“İlhamə Quliyeva ayağa qalxıb məni alqışladı”
“İnstaqramda Allah Puqaçovanı izləyirəm. Bəzən bir-birimizdən xəbərsiz geyimlərimiz eyni olur. Bu məndə təəccüb doğurur. Hətta saç düzümlərimiz də eyni olur. Mənə çox qəribə gəlir ki, bu ona necə gedib çatır?! Özü izləməsə də, fanatı məni izləyir. Bəzən insanların fikirləri, düşüncələri bir-birinə oxşayır. Düşünürəm ki, bundan qaynaqlanır”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.

“Mahnıları yazıdırıb, ortalığa çıxarmıram. Mənim bədbəxtçiliyim burdadır. Efirlərə də gedirsən, deyirlər ki, şən mahnı oxu. Bəs lirik mahnıları harada oxuyaq? Röya Ayxan “Dərdimdən kim öləcək” mahnımı istəmişdi, dedim ki, qurbandır. Nəinki ona, mahnılarım hamıya qurbandır. “Vurulmuşam” mahnımı hamı istəyir, hamı da oxuyur. Mən paxıl müğənni deyiləm ki, mahnılarımı oxumağa kiməsə icazə verməyim. Əzizləyib saxlayırlar, heç kimi də qoymurlar ki, ifa etsin. Hətta mahnılarına qısqanclıqla yanaşan İlhamə Quliyeva belə mənə mahnılarını oxumağa icazə vermişdi. Nüşabə Ələsgərlinin ad günündə İlhamə xanımın “Neylərsən?”, və “Kaman” mahnısını ard-arda oxudum. Ayağa qalxıb alqışladı və dedi ki, “mən belə ifa eşitməmişəm”.

Əməkdar artist gəlinindən də danışıb.

“Gəlinimlə aramızda dostluq var. Gəlin-qaynana münasibətində deyilik. Nə o məndən, nə də mən ondan pis münasibət görməmişəm. O da bir evin qızıdır, xoşbəxt olmağa gəlib. Vaxt gələcək mənim də övladım gəlin olacaq. Onlar gəncdirlər, səhvləri də olsa başa düşmək olar. Başqa evdən bir başqa evə gəlirlər. O evə öyrəşənə qədər, evin abu-havasını götürənə qədər ona zaman lazım olur. Onlara şərait yaratmaq lazımdır” deyə müğənni bildirib.

Müğənni həmkarlarına çağırış da edib.

“Biz sənət adamları mehriban, dost olmalıyıq. Əvvəl də qalmaqallar, səs-küylü açıqlamalar olub, amma bunların hamısını gizlində ediblər, mətbuata çıxarmayıblar. İndiki kimi efir vasitəsilə bir-birlərinə söz atmayıblar. Bir-birini yıxıb-sürüyürlər, xətrinə dəyirlər, alçaldırlar. Onsuz da səhvsiz insan yoxdur. Bəlkə də gündə səhv edirik. Bunu Allah bilir” deyə müğənni bildirib.

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti