Ardını oxu...
Rusiya hava yollarına məxsus "Boeing 747" nasazlıq səbəbindən təcili eniş etməyə hazırlaşır.
Ajans.az xəbər verir ki, məlumatı rus saytları yayıb.

Təyyarənin Şeremetyevo hava limanına eniş edəcəyi gözlənilir.

Telegram kanalının məlumatına görə, Anadıra uçan təyyarə hazırda yanacaq yandırmaq üçün Moskva üzərində dövrə vurur . Paytaxtdan havaya qalxdıqdan bir müddət sonra təyyarədə problemlər yaşanmağa başlayıb. Kapitan Şeremetyevoya qayıtmaq qərarına gəlib.

Məlumata görə,təyyarənin göyərtəsində 282 sərnişin var.
 
Ardını oxu...
Mingəçevirdə şagirdlərin həyatı təhlükə altındadır: İlan təhlükəsi ilə bağlı ciddi tədbirlər görülməlidir

Son günlərdə sosial şəbəkələrdə yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, Mingəçevir şəhərində yerləşən bəzi yaşayış binalarının bloklarında sürünənlərin, daha dəqiq desək, ilanların görünməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar ictimaiyyətin böyük diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.
Ardını oxu...
Sosial şəbəkə istifadəçilərinin yazdıqlarına əsasən, bu təhlükə artıq təhsil müəssisələrinə də sirayət edib. Belə ki, Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin direktoru Mənsur Həsənov sosial media platformasında verdiyi açıqlamada məktəbdə 3 ilan öldürüldüyünü qeyd edib. Bu fakt isə artıq vəziyyətin sadəcə fərdi evləri və ya yaşayış binalarını deyil, birbaşa müəssisələri və xüsusilə azyaşlı uşaqların təhsil aldığı məktəbləri də təhdid etdiyini göstərir.

Apardığımız araşdırmalardan məlum olub ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şöbəsi hələ də adekvat tədbirlər görməyib. Halbuki, bu cür hallar ictimai sağlamlıq və təhlükəsizlik baxımından ciddi risk daşıyır və qabaqlayıcı tədbirlərin dərhal həyata keçirilməsini tələb edir.

Hüquqi baxımdan məsuliyyət

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları insan sağlamlığı üçün təhlükə yaradan halların qarşısını almaq və ləğv etmək üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

Təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təmin edilməsi isə həmçinin “Təhsil haqqında” Qanunun 14-cü maddəsində əks olunub və burada qeyd edilir ki, təhsilalanların təhlükəsiz şəraitdə təhsil alması dövlətin vəzifəsidir.

Əgər aidiyyəti qurumlar məsuliyyətsiz davranaraq bu məsələni görməməzlikdən gəlirlərsə, bu, vəzifə səhlənkarlığı kimi qiymətləndirilə bilər və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət doğurur.

Nəticə və çağırış

Mingəçevirdə müşahidə olunan ilan təhlükəsi artıq fərdi narahatlıq çərçivəsini aşaraq, ictimai təhlükəsizlik probleminə çevrilib. Xüsusilə məktəblərdə belə hadisələrin baş verməsi, azyaşlı uşaqların həyatının təhlükə altına düşməsi yolverilməzdir. Suallara cavab gözləyirik:

Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzi nə vaxt tədbir görəcək?

Yoxsa qurumlar hansısa şagirdin zərər görməsini gözləyir?

Valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin narahatlığını ciddi qəbul edərək, dərhal dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməli, bu kimi halların təkrarlanmasının qarşısı alınmalıdır.
 
Ardını oxu...
Populyar tanışlıq tətbiqi olan "Tinder"in test etdiyi yeni bir xüsusiyyət dünyada qısaboylu kişilərin məyus olmasına səbəb olub. Belə ki, tətbiqin yeni funksiyası istifadəçilərə potensial partnyorlar üçün minimum və maksimum boy seçimlərini təyin etməyə imkan verəcək.
Sherg.az xəbər verir ki, bu yenilik sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və bəzi istifadəçilər bunun qısaboylu kişilərin şansını azalda biləcəyini irəli sürüblər.

Ən çox hansı boy aralığı seçilir?

"Daily Mail"-ə danışan professor Dr. Gert Stulp bildirib ki, insanların öz boyları, ideal partnyor boy seçimlərinə ciddi təsir edir. Onun rəhbərlik etdiyi, 5 min 782 nəfərin qatıldığı araşdırmada qadınların, orta hesabla, özlərindən 25 sm uzun kişiləri daha cəlbedici hesab etdikləri, kişilərin isə orta hesabla özlərindən 8 sm qısa qadınlara üstünlük verdikləri müəyyən olunub.

İngiltərədə qadınların orta boyunun 161 sm olduğu nəzərə alınarsa, qadınların ən çox seçdiyi kişi boyunun təxminən 185 sm olduğu ortaya çıxıb. Eyni şəkildə, İngiltərədə kişilərin orta boyu 175 sm-dir və buna əsasən, qadınlar arasında ən çox seçilən boy isə 165 sm-dir.

Hamıya uyğun tək bir ideal boy varmı?

Prof. Dr. Stulpun fikrincə, hamıya uyğun tək bir ideal boydan danışmaq mümkün deyil. Çünki fərdi seçimlər, mədəni fərqliliklər və şəxsi təcrübələr kimi müxtəlif faktorlar bu məsələyə təsir göstərir.

Boy filtri nə deməkdir?

Tinder boy filtri barədə hələlik rəsmi açıqlama verməsə də, funksiyanın ödənişli seçim kimi test edildiyini təsdiqləyib. Lakin mütəxəssislər hesab edir ki, bu cür filtr funksiyaları fiziki xüsusiyyətlərin partnyor seçimində daha çox ön plana çıxmasına səbəb ola bilər.

Gerçək həyatda boy vacibdirmi?

Amsterdam Universitetinin apardığı son araşdırmaya görə, fiziki cazibədarlıqda cüzi bir artım belə Tinder kimi tətbiqlərdə uyğunlaşma faizini 20 faiz artıra bilir. Bununla belə, intellektual səviyyədəki yüksəliş yalnız 2 faiz təsir göstərir.

Amma Prof. Dr. Stulp bildirir ki, uzunmüddətli münasibətlərdə boy faktoru təkbaşına müəyyənedici olmur. Əksinə, şəxsiyyət, zəkâ və ortaq dəyərlər daha böyük rol oynayır.
 
Ardını oxu...
Bakının Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində güclü yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2 000 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "MERCEDES" markalı minik avtomobili, ümumi sahəsi 100 m² olan kafenin və hər birinin sahəsi 10 m² olan kişi bərbərxanasının, avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 250 m² sahədə yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.
Ardını oxu...
Sabirabadda çətənə kolları yetişdirən 4 nəfər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb.

Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
 
Ardını oxu...
Almaniyanın Bavariya əyalətinin Passau şəhərində naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.
Bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, ötən gün də Almaniyada analoji hal yaşanmışdı.
 
Ardını oxu...
Aktyor Kamran Ağabalayev Qurban bayramı ilə bağlı maraqlı paylaşım edib.

Tribunainfo.az xəbər verir ki, aktyor sosial şəbəkədə bunları qeyd edib:

“Qurban bayramına nə kəsə bilərsiniz? Qul haqqını yeməyi, qeybət etməyi, insan haqlarına girməyi, yalan söyləməyi, harama yaxınlaşmağı kəsə bilərsiniz. Bunları kəsməsəniz, başqa nə kəsirsinizsə kəsin, nə xeyri? Bunları edəcəyiniz halda bayramınız mübarək!”
Ardını oxu...
Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub.

Ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.

Bir müddət əvvəl E.Namazov infarktdan dünyasını dəyişib. Təxminən, 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadangəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb.

İyunun 6-da günorta saatlarında K.Namazov növbəti dəfə anası Sevinc Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra K.Namazov qəflətən həyətdəki, içərisində tezalışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub.

Anası və bacısı Kainata mane olmaq istəsələr də, alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib.

Evin yandığını görən qonşular hadisə yerinə gələrək K.Namazovun əlindən baltanı alıb, onu zərərsizləşdiriblər. (Oxu.az)
Ardını oxu...
Dini mahnılar oxuyan ilahiyyatçı Taleh Boradigahi Turan Partiyasının sədri Cahandar Bayoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Boradigahi partiya sədrini şəxsinə qarşı böhtan xarakterli çıxışlar etməkdə və yalan məlumatlar yaymaqla işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edib.

Şikayətə əsas kimi Bayoğlunun televiziya kanallarının birində son günlərdə səsləndirdiyi fikirlər göstərilib. Həmin verilişin görüntüləri məhkəməyə təqdim olunub.

Partiya sədri efirdə bildirib ki, bu gün Azərbaycandan qastrola gedən müğənnilər arasında sərhəd bölgələrində Səfəvilər dövrünə aid şərqilər ifa edənlər var və bu tədbirlər şiə-sünni qarşıdurmasını qızışdırır: “Taleh Boradigahi də bu gün orada qastroldadır. Onlar Xameneinin artistləridir”.

Xüsusi ittihamçı bu və digər ifadələrin təhqir və böhtan xarakteri daşıdığını bildirərək qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Cahandar Bayoğlunun vəkili isə şikayətin əsassız olduğunu deyib və icraata götürülməməsini xahiş edib. Müdafiə tərəfinin fikrinə görə, hər kəsin söz və fikir azadlığı var və Bayoğlunun səsləndirdiyi fikirlərdə təhqir və böhtan cinayətlərinin əlamətləri yoxdur.

Məhkəmə tərəfləri dinlədikdən və təqdim olunan sübutları araşdırdıqdan sonra şikayətin əsassız olduğu qənaətinə gəlib. Nəticədə Taleh Boradigahinin xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata götürülməsindən imtina edilib.
 

Dünyapress TV

Xəbər lenti