Ölkədə kərə yağı sürətlə bahalaşır –
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 3 min 727,2 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 11,7 manat (6,9 dollar) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 8,9 manat (5,2 dollar) olub.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, son bir ildə idxal olunan kərə yağının orta gömrük dəyəri 32,7% və ya 2,8 manat artıb.
Kərə yağı Azərbaycana əsasən aşağıdakı ölkələrdən idxal olunub:
İran – 1 620 ton (1 kiloqramının orta gömrük dəyəri 10,5 manat);
Yeni Zelandiya – 1 101 ton (12,5 manat);
Belarus – 232,9 ton (12,7 manat);
Hindistan – 210 ton (8,8 manat);
Ukrayna – 199,4 ton (8,7 manat);
Finlandiya – 80,7 ton (14,2 manat);
Almaniya – 70,8 ton (15,4 manat);
Səudiyyə Ərəbistanı – 67,8 ton (14,1 manat);
Fransa – 67,6 ton (15,5 manat);
Türkiyə – 49,7 ton (12,4 manat);
Belçika – 20,4 ton (15,4 manat).

Qeyd edək ki, dünya bazarlarında da kərə yağının qiyməti sürətlə artır. Dünyanın ən böyük süd məhsulları ticarət platformalarından biri olan “Global Dairy Trade”də (Qlobal Süd Məhsulları Ticarəti) 15 aprel tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 679 dollar olub. Bu, 1 kiloqram üçün təxminən 7,7 dollar və ya 13,1 manat deməkdir.
Bildirək ki, kərə yağının qiyməti indiyə qədər bu səviyyəyə yüksəlməyib. Məsələn, 5 il əvvəl – 2020-ci ilin aprel ayında 1 ton kərə yağının qiyməti 3 860 dollar idi.
Xatırladaq ki, Azərbaycanın kərə yağına olan tələbatı daxili istehsal hesabına tam qarşılanmır. Ölkənin illik kərə yağı tələbatı təxminən 45 min ton təşkil edir və bunun 15-16 min tonu hər il idxal olunur.
İdxal olunan məhsulun gömrük dəyərinin artması, yerli bazarda satış qiymətlərinə də birbaşa təsir göstərir. Məsələn, bu ilin yanvar ayında marketlərdə idxal olunan kərə yağının orta satış qiyməti 22,6 manat olduğu halda, mart ayında bu göstərici 23,3 manata yüksəlib.
İstər dünya bazarlarında qiymət artımı, istərsə də idxal xərclərinin bahalaşması daxili bazara da öz təsirini göstərməkdədir. Mövcud tendensiya onu göstərir ki, yaxın aylarda ölkə daxilində də kərə yağı qiymətlərində artım davam edə bilər.
Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycana Hindistandan 210 ton kərə yağı idxal olunub və bu məhsul digər ölkələrdən gətirilən kərə yağları ilə müqayisədə nisbətən ucuz başa gəlib.
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti