Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
Ölkənin siyasi gündəliyi kifayət qədər zəngindir. Qeyd olunan təsbit artıq danılmaz həqiqətdir. Aktiv siyasi həyat isə bilavasitə demokratik münasibətlərin əsas göstəricilərindəndir. Sözügedən mülahizəni inkar etməyi tələsənlər, ilk növbədə, onu anlamalıdırlar ki, “inkar” mövqeyinin mövcudluğu və mümkünlüyü belə öz-özlüyündə fikir müxtəlifliyinin əsas əlamətlərindəndir. Sosial şəbəkələr sayəsində fitri “siyasətşünasların” sayı artıq ulduz falı ilə məşğul olan “münəccimlər” qədər artıb. Vaxtilə dünyanın qlobal məsələlərini çayxanalarda “həll edənlər”, indi demək olar ki, tamamilə sosial şəbəkələrə transfer olunublar. İctimai məsuliyyət hissini tanımayan bu cür fitri siyasətşivənlərin ziyanlı demaqogiyaları virus kimi internet məkanında dolaşıb yayılır. Yeri gəlmişkən, unutmayaq ki, sərhədsiz internetin mövcudluğu özü demokratiyanın aynasıdır.

Bu fikirlər politoloq Asif Adilin “Siyasi dialoq: qazanan kimdir?” sərlövhəli məqaləsində yer alıb. "Cebheinfo.az" məqaləni təqdim edir.

Əlqərəz, mətbuatdan bizə məlum oldu ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da baş tutmuş növbəti səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Sayca 6-cı olan budəfəki səfərin ünvanı Laçın idi. Xatırladaq ki, sağlam əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.

Təfərrüatlara varmadan razılaşın ki, bu, ilk növbədə, kifayət qədər maraqlı, eyni zamanda, cəmiyyəti siyasətdə sağlam, rasional və peşəkar münasibətlərə alışdıran təcrübədir. Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində cəmiyyətdə həmrəylik mühiti qorunur, habelə siyasətçilər arasında milli maraqlar müstəvisində dövlət naminə şəxsi ambisiyalardan imtina olunması mədəniyyəti formalaşdırılır. Bunun nəticəsində isə “MƏN” düşüncə paradiqması tədricən “BİZ” düşüncə paradiqması ilə əvəz olunur. Əlbəttə ki, mövcud tendensiyanın yaranmasında qazanan tərəf məhz Azərbaycan cəmiyyətidir.

Həmrəylik kontekstində əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məkanların rəsmi açılışlarından və Qarabağa köçmüş sakinlərlə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam xalq-dövlət, habelə iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir. Odur ki, siyasi dialoq mühiti, eyni zamanda, milli birliyin funksional və ideoloji bünövrəsidir. Bu mənada “dialoq” qarşımızda artıq dövlətin strateji resursu kimi çıxış edir.

Heç şübhəsiz ki, siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Bu o deməkdir ki, siyasi münasibətlərin keyfiyyəti artır, onların təyinat baxımından məzmunu isə dövlət və cəmiyyətin inkişafına yönəlir. Çünki ideya, resurs və fərqli icra metodologiyaların potensiallarının səfərbər olunmasından qazanan tərəf yenə də məhz cəmiyyət və dövlət ola bilər. Burada qeyri-ixtiyari Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi yada düşür. Dövlətimizin başçısı tərəfindən müəyyən olunmuş bu ideoloji düstur dayanıqlı inkişafın və milli birliyin əsasıdır.

Əlbəttə ki, yalnız düşmən mövqedə olan və öz xəstə ambisiyalarının torlarında boğulanlar siyasətdə dialoq mühitini həzm edə bilməz. Onlar dialoqu siyasətdə öz tərəf-müqabili və cəmiyyətlə yox, dialoqu məhz məkrli qüvvələr, öz maniakal ambisiya və satılmış qəlbləri ilə aparmağa üstünlük verirlər. Təsadüfi deyilmir ki, düşmənin mövqeyi dövləti zəif etməz, onu həssas edən xain mövqedə olanlardır. Ancaq yaxşını pisdən seçməyi bacaran müdrik Azərbaycan xalqının xaos və yeni təxribatlar niyyəti ilə aprelin 27-də mitinq keçirməklə bağlı olan vətənşivənlərin ucuz çağırışlarına cavabı həmrəylik və yoldaşlıq mühitində milli tariximizin zirvəsi olan işğaldan azad olunmuş ərazilərə birgə səfəri oldu. Bəli, sözügedən səfər məhz bu cür dəyərləndirilməlidir. Çünki siyasi partiyalar öz ətrafında Azərbaycan cəmiyyətinin üzvləri olan insanları birləşdirirlər.

Sözügedən səfərlə bağlı siyasi partiya sədrlərinin mətbuatdakı şərhlərinə diqqət yetirəndə onlar tərəfindən dialoq mühitinə verilən dəyəri açıq şəkildə görmək mümkündür. Bu, olduqca sevindirici haldır, onlar anlayırlar ki, dialoq inkişaf deməkdir, o cümlədən sədrlik etdikləri partiyaların inkişafı deməkdir. Dialoq sayəsində partiyalar özlərini cəmiyyətə tanıtdırmaq imkanı qazanırlar və əvəzolunmaz təcrübə əldə edirlər. Önəmli məqamlardan biri də odur ki, məhz siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Sözügedən hal dolayısilə ölkəmizdə vətəndaş cəmiyyəti institutunun inkişafına da zəmin yaradır. Bütün bu qeyd olunanlar partiyaların effektiv siyasi institut kimi inkişafını təmin edir. Odur ki, Prezident İlham Əliyevin siyasi iradəsi və bilavasitə şəxsi təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti bir “yaşam modelidir”. Əlbəttə ki, bundan qazanan Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti və onun vətəndaşıdır. (AZRTAC)

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti