Ardını oxu...
Bir çox insanlar zəka və erudisiya anlayışlarını qarışdırırlar. TEREF Lent.az-a istinadla xarici KİV-ə istinadla məlumatına görə, sonuncu kateqoriyanın nümayəndələrini bir göz qırpımında tanımaq istəyirsinizsə, bunları etməməlisiniz. Sadə dillə desək, vətəndaş savadlı (erudit) ola, yaxşı oxuya bilər, amma intellekt səviyyəsinin aşağı olduğunu nümayiş etdirərək özünü xoşagəlməz apara bilər.

Aşağı intellekt olanda bunu açıq şəkildə göstərən bəzi əlamətlər var. Bu insanlar başqalarına fikir vermir və söhbət zamanı həmsöhbətinə məhəl qoymur.

Davamlı olaraq kiminsə arxasınca müzakirə edir, qeybət etməyi və gizli zarafat etməyi sevir.

O, həqiqətən diqqət mərkəzində olmaq istəyir, lakin eyni zamanda başqalarının fikirlərinə əhəmiyyət vermir.

Zəka səviyyəsi aşağı olan insanlar ümumiyyətlə inkişaf etmək arzusunda deyillər, bəzən konkret məqsədləri olmur.

Onlar həmişə maddi dəyərləri birinci yerə qoyurlar.
Ardını oxu...
Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb.

TEREF xəbər verir ki, Modern.az saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatda deyilir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.
Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.
İlk “3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.
Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:
1. Yenitörəmələr (xərçəng şişləri)
2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri
3. Sinir sisteminin xəstəlikləri
4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri
5. Həzm sisteminin xəstəlikləri
6. Tənəffüs sisteminin xəstəlikləri
7. Bəzi infeksion və parazitar xəstəliklər
8. Perinatal dövrdə meydana çıxan bəzi hallar
9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri
 
Ardını oxu...
“Nazirlər Kabinetinin 18 mart 2025-ci il tarixli, 84 nömrəli qərarına əsasən xüsusi karantin rejiminin müddəti 1 iyul 2025-ci il saat 06:00-dək uzadılıb. Bu, hökumətin rəsmi sənədində öz əksini tapıb”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib:“Son günlər ictimaiyyətdə karantin rejiminin iyun ayında başa çatdığına dair fikirlər səsləndirilsə də, bu məlumatlar həqiqəti əks etdirmir. Görünür, bəzi vətəndaşlar iyun və iyul aylarını səhv salıblar”.

V. Əlibəyov qeyd edir ki, qərara əsasən, hazırda qüvvədə olan məhdudiyyətlər, o cümlədən Azərbaycanla digər ölkələr arasındakı quru sərhədlərin bağlı qalması qaydası qüvvədədir.

“Bu səbəbdən sərhədlərin yaxın günlərdə açılması və ya karantinlə bağlı başqa yumşaldıcı addımların atılması gözlənilmir”.

Qeyd edək ki, xüsusi karantin rejimi COVID-19 pandemiyası dövründə tətbiq olunmağa başlayıb və indiyədək bir neçə dəfə uzadılıb.
Ardını oxu...
Enerji içkiləri gənclər arasında artan populyarlığına baxmayaraq, ürək-damar sistemi üçün ciddi təhlükə yaradır.
Britaniyalı həkim-kardioloq Dr. Elias Harper “The Guardian” qəzetinə açıqlamasında bildirib ki, bu içkilər sinir sisteminə təsir etməklə yanaşı, aritmiyaya və təzyiqin kəskin yüksəlməsinə səbəb ola bilər.Xüsusilə yetkinlik yaşına çatmayanlar arasında bu içkilərin müntəzəm istifadəsi gələcəkdə hipertoniya və ürək ritm pozğunluqları riskini artırır. Bir banka enerji içkisində ortalama üç fincan qəhvəyə bərabər kofein olur, bu da böyrək və qaraciyər funksiyalarına da zərər verə bilər.Tərkibindəki taurin və şəkərin birlikdə orqanizmə təsiri isə elmi cəhətdən hələ də müzakirə mövzusudur. Mütəxəssislər enerji içkilərinin idmanla məşğul olan insanlara belə faydalı olmadığını vurğulayırlar.Onların verdiyi “enerji” effekti süni stimullaşdırmadan başqa bir şey deyil. Araşdırmalar göstərir ki, enerji içkiləri ilə birlikdə alkoqol qəbul etmək infarkt riskini kəskin artırır. Bəzi ölkələrdə bu içkilərin satışına yaş məhdudiyyəti tətbiq olunub. Qidalanma üzrə mütəxəssislər təbii alternativlərə, məsələn, limonlu su və ya kokos suyuna üstünlük verilməsini tövsiyə edirlər.Enerji içkilərinin istifadəsi uzunmüddətli zehni və fiziki yorğunluğa səbəb ola bilər.Həkimlər hesab edir ki, bu içkilər nə gündəlik, nə də imtahan və ya məşq öncəsi istifadə edilməməlidir.
 
Ardını oxu...
Qəhvəyə kərə yağı əlavə etmək son illərdə "bulletproof coffee" (gülləkeçirməz qəhvə) adı ilə məşhurlaşıb. Foodinfo.az qəhvəyə kərə yağının əlavə edilməsinin səbəblərini təqdim edir:
1. Enerji artırmaq: Kərə yağı təbii yağ qaynağıdır. Qəhvəyə əlavə olunanda bədənə daha uzunmüddətli enerji verir, çünki yağlar yavaş parçalanır.
2. Açlığı gecikdirmək: Yağlı qəhvə içən insanlar özlərini uzun müddət tox hiss edirlər.
3. Zəka və diqqəti artırmaq: Kərə yağı beyinə faydalı yağ turşuları verir və qəhvənin verdiyi ayıqlıq hissi daha sabit olur.
4. Qəhvənin acılığı azalır: Kərə yağı qəhvənin dadını yumşaldır, onu daha kremli və ləzzətli edir.Kərə yağlı qəhvə resepti:İngrediyentlər:
- 1 fincan təzə dəmlənmiş isti qəhvə
- 1-2 çay qaşığı duzsuz kərə yağı
- İstəyə görə: 1 çay qaşığı hindqozu yağı
Hazırlanması:Qəhvəni dəmləyib soyutmadan kərə yağını və hindqozu yağını blenderə tökün.Blenderlə 20-30 saniyə qarışdırın. Sonda köpüklənmiş qəhvəni isti-isti içə bilərsiniz.
 
 
 
Ardını oxu...
Balanslı qidalanma bədənin ehtiyac duyduğu bütün qida maddələrini (karbohidratlar, zülallar, yağlar, vitaminlər, minerallar və su) düzgün nisbətdə və kifayət qədər qəbul etmək deməkdir. Yəni nə çox, nə az – hər şeydən qədərində və doğru seçimlə yemək.Foodinfo.az balanslı qidalanmanın əsas prinsiplərini təqdim edir:
1. Qida müxtəlifliyi
- Hər gün fərqli qida qruplarından yeyilməlidir.
- Tərəvəz və meyvələr vitamin, mineral və lif qaynağıdır.
- Taxıl məhsulları
– xüsusilə tam taxıllar (çörək, düyü, yulaf) enerji verir.
- Zülal mənbələri
– ət, balıq, toyuq, yumurta, paxlalılar (noxud, mərci, lobya), süd məhsulları.
- Yağlar – zeytun yağı, qoz-fındıq, avokado (trans yağlardan uzaq durmaq lazımdır).
2. Nisbət və porsiya nəzarəti- Həddindən artıq yeməmək.- Kiçik, amma tez-tez yemək (gündə 3 əsas, 2 ara yemək).
- Bir boşqabın yarısı tərəvəz olmalıdır, dörddə biri zülal, dörddə biri karbohidrat.
3. Şəkər və duzun azaldılması
- Şirin içkilər, tort-piroq, çox duzlu qidalar gündəlik qida rasionunda az yer tutmalıdır.
4. Su qəbulu
Gündə orta hesabla 6–8 stəkan su içmək lazımdır.5. Qızartmadan uzaq durmaqDaha çox buxarda bişmiş, qaynadılmış və ya sobada hazırlanmış yeməklərə üstünlük verin.
 
 


 
Ardını oxu...
Şəkər istehlakı son illərdə sağlamlıq mövzularının ön sıralarında yer alır. Foodinfo.az xəbər verir ki, təbii şəkərlə süni şəkərin arasında ciddi fərqlər mövcuddur. Təbii şəkər, məsələn meyvələrdə tapılan fruktoza və balda mövcud olan qlükoza, orqanizm tərəfindən asanlıqla mənimsənilir və enerji təmin edir.Bu şəkər növləri, həmçinin vitaminlər və minerallarla zəngin olan təbii qidalarda yer alır. Lakin süni şəkərlər, məsələn şəkərli içkilərdə və bəzi emal olunmuş qidalarda tapılan yüksək fruktozlu qarğıdalı şərbəti, metabolizmə mənfi təsir edir. Süni şəkərin bədənə daxil olması, qan şəkəri səviyyəsini sürətlə artırır və bunun nəticəsində insulinin istehsalı da artar.Bu isə zamanla insulin müqavimətinə, metabolik sindromaya və diabetə səbəb ola bilər. Araşdırmalar göstərir ki, süni şəkərlə zəngin qidaların mütəmadi istehlakı ürək xəstəlikləri, piylənmə və hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir.Təbii şəkər isə yüksək lif və digər qida maddələri ilə bərabər gəldiyindən, metabolizmə daha yavaş təsir edir və orqanizm tərəfindən daha səmərəli istifadə olunur. Bununla yanaşı, təbii şəkərin aşırı istehlakı da problemlər yarada bilər, buna görə də balanslı qidalanma və ölçülü şəkər istehlakı çox önəmlidir. Şəkərin mənbəyi, onun orqanizmə təsirini müəyyən edən əsas faktordur.Sağlam həyat tərzinin bir hissəsi olaraq, təbii şəkərlə zəngin qidaların rasiona daxil edilməsi daha faydalıdır.
 
 
 
Ardını oxu...
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışında çörəyin tərkibinə qatılan zərərli maddələrlə bağlı müzakirə aparılıb.

Çörəyə qatılan "L-Sistein" adlı maddə haqqında hansı gizlinlər var? Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər? Çörəyə insan, donuz, quş tükü qatılır?

Qida texnoloqu Vahid Həsənov, Tibb elmləri doktoru Məlahət Qəhrəmanova, qida məhsulları üzrə auditor Şəlalə Zeynalova və həkim-dietoloq Leyla Zülfüqarlı ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
"Mən həmişə dövlət xəstəxanalarına üz tutmuşam. Bir-iki dəfə olub ki, "check-up" müayinə üçün özəl xəstəxanalara getmişəm. Mən təcrübəli həkimlərin yanına gedirəm. Elə həkimlər var ki, bütün gün sosial şəbəkədədirlər. Sənin pasientin çoxdursa, yaxşı həkimsənsə, sosial şəbəkəyə necə vaxtın var?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər-ertəsi" proqramında deyib. O, özəl xəstəxanalardakı qiymətlərdən şikayətlənib:

"Özəl xəstəxanaya bir dəfə daxil olursan, vəssəlam. Nəfəs alan kimi deyirlər ki, bizim xəstəxananın 3 dəfə havasını almısınız, 20 manat da ona görə yazırlar. Adamın dişi ağrıyır, deyir ki, get qan analizi ver. Məcazi mənada deyirəm yəni. Bu gün özəlllərin əksəriyyəti insanları soymaq üçündür, ancaq pul. Özəl xəstəxanada işləyən əksər həkimlərə etibar etmirəm. Yaxşı həkim dövlət xəstəxanasında da işləyər"
Ardını oxu...
Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib, hakimiyyət orqanları vətəndaşları maska taxmağa çağırıb.

“Nikkei Asia” portalının məlumatına görə, mayın 18-dən 24-dək Tailandda COVID-19 infeksiyasına 53,5 min yoluxma halı qeydə alınıb. Yanvardan mayın ortalarınadək yoluxan insanların sayı isə 187 min nəfərə çatıb. Yoluxma halları ən çox paytaxt Banqkokda müşahidə olunub. Mayın ortalarından başlayaraq paytaxtdakı məktəblərdə dezinfeksiya işləri aparılır, bəzi təhsil müəssisələri onlayn təhsil sisteminə keçib.

Çinin hakimiyyət orqanlarının məlumatına görə, aprelin 28-dən mayın 4-dək aparılan testlərin təxminən 16 faizi pozitiv çıxıb. Çinli epidemioloqların sözlərinə görə, virusun Çində dominant olan yeni XDV və XDV.1 variantları immun sisteminin müqavimətinə daha davamlıdır. Bu o deməkdir ki, hətta peyvənd olunan və ya koronavirusdan sağalan insanlar yoluxma riski altındadır.

Son vaxtlar Sinqapurda da COVID-19 virusuna yoluxma hallarının artması ilə əlaqədar həyəcan təbili çalınır. Ölkənin Səhiyyə Nazirliyi mayın 13-də il ərzində ilk dəfə koronavirusla bağlı yenilənmiş statistikanı açıqlayıb. Məlumata görə, aprelin 27-dən mayın 3-dək əvvəlki həftəyə nisbətən 28 faiz daha çox yoluxma halı qeydə alınıb. Hakimiyyət orqanları vətəndaşlara ehtiyatlı olmağı, o cümlədən peyvənd vurdurmağı və insanların sıx olduğu yerlərdə maska taxmağı tövsiyə edib.

Dünyapress TV

Xəbər lenti