Ardını oxu...
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H.Cavid küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ceyranbatan Bələdiyyəsindən narazılıqlarını bildirirlər:

“Biz, sakinlər, artıq cana doymuşuq. Bu, sizə göndərdiyimiz videodan da açıq-aydın görünür. Ərazidə hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur.

Hara şikayət edirik, "büdcədə pul yoxdur" deyirlər. Abşeron Rayon İcra Hakimiyyəti də məsələyə laqeyd yanaşır.

Qeyd edək ki, hər dəfə yağış yağanda da evləri, həyət-bacanı su basır. Aidiyyəti qurumların isə yalnız cavabı bu olur ki, "vəsait yoxdur". Axı, insana belə zülm vermək olmaz. Biz sakinlər nə edək? Bataqlıqda xəstəlik tapaq?

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bizə kömək edilsin”.

Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi təqdim edirik:

 
Ardını oxu...
"Bolmart" kimi nüfuzlu ticarət şəbəkəsi də vaxtı keçmiş məhsul satması ilə müştərilərinin narazılığına səbəb olub. "DİA-AZ" bu barədə sosial şəbəkələrə istinadla xəbər verir.

Belə ki, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında başına gələnləri nəql edən Fuad adlı istifadəçi belə yazır:

" "Bolmart"dan konfet almışam. Xarab çıxıb... qaytarmışam.

Marketiun filial rəhbərliyi üzrxahlıq da eləmədi... Elə bil belə də lazımdır. Müştəriyə xidmət təfəkkürü formalaşmayıb hələ... Brend olmagla iş bitmir..."
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prokuror 7 jurnalistin hər birinə 11-12 il azadlıqdan məhrumetmə cəzası istədi
“AbzasMedia” işi üzrə həbsdə olan jurnalistlərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Mayın 20-də məhkəmədə prokuror çıxış edərək, 7 jurnalistə cəza istəyib.
Bizimyol.info xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyilə keçirilən məhkəmə prisesində dövlət ittihamçısı qismində prokuror Rauf Malışov çıxış edib. O bildirib ki, jurnalistlərə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, sənəd saxtakarlığı, vergidən yayınma ittihamları məhkəmədə sübuta yetirilib.

Prokuror təqsirləndirilən jurnalistlərdən “AbzasMedia” saytının həmtəsisçisi Ülvi Həsənovun 12 il, baş redaktor Sevinc Vaqifqızının (Abbasova) 11 il, direktor müavini Məhəmməd Kekalovun 11 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın 11 il, Azadlıq radiosunun əməkdaşı Fərid Mehralızadə və “Turan” informasiya agentliyinin redaktoru Hafiz Babalının 12 il azadlıqdan məhrum edilməsini istəyib. Onlara əlavə cəza olaraq, 3 il də vəzifə tutmaq hüququndan məhrumetmə cəzası verilməsini təklif edib.

Prokurorla yanaşı, Dövlət Vergi Xidmətinin nümayəndəsi də çıxış edib. Nümayəndə mülki iddianın təmin olunmasını istəyib. Qeyd edək ki, “AbzasMedia”nın 64000 manat vergidən yayınması ilə əlaqədar mülki iddia qaldırılıb.

Prokurorun çıxışı ilə əlaqədar vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Hakim Rasim Sadıxov vəkillərə iyunun 10-na qədər vaxt verib.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, daha sonra baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də jurnalistlər Nərgiz Absalamova, dekabrın 13-də jHafiz Babalı, yanvarda Elnarə Qasımova, mayda isə Fərid Mehralızadə barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra əlavə maddələrlə yeni ittihamlar elan edilib.

Jurnalistlər bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.
 
Ardını oxu...
  

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kəlbəcər rayon Yanşaq kənd sakini 1961-ci il təvəllüdlü İsmayıl Mirzəyev yolu keçmək istəyərkən onu avtomobil vurub.

O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.**report.az

 
 
 
Ardını oxu...
  Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyyat şəhadətnaməsində bu söz yazılmış avtomobili isə digər şəxsin adına keçirilməsinə icazə verilmir.

Musavat.com avtosfer.az-a istinadla xəbər verir ki, avtomobilin qeydiyyat şəhadətnaməsində "müvəqqəti" sözünün yazılması qanunda nəzərdə tutulub. Lakin qeyd edilən bu söz ilkin qeydiyyata alınmış bütün avtomobillərə şamil edilə bilməz. Ümumiyyətlə "müvəqqəti" sözünün nəyə görə  yazıldığını izah edək. Sənədlərində bu söz yazılmış avtomobilin özgəninkiləşdirilməsi (digər şəxslərə satılması) qadağan edilir və 3 ay ərzində İnterpol vasitəsilə nəqliyyat vasitəsinin oğurluq olub-olmaması yoxlanılır. Amma ölkəyə gətirilmiş bütün avtomobillərə şamil edilməsi ona görə nəzərdə tutulmayıb ki, xarici ölkədən alınan avtomobil oradan rəsmi şəkildə qeydiyyatdan çıxarılır və ona rəsmi qaydada tranzit nömrə verilir. Əgər avtomobil oğurluq olsa xarici ölkənin qeydiyyat orqanı avtomobili qeydiyyatdan çıxarmaz və ona heç bir halda tranzit nömrə verməz. Onlar tranzit nömrə verərkən avtomobilin oğurluq olub-olmamasını, cinayətdə iştirak edib-etməməsini hər bir halda yoxlayırlar. Necə ki, bizim ölkədə kimsə digər şəxsə maşın satan zaman Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində və şöbələrində sistem vasitəsilə bunu yoxladıqları kimi, xarici ölkənin qeydiyyat orqanları da bu məlumatları yoxlayıb qeydiyyat əməliyyatlarını həyata keçirirlər.

Bəs "müvəqqəti" sözü hansı halda yazıla bilər?

Bir şəxs xarici ölkədə sürdüyü maşını qeydiyyatdan çıxarmayaraq həmin ölkənin nömrəsi ilə Azərbaycana gətirir və burada sürür. Sonradan fikrini dəyişib Azərbaycanda qeydiyyata qoymaq istəyərkən, həmin avtomobili qeydiyyata alırlar və qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazırlar. Bundan sonra isə İnterpol vasitəsilə həmin avtomobilin oğurluq olub-olmamsı, cinayətdə iştirak edib-etməməsi və ya üzərində hər hansısa bir axtarışın olub-olmaması araşdırılır.


Ardını oxu...
  

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Daha sonra isə Elgünün ölümü ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb.

Musava.com xəbər verir ki, RTV çəkiliş komandası Elgünün ailəsinin evinə yollanıb.

Daha ətraflı videoda izləyə bilərsiniz:

 
 
 
Ardını oxu...
Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

Globalinfo.az xəbər verir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.

Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb. “Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon manat verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir.

Ardını oxu...
 

İstanbulda 15 yaşlı oğlan ticarət mərkəzindəki bir restorana hücum edib.

Hücum zamanı restorandakı müştəriləri bıçaqla hədələyib və qovub.

Oğlana bir nəfər stulla müdaxilə edərək onu zərərsizləşdirib.

Həmin anları təqdim edirik:

News24.az


 
Ardını oxu...


Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.
 
Ardını oxu...
Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəricilərindən biri onların məzunlarını əmək bazarına nə dərəcədə uğurla inteqrasiya edə bilməsidir. Universitetlərin yalnız diplom təqdim edən qurum deyil, real iş bacarıqlarına malik mütəxəssislər hazırlayan strateji mərkəz kimi çıxış etməsi, onların cəmiyyətə və iqtisadi sistemə verdiyi töhfənin başlıca meyarına çevrilib. Bu səbəbdən son illərdə ali təhsil müəssisələrinin qiymətləndirilməsində məzunların işlə təmin olunma göstəriciləri xüsusi əhəmiyyət kəsb edir.

TEREF xəbər verir ki, Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi"nə əsasən ölkədə fəaliyyət göstərən 31 universitetin məzunlarının məşğulluq reytinqini araşdırıb.

Reytinqə görə, 2018-2022-ci illər ərzində 31 universitetdə 366 ixtisas üzrə 103 min 396 məzunun 60 min 260-ı, təxminən 58.3 faizi işlə təmin olunub.

Məzunları ən çox iş tapan universitetlər

Məzunların məşğulluq reytinqinə görə ilk pillədə Bakı Ali Neft Məktəbi gəlir. Universitetdə 4 il ərzində 535 məzunun 402-si, yəni 67.3 %-i işlə təmin olunub. Məzunların böyük əksəriyyəti ixtisasları üzrə özəl və dövlət neft şirkətlərində çalışır.

Siyahıda ikinci yeri ADA Universiteti tutur. Universitetdə 4 il ərzində məzun olanların yarıdan çoxu - 53.5 %-i işlə təmin olunub. Bundan başqa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetlərinin məzunlarının 50 faizdən çoxu məzun olduqdan 2 il müddətinə iş tapır.

Ölkənin aparıcı digər ali təhsil ocaqları hesab edilən Dövlət İdarəçilik Akademiyası 49.2%, Azərbaycan Turizm və Menecment Universiteti 49.1%, Azərbaycan Dövlət Pedaqoji Universiteti 48.1%, Milli Aviasiya Akademiyası 46.6%, Azərbaycan Memarlıq və İnşaat Universiteti 46.1% göstərici ilə məzunları ən çox iş tapa bilən universitetlər sırasındadır.

Məzun sayına görə illlərdir ölkədə lider statusunda olan Bakı Dövlət Universitetində 4 il ərzində 14 min 524 nəfər məzun olub ki, onların da 8 min 174-ü məzun olduqdan sonra iş tapa bilib. Bu da ümumi göstəricinin 40.2 % deməkdir.

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi

Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası 45.2%, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 40.3%, Bakı Musiqi Akademiyasında isə 39 % məzunu universiteti bitirdikdən sonra iş tapa bilib.

İdman sahələri üzrə mütəxəssis yetişdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bu göstəridi 42.6% təşkil edir.

Region universitetləri

Region universitetlərində isə məzunların məşğulluq üzrə reytinqləri aşağıdakı kimidir:

Sumqayıt Dövlət Universiteti - 43.2%
Lənkəran Dövlət Universiteti - 47.5%
ADPU Quba filialı - 43.1%
Mingəçevir Dövlət Universiteti - 42.4%
Naxçıvan Dövlət Universiteti - 39.2%
Azərbaycan Dövlət Aqrar Universiteti - 39.0%
Naxçıvan Müəllimlər İnstitutu - 30.6%

Tədqiqatlar onu göstərir ki, özəl universitetlərin məzunlarının işlə təmin olunmasında dövlət universitetləri ilə müqayisədə ciddi fərq yoxdur.

Özəl universitetlər

Özəl universitetlərin məzunlarının ortalama 40,4 %-i işlə təmin olunub. Özəl universitetlər arasında məzunların məşğulluq reytinqində liderliyi Bakı Biznes Universitetinə aiddir. Universitetin məzunlarının 4 il ərzində 46.4% iş tapa bilib.

Bundan başqa Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 44.9%, Xəzər Universiteti 44.7%, Azərbaycan Texniki Universiteti 43.0%, Bakı Mühəndislik Universiteti 40.8%, Azərbaycan Universiteti 38.7%, Bakı Avrasiya Universiteti 35.9%, Azərbaycan Texnologiya Universiteti 34.7%, Bakı Qızlar Universitetində isə bu göstərici 34.5%-dir.

Reytinqdə ən sonuncu gələn universitet

Siyahıda olan universitetlər arasında məzunları ən az iş tapan universitet Bakı Slavyan Universitetidir. Belə ki, 4 il ərzində universitetdən məzun olan 671 tələbə iş tapa bilib ki, bu da universitetlər arasınnda reytinqdə 26.2% səslə ən aşağı reytinq deməkdir.

Ümumilikdə məzun olanların 25,4 % (14 min 495 nəfər) dövlət, 84,6 % (42 min 469 nəfərr) özəl sektorda çalışır.
2018-2022-ci illərdə əmək bazarına keçid edən məzunların ixtisaslarına baxdıqda, bir sıra sahələrin digər sahələrə nisbətən daha çox tələbat gördüyü aydın olur. Ən çox işlə təmin olunmuş məzunlar aşağıdakı ixtisaslar üzrə təhsil alan şəxslər olub:

1. İqtisadiyyat - 2,554 nəfər
2. Maliyyə - 1,806 nəfər
3. Mühasibat uçotu və audit - 1,746 nəfər
4. Menecment - 1,574 nəfər
5. Sənayenin təşkili və idarə olunması - 1,515 nəfər
6. Biznesin idarə edilməsi - 1,331 nəfər
7. Dünya iqtisadiyyatı - 1,315 nəfər
8. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 1,096 nəfər
9. Bədən tərbiyəsi və idman - 1,044 nəfər
10. Hüquqşünaslıq - 868 nəfər

Məzunların əksəriyyəti isə aşağıdakı sahələr üzrə çalışır:

1. Mərkəzi Bank və maliyyə sektorunun fəaliyyəti - 3,346 nəfər
2. İxtisaslaşdırılmamış mağazalar - 2,334 nəfər
3. İxtisaslaşdırılmamış topdansatış - 1,918 nəfər
4. Ümumi xarakterli dövlət idarəetməsi - 1,797 nəfər
5. Restoran və ictimai iaşə xidməti - 1,705 nəfər
6. Ümumi orta təhsil (ikinci dərəcəli məktəblər) - 1,683 nəfər
7. Ali təhsil müəssisələri - 1,396 nəfər
8. İxtisaslaşdırılmış mağazalar - 1,303 nəfər
9. Digər xidmət və idarəetmə sahələri - 1,146 nəfər
10. Sosial proqramların idarə edilməsi - 887 nəfər
 

Dünyapress TV

Xəbər lenti