Ardını oxu...
  

Azərbaycanda da belə bir sistem yaradıla bilər - hüquqşünas rəyi

Xəbər verdiyimiz kimi, Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar. Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar “potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meyilləri barədə məlumatlar yer alacaq. Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə “soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.

Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran “Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir. Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Sistem daim təkmilləşir.

Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür. Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir. Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə “Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral “Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı” ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.

Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki, bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.

Azərbaycanda da belə bir məlumat bazası, süni intellektə əsaslanan sistem yaradıla bilərmi? Effektli olarmı?

Ardını oxu...

 Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər süni intellekt (Sİ) yalnız texnologiyanın deyil, həm də hüquq və etik müzakirələrin mərkəzində dayanır: “Britaniyada hüquq-mühafizə orqanlarının ”potensial qətlləri və qurbanları" öncədən müəyyənləşdirmək üçün məlumat bazası hazırlaması bu tendensiyanın bariz nümunəsidir. Bu sistem, süni intellekt alqoritmləri vasitəsilə insanların keçmiş davranışlarına və sosial vəziyyətlərinə əsaslanaraq onların gələcəkdə zorakı cinayətə qarışma ehtimalını qiymətləndirir. Məlumata görə, layihə “Qətllərin proqnozlaşdırılması” adı ilə başlayıb, lakin daha neytral səslənsin deyə “Risklərin qiymətləndirilməsi üçün məlumat paylaşımı” formasına salınıb".

Natiq Ələsgərov deyib ki, layihə çərçivəsində psixi sağlamlıq pozuntuları, məişət zorakılığı, intihara meyllilik, antropometrik göstəricilər və digər şəxsi məlumatlar toplanır: “Süni intellekt bu məlumatlar əsasında şəxsə aid risk dərəcəsi formalaşdırır. Burada məqsəd cinayət baş verməmiş, qarşısını almaqdır. Bəziləri üçün bu, təhlükənin qabaqlanmasıdır, digərləri üçün isə - şəxsi azadlıqlara təhdid kimi görünə bilər”.

Natiq Ələsgərovun sözlərinə görə bu sistemlə bağlı əsas tənqidlərdən biri şəxsin cinayət törətməmişdən əvvəl “cinayətkar” kimi qeydə alınmasıdır: “Bu yanaşmanı destopik hesab edənlər də az deyil. Bu gün Britaniyada ”Statewatch" kimi təşkilatlar iddia edirlər ki, yüz minlərlə britaniyalı haqda şəxsi məlumatlar artıq polis orqanlarının əlindədir. Halbuki bu şəxslərin əksəriyyəti heç bir cinayət törətməyib. Hesab edirlər ki, burada “təqsirsizlik prezumpsiyası” prinsipi təhlükəyə düşür. Belə sistemlər istər-istəməz müəyyən sosial qruplara qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər. Azərbaycanda belə bir sistemin qurulmasının mümkünlüyünə gəlincə, ölkəmizdə belə bir məlumat bazasının yaradılması texniki baxımdan mümkündür. Ölkədə rəqəmsallaşma sürətlə gedir, süni intellekt sahəsində də ilkin addımlar atılır. Lakin bu cür sistemin tətbiqi üçün bir neçə ciddi məsələyə aydınlıq gətirilməlidir. Şəxsi məlumatların qorunması haqqında qanunvericilik belə məlumatların yığılması və istifadəsi üçün aydın çərçivə yaratmalıdır. Alqoritmlərin qərar vermə mexanizmləri şəffaf olmalı, insan hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Cəmiyyəti də buna hazırlamaq, belə sistemin tətbiqi barədə ictimai müzakirə açmaq, vətəndaşlar məlumatlandırmaq, maarifləndirmək də vacibdir".

Natiq Ələsgərov deyib ki, sistemə nəzarət edən, sui-istifadə hallarını araşdıran və ictimai hesabat təqdim edən bir qurum da yaradılsa, heç bir problem yaranmaz: “Əgər bu cür sistemlər şəffaf, etik və hüquqi çərçivədə qurularsa, cinayətlərin qarşısının alınmasında faydalı ola bilər. Məsələn, məişət zorakılığı hallarını erkən müəyyənləşdirib müdaxilə etmək, intihara meylli şəxsləri zamanında yardımla təmin etmək mümkün ola bilər. Amma sistemin ”proqnozlaşdırıcı" xarakteri onu da göstərir ki, səhv ehtimallar və “etik xətalar” da qaçılmazdır. Süni intellektin hüquq-mühafizə orqanlarında istifadəsi, xüsusilə preventiv məqsədlə tətbiqi gələcəyin deyil, artıq bu günün reallığıdır. Lakin texnologiyanın imkanlarından istifadə edərkən insan hüquqları və azadlıqları unudulmamalıdır. Əks halda, texnologiya bizi qorumaq əvəzinə idarə etməyə başlayacaq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Ardını oxu...
"5 ay əvvəl 22 500 manata satdığım maşını 21 min manata alan yoxdur. Hamı ucuz olduğu üçün Çin avtomobilini alır".
Bunu Baku TV-yə açıqlamasında avtomobil alverçisi bildirib.

Onun dedikləri rəsmi statistikada da öz əksini tapır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkəyə gətirilən ənənəvi minik avtomobillərinin orta qiyməti 13 147 ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz çoxdur. Halbuki hibrid avtomobillərdə 40 faiz ucuzlaşma olub.

Belə ki, 2024-cü ilin ilk iki ayında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 32 178 dollar olsa da, 2025-ci ildə qiymət 19 304 dollara enib.

Bu il, həmçinin elektromobillərin qiyməti 7.4 faiz ucuzlaşıb. Əgər 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 42 241 dollar olubsa, 2025-ci ilin eyni dövründə qiymət 39 107 dollara düşüb.

Ekspert Eldəniz Cəfərov deyir ki, ucuzlaşma ölkəyə qanunsuz yollarla maşın gətirilməsi ilə bağlıdır:

"Rəsmi diler və distribütoru olan şirkətlər avtomobili 50 min manata satırsa, hansısa ölkələrin daxili bazarı üçün istehsal olunmuş maşınlar buraya gətiriləndə müxtəlif reklam kampaniyaları ilə iki dəfə ucuz qiymətə təklif olunur. Halbuki həmin avtomobillərin istehsalçı zəmanəti olmur".

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Süni intellekt (AI) bazarının 4,8 trilyon dollara çatacağı təxmin edilir ki, bu da Almaniya kimi bir ölkənin ÜDM-i ilə müqayisə oluna bilər. Üstəlik, bu texnologiyalar iş yerlərinin 40%-nə təsir edəcək.

"DogruXeber.az"" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) özünün yeni Texnologiya və İnnovasiya 2025 hesabatında bildirib. Qeyd edilib ki, süni intellektin böyük potensialına baxmayaraq, onun inkişafı inklüzivliyə zəmanət vermir.

Hesabat müəllifləri qeyd edirlər ki, süni intellektin ümumi bazar həcminin 2033-cü ilə qədər 4,8 trilyon dollara çatacağı proqnozlaşdırılır ki, bu da onu rəqəmsal transformasiyanın əsas hərəkətvericilərindən birinə çevirir. Bununla belə, süni intellekt infrastrukturuna və təcrübəsinə çıxış bir neçə ölkədə cəmləşib.

Əsasən ABŞ və Çindən olan cəmi 100 şirkət elmi-tədqiqat işlərinə qlobal korporativ xərclərin 40%-ni təşkil edir. Apple, Nvidia və Microsoft kimi böyük texnologiya nəhənglərinin hər biri 3 trilyon dollar dəyərində qiymətləndirilir və bu, bütün Afrika qitəsinin ümumi ÜDM-i ilə müqayisə edilə bilər.

Bazarın bu cür üstünlüyü texnologiya bölgüsünü dərinləşdirə bilər və bir çox inkişaf etməkdə olan ölkələri süni intellektdən məhrum edə bilər.

Süni intellektin dünya üzrə iş yerlərinin 40%-nə təsir edəcəyi və məhsuldarlığın artırılmasına kömək edəcəyi gözlənilir. Ekspertlər xəbərdarlıq edir ki, avtomatlaşdırma iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Avtomatlaşdırmanın faydaları çox vaxt işçilərə deyil, kapital sahiblərinə fayda verir ki, bu da sosial bərabərsizliyi artıra və inkişaf etməkdə olan ölkələrdə ucuz işçi qüvvəsinin rəqabət üstünlüyünü zəiflədə bilər. Bununla belə, süni intellekt təkcə iş yerlərini aradan qaldırmaq deyil, həm də işçilər üçün yeni sənayelər və imkanlar yaratmaqdır. Texnologiyanın insanları əmək bazarından sıxışdırmaq əvəzinə inkişafa kömək etməsini təmin etmək üçün işçi qüvvəsinin yenidən hazırlanması və uyğunlaşdırılması proqramlarına investisiya qoymaq lazımdır.
Ardını oxu...
 

NASA su və həyat axtarışı məqsədilə Mars planetinə helikopter göndərəcək.

Milli.Az xəbər verir ki, hazırlanan "Mars Chopper" adlı helikopterin ölçüsü yolsuzluq avtomobilinə bənzəyəcək.

Yeni helikopterin çəkisi 40 kiloqramdır və altı rotorla təchiz olunub. O, beş kiloqrama qədər avadanlıq daşıyaraq, üç kilometrə qədər məsafəni bir Mars günü ərzində qət edə biləcək.

Helikopterin əsas vəzifəsi marsoxodların çata bilmədiyi uzaq bölgələri araşdırmaqdır.

Ardını oxu...
Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb".

Bunu "Teleqraf"a açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib.

Onun sözlərinə görə, "Ayıq sürücü"nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşib:

"Ötən gün axşam saatlarında "Koroğlu" metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. "Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz" deyərək təhdid ediblər.

Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıblar. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər - bığ və saqqallarını qırxıblar".

Ə.Ucal söyləyib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib:

"Bu addım, "Ayıq sürücü"də iştirak edən şəxslərin - ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq, filmin ilkin versiyası "YouTube" platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox, uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan, abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib".

Ssenarist vurğulayıb ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur: "Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil. Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik".

Xatırladaq ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Sakinlər Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb ediblər.
 
Ardını oxu...
Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş lilometraj təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Bəs, avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir?
TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bəzi avtomobillərin VIN kodu var, amma yoxlananda heç bir məlumat çıxmır.

Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır.

Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər.

Belə hallara ən çox da ABŞ və Cənubi Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın.

Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də, servisində qalır.

Xaliq Əliməmmədov deyir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini müəyyən etmək mümkündür.

Ustalar deyirlər ki, avtomobilin yürüş məsafəsinin böyük olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüansların yoxlanılması vacibdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 

Ardını oxu...
 

Diaqnozun qoyulmasında bu imkan həkimi əvəzləyə bilərmi - onkoloqdan açıqlama

“Süni intellektin (Sİ) tibdəki töhfələri sürətlə artır. Xərçəng və digər ciddi xəstəliklərin erkən diaqnozu artıq 99%-ə qədər dəqiqliklə mümkündür. Məsələn, ECGMLP adlı yeni bir süni intellekt modeli tibbi görüntü və analiz nəticələrini təhlil edərək xərçəngi 98.57% dəqiqliklə aşkarlayır”. Musavat.com xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib. O bildirib ki, bu, həkimlərin təxminən 70-80% dəqiqliklə qoyduğu diaqnozlarla müqayisədə əhəmiyyətli üstünlükdür.

“Bundan əlavə, ağıllı saatlar, ağıllı üzüklər və digər geyinilə bilən texnologiyalar vasitəsilə nəbz, qan şəkəri və digər sağlamlıq göstəriciləri real vaxtda izlənilir. Süni intellekt infarkt, diabet və digər xəstəliklərin risklərini öncədən müəyyən edərək, insanlara erkən tədbir görmək imkanı yaradır. Bu texnologiyalar artıq hər kəs üçün əlçatandır və tibbin gələcəyini formalaşdırır”.

Diaqnoz məsələsində süni intellektə hara kimi inanmaq olar?

Ardını oxu...

 Nəsimi Qasımov

Tanınmış onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Artıq süni intellektdən diaqnoztikada müalicə taktikasının tutulmasında həkimlər istifadə edir. Ancaq həkimin öz fikri olmadıqda, dəqiqləşdirə bilmədikdə, konsilium qərar verə bilmədikdə süni intellektə müraciət edilir. Əgər həkim o informasiyanı qəbul edə bilsə, razılaşsa istifadə edir. Burada əsas rol həkimdədir, süni intellektdə deyil. Süni intellektdən necə istifadə olunur? Tutaq ki, süd vəzi xərçənginin mamoqrafiyasının cavabını veririk, amma aldığımız cavabdan qərar verə bilmirik. Bu zaman süni intellekt bazasına müraciət edirik. Süni intellekt bazasını yaradan laboratoriyalar var. Bizdə mamoqrafiyanın hələ ki süni intellekt bazası yoxdur, biz Türkiyəyə göndəririk, oradan da bir başqa yerə göndərirlər. Orada yüz minlərlə xəstənin bu cür şəkli var. O şəkilə görə süni intellektin beynində var ki, bu şəkil süd vəzi xərçəngidir, yoxsa deyil. Beynində olanlarla müqayisə edir. Mən tələbələrimə də göstərmişəm, bizə işıqfor kimi işarələr göndərir, yaşıl göndərirsə, bu xoşxassəli şiş deməkdir. Qırmızı -sarı göstərirsə, deməli burada bədxassəli şişin olmasına şübhə var. Sırf qırmızı göstərirsə, deməli bu bədxassəli şişdir. Süni intellekt bildirir ki, 93 faiz dəqiqliklə biopsiya alın. Yəni analiz götürün, özünüz qərar verin. Yəni deməyim odur ki, o həkimi əvəz etmir. Sadəcə həkimə köməkçidir. Çünki insan beyni nə qədər olsa da, süni intellekt onun 5-10 faizindən çoxunu verə bilmir. Qərarı insan verir, süni intellekt yox. Amma çətinliyə düşəndə süni intellektə müraciət etmək lazımdır”.

Həkim dünya milyarderi Bill Geytsin “Süni intellekt 10 il ərzində həkimləri və müəllimləri əvəz edəcək. İnsanlar çox şey üçün lazım olmayacaq” fikrinə də münasibət bildirib: “Bizim ölkədə 30 ildir deyirlər ki, orta məktəb müəlliminə ehtiyac yoxdur. Heç kim məktəbə getmir. Həmin o şagirdlərdən 10-u indi mənim tələbəmdir. Bunların heç əzbərlədikləri belə yadında deyil. Bura gəlmiş Amerika professoru ingilis dili dərsi keçəndə bu ağılda olan professorumuz zalda dedi ki, mən professoram tapşırığımı ver, gedim evdə oxuyum. O da cavabında dedi ki, dünya məktəb üzərində qurulub, məktəbsiz də, müəllimsiz də heç nəyi öyrənmək mümkün deyil. Baxın, onun kimiləridir, indi xəstələrdən 20 min alır, belə danışırlar”.

Onu da qeyd edək ki, son illərdə tibb sahəsində süni intellektin istifadəsi xərçənglə mübarizədə inqilabi addımlar atılmasına imkan yaradıb. Amma diaqnostika, müalicə planlaması və risk qiymətləndirməsində Sİ-nin rolu artdıqca, bu texnologiyaya haradək güvənilməsi sual altında qalır. Ekspertlərə görə, Sİ alqoritmləri mamoqrafiya, KT, MRT kimi tibbi görüntülərdə şiş toxumalarını həkimlərdən daha tez və daha həssas formada aşkarlaya bilir. Bu erkən müalicə imkanlarını artırır. Sİ minlərlə genetik məlumatı analiz edərək, xəstənin xüsusiyyətlərinə uyğun hansı terapiyanın daha effektiv olacağını təxmin edir. Xəstənin yaşı, genetikası, əvvəlki müalicə tarixçəsi və digər məlumatlara əsaslanaraq, Sİ daha personal müalicə planlarını nümayiş etdirir. Sİ xəstəliyin gedişatını proqnoz edir, fərdi riskləri qiymətləndirir və həkimə daha əhatəli və obyektiv məlumat bazası təqdim edir. Mütəxəssislər qeyd edir ki, süni intellektin təqdim etdiyi imkanlar yüksək olsa da, bununla yanaşı ehtiyatla yanaşılması vacibdir. Sİ alqoritmləri məlumatların keyfiyyətindən və öyrədildiyi mənbələrdən asılıdır. Bu, bəzən yanlış diaqnozlara yol aça bilir. Xəstə məlumatlarının məxfiliyi, avtomatik verilmiş qərarların məsuliyyəti və qeyri-obyektivlik (bias) riskləri müzakirə mövzularıdır.

Sİ yardımçı texnologiyadır, mütəxəssis həkimlərin biliyi, təcrübəsi və instinkti hələ də əvəzolunmazdır. Süni intellekt xərçənglə mübarizədə yeni imkanlar yaratsa da, onu birmənalı şəkildə etibar edilən yeganə vasitə hesab etmək düzgün deyil. Əlverişli yanaşma - həkim və süni intellektin sinerji şəklində işləməsidir. Bu yanaşma xəstənin daha səmərəli, təhlükəsiz və şəxsə xas müalicə almasına imkan yaradar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Süni intellektin inkişafı Avropa regionunun sosial modelini sarsıda bilər.
Bu barədə Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard bəyan edib.

İqtisadiyyat.az xəbər verir ki, onun sözlərindən "Bloomberg" agentliyi sitat gətirib.

Laqard etiraf edib ki, süni intellektin inkişafı əmək məhsuldarlığının artması üçün perspektivlər yaratmaqla yanaşı, ciddi risklər də daşıyır. Bu risklərdən biri əmək bazarındakı bərabərsizliyin artmasıdır. Süni intellekti daha effektiv şəkildə istifadə edə bilən işçilərə tələbat yüksələcək, bu texnologiyaları daha zəif mənimsəyənlərə isə maraq azalacaq.

Laqard qeyd edib ki, Avropa ölkələrindəki iş yerlərinin 23–29 faizi süni intellektin tətbiqi ilə avtomatlaşdırılma riskinə məruz qalır. Bunun nəticəsində Avropa İttifaqı ənənəvi olaraq yüksək səviyyədə qorunan iş yerləri ilə süni intellektin əmək bazarına gətirdiyi dəyişikliklər arasında balans tapmalı olacaq.

Bununla belə, Laqard vurğulayıb ki, Avropa süni intellekti elə tətbiq edə bilər ki, öz sosial modelini məhv etməsin. Lakin bunun üçün bərabərsizliyin artmasının qarşısını almağa yönəlmiş genişmiqyaslı investisiyalar tələb olunacaq.
 
Ardını oxu...
Məlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur.

AzPost xəbər verir ki, Kapital Bank-ın rəsmi saytında yayımlanmış məqalədə də etiraf olunur ki, 5 milyondan çox müştərisi olan bankın adı kiberdələduzluqda daha çox hallanır. Bildirilir ki, müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar.

O da qeyd olunur ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur.

Bankın rəsmi məlumatlarına görə 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub.

Mütəxəssislər hesab edir ki, daha çox təqaüdçü və büdcədən maaş alanlarda olan Kapital Bank kartlarının sahibləri bu sahədə az maarifləniblər. Eyni zamanda aparılan araşdırma zamanı bəlli olur ki, adıçəkilən bankın mobil tətbiqi təhlükəsuzlik baxımından çox aşağı səviyyədədir. Çünki, dələduzlar daha çox mobil tətbiq vasitəsilə müçtərilərin vəsaitini mənimsəyirlər.

SMS kodu daxil etmək kifayətdir ki, balansda olan pulu asanlıqla digər hesaba köçürmək mükün olsun.

Yəni, ikinci bir cihazdan daxilolma zamanı müştəriyə bu barədə hər hansı xəbərdarlıq belə olunmur. Yalnız müştəri özü tətbiqdə müvafiq bölməni yoxlayaraq tətbiqin neçə cihazda aktiv olduğunu görə bilər.

Digər banklarla müqaisədə Kapital Bank bu sahadə geridə qalır. Odur ki, dələduzların da asanlıqla seçdiyi bank siyahısında ilk yerdədir.

Pulu oğurlanan vətəndaşların böyük əksəriyyəti məhz Kapital Bankın mütəriləridir. Təbii ki, oğurlanan pul isə geri qayıtmır. Çünki bank bunu müştərinin məsuliyyəti hesab edir.

Təhlükəsizlik məsələlərinin zəif olması isə dələduzların işini asanlaşdırır.

Qeyd edək ki, son illər kibercinayətkarlıq halları kəskin şəkildə artıb. Müşahidələrə əsasən, banklar arasında kiberdələduzluq hallarına isə daha çox “Kapital Bank”da rast gəlinir.
 
Ardını oxu...
Hakerlər Hindistan Müdafiə Nazirliyinin məxfi sənədlərini oğurlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Print” məlumat yayıb.

Qəzetin yazdığına görə, hakerlər darknet-də T-90 tanklarının təkmilləşdirilməsi planlarını, Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatının (DRDO) layihələrini, həmçinin Hindistan Müdafiə Nazirliyinin çoxlu sayda sənədlərini satışa çıxarıblar.

Nazirlikdəki mənbələr nəşrə bildiriblər ki, oğurlanan sənədlər "ən azı dörd və ya daha köhnədir”. Mənbə bu faylların İnternet vasitəsilə Müdafiə İstehsalat Departamentinin zabitinə məxsus kompüterdən yükləndiyini irəli sürüb. Müdafiə Nazirliyinin sözçüsü haker hücumunu təsdiqləsə də, bunun "fərdi səviyyədə” baş verdiyini qeyd edib.

Qeyd olunur ki, oğurlanan sənədlərin əksəriyyəti satınalma hesabatları, texniki təqdimatlar, tender sənədləri və şəxsi məlumatların qeydləridir.
 

Dünyapress TV

Xəbər lenti