Ardını oxu...
  

Avropa Komissiyası “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaların tətbiqi məsələsi ilə bağlı Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələrə başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Bloomberg yayıb.

Bildirilir ki, müzakirələr zamanı icma üzvləri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların aralıq nəticələrini nəzərə alacaqlar. Agentliyin qeyd etdiyinə görə, bu məsələ sanksiyaların Almaniyada boru kəmərinin bərpası ilə bağlı müzakirələri yumşaltmağa kömək edə biləcəyinə ümid edən Almaniya kansleri Fridrix Mers üçün xüsusilə vacibdir.
Daha əvvəl Financial Times yazıb ki, Mers Aİ-nin “Şimal axını” layihəsinə qarşı mümkün yeni sanksiyalarını dəstəkləyir, çünki Avropa səviyyəsində boru kəmərlərinin bərpasına qadağanın tətbiqi Almaniyanın daxili siyasətində layihənin taleyi məsələsini bağlayacaq.

FT-nin mənbələrindən biri bildirib ki, Aİ-nin “Şimal axını” ilə bağlı sanksiyaları boru kəməri operatorunu və ya onların idarəetmə və bərpa işlərini öz üzərinə götürə biləcək digər şirkətləri hədəf ala bilər.

Qeyd edək ki, martın sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Vaşinqtonun “Şimal axını” məsələsini müzakirə etdiyini açıqlamışdı. “Şimal axını 2” layihəsinin tikintisi 2021-ci il sentyabrın 10-da başa çatıb. Əvvəlcə 2019-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılsa da, ABŞ-ın sanksiyaları səbəbindən iş ləngiyib. Qaz kəməri ümumi gücü 55 milyard kubmetr olan iki xəttdən ibarətdir. Aİ onun istismarına lazım olan icazələri verməyib.

Musavat.com

 
 
Ardını oxu...
23 mayda Tramp öz sosial şəbəkəsində paylaşım edib. Tramp bildirib ki, 1 iyundan etibarən Aİ ölkələrindən idxal olunan bütün mallara 50 % gömrük rüsumu tətbiq etmək qərarına gəlib.
Tramp eyni zamanda ABŞ şirkəti olan Apple-ı da “cəzalandıracağını” bəyan edib: ABŞ xaricində istehsal olunan bütün iPhone modelləri (bütün iPhone-lar xaricdə istehsal olunur) 25 % gömrük rüsumu ilə üzləşəcək.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektorda işləyən muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) orta aylıq əmək haqqı 1 115 manat 60 qəpik olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, özəl sektorda işləyən işçilərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% və ya 76 manat 90 qəpik artıb.

Məlumat üçün bildirək ki, paytaxt Bakının rayonları istisna olmaqla özəl sektorda ən yüksək orta aylıq əmək Zəngilan rayonunda (1502 manat 50 qəpik), ən aşağı orta aylıq əmək haqqı isə Yardımlı rayonunda (430 manat) verilib.

Qeyd edək ki, orta aylıq əmək haqqının 1000 manatdan yüksək olduğu cəmi 3 rayon olub. Bunlar Zəngilan (1 502,5 manat), Qubadlı (1419,7 manat) və Şuşa (1219,6 manat) rayonlarıdır. Daha 2 şəhər və rayonda isə əmək haqqı 900 manatdan yüksək olub: Gədəbəy rayonunda 982 manat 50 qəpik, Sumqayıt şəhərində isə 918 manat 40 qəpik orta aylıq əmək haqqı verilib.

Paytaxtdan kənarda olan şəhər və rayonlarda özəl sektor üzrə orta aylıq əmək haqqının median (orta) göstəricisi 594 manat 60 qəpik təşkil edib.

Bu ilin yanvar-mart aylarında şəhər və rayonlar üzrə özəl sektorda orta aylıq əmək haqqı aşağıdakı kimi olub:

Zəngilan rayonu – 1502,5 manat
Qubadlı rayonu – 1419,7 manat
Şuşa rayonu – 1219,6 manat
Gədəbəy rayonu – 982,5 manat
Sumqayıt şəhəri – 918,4 manat
Xocalı rayonu – 882,7 manat
Şirvan şəhəri – 857,8 manat
Ağdərə rayonu – 850,2 manat
Kəlbəcər rayonu – 843,3 manat
Füzuli rayonu – 824,7 manat
Qazax rayonu – 798,2 manat
Abşeron rayonu – 791,5 manat
Laçın rayonu – 760,9 manat
Cəbrayıl rayonu – 737,4 manat
Babək rayonu – 720,1 manat
Goranboy rayonu – 716,8 manat
Hacıqabul rayonu – 714,9 manat
Xocavənd rayonu – 708,9 manat
Göygöl rayonu – 708,3 manat
Ağdam rayonu – 706,3 manat
Neftçala rayonu – 697,1 manat
Siyəzən rayonu – 690,6 manat
Salyan rayonu – 677,4 manat
Ucar rayonu – 663,1 manat
İmişli rayonu – 663,1 manat
Şahbuz rayonu – 659,1 manat
Kürdəmir rayonu – 656,6 manat
Sədərək rayonu – 655,2 manat
Naxçıvan şəhəri – 650,5 manat
Gəncə şəhəri – 649,9 manat
Qusar rayonu – 636,9 manat
Kəngərli rayonu – 602,9 manat
Ordubad rayonu – 598,6 manat
Şərur rayonu – 596,6 manat
Şamaxı rayonu – 594,6 manat
Naftalan şəhəri – 587,0 manat
Lənkəran rayonu – 575,0 manat
Ağsu rayonu – 572,7 manat
Ağcabədi rayonu – 562,7 manat
Samux rayonu – 560,0 manat
Şəmkir rayonu – 558,9 manat
Culfa rayonu – 557,5 manat
Qobustan rayonu – 549,1 manat
Xankəndi şəhəri – 542,9 manat
Xaçmaz rayonu – 542,7 manat
Oğuz rayonu – 541,3 manat
Göyçay rayonu – 541,1 manat
Şabran rayonu – 540,6 manat
Mingəçevir şəhəri – 540,0 manat
Zaqatala rayonu – 537,5 manat
Ağdaş rayonu – 534,1 manat
Biləsuvar rayonu – 530,7 manat
Quba rayonu – 529,5 manat
Tovuz rayonu – 528,6 manat
Cəlilabad rayonu – 525,1 manat
Tərtər rayonu – 520,4 manat
Daşkəsən rayonu – 516,6 manat
Xızı rayonu – 512,8 manat
Beyləqan rayonu – 510,9 manat
Saatlı rayonu – 507,3 manat
Bərdə rayonu – 507,2 manat
Yevlax rayonu – 503,9 manat
Masallı rayonu – 501,1 manat
İsmayıllı rayonu – 492,9 manat
Ağstafa rayonu – 484,0 manat
Balakən rayonu – 468,9 manat
Zərdab rayonu – 468,3 manat
Qax rayonu – 460,3 manat
Lerik rayonu – 458,1 manat
Sabirabad rayonu – 452,5 manat
Astara rayonu – 449,4 manat
Yardımlı rayonu – 430,0 manat

Tags:
 
Ardını oxu...
"Bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bu da 1 kq kərə yağının ölkəyə idxal qiymətinin 11 manat 93 qəpik olduğu deməkdir. Ancaq bu ilin ilk 4 ayında ölkə üzrə kərə yağının orta satış qiyməti 23 manat 59 qəpik olub. Yəni yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır".
Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

O xatırladıb ki, hazırda Moldovadadır və bu Şərqi Avropa ölkəsində marketlərdə kərə yağın 1 kilosunun qiyməti ortalama 12-13 manat arasındadır.
“Moldovada mal ətinin 1 kilosu isə 10-12 manat arası dəyişir”, - deyə iqtisadçı əlavə edib.
Qeyd edək ki, Moldovada orta aylıq maaş Azərbaycandan yüksəkdir.
 

Ardını oxu...
Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.

Gundeminfo.az “Xəzər TV”yə istinadən xəbər verir ki, Gəncə Gömrük İdarəsinin yaxınlığında, yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahtlığa çevrilməyə başlayıb.

Uzun müddətdir həllini tapmayan problem TIR sürücüləri ilə yanaşı, ətraf ərazidə yaşayanlar üçün də ciddi naratlığa səbəb olub.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir:

“Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb”.


Ardını oxu...
Xəbər verdiyimiz kimi, maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib. Belə ki, qurumun rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb. Bildirilir ki, Babayev böyük dəyişikliklərə hazırlıq görür. Sözügedən islahatlar isə bunun əyani sübutu kimi göstərilir. Ümumiyyətlə, S.Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərdiyi müddətdə də “qənaətcil məmur” kimi tanınıb. O, bu sahədə sistem yaratmağa çalışıb, şərtləri ağırlaşdırıb, nəzarəti artırıb.

Maliyyə Nazirliyindəki son islahatlar nə vəd edir?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, Maliyyə Nazirliyində islahatların olacağı gözlənilirdi:

“Sahil Babayevin bu nazirliyə rəhbər təyin olunması ilə sözügedən qurumda böyük dəyişikliklərin baş verəcəyi qaçılmaz idi. Məsələn, dövlət büdcəsində artıq qalan vəsait ilk dəfə ölkənin aparıcı banklarında yerləşdirildi. İndiyə qədər belə ənənə olmamışdı. Sahil Babayevin təyinatından sonra birinci dəfə 1 milyard manat, sonra iki dəfə ardıcıl olaraq 500 milyon manat qısamüddətli depozit şəklində banklara yatırıldı. Bu, həmin vəsaitlərin dövriyyəyə buraxılması və əlavə gəlir gətirməsi deməkdir. O ki qaldı strukturun özündəki dəyişikliklərə, əlbəttə, hər bir rayonda Maliyyə Nazirliyinin ayrıcı şöbəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bu mənada regional idarələrin yaranması təqdirəlayiqdir”.

İqtisadçı bildirib ki, son islahatlarla vəsaitlərin qənaətinə nail olunacaq və onların səmərəli idarə olunması təmin ediləcək:

“Artıq qalan vəsaitlərin passiv qalmaması, xərclərə əlavə nəzarətin tətbiq olunması və sair getdikcə vacib əhəmiyyət daşıyır. Çünki dünyada neftin qiyməti düşür, ölkədə neft hasilatı azalır. Bunların qarşılığında vəsaitlərə qənatə edilməlidir”.

Ağ Partiya sədri Tural Abbaslı qeyd edib ki, regional şöbələrlə bağlı qərarlar nazirliyin daxili idarəçiliyə hesablanıb:

“Bu da qənaət rejiminə keçid deməkdir. Lakin əhaliyə yönəlmiş addımlar daha önəmlidir. Sahil Babayevin bir müavinini başqası ilə əvəz etməsi sadə vətəndaşlara təsir etmir. Düşünmürəm ki, regional şöbələrin yaranması hansısa müsbət dəyişikliyə gətirib çıxarsın. Məsələn, nazirliyin cənub bölgəsindəki mərkəzini Lənkərana köçürürlər, nəticədə vətəndaş maliyyə ilə bağlı işini həll etmək üçün bura gəlməli olur. Bu da əlavə xərc deməkdir. Onsuz da iş problemi var. Belə ixtisarlar, mərkəzləşdirmələr işsizlərin sayını artır. Babayev yenə “qənaətcil nazir” görüntüsü vermək istəyir. Əminəm ki, gələcəkdə də oxşar addımlar atılacaq”.
 
Ardını oxu...
Milli Onkologiya Mərkəzi tərəfindən tibbi və sair avadanlıqların satın alınması məqsədilə elan olunmuş tenderin nəticələri açıqlanıb.
TEREF Fed.az-a xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.

Tenderin ümumi dəyəri 2.096.929,62 AZN təşkil edir. Müqaviləyə əsasən, “Azəri Med” MMC mərkəzin ehtiyaclarına uyğun tibbi cihazlar, diaqnostik avadanlıqlar və digər texniki vasitələrin təchizatını həyata keçirəcək.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.

Onu da qeyd edək ki, sözügedən şirkətin qeyri-rəsmi sahibinin deputat Kəmaləddin Qafarov olduğu deyilir.

Ardını oxu...
  

İraq rəhbərliyi ölkənin şimal-şərqində yerləşən İraq Kürdüstanı muxtar regionu rəhbərlərinin Amerika şirkətləri ilə bağladığı müqavilələri tanımalı və onlara hörmət etməlidir.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

Onun sözlərinə görə, bu barədə dövlət katibi Marko Rubio İraq rəhbərliyinə xəbərdarlıq edib: "Dövlət katibi Marko Rubio dedi ki, biz kürd muxtariyyətini və orada iş görən Amerika şirkətlərini dəstəkləyirik və İraq hökumətini firavanlıq və uğur üçün vacib olan bu iqtisadi həyat xəttinə hörmət etməyə çağırırıq. Biz inanırıq ki, Amerika-İraq maraqlarına və İraq-Kürd maraqlarına ən yaxşı şəkildə İraqın federal və inkişaf etmiş diplomatiyasının güclü və həyat qabiliyyətli Kürdüstanı xidmət edir."

O əlavə edib ki, Rubio Vaşinqtonda İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani ilə “ABŞ və muxtar bölgə arasında ticarət və investisiyaların artırılması perspektivlərini müzakirə etmək üçün görüşəcək”:

"Onun səfəri bizim ABŞ-ın İraq Kürdüstanı ilə münasibətlərini gücləndirmək istəyimizi nümayiş etdirir".

Onun sözlərinə görə, Bərzani "Amerika şirkətləri ilə İraq Kürdüstanında təbii qaz hasilatını genişləndirmək üçün irimiqyaslı müqavilələr imzalayıb: “Bu, İraqa öz daxili resurslarından istifadə etməyə və enerji müstəqilliyinə kömək edəcək, biz bunu artıq bir neçə dəfə müzakirə etmişik. Müqavilələrin dəyəri 100 milyard dollardan çoxdur. Biz bu sövdələşmələri dəstəkləyirik və Bağdad və Ərbili qaz hasilatının mümkün qədər tez həyata keçirilməsi üçün birgə işləməyə təşviq edirik". O əlavə edib ki, Bağdadın sövdələşmələrlə bağlı iddiaları hüquqi problemlər yarada bilər.

Qeyd edək ki, İraqın Neft Nazirliyi kürd region hökumətinin hərəkətləri Ali Məhkəmənin 2012 və 2019-cu illərdə çıxardığı və sonradan ölkənin Federal Kassasiya Məhkəməsi tərəfindən qüvvəyə minmiş qərarlarını pozduğunu bəyan edib.

Musavat.com

 
 
 
Ardını oxu...
Bu ilin ilk rübündə Azərbaycan xarici ölkələrdən 93,2 ton pambıq liflərindən hazırlanan və əsasən tibbi məqsədlər üçün istifadə olunan pambıq (vata) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən alınan pambığın (vata) bir kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,3 manat) olub.
Qeyd edək ki, Azərbaycan tibbi məqsədli pambığı əsasən Türkiyə (45,1 ton), Türkmənistan (17,3 ton), Çin (11,3 ton) və Rusiyadan (8,9 ton) idxal edir.
Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bu ölkələrə xam pambıq – daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk 3 ayında Azərbaycan Türkiyəyə 24,8 min ton, Türkmənistana isə 1,3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycan xam pambığı xarici ölkələrə 2,5 manata satır, daha sonra həmin ölkələrdən təmizlənmiş və təzyiqlə sıxılmış tibbi məqsədli pambıq (vata) alır.
 
Ardını oxu...
Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 2 milyon 351,3 min dollar olan 36 milyon 37,8 min ədəd toyuq yumurtası ixrac edilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,5 sent (təxminən 11 qəpik) olub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yumurta ixracı 14,5% azalıb. Belə ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycan xaricə 42 milyon 845 min ədəd yumurta ixrac edilib.
Qeyd edək ki, bu il ixrac edilən bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 28 faiz aşağı olub.
Yumurta ixracı 3 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Syerra-Leonəyə həyata keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinə – 30 milyon 218,4 min ədəd (1 ədədi – 10 qəpik);
ABŞ-yə – 5 milyon 27,4 min ədəd (1 ədədi – 15,8 qəpik);
Syerra-Leonəyə – 792 min ədəd (1 ədədi – 11 qəpik).
Xatırladaq ki, bu ilin ilk 3 ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.
 

Dünyapress TV

Xəbər lenti