![]() |
![]() ![]() ![]() |
|
Real Madrid klubunda çıxış edən türkiyəli futbolçu Arda Güler, İstanbulun Beykoz səmtindən 3 milyon dollar (təxminən 116 milyon 579 min TL) dəyərində lüks villa satın alıb. Məlumata görə, villanın ümumi sahəsi 1000 kvadratmetr təşkil edir və 5 mərtəbədən ibarətdir.
Musavat.com xəbər verir ki, gənc ulduz yeni evini şəxsi istəklərinə uyğunlaşdırmaq üçün 2 milyon dollarlıq (77 milyon 720 min TL) təmir işləri də planlaşdırır. Bu təmirin evin daxili dizaynı, texnoloji avadanlıqlarla təchizatı və ailəsinin rahatlığı üçün əlavə imkanları əhatə edəcəyi bildirilir.
Arda Gülerin ailəsi də yeni villada onunla birgə yaşayacaq. Real Madrid-in gənc yetirməsi kimi tanınan və Avropada ən çox izlənilən futbolçulardan biri olan Arda, həm də ailəsinə olan bağlılığı ilə tanınır. Bu yeni əmlak da onun həm idman karyerasında, həm də şəxsi həyatında yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Musavat.com
"Barselona"nın gənc hücumçusu Lamin Yamal forma nömrəsini dəyişmək qərarına gəlib.
Milli.Az xəbər verir ki, 17 yaşlı futbolçu 2025/2026 mövsümündə katalon klubunun əfsanəvi 10 nömrəli formasını geyinəcək. Bu nömrə daha əvvəl Lionel Messi, Ronaldinyo və Dieqo Maradona kimi ulduzlara məxsus olub. Hazırda forma Ansu Fatiyə aid olsa da, Yamalın onu 18 yaşını tamamladıqdan sonra - iyulun 13-də rəsmən alacağı gözlənilir.
İspaniyalı futbolçunun "Barselona" ilə yeni müqavilə imzalayacağı da bildirilir. Razılaşmaya görə, oyunçunun transferi üçün təyin olunacaq sərbəstqalma məbləği 1 milyard avro olacaq.
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxaraq 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Türkiyənin son dövrlərdə yetişdirdiyi ən böyük voleybol ulduzlarından biri olan Zehra Güneşin dəbdəbəli villası sosial mediada böyük maraq toplayıb.
İdmançının evində bir detal diqqəti daha çox çəkib.
"Filenin Sultanları"nın ən uğurlu isimlərindən olan və "İnstagram"da dünyanın ən çox izlənilən voleybolçusu olan Zehra Güneşin yeni evinin fotoları sosial mediada paylaşılıb.
Yeni villasının dizaynı üçün iç məkan və memarlıq işləri üçün Şafak Çak ilə anlaşan Güneş, bir neçə gün əvvəl boş villanın bağçasından bir foto paylaşmışdı.
Məşhur dizayner daha sonra Zehra Güneşin villası üçün nəzərdə tutulan layihənin eskilərini izləyiciləri ilə bölüşüb.
Zehranın bağçasında adının ilk hərfi olan "Z"-nin mərkəzində yerləşən günəş şəkilli yer döşəməsi ediləcək.
Həmçinin, dəbdəbəli hovuzunun olduğu divarın kənarına voleybol topu şəklində işıqlandırmalı bir heykəl yerləşdiriləcək. Heykəlin tam arxasında isə "Girl Power (Qız gücü)" sözləri GRL PWR şəklində neon lövhə ilə yazılacaq./Milli.Az