![]() |
![]() ![]() ![]() |
|
Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə və şəkərli diabetə daha çox meyilli olurlar.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Tibb Elmləri Namizədi, Piroqov Universitetinin Psixiatriya və Tibbi Psixologiya kafedrasının dosenti İrina Kireyeva "RİA Novosti"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 30 min yetkin pasiyentin iştirakı ilə aparılan araşdırmalar nəticəsində DƏHS olan insanlarda həm psixi, həm də fiziki sağlamlıq problemlərinin daha geniş yayıldığı müəyyən edilib.
"Tədqiqatlar göstərib ki, bu insanlar arasında piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri daha çox müşahidə olunur. Bunun səbəbi qeyri-sağlam həyat tərzi, xroniki stres, yanaşı psixi pozuntular və ümumi genetik amillərlə bağlı ola bilər", - deyə Kireyeva qeyd edib.
O əlavə edib ki, DƏHS olan uşaqların 87 faizi komorbid - yəni yanaşı gedən - psixi pozuntulardan əziyyət çəkir. Bu sindromun simptomları həmçinin depressiya, maniakal epizodlar, narahatlıq halları, bipolyar affektiv pozuntu, autizm və şəxsiyyət pozuntusu kimi digər psixi xəstəliklərdə də rast gəlinir.
Cəfəri və limon immunitet sistemindən həzmə, dəri sağlamlığından qaraciyərə qədər bir çox fayda təmin edir.
Mütəxəssislər qeyd edirlər ki, bu iki təbii məhsulun müntəzəm istifadəsi bir çox sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir.
Yüksək miqdarda vitamin, mineral və antioksidant ehtiva edən cəfəri və limon, immunitet sistemindən həzmə, dəri sağlamlığından qaraciyər funksiyalarına qədər bir çox faydalar təmin edir.
Cəfəri tərkibindəki yüksək xlorofil sayəsində bədəndən toksinlərin çıxarılmasına kömək edir. Limon qaraciyəri təmizləməyə kömək edən limon turşusu ilə zəngindir. Bu ikili qaraciyərin sağlamlığına müsbət təsir göstərər, xüsusən səhərlər ac qarına qəbul edildikdə.
C vitamini "anbarı" olan limon immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti təmin edir. Cəfəri A, C və K vitaminləri və minerallarla zəngindir. Bu qarışım bədəni infeksiyalardan qoruyur.
Cəfəri və limon həzm sisteminin daha sağlam işləməsinə kömək edir. Limon mədə turşusunu tarazlamağa kömək edərkən, cəfəri həzmi asanlaşdırır və qaz problemlərinə yaxşı gəlir.
Antioksidantlarla zəngin olan bu ikili dərini daha parlaq və sağlam göstərir. Xüsusilə müntəzəm olaraq qəbul edildikdə sızanaq və ləkələrin azalmasına kömək edə bilər.
Detoks təsiri sayəsində bədəndəki ödemi aradan qaldırmağa kömək edən cəfəri-limon qarışığı arıqlamaq istəyənlər tərəfindən də tez-tez seçilir. Xüsusilə səhər təzə hazırlanan cəfəri-limon suyu maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını dəstəkləyir. (medicina.az)
Pəhrizinizə 3 qida daxil etməklə immunitet sisteminizi gücləndirə bilərsiniz.
Bunu diyetoloq Yel Hasbani deyib.
Hasbani qeyd edib ki, immunitet bağırsaqların vəziyyəti ilə sıx bağlıdır, ona görə də onun fəaliyyətinə müsbət təsir göstərən qidalardan istifadə etmək lazımdır. Belə ki, o, gündəlik menyuya duzlu kələm əlavə etməyi məsləhət görüb.
Bundan əlavə, həkimin fikrincə, bu məqsəd üçün qatıq da uyğun gəlir. Tərkibində orqanizm üçün lazım olan zülallar, kalsium, B vitaminləri, fosfor, kalium və maqnezium var.
"Həmçinin, alimlərin araşdırmalarına görə, kefirin müntəzəm istehlakı bağırsaq bakteriyalarının müxtəlifliyini artırmağa kömək edir ki, bu da həzm sisteminin vəziyyətini yaxşılaşdırır", - deyə mütəxəssis bildirib. (Publika.az)
Müasir dövrdə texnologiyanın sürətlə inkişafı və şəhər həyatının təzyiqləri insanların həyat tərzində ciddi dəyişikliklər yaradıb. Lakin aparılan son araşdırmalar göstərir ki, bu dəyişikliklər insan sağlamlığı üçün düşündüyümüzdən də təhlükəlidir. Alimlərin fikrincə, bəzi vərdişlər və yaşam tərzi tədricən insanı ölümə aparır.
Musavat.com xəbər verir ki, Harvard Universitetinin Tibb Fakültəsinin alimləri 10 il ərzində 100 mindən çox insanın həyat tərzini təhlil edərək belə qənaətə gəliblər: hərəkətsizlik, qeyri-sağlam qidalanma, yuxusuzluq, siqaret, alkoqol və xroniki stress vaxtından əvvəl ölüm riskini qat-qat artırır.
1. Hərəkətsiz həyat tərzi:
Gündə 6 saatdan artıq oturaq vəziyyətdə vaxt keçirmək ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini artırır. Bu insanlar fiziki aktiv həyat sürənlərlə müqayisədə 40% daha tez dünyasını dəyişir.
2. Fast food və hazır qidalar:
Emal olunmuş, şəkər və trans yağlarla zəngin qidalar immun sistemini zəiflədir, xərçəng riskini artırır. Qidalanma ilə bağlı edilən səhvlər hər il milyonlarla insanın vaxtından əvvəl ölümünə səbəb olur.
3. Xroniki yuxusuzluq:
Gecə 6 saatdan az yatmaq beyin funksiyalarını zəiflədir, depressiyaya və ürək ritm pozuntularına yol açır. Alimlər bu problemi "səssiz epidemiya" adlandırır.
4. Pis vərdişlər – siqaret və alkoqol:
Siqaret çəkmək və alkoqoldan istifadə dünyanın ən çox ölümə səbəb olan iki zərərli vərdişidir. Bu vərdişlər ağciyər, qaraciyər və digər daxili orqanlarda geri dönməz fəsadlar yaradır.
5. Stress və sosial təcrid:
Daimi stress altında yaşamaq bədənin hormon balansını pozur, immun sistemini zəiflədir. Tək qalmaq, sosial münasibətlərdən uzaq durmaq isə ölüm riskini 29% artırır.
Mütəxəssislər bildirir ki, bu riskləri azaltmaq üçün hərəkətli həyat sürmək, sağlam qidalanmaq, kifayət qədər yuxu almaq və psixoloji sağlamlığa diqqət yetirmək vacibdir. Həyat tərzi seçimdir və bu seçim bizi ya sağlam gələcəyə, ya da təhlükəli sona aparır.
Musavat.com
Gündəlik qidalanmamızda mühüm yer tutan yağlar düzgün seçilmədikdə, sağlamlığımız üçün ciddi təhlükəyə çevrilə bilər. Mütəxəssislər xüsusilə bəzi növ yağların tərkibində olan zərərli maddələrin orqanizmdə yığılıb xərçəngdən tutmuş ürək-damar xəstəliklərinə qədər bir sıra problemlərə səbəb olduğunu bildirirlər.
Musavat.com xəbər verir ki, trans yağlar ən təhlükəli yağ növü hesab olunur. Bu yağlar əsasən hazır qidalarda – çipslər, şirniyyatlar, fast food məhsulları və margarində geniş şəkildə istifadə edilir. Trans yağlar orqanizmdə pis xolesterolu artırır, yaxşı xolesterolu isə azaldır. Bu da zamanla damarların tıxanmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxarır.
Hidrogenləşdirilmiş bitki yağları da diqqətlə seçilməlidir. Qızartmalarda istifadə edilən bu yağlar dəfələrlə qızdırıldıqda kanserogen maddələr ifraz edir və bu maddələr hüceyrələrin mutasiyasına səbəb ola bilər. Bu isə xərçəng riskini ciddi şəkildə artırır.
Eyni zamanda, palma yağı da sağlamlıq üçün mübahisəli yağlardan biridir. Ucuz və asan tapıldığı üçün bir çox sənaye məhsullarında istifadə olunur. Lakin bəzi elmi tədqiqatlar palm yağının orqanizmdə iltihabi prosesləri gücləndirdiyini və qaraciyər fəaliyyətinə mənfi təsir etdiyini ortaya qoyub.
Həkimlərin tövsiyəsinə görə, sağlam qalmaq üçün qidalanmada zeytun yağı, kətan toxumu yağı, qoz və avokado yağı kimi təbii və soyuq sıxım yağlara üstünlük verilməlidir. Bu yağlar həm ürək sağlamlığını qoruyur, həm də hüceyrələrin yenilənməsinə yardım edir.
Unutmayın: hər yağ sağlam deyil. Marketdən aldığınız hər məhsulun üzərindəki tərkibi oxuyun və “trans yağ”, “hidrogenləşdirilmiş yağ” ifadələrini görsəniz, uzaq durun.
Musavat.com
Alça yaz və yay aylarının sevilən meyvələrindən biri olmaqla yanaşı, sağlamlığa olan saysız faydaları ilə də diqqət çəkir. Turş və təravətli dadı ilə orqanizmi sərinləndirən bu meyvə, eyni zamanda bir çox xəstəliklərə qarşı təbii qoruyucu rolunu oynayır.
Musavat.com xəbər verir ki, mütəxəssislər alçanın xüsusilə həzm sisteminə faydalı olduğunu vurğulayırlar. Onun tərkibindəki liflər bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizlik problemini aradan qaldırır. Eyni zamanda orqanizmdəki toksinlərin atılmasına kömək edir.
Alça həm də qan təzyiqini tənzimləyir və ürək-damar sağlamlığını dəstəkləyir. C vitamini ilə zəngin olması isə immun sistemini gücləndirir və bədəni infeksiyalara qarşı daha dayanıqlı edir. Dəri sağlamlığına da müsbət təsir göstərən bu meyvə, sızanaq və ləkə problemlərinin azaldılmasında da təsirlidir.
Həkim-diyetoloqlar alçanın gündəlik, lakin miqdarında istehlakını tövsiyə edir. Xüsusilə şəkər xəstələri üçün az miqdarda yeyilməsi məsləhət görülür.
Qeyd edək ki, həm təzə, həm də qurudulmuş formada istifadə edilə bilən alça, salat, kompot və ya turşuların tərkibində də özünə yer tapa bilər.
Musavat.com
Günümüzdə çox insanın gündəlik həyat tərzi əsasən oturaqdır. Ofisdə uzun saatlar masa arxasında keçirmək, evdə isə televizor qarşısında oturmaq sağlamlıq üçün böyük risklər yaradır.
Mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddət hərəkətsiz qalmaq müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Musavat.com həmin məqamları təqdim edir:
Uzun müddət oturaq qalmaq — ürək-damar xəstəliklərinə dəvət
Araşdırmalar göstərir ki, saatlarla oturmaq qan dövranını zəiflədir, arterial təzyiqi artırır və xolesterinin yığılmasına şərait yaradır. Bu isə infarkt, insult və digər ciddi xəstəlik riskini artırır. Hətta gündə bir saat idmanla məşğul olmaq belə, oturaq həyat tərzinin zərərlərini tam aradan qaldıra bilməz.
Əzələ və sümük problemləri
Fiziki aktivliyin azalması əzələ zəifləməsinə və sümüklərin möhkəmliyinin azalmasına səbəb olur. Bu da boyun, bel və bel nahiyəsində ağrılar, artrit kimi problemlərə gətirib çıxarır. Xüsusilə kompüter qarşısında uzun müddət oturanlarda bel və boyun ağrıları çox yayılıb.
Psixoloji təsirlər
Hərəkətsizlik depressiya və narahatlıq kimi psixoloji problemlərin yaranma riskini də artırır. Fiziki aktivlik serotonin və endorfin kimi xoşbəxtlik hormonlarının səviyyəsini yüksəldərək, stressi azaldır.
Nə etməli?
Hər 30-45 dəqiqədən bir ayağa qalxıb, qısa gəzintilər edin.
Sadə dartınma və yüngül məşqlər edin.
Gün ərzində su içməyə diqqət edin.
İş vaxtı mümkün qədər aktiv olun — məsələn, telefon danışığını ayaqda edin.
Musavat.com