Ardını oxu...
D vitamini qəbul edərkən bir çox xətaya yol verdiyimizdən çoxlarımız xəbərsizik. Əgər bu vitamin çatışmazlığı varsa, D vitamini əlavələri kafi olmaya bilər.

Axşam.az xəbər verir ki, D vitamini bədənimizin sümük sağlamlığını qorumaq, immunitet sistemini gücləndirmək və bir sıra digər vacib bioloji funksiyaları dəstəkləmək üçün vacib bir vitamindir. Xüsusilə qış aylarında günəş işığına məruz qalmamız azaldıqca, bir çox insan D vitamini əlavələrinə müraciət edir. Bununla belə, bu əlavələri qəbul edərkən edilən bəzi ümumi səhvlər əslində orqanizmin ehtiyaclarının tam ödənilməməsi ilə nəticələnə bilər.

Qan testi keçirmədən gündə 4000 IU-dan çox D vitamini qəbul etmək həddindən artıq kalsium itkisinə və yuxusuzluğa səbəb ola bilər. Həkimin tövsiyə etdiyi əlavələrin miqdarını qəbul etmək vacibdir.

Vücudunuzda kifayət qədər maqnezium yoxdursa, qəbul etdiyiniz D vitamini istifadə olunmayacaq, ancaq yığılacaq. Qeyri-adekvat əlavələr səbəbiylə oynaq ağrısı, sümüklərdən kalsium çıxarılması və ani qan təzyiqi dəyişiklikləri baş verə bilər.

D vitamini əlavələrini axşam qəbul etmək tövsiyə edilmir, çünki onlar melatonini sıxışdıra bilirlər. Səhər səhər yeməyindən sonra qəbul etmək məsləhətdir.
 

Ardını oxu...
  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus gəncləri aludəçilikdən qorumaq üçün tərkibində ətirli maddə olan bütün tütün və nikotin o cümlədən siqaret, qəlyan və elektron siqaretlərin təcili qadağan edilməsinə çağırıb.

“Report” xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

O, Ümumdünya Tütünlə Mübarizə Günü münasibəti ilə deyib: "Ətirləndiricilər yeni aludəçilik dalğasını artırır və qadağan edilməlidir".

Qebreyesus vurğulayıb ki, aromatizatorlar tütünə qarşı mübarizədə onilliklər ərzində əldə edilmiş uğurları ləğv edir. Qeyd edilir ki, aromatizatorları tütün və nikotin məmulatlarının sərt dadını maskalayır, zəhərli məhsulları gənclər üçün yemə çevirir.

"Qətiyyətli tədbirlər görülməsə, onsuz da hər il təxminən 8 milyon insanın ölümünə səbəb olan qlobal tütün epidemiyası cəlbedici dadlarla maskalanmış asılılığın təsiri altında yayılmağa davam edəcək", - ÜST rəhbəri xəbərdarlıq edib.

Ardını oxu...
Bal çox zaman sağlamlıq simvolu kimi təqdim edilsə də, şəkərli diabet xəstələri üçün ciddi risk daşıya bilər. Onun tərkibində təbii şəkərlər olan fruktoza və qlükoza yüksək miqdarda mövcuddur. Foodinfo.az bildirir ki, bu maddələr qan şəkərinin sürətli artmasına səbəb ola bilər və insulin balansını poza bilər. Balın qida dəyəri yüksək olsa da, onun glisemik indeksinin də yüksək olduğu unudulmamalıdır.Xüsusilə tip 2 diabet xəstələri bu məhsulu pəhrizlərinə əlavə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Bəzi insanlar balın "təbii" olması səbəbilə təhlükəsiz olduğunu düşünsə də, təbii şəkərlərin də insulinə təsiri süni şəkərlərlə oxşardır. Araşdırmalar göstərir ki, bal qəbul etdikdən sonra bəzi diabet xəstələrində hiperglisemiya halları müşahidə olunub. Üstəlik, fərqli bal növlərinin tərkibi dəyişkən olduğundan onların orqanizmə təsiri də fərqli ola bilər.Balın tərkibində olan antioksidantlar faydalı hesab olunsa da, şəkər balansı pozulmuş şəxslər üçün bu fayda arxa planda qalır. Mütəxəssislər diabet xəstələrinin balı tamamilə rasiondan çıxarmasalar belə, ciddi miqdarda məhdudlaşdırmalarla istifadə etmələrini tövsiyə edirlər.Təbii məhsul olması onu "zərərsiz" etmir, əksinə, dozaya diqqət edilmədikdə ciddi fəsadlara yol aça bilər. Belə hallarda alternativ şirinləşdirici vasitələrdən istifadə daha məqsədəuyğundur.
 

Ardını oxu...
  

 

Mütəxəssislər xəbərdarlıq edir ki, suitilərin tələf olması dənizdə xəstəliklərin artmasına səbəb ola bilər

Son günlərdə Xəzər dənizinin Pirşağı sahilində bir neçə ölü suiti cəsədi aşkarlanıb. Dəniz kənarında çimərliyə gələn sakinlər sahildə uzanan suitilərlə qarşılaşdıqlarını bildirirlər. Bənzər mənzərələrə Mərdəkan və Novxanı sahillərində də rast gəlinir.

Məsələ ilə bağlı danışan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, ölü suitilərin cəsədi Xəzərin suyunu çirkləndirmir: “Dəniz öz xüsusiyyətinə görə özünü təmizləmə qabiliyyətinə malikdir. Bu səbəbdən çimərlik mövsümündən əvvəl sudakı çirklənmə ilə bağlı narahatlığa ciddi əsas yoxdur”. Lakin o da etiraf edir ki, sahildə çürüməkdə olan və artıq tamamilə çürümüş suitilərin leşlərinə rast gəlmək mümkündür.

Mütəxəssislər xəbərdarlıq edir ki, Xəzərdə suitilərin tələf olmasına virus və bakterial infeksiyaların artması səbəb ola bilər. Dəniz heyvanları, xüsusilə də zəifləmiş immunitetə malik suitilər çirklənmə fonunda bu cür xəstəliklərə qarşı daha həssas olurlar.

Suitilərin bu şəkildə kütləvi tələf olması əhali arasında narahatlıq doğurub. İctimaiyyət arasında belə suallar dolaşır: bu virus təhlükəlidirmi? İnsanlara da keçə bilərmi? Hazırda laborator analizlər nəticəsində bu infeksiyaların insan sağlamlığına təsir edib-etmədiyi dəqiqləşdirilir.

Qeyd edək ki, Xəzər suitisi dünyanın ən kiçik qulaqsız suitilərindən sayılır və yalnız bu dənizdə yaşayır. XIX əsrin sonunda onların sayı 1 milyonu keçsə də, XX əsrin sonlarından etibarən brokonyerlik, sənaye çirklənməsi və iqlim dəyişikliyi səbəbilə populyasiyaları kəskin şəkildə azalıb. 1990-cı illərin ortalarında suitilərin sayı xeyli aşağı düşüb.

Xəzər suitiləri 50 ilə qədər ömür sürə bilirlər. Onlar il ərzində dənizin şimalından cənubuna və əks istiqamətdə miqrasiya edirlər. Əsas qida mənbələri olan kilkə balıqlarının azalması da bu canlıların yaşamını çətinləşdirir.

Ekoloqlar hesab edir ki, Xəzərin mövcud ekoloji vəziyyəti suitilər üçün qənaətbəxş deyil. Onların sayının sürətlə azalması ciddi ekoloji narahatlıq doğurur və bu prosesi dayandırmaq üçün regional əməkdaşlıq və təxirəsalınmaz tədbirlər vacibdir.

Ardını oxu...

Telman Zeynalov 

Ekoloq alim, professor Telman Zeynalov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bütün bunlar brakonyerlərin oyunlarıdır. Onlar torlarına düşən suitini öldürüb sahilə atırlar. Cavan suitilərin isə dərilərini soyub satırlar. Bu cür hadisələrin əksəriyyəti Dağıstan sahillərində baş verir. Xəzər dənizinin suyu elədir ki, xəstə insan ayağını ora salanda sağalır. Belə olan halda Xəzərdə hansı bakteriyadan söhbət gedə bilər? Əgər Xəzərdə bakteriya və virus olsaydı, balıqlar da tələf olardı. Suitilərin ölməsi və Xəzərdə virusların olması ilə bağlı çirkin oyunlar gedir. Onlar ictimaiyyət arasında belə məlumatlar yaymaqla diqqəti öz üzərlərindən atırlar. Xəzərdə hansısa bakteriya varsa, Ekologiya və Təbii  Sərvətlər Nazirliyi haraya baxır? Nazirlik, əlbəttə, reaksiya verməlidir. İnsanlar Xəzər dənizində çimir, hətta uşaqlar suyunu udur. Virus onları niyə öldürmür?”

Ardını oxu...

Ekoloq Ənvər Əliyev isə açıqlamasında bildirib ki, Xəzərdə suitilərin kütləvi şəkildə ölümünə 2022-ci ildə də rast gəlinib: “10 minə qədər suiti Dağıstan sahillərində ölü tapıldı. Analiz etdilər və bəlli oldu ki, suitilərin yediyi qidalar olduğu kimi mədələrində qalıb. Onlar imkan edib qidanı həzm edə bilməmişdilər. Əgər suda virus olsaydı, o, müəyyən hissədə dərhal 10 minə yaxın suitini öldürə bilməzdi. Virusdan ölüm tədricən baş verərdi və qəbul etdiyi qidanın müəyyən hissəsi həzm olunardı. Həmin dövrdə Xəzər dənizində zəlzələ olmuşdu və belə bir versiyalar irəli sürülmüşdü ki, silkələnmə nəticəsində yaranan kükürd və azot kimi qazlar heyvanları qəflətən zəhərləyir və dərhal məhv olurlar. Xəzərin Azərbaycan sahillərində kütləvi suiti ölümünə rast gəlinməyib. Əgər virusdan ölüm olsaydı, dağıstanlı alimlər bunu açıqlayardılar. Onlar ölümü qazlardan zəhərlənmə ilə əlaqələndirdilər. Adətən dənizdəki silkələnmələrdən sonra suiti meyitləri aşkarlanır”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən qəzetə  verilən məlumata görə, çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə artıq start verilib. Yoxlamalar başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Almaniya Ekoloji Tədqiqatlar İnstitutunun araşdırmasında qeyd olunur ki, Xəzər dənizi Avropa və Asiyanın sənaye regionları ilə sərhəddə yerləşdiyi üçün transsərhəd çirklənməyə məruz qalır: “Suyun tərkibində nitrat, fosfat, ağır metallar və mikroplastiklərin miqdarı yüksəkdir. Bu çirklənmə nəinki dəniz canlıları üçün, həm də sahilboyu ölkələrin insan sağlamlığı üçün təhlükəlidir”.

Xəzər dənizinin suyu səthdə bir qədər təmiz görünsə də, dərinliklərdə və sahil zolaqlarında vəziyyət narahatedicidir. Bu dənizdə çimmək və ya balıq tutmaq istəyən insanlar yalnız rəsmi çimərliklərə və yoxlanılmış ərazilərə üz tutmalıdırlar. Eyni zamanda hökumətlərarası əməkdaşlıq çərçivəsində çirklənməyə qarşı sərt tədbirlərin görülməsi vacibdir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”


Ardını oxu...
 

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir. Halbuki bu görünməz təhlükə mənbəyidir.

Milli.Az bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər.

Çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını itirir, həm də tərkibindəki faydalı maddələr oksidləşməyə başlayır. Oksidləşmə dediyin isə zərərli maddələrin yaranmasına zəmin yaradır. Ən qorxulusu - nitritlər. Bu toksik maddələr immun sistemi zəiflədir, mədə-bağırsaq problemləri yaradır, uzun müddət davam edərsə, xroniki xəstəliklərin də səbəbi ola bilər.

Yay aylarında isə məsələ daha da ciddiləşir. Açıqda qalan çay bakteriyaların sevimli məkanına çevrilir. İçirsən - bilmədən öz bədəninə zərər verirsən.

Qənaət üçün edilən bu sadə görünən vərdiş uzun müddətdə sağlamlığa baha başa gələ bilər. Odur ki, mütəxəssislər deyirlər: təzə dəm çay içmək həm dadlıdır, həm faydalı. Gecədən qalan çaya ümid bağlamaqdansa, hər dəfə az miqdarda, amma təzə dəm hazırlamaq daha doğru seçimdir.


Ardını oxu...
   

Bir çox insan üçün 20 yaşlar qayğısız dövrdür - siqaret, spirtli içki və hərəkətsizlik adi hal kimi qarşılanır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu həyat tərzinin fəsadları əsasən 36 yaşdan sonra üzə çıxır.

Milli.Az "Telegraph"da dərc olunmuş məqaləni təqdim edir:

Finlandiyada aparılan araşdırmaya görə bu yaşa qədər siqaret və içkinin ciddi təsiri olmasa da, 36-dan sonra sağlamlıqda geriləmələr müşahidə olunur. Xərçəng, ürək və ağciyər xəstəlikləri, depressiya və erkən ölüm riski artır.

Həkimlər bildirirlər ki, bu yaşdan sonra orqanizm artıq zərərli vərdişləri "bağışlamır". Siqareti 35 yaşadək tərgidənlər siqaret çəkməyənlərlə eyni həyat müddətinə sahib ola bilirlər. Lakin 40 yaşdan sonra ağciyər xərçəngi riski xüsusilə kişilərdə sürətlə artır. Alkoqol da bu dövrdə orqanizmə daha çox zərər vurur. Qaraciyər, ürək, təzyiq, diabet və demensiya riski artır.

36-46 yaş arası həm də hormonal dəyişikliklərin baş verdiyi dövrdür. Qadınlarda estrogenin azalması sümük və əzələ itkisinə, immunitetin zəifləməsinə səbəb olur. Kişilərdə isə testosteron azalır, metabolizm zəifləyir. Bu illər həm də insanların daha çox stress yaşadığı, iş və ailə məsuliyyətlərinin artdığı dövrdür ki, bu da sağlamlığa əlavə yük yaradır.

Mütəxəssislər bu onilliyi dəyişiklik üçün ən uyğun dövr hesab edir. Siqareti tərgitmək, spirtli içkini azaltmaq, balanslı qidalanmaq, müntəzəm idmanla məşğul olmaq və keyfiyyətli yuxuya önəm vermək gələcək sağlamlıq üçün vacib addımlardır. Araşdırmalara görə, 36-44 yaş aralığında siqareti tərgidənlər həyatlarına 9 il əlavə edə bilirlər. Qidalanmada şəkər, ağ un və emal olunmuş məhsullardan uzaq durmaq, tərəvəz, meyvə, paxlalılar və fermentləşdirilmiş qidalara üstünlük vermək tövsiyə olunur. Vitamin C, D, B kompleksi, omeqa-3 və maqnezium kimi əlavələr də faydalıdır.

Yuxusuzluq, stress və hormonal pozuntular arasında əlaqə olduğu üçün istirahət və sosial həyat da vacib sayılır. Mütəxəssislər bu yaş aralığını gələcək sağlamlıq üçün həlledici mərhələ hesab edir.

Ardını oxu...
Qastroenteroloq və Hemotest laboratoriyasının ekspert həkimi Yekaterina Kaşux duzlu qidalara ehtiyacın artmasının səbəblərindən danışıb.
“İzvestiya” qəzetinə müsahibəsində ekspert qeyd edib ki, orqanizmin bu xüsusiyyəti böyrəklərin və böyrəküstü vəzilərin fəaliyyəti ilə bağlı ola bilər."Məsələn, adrenal çatışmazlıq (Addison xəstəliyi) ilə adrenal hormonlar aşağı konsentrasiyalarda istehsal olunur" dedi həkim.Ekspert əlavə edib ki, bu, qanda natrium və kaliumun səviyyəsini tənzimləyən hormon olan aldosteronun çatışmazlığına gətirib çıxarır.Öz növbəsində diyetisyen və tibb elmləri namizədi Elena Solomatina Radio 1-ə bildirib ki, sağlam insanın Pasxa tortu üçün norma 100-200 qr təşkil edir."Kökəlməkdən qorxanlara, mədə-bağırsaq traktında və ya şəkərli diabetlə bağlı problemi olanlara bunu sırf simvolik olaraq sınamağı məsləhət görürəm" - deyə dietoloq qeyd edib.Mütəxəssis onu da qeyd edib ki, Pasxa tortu başqa inqrediyentlərdən – şəkər əvəzinə tam taxıl unundan və steviyadan hazırlana bilər.
 
Ardını oxu...
Medfriends mərkəzinin dietoloqu, qastroenteroloqu və dietoloqu Yevgeni Arzamastsev bildirib ki, yeməkdən sonra yuxululuq hissi çox ağır yemək səbəbindən yarana bilər.
Ekspert Gazeta.Ru -ya müsahibəsində deyib ki, fakt budur ki, həddindən artıq miqdarda qida həzm orqanlarında qan axını artırır, beyin fəaliyyəti isə azalır.Mütəxəssisin fikrincə, orqanizmin bu vəziyyəti insanların yemək yedikdən sonra dincəldiyi zaman insanın təkamülünün nəticəsidir.Həkim onu ​​da qeyd edib ki, yeməkdən sonra yuxululuq, yəni qida koması orqanizmdə problemlər yarada bilər."Təmizlənmiş məhsulların həddindən artıq istehlakı səbəbindən bağırsaqlar və karbohidrat mübadiləsi pozulur. Müntəzəm olaraq həddindən artıq yemək mədəaltı vəzinin sağlamlığına mənfi təsir göstərir və şəkərli diabetə səbəb olur", - ekspert əlavə edib.
 
Ardını oxu...
Şəkər yalnız arıqlamaq istəyənlərin deyil, ürək sağlamlığını qorumaq istəyən hər kəsin diqqət etməli olduğu əsas risk faktorlarından biridir. Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, gündəlik şəkər istehlakının normadan artıq olması təkcə çəkidə artıma deyil, ürək-damar xəstəliklərinin yaranmasına və irəliləməsinə də səbəb olur.Şəkər qəbulu bədəndə bir sıra metabolik və hormonal dəyişikliklərə yol açır. Xüsusilə süni şəkərlər, qənnadı məmulatları, qazlı içkilər və hazır qidalar ürəyə birbaşa təsir edir.Həmçinin bədəndə insulinin yüksəlməsinə səbəb olur. Bu da damarların daralmasına, nəticədə isə arterial təzyiqin artmasına gətirib çıxarır. Yüksək təzyiq də ürək-damar sisteminə yük salır.Qədərindən artıq şəkər qəbulu iltihabı artırır və damar divarlarını zədələyir. Bu isə arteriyalarda sərtlik və daralma ilə nəticələnə bilər.Bu qida qaraciyərdə yağ sintezini artırır, bu da "pis" LDL xolesterin və trigliserid səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.Artıq şəkər uzunmüddətli istehlak olunduqda bədənin insulina qarşı həssaslığı azalır. Bu vəziyyət tip 2 diabetlə yanaşı ürək-damar xəstəlikləri riskini də artırır.
 
Ardını oxu...
  

Bu gün - 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

Musavat.com xəbər verir ki, 2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Bu gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Onun qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən dünya əhalisinin bir qismi bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Dövlət Statistika Komitəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 3015 nəfər qeydə alınıb.

Məlumata görə, onlardan 813 nəfəri kişi, 2202 nəfəri qadın olub. Yaş statistikasına gəldikdə isə, 0-17 yaşda 321 nəfər, 18-29 yaşda 270 nəfər, 30 və daha yuxarı yaşda 2424 nəfər qeydə alınıb.

"2023-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 1184 nəfər, 2022-ci ildə isə 1834 nəfər qeydə alınıb. 2023-cü ildə 370 kişi və 814 qadın, 2022-ci ildə isə 415 kişi və 1419 qeydə alınıb.

Yaş aralığına gəldikdə isə, 2023-cü ildə 0-17 yaşda 238 nəfər, 18-29 yaşda 149 nəfər, 30 və daha yuxarı yaşda 797 nəfər olub. 2022-ci ildə 0-17 yaşda 168 nəfər, 18-29 yaşda 238 nəfər, 30 və daha yuxarı yaşda 1428 nəfər olub", - məlumatda bildirilib.

Son 3 ilə nəzər salsaq, ötən il əvvəlki illərə nisbətən sayda artım müşahidə edilir. Xəstəlik ən çox qadınlarda, 30 və daha yuxarı yaşlarda olan insanlarda qeydə alınıb.

Qeyd edək ki, tək üzvlərdən olan qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı və iki yan sağ və sol payları var. Bəzən üçüncü piramidayabənzər pay pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.

 
 
 

Dünyapress TV

Xəbər lenti