![]() |
![]() ![]() ![]() |
|
“D vitamini çatışmazlığı dayaq-hərəkət sisteminə bir neçə istiqamətdə mənfi təsir göstərir”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da fizioterapevt Aytən Musayeva açıqlayıb.
Onun sözlərinə görə, əzələ zəifliyi və ağrılarda D vitamini əzələ funksiyası üçün vacibdir:
“Çatışmazlıq zamanı əsasən proksimal əzələlərdə (bud, çiyin) zəiflik və yorğunluq müşahidə olunur. Osteomalazi və osteoporozda D vitamini çatışmazlığı kalsiumun bağırsaqlardan sorulmasını azaldır, bu da sümük demineralizasiyasına (yumşalmasına) və sınıq riskinin artmasına səbəb olur. Sümük ağrıları və deformasiyalar: uzunmüddətli çatışmazlıqda sümüklərdə ağrılar, qamət pozğunluqları və deformasiya baş verə bilər (xüsusilə yaşlılarda və uşaqlarda). Motor balans pozğunluqlarında əzələ zəifliyi və osteoporoz fonunda yıxılma və sınıq riski artır. D vitamini yağda həll olunan, hormonvari təsirə malik olan bir vitamindir. İnsan orqanizmində əsasən günəş şüalarının təsiri ilə dəri vasitəsilə sintez olunur”.
Fizioterapevt bildirib ki, D vitamini, kalsium və fosforun bağırsaqlardan sorulmasını artıraraq, sümük toxumasının mineralizasiyasını təmin edir:
“Çatışmazlıq hallarında dayaq-hərəkət sistemində ciddi funksional və struktur pozğunluqlar yaranır. D vitamininin aktiv forması – kalsitriol – bağırsaqlarda kalsium və fosforun sorulmasını gücləndirir, böyrəklərdə onların reabsorbsiyasını artırır və sümük toxumasında resorbsiyanı tənzimləyir. Əzələ hüceyrələrində vitamin D reseptorları vasitəsilə sinir-əzələ keçidində impuls ötürülməsi dəstəklənir. D vitamininin çatışmazlığından uşaqlarda raxit xəstəliyi (sümüklərin deformasiyası, əyriliklər, böyümə geriliyi), böyüklərdə osteomalasiya xəstəliyi (sümük mineralizasiyasının pozulması, ağrı və zəiflik), osteoporoz xəstəliyi (kalsium balansının pozulması nəticəsində sümük kütləsinin azalması), əzələ zəifliyi (əsasən proksimal əzələlərdə gücsüzlük, yıxılma riski), artroz və skelet əzələsi ağrılarına səbəb olur.
Gündəlik 10-30 dəqiqə günəş şüaları altında olmaq, D vitamini səviyyəsini artırmağa kömək edir. Lakin günəşdən qorunmaq və ya günəş işığının az olduğu bölgələrdə yaşayanlar üçün bu kifayət etməyə bilər”.
A.Musayeva bildirib ki, D vitamini ilə qidalanma və profilaktik tövsiyələrə gəldikdə isə D vitamini ilə zəngin qidalar yağlı balıqlar (skumbriya, somon, sardina), yumurta sarısı, D vitamini ilə zənginləşdirilmiş süd və taxıl məhsulları, günəş şüasına məruz qalmış göbələkdir.
Uzun və sağlam yaşam üçün bu 4 qidanı evinizə daxil etməyin.
Dünyaca məşhur mütəxəssis Dan Buettner uzun və sağlam həyat istəyənlər üçün mətbəxdən tamamilə çıxarılması lazım olan dörd qidanı açıqlayıb.
Bunlar emal olunmuş ətlər, şəkərli içkilər, çips və çox şirin qidalar sağlamlığı ciddi şəkildə zədələyir. Buettner bu məhsulların evə daxil edilməməsini tövsiyə edir.
Emal olunmuş ətlər bağırsaq xərçəngi riskini artırır. Bu səbəbdən toyuq, hinduşka, yumurta və bitki zülallarına üstünlük verilməlidir.
Şəkərli içkilər və paketlənmiş şirniyyatlar piylənmə və diabet riskini artırır. Onların evdə saxlanılmaması tövsiyə olunur.
Cips və tuzlu qəlyanaltılar ürək xəstəlikləri və böyrək problemlərinə yol açır. Günlük duz miqdarı məhdud olmalıdır.
Aşırı şirin qidalar cildin yaşlanmasına səbəb olur. Təzə meyvələr və şəkərsiz qəlyanaltılar daha sağlam seçimdir.**Milli.Az
Son araşdırmalar avokadonun ürək sağlamlığı üçün son dərəcə faydalı olduğunu göstərir.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu meyvə təkli doymamış yağ turşuları, kalium, folat, E vitamini və liflə zəngindir. Bu maddələr xolesterini tənzimləyir, qan təzyiqini sabit saxlayır və damarların elastikliyini qoruyur.
Harvard Universitetinin 2022-ci ildə apardığı 30 illik araşdırmada həftədə iki porsiya avokado yeyən şəxslərdə ürək-damar xəstəlikləri riskinin 16% azaldığı müəyyən olunub. Gündə bir avokado yemək isə pis xolesterini (LDL) 13,5%-ə qədər azalda və yaxşı xolesterini (HDL) artıra bilər.
Nar da faydalı meyvə sayılır, lakin avokado tərkibindəki sağlam yağlar sayəsində xüsusilə xolesterini yüksək və hipertoniya problemi olan insanlar üçün daha təsirli ola bilər.
Ürək sağlamlığı üçün faydalı olan meyvələr antioksidantlar, lif və faydalı vitaminlərlə zəngin olmalıdır. Aşağıdakı meyvələr də ürəyə xeyirli hesab olunur:
Giləmeyvələr (çiyələk, moruq, qaragilə, böyürtkən) – Antioksidant və flavonoidlərlə zəngindir. Qan təzyiqini və LDL xolesterini aşağı salmağa kömək edir.
Alma – Pektin adlı həll olunan liflə zəngindir. Pis xolesterini azaldır, ürək-damar riskini azaldır.
Portağal və digər sitrus meyvələri – C vitamini və flavonoidlər sayəsində qan dövranını gücləndirir və damarları qoruyur.
Kivi – Qanı durulaşdırır, qan təzyiqini tənzimləyir və xolesterini balanslaşdırır.
Üzüm (xüsusilə qara və qırmızı) – Resveratrol adlı antioksidant sayəsində ürək toxumasını qoruyur, iltihab əleyhinə təsir göstərir.
Musavat.com