – 550,1 min manat (2 083,0 manat);
Səudiyyə Ərəbistanı – 7 623 nəfər – 15 666,0 min manat (2 055,3 manat);
Fransa – 522 nəfər – 1 067,2 min manat (2 044,4 manat);
Böyük Britaniya – 1 875 nəfər – 3 809,4 min manat (2 031,4 manat);
Almaniya – 2 157 nəfər – 4 365,8 min manat (2 024,3 manat);
İtaliya – 1 450 nəfər – 2 758,0 min manat (1 901,4 manat);
Pakistan – 6 451 nəfər – 12 236,9 min manat (1 896,7 manat);
İsveçrə – 216 nəfər – 405,6 min manat (1 877,8 manat);
Filippin – 631 nəfər – 1 177,0 min manat (1 865,3 manat);
İsveç – 137 nəfər – 254,1 min manat (1 854,0 manat);
Avstraliya – 338 nəfər – 625,5 min manat (1 850,9 manat);
Rumıniya – 322 nəfər – 592,9 min manat (1 841,0 manat);
Niderland – 455 nəfər – 832,5 min manat (1 829,7 manat);
Misir – 612 nəfər – 1 114,9 min manat (1 821,7 manat);
Oman – 1 605 nəfər – 2 908,9 min manat (1 813,6 manat);
Latviya – 204 nəfər – 367,2 min manat (1 800,0 manat);
Çin – 4 427 nəfər – 7 954,8 min manat (1 797,5 manat);
Rusiya – 40 263 nəfər – 71 438,6 min manat (1 774,6 manat);
Norveç – 127 nəfər – 224,4 min manat (1 766,9 manat);
Özbəkistan – 2 723 nəfər – 4 784,6 min manat (1 756,8 manat);
Litva – 239 nəfər – 418,7 min manat (1 752,7 manat);
İordaniya – 571 nəfər – 994,6 min manat (1 741,3 manat);
Yəmən – 261 nəfər – 449,5 min manat (1 722,2 manat);
Qazaxıstan – 6 785 nəfər – 11 604,4 min manat (1 710,2 manat);
Suriya – 48 nəfər – 81,7 min manat (1 702,1 manat);
Polşa – 823 nəfər – 1 400,1 min manat (1 701,3 manat);
Bolqarıstan – 190 nəfər – 322,7 min manat (1 698,4 manat);
Cənubi Koreya – 1 175 nəfər – 1 963,1 min manat (1 670,3 manat);
Şri-Lanka – 427 nəfər – 705,2 min manat (1 651,9 manat);
Türkiyə – 18 424 nəfər – 30 254,1 min manat (1 642,9 manat);
Ukrayna – 2 085 nəfər – 3 391,9 min manat (1 626,6 manat);
Moldova – 310 nəfər – 501,8 min manat (1 618,1 manat);
Qırğızıstan – 629 nəfər – 1 004,4 min manat (1 596,0 manat);
Macarıstan – 345 nəfər – 548,5 min manat (1 589,9 manat);
Tacikistan – 649 nəfər – 1 001,1 min manat (1 542,5 manat);
İraq – 512 nəfər – 789,0 min manat (1 541,0 manat);
Belarus – 1 681 nəfər – 2 497,1 min manat (1 485,4 manat);
İran – 1 637 nəfər – 2 254,6 min manat (1 377,2 manat);
Gürcüstan – 5 455 nəfər – 7 191,3 min manat (1 318,2 manat);
Türkmənistan – 1 426 nəfər – 1 735,4 min manat (1 217,0 manat).
 

Ardını oxu...
  

Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir.

Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib.

Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.

Ardını oxu...
İyun ayı, isti hava, bölgələrin gözəl vaxtı və qurban bayramı üçün verilən 4 günlük bayram tətili...

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bayram günlərini fürsət bilənlər rayonlara üz tutacaq. Bu da otellərdə sıxlığa səbəb olur və qiymətlərə təsir edir. Artıq əksər otellərdə yerlər rezerv olunub.

Quba-Qusar-Xaçmazda 5 ulduzlu otellər həftə içi 100-150 manat, həftə sonu 250 manatdırsa, bayram günləri bu rəqəm 20-30% daha baha təklif olunur. Hazırda Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən otellərə də təlabat artıb.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq Qurban bayramında vətəndaşlar daha çox Qarabağa üz tuturlar.

Ekspertlər bildirir ki, bayramdan sonra hotel qiymətlərində ucuzlaşma müşahidə ediləcək.

 
Ardını oxu...
  

Aprel ayında ABŞ-ın xarici ticarət kəsiri 46 faiz azalaraq 87,6 milyard dollar olub.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Ticarət Nazirliyi açıqlayıb. Bu, 2023-cü ilin dekabrından bəri ən aşağı göstəricidir.

Tramp administrasiyası tərəfindən tətbiq edilən yeni tariflər fonunda idxal rekord - 19,8 faiz azalaraq 276,1 milyard dollar təşkil edib. İxrac isə 3,4 faiz artaraq 188,5 milyard dollara çatıb.

Tramp administrasiyasının yüksək rüsum tətbiqi gözləntiləri fonunda 2025-ci ilin ilk rübündə idxal kəskin artıb və mal ticarətində kəsir rekord həddə - 162,3 milyard dollara çatıb.

 

Musavat.com


Ardını oxu...
  

Yay meyvələrinin çoxu artıq piştaxtaları bəzəməyə başlayıb.

Bazarda ən bahalı meyvələrdən biri yapon əzgilidir. Onun kiloqramı 20 manata satılır. Bundan əlavə, yerli məhsul olan kaktus meyvəsinin kiloqramı isə 50 manata satılır.

Satıcılardan biri deyir ki, bu meyvəni almaq üçün xaricdən gələnlər də var:

"Bu meyvə Astara, Lənkərandan gətirilir. Şəkər xəstələri gündə 3 dəfə - səhər, günorta və axşam bu meyvəni yesələr, dərman və iynəyə ehtiyacları qalmayacaq".

Bazarda digər meyvələrin qiymətləri isə belədir: gilasın kiloqramı 6-18, çiyələk 8-9, alça 15, şaftalı 17, tut isə 10 manata təklif edilir.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Son statistik məlumatlara görə, manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd, ilin əvvəli ilə müqayisədə 0,12 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb.

Manatın dövretmə sürətinin azalması nəyə işarədir?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hazırda ölkəmizdə devalvasiya riski yoxdur:

“Manatın dövriyyə sürətindəki azalma hər zaman belə dəyərləndirilməməlidir. Bu il inflyasiya göstəricilərimiz aşağı səviyyədədir və bu, iqtisadi fəallığın mülayim azalması ilə əlaqədar ola bilər. Ümumilikdə, cari ilin ilk 5 ayının göstəricilərini müqayisə etdikdə, manatın dövriyyə sürətindəki azalmaların devalvasiya prosesini aktivləşdirmədiyi aydın olur”.

İqtisadçı bildirib ki, Azərbaycanda devalvasiya riskini artıran önəmli amillər mövcud deyil:

“İqtisadi durğunluq baş vermir, əhalinin və biznesin iqtisadi fəallığı kifayət qədər yüksək səviyyədədir. Ötən illə müqayisədə banklardakı depozitlərin həcmi və məbləği artır. Bundan əlavə, xarici ticarət balansımız müsbət saldoya malikdir və inflyasiya gözləntiləri aşağı səviyyədə saxlanılır”.

Ardını oxu...
   

Eyyub Hüseynov: “Azərbaycan istehlakçıları almadıqları məhsullara görə ildə 500 milyon manat ödəyirlər”

Marketlərdə qiymət uyğunsuzluğu, çəkidə aldatma və əlavə ödəniş halları ilə bağlı istehlakçı şikayətləri artmaqdadır. Vitrində göstərilən qiymətin kassada fərqli çıxması, menyudakı rəqəmlərlə ödənilən məbləğ arasında uyğunsuzluq və kilo ilə alınan məhsulun evdə çəkildikdə az gəlməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.az-a deyilib ki, bu cür hallara qarşı mütəmadi nəzarət tədbirləri görülür: “2024-cü ildə agentliyə bu tip şikayətlərlə bağlı 319 vətəndaş müraciət edib. Araşdırmalar nəticəsində 13 sahibkarlıq subyekti barəsində 24 inzibati protokol tərtib olunub. 2025-ci ilin ilk iki ayında isə 40 şikayət əsasında 4 sahibkara qarşı protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, istehlakçını malın çəkisi, ölçüsü və ya qiymətində aldatmaq halları fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün 1.500-2.000 manat, hüquqi şəxslər üçün isə 4.000-6.000 manat cərimə ilə nəticələnir. Aldatma 5 min manatdan artıq məbləğlə baş verərsə, bu artıq cinayət məsuliyyəti daşıyır".

Agentlikdən bildirilib ki, satılan məhsulların üzərində düzgün qiymət kağızlarının olmaması və ya qiymətin manatla göstərilməməsi də qanun pozuntusu hesab olunur və 800-1.650 manatadək cərimə tətbiq olunur. Endirim tətbiq edilən məhsullarda isə əvvəlki və yeni qiymət, endirim faizi və tətbiq olunduğu tarixlər mütləq qeyd olunmalıdır.

Qeyd edək ki, bu cür hallarla tez-tez rastlaşsaq da bunu rəsmiləşdirmək üşün heç də çoxlarımız həvəs göstərmirik. Amma bu o demək deyil ki, marketlər də bundan istifadə edərək istehlakçını aldatmalıdır. Həm də bu cür aldatmalar hərdən  5-10 qəpik olsa da, üst-üstə hesablayanda marketlər bu qəpik-quruşdan milyonlar da qazana bilər.

Ardını oxu...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, ən müasir marketlər şəbəkəsində rəfdə qiymətin aşağı olması, kassada isə artıq olması istehlakçılara ciddi problem yaradır. E.Hüseynovun sözlərinə görə, bu problem artıq 5 ildir ki, davam edir: “Bu barədə Azad İstehlakçılar Birliyinə hər gün telefon zəngləri olur. Kiçik marketlərdə, bazarlarda isə çəkidə aldatma halları olur. Müasir texnologiyalar daxil olduqca istehlakçıların aldadılması halları da artır. Bu halda istehlakçılar nə edə bilərlər? İstehlakçılar xüsusilə kartla ödənişlərdə ilk növbədə kassa çekinə diqqətlə baxmalı, fərqi hiss etdikdə piştaxtaya yaxınlaşmalı, məhsulun qiymətinin şəklini çəkməli, məsələnin yerində həll olunmasını istəyirsə, müdiriyyəti çağıraraq, fərqin ödənməsini tələb etməlidirlər. Bu, passiv istehlakçı hərəkəti alqoritmidir. Digər istehlakçıları düşünərək ikinci çekin şəklini çəkib, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə, yoxlama aparılmasını tələb edə bilər. Qeyd etmək lazımdır ki, sözügedən agentliyin fəaliyyəti qənaətbəxş deyil. Marketlərdə meyvə-tərəvəz bölməsinə diqqət çəkərək birliyə edilən şikayətlərdən birini xatırlatmaq istərdim. Vətəndaş 0,86 AZN-ə badımcan almışdı, lakin kassa çekində 36 AZN-ə satılan ekzotik meyvə vurulmuşdu. Xüsusilə kartla ödənişlərdə diqqətli olmağı tövsiyə edirəm, çünki bəzən çekə müştərinin almadığı məhsullar da əlavə olunur. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri ümumiləşdirsək, 1 ildə ödənib amma alınmayan məhsullara görə Azərbaycan istehlakçıları 500 milyon manat pul ödəyirlər. Bu qədər diqqətli olmağıma baxmayaraq, şəxsən məni də aldadıblar. Təkcə bir marketdə - "Grandmart" da 100 AZN məbləğində aldadılmışam. Təəssüf ki, müvafiq qurumlar KİV-də bu cür hallarla bağlı dərc olunan yazıları oxumurlar".

E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, satış yerlərində nəzarət tərəziləri olmalıdır, lakin bu tərəzilər yox dərəcəsindədir: “İstehlakçılar ən çox bazarlarda aldadılır. Təəssüf ki, nəzarət funksiyası olan qurumlar istehlakçıların aldadılması hallarını görməzdən gəlirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti