Qumar oyunları təşkil etmə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqada ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) həbsdə saxlanılma müddəti uzadılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorun təqdimatı əsasında belə qərar qəbul edilib.
Məhkəmə ağır cinayətlə bağlı əlavə sübutların toplanmasını zəruri hesab edib. Bu əsasla təqsirləndirilən şəxs daha 3 ay həbsdə qalacaq.
Baqiyev isə istintaq dövründə həbsdə qalmaq istəmir. Amma onun verdiyi şikayət apellyasiya instansiyasında rədd edilib.
İttihama görə, Yusif Baqiyev qanunsuz qumarxana şəbəkəsi quraraq bu yolla ümumilikdə 161 milyon manat məbləğində gəlir əldə edib. Hazırda onun barəsində Baş Prokurorluq tərəfindən aparılan ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, “qumar kralı” kimi tanınan Yusif Baqiyev Yasamalda yerləşən “Nuxa” restoranının da sahibi olub. Bir neçə ay əvvəl adıçəkilən restoran yanğın təhlükəsinə görə bağlanıb.
Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri mütəmadi davam edir.
Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.
Xalq-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.
Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.
2011-cü ildən icra hakimiyyəti başçısı olan 70 yaşlı Alı Alıyev 14 ildir ki, vəzifədədir.
Alı Nüşrəvan oğlu Alıyev 4 yanvar 1955-ci ildə anadan olub.
Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır.
1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır.
2011-ci ildə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Alı Alıyev Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2014-cü il ildə Alıyev Alı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.
İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
Bakının Nəsimi rayonunda yeni park salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq. BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni istirahət parkının salınması ilə hazırlıqları başa çatdırıb.
İcra Hakimiyyəti parkın layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini 2.387.833,84 manata hazırlayacaq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
TEREF xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib. İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu. İlqar Quliyev ölkə göndəmində müzakirə edilən cinayət işləri, o cümlədən sonuncu dəfə “Şlyapa Zahid”in işini araşdırıb. O, külli miqdarda rüşvətdə ittiham olunan “Şlyapa Zahid”i azadlığa buraxmış, həmin hökm bir neçə ay sonra ləğv edilmiş, Zahid Niftəliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir.
"DogruXeber.az" İTV-yə istinadən xəbər verir ki, “Sovetski” adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.
Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır.
Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: “İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur”.
68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: “Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır”. Söküntü işləri ilə bağlı yaradılan komissiyadan isə bildirilib ki, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 206 ailə ilə razılaşma əldə olunub. Həmçinin qeyd edilib ki, aparılan söküntü işləri məcburi deyil.
Alış-veriş zamanı bəzən rast gəldiyimiz ən yayğın narahatlıqlardan biri məhsulun kassada göstərilən qiyməti ilə etiketdəki qiyməti arasında fərqin olmasıdır. Müştəri kassaya yaxınlaşdıqda qarşılaşdığı fərqli yüksək məbləğ narazılıq yaradır.
Bəs belə hallarda hüquqi məsuliyyət kimdədir və alıcı nə edə bilər?
İqtisadçı ekspert Xalid Kərimli mövzunu həm hüquqi, həm də praktiki baxımdan izah edib:
İqtisadçının sözlərinə görə, alıcı etiketdə hansı qiyməti görürsə, kassada da həmin qiyməti ödəməlidir:
“İki qiymət arasında fərq olmamalıdır. Çünki etiketdə yazılan qiymət alıcını alqı-satqıya dəvət edən təklif sayılır. Bu isə müqavilə hüququ çərçivəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində tənzimlənir. Mağaza etiketdə göstərilən qiymətə məhsulu müştəriyə satmağa məcburdur. Əgər qiymət dəyişibsə, lakin texniki səbəbdən etiket yenilənməyibsə, ya məhsul geri qaytarılmalıdır, ya da reputasiyasını qorumaq istəyən mağaza məhsulu köhnə qiymətlə satmalıdır”.
Xalid Kərimli əlavə edib ki, bir çox mağazada qiymətlər mərkəzləşdirilmiş sistemlə yenilənir. Bu dəyişikliklər etiketlərə vaxtında əks etdirilmirsə, bu artıq mağazanın məsuliyyətidir:
“Mağazalar qiymət yenilənməsi prosesinə ciddi nəzarət etməlidir. Əgər müştəri kassada etiketdən fərqli qiymətlə qarşılaşır və bu fərqlə razılaşmırsa, məhsulu almaqdan imtina edə və geri qaytara bilər. Nəzərə almaq lazımdır ki, hər müştərinin alış-veriş üçün planlaşdırdığı büdcəsi var və qiymət fərqi bu planı poza bilər”.
İstehlakçı hüquqları ilə bağlı məsələyə də toxunan ekspert bildirib ki, belə hallarda vətəndaş ilk növbədə problemi mağaza rəhbərliyindən həll etməyi tələb etməlidir:
“Əgər qiymət fərqi ortadan qaldırılmırsa, müştəri aldığı məhsulu geri qaytara bilər. Problem mağaza daxilində həll olunmadıqda isə vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şəkildə müraciət edə bilər. Əgər burdan da narazı qalarsa, məhkəməyə müraciət etmək hüququ var. Amma adətən inzibati orqanlar bu məsələlərə daha operativ reaksiya verirlər”. Günay
Azərbaycanda 10 ildən çox biznes həyatı olur və müxtəlif bizneslər (Sayt.az, "Portmanat", azscore.com, fly.az) qurur.
2018-ci ildə ABŞ-a köçmək qərarı verir və 7 ildir ki, karyerası bu ölkədə davam edir. Orda bizneslərə yatırımlar edir. Azərbaycandakı bizneslərindən də davam edənləri var. Eyni zamanda ABŞ-nin ən böyük bankı olan “JP Morgan”da baş İT mütəxəssisi olaraq çalışır.