Ölkəmizin elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Məlumatda deyilir: “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (XRİTDX) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı 03.05.2022-ci il tarixindən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır. XRİTDX dövlət və qeyri-dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşlarımızı diqqətli və ayıq olmağa çağırır”.
29 avqustda NASA Aya raket buraxılmasını planlaşdırır Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə üçün əsas tarix hesab edir qurumun sözçüsü Mayk Sarafin deyib. “29 avqust bizim üçün əsas tarixdir, biz Şərq sınaq poliqonunu bunun üçün ayırmışıq”. Məlumatda həmçinin qeyd olunub ki, raket avqustun 18-də buraxılış meydançasına çatdırılacaq, bundan sonra raketin buraxılışdan əvvəl hazırlanması və onun çənlərinin yanacaqla doldurulmasına başlanılacaq. NASA-nın məlumatına görə, daşıyıcı raket Floridadakı Kennedi Kosmik Mərkəzindəki “Launch Complex 39B”dən buraxılacaq.