Ardını oxu...
Dronları məhv edə bilən lazer döyüş qurğusu Krım Respublikasında sınaqdan keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS-a pilotsuz uçan aparatların idarə edilməsi təlimləri üzrə ümumrusiya “Arxangel” layihəsinin yaradıcısı və rəhbəri Mixail Filippov məlumat verib.
“Biz 35 metrlik hədəfə qədər məsafədə lazer döyüş qurğusunun sınaqlarını keçirdik. Şüa 15 santimetr qalınlığında ağacı 5-6 saniyəyə dəlir, sonra isə daha iki və ya üç maneəni aşır”, - deyə o, agentliyə bildirib.
Filippov əlavə edib ki, silikat kərpic yeni bir şüa ilə təxminən bir dəqiqə ərzində, qalınlığı 10 santimetr olan metal isə birbaşa təsirdən təxminən 10 saniyə ərzində yanır.
Archangel layihəsinin rəhbəri kompakt qurğunun pilotsuz təyyarələrlə mübarizədə istifadə oluna biləcəyini də bildirib.
 
Ardını oxu...
Finlandiyanın “Nokia” şirkəti Aydan ilk mobil telefon zəngini edə bilməyib.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan mesajda deyilir. Məlumatda deyilir ki, “Nokia” Athena kosmik gəmisinin günəş panellərinin yerə endikdən sonra əhəmiyyətli güc məhdudiyyətləri səbəbindən Ayda ilk mobil telefon danışığını edə bilməyib".

Şirkət nümayəndələri aydınlaşdırıblar ki, panel Ayın üstündə uğursuz bucaq altında yerləşdirilib.
 
Ardını oxu...
ABŞ ölkəyə daxil olmaq üçün istifadə edilən GBP Go tətbiqini GBP Home-a dəyişdi. Ölkədə qeyri-qanuni olan türklər də daxil olmaqla immiqrantlar proqramdan pulsuz istifadə edə və ABŞ-ı tərk etmək niyyətlərini bəyan edə biləcəklər.

Demokrat.az xəbər verir ki, əks halda onlar məcburi şəkildə deportasiya olunacaqlar.

Almaniya qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün tədbirləri sərtləşdirərkən, ABŞ daha sərt təcrübəyə əl atdı.

Qeyri-qanuni mühacirləri qeyri-qanuni yolla geri göndərən Tramp administrasiyası indi də aralarında türklər də daxil olmaqla bir çox qeyri-qanuni immiqrantın telefonlarında tətbiqi “Deportasiya ərizəsi”, “CBP Home” olaraq yeniləyib.
 
 
 

Ardını oxu...
   

Qaz dolduran avtomobildə partlayış baş verib.

Hadisə paytaxtın Qaradağ rayonunda, avtomobil yanacaqdoldurma məntəqəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Qaradağ rayonunda minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb və yaxınlıqdakı kommunikasiya xətləri mühafizə olunub.

Baş verən bu hadisə avtomobillərə quraşdırılan qaz balonlarının təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Musavat.com "Xəzər Xəbər"ə istinadən bildirir ki, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xüsusilə taksi fəaliyyəti göstərən avtomobillərə sərfiyyatını azaldan qaz yanacağı avadanlıqları sonradan quraşdırılır. Bu səbəbdən də belə avtomobillərdə partlayış və yanğın riski, digər avtomobillərə nisbətən dəfələrlə çox olur.

Qeyd edilib ki, qaz avadanlıqları avtomobillərə qənaət məqsədilə quraşdırılır və onlar benzinlə işləyən maşınlara nisbətən yanacağa 50-65 faizə qədər qənaət edir.

Bəs avtomobilinə qaz avadanlığı quraşdıran sürücülər bədbəxt hadisələrin baş verməməsi üçün nələrə diqqət etməlidirlər?

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
“Telegram” Çeçenistan və Dağıstanda informasiya təhlükəsizliyi səbəbi ilə bloklanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov açıqlayıb.

Onun sözlərinə görə, bloklanma barədə qərar federal səviyyədə 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra qəbul edilib.

Qamzatov qeyd edib ki, təhdidlər aradan qalxarsa gələcəkdə messencerin bloku açıla bilər.
 
Ardını oxu...
Ötən il avqustun 15-də “Azrelekom” MMC ölkədə internet tariflərinin bahalaşmasının əsas səbəbi kimi istehlakçılara təqdim olunan minimal sürətin 100 Mbit/s təşkil edəcəyini açıqlamışdı.

“Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq”– deyə, açıqlamada bildirilirdi.

Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan etmişdi ki, internet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlayıb.

“...Nəticə etibarilə, müştərilər, o cümlədən istehlakçı üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib. Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”, - Dövlət Xidmətinin açıqlamasında qeyd olunurdu.

Bu araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə hər hansı açıqlama verilməyib.


İqtisadçı ekspert Toğrul Vəliyev bildirir ki, araşdırmalara kömək edə bilər: “Misal üçün, nazir Rəşad Nəbiyev öz sosial şəbəkə hesablarında qeyd edib ki, 2024-cü ildə ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 65.6 Mbit/stəşkil edib. Deyə bilərsiniz ki, bu illik ortadır və heç nə demir. Amma bununla bərabər "Ookla" analitik şirkəti də yanvar ayının nəticələrinə dair hesabatda qeyd edir ki, Azərbaycanda orta sürət 66-69 Mbit/s təşkil edir. Hələ qeyd etmək lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, "Ookla"-nın nəticələrində problem var, "internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur". Təxmin edirəm ki, təhrif olunma azalma yox, artım istiqamətində olur. Provayderlər sürəti göstərərkən, onu aşağı salsaydılar təəccüblü görsənərdi”.

İqtisadçı vurğulayır ki, heç ciddi araşdırma aparmadan xidmətlərin keyfiyyətinin ödənilən tarifə uyğun olmadığı aydın görünür: “Bəlli olmayan səbəbə görə statusu artmış qurum müvafiq sübutları hələ də toplaya bilmir. Yeri gəlmişkən, elə internet ilə bağlı elandan iki həftə sonra Xidməti Agentliyə çevirdilər və İqtisadiyyat Nazirliyindən çıxartdılar. Başqa tərəfdən, müvafiq bazarda faəliyyət göstərən şirkətlərin hesabatlarına baxarkən, təəccüblənməmək mümkün deyil. Düzdür, “Aztelekom” və “Baktelekom” heç 2023-cü ilə dair hesabatlarını belə paylaşmayıblar. Misal üçün, 2022-ci ilin hesabatına görə “Aztelekom”-un "ümumi, inzibati və digər xərcləri" birdən birə 33% artmışdı. Bunun müqabilində gəlirləri cəmi 8% artıb. Ona görə rəsmi olaraq zərəri də 2,5 dəfə artmışdı. Səbəb olaraq investisiyalar göstərilib, amma detallı məlumat verilməyib. “Baktelekom”-un isə sonuncu hesabatı ümumiyyətlə 2021-ci ilə aiddir”.

T.Vəliyevin sözlərinə görə, özəl şirkətlərə baxsaq görə bilərik ki, telekommunikasiya sahəsi mənfəət cəhətindən sərfəli bir sahədir: “Misal üçün, Delta Telekom 2022-ci ildə 82,3 milyon manatlıq dövriyyə (ƏDV-siz) ilə 35,6 milyon manat vergidən əvvəlki mənfəət əldə etmişdi. Nəticə etibarilə xalis mənfəəti satış dövriyyəsinin 35%-ni (!) təşkil etmişdi. 2024-cü ilin nəticələrinə görə ödədiyi vergi məbləği 2022-ci ilin təxmini səviyyəsində idi. Ona görə təxmin edə bilərik ki, ən azı mənfəəti də o səviyyədə qalmışdı. AG Telekom (KATV1) 2023-cü ilin nəticələrinə görə 9,24 milyon manat xalis mənfəət əldə edib. Müvafiq olaraq xalis satışlar ilə müqayisədə bu 25%-dir. Aaşağı olmasının səbəbi bəlkə də əlavə TV-xidmətlərinin göstərilməsi ilə bağlıdır. Digərlərinə dair məlumat tapmaq çətindir, amma təxmin edə bilərik ki, orada da mənfəət faizi eynidir”.

Ekspert vurğulayıb ki, müvafiq sahədə çalışan şirkətlər təxmini 25-35% xalis mənfəət əldə edirlər və prinsipcə pis yaşamırlar.

“Onlar hər hansı ciddi bir dəyişikliyin olmadığı halda birdən birə tarifləri artırmaq qərarına gəldilər. Bu sahəyə nəzarət edən qurumlar isə heç nə etmədilər”, - T.Vəliyev qeyd edib.
 
Ardını oxu...
  

"SpaceX" şirkətinin qurucusu İlon Mask Beynəlxalq Kosmik Stansiyadan səkkiz aydır geri qayıda bilməyən NASA astronavtları barədə sensasiyalı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Butç Uilmor və Sunita Uilyams hələ yarım il əvvəl "Dragon" kosmik gəmisi ilə Yerə qaytarıla bilərdilər, lakin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası buna qarşı çıxıb.

Oxu.Az xəbər verir ki, "SpaceX" şirkətinin qurucusu bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Astronavtlar orada cəmi səkkiz gün qalmalı idilər, lakin artıq səkkiz aydır ki, BKS-dədirlər. "SpaceX" altı ay əvvəl əlavə bir "Dragon" göndərib onları evə qaytara bilərdi, lakin Baydenin Ağ Evi (NASA yox) buna icazə vermədi", - deyə o bildirib.

Maskın sözlərinə görə, ABŞ-nin indiki Prezidenti Donald Tramp onların mümkün qədər tez qaytarılmasını istəyib və hazırda bununla bağlı işlər gedir.

Xatırladaq ki, "Boeing Starliner" gəmisi "Boeing" korporasiyası tərəfindən iyunun 5-də orbitə buraxılıb - bu, onun ilk pilotlu uçuşu olub. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olublar. İlkin olaraq onların BKS-də səkkiz gün qalmaları və iyunun 14-də qayıtmaları planlaşdırılırdı. Sonradan birləşmə zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Nəticədə NASA qərara alıb ki, astronavtlar "SpaceX"in "Crew-9" missiyası ilə 2025-ci ilin yazında Yerə qayıdacaqlar.

Onu da bildirək ki, bir müddət əvvəl Sunita Uilyams və Butç Uilmorun səhhətində problemlər yaranmışdı.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Ötən gündən başlayaraq "Asan imza" sistemi işləmir. Əslində ölkənin bütün identifikasiya sistemi, xeyli sayda vacib biznes və dövlət xidmətləri məhz “Asan imza” üzərində "oturub" desək, yanılmarıq. Yəni çox sayda vergi, bank, mühasibatlıq xidmətlərini əldə etmək üçün mütləq "Asan imza" olmalıdır.
İndi təsəvvür edin ki, iki gündür ki, bu sistem işləmir.
Asan imza vasitəsilə imzalama prosesini başa çatdırmaq , resurslardan və elektron xdimətlərdən istifadə etmək mümkün deyil. Bəzən də sistemin hədsiz yükləndiyi görsənir.
Adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki həll edə bilməyiblər.
Görəsən nə baş verib ? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib ? Kimdir günahkar?
Xatırladıram ki, Asan imza sistemi xarici şirkətə- Best Solution şirkətinə məxsusdur.
Hələlik nə bu imzanın sahibi Bes Solution şirkəti , nə də "Asan imza" şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.
Güman ki şikayətlər də çox olduğundan Best Solution şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də birdəfəlik xətdən ayırıb, qoşulmaq mümkün deyil.
Sadəcə biabırçılıqdır.
Prosesin nə qədər çəkəcəyi də bəlli deyil. Bütün bunlar isə doğru bir hal deyil, belə vəziyyət Azərbaycanın indiki inkişaf vəziyyətinə də uyğun olan bir yanaşma deyil.
Mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir.
Kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir.
Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əmək haqlarını verə bilməyiblər və s.
Sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kim ödəyəcək?
Ən maraqlısı odyur ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA çox yerə inteqrasiya olsa da, biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib.
E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əmək haqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız "Asan imza" ilə mümkündür.
Görəsən kimlər maraqlıdır ki, imza sektorunda alternativlik, rəqabətli mühit olmasın ?
SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə inteqrasiyasının başa çatmaması ilə bağlı da nə "Asan imza " sahibinin, nə Dövlət Vergi Xidmətinin, nə də RİNN-in açıqlamaları indiyədək yoxdur.
Osman Gündüz
TEREF
 
Ardını oxu...
Son zamanlar sakinlərin ən çox qarşılaşdıqları problemlərdən biri internet provayderləri ilə bağlıdır.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, xüsusən yeni binalarda sakinlərin internet provayderlərini seçmək imkanı məhdudlaşdırlır.

Sakinlərin üzləşdiyi problemləri araşdıran İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bəyan edir ki, qanuna əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
2025-ci ilin ən etibarlı 10 avtomobili reytinqdə liderliyi yapon brendləri tutub. Avtomobilin etibarlılığı sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən əsas amildir. Avtomobil alarkən bu aspektə diqqət yetirmək vacibdir, çünki etibarlı avtomobil qəza ehtimalını azaldır və təmirə qənaətinizə kömək edir.

AzPost-un məlumatına görə, mütəxəssislər araşdırma apararaq 2025-ci ilin ən etibarlı avtomobil modellərinin reytinqini tərtib ediblər. Reytinq qəza testinin nəticələri də daxil olmaqla bir sıra amillərə əsaslanıb. Yapon brendləri reytinqin lideri oldular.

Mütəxəssislərə görə 2025-ci ilin ən etibarlı 10 avtomobili:

• Nissan Sentra

• Toyota Camry

• Subaru Crosstrek

• Subaru Forester

• Toyota RAV4 PHEV

• Toyota Highlander Hybrid

• Lexus NX 350h (və 450h+)

• BMW X5 (və X5 PHEV)

• Tesla Model Y

• Ford Maverick
 

Dünyapress TV

Xəbər lenti