O, villasını şəhid ailələrinin pulu ilə alıb?..
Admin yuxudan qalxıb üzünü yumağa macal tapmamış sayta "vacib" xəbər yerləşdirib: "Günay villasında bağbanlıq etdi".

Aydın məsələdir ki, söhbət müğənni Günay İbrahimlidən gedir. Azərbaycanda adının qarşısında müğənni sözü olmayan bir qadının villa sahibi olması müşkül məsələdir.

Mənim heç bir müğənni ilə, o cümlədən Günayla hər hansı ədavətim yoxdur. Günay İbrahimli büdcə oğrusu deyil ki, onunla mübarizə aparım. Görüntüləri sosial şəbəkələrdə viral olan dəbədəbəli villasını indiyə kimi 3 dəfə dağılan Bakı-Quba yolunun tikintisindən çırpışdırılan pullarla almadığına adım kimi əminəm. Siz Ziya Məmmədovun bu gün 40 dərəcə istidə Ucarın Qazıqumlaq kəndində üzüm qorası kimi bişməyinə baxmayın, nazir olanda yol-körpü tikintisindən 1 manat çırpışdırmaq istəyən adamın iki gözünü bir deşikdən çıxarırdı. turbo az mercedes

Günay İbrahimli heç şəhid ailələrinə, müharibə əlillərinə, Qarabağ veteranlarına ayrılan pullara da əl uzatmayıb. Bizim qazdan ayıq məmurlarımız bu hərəkətinə görə onun əlini kəsərdilər. Günayın xəstəxana, klub tikintisindən 5-3 manat oğurlaması da real deyil. Dünyanın ən məşhur fırıldaqçılarını Bakıda qaz kimi yolub geri göndərirlər. Büdcə vəsaiti deyib üstündə tir-tir əsdiyimiz pullardan Günaya 1 qara qəpik də çatmayıb. Ona ən yaxşı halda oxuduğu toylarda süfrəyə gətirilən aşın qazmağı çata bilər. Çünki qonaqlar həmin vaxt yeyib doymuş olur, müğənninin nə yeməsi onları maraqlandırmır...

Dağı, dərəni dolaşandan sonra gəlib çıxdıq mətləbə. Söhbət Günayın dəbədəbəli villasına verilən mənfi reaksiyadan gedir. Tam səmimiyyətimlə soruşuram: Əgər Günay büdcəni talamayıbsa, yetim-yesirə çatacaq pullara əl uzatmayıbsa, onun villasının olması sadə insanları niyə qıcıqlandırır?

Bu sualı dost tanışa ünvanlayanda tutuquşu kimi hamı eyni cavabı verir: "Müğənnilər o villaları bizim pullarımızla alıblar".

Burada söhbət toylarda müğənnilərə verilən qonorardan gedir. Düşünürəm ki, bir qədər ədalətsiz yanaşmadır. Manaf, Günay, Əlikram, Vasif Məhərrəmli heç kimə yalvarmır ki, məni övladının toyuna apar. Aygün və Röyanın adını qəsdən yazmadım. Çünki övladlarının toyunda oxuması üçün camaat onlara yalvarır. Üstəlik, toya gələn müğənniyə kabab yediyinə görə pul verilmir. Oxuyur, oynayır, əziyyət çəkir, tər tökür, sonra da pulunu alıb gedir. Məşhur filmdəki xəbərdarlıqdan sonra, Azərbaycanda heç kim artistə əvvəlcədən pul vermir.

Demək istədiyim odur ki, bizim haqqımızı yeyib üstündən su içən Günay və həmkarları deyil. Haqqımızı yeyib, üstündən də su içənlərin birini dünən işdən çıxardılar. Ağdaşın ötən gün istefaya göndərilən icra başçısının təkcə Bakı şəhərində 21 villası və mənzili var. Günayın bayaqdan iki-üç dəfə dəbdəbəli deyə təqdim etdiyim bağ evi keçmiş başçının villalarının yanında toyuq damına oxşayır.

Deyirlər, toyuq belə su içəndən sonra başını qaldırıb Allaha baxır. Kiminsə arxasınca danışanda gərək başımızın üstündəki Allahı unutmayaq...

Seymur VERDİZADƏ - Yenisabah.Az

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti