Ardını oxu...
Son illər Azərbaycanda yalnız yaşamaq deyil, ölmək də baha başa gəlir. Dəfn mərasimləri, qəbir yerləri və yas çadırlarının qiymətlərində müşahidə olunan artım cəmiyyətdə narahatlıq doğurur.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, dəfn mərasimləri sadə olmalıdır :

"Çox təəssüf ki, son dövrlərdə Azərbaycanda yalnız toy ənənələri deyil, həm də dəfn və yas mərasimləri ilə bağlı ciddi mənəvi və sosial problemlər yaşanır. Kapitalizmin azğın forması o həddə çatıb ki, artıq yas və dəfn mərasimləri də biznes sisteminə çevrilib. Bu sahədə də kommersiya maraqları ön plandadır – bazar formalaşdırılıb, saxta və yalançı adətlər meydana çıxarılıb. Yas məclislərinin xüsusi mərasim evlərində baha qiymətlərlə, servis xidməti formasında təşkili, bahalı qəbir daşlarının "dəbdə" olması, müxtəlif xidmət şirkətlərinin bu sahəyə daxil olması – bütün bunlar sadə və aztəminatlı insanlar üçün həm maliyyə, həm də psixoloji baxımdan ağır yükə çevrilib. Ailədə bir nəfər dünyasını dəyişəndə, yaxınları tez-tez kreditə, borca düşür, çox çətin vəziyyətlə üzləşirlər. Belə çıxır ki, cəmiyyət olaraq yas düşmüş ailəyə kömək etmək əvəzinə, onu daha da çətinliyə salırıq. İnsanların psixologiyası da bu prosesə uyaraq bir-biri ilə rəqabətə girib – kim daha bahalı, daha dəbdəbəli, qara mərmərdən başdaşı qoyacaq, kim daha "təmtəraqlı" mərasim keçirəcək. Bəzi qəbiristanlıqlar demək olar ki, istirahət mərkəzini xatırladır. Yas məclislərində təşkil olunan yemək süfrələri isə demək olar ki, ziyafət səviyyəsinə çatıb. Mərasim evləri konkret menyular təklif edir – bu isə bu mərasimlərin tamamilə kommersiyalaşmasının göstəricisidir. Dünyanın heç bir normal ölkəsində belə bir vəziyyət yoxdur. Biz isə mənəvi dəyərlər baxımından sürətlə deqradasiyaya uğrayırıq. Bütün bunlar dinin prinsiplərinə tam ziddir, haramdır və böyük günah sayılır. Təkcə dini deyil, sosial və hüquqi prinsiplərə də ziddir. Normalda qəbir yerləri pulsuz verilməlidir və qanunla hər bir vətəndaş üçün ödənişsiz dəfn sahəsi ayrılmalıdır. Amma reallıqda – xüsusilə Bakıda – qəbir yerlərinə 5 min, hətta 10 min manat qiymət qoyulur. Əvvəldə "dəbdəbəli" görünən bu qəbirlərə bir müddətdən sonra heç kim getmir, yalnız ilk il ərzində bir neçə dəfə ziyarət edilir, sonra isə baxımsız qalır. Bu isə aztəminatlı ailələr üçün həm mənasız, həm də çox ağır yükdür. Dəfn mərasimi sadə olmalıdır. Bu məsələ bir tərəfdən insanların şəxsi arzusu və zövqü sayılsa da, hazırkı vəziyyət o qədər böyüyüb ki, dövlət mütləq şəkildə normativ qaydalar müəyyən etməlidir. Zaman-zaman bu istiqamətdə dini və qeyri-rəsmi tədbirlər görülsə də, nəticə verməyib. Hazırda vəziyyət nəzarətdən çıxmaq üzrədir. Buna görə də dövlət konkret və sərt qanun qəbul etməlidir".

Sosioloq həmçinin dəfn mərasimlərinin əsas prinsipləri haqqında qeyd edib:

"Əsas prinsiplər belə olmalıdır:
•Yas məclislərində çay və halva xaricində heç bir yemək verilməməlidir – yeyib-içmək tamamilə qadağan olunmalıdır.
•Dəfn mərasimləri ya tam pulsuz təşkil edilməli, ya da dövlət və ya bələdiyyə ödəməlidir (əgər ailənin maddi imkanı yoxdursa).
•Qəbir yerləri ödənişsiz və növbəlilik əsasında verilməli, bu prosesdə heç bir ticarət prinsipi tətbiq edilməməlidir.
•Qəbir daşları üçün standart nümunə hazırlanmalı, bu formaya riayət etməyənlərə cəza tətbiq olunmalıdır".
Ardını oxu...
2025-ci ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 30 milyon barel (4 milyon ton) və ya gündə orta hesabla 331 min barel neft hasil edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,2% və ya 1 milyon barel az olub. 14 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,2 dəfə aşağı düşüb.
2025-ci ilin ilk rübündə AÇG-də ümumilikdə 145 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub.
Xatırladaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (31,65%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib - 9,57%), İNPEKS (9,31%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,92%) şirkətləridir.
Son 14 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub:
Ardını oxu...
 
Ardını oxu...
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a qurumun sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib.
Beləliklə,
Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 9 640 manatdır. Elə həm yeni, həm də köhnə tikililərdəki mənzillər üzrə liderlik də Neftçilər prospektindədir. Müvafiq olaraq 9 629 manatla və 9 650 manatla.
Ardını oxu...
Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 635 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də Bəsti Bağırova küçəsindədir. Müvafiq olaraq 3 985 manatla və 3 285 manatla.
Ardını oxu...
Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 may küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 827 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 4 175 manatla rayonun Hənifə Ələsgərova küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 918 manatla Nizami küçəsindədir.
Ardını oxu...
Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 3 199 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 3 408 manatla rayonun Nəcəfqulu Rəfiyev küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 050 manatla elə Xocalı prospektindədir.
Ardını oxu...
Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 574 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 980 manatla rayonun Həsənoğlu küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 280 manatla Şah İsmayıl Xətai prospektindədir.
Ardını oxu...
Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 818 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 025 manatla Q.Qarayev prospektində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 2 630 manatla Elşən Süleymanov küçəsindədir.
Ardını oxu...
Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 113 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Z.Əliyev küçəsindədir. Müvafiq olaraq, 2 230 manatla və 1 995 manatla elə Zahid Əliyev küçəsindədir.
Ardını oxu...
Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 401 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də O.Əfəndiyev küçəsindədir. Müvafiq olaraq 2 562 manatla və 2 239 manatla.
Ardını oxu...
Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahimpaşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 813 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də İbrahimpaşa Dadaşov küçəsindədir. Müvafiq olaraq 2 916 manatla və 2 710 manatla.
Ardını oxu...
Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 005 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Mərdəkan şossesindədir. Müvafiq olaraq 2 140 manatla və 1 845 manatla.
Ardını oxu...
Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 1 842 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 1 990 manatla rayonun Zahid Qasımov küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 1 750 manatla elə S.Orucov küçəsindədir.
Ardını oxu...
 
Ardını oxu...
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda diri çəkidə ət istehsalı artıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diri çəkidə ət istehsal olunub. Cari ilin ilk üç ayında isə bu rəqəm 141.6 min tona çatıb. Bununla da yanvar-mart aylarında Azərbaycanda diri çəkidə ət istehsalında 1,7 faiz artım qeydə alınıb. Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib. Bunun da 94.3 faizi (1.510.1 milyon manat) heyvandarlıq sahəsinin payına düşür. Bəs diri çəkidə ət istehsalı artıbsa, ət qiymətlərində ucuzlaşma gözlənilirmi?

Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hələlik ət istehsalında elə bir ciddi artım qeydə alınmayıb ki, bu, qiymətlərə birbaşa təsir göstərsin:
“1,7 faizlik artım Azərbaycan reallığında ciddi göstərici sayılmır. Ona görə də bunun qiymətlərə dərhal təsir edəcəyini söyləmək düzgün olmaz. Çünki ölkədə əhali sayı artır, tələbat artır. Eyni zamanda, ölkəyə gələn turistlərin sayı da artmaqdadır. Azərbaycanla Çin arasında vizasız gediş-gəlişin tətbiq edilməsi də bu prosesə təsirsiz ötüşməyəcəkdir. Əgər Çindən 100-150 min turist gəlsə, bunun da daxili bazara təsiri olacaq. Ona görə də Azərbaycanda ət istehsalı daha kəskin artmalıdır – hər il təxminən 5-8 faiz civarında artım olmalıdır ki, bu, qiymətlərə real təsir göstərsin, sabitlik yaransın və hətta ucuzlaşma müşahidə olunsun”.
 
Ardını oxu...
Ölkənin siyasi gündəliyi kifayət qədər zəngindir. Qeyd olunan təsbit artıq danılmaz həqiqətdir. Aktiv siyasi həyat isə bilavasitə demokratik münasibətlərin əsas göstəricilərindəndir. Sözügedən mülahizəni inkar etməyi tələsənlər, ilk növbədə, onu anlamalıdırlar ki, “inkar” mövqeyinin mövcudluğu və mümkünlüyü belə öz-özlüyündə fikir müxtəlifliyinin əsas əlamətlərindəndir. Sosial şəbəkələr sayəsində fitri “siyasətşünasların” sayı artıq ulduz falı ilə məşğul olan “münəccimlər” qədər artıb. Vaxtilə dünyanın qlobal məsələlərini çayxanalarda “həll edənlər”, indi demək olar ki, tamamilə sosial şəbəkələrə transfer olunublar. İctimai məsuliyyət hissini tanımayan bu cür fitri siyasətşivənlərin ziyanlı demaqogiyaları virus kimi internet məkanında dolaşıb yayılır. Yeri gəlmişkən, unutmayaq ki, sərhədsiz internetin mövcudluğu özü demokratiyanın aynasıdır.

Bu fikirlər politoloq Asif Adilin “Siyasi dialoq: qazanan kimdir?” sərlövhəli məqaləsində yer alıb. "Cebheinfo.az" məqaləni təqdim edir.

Əlqərəz, mətbuatdan bizə məlum oldu ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da baş tutmuş növbəti səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Sayca 6-cı olan budəfəki səfərin ünvanı Laçın idi. Xatırladaq ki, sağlam əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.

Təfərrüatlara varmadan razılaşın ki, bu, ilk növbədə, kifayət qədər maraqlı, eyni zamanda, cəmiyyəti siyasətdə sağlam, rasional və peşəkar münasibətlərə alışdıran təcrübədir. Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində cəmiyyətdə həmrəylik mühiti qorunur, habelə siyasətçilər arasında milli maraqlar müstəvisində dövlət naminə şəxsi ambisiyalardan imtina olunması mədəniyyəti formalaşdırılır. Bunun nəticəsində isə “MƏN” düşüncə paradiqması tədricən “BİZ” düşüncə paradiqması ilə əvəz olunur. Əlbəttə ki, mövcud tendensiyanın yaranmasında qazanan tərəf məhz Azərbaycan cəmiyyətidir.

Həmrəylik kontekstində əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məkanların rəsmi açılışlarından və Qarabağa köçmüş sakinlərlə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam xalq-dövlət, habelə iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir. Odur ki, siyasi dialoq mühiti, eyni zamanda, milli birliyin funksional və ideoloji bünövrəsidir. Bu mənada “dialoq” qarşımızda artıq dövlətin strateji resursu kimi çıxış edir.

Heç şübhəsiz ki, siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Bu o deməkdir ki, siyasi münasibətlərin keyfiyyəti artır, onların təyinat baxımından məzmunu isə dövlət və cəmiyyətin inkişafına yönəlir. Çünki ideya, resurs və fərqli icra metodologiyaların potensiallarının səfərbər olunmasından qazanan tərəf yenə də məhz cəmiyyət və dövlət ola bilər. Burada qeyri-ixtiyari Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi yada düşür. Dövlətimizin başçısı tərəfindən müəyyən olunmuş bu ideoloji düstur dayanıqlı inkişafın və milli birliyin əsasıdır.

Əlbəttə ki, yalnız düşmən mövqedə olan və öz xəstə ambisiyalarının torlarında boğulanlar siyasətdə dialoq mühitini həzm edə bilməz. Onlar dialoqu siyasətdə öz tərəf-müqabili və cəmiyyətlə yox, dialoqu məhz məkrli qüvvələr, öz maniakal ambisiya və satılmış qəlbləri ilə aparmağa üstünlük verirlər. Təsadüfi deyilmir ki, düşmənin mövqeyi dövləti zəif etməz, onu həssas edən xain mövqedə olanlardır. Ancaq yaxşını pisdən seçməyi bacaran müdrik Azərbaycan xalqının xaos və yeni təxribatlar niyyəti ilə aprelin 27-də mitinq keçirməklə bağlı olan vətənşivənlərin ucuz çağırışlarına cavabı həmrəylik və yoldaşlıq mühitində milli tariximizin zirvəsi olan işğaldan azad olunmuş ərazilərə birgə səfəri oldu. Bəli, sözügedən səfər məhz bu cür dəyərləndirilməlidir. Çünki siyasi partiyalar öz ətrafında Azərbaycan cəmiyyətinin üzvləri olan insanları birləşdirirlər.

Sözügedən səfərlə bağlı siyasi partiya sədrlərinin mətbuatdakı şərhlərinə diqqət yetirəndə onlar tərəfindən dialoq mühitinə verilən dəyəri açıq şəkildə görmək mümkündür. Bu, olduqca sevindirici haldır, onlar anlayırlar ki, dialoq inkişaf deməkdir, o cümlədən sədrlik etdikləri partiyaların inkişafı deməkdir. Dialoq sayəsində partiyalar özlərini cəmiyyətə tanıtdırmaq imkanı qazanırlar və əvəzolunmaz təcrübə əldə edirlər. Önəmli məqamlardan biri də odur ki, məhz siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Sözügedən hal dolayısilə ölkəmizdə vətəndaş cəmiyyəti institutunun inkişafına da zəmin yaradır. Bütün bu qeyd olunanlar partiyaların effektiv siyasi institut kimi inkişafını təmin edir. Odur ki, Prezident İlham Əliyevin siyasi iradəsi və bilavasitə şəxsi təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti bir “yaşam modelidir”. Əlbəttə ki, bundan qazanan Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti və onun vətəndaşıdır. (AZRTAC)
Ardını oxu...
Ötən il Azərbaycanda adambaşına düşən kommunal xərclər (su, işıq, qaz və digər yanacaq növləri) 28 manat 69 qəpik olub və ümumi istehlak xərclərinin 7,9%-ni təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, su, işıq, qaz və digər yanacaq növlərinə ən çox Şirvan-Salyan iqtisadi rayonunda (Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonları və Şirvan şəhəri) yaşayanlar pul xərcləyib.
Belə ki, bu rayonlarda adambaşına düşən aylıq kommunal xərclər 41 manat 10 qəpik olub və bu da, ümumi xərclərin 11,4%-ni təşkil edib.
Kommunal xidmətlərə ən az vəsait xərclənən iqtisadi rayon isə Şərqi Zəngəzur (Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl rayonları) olub. Bu rayonlarda adambaşına düşən aylıq kommunal xərclər 22 manat 60 qəpik olub və bu da, ümumi xərclərin 6,2%-ni təşkil edib.

Azərbaycanda kommunal xidmətlərə sərf olunan adambaşına düşən orta aylıq vəsait və ümumi istehlak xərclərindəki pay iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
- Şirvan-Salyan – 41,1 manat (11,4%);
- Şəki-Zaqatala – 35,2 manat (9,8%);
- Lənkəran-Astara – 31,9 manat (9,3%);
- Mərkəzi Aran – 31,4 manat (8,7%);
- Gəncə-Daşkəsən – 30 manat (8,1%);
- Naxçıvan – 29,5 manat (7,9%);
- Qarabağ – 28,5 manat (7,9%);
- Mil-Muğan – 26,2 manat (7,7%);
- Dağlıq Şirvan – 26,3 manat (7,4%);
- Qazax-Tovuz – 25,7 manat (7,4%);
- Abşeron-Xızı – 26,1 manat (7,1%);
- Bakı – 26,6 manat (7%);
- Quba-Xaçmaz – 23,2 manat (6,3%);
- Şərqi Zəngəzur – 22,4 manat (6,2%).
 
Ardını oxu...
Şəmkir rayon İcra Hakimiyyəti ötən il olduğunu kimi, bu ildə eyni şirkətlə eyni məsələdə razılığa gəlib.

Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti 2025-ci ildə keçiriləcək tədbirlərini “ADMEDİA.AZ” MMC-yə həvalə edib.
Belə ki, dövlət qurumu Şəmkir rayonunda dövlət bayramları və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün zəruri olan malların satın alınması tenderinə yekun vurub. “ADMEDİA.AZ”la anlaşan İcra Hakimiyyəti bunun müqabilində 149 min 934 manat pul köçürəcək.
Qeyd edək ki, keçən il də analoji məqsədlə keçirilən tenderin qalibi sözügedən şirkət olub. Həmin vaxt “ADMEDİA.AZ” MMC bu işləri 54 min 828 manata reallaşdırıb.
Ümumiyyətlə, bu şirkət tender krallarından sayıla bilər. Çünki əsasən bir neçə dövlət qurumunun keçirdiyi iri tenderlərin qalibi olmağı bacarıb. Xüsusən də Dövlət Məşğullu Mərkəzi və Dövlət Turizim Agentliyinin əsas tenderlərinin qalibi sırasında birinci olub.
Bildirək ki, şirkətin ən maraqlı və qəribə tenderi isə ötən il baş tutub. Belə ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC Bakıda kitab sərgisi təşkil edib. Bunun üçün taksi xidmətlərinin təşkili işlərini isə “ADMEDİA.AZ” MMC-yə verib. Və bu xidmətin müqbilində şirkət nazirlikdən 641 min 548 manat alıb.
Bir qəribə məsələ də budur ki, bu xidməti alan MMC üzərinə düşən öhdəliyi yerinə yetirmək əziyyətində belə bulunmayıb. Belə ki, Mədəniyyət Nazirliyi keçirdiyi tenderin şərtində qeyd edirdi ki, “ADMEDİA.AZ” MMC 5 xəbər portalında reklam xarakterli bannerlər yerləşdirməlidir. Lakin həmin saytların yalnız 2-də Beynəlxalq Kitab Sərgisi ilə bağlı reklam bannerləri yerləşdirilib. Digər saytlarda isə reklam bannerləri olmayıb.
Həmçinin tender müsabiqəsinin şərtlərində qeyd olunurdu ki, Beynəlxalq Kitab Sərgisinə aid olan “bakubookfair.az” saytında informasiyaların (materialların) yerləşdirilməsi həyata keçirilməlidir. Lakin, səriginin başa çatmasına 1 gün qalmışa qədər “bakubookfair.az” saytında sərgi ilə bağlı heç bir məlumat dərc olunmayıb. Hətta sərginin açılışı barədə məlumat da yerlədirilməyib.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.
 
Ardını oxu...
Qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti cərimə protokolu imzalanıb. Şirkət bu dəfə də ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az-a xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Diadem” ASC ilə bağlı işə 8 may tarixində Sumqayıt şəhər Məhkəməsində baxılacaq. İş hakim Ramiz Quliyevin icratındadır.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.
 
 
 
Ardını oxu...
“İtaliya ilə yeni ticarət hədəfimizi 40 milyard dollar həcmində təyin etdik”.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İtaliya İş Forumunda çıxışı zamanı məlumat verib.

Ölkə başçısı bildirib: “Ticarət, investisiya və nəqliyyat imkanları sahəsindəki böyük potensial bizi iddialı hədəflər qoymağa təşviq edir. Bu uğurda dəyərli iş adamlarımızın təşəbbüsləri də böyük rol oynayıb. Qarşıdakı dövrdə bu tərəfdaşlığı daha da yüksək səviyyələrə qaldıracağınıza ürəkdən inanıram”.
Ardını oxu...
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 3 min 727,2 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 11,7 manat (6,9 dollar) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 8,9 manat (5,2 dollar) olub.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, son bir ildə idxal olunan kərə yağının orta gömrük dəyəri 32,7% və ya 2,8 manat artıb.
Kərə yağı Azərbaycana əsasən aşağıdakı ölkələrdən idxal olunub:
İran – 1 620 ton (1 kiloqramının orta gömrük dəyəri 10,5 manat);
Yeni Zelandiya – 1 101 ton (12,5 manat);
Belarus – 232,9 ton (12,7 manat);
Hindistan – 210 ton (8,8 manat);
Ukrayna – 199,4 ton (8,7 manat);
Finlandiya – 80,7 ton (14,2 manat);
Almaniya – 70,8 ton (15,4 manat);
Səudiyyə Ərəbistanı – 67,8 ton (14,1 manat);
Fransa – 67,6 ton (15,5 manat);
Türkiyə – 49,7 ton (12,4 manat);
Belçika – 20,4 ton (15,4 manat).

Qeyd edək ki, dünya bazarlarında da kərə yağının qiyməti sürətlə artır. Dünyanın ən böyük süd məhsulları ticarət platformalarından biri olan “Global Dairy Trade”də (Qlobal Süd Məhsulları Ticarəti) 15 aprel tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 679 dollar olub. Bu, 1 kiloqram üçün təxminən 7,7 dollar və ya 13,1 manat deməkdir.
Bildirək ki, kərə yağının qiyməti indiyə qədər bu səviyyəyə yüksəlməyib. Məsələn, 5 il əvvəl – 2020-ci ilin aprel ayında 1 ton kərə yağının qiyməti 3 860 dollar idi.
Xatırladaq ki, Azərbaycanın kərə yağına olan tələbatı daxili istehsal hesabına tam qarşılanmır. Ölkənin illik kərə yağı tələbatı təxminən 45 min ton təşkil edir və bunun 15-16 min tonu hər il idxal olunur.
İdxal olunan məhsulun gömrük dəyərinin artması, yerli bazarda satış qiymətlərinə də birbaşa təsir göstərir. Məsələn, bu ilin yanvar ayında marketlərdə idxal olunan kərə yağının orta satış qiyməti 22,6 manat olduğu halda, mart ayında bu göstərici 23,3 manata yüksəlib.
İstər dünya bazarlarında qiymət artımı, istərsə də idxal xərclərinin bahalaşması daxili bazara da öz təsirini göstərməkdədir. Mövcud tendensiya onu göstərir ki, yaxın aylarda ölkə daxilində də kərə yağı qiymətlərində artım davam edə bilər.
Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycana Hindistandan 210 ton kərə yağı idxal olunub və bu məhsul digər ölkələrdən gətirilən kərə yağları ilə müqayisədə nisbətən ucuz başa gəlib.
 

Dünyapress TV

Xəbər lenti