Ardını oxu...
Minimal qiymət 50 manatdır… Hətta 150 manata qədər yüksələn də var… Bunlar özəl klinikalarda ixtisaslaşmış həkimlərin qəbul qiymətləridir…

Editor.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, klinikilarda ən yüksək qiymətlərdən biri psixoloqların qəbulu üçündür. Bu qəbul 50 manatdan 150 manata qədər dəyişir. Uroloqların qəbulu 70-100, kardioloqlqar üçün isə 80 manat və daha yuxarıdır. Klinikalarda ginekoloq qəbulu da yüksək qiyməti ilə seöilənlər arasındadır. Bu sahənin mütəxəssislərinin qəbuluna düşmək üçün minimum 70-100 manatınızdan kəçməlisiniz.

Bəs maraqlıdır sadə bir qəbula görə bu qədər yüksək məbləğin tələb olunmasının səbəbi nədir? /Xezerxeber.az
 
Ardını oxu...
Bu cür diaqnozu olan insanlara dəstək olmaq üçün dövlət proqramı lazımdır

Bu yaxınlarda 2 aprel Ümumdünya Autizm Maarifləndirmə Günü keçirildi və ölkəmizdə də bu məsələyə diqqət artırıldı. Məlum olub ki, Azərbaycanda belə diaqnozla 5 min nəfər əlillik alıb, lakin respublikada nə qədər autizmli vətəndaşın yaşadığını söyləmək çətindir.

Onun meydana gəlməsinin səbəbləri dəqiqliyi ilə məlum deyil. Risk faktorlarına əlverişsiz ekologiya, valideynlərin yaşlılığı, ağır hamiləlik və s. daxildir. Azərbaycanda dövlət proqramının qəbul edilməsi zərurəti məsələsi növbəti dəfə gündəmə gətirilib, bu proqram çərçivəsində reabilitasiya müəssisələri şəbəkəsi genişləndiriləcək, ixtisaslı mütəxəssislər hazırlanacaq və autizmli vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra digər mühüm tədbirlər həyata keçiriləcək.

Bəzi insanlar bunun bir xəstəlik olduğuna əmindir, bəziləri isə ona bir xüsusiyyət kimi yanaşırlar. Rəsmi strukturlar ikinci yanaşmaya önəm verir, lakin belə uşaqların heç də bütün valideynləri bununla razılaşmırlar.

Autizmli uşağın atası, ictimai fəal Əhməd Rəhmanov AYNA.AZ ilə söhbətində deyib ki, son 15 ildə Azərbaycanda autizm hallarının kəskin artması ciddi sosial problemə çevrilib: “Əvvəllər tanış olmayan bu termin indi minlərlə ailənin gündəlik həyatının bir hissəsinə çevrilib. Autizmli insanların sayının artması həm də onunla bağlıdır ki, indi bu diaqnoz əvvəllər başqa diaqnozlar qoyulan insanlara da qoyulur. Valideynlər ikiqat problemlə üzləşirlər: övladlarının sağlamlığı üçün mübarizə və bu sahədə çalışan qeyri-peşəkar, lakin bahalı mərkəzlərin hökmranlığı. Autizmli uşaqlarla işləmək üçün bahalı mərkəzlər indi demək olar ki, hər yerdədir”.

“Bəs, niyə onların işinin nə dərəcədə effektiv olduğunu heç kim yoxlamır? Niyə onların kiməsə kömək edib-etmədiyini yoxlayan monitorinq aparılmır? Yoxsa sadəcə olaraq valideynlərdən pul qoparırlar? Böyük Britaniyada aparılan araşdırmada autizmli uşaq böyüdən hər 20 azərbaycanlı ailədən yalnız 1-də genetik meyl aşkarlanıb. Autizmli insanlar üçün xüsusi təhsil və sosial dəstək proqramlarının inkişafı, autizm bir xəstəlik hesab olunmadığından, buna uyğun olaraq müalicə edilmir. Dərmanlar da, əsasən sedativlərdir”, - deyə həmsöhbətimiz bildirib.

Endokrinoloq və ABA (Applied Behavior Analysis) mütəxəssisi Ülkər Nəzirova AYNA.AZ-a şərhində söyləyib ki, hər il aprel ayında Ümumdünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar olaraq bu mövzu haqqında çox danışılır, lakin bununla da bitir: “Əlbəttə, yaxşı haldır ki, autizmli insanlara qayğı ilə bağlı dövlət proqramının qəbul edilməsi zərurəti ilə bağlı məsələ yenidən gündəmə gəlib, amma bunun konkret addımlara səbəb olacağına əmin deyiləm. Ancaq belə bir dövlət proqramına ehtiyac var. Azərbaycanda ildən-ilə daha çox belə uşaqlar doğulur və onlar əsasən oğlanlardır”.

“Aydın məsələdir ki, bu, gələcəkdə ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərəcək, dövlət büdcəsindən daha çox müavinətlər, əlillik pensiyaları və s. ödəniləcək. Amma autizmli uşaqların reabilitasiyası üçün vaxtında tədbirlər görülsə və onların əlilliyinə səbəb olmasa, dövlətin maddi xərcləri azalar və bu uşaqların çoxu gələcəkdə normal həyat sürə bilər”, - deyə həkim vurğulayıb.

Onun sözlərinə görə, autizmli insanlarda müxtəlif cür xəstəliklər – həzm və sinir sistemində problemlər, allergiya və s. olur: “Onların sağlamlıqlarını yaxşılaşdırmaq üçün müalicəyə ehtiyacları var. Valideynlər çox vaxt övladlarını özləri müalicə etmək üçün nəsə etməyə çalışırlar, lakin bunun üçün güc və maliyyə imkanları azdır. Bu, çoxlu investisiya tələb edir. Dövlət proqramında autizmli insanlarla işləmək üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının nəzərdə tutulması vacibdir. Onları işləməyə həvəsləndirmək üçün yaxşı maaş verilməlidir. Hazırda belə kadrların ciddi çatışmazlığı var”.

“İcbari tibbi sığorta paketinə autizm anlayışını bir xəstəlik kimi daxil etmək lazımdır ki, bu uşaqlar icbari tibbi sığorta çərçivəsində bütün lazımi tibbi və psixoloji yardımları alsınlar. Autizmli uşaqlar üçün reabilitasiya mərkəzlərinə gəlincə, deyə bilərəm ki, onların bəzilərində kifayət qədər peşəkar yardım almaq olar, lakin onların xidmətləri bahadır. Ölkədə də pulsuz mərkəzlər var və onlarda bir neçə ay öncədən qeydiyyata düşməyə ehtiyac var ki, yaxın gələcəkdə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə Nəzirova qeyd edib.

Qeydiyyat təkcə uşaqlara deyil, belə diaqnozu olan böyüklərə də lazımdır. Mütəxəssis hesab edir ki, autizmli gəncləri müstəqil həyata hazırlayan müəssisələr yaratmaq lazımdır: “Orada onlara gündəlik həyatda lazım olan şeylər öyrədiləcək: nahar bişirmək, lazımi məhsulları almaq, paltar yumaq, hətta bəzi insanlar üçün bu və s belə sadə hərəkətlər çətin ola bilər. Bununla belə, başqalarından daha az asılı olmaq üçün özlərinə qulluq bacarıqlarına ehtiyac duyurlar”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
"Hazırda bazarda mövsümü olmayan, zamanından tez yetişdirilən meyvələr satılır. Alça, çiyələk, ərik.. Özü də baha qiymətə.. Onsuz da onların dadı yoxdur. Nə qədər satılırsa satılsın. Hər meyvənin öz dadı var. Meyvə o vaxtı dadlı olur ki, ona günəş şüası dəyir. Günəş olmayan yerdə, parnikdə yetişdirilən meyvənin nə orqanizmə xeyri var, nə də dadı. Günəş şüası ona dəyməlidir ki, dadı hiss olunsun. Nəyə lazımdır ki? Mənasız meyvədir”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib:

“Pomidoru parnikdə də yetişdirirlər, günəş şüaları altında torpaqda da. Günəş şüasında yetişdirilən 1 kilo pomidorun orqanizmə xeyri daha çoxdur, nəinki 25 kilo parnikdə yetişdirilən pomidorun ziyanı.. Fərqə bir baxın. Mövsümü olmayan meyvə və tərəvəzlərin hamısı dərmanlarla yetişdirilib. Hamısı da zəhərlidir. Ultrabənövşəyi şüalar meyvə və tərəvəz üçün çox önəmlidir. Bu meyvələr bir çox xəstəliklərə səbəb ola bilər. Mədə, bağıraq və s. orqanlara ziyanı var. Yaxşı yuyulmadıqda ölümcül zəhərlənmə də ola bilər. O meyvələrə vurulan dərmanların tərkibini bilsəm əlbəttə ki, daha dəqiq deyə bilərəm ki, nəyə xeyri var, nəyə ziyanı? Ümumilikdə tövsiyyəm budur ki, bu kimi meyvə və tərəvəzlərdən uzaq olsunlar” deyə o bildirib.

Ardını oxu...
  

Qocalmanı yavaşlatmağa qida lifləri və antioksidantlarla zəngin olan məhsullar - giləmeyvələr, yaşıl çay, kakao, portağallar, almalar, nar, albalı, brokkoli və qabıqlı üzüm kömək edir.

Bu barədə amerikalı immunoloq Helen Messye "WelnessPulse" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, uzunömürlülüyün dörd sütunu xəstəliklərin erkən diaqnostikası, orqanizmdə iltihabla mübarizə, əqli və fiziki dözümlülüyün inkişafı, həmçinin ürək-damar və metabolik sağlamlığın qorunmasıdır.

"Gəncliyi qorumaq üçün ən vacib vərdişlər gündəlik fiziki aktivlik, keyfiyyətli yuxu, stresə nəzarət, ünsiyyət və tam dəyərli qidalanmadır", - deyə o əlavə edib.

Doktor Messyenin sözlərinə görə, sağlam illəri uzatmaq istəyən insanların rasionunda mütləq bitki mənşəli qidalar olmalıdır.

"Eyni zamanda, doqquz məhsulun istehlakına xüsusi diqqət yetirilməlidir. 2023-cü ildə Cənubi Koreya alimlərinin apardığı tədqiqat göstərib ki, yaşla əlaqəli dəyişiklikləri yaşıl çay, kakao, giləmeyvələr, portağallar, almalar və qabıqlı üzüm, nar, albalı, brokkoli yavaşlada bilər. Bu məhsullarda şəkər və yağ az olsa da, onlar faydalı qida lifləri və antioksidantlarla zəngindir", - deyə immunoloq vurğulayıb.

Həkim əlavə edib ki, göstərilən məhsulların aşkar faydasına baxmayaraq, yalnız onlarla kifayətlənmək lazım deyil.

"Uzunömürlülük üçün həm giləmeyvələr, həm də qoz-fındıq, paxlalılar, tam taxıl və zülal daxil olan balanslaşdırılmış qidalanma vacibdir", - deyə ekspert sözlərini yekunlaşdırıb.//Oxu.az


Ardını oxu...
  

Son dövrlərdə şəkərsiz qidalanma vərdişi bir çox insan tərəfindən gündəlik həyatın bir hissəsinə çevrilib. Dietoloqlar şəkərin sağlamlığa təsirləri və bir ay ərzində şəkər qəbul edilmədikdə bədəndə baş verən dəyişikliklərlə bağlı mühüm məqamları bölüşüblər.

Milli.Az xəbər verir ki, dietoloq Rhian Stephenson-un sözlərinə görə, artıq şəkər istifadəsi immunitet sistemini zəiflədir, əhval-ruhiyyəni dəyişir, metabolik pozğunluqlara səbəb olur və iltihab yaradır. Şəkər qəbulu zamanı mədəaltı vəzi qan dövranındakı artıq qlükozanı təmizləmək üçün daha çox insulin ifraz edir. Zamanla hüceyrələr insulinə qarşı müqavimət göstərməyə başlayır və bu, bədəndə balanssızlığa səbəb olur.

Şəkərsiz bir ay: həftə-həftə təsirlər

İlk həftə bədəndə detoks prosesi başlayır. Şəkərə qarşı istək artır, baş ağrısı, yorğunluq və əhval dəyişiklikləri müşahidə olunur. Digər həftə isə yuxu keyfiyyəti yaxşılaşır, enerji artır. Dəridə canlanma və parlaqlıq müşahidə olunur. 3-cü həftə iltihab səviyyəsi azalır, oynaqlarda yüngüllük hiss edilir. Həzm sistemi daha effektiv işləməyə başlayır. 4-cü həftə - çəki azalır, xüsusilə qarın bölgəsindəki yağlar əriməyə başlayır. Əhval-ruhiyyə sabitləşir, zehni aydınlıq yaranır.

Stephenson bildirib ki, şəkər təkcə çəki artımına deyil, həm də bağırsaq mikrobiomunun pozulmasına səbəb olur. Bu, zərərli bakteriyaların artmasına və bağırsaq divarında iltihab yaranmasına gətirib çıxarır. Həzm problemləri və İBS (İrritabl Bağırsaq Sindromu) kimi xəstəliklərin riskini artırır.

Ardını oxu...
 

“Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, növbəti pandemiya gözləməyəcək: “Yeni bir pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər. Amma bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi”.

O, pandemiya sazişi üzrə danışıqlarda konsensusun əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib. ÜST rəhbəri əmin edib ki, belə bir saziş ÜST-yə üzv olan heç bir dövlətin suverenliyinə xələl gətirməyəcək, əksinə, milli suverenliyi və beynəlxalq fəaliyyəti gücləndirəcək.

Ardını oxu...
Əgər siqareti atmaq əvəzinə azaltmaqla sağlamlığınızı qoruyacağınızı düşünürsünüzsə, yanılırsınız.

Tribunainfo.az xəbər verir ki, türkiyəli həkim Dr.Muhammed Keskinin bildirdiyinə görə siqaret çəkmək qarşısı alına bilən infarktların ən çox yayılmış səbəblərindən biridir.

Muhammed Keskin qeyd edir ki, xüsusilə gənc yaşda damarlarda lövhə əmələ gəlməsini ardınca lövhələrin böyüməsini gözləmədən birbaşa qopmağa səbəb ola bilər, infarkt riskini artırır:
“Siqaretin tərkibindəki nikotin asılılıq yaradır və çəkdiyiniz hər siqaretdən sonra vücudunuz bu maddəyə can atır.
Bu yaxınlarda aparılan bir araşdırma, gündə bir siqaretin müntəzəm olaraq çəkilməsinin kişilərdə infarkt riskini 44%, insult riskini isə 41% artırdığını müəyyən edib. Qadınlarda infarkt riski 34%, insult riski isə 31% artıb.
Çəkilən siqaretlərin miqdarı azaldıqca riskin azaldığını deyə bilərik, lakin heç vaxt sıfıra yaxın bir nisbətə çatmır.
Gündəlik siqaretin nələr edə biləcəyini düşünməyin, siqareti azaldanlardan yox, buraxanlardan olun!”

 
 
 
Ardını oxu...
“Halal Zəhmət” firmasının kolbasasından dəmir parçası çıxıb.

Bu gün ölkədə müxtəlif müəssisələrin istehsal etdiyi fərqli adda və çeşiddə kolbasa məhsulları satılır. Lakin sosial platformalarda müştərilər bu kolbasa, sosis və digər istehsal olunan məhsullardan mütəmadi yad cism çıxması ilə bağlı şikayətlər yayımlanır.

TEREF XALQ.AZ-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Nübar Əbil şikayət paylaşıb.

Şikayətçi bildirib ki, almayın, ailənizə, uşaqlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. “Bu kolbasanın artıq yarısı yeyılıb, bu məsələyə görə “Halal Zəhmət” firması heç məsuliyyət daşıyırmı kolbasanın içindən dəmir parçası çıxdı”.

Məsələ ilə bağlı “Halal Zəhmət” firmasından açıqlama almaq mümkün olmadı. Şirkətində fikirlərini dərc etməyə hazırıq.

TEREF həmin görüntüləri təqdim edir:


 
 
 
Ardını oxu...
"Təəssüf ki, satışda olan bəzi kərə yağlarının tərkibində uyğunsuzluq aşkar edilib, bu çox xoşagəlməz və yolverilməz haldır. Biz istehlakçılar bu halların qarşısını hansısa bir yolla ala bilmərik, amma yağ alarkən bəzi məqamlara diqqət edərək özümüzü qoruya bilərik".

Bu sözləri Demokrat.az-a açıqlamasında qida mühəndisi, nutrisoloq Fərid Səfərov deyib.

"Əsl kərə yağı qaynar suya salınanda bütöv şəkildə əriyirsə onu yeyə bilərsiniz. Kərə yağı otaq temperaturunda bir müddət sonra əriyirsə təəssüf ki, əsl kərə yağı deyil.Aldığınız kərə yağını tavaya əlavə etdikdə yüksək temperaturda əriyib köpüklənirsə bu əsl kərə yağıdır. Aldığınız kərə yağı tavada əriyir və öz rəngindən daha tünd rəng alırsa təəssüf ki, aldığınız yağının tərkibi qatqılarla zəngindir. Təbii təzə süddən alınan süd yağından istehsal olunan əsl kərə yağının qiyməti yüksəkdir".

O bildirib ki, kərə yağını bıçaqla kəsəndə kiçik parçalara ayrılırsa bu əsl kərə yağıdır:

"Təəssüf ki, indi satışda etiketində düzgün məlumatlar olmayan və qiyməti həddindən artıq baha olan yağlar var. Bu halların baş verməsinin səbəbi nəzarətin zəif olmasıdır, hər halda bu cür halların araşdırılıb ortaya çıxarılmasını da müsbət hal kimi qiymətləndirmək olar".

Qeyd edək ki, AQTA bir neçə gün öncə tərkibi bitki yağlarından ibarət olan "kərə" yağları aşkar edib.
 
 
 
Ardını oxu...
Fiziki fəaliyyət təkcə arıqlamağa deyil, həm də əlavə səy və məhdudiyyətlər olmadan formada qalmağa kömək edə bilər. Gündəlik fiziki fəaliyyət ürək-damar sisteminə müsbət təsir edir, immunitet sistemini gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır.
TEREF xarici mətbuata istinadən xəbər verir ki, aktiv qalmağın ən asan və ən sərfəli yolu gəzməkdir. Sağlam qalmaq üçün gündə 10 min addım atmaq lazım olduğuna dair ümumi bir inanc var.

Bəs, arıqlamaq üçün neçə addım lazımdır?

Gündəlik gəzinti maddələr mübadiləsini yaxşılaşdırır, yağların yandırılmasını sürətləndirir və çəkiyə nəzarət etməyə kömək edir. Bununla belə, nəzərəçarpacaq çəki itkisinə nail olmaq üçün tək gəzmək kifayət deyil. Nəticələrə nail olmaq üçün kalori çatışmazlığını saxlamaq da vacibdir.

Arıqlamaq üçün fərdi addımların dərəcəsi bədəndən asılıdır, lakin nə qədər aktiv hərəkət etsəniz, faydaları bir o qədər çox olar. Yalnız addımların sayını deyil, onların müddətini və intensivliyini də nəzərə almaq vacibdir.

1 kilo arıqlamaq üçün neçə addım lazımdır?

Arıqlamaq prosesi cinsdən, yaşa, fiziki hazırlıq səviyyəsindən və yeriş növündən asılıdır. Məsələn, dirəklərlə yerimək və ya pilləkənləri qalxmaq piylərin yandırılmasına fərqli təsir göstərə bilər.

Bir addımın təxminən 0,04 kkal yandırdığı təxmin edilir. Bu çox görünməsə də, gündə 10.000 addım atmaqla siz 400-500 kkal itirə bilərsiniz ki, bu da tam yeməyə bərabərdir. Bir həftə ərzində hər gün 10 min addım atsanız, 2800-3500 kkal yandıra bilərsiniz. 1 kq arıqlamaq üçün təxminən 7000 kkal sərf etməlisiniz. Bu o deməkdir ki, 1 kq arıqlamaq üçün iki həftə ərzində hər gün 10 min addım atmaq lazımdır. Və ya prosesi sürətləndirmək üçün bir həftə ərzində gündə 20 min addım gedə bilərsiniz.

Atılan addımların sayını necə artırmaq və özünüzü gəzməyə həvəsləndirmək olar?

İşə gedərkən və ya evə qayıdanda lift əvəzinə pilləkənlərlə gedin.
Avtomobilinizdən daha az istifadə etməyə çalışın, mümkünsə işə piyada gedin. Həmçinin, kiçik alış-veriş üçün bayıra çıxanda avtomobildən imtina edin. Avtomobildən istifadə etmək lazımdırsa, girişdən daha uzaqda park edin.
Telefon danışıqları zamanı masanızda və ya divanda oturmaq əvəzinə gəzin.
Atdığınız addımların sayını izləyin – bu, əla motivasiyadır. Telefonunuzda addımölçən və ya xüsusi proqramdan istifadə edin. Özünüzə məqsəd qoyun və hər gün nəticənizi yaxşılaşdırmağa çalışın.

Lent.az
 

Dünyapress TV

Xəbər lenti