Ardını oxu...
2-ci Qarabağ müharibəsində minaya düşərək ayaqlarını itirən mayor Polad Rzayev protez ayaqlarla xizək, dağçılıq kimi idman növləri ilə məşğul olaraq həyatını davam etdirir.

Oxu.Az xəbər verir ki, "Anadolu" agentliyi onun barəsində məqalə hazırlayıb.

Məqalədə bildirilir ki, Bakıda dünyaya gələn Poladın 3 yaşı olarkən o, Şuşa şəhərinin müdafiəsi zamanı tabor komandiri olan atası Tofiq Rzayevi itirib.

Atasının qəhrəmanlıq hekayələrini eşidərək böyüyən Polad hərbi liseyə daxil olub və liseyi bitirdikdən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində xidmətə başlayıb.

2020-ci ildə Qubadlı şəhəri yaxınlığında minaya düşərək ağır yaralanıb və ayaqlarını itirib.

36 yaşlı Rzayev indiyə qədər Rusiyada Avropanın ən hündür zirvəsi olan Elbrus dağı (5,642 m) və ölkə daxilində bir çox dağa qalxıb. Dağçılıqla yanaşı üzmə, futbol və xizək idman növləri ilə məşğul olur.

Azərbaycan Paralimpiya Komitəsində xizək üzrə milli idmançı kimi çıxış edən Rzayev, keçən il Fransa və İtaliyada keçirilən yarışlarda ölkəsini təmsil edib.

Rzayevin həyatından təsirlənən rejissor və bəstəkar Cavid Səmədov onun haqqında "Yarım Dəmir" adlı sənədli film çəkib. Film bir çox festivalda mükafat qazanıb.

Ən son olaraq isə film Türkiyədə keçirilən 2-ci Beynəlxalq Turan Film Festivalında "Ən Yaxşı Beynəlxalq Sənədli Film" adına layiq görülüb.

Polad Rzayev "Anadolu"ya verdiyi müsahibədə Everestə dırmaşaraq dünyaya sülh mesajı vermək istədiyini bildirib:

"Dünya hər kəsə yetər, gəlin sülh içində yaşayaq. Dünya heç kimə qalmayacaq. Özünüzü, ətrafınızdakı insanları və təbiəti sevin", - deyə o bildirib.
 
Ardını oxu...
İspaniya La Liqasında 35-ci turun mərkəzi görüşü başa çatıb.

Yenisabah.az xəbər verir ki, Kataloniyada "Barselona" "Real Madrid"i qəbul edib.

Gərgin mübarizə şəraitində keçən matçda qapılara 7 qol vurulub. Ev sahibləri oyunun əvvəlində 2 top fərqi ilə geriyə düşsələr də, birinci hissədə 4 qol vuraraq geridönüş edə biliblər. İkinci hissədə "Real Madrid"in gücü 1 qol vurmağa çatıb və oyun "Barselona"nın qələbəsi ilə başa çatıb - 4:3.

Beləliklə də, hazırda "Barselona" 82 xalla turnirə başçılıq edir. "Real Madrid" isə ondan 7 xal geri qalaraq ikinci yerdədir.
 

Ardını oxu...
  
  1. İspaniyanın nəhəng klubu "Barselona", Fransanın "Monako" komandasında çıxış edən gənc vinger Manes Akliuşun transferi ilə maraqlanır.

Bu barədə məlumatı İspaniyanın məşhur idman nəşri "Sport.es" yayıb.

Məlumata görə, 23 yaşlı fransız futbolçu özü də "Barselona"ya keçmək istəyini ifadə edib.

Əgər transfer baş tutarsa, Akliuş "Barsa"nın heyətində əsas mövqelərdən birini tutmaq üçün parlaq gənc ulduz Lamin Yamal ilə ciddi rəqabətə girəcək.

Qeyd edək ki, Manes Akliuş bu mövsüm "Monako" forması ilə bütün turnirlərdə 41 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir./Milli.Az

Ardını oxu...
Türkiyə Super Liqasında XXXV turun oyunları davam edir.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Eyüpspor" öz meydanında "Kasımpaşa" ilə qarşılaşıb.

Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Turun digər matçında lider "Qalatasaray" "Trabzonspor"la üz-üzə gəlib. Gərgin keçən oyunun qalibi qonaqlar olub. Görüş "cimbom"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Ardını oxu...
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbol oyunları zamanı irqçilik təzahürlərinə görə sanksiyaları sərtləşdirən FİFA İntizam Məcəlləsinin yeni versiyasını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, irqçiliyə görə maksimum cərimə bundan sonra 5 milyon İsveçrə frankı (təxminən 6 milyon dollar) olacaq.
Eyni zamanda, tribunada irqçilik halları baş verərsə, matçın hakimlərinə matçları vaxtından əvvəl dayandırmaq və vaxtından əvvəl bitirmək hüququ veriləcək.
Digər tərəfdən, futbolçularin da azarkeşlər arasında qanun pozuntusunu törədən şəxslərin müəyyən edilməsinə şəxsən köməklik etmək hüququ olacaq.
Ardını oxu...
Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyəti rəsmi olaraq şahmatı qadağan edib.

Yenisabah.az xəbər verir ki, bu oyunun İslam normalarına zidd olduğu bəyan edilib.

Rəsmi Kabilin fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.

Yerlı şahmatçıların turnirlərin keçirilməsinə icazə verilməsi və federasiyaya dəstək göstərilməsi xahişi ilə İdman Departamentinə müraciəti mənfi cavablandırılıb. Onlara bildirilib ki, əmirin Şahmat Federasiyasını hüquqi statusdan məhrum edən və şahmatı haram sayan fərmanı mövcuddur.

Əfqanıstanda 11 titul sahibi olan şahmatçı var, onlardan beşi FIDE ustası, altısı isə idman ustalığına namizəddir.
Ardını oxu...
Azərbaycanlı karateçi Şəfaqət Zeynallı dünya çempionu olub.

Referans xəbər verir ki, Polşada keçirilən ənənəvi karate üslubu – fudokan üzrə 10-cu dünya çempionatında Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Şəfaqət Zeynallı böyük uğura imza atıb.

O, çempionatda çıxışı ilə seçilərək birinci yerin sahibi olub və qızıl medalla təltif edilib.
Ardını oxu...
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarının ardından həftənin rəmzi komandası açıqlanıb.

Tribunainfo.az-ın məlumatına görə, heyətdə “İnter”in (İtaliya) və PSJ-nin (Fransa) 4, “Barselona”nın (İspaniya) 3 futbolçusu yer alıb.

Qapıçı: Yann Zommer (“İnter”)

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Markinios (PSJ), Françesko Açerbi (“İnter”), Jerar Martin (“Barselona”)

Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Frenki de Yonq (“Barselona”), Fabian Ruis (PSJ)

Hücumçular: Lamin Yamal (“Barselona”), Xviça Kvaratsxeliya (PSJ), Lautaro Martines (“İnter”).
 
Ardını oxu...
“Əslində, “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlamaq şansı hələ də qalır. Amma bu, yayılan xəbərlərdə olduğu kimi deyil”.

TEREF xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.

Qurum rəsmisi “Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə 2-ci təsnifatdan mərhələsindən başlayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

O bunun hələ tam dəqiqləşmədiyini bildirib: “Fransa çempionu PSJ-nin ÇL finalına vəsiqə qazanması ilə UEFA balanslaşdırma həyata keçirəcək. Bu nə deməkdir? Qitənin ən nüfuzlu klub turnirində ölkə reytinqlərinə və klub reytinqlərinə görə boşalan yerlərin doldurulması baş verəcək. UEFA-nın ölkə reytinq sıralamasında 15-ci yerdə olan ölkənin çempionu bir mərhələ irəliləyərək pley-off-dan birbaşa liqa mərhələsinə adlayır. 15-ci Yunanıstandır və belə olduğu halda bu ölkənin birincisi “Olimpiakos” pley-off-dan yox, liqa mərhələsindən turnirə start verəcək. Bu halda ikinci təsnifatda iki əlavə yer açılır. Bu yerlərə əsas namizədlər isə reytinqdə bizdən yüksək olan Slovakiya təmsilçisi “Slovan”dır (Bratislava). Çünki bu komanda ölkəsində çempion olub. İkinci klub isə Macarıstan təmsilçisi “Ferentsvaroşdur”. Hazırda öz liqalarında lider olan komanda çempionluğu təmin etməsə də, şansı böyükdür. Ona görə “Qarabağ”ın ikinci təsnifatdan başlayacağı ehtimala görə mümkündür, amma dəqiq deyil.

“Qarabağ”ın ikinci mərhələdən başlaması üçün Avropa Liqasının qalibi həm də öz ölkəsinin çempionatından Çempionlar Liqasına vəsiqə qazanmış komanda olmalıdır. Bu halda onlar balanslaşdırmaya təsir edəcəklər. İndiki halda yarımfinal cütlərinə baxsaq, “Budo-Qlimt” əgər Avroliqanın qalibi olsa, onda Norveç təmsilçisi ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Onlar həm də ölkə çempionatından bu vəsiqəni əldə etdiyi üçün balanslaşdırmaya təsir edəcək və “Qarabağ” ikinci təsnifatdan başlayacaq.

Digər variant isə reytinqdə 22-ci olan Rusiyanın avrokuboklara buraxılmaması halında mümkündür. Bu halda Kipr və Macarıstan komandaları avtomatik olaraq ikinci təsnifata yüksəlir və klub reytinqlərinə baxıldıqda “Qarabağ” ikinci təsnifatdan başlaya bilər.

Ən real variant budur. Bunun üçün də mayın sonunu gözləmək lazımdır. Cari ayın 2-ci yarısında UEFA İcraiyyə Komitəsinin iclası planlaşdırılır. Orda veriləcək qərarlar hər şeyi dəyişə bilər. Mənim də üzv olduğum UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin iclası isə mayın 30-da, Çempionlar Liqasın finalından bir gün öncə baş tutacaq. Yəni ay sonuna qədər məsələyə aydınlıq gələcək”.
Ardını oxu...
Azərbaycan karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu olan Rafael Ağayev əməliyyat olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, əməliyyat ötən gün Bakıda yerləşən xəstəxanalardan birində baş tutub.

Onun əlindən və əzələ zədəsindən əməliyyat olunduğu qeyd olunub.

Hadisə ilə bağlı idmançı ilə əlaqə saxladıq.

Rafael Ağayev əməliyyat olunduğunu təsdiqləyib. 40 yaşlı idmançı vəziyyətinin yaxşı olduğunu bildirib.

"Hər şey qaydasındadır", - o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti