Ardını oxu...
Bu gün UEFA Çempionlar Liqasında finalın adı bəlli olub.

Apasport.az xəbər verir ki, PSJ öz meydanında “Arsenal”ı qəbul edib.

Gərgin keçən matçda azarkeşlər 3 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə adını finala yazdıran PSJ “İnter”in rəqibi olub.
 
 
 
Ardını oxu...
Galatasaraylı eski futbolcu Ümit Karan, "Sarkıntılık düzeyinde kalan basit cinsel saldırı" suçundan tutuklanarak Metris Cezaevi’ne gönderildi.
"Sarkıntılık düzeyinde kalan basit cinsel saldırı" suçundan yargılanan eski futbolcu Ümit Karan Bakırköy Asliye Ceza Mahkemesi'nin delil yetersizliği nedeniyle verdiği kararla beraat etmişti.

1 YIL 8 AY HAPİS CEZASINA ÇARPTIRILDI
İstinafa giden davada Bölge Adliye Mahkemesi 20. Ceza Dairesi kararı bozarak Ümit Karan'a 1 yıl 8 ay hapis cezası verdi.

METRİS CEZAEVİ'NE GÖNDERİLDİ
Yargıtay 9. Ceza Dairesi'nin hapis kararını onaylamasıyla birlikte Ümit Karan'ın tutuklanması kesinleşti. Bugün Bakırköy Adliyesi'ne gelen Ümit Karan tutuklanarak Metris Cezaevi'ne gönderildi.

İDDİALARI REDDETMİŞTİ
Karan, mahkemede yaptığı savunmada "Hayatım boyunca kimseye yanlış yapmadım. Suçlamalar doğru değildir" sözlerini sarf etmişti. Karan savunmasının devamında ise "Ben bu ülkeye hizmet ettim. Hayatım boyunca kimseye yanlış yapmadım. Ben Atatürkçüyüm. Bana Atatürkçülükten ceza verecekseniz kabulümdür" demişti.
Sabah
Ardını oxu...
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu Ronaldu Junior ilk dəfə Portuqaliya millisinə dəvət alıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəsinin U-15 yığmasına çağırılan yeniyetmə futbolçu Xorvatiyada təşkil olunacaq beynəlxalq yarışda iştirak edə bilər. Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, 14 yaşlı futbolçu 2023-cü ildən “Əl-Nəsr”in akademiyasında məşq edir.
 
 
 

Ardını oxu...
  

İspaniya təmsilçisi "Real" yay transfer dönəmində komandadan ayrılmaq ehtimalı olan Rodriqoya əvəzləyici tapıb.

"Report" "Fichajes"ə istinadən xəbər verir ki, Madrid klubu Fransanın PSJ kollektivinin hücumçusu Dezire Duenin xidmətində maraqlıdır.

Rodriqo "Kral klubu"nu tərk edəcəyi halda, komanda 19 yaşlı oyunçu üçün 100 milyon avro ödəməyə hazır olacaq.

Qeyd edək ki, Dezire cari mövsüm PSJ-nin heyətində 49 oyuna çıxıb və 13 qol vurub.

Ardını oxu...
"Fenomen" Ronaldonun sahibi olduğu "Valyadolid" növbəti mövsüm Sequndada (İspaniya ikinci liqası) mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, komanda ötən şənbə günü "Barselona" ilə matçda 1:2 hesabı ilə uduzub. Onlar tarixlərində ilk dəfə ardıcıl 8 oyunda məğlub olub.

Bu qarşılaşmadan sonra Ronaldonun bir məkandan sərxoş çıxarkən görüntüləri yayılıb. Bu hərəkət klubun azarkeşlərini daha da özündən çıxarıb. Onlar Braziliya yığmasının sabiq hücumçusundan narazıdırlar və klubun satılmağını istəyirlər. Azarkeşlər sosial şəbəkələrdə bu fikirləri yazıb:

"Valyadolid"imiz ölmür, öldürülür və satışsız keçən hər gün çuxur daha da dərinləşir".

Ronaldonun sərxoş olduğu anları sizə təqdim edirik:

VİDEO

Ardını oxu...
 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt" üzərində 2:0 hesablı qələbədən sonra keçirdiyi mətbuat konfransında Bəhlul Mustafazadə ilə görüşmədiyi video haqqında danışıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistin sualına belə cavab verib:

"Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur".

Xatırladaq ki, "Sabah"la 32-ci turdan 1:1-lik heç-heç edərək qızıl medallara sahib çıxan Ağdam klubunun çalışdırıcısı matçdan sonra paltardəyişmə otağında futbolçularını təbrik edib.

Həmin vaxt diqqətçəkən məqam isə onun bütün futbolçularla əl verib görüşdüyü halda müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi olub.

Görüntülərdə B.Mustafazadənin də buna əsəbləşdiyi diqqət çəkmişdi. Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Bir daha həmin kadrları təqdim edirik:

 
 
 
Ardını oxu...
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının yarımmüdafiəçisi Arda Gülər ​​haqda danışıb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis türkiyəli futbolçunu xeyli tərifləyib:

“Arda çox yaxşı irəliləyir. Bu daha nəzərə çarpır. Gələcəkdə onun rolu daha da böyük olacaq. O, oyununda keyfiyyət göstərir və daha ardıcıldır. Düşünürəm ki, Arda ​​sadəcə yaxşı yarımmüdafiəçi deyil, fantastik oyunçu olacaq. O, “Real”ın gələcəyi üçün çox vacib oyunçu olacaq. Çünki yarımmüdafiədə belə profili olan oyunçular azdır”.
 
Ardını oxu...
Almaniya Bundesliqasının 32-ci turunda "Bavariya" (Münhen) "RB Leypziq"in qonağı olub.
Dramatik oyun 3:3 hesabı ilə başa çatıb.

"Bavariya" qalib gələcəyi təqdirdə çempionluğu turnirin bitməsinə iki tur qalmış rəsmiləşdirəcəkdi.

Bu nəticədən sonra "Bavariya" xallarının sayını 76-ya çatdırıb. İkinci pillədə qərarlaşan "Bayer Leverkuzen"in 31 oyundan sonra 67 xalı var.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
 
Ardını oxu...
Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib.

Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionatının qalibi olub.

XXVIII tur çərçivəsində "Şəms Azər"lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran "qırmızı qurdlar" ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.
 
Ardını oxu...
"Real Madrid" komandasının 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç və 33 yaşlı sağ cinah müdafiəçisi Lukas Vaskes müqavilələrini Klublararası Dünya çempionatının sonuna qədər uzadacaqlar.

Oxu.Az AS nəşrinə istinadla xəbər verir ki, onların klubla müqavilələri iyunun 30-da başa çatır.

Hər iki futbolçu İspaniya La Liqasında mövsüm bitdikdən sonra "Kral klubu"nun rəhbərliyi ilə görüşəcək və orada əmək müqavilələrinin daha iki həftə uzadılmasını razılaşdıracaq.

Modriç və Vaskes üçün müqavilələrinin müddətini tam mövsüm uzatmaları problemli olacağı vurğulanır.

Qeyd edək ki, Klublararası Dünya çempionatı iyunun 15-dən iyulun 13-dək davam edəcək.
 

Dünyapress TV

Xəbər lenti