Ardını oxu...
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.32 faiz artaraq 3,357 ABŞ dollarına enib.
İqtisadiyyat.az xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.08% artaraq 32.8 ABŞ dolları təşkil edib.

Ardını oxu...

Azərbaycanda tütün məmulatlarına (siqaretə) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 15,5 manata bərabərdir.

Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 4,3%-ni təşkil edir. Bu, həmçinin sözügedən rayonlarda təhsilə çəkilən xərclərdən təxminən 3 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yaşayan insanların adambaşına düşən aylıq təhsil xərci 5,3 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,5%-nə bərabərdir.

Qeyd edək ki, Azərbaycanda Abşeron-Xızı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlarda tütün məmulatlarına sərf olunan vəsait təhsilə sərf olunan vəsaitdən çox olub.

Azərbaycanın iqtisadi rayonlarında siqaretə və təhsilə sərf edilən adambaşına düşən aylıq xərc aşağıdakı kimidir:

Ardını oxu...
 

Ardını oxu...
 

Azərbaycanın turizm potensialı 5-8 iyun tarixlərində Koreya Respublikasının paytaxtında keçirilən Seul Beynəlxalq Səyahət Sərgisində (Seoul International Travel Fair - SITF) nümayiş etdirilir.

Koreya Respublikasının aparıcı turizm sərgilərindən biri olan “SITF” qlobal turizm peşəkarları üçün şəbəkələşmə, innovativ tendensiyaların öyrənilməsi və turizm sənayesində tanıtım imkanları yaradan dinamik platforma rolunu oynayır.

Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC və 5 yerli tərəfdaş tərəfindən təmsil olunur. Ziyarətçilərə Azərbaycanın mədəniyyəti, milli mətbəxi və təbiət turizmi ilə əlaqdar məlumatlar təqdim olunur.

Sərgi zamanı Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramin Həsənov milli stendimizi ziyarət edib.

Musavat.com

Ardını oxu...
Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan “Gəlir və Yaşayış Şəraiti Araşdırması” ölkənin ən kasıb şəhərlərini müəyyənləşdirib.

Son yüksək nəticə inflyasiyanın təsiri ilə yoxsulluq səviyyəsinin artdığı müşahidə olunub və nəticə bu mənzərəni açıq şəkildə göstərib.

Ən kasıb bölgə və şəhərlər: TR82 – Kastamonu, Çankırı və Sinop

Araşdırmaya əsasən, ən yoxsul nöqtə TR82 nöqtəsi elan olunub. Bu əraziyə daxil olan Kastamonu, Çankırı və Sinop şəhərləri var ən yoxsul 3 şəhər kimi qeyd olunub. Hər üç şəhərdə Türkiyənin Qara dəniz hissəsində yerləşir.

İstanbulda yoxsulluq rekord həddə
Ən yoxsul bölgələr arasında yeni qüvvə TR10 – İstanbul bölgəsi və TRA2 – Ağrı, Qars, İğdır və Ardahan bölgəsi gəlir. Bu səviyyələrdə yoxsulluq səviyyəsi 21,7% olaraq ölçülüb.

Yoxsulluğun ən az olduğu şəhərlər: Qaziantep, Adıyaman və Kilis
Ən aşağı yoxsulluq səviyyəsinə malik səviyyələr bunlar olub:

TRC1 (Qaziantep, Adıyaman, Kilis) – 10,4%
TRC3 (Mardin, Batman, Şırnak, Siirt) – 12,9%
TRC2 (Şanlıurfa və Diyarbəkir)
Digər tərəfdən, Hatay, Kahramanmaraş və Osmaniye şəhərlərinin daxil olduğu TR63 bölgəsində fevralın zəlzələsi səbəbi ilə məlumatlar toplana bilməyib.
 

Ardını oxu...

ABŞ Prezidenti Donald Tramp ölkənin əmək bazarı ilə bağlı may ayı üçün gözləniləndən daha yaxşı məlumatlar fonunda Federal Ehtiyat Sistemini (FED) əsas faiz dərəcəsini dərhal 1 faiz bəndi endirməyə çağırıb.

Musavat.com xəbər verir ki, bundan əvvəl Tramp dəfələrlə FED sədri Cerom Pauelli uçot dərəcəsini aşağı salmağa çağıran statuslar dərc edib. Tramp əvvəllər FED rəhbərini “cənab çox ləng” Pauell adlandırırdı və indi də öz yazılarında daim bu ifadədən istifadə edir.

Bu dəfə də Truth Social hesabından FED rəhbərinə hücum edib: "FED-də 'cənab çox ləng” fəlakətdir! Buna baxmayaraq, ölkəmiz əla işlər görür. Faizləri bir anda tam faiz bəndi aşağı salın, təsiri raket yanacağı kimi olacaq! Faktiki olaraq heç bir inflyasiya qalmayıb, amma geri qayıdarsa, onu saxlamaq üçün dərəcələri qaldırın. Çox sadə! Yüksık faizlər ölkəmizə sərvət bahasına başa gəlir. Borc xərcləri xeyli aşağı olmalıdır!"

O, həmçinin qeyd edib ki, “Avropa artıq 10 dəfə uçot dərəcəsini endirib, biz isə bir dəfə də olsun endirməmişik”.

Qeyd edək ki, FED keçən ilin sentyabr ayından etibarən faiz dərəcələrini 1 faiz bəndi azaldıb, ECB isə bu faiz endirmə tsiklində (2024-cü ilin iyunundan bəri) 5 iyunda səkkizinci dəfə (0,25 faiz bəndi) dərəcələri endirib.

Əmək Departamentinin məlumatına görə, may ayında ABŞ iqtisadiyyatında iş yerlərinin sayı 139 min nəfər artıb. Trading Economics-ə görə, analitiklər orta hesabla 130,000 iş yeri artımı proqnozlaşdırmışdılar. Yenidən işlənmiş məlumatlara görə, aprel ayında bu rəqəm əvvəllər bildirilən 177 min əvəzinə 147 min artıb.

ABŞ-da işsizlik may ayında gözlənildiyi kimi 4,2 faiz səviyyəsində qalıb.

 

Musavat.com

Ardını oxu...
2025-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

Bu barədə Hurriyyet.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 033,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib.

2025-ci ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 195 milyon manat proqnoza qarşı 13 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.
 
Ardını oxu...
Bakıda bir sıra mollarda parklanma bahalaşıb.
TEREF Operativ Media-ya istinadən xəbər verir ki, bir müddətdir "28 Mall", "Gənclik Mall"da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir.

Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.

Molların parkinqində yeni parklanma qiymətləri belədir:

0 saat - 1 saat 2 AZN

1 saat - 2 saat 3 AZN

2 saat - 3 saat 6 AZN

3 saat - 5 saat 8 AZN

5 saat - 7 saat 12 AZN

7 saat - 24 saat 20 AZN
 
Ardını oxu...
Altın fiyatları hızla yükseliyor. Güne yüksek başlayan gram altın adeta gün içinde ralli yaptı.
Ad loading
Uluslararası piyasalarda yaşanan hareketlilik Türkiye’de de altın fiyatlarını etkiledi. Altın geçen hafta yer yer düşse de yeni haftaya yüksek başladı

Geçen haftayı 4 binin üzerinde kapatan gram altın fiyatları yeni haftada yüksek seyrediyor.

Geçtiğimiz aylarda 4 bin 500'e yaklaşan gram altın dünden beri 4 bin 200'ün üzerinde ilerliyor. Uzun zamandır bu seviyler yaşanmamıştı.

Peki güncel altın fiyatları ne? 5 Haziran Perşembe günü saat 14:30 itibarıyla altın fiyatları şöyle:

ALTIN (TL/GR) % 1,31

ALIŞ(TL) 4.302,32

SATIŞ(TL) 4.302,80

Çeyrek Altın % 1,35

ALIŞ(TL) 6.969,00

SATIŞ(TL) 7.063,00

Altın (ONS) % 0,68

ALIŞ($) 3.395,16

SATIŞ($) 3.395,55

FIRSAT AYLARI
Ons altının 3 bin 100 dolar seviyesine inerse, gram altın da 3 bin 987 TL'yi bulacak. Bu seviye Türkiye'de uzmanların alım için işaret ettiği seviyeydi. Yani Chartered'ın tahmini gerçekleşirse, önümüzdeki 3 ay altın yatırımcısı için bir alım fırsatı olabilir.

Çünkü, sonrası için ivmenin yukarı döneceği tahmin ediliyor.

Analistler durumu, güçlü yükselişlerin ardından gelen geçici duraklama olarak yorumluyor. Yine, yatay hareketlerin, 2022'den bu yana büyük alıcıların fiyat hassasiyetine bağlı geliştiğine ve bu hareketlerin benzer bir tablo çizdiğine işaret ediyor.

Banka ise müşterilerini uyararak, uzun vadeli görünümde altının yine kazanç sağlayacağını bildirdi.

Bankacılık devi Chartered, Merkez bankalarının hız kazanan alım talepleri ile birlikte 6 ve 12 ay içinde ons fiyatının 3 bin 500 dolara ulaşabileceğini tahmin ediyor.

*Yatırım tavsiyesi değildir

Kaynak:Halk TV Ekonomi Servisi
 
Ardını oxu...
TikTok sosial şəbəkəsinin fenomenlərindən olan “Baboş”a son model “Range Rover” hədiyyə etməsi və cəng qızlarla olan videoları ilə məşhurlaşan spirtli içki istehsalçısı “Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun dövlətə vergi borcu artmaqda davam edir.

Tribunainfo.az xəbər verir ki, “Quseynoff” MMC-nin dövlətə olan borcu hazırda 175002.87 manatdır. Bir müddət əvvəl isə bu borc 166 105 AZN təşkil edirdi.
Şirkətin dövlətə olan borcunu niyə ödəmədiyi məlum deyil.
Qeyd edək ki, dövlətə olan vergi borcu artmaqda olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin TikTok fenomeni “Baboş”a avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.
Ardını oxu...
 

Ekspert: “Əvvəlki xaotik vəziyyəti təkrarlamadan metro ticarətində yenilik etmək olar”

2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən “Bakı Metropoliteni”ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib.

“Bakı Metropoliteni” hər ilin yekunu olaraq ziyanla işlədiyinə dair hesabatlar verir.  Ümumiyyətlə, “Bakı Metropoliteni”ndəki iqtisadi vəziyyət, metronun maliyyə durumu ilə bağlı mütəmadi olaraq cəmiyyətə şəffaf informasiyalar verilmir. Hesablamalar göstərir ki, “Bakı Metropoliteni” illik sərnişindaşımadan 60 milyon gəlir əldə edir. Qatarların köhnə olması, tez-tez ləngimələr və sair problemlər isə bitmək bilmir.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu 2023-cü ilin göstəricisindən 20,3% çoxdur.

Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6% çox) istifadə edib.

Xatırladaq ki, aprelin sonu Hesablama Palatasının rəsmi məlumatında bildirilmişdi ki, 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu günlərdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində isə qeyd edilib ki, ötən il Azərbaycanda dövlət büdcəsinə əmlak vergisi üzrə ödənişlərlə bağlı 364,7 mln. manat müəyyən edilmiş proqnoz 338,5 mln. manat icra edilib. Qeyri-neft-qaz sektorunun dövlət mülkiyyətinə aid müəssisələrinin büdcəyə ödənişlərinin real hesablamaların 81,8%-ni təşkil etməsi şəraitində, “Bakı Metropoliteni” QSC üzrə 0,6 mln. manata qarşı ödəniş olmayıb.

Ardını oxu...

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a şərhində bildirdi ki, “Bakı Metropoliteni”nin gəliri sırf sərnişin sayı ilə bağlıdır. Ekspert diqqətə çatdırdı ki, Bakı metrosunun alternativ gəlir mənbələri yoxdur: “Bu yaxınlarda "Bakı Metropoliteni"nin rəhbərliyi ilə iki dəfə görüş keçirilib. Bu görüşlərdə mən təklif etmişəm ki, metro stansiyalarında ticarət səliqəli formada olmaq şərtilə bərpa olunmalıdır. Məsələn, zəruri ehtiyaclar - çay, kofe, dərman vasitələri satıla bilər. Adətən axşam saat 10-dan sonra açıq aptek tapmaq müşkülə çevrilir. Stansiyalar isə gecə saat 12-yə qədər açıq olur. Odur ki, stansiyalarda apteklərin olması vətəndaşlara rahatlıq yarada bilər. Yolu kəsmədən, qışqır-bağır salmadan, əvvəlki xaotik vəziyyəti təkrarlamadan metro ticarətində yenilik etmək olar. “Bakı Metropoliteni”nin yeni rəhbərliyi bu məsələ ilə bağlı danışıqların aparıldığını bildirdi. İlkin mərhələdə “coffee shop” və s. olacaq. Bu da metro üçün gəlir hesab oluna bilər. Düşünürəm ki, bütün stansiyalarda bu imkanın yaradılması ildə ən azı bir qatarın yaxud vaqonun alınmasına kömək edə bilər. Ticarətdə yaxşı pul var. O vaxt Tağı Əhmədov yaxşı qazandı, yedi, dağıtdı, amma indi nəzarət altında ticarəti daha səmərəli şəkildə təşkil etmək olar ki, qazanan dövlət olsun, pul büdcəyə axsın. O ki qaldı “Bakı Metropoliteni”nin hesabatına, şəffaf hesabat gözləyirik. Biz ötən görüşdə bu barədə sual vermişdik. Rəhbərlik yaxın günlərdə hesabatın açıqlanacağını bildirdi. Bu isə o qədər də mürəkkəb proses deyil, sərnişinlərin sayı hesablanır, ümumi rəqəmdən metrodan güzəştli istifadə edən sərnişinlərin sayı çıxılır və gəlir hesablanır. Əlavə xərclər-əməkhaqqı, yeni stansiyaların tikintisi, layihələndirmə və s. isə dövlət tərəfindən qarşılanır. “Bakı Metropoliteni” hər zaman zərərlə işləyib. Yeni stansiyaların tikintisi illərlə vaxt aparıb. Son zamanlar Prezidentin tapşırığı ilə bir ilə bir stansiya tikilib, “Xocasən” stansiyası buna nümunədir".

Ekspert vurğuladı ki, yeni stansiyaların tikintisi, yeni vaqonların, qatarların gətirilməsi gözlənilir: “Bunun çox qısa müddətdə həll ediləcəyini demək çox çətindir. Köhnələr istismardan çıxarılmalı, yüzlərlə qatar, minlərlə vaqon alınmalıdır. Əsas sual budur ki, bu qədər vəsaiti birdən-birə xərcləmək mümkündürmü? Biz ekspertlər olaraq, görüşlərdə dəmiryolu infrastrukturu üçün qatar, vaqon və digər zəruri avadanlıqlar istehsal edən zavod tikilməsini təklif etmişik. Qatarların, vaqonların alındığı müəssisələrin Azərbaycanda nümayəndəliyi, yaxud filialı açıla bilər. Bildiyim qədər bu barədə razılaşma əldə olunub. Bu, həm vaxt, həm də əlavə maliyyə itkisinin qarşısının alınması, eyni zamanda yeni iş yerlərinin açılması deməkdir. Biz öz tələbatımızı ödədikdən sonra gələcəkdə istismar dövrünü başa vuran qatarları xətlərdən kənarlaşdıra bilərik. Digər tərəfdən, istehsal olunan qatarları, yaxud digər avadanlıqları digər ölkələrə sata bilərik. Dövlətin bununla bağlı planları var, müzakirələr aparılır”.

E.Muradlının fikrincə, metroda gedişhaqqı məsafəyə görə hesablanmalıdır: “Gedişhaqqı dövlət tərəfindən tənzimlənir. Lakin düşünürəm ki, dəmiryolu ilə sərnişindaşıma olduğu kimi, metro və avtobusla sərnişindaşımada da gedişhaqqı məsafəyə görə müəyyən edilməlidir. 2 dayanacaq yol gedən sərnişinlə 12 dayanacaq yol gedən sərnişin eyni məbləğdə gedişhaqqı ödəməməlidir. Bu, düzgün deyil. Fərqli yanaşma "Bakı Metropoliteni"nin özü üçün də faydalı ola bilər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”   

Dünyapress TV

Xəbər lenti